Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-31/2022 24.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1987-ci ildə Qusar rayonu Xürel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəlihimayəsində üç azyaşlı uşaqları olan, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 181.2.2-ci maddələri ilə təqsirli bilnərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 29.06.2018-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəninin 11.12.2021-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 yaşayan, 05 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, özgə əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə 04 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Qusar rayonu Əniğ kənd sakini Zərərçəkmiş şəxs ilə birlikdə Qusar şəhəri H.Əliyev prospekti 125 ünvanından piyada ünvan 4ndə hərəkət edərkən Qusar şəhəri H.Əliyev prospektində yerləşən “XİDİR” restoranının yaxınlığında onu aralıq yola məcbur apararaq, onun həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, yəni orada yumruq-təpik zərbələri ilə onu döyərək yerə yıxmış, daha sonra əynində olan gödəkçənin sol iç cibindən 70,0 manat dəyərində 01 ədəd “İphone 5” markalı mobil telefonu, üzərindəki 3 manat dəyərində "xxxx" mobil nömrəni, həmin telefona aid 5,0 manat dəyərində adaptor başlığı və 2,0 manat dəyərində kabeli açıq talayaraq zərəçəkmişə cəmi 80 manat həcmində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, 2022ci ilin yanvar ayının təxminən 3-də gecə saat təxminən 01 radələrində yaşadığı evin qabağında küçədə olan zaman Rövşən adlı şəxs ona yaxınlaşıb alışqan istəmiş, o, da alışqanı ona vermişdir. Bundan sonra, həmin şəxs ona araq içməyi təklif etmiş, o, həmin şəxsə özündə də yarım butulka araq olduğunu demiş, həmin şəxs də özündə də araq olduğunu demişdir. Rövşən ondan arağı harada içmələrini soruşmuş, o, isə yaşadığı evin həyətinə gedib orada içmələrini təklif etmişdir. Rövşən razılaşmış, onlar həyətə gedib orada oturmuşlar, o, evdən 3 ədəd nar gətirmiş, narla arağı içmişlər. Arağı içdikdən sonra Rövşən sərxoş olmuş, onlar həyətdən darvazanın qarşısına çıxmışlar, sonra Rövşən onu yola salmasını xahiş etmişdir. O, Rövşəni yola salanda yolda polis əməkdaşları orada “Şəfa” sağlamlıq mərkəzinin yanında olan aptekin yanında onları saxlamışlar, Rövşən polis əməkdaşlarına Qusar şəhərindəki “Şato” adlı restoranda işlədiyini demişdir. Polis əməkdaşları ona evə getməsini, Rövşəni özləri aparacaqlarını demişlər, o, razılaşmamış, Rövşəni özünün aparacağını demişdir. O və Rövşən “Şato” restorana getmişlər, yolda olarkən Rövşən öz telefonunu və adapteri ona vermişdir ki, özündə saxlasın. “Şato” restoranına çatdıqda orada olan mühafizəçi qarşılarına çıxmış, həmin şəxs ondan kim olduğunu soruşmuş, o, adının Şamil olduğunu demişdir. Bundan sonra həmin şəxs ona getməsini və Rövşəni otağına özü aparacağını demişdir. O, isə razılaşıb oradan çıxıb evə getmişdir. O, Rövşəndən 200 manat pul tələb etməmişdir. Növbəti gün səhər polis əməkdaşları gəlib onu şöbəyə dəvət etmişlər. O, Rövşənin telefonunu zorla almamış, həmin şəxs telefonu və adapteri özü ona vermiş, özündə saxlamasını, sonra ondan götürəcəyini demişdir. Rövşənin öz telefonunu nəyə görə ona verməsini isə bilmir. Rövşəni əvvəllər tanımamış, həmin şəxsi döyməmiş, ondan pul tələb etməmişdir. Növbəti gün Rövşənin telefonuna zəng gəlmiş, tanımadığı şəxs harada olduğunu soruşmuş, o, həmin vaxt avtovağzalda olduğunu demişdir. Bundan təxminən yarım saat sonra telefonun enerjisi bitdiyindən sönmüşdür. O, həmin şəxsə Rövşənin Karvan restoranına borcu olduğunu deməmiş, Rövşənin 150 manat verməsini deməmişdir. Təqsirləndirilən şəxs özünün son sözündə əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq, məhkəmə-tibbi, məhkəmə-psixiatrik ekspertizalarının rəyləri ilə, təqsirləndirilən şəxslə zərər çəkmiş şəxsin üzləşdirilməsi barədə protokolla, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinhi təsdiq edir, həmin ifadə düzdür. Şamili əvvəllər tanımamış, həmin şəxsi hadisə günü tanımışdır. 04 yanvar 2022-ci il tarixdə gecə saatlarında o, Qusar şəhərində xalasıgildən çıxıb yol ilə gələrkən siqareti yandırmağa alışqanı olmadığına görə “KapitalBank”ın yanında, yolun qırağında olan, adını sonradan bildiyi Şamil adlı şəxsə yaxınlaşaraq ondan alışqan istəmişdir. Həmçinin, o, Şamilə araq içmək istədiyini deyərək onunla araq içməyi ona təklif etmiş, Şamil onda yarım butulka araq olduğunu demiş, o, isə özündə də bir qədər araq olduğunu demişdir. Şamil onu evinin həyətinə dəvət etmiş, onlar həyətə gedərək orada oturmuşlar, Şamil arağı içmək üçün nar da gətirmişdir. Onlar arağı içmişlər, bundan sonra o, yola çıxıb taksi saxlamaq istəmiş, Şamil isə ona özü aparacağını demişdir. Bundan sonra onlar birlikdə piyada gedərkən “Şəfa” sağlamlıq mərkəzinin yanında olan aptekin yanında polis maşını onların yanında dayanmış, onlardan hara getdiklərini soruşmuş, o, isə “Şato” restoranına getdiyini demişdir. Polislər onu həmin restorana aparmalarını təklif etmişlər, lakin Şamil onu özü aparacağını demişdir. Bundan sonra onlar yol ilə piyada getməyə davam etmişlər, “Xidir” restoranının yanında Şamil onu aralıq bir yerə salıb onu yumruq və təpiklərlə vuraraq ondan 200 manat pul istəmiş, pulu olmadığını ona bildirdikdə onda olan telefonu və adapteri zorla ondan götürmüşdür. Həmin vaxt o, Şamilə “Şato” restoranına gedib orada mühafizəçidən 50 manat alıb ona verəcəyini demiş, onlar birlikdə həmin restorana getmişlər, orada o, mühafizəçidən 50 manat pul istəmiş, həmin şəxs pulunun olmadığını demişdir. Bundan sonra o, həmin restoranda qalmış, Şamil isə oradan çıxıb getmiş, telefon da Şamildə qalmışdır. Növbəti gün o, polisə şikayət etmiş, Şamili polislər saxlamışlar, onun telefonunu polislər 2022-ci ilin martın 1-də qaytarmışlar. Hazırda onun Şamilə qarşı heç bir şikayəti və tələbi yoxdur, Şamilin anası ona 200 manat pul vermişdir. Odur ki, həmin şəxsin bağışlanmasını və tutulmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir. O və digər polis əməkdaşları 04 yanvar 2022-ci il tarixdə gecə saatlarında xidməti avtomobillə xidmətdə olarkən Qusar şəhərində “Şəfa” sağlamlıq mərkəzinin yanında küçədə Şamili və Rövşəni görmüşlər, onlardan orada nə etdiklərini soruşmuşlar, həmin vaxt həmin şəxslər sərxoş vəziyyətdə olmuşlar, Rövşən adlı şəxs “Şato” restoranında işlədiyini və həmin restorana getdiyini demiş, onlar maşınla Rövşəni həmin restorana aparmalarını təklif etmişlər, lakin Rövşən və Şamil ehtiyac olmadığını, özləri gedəcəklərini demişlər. Bundan sonra onlar oradan çıxıb getmişlər. Sonradan müstəntiq onu çağıranda bilmişdir ki, Şamil Rövşəni döyüb telefonunu əlindən almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Bəybala oğlu Şahid1 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Nürəli oğlu ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar şəhərində yerləşən “Şato” adlı oteldə mühafizəçi işləyir. 2022-ci ilin yanvar ayının 4-də gecə saat 03 radələrində oteldə olan vaxt qapı döyülmüş, qapını açdıqda restoranda fəhlə işləyən Rövşəni görmüşdür. Rövşən sərxoş vəziyyətdə olmuş, yanında isə adını sonradan bildiyi Şamil də olmuşdur. Həmin vaxt Rövşən onu kənara çəkib ondan 50 manat pul istəmiş, o, pulun nəyə lazım olduğunu soruşmuş və pulunun olmadığını demişdir. Bundan sonra o, Şamilə oradan çıxıb getməsini demiş, Şamil isə heç nə demədən çıxıb getmişdir. Daha sonra isə Rövşəni yatdığı otağa aparmışdır. Sonradan bilmişdir ki, Rövşən ondan telefona görə pul istəmişdir. Belə ki, Rövşən Şamilin onun telefonunu əlindən aldığını, əvəzində ondan pul istədiyini, 50 manatı Şamilə verib telefonu alacağını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar rayonunda yerləşən “Şato” restoranında təsərrüfat müdiri işləyir. Şamili və Rövşəni tanıyır, Rövşən “Şato”da fəhlə işləyir, Şamilin bacısı isə onunla birlikdə oxumuşdur. 2022ci ilin yanvar ayının 4-də səhər saatlarında Rövşən paltarlarını alıb gələcəyini demiş, lakin gəlməmişdir. Ona görə də o, Rövşənin mobil telefonuna zəng etmiş, telefonu başqa şəxs açmış, özünün avtovağzalda olduğunu, Rövşənin “Karvan” restoranına 150 manat borcu olduğunu, borcu qaytardıqdan sonra telefonu qaytaracağını demişdir. Sonradan o, “Karvan” restoranına zəng edərək bu barədə soruşmuş, lakin oradan Rövşənin həmin restorana gəlmədiyini, borcunun da olmadığını demişlər. Bundan sonra o, yenidən həmin telefona zəng etmiş, lakin telefona cavab verən olmamışdır. Bu barədə polisə şikayət olunduqdan sonra isə o, bilmişdir ki, telefonu alan şəxs Şamildir. Rövşən özü də ona bildirmişdir ki, Şamil onu döyüb telefonu əlindən almışdır. Həmçinin, restoranda mühafizəçi işləyən Balaseyid Rövşənin ondan 50 manat pul istədiyini demişdir. Rövşənin istifadəsində olan telefonu həmin şəxsə o, vermişdir ki, lazım olanda ona zəng etsin. İş materiallarında olan 04 yanvar 2022-ci il tarixli cinayət haqqında şifahi məlumatın qəbulu barədə protokoldan görünür ki, X19 03.01.2022-ci il tarixdə saat 23 radələrində Qusar şəhəri H.Əliyev prospektində tanımadığı şəxsin ona hücum edərək, öldürəcəyi ilə hədələdiyini, daha sonra yumruq və təpik zərbələri ilə döyərək 200 manat pul tələb etdiyini, lakin pulunun olmadığını bildirdikdə əynində olan gödəkçənin cibindən 01 ədəd “iphone” markalı telefonu götürüb aradan çıxıb getdiyini bildirmişdir. İş materiallarında olan Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Təklif Vəlimətovun 04.01.2022-ci il tarixli 149-76-2221 nömrəli raportundan görünür ki, Qusar şəhər sakini xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Tahir Məmmədov və Elxan Osmanov ilə birlikdə 04.01.2022-ci il tarixdə Qusar RPŞ-nə gətirib təhvil vermişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyin 05.01.2022-ci il tarixli 08 saylı ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilən xəsarət- sağ budun orta 1/3-nin yan səthinin qançırı küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 03.01.2022-ci il tarixdə təpik zərbəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 06.01.2022-ci il tarixli 4(029)- 1/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan-yəni 05 yanvar 2022-ci il tarixdən hesab edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 05.01.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 13:10-dan saat 14:15-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi Samik Həsənov tərəfindən Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Təklif Vəlimətovun, Təqsirləndirilən şəxs və KTQ-nin baş inspektoru Məlik Məmmədovun, hal şahidləri X1 və X7 iştirakları ilə ünvan 5 ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Qusar rayonu Əniğ kənd sakini Zərərçəkmiş şəxs döyərək üzərindən götürdüyü “İphone 5” markalı mobil telefonu, Azercell nömrəni və həmin telefona aid şarj cihazını yataq otağında olan masanın üzərində təqdim etmişdir. Həmin telefon nömrə və şarj cihazı iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş və iştirakçılar tərəfindən qablaşdırma imzalanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralarında üzləşdirmə keçirilməsi barədə 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Qusar şəhərində yerləşən “Xidir” restoranının yanında onu döyərək “İphone 5s” markalı mobil telefonu ondan götürdüyünü, 200 manat pul verdikdən sonra telefonu qaytaracağını dediyini həmin şəxsin üzünə demişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04.02.2022-ci il tarixli 9/172 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatın təqdim edilmiş malların istifadədə olunması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur:
1. 1 ədəd “İphone” markalı, “A1428” modelli, **********33696 imei kodlu mobil telefon – 70,0 manat,
2. 1 ədəd üzərində “Xiaomi” sözləri olan adaptor başlıq – 5,0 manat,
3. 1 ədəd Apple usb – Lightning kabel – 2,0 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04.02.2022-ci il tarixli 9/172 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 23 fevral 2022-ci il tarixli rəyindən görünür ki, ***-***-**-** SİM nömrəsinin 04.01.2022-ci il tarixə olan qiyməti 3,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 08.01.2022-ci il tarixli 20 saylı rəydən görüür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ibtidai istintaq orqanının 25 fevral 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “İphone” markalı, “A1428” modelli, **********33696 imei kodlu mobil telefon və şarj cihazı sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və gündəlik tələbatda istifadə olunduğu üçün sahibinə qaytarılması nəzərə alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs, zərər çəkmiş Zərərçəkmiş şəxs ilə üzləşdirilmiş, üzləşmə istintaq hərəkəti videoçəkilişlə qeydə alınaraq DVD diskə köçürülmüş, həmin DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 26.02.2022-ci il tarixdə ona məxsus olan 01 ədəd “İphone 5” markalı mobil telefonu, 01 ədəd şarj cihazını və 01 ədəd "xxxx" nömrəsini saz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 20.01.2022-ci il tarixli tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.09.2017-ci il tarixli 1(101)-1160/2017 saylı hökmünün və Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 1(105)-47 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin 11.12.2021-ci il tarixli “amnistiya aktının tətbiq edilməsi barədə” qərarının surətindən görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli 461 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhəri, H.Əliyev prospekti 125 saylı evdə yaşayır və ailə tərkibi anası X4, bacısı X2 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.02.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs və onun ailəsi barəsində həmin nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X14 31.10.2010-cu il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X3r. İş materiallarında olan AZ-İİİ N 651602 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 07.11.2015-ci il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X6r. İş materiallarında olan AZ-İİİ N 211393 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 24.10.2013-cü il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X6r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 nömrəli TSEK tərəfindən verilmiş TSE-0 AR 594218 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup müddətsiz əlillik təyin olunmuşdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Quba-Xaçmaz Regional Ərazi Filialının 05.03.2022-ci il tarixli **********4 saylı məktubundan görünür ki, Qusar şəhəri, Z.Əliyeva küçəsi, ev 96, mənzil 7-də qeydiyyatda olan, Qusar şəhəri H.Əliyev prospekti 125 ünvanda yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hal-hazırda ABİ-ə görə 2-ci qrup əlil kimi 268.61 (iki yüz altmış səkkiz manat altmış bir qəpik) manat əmək pensiyası alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etməməsi, Rövşənin telefonu ona könüllü olaraq verməsi, telefonu həmin şəxsi döyərək zorla əlindən almaması, əvəzində həmin şəxsdən pul tələb etməməsi barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı tıəqsirləndirilən şəxslə zərər çəkmiş şəxsin üzləşdirilməsi haqqında protokolla, məhkəmə-tibbi ekspertizasının rəyi ilə, eləcə də digər sübutlarla tam təkzib edilir. Bundan başqa, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsi ilk dəfə hadisə günü gördüyü halda, sonuncunun guya ona öz əmlakını könüllü olaraq əvəzsiz verməsi inandırıcı deyil. Zərər çəkmiş şəxs də həmin halı təkzib edərək telefonu təqsirlənidirilən şəxsin onu döyərək zorla aldığını demişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs özgə əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə 04 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Qusar rayonu Əniğ kənd sakini Zərərçəkmiş şəxs ilə birlikdə Qusar şəhəri H.Əliyev prospekti 125 ünvanından piyada ünvan 4ndə hərəkət edərkən Qusar şəhəri H.Əliyev prospektində yerləşən “XİDİR” restoranının yaxınlığında onu aralıq yola məcbur apararaq, onun həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, yəni orada yumruq-təpik zərbələri ilə onu döyərək yerə yıxması, daha sonra əynində olan gödəkçənin sol iç cibindən 70,0 manat dəyərində 01 ədəd “İphone 5 ”markalı mobil telefonu, üzərindəki 3 manat dəyərində "xxxx" mobil nömrəni, həmin telefona aid 5,0 manat dəyərində adaptor başlığı və 2,0 manat dəyərində kabeli açıq talayaraq zərəçəkmişə cəmi 80 manat həcmində maddi ziyan vurmaqla soyğunçuluq etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 8 iyul 2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsi yalnız məhkəmənin ittiham hökmünə əsasən: cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi; amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.09.2017-ci il tarixli 1(101)-1160/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 1(105)- 47/2018 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin 11.12.2021-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs amnistiya aktı ilə cəzadan azad olunduğu vaxtdan bir ay keçmədən-yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Onun barəsində tətbiq edilmiş amnistiya aktının 7-ci bəndində yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkumluqlar götürüldüyündən, Təqsirləndirilən şəxs əvvəl məhkum olunduğu cinayət əməlləri isə təqsinafatına görə ağır cinayətlər olduğundan amnistiya aktının həmin bəndi Təqsirləndirilən şəxs barəsində tətbiq oluna bilməz və hazırda həmin şəxs məhkumluğu ödənilməyən və götürülməyən şəxsdir. Bundan başqa, Təqsirləndirilən şəxs ittiham hökmünə əsasən barəsində amnistiya aktı tətbiq olunmaqla deyil, ittiham hökmü ilə təyin edilmiş cəzanın icrası müddətində azad edilmişdir və ona görə də, həmin şəxs CM-nin 83.2-ci maddəsinin təsiri altına düşmür, və o, həmin maddənin tələbinə uyğun olaraq məhkumluğu olmayan şəxs hesab oluna bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, 2-ci qrup əlil olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, həmin şəxs iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı aradan qaldırmaqla onunla barışıq əldə etsə də, həmin şəxs əvvəllər ağır cinayətlərə görə məhkum olunmuş, sonradan barəsində tətbiq edilmiş amnistiya aktına əsasən cəzadan azad edilmiş, lakin buna baxmayaraq islah olunmayaraq yenidən hazırkı cinayət əməlini törətmiş, hazırda məhkumluğu ödənilməməklə əməlində cinayətlərin residivi vardır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs azadlıqdan məhrum etmə cəzasını məhz real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Bundan başqa, cinayətin törədilməsi zamanı və bundan sonra təqsirləndirilən şəxsin davranışı ilə bağlı hər hansı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar mövcud deyil və ona görə də, məhkəmə həmin şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini də məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 148.1-ci maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Həmin Məcəllənin 148.4-cü maddəsinə əsasən bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Həmin Məcəllənin 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdə Qusar RPŞ-nin CAB-ın əməliyyat müvvəkili Təklif Vəlimətov tərəfindən əməliyyat tədbiri nəticəsində saxlanılaraq Qusar RPŞ-yə gətirilmiş, bununla da onun azadlığı faktiki olaraq həmin tarixdən məhdudlaşdırılmışdır. Növbəti gün-yəni 05 yanvar 2022-ci il tarixdə isə həmin şəxs Qusar RPŞ-nin İB-nin müstəntiqi Samik Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən rəsmi olaraq 05 yanvar 2021-ci il tarixdən tutulsa da, onun cəzaçəkməsinin əvvəli azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan-yəni 04 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone” markalı, “A1428” modelli, **********33696 İMEİ kodlu mobil telefonun və şarj cihazının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan-yəni 04 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone” markalı, “A1428” modelli, **********33696 İMEİ kodlu mobil telefonun və şarj cihazının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: ADİL VƏLİYEV