Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-32/2021 18.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 07.01.1997-ci ildə Xaçmaz rayonu Muxtadır qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər Qusar rayon məhkəməsinin 22.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.1, 67.1-ci maddələri ilə qəti olaraq 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2şayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs barəsində təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə ona görə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır ki, o, 09 fevral 2021-ci il tarixdə saat 23 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən kafedə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 gözaltı nahiyyəsinə yumruq zərbəsi ilə vuraraq ona yüngül bədən xəsarəti yetirməklə, qəsdən yumruqla vuraraq Zərərçəkmiş şəxs2 məxsus kafenin divarını zədələməklə və qapı şüşəsini sındırmaqla heç bir əsaslı səbəb olmadan mübahisə edib səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlər edərək ətrafda olan insanların narahatçılığına səbəb olan və istirahətlərinin müəyyən müddət pozulması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, 09 fevral 2021-ci il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1lə və digər şəxslərlə ümumi 5-6 nəfər Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus adı olmayan kafedə oturub yeyib içmişlər və çoxlu spirtli içki içdiyindən sərxoş olmuşdur. Həmin vaxt onunla Samikin sözləri uyğun gəlməmiş, aralarında mübahisə yaranmış və o, yumruqla Samikin göz nahiyəsinə vurmuşdur. Bundan sonra o, çıxıb yumruqla kafenin divarına və şüşəsinə vurmuş, şüşə sınmış və əlini kəsmişdir. Kafedə çox adamlar olmamış, onunla oturan şəxslər onu və Samiki ayırmışlar. Hadisə təxminən 10 dəqiqə çəkmişdir. Hazırda o, zərər çəkmiş şəxslərlə barışmış, dəymiş ziyanı aradan qaldırmışdır. Əməlindən peşmandır, himayəsində bir azyaşlı uşağı vardır, Vətən Müharibəsində iştirak etmişdir. Odur ki, həmin halları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin təhqiqat zamanı verdiyi ifadəsi, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. 09 fevral 2021-ci il tarixdə axşam saatlarında o, Elnur və digər tanışları ilə birlikdə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus kafedə oturub yeyibiçmişlər və mahnı üstündə onunla Elnur arasında mübahisə yaranmışdır. Onlar əvvəlcə kafenin mətbəxinə getmişlər, orada söhbət etmişlər və bayıra çıxanda Elnur yumruqla onun gözünün altına zərbə vurmuşdur. O, zərbədən yerə yıxılmış, daha sonra Elnur əli ilə kafenin şüşəsinə zərbə vurmuş, şüşə sınmış və Elnurun qolu kəsilmişdir. Lakin, o, şüşənin sınmasını görməmiş, həmin vaxt o, bayırda olmuşdur. Hadisə təxminən 10 dəqiqə çəkmiş, orada onlarla birlikdə olan şəxslər onunla Elnuru ayırmışlar. Hazırda o, Elnurla barışmış, ona qarşı şikayəti yoxdur. Odur ki, həmin şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qusar şəhəri Ç.Qurbanov küçəsində ona məxsus kafe vardır. 09 fevral 2021-ci il tarixdə ona məlum olmuşdur ki, ona məxsus kafedə dava olmuşdur. O, kafeyə getmiş, kafenin dağınıq olduğunu, divarının deşildiyini və qapısının şüşəsinin sındığını görmüşdür. Davanı etmiş şəxsləri Qusar rayon Polis Şöbəsinə aparmışlar. Hazırda ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxsla barışmış və həmin şəxsə qarşı heç bir şikayəti yoxdur. Odur ki, həmin şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Tofiqoviç ifadəsində göstərmişdir ki, təhqiqat zamanı verdiyi ifadəsi düzdür. 09 fevral 2021-ci il tarixdə gecə saat təxminən 22-23 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən kafenin zalında oturub yemək yeyərkən səs-küy eşitmiş, dəhliz tərəfə çıxmış və mətbəx tərəfdə Elnurla Samikin mübahisə etdiklərini, qışqırdıqlarını görmüşdür. Elnur sərxoş vəziyyətdə olmuşdur. O, Elnuru dartıb dava etməməsini, onunla gəlməsini bildirmiş, Elnur onun arxasınca gəlmiş və birdən şüşə səsi eşitmişdir. Ona məlum olmuşdur ki, Elnur əli ilə kafenin qapısının şüşəsini sındırmış və qolu kəsilmişdir. Kafeni işlədən Anelya özünün gödəkçəsini çıxarıb Elnurun qolunu bağlamış, bir az sonra isə oraya polislər gəlmişlər. Sonradan o, Samikin gözünün qızardığını görmüş və məlum olmuşdur ki, Elnur Samikin gözünə yumruqla vurmuşdur. Kafedə təxminən 10 nəfər olmuş və hadisə baş verəndən sonra hamısı çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid7, X5 və Şahid5 Şahid2 Tofiqoviçlə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid2 Tofiqoviçin məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 10 fevral 2021-cı il tarixli 62 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətsol göz orbiti ətrafının qançır-hematoması küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 09.02.2021-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 17 fevral 2021-cı il tarixli 75 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol saidin yuxarı 1/3-nin, sol saidin orta 1/3-nin iç səthinin və sol saidin aşağı 1/3-nin iç səthinin kəsilmiş yaraları kənarı iti əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 09.02.2021-ci il tarixdə sınmış şüşə parçalarının kəsməsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Qusar RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X6 tərəfindən Zərərçəkmiş şəxs2, hal şahidləri X4 və X3 iştirakları ilə tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 16:35-dən saat 17:06-dək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən kafenin zalının qapı şüşəsini sındırması və mətbəxin divarına yumruqla vuraraq zədələməsi ilə əlaqədar həmin kafeyə baxış keçirilmişdir. Kafenin zalının mətbəx tərəfdən olan qapısına baxış zamanı məlum olmuşdur ki, qapı şüşəsi sındırılmış və qapının arxa tərəfində olan divarda, yerdə qan ləkələri vardır. Mətbəxə daxil olduqda sınmış şüşə hissələrinin zibil torbasına atıldığı və həmin şüşə parçalarının üzərində qan ləkələri olduğu məlum olmuşdur. Mətbəxə daxil olarkən sol tərəfdə divarda yumruq zərbəsi nəticəsində yaranmış dəlik aşkar edilmişdir. Qeyd olunan divar gipskordan materialından ibarət olduğundan yumruq zərbəsi nəticəsində deşilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baxış keçirilən obyekt xeyli sayda müştərinin eyni vaxtda əyləşib istirahət etməsi üçün təşkil edilmişdir. Belə ki, həmin obyekt ictimai yer hesab olunur. İş materialında olan Qusar rayon Kooperativlər İttifaqı tərəfindən verilmiş 19.02.2021-ci il tarixli rəydən görünür ki, sorğuda göstərilən ölçüdə şüşənin hazırkı bazar qiyməti 8 (səkkiz) manat, şüşənin pəncərəyə salınması isə 5 manat, divarın zədələnmiş hissəsinin bərpası üçün materialın alınmasına 11 manat 50 qəpik və divarın usta tərəfindən təmirinə 15 manat tələb olunur. Belə ki, Zərərçəkmiş şəxs2 cəmi 39 manat 50 qəpik maddi ziyan dəymişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12in Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli **********3 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin nümayəndəlikdən sosial müavinət, təqaüd almır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli 232/02-21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin hüquqi şəxsin X1 həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 17 fevral 2021-ci il tarixli tələbnamədən və Qusar rayon məhkəməsinin 26 fevral 2019-cu il tarixli 1(029)-28/2019 saylı, 22.05.2019-cu il tarixli 1(029)-53/2019 saylı hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2019-cu il tarixli hökmlə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə iyirmi faiz pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 22.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Qusar Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 1(029)- 28/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş aylıq qazancından dövlət nəfinə iyirmi faiz pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası azadlığın məhdudlaşdırılması cəzasına iki günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzaya qismən birləşdirilərək ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. 02.04.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 fevral 2021-ci il tarixli 469 saylı arayışdan görünür ki, Qusar şəhəri M.Həsrətov küçəsi (köhnə Sabir) 11 saylı evdə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X2 və 12.08.2020-ci il təvəllüdlü Sofiya İsmayılovadan ibarətdir. İş materiallarında olan AZ-İV 487114 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 12.08.2020-ci il təvəllüdlü Sofiya adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.02.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 04.11.2020-ci il tarixdən 03.01.2021-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdikləri 09.03.2021-ci il tarixli ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyan ödənilmiş, ona qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur, onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Zərərçəkmiş şəxs2 həmçinin, şəxsi işləri ilə bağlı məhkəməyə gələ bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılaraq işə yekun vurulmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 09 fevral 2021-ci il tarixdə saat 23 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən kafedə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 gözaltı nahiyyəsinə yumruq zərbəsi ilə vuraraq ona yüngül bədən xəsarəti yetirməklə, qəsdən yumruqla vuraraq Zərərçəkmiş şəxs2 məxsus kafenin divarını zədələməklə və qapı şüşəsini sındırmaqla heç bir əsaslı səbəb olmadan mübahisə edib səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlər edərək ətrafda olan insanların narahatçılığına səbəb olan və istirahətlərinin müəyyən müddət pozulması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.1, 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 83, 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin 22.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 02.04.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Həmin vaxtdan bir il müddət keçmədən-yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Lakin, buna baxmayaraq, məhkəmə hesab edir ki, onun törətdiyi hazırkı cinayət əməli təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət olduğundan, həmçinin ona əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən hazırkı hökmlə ona cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı aradan qaldırmasını və onların həmin şəxsə qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, qanunazidd əməllər, xüsusilə xuliqanlıq cinayətlərini törətməyə və spirtli içkilərə meyilli şəxs olmasını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törötməsinə baxmayaraq onun islah olunmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər yüngül cəzaların təyin edilməsi onun islah olunması və cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməz və ona görə də, həmin cəzalardan hər hansı birinin təyin edilməsi məqsədəmüvafiq deyildir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-32/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-32/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver