Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-32/2023 17.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Qusar rayonu Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Qusar rayonu, Hil kəndində qeydiyyat olmaqla, Qusar şəhəri Yeni-Massivlərdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Qusar- İmamqulukənd yolunun Qusar rayonu Köhnə-Xudat kəndi ərazisindən keçən hissəsində, yolun 3-cü km-də idarə etdiyi “Vaz 21074” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 51-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, yəni qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitəsi üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olduğu və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verdiyi, eləcə də avtomobili yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, qanunun bu tələblərini pozaraq, avtomobili yaşayış məntəqəsində 60-70 km saat sürətlə idarə etmiş, avtomobilin dayanıqlı hərəkətini təmin etməmiş, qarşı hərəkət zolağına çıxmış və əks istiqamətdə hərəkətdə olan Qusar rayonu Gedəzeyxur kəndində yaşayan Şahid1 idarə etdiyi “Mersedes-Benz” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan onun idarə etdiyi avtomobildə sərnişin qismində oturan Zərərçəkmiş şəxs Rafık qızının sağlamlığına “alın nahiyyəsini tüklü hissəsinin sıyrıqı və hər iki əlin arxa səthinin xətti sıyrıqları; sol bud sümüyünün qapalı yedəyişən sınıqı” ilə ifadə olunan dərəcələrinə görə sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayının sonlarında özünə “Vaz 21074” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, həmin avtomobillə ara-sıra taksi kimi fəaliyyət göstərmişdir. Sonuncu dəfə 11 oktyabr 2022-ci il tarixdə, təxminən saat 12:10 radələrində Qusar rayonu Hil kəndindən 3 nəfər şəxsi müştəri kimi avtomobilinə əyləşdirmiş, Qusar şəhərinə aparmaq üçün həmin kənddən yola düşmüşdür. Həmin vaxt yanında adını sonradan bildiyi kəndlərində müəllim işləyən Elvin adlı şəxs əyləşmiş, bundan başqa arxa oturacaqda Elvira adlı həmkəndlisi ilə yanaşı, Naira adlı məktəbli qız da əyləşmişdir. O, avtomobillə Qusar-Hil yolu ilə Qusar istiqamətində hərəkətə başlamış, daha sonra isə Qusar-İmamqulukənd yolunun 3-cü km-də, yəni yolun Qusar rayonu Köhnə-Xudat kəndi ərazisindən keçən hissəsində yoxuşlu hissəni qalxarkən qarşıda öz hərəkət zolaqları ilə gedən avtomobilləri keçmək üçün qarşı hərəkət zolağına çıxmışdır. Həmin vaxt qarşı hərəkət zolağına çıxaraq avtomobili təxminən 60-70 km/saat sürətlə hərəkət etdirmiş, havanın yağışlı və dumanlı olması yolun görüntüsünü məhdudlaşdırmışdır. Bundan sonra qarşı hərəkət zolağına çıxaraq, qarşısında olan, qeydiyyat nişanı və markasını bilmədiyi, öz yolu ilə Qusar istiqamətində hərəkət edən avtomobilləri ötmək üçün təxminən 10 metr məsafə yolda hərəkət etmişdir. Həmin vaxt təxminən 5 metr aralarında məsafə qalarkən Qusar rayonu İmamqulukənd kəndi istiqamətində hərəkət edən “Mersedes” markalı, mikroavtobusu avtomobili görmüş, lakin həmin avtomobili qəfildən gördüyündən hadisənin qarşısını ala bilməmiş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. O, törətdiyi cinayət əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmamış, zərərçəkmiş şəxs 2500 manat xərc çıxdığını deyir, zərərçəkmiş şəxsə pul verməmişdir. O, zərərçəkmiş şəxsə 1000 manat pul təklif etmiş, lakin o razı olmamışdır. O, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərsədə, lakin onunla barışmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Rafık qızı ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 12:10 radələrində Qusar rayonu Hil kəndindən Qusar şəhərinə getmək üçün həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşmiş, həmin vaxt avtomobildə ondan başqa arxa oturacaqda həmkəndlisi Naira, sürücünün yanında isə ön otracaqda bir nəfər tanımadığı kişi əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobili idarə edərək Qusar şəhərinə getmək üçün yola düşmüşdür. O, Qusar-İmamqulukənd yolunun 3-cü km-də havanın dumanlı və çiskinli olmasına baxmayaraq qarşısında öz hərəkət zolağı ilə Qusar istiqamətində hərəkət edən markasını və qeydiyyat nişanını bilmədiyi avtomobilləri keçmək üçün qarşı hərəkət zolağına çıxaraq, həmin yolda öz hərəkət zolağı ilə Qusar rayonu İmamqulukənd kəndi istiqamətində hərəkət edən “Mersedes” markalı mikro avstobusun yoluna təxminən onunla arasında 15 metr məsafə qalmış çıxdı, buna görə həmin mikro avtobusun sürücüsü avtomobilini tam saxlayaraq qəzanın qarşısını almağa çalışdı. Bu vaxt Təqsirləndirilən şəxs hadisənin qarşısını ala bilməyərək onunla toqquşdu nəticədə xəsarət alaraq “Qusar RMX-sı” X4 aparıldı, hadisə nəticəsində ayağından xəsarət almışdır. Ona 2500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş olan 2500 manat maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxslə barışmamış. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş olan 2500 manat maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus olan “Mersedes-Benz” mikroavtobus markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Gedəzeyxur kəndində yaşayan həmkəndlilərini, Qusar rayonu, Cağar-qışlaq kəndində yerləşən bağ sahələrinə aparmaq üçün 11 oktyabr 2022-ci il tarixdə, səhər saat 08 radələrində kənddən həmin istiqamətə getmişdir. Həmin vaxt onları aparıb gətirdiyinə görə 40 manat pul almış, həmin gün hava yağışlı olduğundan iş vaxt tez bitmiş, saat 12 radələrində oradan yenidən yaşadıqları kəndə qayıtmaq üçün yola düşmüşlər. Qusar-İmamqulukənd yolu ilə hərəkətdə olan zaman avtomobili təxminən 40-50 km/saatda sürətlə idarə etdirmiş, həmin yolun 3-cü km-də İmamqulukənd kəndi istiqamətində hərəkətdə olan zaman 2 avtomobilin öz yolu ilə Qusar istiqamətində hərəkət etdiyini müşahidə etmişdir. Həmin avtomobillərin arxasınca yoluna adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21074” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatı edərək çıxmış, təxminən 10-15 metr məsafədən görmüş, buna görə də toqquşmanın baş verməməsi üçün avtomobilin sürətini tam azaldaraq saxlamaq həddinə gətirmiş, yolun sağ tərəfinə istiqamətlədirərək avtomobili yolda saxlamışdır. Lakin həmin vaxt Təqsirləndirilən şəxs avtomobili sürətlə idarə etdiyindən toqquşma hadisəsi törətmişdir. Bu vaxt hər iki avtomobildə olan şəxslər xəsarətlər almış, “Qusar RMX-sı” X4 yerləşdirilmişlər. Onun maşını üzbəüz gəlirmiş, o, sağa verib saxlamışdır. O, maşını saatda 40 km/saatda idarə etmişdir. Təqsiləndirilən şəxsin idarə etdiyi maşın üzbəüz gəlmiş, sürəti çox olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Qusar- İmamqulukənd kəndi istqamətində həmkəndliləri Məcvullanın idarə etdiyi avtomobildə hərəkət etmişdir. Həmin vaxt avtomobildə sürücüdən arxa oturacaqda əyləşmiş, amma yolu görə bilmişdir. Avtomobildə həmin vaxt başqa həmkəndliləri olmuş, Qusar-lmamqulukənd yolunda hərəkətdə olan zaman Məcvulla idarə etdiyi avtomobilin yoluna adını sonradan bildiyi Elşan adlı şəxsin idarə etdiyi “Vaz-21074” markalı avtomobilin sürətlə çıxdığını görmüş, bu vaxt Məcvulla idarə etdiyi “Mersedes-Benz” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı mikro avtobusun sürətini azaldaraq, sağ tərəf istqamətləndirib saxlamışdır. Lakin həmin şəxs Məcvulla yoluna çıxdığından hadisənin qarşısını ala bilməmiş və avtomobillər toqquşmuşdur. Hadisə baş verməzdən əvvəl Məcvulla qışqıraraq “möhkəm tutun avtomobil bizi vuracaq” deyərək hətta xəbərdarlıq da etmişdir. Həmin vaxt Elşan idarə etdiyi avtomobillə Məcvullanın yoluna çıxaraq, qarşısında olan dəqiq markasını xatrılamadığı avtomobilləri ötməyə çalışırdı. Lakin həmin avtomobillər öz yolları ilə Qusar istiqamətində hərəkət edirdilər. Hadisə zamanı avtomobildə olan şəxslərdən bəziləri xəsarət alaraq “Qusar RMX-sı” X4 aparıldılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid6 Namiq oğlunun ifadəsindən görünür ki, Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 12-13 radələrində Qusar- İmamqulukənd kəndi istiqamətində həmkəndliləri Məcvullanın idarə etdiyi avtomobillə işlədikləri yerdən yaşadıqları kəndə gəlmək üçün hərəkət etmişlər. Həmin vaxt avtomobildəki oturacalarda sağ tərəfdə oturmuş, yolu görə bilmişdir. Həmin yolda hərəkətdə olan zaman “Vaz-21074” markalı avtomobilin sürətlə onların yoluna çıxdığını görmüş, bu vaxt sürücü Məcvulla idarə etdiyi “Mersedes-Benz” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı mikro avtobusun sürətini azaldaraq sağ tərəfə istqamətləndirərək saxlamışdır. Lakin həmin vaxt Elşan adlı şəxs Məcvullanm idarə etdiyi avtomobilin yoluna çıxdığından hadisənin qarşısı ala bilməmişdir. Toqquşma nəticəsində avtomobildə olan şəxslərlə birlikdə xəsarət alaraq “Qusar RMX-sı” X4 yerləşdirilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 Marif oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Qusar rayonu Hil kəndindən Qusar şəhərinə getmək üçün “VAZ 21074” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Elşanla yola düşmüş, avtomobildə sürücünün yanında əyləşmiş, arxa oturacaqda iki qadın əyləşmişdir. Qusar-İmamqulukənd yolunun 3-cü km-də Elşan qarşısında olan avtomobili ötmək üçün qarşı hərəkət zolağına çıxmış, hava yağışlı olduğundan həmin yolla İmamqulukənd istiqamətində hərəkətdə olan mikroavtobusu görməmiş, mikroavtobusla onun yolunda toqquşmuş hadisə törətmişdir. Bu səbəbdə avtomobildə olan şəxslər xəsarət alaraq Qusar RMX-sl X4 aparmışlar. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Qusar rayonu Hil kəndindən Qusar şəhərinə repititor müəllim yanına getmək üçün “Vaz 21074” markalı taksi avtomobili ilə hərəkət etmişdir. Həmin vaxt onun yanında həmkəndlisi Elvira və qarşıda bir nəfər başqa kişi əyləşmiş, yolda onların olduğu avtomobilin sürücüsü qarşısında olan avtomobilləri ötmək üçün qarşı hərəkət zolağına çıxmış, nəticədə öz yolu ilə Qusar-İmamqulukənd yolu ilə İmamqulukənd istiqamətində hərəkət edən mikro avtobusla toqquşmuşdur. Buna görə də xəsarət alaraq Qusar RMX-sı” X4 yerləşdirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-ci il tarixli 468 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Rafık qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alın nahiyyəsinin tüklü hissəsinin sıyrıqı və hər iki əlin arxa səthinin xətti sıyrıqları; sol bud sümüyünün qapalı yerdəyişən sınıqı bərk küt əşyanın(əşyalann) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-si nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aid olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 06 dekabr 2022-ci il tarixli 8/8075 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz-21074” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mersedes” markalı, **-CE- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yaşayış məntəqəsinin ərazisində baş vermişdir. Yolun hərəkət hissəsi düz olmuşdur. Yol asfalt örtüklü quru yol olmuşdur. Yol örtüyünün eni 9 metr, iki hərəkət hissəli, hər hərəkət hissənin enin 4,5 metr olmuşdur. Yol işıqlandırılmamışdır. “Mersedes” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilə Qusar istiqamətdə hərəkətdə olan “Vaz-21074” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşdur. Yol nəqliyyat hadisəsi yolun əks zolağında baş vermişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2027-ci il tarixə kimidir. İş materiallarında olan alkotestrin çıxarşından görünür ki, yol nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs qanında alkoqolun miqdarı 0.00 % müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbər xarakterizə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həkim narkoloqun və psixiatrın qəbulunda yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, “Mersedes-Benz” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı qeydiyyat nişanlı və “Vaz 21074” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən ehtiyyatsızlıqdan törədilməsi tam təsdiq olunur. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Qusar-İmamqulukənd yolunun Qusar rayonu Köhnə-Xudat kəndi ərazisindən keçən hissəsində, yolun 3-cü km-də idarə etdiyi “Vaz 21074” markalı, **- SK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar istiqamətində hərəkətdə olarkən, avtomobili yaşayış məntəqəsində 60-70 km saat sürətlə idarə etmiş, avtomobilin dayanıqlı hərəkətini təmin etməmiş, qarşı hərəkət zolağına çıxmış və əks istiqamətdə hərəkətdə olan Qusar rayonu Gedəzeyxur kəndində yaşayan Şahid1zulla oğlunun idarə etdiyi “Mersedes- Benz” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan onun idarə etdiyi avtomobildə sərnişin qismində oturan Zərərçəkmiş şəxs Rafık qızının sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş müdafiəçi ilə birlikdə açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütovlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara dair öz etirazını bildirməmişlər, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasından görünür ki, iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Belə ki, iş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məlum yol nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş olan maddi ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs ilə barışmamış, ona vurulmuş olan maddi ziyanın ödənilməsini tələb etmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzalardan hər hansı birinin təyin edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Bu isə bir daha həmin şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəzaların hər hansı birinin təyin edilməsinin onun islah olunması və cəzanın məqsədlərinə nail olunması baxımından effektli və səmərəli olmasını əsaslı olaraq şübhə altına alır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin həyat və sağlamlığın qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına, təyin olunacaq cəzanın səmərəsizliyinə, icrasının mümkünsüzlüyünə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan “Mersedes-Benz” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı qeydiyyat nişanlı və “Vaz 21074” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Mersedes-Benz” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı qeydiyyat nişanlı və “Vaz 21074” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-32/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-32/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver