Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-32/2024 22.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 01 dekabr 2023-cü il tarixdə, saat 04 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında Qusar rayonu Yasab kəndi ərazisində saxlanılmış, üzərinə şəxsi axtarış keçirilən zaman şalvarın arxa hissəsində kəmərinin altında saxladığı, təxminən ay yarım əvvəl Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsində yerləşən zibil qutularının olduğu yerdə ayaqqabı qutusunun içərisindən tapdığı, qanunsuz olaraq saxladığı, 01 ədəd nömrəsi silinmiş “Makarov”(PM) konstruksiyalı, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı tapança, 01 ədəd avtomat “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd, 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı sandıqça, 04 ədəd 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik olan “Makarov”(PM), “PA-63”, “PA- 64”, “RK69”, konsturkisyalı tapançalarda və “Steçkin” konstruksiyalı avtomat tapançalarda istifadə edilən patronlar aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, saxlanılmazdan iki il əvvəl Bakı şəhərində Qusar rayon sakini kimi özünü ona təqdim edən “Orxan” adlı şəxslə tanış olmuş, həmin şəxs ona gələcəkdə silah əldə etmək istəməsini bildirmişdir. Bundan sonra “Orxan” adlı şəxslə heç bir əlaqə saxlamamışdır. Təxminən 2023-cü ilin oktyabr ayında, saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsində piyada gəzən zaman zibil qutularının yanında olan ayaqqabı qutusunu görmüş, həmin qutu onun diqqətini cəlb etiyindən qutunun yanına yaxınlaşmış, qutunu yerdən götürərək içərisinə baxmış, qutunun içərisində tapança olduğunu görmüş, kənardan diqqət çəkməməsi üçün tapançanı götürərək yaxınlıqda plana düşmüş uçuq binanın yanında olan torpaq hissədə basdırmış, gələcəkdə həmin tapançanı kiməsə satacağı qərarına gəlmişdir. Bundan sonra tapançanı gizlədərək yaşadığı ünvana getmiş, 30 noyabr 2023-cü il tarixdə isə onun yadına tanıdığı “Orxan” adlı şəxs düşmüş, buna görə də soraqlaşmaqla Qusar rayonunda tapacağını güman edərək, həmin gün tapançanı gizlətdiyi yerdən götürüb axşam saatlarında tanımadığı taksi ilə Qusar rayonunun Yasab kəndinə gəlmiş, taksidən düşdükdən sonra taksi sürücüsünü yola salaraq tapançanı belində olan kəmərə daha möhkəm keçirməklə kəndin giriş hissəsindən piyada həmin kəndin ərazisində hərəkət etmiş, orada “Orxan” adlı şəxs kimi bildiyi şəxsi tapmağa çalışmış, 01 dekabr 2023-cü il tarixdə, saat 04 radələrində həmin məqsədlə kənddə piyada hərəkət edən zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, üzərinə orada şəxsi axtarış keçrilmiş, şəxsi axtarış zamanı qanunsuz olaraq əldə etdiyi, saxladığı və gəzdirdiyi 01 ədəd “Makarov” tapança, 01 ədəd sandıqça, 05 ədəd patronlar aşkar edilərək götürülmüş, həmin aşkar edilərək götürülmüş silah sursatın ona məxsus olmasını etiraf etmişdir. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və sonuncu tərəfindən saxlanılmış silah sursat olması barədə Qusar RPŞ-nin Həzrə PB-nin rəisi, polis mayoru Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar Şahid2 alınmış məlumatın yoxlanılmasından ötrü raportla Qusar RPŞ-nin rəhbərliyinə məruzə etmiş, məlumatla əlaqədar tədbir keçirilməsinə göstəriş verilməsini xahiş edilmişdir. Bundan sonra Qusar RPŞ-nin rəisinin göstərişi ilə əməliyyat tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş, RPŞ-nin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid3 və özündən ibarət əməliyyat qrupu yaradılmış, xx.xx.2023-cü il tarixdə, saat 04 radələrində Qusar rayonu, Yasab kəndi ərazisində Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi “Makarov” konstruksiyalı 01 ədəd tapança, onun komplekt hissəsinə aid 01 ədəd sandıqça, 05 ədəd 9x18 mm çaplı patronları təhqiqatçının, müdafiəçi qisimində dəvət edilmiş şəxsin iştirakı ilə Təqsirləndirilən şəxs şalvarının arxa hissəsində, kəmərinin altından aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs silah və sursatları ay yarım əvvəl Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsində piyada hərəkət edən zamanı zibil qutuların yanında olan ayaqqabı qutusundan tapdığını, təxminən 2 il əvvəl Bakı şəhərində tanış olduğu, yalnız adını bildiyi “Orxan” adlı şəxsə tapdıqdan sonra satacağını güman edərək Qusar rayonuna gəlməsini, həmin şəxslə əlaqə saxlamasını ünvanını dəqiq bilmədiyini söyləmişdir. Göstərilən silah sursat qablaşdırılaraq müvafiq ekspertizaların təyin edilməsi məqsədi ilə götürülmüşdür Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oğlunun ifadəsindən görünür ki, məhkəmə istintaqında şahid dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, məhkəmə istintaqında şahid dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2023-cü il tarixli, 3/16-16/2- 3/2010 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapançadır, yivli odlu silahdır, saz vəziyyətdədir, atış açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet “Makarov” (PM) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır(daraqdır), istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 05(beş) ədəd 9x18 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş, həmin kalibrə malik olan “Makarov” (PM), “PA-63”, “P 64”, “RK 59” konstruksiyalı tapançalarda, “Steçkin” konstruksiyalı avtomatik tapançalarda (“APS”) və s. uyğun kalibrli silahlarda istifadə edilən patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 15 dekabr 2023-cü il tarixli 3-13- 11/2-15343/2023 saylı məktubunda göstərilmişdir ki, Qusar RPŞ-nin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Makarov” markalı tapançanın üzərindən götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1980-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət (Silahdan götürülmüş) barmağının əksi ilə eynilik müəyyən edilmişdir Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş CDdiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd nömrəsi silinmiş “Makarov”(PM) konstruksiyalı, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı tapança, 01 ədəd avtomat “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd, 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı sandıqça, 04 ədəd 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik olan “Makarov”(PM), “PA-63”, “PA- 64”, “RK69”, konsturkisyalı tapançalarda və “Steçkin” konstruksiyalı avtomat tapançalarda istifadə edilən patronlar aşkar edilmişdir. İş materiallarında olan şübhəli və ya təqsirləndirilən ifadəsinin yerində yoxlanılması haqqında olan protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində dediklərini təkrar etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1ci maddələrinin bəzi müddəa larının şərh edilməsinə dair» 21iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750 İİ Qnömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlusilah, güllə və ya partla yıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlarvə onların modelləri daxili qanunvericiliy ə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah— canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah—özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı-müvafiq silah növündən atəş açmaq üçün nəzərdə soyuq silah—konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalatın və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi; xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) Bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) Bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcə müddətsiz əlil olmaqla əmək pensiyası alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, səmimi ifadə verməsini, müsbət xarakterizə olunmasını şəxsiyyəti səciyyənlədirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs İİ dərəcə müddətsiz əlil olmaqla əmək pensiyası almasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini iş materiallarına tədqiqinə və onun şəxsiyyətinə uyğun olaraq ədalətli hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəmiyyətdə mənfi emosiyaların çıxarılmasına və bu növ cinayət əməllərinin çoxalmasına səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilmədir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd nömrəsi silinmiş “Makarov”(PM) konstruksiyalı, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı tapança, 01 ədəd avtomat “Makarov” konstruksiyalı tapançaların funksianal əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd, 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadə yararlı sandıqça, 04 ədəd 9x18 mm kalibrli olmaqla, həmin kalibrlə malik olan “Makarov”(PM), “PA-63”, “PA- 64”, “RK69”, konsturkisyalı tapançalarda və “Steçkin” konstuksiyalı avtomat tapançalarda istifadə edilən patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197,198, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2023cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd nömrəsi silinmiş “Makarov”(PM) konstruksiyalı, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı tapança, 01 ədəd avtomat “Makarov” konstruksiyalı tapançaların funksianal əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd, 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadə yararlı sandıqça, 04 ədəd 9x18 mm kalibrli olmaqla, həmin kalibrlə malik olan “Makarov”(PM), “PA-63”, “PA- 64”, “RK69”, konsturkisyalı tapançalarda və “Steçkin” konstuksiyalı avtomat tapançalarda istifadə edilən patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-32/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-32/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver