Məhkəmə qərarları › İş №1(029)-32/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-32/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-32/2025 02.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Qusar rayonu, Gədezeyxur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Gədezeyxur ərazi dairəsi, Bədişqala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 29 noyabr 2024-cü il tarixdə, saat 13 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs kirayədə yaşadığı fərdi yaşayış evin heyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evə açıq vəziyyətdə olan qapıdan girib, evin yataq otağındakı güzgünün arxasında olan balaca sandıqçadan Zərərçəkmiş şəxs məxsus 3300 manat məbləğində pulu gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qusar şəhər sakini Zərərçəkmiş şəxs təxminən 5-6 ildir tanımış, münasibətləri həmişə yaxşı olmuşdur. 25 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onu və dostu Əlişirin Cabbarovu özünə məxsus “BMW” markalı avtomobilin satılması ilə əlaqədar Qusar şəhərin ərazisində yerləşən “Anvar” adlı kafeyə dəvət edib, qonaqlıq vermiş, həmin vaxt ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs avtomobil satışından əldə etdiyi 3000 manat pulu saxlaması üçün anası Şahid1 vermiş, sonuncunun isə 3000 manat pulu da ünvan 1 ünvanda yerləşən kirayədə qaldıqları evin yataq otağındakı güzgünün arxasında olan balaca sandıqçada saxladığı məlum olmuşdur. 29 noyabr 2024-cü il tarixdə, səhər radələrində əlində xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasının, Groznıy şəhərinə aviabiletin olduğunu nəzərə alıb, tanışı Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişdir. 29 noyabr 2024-cü il tarixdə, saat 10 radələrində tanışı Zərərçəkmiş şəxs zəng edib, çay içməyə dəvət etmiş, sonuncu isə işdə olduğunu bildirmişdir. Bu zaman tanışı Zərərçəkmiş şəxs anası Şahid1nanm da işdə olduğunu bilib, həmin gün saat 13 radələrində tək başına onların yaşadığı ünvan 1 ünvanda yerləşən evə tərəfə gedib, ətrafda heç kimin olmadığını görüb evin heyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evə açıq vəziyyətdə olan qapıdan girib, evin yataq otağındakı güzgünün arxasında olan balaca sandıqçadan Zərərçəkmiş şəxs məxsus 100 manatlıq əskinaslarla 3000 manat, 50 manatlıq əskisnaslarla isə 300 manat olmaqla ümumilikdə 3300 manat məbləğində pulu gizli yolla talamaqla oğurlayaraq, evdən çıxıb ara yolla Qusar şəhəri, H.Aslanov küçəsindən Qusar şəhəri, A.Mehman küçəsində yerləşən “Pioneer” marketin qarşısına çıxıb, orada piyada Qusar şəhəri Avtobaza adlanan əraziyə piyada gedən zaman yol üstü tanımadığı taksi avtomobilinə oturub, oradan Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Pioneer” yanacaq doldurma məntəqisnə gedib, oğurladığı 50 manat pul xırdalayaraq, taksi sürücüsünə 5 manat pul verib, avtomobildən düşmüş, daha sonra isə orada yerləşən markətə girib özünə 1 qutu “LD” markalı siqarətləri alıb, piyada Qusar şəhər Avtovağzal dairəsi ərazisinə piyada gedərək, oradan Qusar şəhəri-Balaqusar kənd şəhər daxili avtobusa minib, Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “MM” restoranın qarşısında düşmüşdür. Həmin vaxt “ММ” restoranı işlədən Şahid2 ilə görüşüb, sonuncuya oğurladığı puldan 50 manat pul verib, öz borcunu bağlamış, daha sonra isə “MM” restoranın yaxnlığında yerləşən “Hello Qusar” otelə gedib, oğurladığı puldan 60 manat pulu oteli işlədən Şahid3 verib, həmin oteldə 1 gecə qalmış, xx.xx.2024-cü il tarixdə isə tanımadığı taksi avtomobili ilə Sumqayıt şəhərinə gedərək, orada yerləşən müxtəlif otellərdə 3 gün qalmış, xx.xx.2024-cü il tarixdə isə Rusiya Federasiyasının, Groznıy şəhərinə uçmaq üçün Bakı şəhərində yerləşən H.Əliyev adına X3 gedib, pasport qeydiyyatından keçən zaman hava limanı əməkdaşları tərəfindən saxlanılaraq Qusar rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. Törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 noyabr 2024-cü il tarixdə özünə məxsus “BMW” markalı **- XO-*** dövlət qeydiyyat nişanlı avtomobili 3000 manata satmış və pulu saxlamaq üçün anası Şahid1 vermiş, sonuncu isə 100 manatlıq əskinaslarla 3000 manat, 50 manatlıq əskisnaslarla isə 300 manat olmaqla ümumilikdə 3300 manat məbləğində pulu yaşadıqları evin yataq otağındakı güzgünün arxasında olan balaca sandıqçada saxlamışdır. xx.xx.2024-cü il tarixdə axşam radələrində tanışı Əlişirin Cabbarov və Zərərçəkmiş şəxs Qusar şəhərində yerləşən “Anvar” kafeyə dəvət edib, avtombilin satılması ilə əlaqədar onlara qonaqlıq vermişdir. xx.xx.2024-cü il tarixdə işdə olan zaman anası Şahid1 ona zəng edib, kirayədə yaşadıqları evdən 3300 manat pulun oğurlandığını, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Bundan sonra evə gələn zaman polis əməkdaşları gəlib, hadisə yerinə müayinə edib, dindirilməsi üçün onları Qusar RPŞ-nə aparmışlar. xx.xx.2024-cü il tarixdə Qusar rayon polis şöbəsində ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində onların kirayədə yaşadıqları evdən 3300 manat pulu oğurlamış şəxs tanışı Qusar şəhər sakini Təqsirləndirilən şəxsdur. Ona vurulmuş olan maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, aralarında düşmənçilik və ədavəti olmamış, 2023-cü ilin aprel ayından etibarən Qusar şəhəri X5 yerləşən “MM” restoranını icarə müqaviləsinə əsasən işlədir, Təqsirləndirilən şəxs müştəri kimi daima onun işlətdiyi restorana gəlmiş və sonucunun ona 50 manat borcu yaranmışdır. 29 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun işlətdiyi “MM” restoranına gələrək, ona 50 manat borcu pulu qaytarmışdır. Bir neçə gün sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs evindən 3300 manat məbləğində pulu oğurlamış və oğurladığı puldan ona 50 manat borc pulu qaytarmış, lakin onun baş vermiş oğurluq hadisəsi və Təqsirləndirilən şəxs ona qaytardığı 50 manat borc pulun oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar şəhər sakini Təqsirləndirilən şəxs tanımır, onun heç kimlə düşmənçilik və ədavəti olmamış, xx.xx.2022ci il tarixdən etibarən ünvan 2 ünvanında yerləşən “Hello Qusar” oteli icarə müqaviləsinə əsasən işlədir. 29 noyabr 2024-cü il tarixdə əvvəllər tanımadığı, adını sonradan bildiyi Qusar şəhər sakini Təqsirləndirilən şəxs onun işlətdiyi “Hello Qusar” otelə tək başına gələrək, orada 60 manat müqabilində bir gecə qalmış, oteldə qaldığı zaman Təqsirləndirilən şəxs yanma gələn heç kəs olmamış, xx.xx.2024-cü il tarixdə sonuncu oteldən çıxış edib, getmişdir. Bir müddət sonra Qusar rayon polis şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs evindən 3300 manat məbləğində pulu oğurlamış və oğurladığı puldan ona 60 manat borc pul verib 1 gecə oteldə qalmış, lakin onun baş vermiş oğurluq hadisəsi və Təqsirləndirilən şəxs oteldə qalmaq üçün ona verdiyi 60 manat borc pulun oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi ilə uyğu eyni məzmunlu ifadə vermişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, əvvəllər məhkum ounmamışdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs X1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən peşman olmasını, səmimi ifadə verməsini, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Gədezeyxur ərazi dairəsi, Bədişqala kəndində yerləşən evini axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 06 dekabr 2024-cü il tarixdə tutulmadan azad edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 dekabr 2024-cü il tarixdən, 06 dekabr 2024-cü il tarixə kimi tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 4 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, 29 noyabr 2024-cü il tarixli, 04 dekabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokollara əlavə edilmiş fotocədvəllər, 08 yanvar 2025ci il tarixli diskə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş 01 CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə qaldığı 04 dekabr 2024cü il tarixdən, 06 dekabr 2024-cü il tarixə kimi həbsdə qaldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs Adi oğluna təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs Adi oğluna çəkilməsi üçün qəti olaraq, 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Gədezeyxur ərazi dairəsi, Bədişqala kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 29 noyabr 2024-cü il tarixli, 04 dekabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokollara əlavə edilmiş fotocədvəllər, 08 yanvar 2025ci il tarixli diskə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş 01 CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar