Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-33/2021 30.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Qusar rayonu Həzrə kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, xx xxxxxx 2021-ci il tarixdə tutulmuş, Qusar rayon məhkəməsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xx xxxxxx 2021-ci il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə həmin kənddə yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın damına qalxıb, orada yerləşən 1 ədəd nəfəslik pəncərəni yaşadığı evindən özü ilə apardığı bir ədəd boru parçası ilə sındırmaqla həmin mağazaya qanunsuz daxil olaraq, həmin mağazadan cəmi dəyəri 9,20 manat olan, 04 ədəd 2,30 manatlıq "PALL MALL" markalı qara nazik siqaretləri, cəmi dəyəri 12.80 manat olan, 04 ədəd 3,20 manatlıq “X16” markalı siqaretləri, cəmi dəyəri 6,80 manat olan 04 ədəd 1,70 manatlıq 0,5 litrlik şüşə butulkada “XİRDALAN” pivələrini, dəyəri 15 manat “LEE” markalı cins şalvarı, dəyəri 15 manat olan 1 cüt “KİNTEX” markalı idman ayaqqabılarını, cəmi dəyəri 32 manat olan 32 ədəd 1 manatlıq, cəmi dəyəri 40 manat olan 20 ədəd 2 manatlıq, cəmi dəyəri 45 manat olan 15 ədəd 3 manatlıq, cəmi dəyəri 10 manat olan 2 ədəd 5 manatlıq AZERCELL danışıq kartlarını və 197 manat nağd pulu gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 382,80 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, həqiqətən də, xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs məxsus mağazanın damına çıxıb mağazanın şüşəsini sındırıb oraya daxil olmuş və oradan ittiham aktında göstərilən əşyaları oğurlamışdır. O, xx xxxxxx 2021-ci il tarixdə axşam saatlarında tanışları Fərid, Ratmir, İnqilab və digərləri ilə birlikdə yaşadıqları Qusar rayonu Həzrə kəndində Fəridin evində yeyib-içmiş və sərxoş olmuşdur. Bundan sonra onlar Fəridin evindən çıxmışlar, hər kəs öz evinə getmiş, o, isə Vazehin avtomobili ilə gəlib evə getmək üçün yolda düşmüşdür. Həmin vaxt o, yaşadığı kənddə yerləşən Arizin mağazasından oğurluq etmək qərarına gəlmişdir. O, yaşadığı evdən götürdüyü dəmir boru parçası ilə həmin mağazanın şüşə pöncərəsini sındırmış və mağazadan cəmi dəyəri 9,20 manat olan, 04 ədəd 2,30 manatlıq "PALL MALL" markalı qara nazik siqaretləri, cəmi dəyəri 12.80 manat olan 04 ədəd 3,20 manatlıq “X16” markalı siqaretləri, cəmi dəyəri 6,80 manat olan 04 ədəd 1,70 manatlıq 0,5 litrlik şüşə butulkada “XİRDALAN” pivələrini, dəyəri 15 manat “LEE” markalı cins şalvarı, dəyəri 15 manat olan 1 cüt “KİNTEX” markalı idman ayaqqabılarını, kassadan isə cəmi dəyəri 32 manat olan 32 ədəd 1 manatlıq, cəmi dəyəri 40 manat olan 20 ədəd 2 manatlıq, cəmi dəyəri 45 manat olan 15 ədəd 3 manatlıq, cəmi dəyəri 10 manat olan 2 ədəd 5 manatlıq AZERCELL danışıq kartlarını və 197 manat nağd pulu oğurlamışdır. Növbəti gün polis əməkdaşları onu saxlamışlar və o, oğurladığı əşyaların bir hissəsini və 197 manat nəğd puldan 74 manatını xərclədikdən sonra qalan 123 manatını isə həmin vaxt, çatışmayan 74 manat pulu və qalan əşyaların dəyərini isə daha sonra nəğd pul şəklində geri qaytarmışdır. O, əvvəllər oğurluq etdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırkı cinayəti də həmin cəzanı çəkdiyi müddətdə törətmişdir. Hazırda törətdiyi əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışmış, həmin şəxsə dəymiş zərəri tam şəkildə aradan qaldırmış, sonuncunun ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Söz verir ki, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, həmin halları nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafları ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Həzrə kəndində yaşayır, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Yaşadığı kənddə onun mağazası var, həyat yoldaşının adına olan VÖEN əsasında həmin mağazanı işlədir. xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixə keçən gecə onun işlətdiyi mağazadan oğurluq edilmiş və bu barədə polisə şikayət etmişdir. Polis əməkdaşları gəlib mağazaya baxmışlar, mağazanın müşahidə kamerasını izləmişlər və həmin oğurluğu Təqsirləndirilən şəxs törətdiyini müəyyən edərək həmin şəxsi saxlamışlar. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun mağazasının ikinci mərtəbəsində olan şüşəni sındırıb içəriyə daxil olmuş və oradan cəmi dəyəri 9,20 manat olan, 04 ədəd 2,30 manatlıq "PALL MALL" markalı qara nazik siqaretləri, cəmi dəyəri 12.80 manat olan, 04 ədəd 3,20 manatlıq “X16” markalı siqaretləri, cəmi dəyəri 6,80 manat olan 04 ədəd 1,70 manatlıq 0,5 litrlik şüşə butulkada “XİRDALAN” pivələrini, dəyəri 15 manat “LEE” markalı cins şalvarı, dəyəri 15 manat olan 1 cüt “KİNTEX” markalı idman ayaqqabılarını, cəmi dəyəri 32 manat olan 32 ədəd 1 manatlıq, cəmi dəyəri 40 manat olan 20 ədəd 2 manatlıq, cəmi dəyəri 45 manat olan 15 ədəd 3 manatlıq, cəmi dəyəri 10 manat olan 2 ədəd 5 manatlıq AZERCELL danışıq kartlarını və 197 manat nağd pulu oğurlamışdır. Pul və danışıq kartları kassada olmuşdur. Təqsirləndirilən şəxs oğurladığı əşyaları və pulu ona geri qaytarmış, mağazanın şüşəsini təmir etdirmiş, bununla da, ona dəymiş ziyan tam aradan qaldırılmışdır. Hazırda o, Təqsirləndirilən şəxslə barışmış, həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. xx xxxxxx 2021-ci il tarixdə axşam saatlarında Qurban və digər tanışları olan Vazeh, İnqilab, Ratmir və Vüsal onun yaşadığı evə gəlmişlər və birlikdə yeyibiçmişlər. Bundan sonra o, evdə qalmış, qonaq gəlmiş tanışları isə öz evlərinə getmişlər. Qurban da həmçinin Vazehin maşını ilə çıxıb getmişdir. Növbəti gün isə o, eşitmişdir ki, Qurban həmin gecə həmkəndliləri Arizin mağazasından pul və müxtəlif əşyaları oğurlamış və polis əməkdaşları onu saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. O, Qusar rayonu Həzrə kəndində yaşayır və fərdi əməklə məşğul olur. xx xxxxxx 2021-ci il tarixdə axşam saatlarında Fərid ona zəng edərək araq alıb evlərinə gətirməsini bildirmiş, o isə bir şüşə araq alıb oraya getmişdir. Fəridgilin evinə gedərkən orada Fərid, Qurban, İnqilab, Ratmir və Vüsalın birlikdə yeyib-içdiklərini görmüş, həmin şəxslər onun aldığı arağın da bir hissəsini içmişlər və durub öz evlərinə getmişlər. Fərid isə evində qalmışdır. O, Qurban və Ratmiri idarə etdiyi avtomobillə aparmışdır. Qurban yolda kənd icra nümayəndəliyinin inzibati binasının yanında düşmüş və oradan özü gedəcəyini bildirmişdir. O, isə Qurbanı düşürüb çıxıb getmişdir. Növbəti gün isə o, kənd camaatından eşitmişdir ki, Qurban həmin gecə həmkəndliləri Arizin mağazasından pul və müxtəlif əşyaları oğurlamış və polis əməkdaşları onu saxlamışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, oğlu Qurban yaşadıqları kənddə fərdi əməklə məşğul olur. İş olanda kənd sakinlərinin evlərində işləmişdir. xx.xx.2021-ci il tarixdə axşam radələrində Qurban dostları ilə görüşmək adı ilə evdən çıxıb getmişdir. Həmin gün saat 22 radələrində dəfələrlə Qurbanın mobil telefonuna zəng etsə də, Qurban zənglərə cavab verməmiş və gecə evə gəlməmişdir. xx.xx.2021-ci il tarixdə səhər tezdən mal-qaranı tövlədən çıxartmaq üçün evin həyətinə düşən zaman Qurbanın tövlədə sərxoş vəziyyətə olduğunu görüb, ona öz iradını bildirməklə Qurbanı evə aparmışdır. Həmin vaxt Qurban evdə 2 ədəd pivə butulkasını içərək, axşam həmkəndliləri Vüsal, Ratmir, İnqilab və Fəridlə birlikdə oturub yeyib-içdiyini, daha sonra isə təkrar oğurluq hadisəsi törətdiyini bildirmişdir. Həmin vaxt Qurbanın sərxoş olduğunu görüb, sözlərinə əhəmiyyət verməmiş və daha sonra Qurban sərxoş vəziyyətdə evdən çıxıb getmişdir. xx.xx.2021-ci il tarixdə Qurbanın təkrar həmkəndlisi Arizin mağazasından oğurluq etdiyi müəyyən edilmiş və Qurban saxlanılaraq Qusar RPŞ-nə aparılmışdır. Şahid1 məhkəməyə ərizə göndərərək səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmədə ifadə verməkdən imtina etdiyini göstərmiş və həmin halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onlar Şahid6 məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Həmid-zadə Elnur Rəsul oğlu tərəfindən Qusar RPŞ-nin KTQnin baş inspektoru X5, Zərərçəkmiş şəxs, X3, hal şahidləri X6 və X7 iştirakları ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 13:30-dan 14:25-dək Qusar rayonu Həzrə kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus olan 2 (iki) mərtəbəli mağazaya baxış keçirilmişdir. Mağazanın ön hissəsinin fasadı açıq sarı, dam örtüyü qırmızı rəngdən ibarətdir. Mağazaya giriş üçün 2 dəmir qapı vardır. 1-ci mərtəbədə 2 ədəd dəmir barmaqlıqlar olan pəncərə yerləşir. 2-ci mərtəbədə 4 ədəd barmaqlıqlarsız pəncərə vardır və həmin pəncərələrin üst hissəsində üçbucaq formasında nəfəsliklər mövcuddur. Mağazanın 2-ci mərtəbəsində olan sağdan 1-ci pəncərənin nəfəsliyi sındırılmış vəziyyətdədir. Mağazanın kənar və arxa hissələri suvaqsız və rəngsizdir. Arxa hissədə birbirindən təxminən 3,5 metr aralı məsafədə yerləşən 3 dəmir barmaqlıqlar taxılmış nəfəsliklər vardır. Ortada yerləşən nəfəsliyin şüşəsi sındırılmış vəziyyətdədir. Mağazaya sağda yerləşən dəmir qapıdan daxil olduqda qarşıda ərzaq malları, sol tərəfdə kassa, sağ tərəfdə içərisində içkilər olan soyuducular yerləşir. Mağazaya daxil olub sol tərəfə 4-5 metr getdikdən sonra yuxarı mərtəbəyə qalxmaq üçün plastik qapı və taxta pilləkən vardır. 2-ci mərtəbədə gündəlik məişət geyimləri, kişi və qadın paltarları, eləcə də, klassik kişi ayaqqabıları və idman ayaqqabıları vardır. 2-ci mərtəbədə 1 otaq vardır, istirahət otağı kimi istifadə edilir. Həmin otaqda olan pəncərə xaricdən mağazaya baxdıqda sağdan birinci pəncərədir və nəfəsliyi sındırılmış vəziyyətdədir. Pəncərənin jalüzü qırılıb yerə düşmüş və nəfəsliyin şüşələri sınaraq yerə tökülmüşdür. Zərərçəkmiş şəxs bildirmişdir ki, naməlum şəxs və ya şəxslərin mağazanın damından 2-ci mərtəbədə yerləşən istirahət otağında olan pəncərənin nəfəsliyini sındırmaqla içəriyə daxil olmuşlar. Zərərçəkmiş şəxs 1 ədəd boz rəngli cins şalvarın və 1 cüt qara rəngli idman ayaqqabısının oğurlandığı yeri göstərmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs 200 manata yaxın pul vəsaitinin və 127 manatlıq danışıq kartlarının oğurlandığı kassanı göstərmiş, kassanın qıfılının olmadığını, həmişə açıq olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs 8 qutu siqaretlərin oğurlandığı masanı, 4 şüşə butulka “Xırdalan” pivəsinin oğurlandığı soyuducunu göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Həmid-zadə Elnur Rəsul oğlu tərəfindən Qusar RPŞ-nin KTQnin baş inspektoru X5, həmin polis şöbəsinin Həzrə PB-nin baş əməliyyat müvəkkili X8, Təqsirləndirilən şəxs, hal şahidləri X6 və X7 iştirakları ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu Həzrə kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus mağazadan oğurladığı 121 manat kağız pulu, həmin pullara baxış zamanı 21 manat 1 manatlıq əskinasları, 20 manat 10 manatlıq əskinasları, 80 manat 5 manatlıq əskinasları, 2 manat isə dəmir pullarla ümumilikdə 123 manat pulu təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində olan 32 ədəd 1 manatlıq, 20 ədəd 2 manatlıq, 15 ədəd 3 manatlıq və 2 ədəd 5 manatlıq, ümumilikdə 127 manatlıq “Azercell” danışıq kartlarını təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd “Pall Mall” və 1 ədəd “Winston” markalı siqaret qutularını təqdim etmişdir. Bundan başqa, 1 cüt qara rəngli idman ayaqqabısını və 1 ədəd boz rəngli kişi cins şalvarını təqdim etmişdir. Baxış zamanı geyimlərin təzə olduğu müşahidə olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaları xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus olan, Qusar rayonu Həzrə kəndində yerləşən mağazadan oğurladığını bir daha qeyd etmişdir. Təqdim edilmiş əşyalar və 123 manat pul iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Pall Mall” markalı qara nazik siqaretlər, 01 ədəd “X16” markalı siqaretlər, 01 ədəd “LEE” markalı cins şalvar, 1 cüt “KİNTEX” markalı idman ayaqqabıları, 32 ədəd 1 manatlıq, 20 ədəd 2 manatlıq, 15 ədəd 3 manatlıq, 2 ədəd 5 manatlıq “AZERCELL” danışıq kartları və 123 manat nağd pul, həmçinin Təqsirləndirilən şəxs nəfəslik pəncərəni sındırdığı 01 ədəd boru dəmir parçası iş üzrə maddi sübut kimi tanınmışdır. 01 ədəd dəmir boru parçası istisna olmaqla həmin əşyalar Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli raportdan və eyni tarixli mədaxil qəbzindən görünür ki, 01 ədəd dəmir boru parçası Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, həmin şəxs 01 ədəd “Pall Mall” markalı qara nazik siqaretləri, 01 ədəd “X16” markalı siqaretləri, 01 ədəd “LEE” markalı cins şalvarı, 1 cüt “KİNTEX” markalı idman ayaqqabıları, 32 ədəd 1 manatlıq, 20 ədəd 2 manatlıq, 15 ədəd 3 manatlıq, 2 ədəd 5 manatlıq “AZERCELL” danışıq kartlarını və 123 manat nağd pulu Qusar RPŞ-dən təhvil almışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 9/311 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd "PALL MALL" markalı qara nazik siqaretin dəyəri 2,30 manat, 01 ədəd “X16” markalı siqaretin dəyəri 3,20 manat, 01 ədəd 0,5 litrlik şüşə butulkada “XİRDALAN” pivənin dəyəri 1,70 manat təşkil edir. 01 ədəd “LEE” markalı cins şalvarın və 1 cüt “KİNTEX” markalı idman ayaqqabıların tədqiqat və qiymətləndirməsi aparılmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 9/311 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 186-cı maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinə başlanmamış, barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilmişdir. Bundan başqa, 01 ədəd dəmir boru parçası maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. 01 ədəd “Pall Mall” markalı qara nazik siqaretlər, 01 ədəd “X16” markalı siqaretlər, 01 ədəd “LEE” markalı cins şalvar, 1 cüt “KİNTEX” markalı idman ayaqqabıları, 32 ədəd 1 manatlıq, 20 ədəd 2 manatlıq, 15 ədəd 3 manatlıq, 2 ədəd 5 manatlıq “AZERCELL” danışıq kartları və 123 manat nağd pul maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytrarılması nəzərə alınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 4(029)- 4/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qusar rsyon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 058/01-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2021ci il tarixli tələbnamədən və Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 89/21 saylı arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın 09 (doqquz) ay 24 (iyirmi dörd) gün hissəsini çəkmiş, 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddət çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 48 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs ailə tərkibi anası Şahid1 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə kafi xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə aradan qaldırılmaqla ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də, onun barəsində həbslə əlaqədar olmayan yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə həmin kənddə yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın damına qalxıb, orada yerləşən 1 ədəd nəfəslik pəncərəni yaşadığı evindən özü ilə apardığı bir ədəd boru parçası ilə sındırmaqla həmin mağazaya qanunsuz daxil olaraq, həmin mağazadan cəmi dəyəri 9,20 manat olan 04 ədəd 2,30 manatlıq "PALL MALL" markalı qara nazik siqaretləri, cəmi dəyəri 12.80 manat olan 04 ədəd 3,20 manatlıq “X16” markalı siqaretləri, cəmi dəyəri 6,80 manat olan 04 ədəd 1,70 manatlıq 0,5 litrlik şüşə butulkada “XİRDALAN” pivələrini, dəyəri 15 manat “LEE” markalı cins şalvarı, dəyəri 15 manat olan 1 cüt “KİNTEX” markalı idman ayaqqabılarını, cəmi dəyəri 32 manat olan 32 ədəd 1 manatlıq, cəmi dəyəri 40 manat olan 20 ədəd 2 manatlıq, cəmi dəyəri 45 manat olan 15 ədəd 3 manatlıq, cəmi dəyəri 10 manat olan 2 ədəd 5 manatlıq AZERCELL danışıq kartlarını və 197 manat nağd pulu gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 382,80 manat maddi ziyan vurması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya-yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan hazırkı hökmlə ona cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 06 (altı) gün hissəsi hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilib ona qəti cəzanın təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq xx xxxxxx 2021-ci il tarixdən xx xxxx 2021-ci il tarixədək 02 (iki) ay 20 (iyirmi) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 05 (beş) ay 10 (on ) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Həzrə kəndində yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, həmin şəxs törətdiyi əməlindən səmimi peşman olmuş, dəymiş zərəri aradan qaldırmaqla zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir, X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd dəmir boru parçası məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Pall Mall” markalı qara nazik siqaretlərin, 01 ədəd “X16” markalı siqaretlərin, 01 ədəd “LEE” markalı cins şalvarın, 1 cüt “KİNTEX” markalı idman ayaqqabılarının, 32 ədəd 1 manatlıq, 20 ədəd 2 manatlıq, 15 ədəd 3 manatlıq, 2 ədəd 5 manatlıq AZERCELL danışıq kartlarının və 123 manat nağd pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə dəymiş ziyan ümumilikdə 328,80 manat təşkil edir və həmin ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 06 (altı) gün hissəsi hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilib ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx xxxxxx 2021-ci il tarixdən xx xxxx 2021-ci il tarixədək 02 (iki) ay 20 (iyirmi) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 05 (beş) ay 10 (on ) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Həzrə kəndində yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd dəmir boru parçası məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Pall Mall” markalı qara nazik siqaretlərin, 01 ədəd “X16” markalı siqaretlərin, 01 ədəd “LEE” markalı cins şalvarın, 1 cüt “KİNTEX” markalı idman ayaqqabılarının, 32 ədəd 1 manatlıq, 20 ədəd 2 manatlıq, 15 ədəd 3 manatlıq, 2 ədəd 5 manatlıq AZERCELL danışıq kartlarının və 123 manat nağd pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-33/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-33/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver