Məhkəmə qərarları › İş №1(029)-33/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-33/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-33/2022 24.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1964-cü ildə Qusar rayonu Mucuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Qusar rayonu Mucuq kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Qusar rayonu İmamqulukənd kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 17.12.2021-ci il tarixdə saat 19 radələrində Qusar rayonu Köhnə Xudat kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq etmək məqsədilə darvazanın üzərindən aşmaq yolu ilə evin açıq qapısından qanunsuz olaraq daxil olmuş, evin qonaq otağında olan rəfdəki güldanın içərisindən 210 (iki yüz on) manat nağd pulu oğurlayaraq evdən çıxmaq istəyərkən həmin vaxt Zərərçəkmiş şəxs ilə birlikdə evə qayıdan sonuncunun tanışı Şahid1 tərəfindən evin həyətində yaxalanmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Qusar rayonu Köhnə Xudat kəndindəki evində bir müddət kirayədə yaşamışdır. 17 dekabr 2021-ci il tarixdə Qusar şəhərində bir şüşə 0,5 litrlik araq almış, Köhnə Xudat kəndində Səidəyə məxsus evin yaxınlığında tək içmiş və sərxoş olmuşdur. Bundan sonra isə Səidənin ona pul verməli olduğu yadına düşmüş və bu səbəbdən də həmin gün saat 19 radələrində Səidənin yaşadığı evin yanına getmiş, çəpərdən Səidənin evinin həyətinə keçmiş və həyətdə dayanmışdır. Həmin vaxt o, evə daxil olmamış, evdən pul oğurlamamışdır. Onun bir cibində özünün 40 manat pulu olmuş, digər cibindən isə 210 manat pulu polis əməkdaşları aşkar etməmişlər, həmin 210 manatı polis əməməkdaşları onun cibinə qoymuşlar. O, həmin zaman sərxoş olmuş və hadisə tam yadında deyil. Evin nəzarət kamerasına toxunmamış, işığı və kameranı söndürməmişdir. Hazırda Zərərçəkmiş şəxs həyətinə girdiyi üçün əməlindən çox peşmandır. Odur ki, törətdiyi hərəkətinə görə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, o, əvvəllər dəfələrlə oğurluq etdiyinə görə məhkum olunmuş, sonuncu dəfə 2007-ci ildə cəzasını çəkdikdən sonra azadlığa çıxmışdır. 2020-ci ilin oktyabr ayından 2021-ci ilin may ayınadək Qusar rayonu Köhnə Xudat kənd sakini Səidəyə məxsus həmin kənddə yerləşən evdə kirayə yaşamışdır. 17 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Qusar rayonu Köhnə Xudat kəndində Səidənin evinin yaxınlığında Qusar şəhərindən aldığı 0,5 litr həcmində spirtli içki olan arağı qəbul etmiş, bundan sonra Səidəyə məxsus evin yaxınlığına getmiş, kənardan Səidənin evdə olmadığını müşahidə etmişdir. Həmin vaxt o, evin darvazasının üzərinə qalxmış, orada olan müşahidə kamerasını yuxarı qaldırmış və həyətdəki talvarın üzərinə çıxmışdır. Bundan sonra, dəmirlərin üzəri ilə gedərək ikinci mərtəbədəki yataq otağının qapısının qarşısına düşmüş, oradan da birinci mərtəbəyə düşərək mərkəzi açardan evin işığını söndürmüş, daha sonra evin birinci mərtəbəsində yerləşən qonaq otağına evin açıq qapısından daxil olmuşdur. Qonaq otağında yerləşən rəfdəki güldanın içərisinə baxmış, çünki əvvəllər Səidə həmişə orada pul saxlamışdır. Bu zaman güldanın içərisində 20 manatlıq əskinasları görmüş, həmin pulları götürüb cibinə salmış, qəfildən avtomobil səsini eşitmiş və evdən həyətə çıxmış, həyətdə olan anbar kimi istifadə olunan köməkçi tikilinin qarşısında pərdə ilə örtülmüş yerdə gizlənmişdir ki, Səidə onu görməsin, eləcə də imkan tapan kimi oradan çıxıb getsin. Bir müddət orada gözləmiş, Səidə adını sonradan bildiyi Zahid adlı taksi sürücüsü ilə evə gəlmiş, bir azdan Zahid əlində fənərlə onun olduğu yerə gəlmiş və onu görüb, evə aparmışdır. Bundan bir neçə dəqiqə sonra həmin yerə polis əməkdaşları gəlmiş, polis əməkdaşları onun, Səidənin və hal şahidlərinin iştirakları ilə evə baxış keçirmiş, evə daxil olduğu yeri göstərmiş və evdən oğurladığı 210 manat pulu da cibindən çıxardaraq təqdim etmişdir Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs tanıyır, Səfər onun evində xırda tikinti işlərini görmüş və kirayədə qalmışdır. 2021-ci ilin may ayından sonra isə Səfəri evdən çıxarmışdır. 17 dekabr 2021-ci il tarixdə saat 19 radələrində həmkəndlisi Zahid öz avtomobili ilə onu yaşadığı evə gətirmiş, həmin vaxt o, evin işığının söndüyünü görüb Zahidlə evə daxil olmuş, bu zaman evin işığının sayğacdan söndürüldüyünü görmüşdür. O, evdə nəzarət kamerası olduğundan evdən çıxdığı zaman evin işığını sayğacdan söndürməmişdir. Buna görə də o, işığı yandırmış, bu zaman masanın üzərində kirli stəkan görmüş, kiminsə evdə çay içdiyini aşkar etmişdir. O, paltarını dəyişmək üçün otağına daxil olmuş, həmin vaxt kameraya baxdıqda kameranın qaranlıq göstərdiyini və başqa səmtə yönəldiyini görmüş və bu barədə Zahidə demişdir. Zahid ondan fənəri alaraq otaqlara və həyətə baxış etmiş, qəfildən Zahid onu həyətə çağıraraq anbar kimi istifadə etdiyi köməkçi tikilinin qarşısında Səfərin gizləndiyini göstərmişdir. Həmin vaxt Zahid Səfəri saxlamış və evə gətirmiş, o, isə dərhal evə baxış keçirmiş, bu zaman qonaq otağında yerləşən rəfdə olan güldanın içərisində saxladığı 210 manat məbləğində pulun yerində olmadığını aşkar etmişdir. O, pulu Səfərin oğurladığını başa düşmüş və bu barədə polisə məlumat vermiş, dərhal yaşadığı ünvana polis əməkdaşları gəlmiş, şahidlərinin, onun, eləcə də Səfərin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı Səfərin üzərindən oğurladığı 210 manat pul aşkar olunaraq götürülmüşdür. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları tam təsdiq etmiş, həmçinin bildirmişdir ki, 17 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə yaşadığı evinə aparmış, həmin vaxt evin işıqları sönülü olduğundan Səidə ilə birlikdə onun yaşadığı evə daxil olmuş, Səidə evə daxil olduqdan sonra evə kiminsə girdiyini bildirmiş, buna görə də o, Səidədən fənəri alaraq otaqlara və həyətə baxış keçirmiş, həmin vaxt Səidənin anbar kimi istifadə etdiyi köməkçi tikilinin qarşısında Səfərin gizləndiyini görmüş və bu barədə Səidəyə bildirmiş, daha sonra bu barədə polisə məlumat verilmiş, polis əməkdaşları tərəfindən Səfərin üzərinə baxır keçirilərkən isə onun üzərindən 210 manat pul aşkar edilmişdir. Həmin vaxt Səfər evdən oğurluq etdiyini etiraf etmiş və pulu oğurladığı yeri göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 dekabr 2021-ci il tarixdə axşam saatlarında Qusar RPŞ-nin məsul növbətçisi polis baş leytenantı Elnur Bayramovun göstərişi ilə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Qusar rayonu Köhnə Xudat kənd sakini Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş, bu zaman orada ev sahibi Səidə, taksi sürücüsü Zahid və həmin evə oğurluq etmək məqsədi ilə daxil olmuş Təqsirləndirilən şəxs olduqları müşahidə olunmuşdur. Bundan sonra digər polis əməkdaşlarının iştirakları ilə həmin ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evə daxil olduğu yeri, Zərərçəkmiş şəxs məxsus 210 manat pulu oğurladığı yeri, eləcə də sonradan gizləndiyi yeri göstərmişdir. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı 210 manat pulu cibindən çıxardaraq təqdim etmiş, həmçinin hadisə yerindən kriminalist tərəfindən əl barmaq izləri də götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Həsənov Samik Əİbülfət oğlu tərəfindən Qusar RPŞ-nin CABnin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin KTQ-nin Baş inspektoru M.Məmmədovun, hal şahidləri X5 və X3 iştirakları ilə tərtib edilmiş 17 dekabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 20:05dən saat 21:50-dək Qusar rayonu Köhnə Xudat kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 məlumat xidmətinə verdiyi məlumat əsasında həmin kənddə yerləşən ona məxsus fərdi yaşayış evinə onun, polis əməkdaşlarının, hal şahdlərinin və həmin ünvana oğurluq etmək məqsədi ilə qanunsuz daxil olmuş Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs yaşadığı ünvanda oğurluq edərək gizlənmiş Təqsirləndirilən şəxs müşahidə kamerasının istiqamətini dəyişdirərək darvazadan keçərək evə daxil olduğunu, mərkəzi açardan işığın söndürüldüyünü, eləcə də qonaq otağındakı rəfdən güldanın içərisindən 210 manat, yəni 10 ədəd 20 manatlıq və 01 ədəd 10 manatlıq əskinaslarla olan nağd pulu oğurladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs evə necə daxil olduğunu göstərməsi ona təklif olunmuş, o, evə daxil olduğu darvazanın üzərini, talvarı və mərkəzi açardan işığı söndürdüyünü göstərdi. Daha sonra Təqsirləndirilən şəxs həmin ünvandan oğurladığı pulu təqdim etməsi təklif olunmuşdur. O, B70617446, B54656474, B59519556, B51315028, B49577069, B52531614, B24123764, B60078829, A93176073 seriylı 10 ədəd 20 manatlıq və 01 ədəd A41617962 seriyalı 10 manatlıq əskinası cibindən çıxardaraq təqdim etmişdir. Həmin pullardan əlavə onun üzərində 47 manat pul, 01 ədəd telefon və 02 ədəd alışqan da olmuşdur. Zərərçəkmiş şəxs məxsus 210 manat pul sübut əhəmiyyəti kəsb etdiyindən baxış keçirilərək götürülmüşdür. Digər pul və əşyalar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Həmçinin hadisə yerindən, yəni rəfdən əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs Qusar RPŞ-nə verdiyi 17.12.2021-ci il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə saat 19 radələrində yaşadığı evə gəldiyi zaman qonaq otağında saxladığı 210 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş, daha sonra həmin pulu oğurlayan şəxs Təqsirləndirilən şəxs evin həyətində gizləndiyini aşkar etmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 17.12.2021-ci il tarixli, protokollaşdırma nömrəsi 05378 olan alkotestrdən çıxarışdan görünür ki, həmin tarixdə saat 21:48-da Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 0,655 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs Qusar RPŞ-nə verdiyi 18.12.2021-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus 210 manat pul ona qaytarılmışdır. İş materiallarında olan Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru Sahib Qafarovun 17.12.2021-ci il tarixli raportundan görünür ki, Qusar rayonu Köhnə Xudat kəndində oğurluq hadisəsi törədən Qusar rayonu Mucuq kənd sakini xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tarixdə Qusar RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş materiallarında olan 18 dekabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Həsənov Samik Əİbülfət oğlu tərəfindən Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 20 dekabr 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə saat 11:25-də Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞ-nin X4 dərhal azad olunmuşdur. Təqsirləndirilən şəxs həmin qərarla müdafiəçisi Müdafiəçi iştirakı ilə tanış olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 05 yanvar 2022-ci il tarixli 011-95-1222 saylı məktubundan görünür ki, 17.12.2021-ci il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində yerləşən, Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS məlumat bankına Qusar RPŞ-dən daxil olan) xx.xx.1970-ci il tarixdə Qusar rayonunda anadan olmuş Zərərçəkmiş şəxs sağ əlinin böyük, sol əlinin şəhadət barmaqlarının, digər 02 ədədi isə (ADİS məlumat bankına Qusar RPŞ-dən daxil olan) xx.xx.1964-cü il tarixdə Qusar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmaqlarının (02 dəfə) əksləri ilə eynilik müəyyən edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının 24 fevral 2022-ci il tarixli 3/122 saylı rəyindən görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktiolentin səthindəki “a”, “b”, “c” əl-barmaq izləri, 2 saylı daktiolentin səthindəki “a” əl-barmaq izi, 3 saylı daktiolentin səthindəki “a”, “b” əl-barmaq izləri, 4 saylı daktiolentin səthindəki “a” əlbarmaq izi, 5 saylı daktiolentin səthindəki “a” əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. - ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktiolentin səthindəki “a”, “b”, “c” əl-barmaq izləri Təqsirləndirilən şəxs sol əlinin adsız, orta və şəhadət barmaqları ilə, 2 saylı daktiolentin səthindəki “a” əl-barmaq izi isə onun sol əlinin böyük barmağı ilə eynilik təşkil edir. - Tədqiqata təqdim edilmiş 2,3,4,5,6 saylı daktiolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2022-ci il tarixli 3/122 saylı məktubuna əlavə olunmuş bildirişdən görünür ki, aparılmış tədqiqatının dəyəri 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 27 fevral 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinə başlanılmaması və barəsində cinayət işindən material ayrılaraq, Azərbaycan Respublikası Baş Prokurorunun 30 iyun 2020-ci il tarixli N10/82 nömrəli “X7” əmrin tələbinə əsasən bu barədə materialın ayrılıb rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilməsi, Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri olan daktilolentin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 210 manat nağd pulun iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi və gündəlik tələbatda istifadə olunduğu üçün sahibinə geri qaytarılmasının nəzərə alınması qərara alınmışdır. İş materiallarında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 18.12.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış, ona məxsus 210 manat məbləğində pul ona geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10.01.2022-ci il tarixli tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 26 yanvar 2022-ci il tarixli 130/01-22 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Mucuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12.01.2022-ci il tarixli 16 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Mucuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvlərinə, yaxın qohumlarına münasibəti səmimi olmaqla onun haqqında həmin nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 24.05.2022-ci il tarixli ərizəsindən görünür ki, dəymiş ziyan aradan qaldırılmaqla ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, ona görə də, bunların nəzərə alınaraq təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus evdən 210 manat məbləğində pulu oğurlamaması, buna cəhd etməməsi, yalnız evə daxil olması barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, ibtidai istintaq zamanı onun özünün müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, eləcə də digər sübutlarla tam təkzib edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 17.12.2021-ci il tarixdə saat 19 radələrində Qusar rayonu Köhnə Xudat kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq etmək məqsədilə darvazanın üzərindən aşmaq yolu ilə evin açıq qapısından qanunsuz olaraq daxil olması, evin qonaq otağında olan rəfdəki güldanın içərisindən 210 (iki yüz on) manat nağd pulu oğurlayaraq evdən çıxmaq istəyərkən həmin vaxt Zərərçəkmiş şəxs ilə birlikdə evə qayıdan sonuncunun tanışı Şahid1 tərəfindən evin həyətində yaxalanması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29,177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Azərbaycan Respublikasının CPM-nin 148.1-ci maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Həmin Məcəllənin 148.4-cü maddəsinə əsasən bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Həmin Məcəllənin 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə Qusar RPŞ-nin əməliyyat qrupu tərəfindən saxlanılaraq Qusar RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, bununla da onun azadlığı faktiki olaraq həmin vaxtdan məhdudlaşdırılmışdır. Növbəti gün-yəni 18 dekabr 2022-ci il tarixdə isə həmin şəxs Qusar RPŞ-nin İB-nin müstəntiqi Samik Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı həmin müddət də ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə 17 dekabr 2021ci il tarixdən 20 dekabr 2021-ci il tarixədək 03 (üç) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 06 (altı) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu İmamqulukənd kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmaqla zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş üzrə maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri olan daktilolent iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 210 manat nağd pulun sahibi Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə 17 dekabr 2021-ci il tarixdən 20 dekabr 2021-ci il tarixədək 03 (üç) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 06 (altı) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu İmamqulukənd kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri olan daktilolent iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 210 manat nağd pulun sahibi Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar