Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-33/2025 08.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə Zərərçəkmiş şəxs əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Şahid2 ilə qabaqcadan əl bir olan bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs inam və etibarından sui-istifadə edərək Qusar rayonu ərazisində yerləşən torpaq sahəsində tikinti işlərinin aparılması üçün Qusar rayon İcra Hakimiyyətindən icazə alacaqlarına yalandan vəd verib aldadaraq Qusar şəhəri, H.Əliyev prospektində Qusar rayon İcra Hakimiyyətinin qarşısında 15000 (on beş min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid2 ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən N №li hərbi hissəsində xidmət etmiş və həmin vaxtdan da dostluq münasibətləri yaranmışdır. 2024-cü ilin avqust ayında Xaqani mobil telefonla ona zəng edərək Azad adlı tanışının olduğunu və Azadın Qusar rayonu ərazisində torpaq sahəsi aldığını, həmin torpaq sahəsində yanacaq doldurma məntəqəsinin tikintisini aparmaq üçün icazə almağa adam axtardığını demiş, ondan kömək etməsini xahiş etmişdir. O, da bu məsələyə görə 15000-20000 manat pul lazım olacağını Xaqaniyə bildirmiş, bundan sonra Xaqani ona Azadla danışdığını və Azadın razı olduğunu demiş, lakin onun elə bir tanışı olmamış, Xaqani ilə birlikdə niyyəti Azadı aldadaraq pulunu ələ keçirmək olmuşdur. xx.xx.2024-cü il tarixdə Xaqaniyə, Azadla birlikdə Qusar rayon İcra Hakimiyyətinin qarşısında 15000 manat pulla birlikdə olmaqlarını bildirmiş, Xaqani də Azad və digər ümumi tanışları Səxavətlə birlikdə həmin tarixdə Bakı şəhərindən Qusar şəhərinə getmiş və İcra Hakimiyyətinin qarşısında Xaqaninin telefonu ilə Azadla bu barədə Qusar rayonunda danışıb, razılaşmışdır. Həmin gün saat 15 radələrində Xaqani “Leobank” tərəfindən verilmiş, ona məxsus “4098 5844 9407 8536” nömrəli plastik karta Azaddan aldığı 15000 manat puldan 4200 manat göndərmiş, bundan sonra X2 Qusar rayon İcra Hakimiyyətinin qarşısında gözlədərək özü də oradan qaçmışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə cinayət proses iştirakçılarını dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsirli olması özünün ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 4 ildən çoxdur ki, Səxavət adlı şəxslə tanışlığı yaranmışdır. 2024-cü ilin avqust ayının əvvəllərində Səxavətə Qusar rayonunda torpaq sahəsinin olduğunu həmin yerdə yanacaq doldurma məntəqəsi tikmək istədiyini, lakin bunun üçün Qusar rayon İcra Hakimiyyətindən icazə almaq lazım olduğunu demiş, söhbət əsnasında Səxavət Xaqani adlı tanışının olduğunu bu işi həll edə biləcəklərini demişdir. Bundan sonra bir neçə dəfə Bakı şəhəri, Yasamal rayonu ərazisində Səxavətlə birlikdə Xaqani ilə görüşmüş, Xaqani Elsevər adlı tanışı ilə telefon əlaqəsi yaratmış, hətta o, da Elsevərlə Xaqaninin telefonu ilə danışmış, Elsevər və Xaqani məsələni həll edəcəklərini, bunun müqabilində 20000 manat pul verməli olacağını demişlər. O, da bu təkliflə razılaşmış, lakin pulu Qusar rayonunda onlara verəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə, saat 07-08 radələrində Səxavət və Xaqani ilə birlikdə Qusar şəhərinə gəlmiş, Qusar şəhəri, H.Əliyev prospektində yerləşən Qusar rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda saat 11 radələrində 20000 manat pulu Xaqaniyə vermiş, sonuncu Elsevərlə telefonla danışmış, həmin puldan 5000 manatını ona qaytarmış, guya Qusar rayon İcra Hakimiyyəti başçısının sürücüsnün gələcəyini və 15000 manatı ona verəcəyini demişdir. Bundan sonra Xaqani Qusar rayon İcra Hakimiyyətinin inzibati binasına tərəf getmiş, bir azdan geri qayıtmış, Xaqani gözləmələrini demiş, demək olar ki, bir neçə saat gözlədikdən sonra Xaqanidən pulunu geri qaytarmasını tələb etmiş, Elsevər Xaqaniyə zəng etmiş, onunla telefonla danışaraq sürücünün pulu qaytaracağını, buna görə də orada gözləmələrini demişdir. Bundan sonra onlar orada gözləmiş, Xaqani və Səxavət də onun yanında olmuşlar. Axşam saat 21 radələrində Xaqani İcra Hakimiyyətinin binasına tərəf getmiş, saat artıq 23 radələridə Xaqani və Elsevərin onu aldatdıqlarını başa düşmüş, Xaqaniyə zəng etmiş, lakin sonuncuya zəng çatmamışdır. Bundan sonra Səxavətlə birlikdə Qusar rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir.Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona vurulmuş olan maddi ziyan ödənilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ifadəsindən görünür ki, 1996-cı ildən 2019-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət göstərmiş, 2016-cı ilin “Aprel” döyüşlərində iştirak etmiş, “44 Günlük Müharibə”də də könüllü olaraq iştirak etmişdir. Cari ilin avqust ayının əvvəllərində tanışı Səxavət adlı şəxslə söhbət zamanı sonuncu Azad adlı tanışının Qusar rayonunda torpaq sahəsinin olduğunu həmin torpaq sahəsində yanacaq doldurma məntəqəsinin tikintisini aparmaq üçün icazə almağa adam axtardığını demiş, bu barədə Gəncə şəhər sakini olan, əvvəllər birlikdə xidmət etdiyi, tanışı Elsevərə demiş, belə ki, Elsevər də əvvəllər hərbiçi olmuş və sonuncunu çoxdan tanımışdır. Azadın məsələsini Elsevərə danışaraq köməklik edə bilib-bilməyəcəyini soruşmuş, sonuncu da bu məsələyə görə 15-20000 manat pul lazım olacağını demişdir. Bu barədə Azadla görüşüb danışmış, Azad onunla razılaşmış, yenidən Elsevərlə əlaqə saxlamış, Azadın razılaşdığını bildirmiş, Elsevər bunun üçün 15000 manat İcra Hakimiyyətinə, 5000 manat da özünə çatacağı, 4000 manat işi düzəldəcək adama, ona da 11000 manatın yarısının çatacağını demişdir. Elsevər ona xx.xx.2024-cü il tarixdə Azadla Qusar rayon İcra Hakimiyyətinin qarşısında 15000 manat pulla birlikdə olmağı bildirmişdir. Bu barədə Azad və Səxavətlə danışmış, hər üçü birlikdə həmin tarixdə Bakı şəhərindən Qusar şəhərinə gəlmiş və Qusar rayon İcra Hakimiyyətinin qarşısında Elsevəri gözləmiş, Elsevər özü də ona məxsus telefonla Azadla bu barədə danışıb, razılaşmışdır. Həmin gün saat 19 radələrinədək onlar Qusar rayon İcra Hakimiyyətinin qarşısındakı “Mahmud Əbilov adına Meydan”da Elsevəri gözləmiş, lakin sonuncu ora gəlməmişdir. Həmin vaxt Azad 20000 manat pulu ona vermiş, həmin puldan 5000 manatını Azada qaytarmış, 15000 manat pulu götürmüş, həmin küçədə yerləşən İcra Hakimiyyətinin binasının sağ tərəfindəki marketdə yerləşən ödəmə terminalı vasitəsi ilə Səxavətə məxsus, lakin özünün istifadə etdiyi “5239 1517 0862 7164” nömrəli karta 10000 manat köçürmüş, həmin puldan 4200 manatını Səxavətə məxsus (051) ***-**-** nömrəsində istifadə olunan ona məxsus telefona yazılmış “M 10” tətbiqi vasitəsi ilə Elsevərin ona verdiyi kart nömrəsinə göndərmiş, nağd formada 5000 manat pulu isə özündə saxlamışdır. Bundan sonra Qusar rayon İcra Hakimiyyətinin binasına tərəf gedib, qayıtmış və pulu icra başçısının sürücüsünə verdiyini Azada demiş, lakin pul kartda olmuşdur. Orada gözlədiyi vaxt Azad polisə şikayət edəcəyini bildirmiş, buna görə də oradan çıxıb getməyi planlaşdırmış, daha sonra Qusar şəhəri H.Əliyev prospektində yerləşən “Kapital Bank’hn Qusar filialının qarşısındakı bankomatdan Səxavətə məxsus “5239 1517 0862 7164” nömrəli kartdan 2000 manat bir, 2000 manat bir və 1485 manat olmaqla cəmi 5485 manat pulu nağdlaşdırmış, telefonunu da söndürüb oradan Bakı şəhərinə qayıtmışdır. Həmin puldan “Turan Bank”a 1600 manat, “Embofmans” kredit təşkilatına 1700 manat, “Kapital Bank”a 1775 manat, “Manato.Az”a 1300 manat, “Lombard”a 1200 manat borclarını ödəmiş, qalan pulu isə gündəlik xərclərinə sərf etmişdir. Bundan sonra isə xx.xx.2024- cü il tarixdə ölkə ərazisinə tərk etmək məqsədi ilə “H.Əliyev adma Hava Limanı”nda olduğu zaman Qusar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Qusar rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ifadəsindən görünür ki, Azadı təxminən 4-5 il müddətdir ki, tanımış və aralarında dostluq münasibətləri yaranmışdır. Bundan başqa Xaqani ilə birlikdə hərbi xidmətdə olmuşdur. Cari ilin avqust ayının əvvəllərində Azadla görüşdüyüm zaman Qusar rayonu ərazisində yanacaq doldurma məntəqəsi tikmək üçün Qusar rayon İcra Hakimiyyətindən icazə alınmalı olduğunu ona bildirmiş, həmin vaxt Xaqani də onların yanında olmuş, bu söhbəti eşitmiş və bundan iki gün sonra Xaqani ona həmin söhbəti həll edə biləcəyini demişdir. O, da bu barədə Azadla danışmış, birlikdə yenidən görüşmüşlər. Həmin vaxt Xaqani Elsevər adlı tanışının olduğunu, həmin məsələnin həlli üçün 15000-20000 manat civarında pul lazım olacağını demiş, hətta özünə məxsus mobil telefonla Elsevərə məxsus (055) ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, Azad da Elsevərlə danışmış və razılaşmışlar. Bundan sonra xx.xx.2024-cü il tarixdə Xaqani onunla birlikdə qaldığı üçün səhəri gün Qusar rayonuna getməli olduqlarını demiş, bu barədə Azada da məlumat vermiş, lakin Azadın işləri olduğu üçün ayı 19-u yox, 20-si saat 08 radələrində Azad onları öz avtomobili ilə Qusar rayon İcra Hakimiyyətinin qarşısına gətirmişdir. Orada Xaqani və Azad Elsevərlə telefonla danışmış və Azad 20000 manat pulu Xaqaniyə vermiş, o, da İcra Hakimiyyətinin binasına yerləşən istiqamətdə gedib qayıtmış və pulu Elsevərin dediyi adama verdiyini bildirmişdir. Bundan sonra Xaqani onları aldadaraq günün sonunadək gözlətmiş və qəfildən oradan yoxa çıxmışdır. Bundan sonra dəfələrlə Xaqaniyə zəng etmiş, lakin zəng çatmamış, buna görə də Azadla birlikdə Qusar rayon Polis Şöbəsinə gəlmiş və Azad Xaqaninin barəsində şikayət etmişdir. Sonradan Azad ona Xaqaninin həmin puldan 5000 manatını özünə qaytardığını bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan üzləşdirmə istintaq hərəkətindən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı var. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, iş üzrə vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini bütövlükdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsi tərəfindən həmin Məcəllənin 178.2.1, 32.4, 312.2, 62, 66.3, 69.4-cü maddələri ilə 8500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə cərimə cəzası 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə və Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu olsa da, cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz və onun əməlində cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilməsi məqsədəmüvafiq deyil. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Mehdi Hüseynzadə küçəsi, bina 125-də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 18 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılmışdır. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən, xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixdən hökm elan olunan tarixə kimi, yəni xx.xx.2025-ci il tarixə kimi həbsdə və ev dustaqlığında qaldığı 06 (altı) ay, 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il, 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv ediməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və 06 ədəd qəbz cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə və ev dustaqlığında qaldığı 06 (altı) ay, 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il, 22 (iyirmi iki) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il, 11 (on bir) ay, 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Mehdi Hüseynzadə küçəsi, bina 125-də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-33/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-33/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver