Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-34/2022 24.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1968-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 177.2.5, 29,180.2.2, 29,180.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən 16.11.2021-ci il tarixdə cəzadan azad edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, 10 yanvar 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 10 yanvar 2022-ci il tarixdə, saat 14:40 radələrində Qusar RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında Qusar-Xudat yolunun sol tərəfində yerləşən yeni yaşayış massivinin arxa hissəsində saxlanılmış və əlində olan sintetik çantaya baxış keçirilən zaman onun 2017-ci ilin payız aylarında Qusar rayonu Samur-Şirvanovka yolunun kənarından tapdığı və saxlanıldığı yerin yaxınlığında yerləşən meşə ərazisində yeri qazıyaraq qanunsuz olaraq saxladığı, daşıdığı sintetik çantanın içərisində “Kalaşnikov” konstruksiyalı, “AK- 74” modelli, üzərində olan nömrələri silinmiş, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat; “Kalaşnikov” konstruksiyalı istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi-30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı 01 ədəd daraq; 06 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar və 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli əyləc-kompensator aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, Qusar şəhərində qeydiyyatsız yaşayır. 2017-ci ildə Rusiya Federasiyasından deportasiya olunmuşdur. Həmin ilin payız aylarında o, bir az sərxoş halda Qusar rayonu Samur qəsəbəsində kanalın qırağı ilə meşəlik ərazidə gedərkən kolluqda zolaqlı çanta görmüş, çantanın içərisinə baxdıqda orada bir ədəd avtomat silah görmüşdür. O, avtomatla bağlı nə edəcəyini fikirləşmiş, sonra avtomatı götürüb Qusar şəhərində yerləşən X11 Kompleksinin arxa tərəfində, meşəlikdə gizlətmişdir. Bundan sonra isə o, oğurluq və soyğunçuluğa cəhd cinayətlərinə görə dörd il üç ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edlmiş, barəsində amnistiya tətbiq edilməklə 17 noyabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir. Bundan sonra o, Qusar şəhərinə gəlmiş və bir müddətdən sonra meşədə kolluqda gizlətdiyi avtomat yadına düşmüşdür. Buna görə də avtomatı gizlətdiyi yerə getmiş, həmin bir ədəd “AK-74” tipli avtomat silahının, 01 ədəd avtomat darağının, 06 ədəd avtomat patronlarının və 01 ədəd kompensatorun (hamısı avtomatın üzərində olmaqla) orada olduğunu görmüşdür. O, həmin avtomatı satmaq qərarına gəlmiş və buna görə də içində avtomat olan çantanı həmin yerdən götürmüş və həmin yerdən bir az aralandıqdan sonra polis əməkdaşları onu saxlamışlar. Bundan sonra avtomat silahı polis əməkdaşları tərəfindən ondan götürülmüş və o, istintaqa cəlb olunmuşdur. Odur ki, barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. X2 qanunsuz yolla əldə edilmiş və sonuncu tərəfindən saxlanılmış silah-sursatın olması barədə əməliyyat məlumatına əsasən tədbir keçirilməsinə göstəriş verilmiş, bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. 10 yanvar 2022-ci il tarixdə saat 15 radələrində qrup üzvləri ilə birlikdə Qusar şəhərində yerləşən İdman Kompleksinin arxa tərəfindəki yolun sol tərəfində Təqsirləndirilən şəxs əlindəki çanta ilə saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan çantaya baxış keçirilmiş, baxış zamanı onun əlində olan çantanın içərisindən 01 ədəd nömrələri silinmiş “Kalaşnikov” konstruksiyalı “AK-74” markalı avtomat silahı, 06 ədəd, 5,45 mm çaplı avtomat patronları, 01 ədəd avtomat silahı üçün nəzərdə tutulmuş daraq və həmin avtomat silahı üçün nəzərdə tutulmuş 01 ədəd əyləc-kompensator aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silah və sursatları 2017-ci ilin payız aylarında Qusar rayonu Samur- Şirvanovka yolunun kənarında kol-kosluq ərazidən tapmış, həmin silah-sursatı tapdığı kisəyə bükərək saxlanıldığı yerin arxa hissəsində olan meşəlik ərazidə gizlətmiş, buna görə göstərilən yerlərə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs bir daha törətdiyi əməli etiraf edərək avtomat silahının və onun komplekt hissələrinin ona aid olduğunu, satmaq üçün basdırdığı yerdən çıxararaq aparmaq istədiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. O, Qusar-Xudat yolunun sol tərəfində yerləşən kafedə işləyir. 10.01.2021-ci il tarixdə, saat 14 radələrində Qusar RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq çantaya baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini ondan xahiş etmişlər, o, da razılaşmışdır. Bundan sonra meşəlik ərazinin yeni massivlər tərəfə çıxışında saxlanılmış şəxs sonradan tanıdığı Akif adlı şəxsin əlində olan kisəyə oxşar çantaya baxış keçirilmiş, baxış zamanı həmin çantadan bir ədəd avtomat aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin silahı satacağını bildirmişdir. Bundan başqa o, bildirmişdir ki, onsuz da gedib cəza çəkəcək və qayıdıb eyni əməllərini davam etdirəcəkdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 10.01.2021-ci il tarixdə, saat 14 radələrində yol ilə gedərkən orada insanların və polis əməkdaşlarının toplaşdığını görmüş və buna görə onlara yaxınlaşmışdır. Həmin vaxt o, görmüşdür ki, sonradan adını bildiyi Akif adlı şəxsdən avtomat silah aşkar edilərək götürülmüşdür. Bundan sonra o, orada hal şahidi kimi iştirak etmişdir. Hadisə tam yadında qalmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar-Xudat yolunun sol tərəfində yerləşən kafedə tanışı Şahid5 ilə birlikdə işləyir. 10.01.2021-ci il tarixdə, saat 14 radələrində Qusar RPŞ-nin əməkdaşları onlara yaxınlaşaraq həmin yerin yaxınlığında yolun kənarında saxlanılmış şəxsin əlində olan çantaya baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini xahiş etmiş, onların xahişini nəzərə alıb razılaşmış və birlikdə həmin yerə getmişlər. Meşəlik ərazinin yeni massivlər tərəfə çıxışında saxlanılmış Akif adlı şəxsin əlində olan paketə digər hal şahidi Şahid5, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə video çəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı həmin sintetik çantadan aşkar edilmiş, içərisinə baxış keçirilən zaman “Kalaşnikov” konstruksiyalı avtomat, patronlar və 01 ədəd 5,45 mm kalibrli əyləc-kompensator aşkar edilmiş, həmin silah-sursatın üzərindən əl-barmaq izləri ekspert-kriminalist tərəfindən götürülmüş, eləcə də aşkar olunmuş silah və sursat da ekspetizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 10.01.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarının surətindən görünür ki, “Akif” adlı şəxsin yaşadığı ünvanını və şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Carulla oğlu həmin tarixdə saat 14:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 12.01.2022-ci il tarixli 4(029)- 2/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılmaqla həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan-yəni 10 yanvar 2022-ci il tarixdən hesab edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin polis mayoru X5 tərəfindən Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid3, Sərxan Şıxəmmədovun, Zaur Piriyevin, RPŞ-nin KQT-nin kriminalist-eksperti Məlik Məmmədovun, CAB-ın əməliyyat müvəkkili Şahid2, hal şahidləri Şahid5, Şahid6 iştirakları ilə tərtib edilmiş 10 yanvar 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 14:40dan saat 15:30-dək Qusar-Xudat yolunun 1-ci km-də yerləşən Qusar elektrik stansiyasının arxa hissəsində olan meşəlik sahənin ətrafında qanunsuz olaraq odlu silah gəzdirilməsində və saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs əlində gəzdirdiyi polietilen çantanın içərisində olan silah-sursata baxış keçirilmişdir. Baxış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Müdafiəçi və Qusar RPŞ-nin əməkdaşlarının, hal şahidlərinin qarşısında çantada olan 01 ədəd üzərində olan nömrələri kustar üsulla silinmiş olan “AKM” tipli avtomat silahın, 01 ədəd həmin avtomat silahı üçün nəzərdə tutulmuş sandıqçanın (daraq), 01 ədəd avtomat silahı üçün nəzərdə tutulmuş səsboğucunun və 06 ədəd avtomat patronlarının ona məxsus olduğunu, həmin meşə sahəsində gizlətdiyini bildirmişdir. Baxış zamanı avtomat silahını və digər həmin silaha məxsus olan avtomat patronlarını (06 ədəd), səsboğucunu və avtomat sandıqçasını 2017-ci ilin payız aylarında tapdığını, həmin vaxtdan meşə sahəsində gizlətdiyini, bu gün isə gizlətdiyi yerdən həmin silah-sursatı çıxararaq satmaq üçün aparmaq istədiyini təsdiq edərək, saxlanıldığı yerdən meşə ərazisinin sıx olduğu hissəyə təxminən 70-90 metr məsafəyə baxış iştirakçıları ilə gedərək həmin avtomat silah və sursatlarının olduğu, qazıyaraq gizlətdiyi yeri göstərmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin yerdə gizlətdiyi silah sursatın olduğu quyunu və onları büküb saxladığı paketi yandırdığı yeri göstərmişdir. Baxış zamanı avtomat və sursatlar ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılmış, qablaşdırılmadan əvvəl ekspert kriminalist tərəfindən üzərində olan barmaq izləri götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 10 yanvar 2022-ci il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 15:45-dən saat 16:10-dək Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X5 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X6, Qusar RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3, Qusar RPŞ-nin ekspert kriminalisti Məlik Məmmədovun, Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Qusar rayon polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. İstintaq hərəkətinin iştirakçılarına istintaq hərəkəti aparılan zaman “Panasonic” markalı videokamera ilə videoçəkiliş aparılacağı və “Samsung” markalı fotoaparatla fotoşəkillər çəkiləcəyi barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində və üzərində hər hansı qadağan olunmuş əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru X5 tərəfindən Qusar RPŞ-nin MSY-nin rəisi, polis kiçik leynetantı Vasif Bəkərovun, MSY-nin polis nəfəri Mehdi Şahpazovun, hal şahidləri X3, X4, Təqsirləndirilən şəxs iştirakları ilə tərtib edilmiş 11 yanvar 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 11:00-dan saat 11:45-dək Qusar rayonu Yeni Tahircal kəndində Qusar-Samur-Şirvanovka yolunun sağ tərəfində su kanalından təxminən 70 metr məsafədə boşluq kol-kosluq ərazidə olan yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 2017-ci ilin yay aylarında üzərində olan və qanunsuz olaraq saxladığı “AKM” tipli avtomat silahı, 06 ədəd avtomat patronunu, 01 ədəd sandıqçanı və səsboğucunu həmin yerdən tapmış və oradan apararaq Qusar şəhərində meşə ərazisində gizlətdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 11.01.2022-ci il tarixli, 22/33R nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsuli ilə SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsuli ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd metal əşya tədqiq edilən №-si silinmiş 5,45 mm kalibrli Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatın lülə əyləcidir-kompensatorudur, təyinatı üzrə istifadə üçün yararlıdır və səs boğucu hesab edilmir. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21.01.2022-ci il tarixli, 011-742-1222 saylı məktubunun surətindən görünür ki, 01 ədəd 5,45 mm kalibrli №-si silinmiş Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “gülləgiliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 11 yanvar 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş sintetik çantanın içərisində “Kalaşnikov” konstruksiyalı, “AK-74” modelli, üzərində olan nömrələri silinmiş, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat; “Kalaşnikov” konstruksiyalı istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi-30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsuli ilə istehsal edilmiş, istifadəyə yararlı 01 ədəd daraq; 06 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar və 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli əyləckompensatorun maddi sübut kimi tanınması və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 11.01.2022-ci il tarixli qəbzdən görünür ki, 5,45 kalibrli, AK- 74 modelli, nömrəsi silinmiş, saz vəziyyətdə olan avtomat, 6 ədəd patron, 1 ədəd sandıqça və 1 ədəd lülə-əyləc məsul növbətçi Elnur Bayramova təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 14.01.2022-ci il tarixli, 011-453-1222 saylı məktubundan görünür ki, Qusar RPŞ-nin 10.01.2022-ci il tarixli 149-605-1222 nömrəli məktub vasitəsilə, HK/25 saylı araşdırma materialı üzrə 10.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs çantasında aşkar edilmiş “AKM” markalı avtomatdan və 01 ədəd darağdan götürülmüş əl izləri 12.01.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədəd xx.xx.1968-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük (02 ədəd) və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizası, “İnsan izlərinin tədqiqi” ekspertizasının 18 fevral 2022-ci il tarixli 3/126 saylı rəyindən görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki “a”, “b”, “c”, “d” əl-barmaq izləri müqayisəli tədqiqat üçün yararlıdır. ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a”, “b” əlbarmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin adsız və çeçələ baramqları ilə, 2 saylı daktilolentin səthindəki “a”, “b”, “c”, “d” əl-barmaq izləri isə onun sol əlinin böyük, şəhadət, orta və adsız barmaqları ilə eynilik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli 3/126 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 61.29 (altmış bir manat iyirmi doqquz qəpik) manatdır. İş materiallarında olan ibtidai istintaq orqanının 01 mart 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, aşkar edilmiş avtomatın və sandıqçanın üzərindən götürülmüş Ağaxanov Akif Carulah oğluna məxsus əl barmaq izləri olan daktilolent iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Kalaşnikov” konstruksiyalı, “AK-74” modelli, üzərində olan nömrələri silinmiş, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat, “Kalaşnikov” konstruksiyalı istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi-30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı 01 ədəd daraq, 06 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar və 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli əyləc-kompensator iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmaları və Qusar RPŞ-nin Növbətçi Hissəsində saxlanılmaları nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi və çantasına baxış keçirilməsi videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntülər 02 ədəd DVD disk iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmiş və sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi 01 ədəd avtomat; “Kalaşnikov” konstruksiyalı istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi-30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı 01 ədəd daraq; 06 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar və 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli əyləc-kompensatorun əldə etdiyi mənbə müəyyən olunmamışdır. Buna görə də mənbənin müəyyən edilib məsuliyyətə cəlb edilməsi məqsədi ilə hazırkı cinayət işindən material ayrılmış və Qusar RPŞ-nin CAB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 19.01.2022-ci il tarixli tələbnamədən və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinin “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.5, 29,180.2.2, 29,180.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən 16.11.2021-ci il tarixdə cəzadan azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli 1617 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda göstərilən xəstəxanada müaliədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 17 fevral 2022-ci il tarixli 19/51- 2540 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli 463 saylı arayışdan görünür ki, Qusar rayon İcra Hakimiyyəti başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs və onun ailəsi barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə, saat 14:40 radələrində Qusar RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında Qusar-Xudat yolunun sol tərəfində yerləşən yeni yaşayış massivinin arxa hissəsində saxlanılması və əlində olan sintetik çantaya baxış keçirilən zaman onun 2017-ci ilin payız aylarında Qusar rayonu Samur-Şirvanovka yolunun kənarından tapdığı və saxlanıldığı yerin yaxınlığında yerləşən meşə ərazisində yeri qazıyaraq qanunsuz olaraq saxladığı, daşıdığı sintetik çantanın içərisində “Kalaşnikov” konstruksiyalı, “AK- 74” modelli, üzərində olan nömrələri silinmiş, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat; “Kalaşnikov” konstruksiyalı istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi-30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı 01 ədəd daraq; 06 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar və 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli əyləc-kompensator aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.3-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.5, 29,180.2.2, 29,180.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən 16.11.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkum olunduğu CM-nin 177.2.5, 29,180.2.2, 29,180.2.4-cü maddələri təsnifatına görə az ağır cinayətlərə aid olduğundan barəsində tətbiq edilmiş, yuxarıda göstərilən məlum amnistiya aktının 7-ci bəndinin tələbinə əsasən onun üzərindəki məhkumluq götürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər daha yüngül cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, hazırkı hökmlə Təqsirləndirilən şəxs cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmasa da, o, əvvəllər dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, buna baxmayaraq islah olunmayaraq yenidən hazırkı cinayət əməlini törətmişdir. Bu səbəbdən də, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə xərcləri 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1, 132.1.1, 132.1.6-cı maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Kalaşnikov” konstruksiyalı, “AK-74” modelli, üzərində olan nömrələri silinmiş, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat; “Kalaşnikov” konstruksiyalı istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi-30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı 01 ədəd daraq; 06 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar və 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli əyləc-kompensator dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, aşkar edilmiş avtomatın və sandıqçanın üzərindən götürülmüş, Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri olan daktilolent iş materiallarında saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan-yəni 10 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Kalaşnikov” konstruksiyalı, “AK-74” modelli, üzərində olan nömrələri silinmiş, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı avtomatik döyüş silahı hesab edilən 01 ədəd avtomat; “Kalaşnikov” konstruksiyalı istifadəyə yararlı, avtomat silahların komplekt hissəsi-30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı 01 ədəd daraq; 06 ədəd 5,45x39 mm kalibrli olmaqla, yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar və 01 ədəd nömrəsi silinmiş 5,45 mm kalibrli əyləc-kompensator dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, aşkar edilmiş avtomatın və sandıqçanın üzərindən götürülmüş, Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri olan daktilolent iş materiallarında saxlanılsın. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-34/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-34/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver