Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-34/2024 12.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Qusar rayonu Kirig kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Kirig kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə, xx xxxxxx 1990-cı il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Gedəzeyxur kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla olan müddət ərzində Qusar rayonu, Gedəzeyxur kənd sakini Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək özünə məxsus rayonun Kirig kəndi ərazisində yerləşən 0,7499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 180 manat dəyərində 1 ədəd 20 sm diametrində, 200 manat dəyərində 1 ədəd 22 sm diametrində, ümumi dəyəri 2000 manat olan 8 ədəd 25 sm diametrində, ümumi dəyəri 500 manat olan 2 ədəd 26 sm diametrində, ümumi dəyəri 600 manat olan 2 ədəd 29 sm diametrində, ümumi dəyəri 2400 manat olan 8 ədəd 30 sm diametrində, 300 manat dəyərində 1 ədəd 32 sm diametrində, 350 manat dəyərində 1 ədəd 33 sm diametrində, 400 manat dəyərində 1 ədəd 38 sm diametrində, ümumi dəyəri 800 manat olan 2 ədəd 40 sm diametrində və 550 manat dəyərində 1 ədəd 43 sm diametrli olmaqla cəmi 28 ədəd çinar cinsli yaş köküstü ağacları qanunsuz kəsərək cəmi 8280 manat olmaqla təbiətə külli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla olan müddət ərzində Qusar rayonu, Kirig kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək sonuncuya məxsus rayonun Kirig kəndi ərazisində yerləşən 0,7499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 180 manat dəyərində 1 ədəd 20 sm diametrində, 200 manat dəyərində 1 ədəd 22 sm diametrində, ümumi dəyəri 2000 manat olan 8 ədəd 25 sm diametrində, ümumi dəyəri 500 manat olan 2 ədəd 26 sm diametrində, ümumi dəyəri 600 manat olan 2 ədəd 29 sm diametrində, ümumi dəyəri 2400 manat olan 8 ədəd 30 sm diametrində, 300 manat dəyərində 1 ədəd 32 sm diametrində, 350 manat dəyərində 1 ədəd 33 sm diametrində, 400 manat dəyərində 1 ədəd 38 sm diametrində, ümumi dəyəri 800 manat olan 2 ədəd 40 sm diametrində və 550 manat dəyərində 1 ədəd 43 sm diametrli olmaqla cəmi 28 ədəd çinar cinsli yaş köküstü ağacları qanunsuz kəsərək cəmi 8280 manat olmaqla təbiətə külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, 2000-ci illərdə Qusar rayonu Kirig kəndində yerləşən ümumi birgə mülkiyyət əsasında 0.7499 ha torpaq sahəsi ona və ailə üzvlərinə ayrılmış, orada bağ sahəsi salınmış və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş, 2007-ci ildə həmin bağ sahəsində 100-ə yaxın çinar ağacları əkmiş, həmin çinar ağaclarından bir qismi qurusa da, digər qismi isə yetişmişdir. 30 sentyabr 2023-cü il tarixdə Qusar rayon sakini Təqsirləndirilən şəxs2 yaxınlaşaraq bağ sahəsində olan çinar ağaclarını kəsmək istədiyini, həmin torpaq sahəsinə aid sənədlərin olub-olmamasını soruşmuş, o, da çinar ağacları əkdiyi, ona və ailə üzvlərinə məxsus pay torpaq sahəsinə aid Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş çıxarışının olduğunu bildirib, ancaq qeyd edilən ağacları kəsmək üçün icazə sənədinin olub-olmamasını maraqlanmış, Təqsirləndirilən şəxs2 də ona çinar ağaclarını kəsmək üçün icazə sənədinə ehtiyac olmadığını bildirdiyinə görə çinar ağaclarının kənd təsərrüfatı fəaliyyətinə mane olduğundan kəsilməsinə razılıq vermişdir. Ağacların kəsilməsinə razılıq verdikdən sonra Təqsirləndirilən şəxs2 3 gün ərzində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla olan müddət ərzində çinar ağaclarını fəhlə qismində dəvət etdiyi əvvəllər tanımadığı Orxan və Rufel adlı şəxslərlə birlikdə kəsib, tanışı əvvəllər tanımadığı Rəsul adlı şəxsə məxsus “Qaz 53” markalı yük avtomobili ilə daşımış, çinar ağaclarına görə isə ona hissə-hissə, ümumilikdə 900 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə 5 saylı Regional Ekologya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəlib baxış keçirmiş, həmin vaxt 28 ədəd çinar ağaclarının kəsilməsi faktı müəyyən olunmuşdur.Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, 3 ildən çoxdur ki, fərdi qaydada Qusar rayonunun kəndlərində həyətyanı torpaq sahələrində olan çinar ağaclarını kəsib Xaçmaz və Quba şəhərlərində yerləşən yeşik sexlərinə satmaqla ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə Qusar rayonu Kirig kəndində satmaq üçün çinar ağacı axtarmış, bir-bir qapıları gəzməklə hər evin sahibinə torpaq sahəsində satılıq çinar ağacları olubolmamasını soruşmuşdur. Bir müddət kəndi gəzdikdən sonra əvvəlcədən tanımadığı, sonradan isə tanıdığı Təqsirləndirilən şəxs1 özünə məxsus torpaq sahəsində çinar ağacının olub-olmamasını soruşmuş, Abdulhəşim də ona özünə məxsus Qusar rayonu Kirig kəndində yerləşən pay torpaq sahəsində özünün 2007-ci ildə əkdiyi vaxtdan yetişən çinar ağaclarının olduğunu bildirmişdir. Həmin vaxt o, Abdulhəşimə özünün çinar ağacı kəsib satmaqla məşğul olduğunu, bu səbəbdən həmin çinar ağaclarını satıb-satmamasını soruşub qarşılığında müəyyən miqdarda pul verəcəyini bildirmişdir. Abdulhəşim də ona özünə məxsus pay torpaq sahəsində əkdiyi çinar ağaclarının kənd təsərrüfatı fəaliyyətinə mane olduğunu, bu səbəbədən də kəsilməsinə heç bir etirazının olmamasını demiş, o, da çinar ağacları kəsmək qarşılığında Abdulhəşimlə pul məsələsində razılaşmışdır. Aralarında pul söhbəti həll olunduqdan sonra o, çinar ağaclarını kəsəcəyi torpaq sahələrinə dair sənədlərin olub olmamasını soruşmuş, Abdulhəşim də ona çinar ağacları əkdiyi pay torpaq sahəsinə məxsus Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş çıxarış olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə Qusar rayonu, Kirig kəndində yerləşən pay torpaq sahəsinə gündəlik adam başı 25 manat müqabilində fəhlə qismində dəvət etdiyi Şahid5 və Rufel Pərvənayevlə birlikdə özünə məxsus 01 ədəd “Uralmarş” benzin mişarı ilə kəsib, tanışı Qusar rayonu, Gündüzqala kənd sakini Şahid3 gündəlik 120 manat verməklə ona məxsus “Qaz 53” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşımış, çinar ağaclarına görə isə Təqsirləndirilən şəxs1 hissə-hissə, ümumilikdə 900 manat pul vermişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 məxsus pay torpaq sahəsindən kəsdiyi çinar ağaclarını Xaçmaz rayonunda yerləşən taxta sexlərinə sataraq gəlir əldə etmişdir. xx.xx.2023-cü il tarixdə 5 saylı Regional Ekologya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəlib Təqsirləndirilən şəxs1 məxsus bağ sahəsinə baxış keçirmiş, həmin vaxt 28 ədəd çinar ağaclarının kəsilməsi faktı müəyyən olunmuşdur.Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri, özlərin etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsində baş-məsləhətçi-müfəttiş vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş şifahi məlumat, xx.xx.2023-cü il tarixli, 00118 və 00119 saylı sərəncamlar, eyni zamanda qeyd edilən məlumat əsasında Qusar rayonu Kirig kəndi ərazisində qanunsuz olaraq müxtəlif diametrdə çinar cinsinə aid ağacların kəsilməsi faktının müəyyən edilməsi üçün Qusar rayon sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, aparıcı məsləhətçi-müfəttiş Nümayəndə, mühafizə yegeri Şahid1 və Qusar rayonu X4 kəndi üzrə nümayəndəsi Şahid2 ilə birlikdə qanunsuz ağac kəsilən Təqsirləndirilən şəxs1 məxsus pay torpaq sahəsinə gedilərək baxış keçirilməklə akt tərtib olunub, akt əsasında müəyyən olunmuşdur ki, Qusar rayonu Kirig kəndində yerləşən Təqsirləndirilən şəxs1 özünə məxsus torpaq sahəsində 1 ədəd 20 sm diametrində, 1 ədəd 22 sm diametrində, 8 ədəd 25 sm diametrində, 2 ədəd 26 sm diametrində, 2 ədəd 29 sm diametrində, 8 ədəd 30 sm diametrində, 1 ədəd 32 sm diametrində, 1 ədəd 33 sm diametrində, 1 ədəd 38 sm diametrində, 2 ədəd 40 sm diametrində və 1 ədəd 43 sm diametrində olmaqla ümumilikdə 28 ədəd köküstə yaş ağaclar kök nahiyəsindən kəsilərək məhv edilmişdir. Qeyd edilən çinar cinsli ağacların kəsilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı qərarına əsasən təbiətə dəymiş ziyan 8280 manat dəyərində olunmuşdur. Təqsirləndirilən şəxs1 baxış zamanı qeyd edilən çinar ağaclarının onun kənd təsərrüfatı fəaliyyətinə mane olduğuna görə Təqsirləndirilən şəxs2 tərəfindən onun razılığı ilə kəsildiyini göstərib, Təqsirləndirilən şəxs2 isə kəsilən çinar ağaclarının yeşik istehsalı üçün kəsib apardığını bildirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qusar rayonu ərazisində və digər şəhər, kənd ərazilərində əhali arasında ağac və kolların qanunsuz kəsilməsinin qarşısının alınması üçün maarifləndirmə işləri aparılır bunun üçün idarədə müfafiq sektor vardır. Onlar rayon və şəhərlərdə əhali ilə görüşlər keçirərək təbliğat aparılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, özünə məxsus “Qaz 53” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə fərdi yüklərin daşınması işini görüb öz ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs2 ona zəng edib, Qusar rayonu, Kirig kəndində çinar cinsli ağacları kəsib, doğradıqlarını və həmin doğranmış ağacları Xaçmaz şəhərinə aparmaq lazım olduğunu bildirmiş, o da, həmin işi 120 manat müqabilndə görəcəyini demiş, Təqsirləndirilən şəxs2 də öz razılığını vermişdir. Həmin gün saat 16 radələrində özünə məxsus “Qaz 53” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Qusar rayonu Kirig kəndində getmiş, doğranmış çinar ağacları avtomobilin yük hissəsinə yükləmiş və həmin vaxt orada torpaq sahəsini sahibi əvvəllər tanımadığı Abdulhəşim adlı şəxsdə olmuşdur. Beləcə, o, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 3 gün ərzində Qusar rayonu Kirig kəndinə getmiş və doğranmış çinar ağacları Elvinlə birlikdə Xaçmaz şəhərinə aparmış və sonuncudan gündəlik 120 manat pul götürmüşdür. Bundan bir müddət sonra ona məlum olmuşdur ki, torpaq sahib Abdulhəşim adlı şəxsin torpaq sahəsinə aid sənədləri olsa belə, həmin ağacları kəsmək üçün Təqsirləndirilən şəxs2 və Abdulhəşim adlı şəxsin heç bir icazəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 30 sentyabr 2023-cü il tarixdə axşam radələrində Təqsirləndirilən şəxs2 qardaşı Orxan ona zəng edib, Qusar rayonu Kirig kəndi ərazisində çinar ağaclarının kəsilməsində fəhlə kimi köməklik göstərməyi, görüləcək işin müqabilində gündəlik 25 manat pul verəcəyini təklif etmiş, o da bu təkliflə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Orxanı və məni Qusar rayonu Kirig kəndində yerləşən Abdulhəşim adlı şəxs məxsus həmin çinar ağacları olan torpaq sahəsinə aparmış, orada çinar ağaclarının yerləşdiyi torpaq sahəsinin sahibi Abdulhəşim adlı şəxs onları qarşılamışdır. Onlar Elvindən ağacların kəsilməsi üçün icazə alıb-almamasını soruşmuş, Elvin də müvafiq icra hakimiyyəti orqanından icazə alındığını, torpaq sahəsinə aid sənədin olduğunu və heç bir problem olmayacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla olan 3 gün müddət ərzində onlar Elvinlə birlikdə Elvinə məxsus 01 ədəd benzin mişarı ilə 28 ədəd müxtəlif diamterli çinar ağacları kəsmiş, torpaq sahəsinin sahibi Abdulhəşim adlı şəxs də orada olub, hər dəfə Təqsirləndirilən şəxs2 tanışı Rəsul Şıxmətovun idarə etdiyi “QAZ 53” markalı yük avtomobillə çinar ağaclarını aparmış, onlar isə öz işləri qurtardıqdan sonra evlərinə getmişlər. xx.xx.2023-cü il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəlib Təqsirləndirilən şəxs1 məxsus bağ sahəsinə baxış keçirib, həmin vaxt 28 ədəd çinar ağaclarının kəsilməsi faktı müəyyən olunmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, torpaq sahibi Abdulhəşim adlı şəxsin torpaq sahəsinə aid sənədləri olsa belə, həmin ağacları kəsmək üçün Təqsirləndirilən şəxs2 və Abdulhəşim adlı şəxsin heç bir icazəsi olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 və Şahid6 ibtidai araşdırma orqanına verdikləri ifadələrindən görünür ki, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş maddi ziyanın ödənilmədiyini və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, qardaşı Təqsirləndirilən şəxs2 3 ildən çoxdur ki, fərdi qaydada Qusar rayonunun kəndlərində həyətyanı torpaq sahələrində olan çinar ağaclarını kəsib Xaçmaz və Quba şəhərlərində yerləşən yeşik sexlərinə satmaqla məşğuldur, özü də dəfələrlə onunla fəhlə qismində getmişdir. 30 sentyabr 2023-cü il tarixdə axşam radələrində Təqsirləndirilən şəxs2 ona zəng edib, xx.xx.2023-cü il tarixdə səhər radələrində Qusar rayonu Kirig kəndi ərazisində çinar ağaclarının kəsilməsində fəhlə kimi köməklik göstərməyini, torpaq sahəsinə aid sənədlərin olduğunu, həmçinin həmkəndlisi Şahid4 də fəhlə qismində dəvət etməyi, görüləcək işin müqabilində hərəsinə gündəlik 25 manat pul verəcəyini təklif etmiş, o da bu təkliflə razılaşaraq, həmkəndlisi Rufel Pərvənayevi də dəvət etmiş, sonuncu da öz razılığını vermişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 onları Qusar rayonu Kirig kəndində yerləşən Abdulhəşim adlı şəxs məxsus həmin çinar ağacları olan torpaq sahəsinə aparmış, orada çinar ağaclarının yerləşdiyi torpaq sahəsinin sahibi Abdulhəşim adlı şəxs onları qarşılamışdır. Onlar Elvindən ağacların kəsilməsi üçün icazə alıbalmadıqlarını soruşmuş, sonuncu da müvafiq icra hakimiyyəti orqanından icazə alındığını, torpaq sahəsinə aid sənədin olduğunu və heç bir problem olmayacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi daxil olmaqla olan 3 gün müddət ərzində onlar Elvinlə birlikdə sonuncuya məxsus 01 ədəd benzin mişarı ilə 28 ədəd müxtəlif diamterli çinar ağacları kəsmiş, torpaq sahəsinin sahibi Abdulhəşim adlı şəxs də orada olmuş, hər dəfə Təqsirləndirilən şəxs2 tanışı Rəsul Şıxmətovun idarə etdiyi “QAZ 53” markalı yük avtomobillə çinar ağaclarını aparmış, onlar isə öz işlərini qurtardıqdan sonra evlərinə getmişlər. xx.xx.2023-cü il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəlib Təqsirləndirilən şəxs1 məxsus bağ sahəsinə baxış keçirmiş, həmin vaxt 28 ədəd çinar ağaclarının kəsilməsi faktı müəyyən olunmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, torpaq sahib Abdulhəşim adlı şəxsin torpaq sahəsinə aid sənədləri olsa belə, həmin ağacları kəsmək üçün Təqsirləndirilən şəxs2 və Abdulhəşim adlı şəxsin heç bir icazəsi olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 yanvar 2024-cü il tarixli 9/9694 nömrəli rəyindən görünür ki, 01 ədəd diametri 20 sm olan çinar cinsli ağacın dəyəri 180,00 manat, 01 ədəd diametri 22 sm olan çinar cinsli ağacın dəyəri 200,00 manat, 01 ədəd diametri 25 sm olan çinar cinsli ağacın dəyəri 250,00 manat, 01 ədəd diametri 26 sm olan çinar cinsli ağacın dəyəri 250,00 manat, 01 ədəd diametri 29 sm olan çinar cinsli ağacın dəyəri 300,00 manat, 01 ədəd diametri 30 sm olan çinar cinsli ağacın dəyəri 300,00 manat, 01 ədəd diametri 32 sm olan çinar cinsli ağacın dəyəri 300,00 manat, 01 ədəd diametri 33 sm olan çinar cinsli ağacın dəyəri 350,00 manat, 01 ədəd diametri 38 sm olan çinar cinsli ağacın dəyəri 400,00 manat, 01 ədəd diametri 40 sm olan çinar cinsli ağacın dəyəri 400,00 manat, 01 ədəd diametri 42 sm olan çinar cinsli ağacın dəyəri 550,00 manat təşkil edir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqdim etdiyi həcm hesablama cədvəlindən görünür ki, 180 manat dəyərində 1 ədəd 20 sm diametrində, 200 manat dəyərində 1 ədəd 22 sm diametrində, ümumi dəyəri 2000 manat olan 8 ədəd 25 sm diametrində, ümumi dəyəri 500 manat olan 2 ədəd 26 sm diametrində, ümumi dəyəri 600 manat olan 2 ədəd 29 sm diametrində, ümumi dəyəri 2400 manat olan 8 ədəd 30 sm diametrində, 300 manat dəyərində 1 ədəd 32 sm diametrində, 350 manat dəyərində 1 ədəd 33 sm diametrində, 400 manat dəyərində 1 ədəd 38 sm diametrində, ümumi dəyəri 800 manat olan 2 ədəd 40 sm diametrində və 550 manat dəyərində 1 ədəd 43 sm diametrli olmaqla cəmi 28 ədəd çinar cinsli yaş köküstü ağacları qanunsuz kəsilməsi nəticəsində təbiətə 8280 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış 14 noyabr 2023-cü il tarixdə Qusar rayon Prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Kamal Həbibovun rəhbərliyi ilə Qusar rayon sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttiş Nümayəndə, Qusar rayonu Həzrə Bələdiyyəsinin sədri Azər Babaxanov və hal-şahidlərinin iştirakı ilə Qusar rayonun Kirig kəndində yerləşən Təqsirləndirilən şəxs1 və onun ailə üzvlərinə məxsus 0,7499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub qrup şəxs təşkil edərək 1 ədəd 20 sm diametrində, 1 ədəd 22 sm diametrində, 8 ədəd 25 sm diametrində, 2 ədəd 26 sm diametrində, 2 ədəd 29 sm diametrində, 8 ədəd 30 sm diametrində, 1 ədəd 32 sm diametrində, 1 ədəd 33 sm diametrində, 1 ədəd 38 sm diametrində, 2 ədəd 40 sm diametrində və 1 ədəd 43 sm diametrində olmaqla ümumilikdə 28 ədəd köküstə yaş ağaclar kök nahiyəsindən kəsməsi öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikadsı Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli Qərarında qeyd olunur ki, Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 oğlu X2 “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalla təltif olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 evlidir və himayəsində iki azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirirən hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf etmələrini, əməllərindən peşman olmasını, şəxsiyyəti müsbət xarakterizə edən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, oğlu X1 “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalla təltif olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hal qismində nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. CM-nin 259.3-cü maddəsinin sanksiyasında doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, törətdiyi əməli etiraf etmələrini və əməllərindən səmimi peşmançılıq hissini keçirmələrini, öz vəziyyətlərinə tənqidi münasibət bəsləmələrini, törətdikləri cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etmələrini, habelə məhkəmə iclasındakı davranışlarını, həmçinin (Təqsirləndirilən şəxs1 “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalla təltif olunmasını) işin digər mühüm və diqqətəlayiq hallarını, eləcədə yüngülləşdirən halların olub, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsiriləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini işin hallarına və təqsirləndirilən şəxslərin əmlak vəziyyətinə uyğun hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cərimə cəzası təyin edildiyi təqdirdə cəzanın icrası mümkün olmayacaq. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsiriləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda onlar, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində xx.xx.2024cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə tutulmadan azad olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təbiətə vurmuş olduqları maddi zərərə görə mülki iddia ilə müraciət edərək cinayət işi üzrə mülki iddiaçı kimi tanınması barədə qərar qəbul edilməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində təbiətə vurulmuş olan 8280 manat maddi ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə ödənilməsi barədə cinayət mühakimə icraatı qaydasında, məhkəmənin hökmü ilə təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli nəticəsində təbiətə maddi ziyanın vurulması tam sübuta yetirildiyindən mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 8280 (səkkiz min iki yüz səksən) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilməlidir. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 mülkiyyətində olan Qusar rayonu Kirig kəndində yerləşən 0.7499 ha torpaq sahəsinin onun payına düşən 1/5 hissəsinə, Qusar rayonu Kirig kəndində yerləşən 0.19 ha torpaq sahəsinin onun payına düşən 1/6 hissəsinə, Təqsirləndirilən şəxs2 mülkiyyətində olan Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 2.51 ha torpaq sahəsinin onun payına düşən 1/6 hissəsinə, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.20 ha torpaq sahəsinin onun payına düşən 1/8 hissəsinə üzərinə həbs qoyulmuşdur. Məhkəmə hesab edir ki, Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 mülkiyyətində olan Qusar rayonu Kirig kəndində yerləşən 0.7499 ha torpaq sahəsinin onun payına düşən 1/5 hissəsinə, Qusar rayonu Kirig kəndində yerləşən 0.19 ha torpaq sahəsinin onun payına düşən 1/6 hissəsinə, Təqsirləndirilən şəxs2 mülkiyyətində olan Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 2.51 ha torpaq sahəsinin onun payına düşən 1/6 hissəsinə, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.20 ha torpaq sahəsinin onun payına düşən 1/8 hissəsinə üzərinə qoyulmuş həbs mülki iddianı təmin etmək məqsədi ilə həmin torpaq sahələrinin üzərinə qoyulmuş həbs götürülməməlidir. İş materiallarından görünür ki, 01 ədəd benzin mişarı maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-yə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, həmin maddi sübut müsadirə olunaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 (iyirmi beş) manat tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 197, 198, 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdən 03.02.202-cü il tarixə kimi tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs2 təyin edilən 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq, 02 (iki) il, 5 (beş), 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 (iyirmi beş) manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 01 ədəd benzin mişarı dövlət nəfinə keçirilsin. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 8280 (səkkiz min iki yüz səksən) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilsin. Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 mülkiyyətində olan Qusar rayonu Kirig kəndində yerləşən 0.7499 ha torpaq sahəsinin onun payına düşən 1/5 hissəsinə, Qusar rayonu Kirig kəndində yerləşən 0.19 ha torpaq sahəsinin onun payına düşən 1/6 hissəsinə, Təqsirləndirilən şəxs2 mülkiyyətində olan Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 2.51 ha torpaq sahəsinin onun payına düşən 1/6 hissəsinə, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.20 ha torpaq sahəsinin onun payına düşən 1/8 hissəsinə üzərinə qoyulmuş həbs mülki iddianı təmin etmək məqsədi ilə həmin torpaq sahələrinin üzərinə qoyulmuş həbs götürülməsin. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-34/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-34/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver