Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-35/2022 24.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə , xx.xx.1994-cü ildə Qusar rayonu Zindan Muruq-qışlaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, 15 yanvar 2022-ci il tarixdə tutulmuş, Qusar rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə, xx.xx.1997-ci ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2021-ci ilin payız aylarında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi və həmin vaxt yaşadığı kənddə çətənə bitkisinin yarpaqlarını qurutmaqla narkotik kütləni gələcəkdə satış məqsədilə bir neçə ədəd kibrit qutularına qablaşdırmaqla qanunsuz olaraq hazırlamış, saxlamış və daşımış, həmin narkotik vasitələrin bir hissəsini özü üçün istifadə etmiş, daha sonra 14.01.2022-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayonu Alekseyevka kəndində həmin narkotik vasitədən 1 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 5,369 qram narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 cəmi 50 manata qanunsuz olaraq satmış, 15.01.2022-ci il tarixdə saat 23 radələrində isə Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Qusar RPŞ-nə gətirilmiş, onun üstünə “şəxsi axtarış” keçirilən zaman onun tərəfindən qanunsuz olaraq satış məqsədi ilə saxlanıldığı 1 ədəd kibrit qutusunda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 8,510 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 14 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayonu Alekseyevka kəndi ərazisində Təqsirləndirilən şəxs1 50 manata 01 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 5,369 qram narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Qusar RPŞ-nin Samur PB-nin əməkdaşları tərəfindən həmin gün saat 23 radələrində Qusar rayonu Avaran qışlaq kəndi ərazisində saxlanılaraq Qusar rayon X24 PB-nə gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan gödəkçənin sağ yan cibində saxladığı və gəzdirdiyi 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,369 qram olan həmin tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, O, əvvəllər Rusiya Federasiyası Dağıstan Respublikasında, 2014-2015-ci illərdə isə İnquşetiyada olmuş, orada olarkən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Azərbaycana gəldikdən sonra da aradabir narkotik vasitə olan marixuana çəkmişdir. O, Qusar rayonunda yerləşən Samur-Abşeron kanalının yanından bir qutu marixuana tapmış, az hissəsini çəkmişdir. Bundan sonra 14 yanvar 2022-ci il tarixdə işləri ilə əlaqədar Xaçmaz rayonu Alekseyevka kəndinə getmiş, tanışı Təqsirləndirilən şəxs2 oraya çağırmış və orada tapdığı bir qutu narkotik vasitəni 50 manata Təqsirləndirilən şəxs2 satmışdır. Faidi əvvəllər tanımış, onunla Bakıya gedərkən yolda tanış olmuş, bir-iki dəfə onunla marixuana çəkmişdir. Əvvəllər Faidə və ya başqa şəxslərə narkotik vasitə satmamışdır. Polis əməkdaşları onu saxlayarkən onun üzərində narkotik vasitə olmamış, üstündən çıxan narkotik ona məxsus olmamışdır. Hazırda törətdiyi əməlindən peşmandır, səhv etmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, Faidi təxminən 3-4 ildir tanıyır, onunla münasibətləri normal olmuş, aralarında heç bir problem olmamışdır. Faidlə təxminən bir-iki dəfə qanunsuz olaraq narkotik vasitədən istifadə etmiş, buna görə 13 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində tanışı ona zəng edərək bir kibrit qutusunda narkotik vasitə olan marixuananın olmasını, həmin marixuananı ona satmaq istəməsini bildirmişdir. Həmin vaxt Faid telefon danışığı zamanı ona razılıq vermiş, buna görə də 2021-ci ilin payız aylarında Samur-Abşeron su kanalının ətrafından sınmış vəziyyətdə narkotik vasitə olan çətənə bitkisini yerdən götürərək, qurudub özü üçün çəkmək məqsədilə saxlamış, lakin sonradan pula ehtiyacı olduğundan qalan hissəni sonuncuya satmaq qərarına gəlmişdir. Həmin narkotik vasitədən 2 (iki) kibrit qutusu qalmış, qalanlarını isə bütünlükdə istifadə etmiş, hətta 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı 2021-ci ilin payız aylarında Faidə 50 manat məbləğində pula satmışdır. Buna görə də o, 14 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində Xaçmaz rayonu Alekseyevka kəndində olan zaman həmin kənddə Faidlə görüşmüş, onun taksi ilə gəldiyini əvvəlcədən bilmiş, lakin həmin vaxt taksini görə bilməmiş, onunla görüş vaxtı üzərində qanunsuz olaraq saxladığı, daşıdığı 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuananı 50 manat məbləğində satmış, buna görə Faiddən 50 manatlıq əskinas almış, pulu özündə saxlamış, sonradan şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin vaxt Faid ondan ayrılıb getmiş, biraz sonra telefonla zəng edərək maşınlarının yanacağının bitməsini söyləmiş, ona benzin aparmış, benzin yanacağını verdikdən sonra Faid oradan həmin “Vaz-21115” markalı, K 032 MH05 Rus qeydiyyat nişanlı avtomobillə çıxıb getmişdir. Bundan sonra o, evinə çıxıb getmiş, 15.01.2022-ci il tarixdə kəndlərində keçirilən toy mərasimində iştirak etmiş, həmin vaxt üzərində qalan 01 ədəd kibrit qutusunda olan marixuananı da saxlamış, ondan istifadə etmək istəsə də istifadə etməmiş, toy bitdikdən sonra Qusar rayonu X30 kəndi ərazisində olan zaman saat 23 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Qusar RPŞ-yə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt 01 ədəd kibrit qutusunda 8,510 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. O, narkotik vasitələrdən istifadə edir, lakin onların satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs1 çoxdan tanıyır, onunla birlikdə işləmiş, münasibətləri yaxşı olmuş, bir-iki dəfə onunla birlikdə marixuana çəkmişdir. 2022ci ilin yanvar ayının 13 və ya 14-də Təqsirləndirilən şəxs1 onu Xaçmaz rayonu Alekseyevka kəndinə çağırmış, orada Devrişdən bir kibrit qutusu marixuananı 50 manata satın almış, geri qayıdarkən polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar və orada narkotik vasitəni üzərindən aşkar edərək götürmüşlər. Hazırda törətdiyi əməlindən peşmandır, səhv etmişdir, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Müharibə veteranıdır, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında döyüşlərdə iştirak etmişdir. Ondan əvvəl aprel döyüşlərində də iştirak etmişdir. Marixuananı da müharibə vaxtı çəkməyə başlamışdır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 özünü tam təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, onun məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş digər Təqsirləndirilən şəxs2, şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəməbioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş digər təqsirləndirilən şəxsin ifadəsi ilə, şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İbtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs2 əvvəllər zəhmətkeş bir adam kimi tanımışdır. Təqsirləndirilən şəxs1 isə tanımamış, hadisədən sonra tanımışdır. Hazırkı hadisə zamanı o, Qusar RPŞ-nin Samur PB-nin əməliyyat müvvəkili vəzifəsində işləmişdir. Həmin bölməyə Faidin narkotik vasitəni əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat tədbiri qurulmuş, Qusar rayonu Avaran Qışlaq kəndi ərazisində Faidi, həmçinin adını xatırlamadığı, Qusar rayonu Kuzun Qışlaq kəndindən olan şəxsi və Qusar rayonu Köhnə Xudat kəndindən olan Seron adlı şəxsi, cəmi 3 nəfəri saxlayıb polis bölməsinə aparmışlar. Bölmədə onların üzərlərinə baxış keçirmişlər, baxış zamanı Faidin üzərindən bir kibrit qutusu marixuana aşkar olunmuş, maşında, həmçinin digər şəxslərinə üzərlərindən narkotik vasitə aşkar olunmamışdır. Həmin vaxt Faid həmin narkotik vasitəni Qusar rayonu X30 kənd sakini Devriş adlı şəxsdən 50 manata satın aldığını demişdir. O, sonradan Devrişin saxlanılmasında iştirak etməmiş, həmin vaxt işi ilə əlaqədar icazə alaraq Baki şəhərinə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CA üzrə Samur PB-nin rəisi vəzifəsini icra edir. İbtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Əvvəlcədən daxıl olmuş məlumata əsasən Qusar rayon Avaran kənd sakini Faid adlı şəxsin narkotik vasitəsini almağı barədə məlumat daxıl olmuşdur. Qərar qəbul edilərək şöbə rəisinə məruzə edilmiş, 14.01.2022-ci il tarixdə əməliyyat qrupu yaradılaraq Qusar rayonu Avaran Qışlaq kəndi ərazisinə gedərək orada Faid adlı şəxsi saxlamışlar və avtomobildə olan digər 2 nəfər şəxslərlə birlikdə Qusar RPŞ-nin Samur PB-nə aparmışlar. Yoxlama zamanı Faidin üzərində bir ədəd kibrit qutusu marixuana aşkar edilmiş və o, etiraf etmişdir ki, marixuana onun özünündür və Devriş adlı şəxsdən 50 manat pula satın almışdır. Bundan sonra əməliyyat tədbiri davam etdirilmiş, 15.01.2022-ci il tarixdə Devriş adlı şəxs saxlanılaraq Qusar RPŞnə aparılaraq istintaqa təqdim edilmişdir. Orada həmin şəxsin üzərinə baxış keçirilən zaman bir kibrit qutusu marixuana aşkar edilmişdir. Həmin vaxt onun və digər polis əməkdaşlarının tərəfindən Devriş adlı şəxsə heç bir təzyiq göstərilməmiş, müstəntiq tərəfindən müdafiəçisinin iştirakı ilə həmin şəxsin üzərinə baxış keçirilmiş və baxış prosesi videoçəkilişlə lentə alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid5 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 əvvəllər tanımış, onun uzaq qohumudur. Təqsirləndirilən şəxs1 isə tanımır. 2022-ci ilin yanvar ayının təxminən 14-də Faid ona zəng edərək kiməsə borc qaytarmalı olduğunu demiş, onu idarə etdiyi avtomobillə Xaçmaz rayonu Alekseyevka kəndinə aparmasını xahiş etmiş, maşına da 5 manatlıq benzin tökəcəyini demişdir. Bundan sonra onlar onun maşını ilə həmin kəndə getmişlər, Faid maşından düşmüş, bir müddətdən sonra qayıdaraq işini bitirdiyini və getmələrini demişdir. Yolda polis əməkdaşları onları saxlamışlar, hər birini ayrı-ayrı maşınlarda Qusar RPŞ-nin Samur PBnə aparmışlar. Ondan izahat alaraq buraxmışlar. Sonradan bilmişdir ki, Faidin üzərinə baxış keçirilərkən üzərindən bir kibrit qutusu narkotik vasitə olan marixuana aşkar edilmişdir. Onun bu barədə əvvəlcədən xəbəri olmamış, Faid də ona deməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 14 yanvar 2022-ci il tarixdə, saat təxminən 19 radələrində Quba şəhərindən Qusar şəhərinə gəlmiş, əvvəlcədən telefonla zəng edərək həmkəndlisi Faidlə görüşmüş, həmin vaxt ona bir neçə gün əvvəl satdığı avtomobili oradan gətirmək üçün ayıq sürücü kimi köməklik etməsini xahiş etmiş, sərxoş olduğundan avtomobili idarə etmək istəməmişdir. Daha sonra Faidlə Qusar şəhəri avtovağzal dairəsində görüşərkən sonuncunun həmin yerə taksi ilə gəlməsini müşahidə etmiş, bu vaxt həmin avtomobilə əyləşmiş və Faidə “Qubaya getməliyik” demişdir. Bu vaxt Faid Zindan-Muruq qışlaq kəndində kiminləsə görüşəcəyini söyləmiş, həmin yerə getməsinin vacibliyini bildirmişdir. Buna görə də onlar Qusar rayonu Zindan Muruq-qışlaq kəndinə getmiş, avtomobili taksi sürücüsü idarə etmiş, həmin vaxt X30 kəndində Faid həmin şəxsi tapa bilməyərək Xaçmaz rayonu Alekseyevka kəndi istiqamətində hərəkət etmişlər. Həmin kənddə Faid avtomobildən düşmüş, harasa getmiş, biraz sonra isə yenidən avtomobilə qayıtmış və Qusar rayonu X30 kəndi istiqamətinə hərəkət etmişlər. Yolda avtomobilin yanacağı bitmiş, Faid telefonla kiməsə zəng edib benzin istəmiş, avtomobilə yanacaq vurulduqdan sonra yenidən sürücü Qusar rayonu X30 kəndinə qayıtmışdır. Bundan sonra Qusar rayonu Avaran qışlaq kəndi ərazisinə daxil olarkən polislər tərəfindən saxalanılaraq Qusar RPŞnin Samur PB-nə gətirilmişlər. Polis Bölməsində ona məlum olmuşdur ki, Faid üzərində narkotik vasitə gəzdirib və həmin kütləni kimdənsə almış, həmin ana qədər bundan xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin Samur PBnin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Şahid5 14.01.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli «cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X15 tərəfindən həmin tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 16 yanvar 2022-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Qusar RPŞ-nin Müvəqqəti Saxlama yerindən dərhal azad edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 14 yanvar 2022-ci il tarixli “axtarış və götürmə aparılması barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X15 tərəfindən həmin tarixdə saat 23:45dən 15 yanvar 2022-ci il saat 00:20-dək Qusar rayon X24 PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, Qusar RPŞ-nin KTQ-nin inspektor-kriminalisti, polis leytenantı X8, əməliyyat müvəkkili, polis kapitanı Şahid4, Qusar rayon Vəkil Bürosunun vəkili X12 iştirakları ilə üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Qusar rayon polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl istintaq hərəkətinin iştirakçılarına istintaq hərəkəti aparılan zaman “Panasonic” markalı videokamera ilə videoçəkiliş aparılacağı və “Samsunq” markalı fotoaparatla fotoşəkillər çəkiləcəyi barədə məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 01 ədəd kibrit qutusunda içərisində yaşımtıl rəngli narkotik vasitəyə bənzər kütləni gödəkçəsinin sağ cibindən çıxararaq təqdim etmiş və həmin narkotik vasitəyə bənzər kütləni 50 manata “Devriş” adlı şəxsdən aldığını 2 ildir ki narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Həmin narkotik vasitə olan marixuanaya oxşar olan kütlə qablaşdırılıb ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, zərf Azərbaycan Respublikası DİN-in 106 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. İş materiallarında olan 15 yanvar 2022-ci il tarixli «cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X15 tərəfindən həmin tarixdə saat 23:54-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 17.01.2022-ci il tarixli 4(029)- 3/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 15 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin İB-nin baş müstəntiqi X15 tərəfindən həmin tarixdə saat 23:45-dən 15 yanvar 2022-ci il saat 00:15-dək Qusar rayon X24 PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4, Qusar RPŞ-nin inspektor-kriminalisti, polis leytenantı Məlik Məmmədovun, Qusar RPŞ-nin Samur PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Şahid5, Qusar rayon Vəkil Bürosunun vəkili X17 iştirakları ilə üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Qusar rayon polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sol cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər yaşımtıl rəngli kütləni təqdim etmişdir. Həmin narkotik vasitə olan marixuanaya oxşar olan kütlə qablaşdırılıb ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, zərf Azərbaycan Respublikası DİN-in 106 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, məhkəmə-bioloji ekspertizasının 15 yanvar 2022-ci il tarixli 7/42 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki salfet bükülünün içərisində 01 (bir) ədəd kibrit qutusunun təmiz çəkisi-5,369 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi- 5,369 qram, tədqiqata istifadə olundu-0,05 qram, qalıq-5,319 qramdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, məhkəmə-bioloji ekspertizasının 16 yanvar 2022-ci il tarixli 7/43 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 8,510 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə və üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın ümumi çəkisi-13,829 qram, cəmi tədqiqata sərf edildi-0,1 qram (hər 1-2 nömrəli obyektdən 0,05 qram götürüldü), qalıq-13,729 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2022-ci il tarixli 7/42 saylı və 16 yanvar 2022-ci il tarixli 7/43 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 167,82 (yüz altmış yeddi manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 16 yanvar 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 5,369 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin Maddi sübutlar otağına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 16 yanvar 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 8.410 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nin Maddi sübutlar otağına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 16 yanvar 2022-ci il tarixli 183 saylı mədaxil qaiməsindən görünür ki, maddi sübut kimi tanınmış, keçirilmiş ekspertizalardan sonra qalıq qalmış 01 ədəd 5.319 qram narkotik vasitə olan qurudulmuş marixuana Qusar RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan 16 yanvar 2022-ci il tarixli 183 saylı mədaxil qaiməsindən görünür ki, maddi sübut kimi tanınmış, keçirilmiş ekspertizalardan sonra qalıq qalmış 01 ədəd 8.410 qram narkotik vasitə olan qurudulmuş marixuana Qusar RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş 17.02.2022-ci il tarixli 763 saylı ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 KANNABİOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş 18.02.2022-ci il tarixli 588 saylı ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ibtidai istintaq orqanının 01 mart 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış ümumilikdə 13.729 qram çəkidə narkotik vasitə marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 tutulduqdan sonra onun şəxsi axtarışı zamanı videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra onun şəxsi axtarışı və avtomobilə baxış zamanı videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk, cəmi 03 ədəd DVD disk və “SMS” mətnlərinə dair 01 ədəd CD disk iş materiallarında saxlanılmışdır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli 144/01-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin publik hüquqi şəxsin X2 həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli 143/01-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin publik hüquqi şəxsin X2 həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 22.01.2022 və 24.01.2022-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26.01.2022-ci il tarixli 03 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs1 ailə tərkibi atası X9, anası X1, qardaşı X10 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında 26.04.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 anası X3 ümumi xəstəlik səbəbindən 1-ci qrup əlilliyə görə 220.0 manat müavinət alır. İş materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.01.2022-ci il tarixli 24 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs2 ailə tərkibi atası X5, anası X4, qardaşı X13 və bacısı X6 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.01.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs2 məxsus ******* saylı hərbi biletin surətindən görünür ki, həmin şəxs 27.09.2020-10.11.2020-ci il tarixlərində Füzuli, Cəbrayıl, Xocavənd rayonları uğrunda döyüşlərdə N saylı hərbi hissədə heyət nəfəri vəzifəsində iştirak etmişdir. İş materiallarında olan 6N saylı hərbi hissənin N yanvar 2021-ci il tarixli Fəxri Frəmanından görünür ki, Təqsirləndirilən şəxs2 Vətən Müharibəsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. İş materiallarında olan İ-16289 və İ-19694 saylı Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Quba-Xaçmaz Regional Ərazi Filialı tərəfindən verilmiş 10.03.2022-ci il tarixli **********9 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 01.01.2022-ci il tarixdən Müharibə Veteranına görə 80.00 manat Azərbaycan Respublikası Prezident təqaüdü alır. Məhkəmə Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitənin olmaması, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin polis əməkdaşlarının onun cibinə qoyması barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, digər təqsirləndirilən şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə, ibtidai istintaq zamanı onun özünün müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi ilə, eləcə də digər sübutlarla tam təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı özünün müdafiəçisi də iştirak etmiş, şəxsi axtarışa dair protokol digər iştirakçılarla birlikdə onun özünün və müdafiəçisinin də tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 hər hansı təsir və ya təzyiq olunması isə məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müfadiəçisinin iştirakı ilə ifadə verərkən üzərindən narkotik vasitə aşkar olunduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmiş, həmin ifadəsi də özünün və müdafiəçisinin tərəfindən imzalanmışdır. Məhkəmə ekspertizasının yuxarıda şərh olunan rəyindən də görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar edilmiş hər iki narkotik vasitə olan marixuanalar eyni tərkibli olmuşlar. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 həqiqətən də, 14.01.2022-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayonu Alekseyevka kəndində 1 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 5,369 qram narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 cəmi 50 manata qanunsuz olaraq satması, 15.01.2022-ci il tarixdə saat 23 radələrində isə Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Qusar RPŞ-nə gətirilməsi, onun üstünə “şəxsi axtarış” keçirilən zaman onun tərəfindən qanunsuz olaraq satış məqsədi ilə saxladığı 1 ədəd kibrit qutusunda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 8,510 qram olan narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 14 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Xaçmaz rayonu Alekseyevka kəndi ərazisində Təqsirləndirilən şəxs1 50 manata 01 ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 5,369 qram narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan gödəkçənin sağ yan cibində saxladığı və gəzdirdiyi 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,369 qram olan həmin tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilib götürülməsi, bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, anasının 1-ci qrup əlil olmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, X14maqla Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda döyüşlərdə iştirak etməsini və buna görə medallarla təltif olunmasını, hazırda Prezident təqaüdçüsü olmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, X14maqla medallarla təltif olunmasını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən onun 14 yanvar 2022-ci il tarixdən 16 yanvar 2022-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Bundan başqa, həmin şəxs X14maqla Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda döyüşlərdə iştirak etmiş və buna görə təltif olunmuş, hazırda Prezdent təqaüdçüsüdür. Odur ki, məhkəmə hesab edir ki, həmin şəxsə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla həmin şəxsin islah olunması, cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Qusar rayonu Avaran kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət edilməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm, cinayət prosesini həyata keçirən orqan isə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən aşağıdakı qaydalara riayət edilməlidir: məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.1, 99-1.1.1-99-1.1.4-cü maddələrinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış cəmi 13.729 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra onun şəxsi axtarışı zamanı videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra onun şəxsi axtarışı və avtomobilinə baxış zamanı videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk, cəmi 03 ədəd DVD disk və “SMS” mətnlərinə dair 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 167,82 (yüz altmış yeddi manat səksən iki qəpik) manat təşkil edir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan-yəni 15 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 14 yanvar 2022-ci il tarixdən 16 yanvar 2022-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Qusar rayonu Avaran kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış cəmi 13.729 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra onun şəxsi axtarışı zamanı videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra onun şəxsi axtarışı və avtomobilinə baxış zamanı videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk, cəmi 03 ədəd DVD disk və “SMS” mətnlərinə dair 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə cəmi 167,82 (yüz altmış yeddi manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 dair hissədə hökmün icrası onun yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-35/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-35/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver