Məhkəmə qərarları › İş №1(029)-35/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-35/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-35/2023 31.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçı) nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1981-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Qusar rayonu Urva kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində meşə fonduna daxil olmayan Qusar rayonu Urva Bələdiyyəsinin balansında olan Urva kənd qəbirstanlığmda dəyəri 150 manat diametri 13 sm olan 01 ədəd alma, dəyəri 150 manat diametri 16 sm olan 01 ədəd alma, dəyəri 180 manat diametri 19 sm olan 01 ədəd alma, ümumi dəyəri 360 manat diametri 20 sm olan 02 ədəd alma, dəyəri 200 manat diametri 22 sm olan 01 ədəd alma, dəyəri 200 manat diametri 24 sm olan 01 ədəd alma, dəyəri 250 manat diametri 26 sm olan 01 ədəd alma, dəyəri 300 manat diametri 30 sm olan 01 ədəd alma, dəyəri 300 manat diametri 31 sm olan 01 ədəd alma, dəyəri 750 manat diametri 47 sm olan 01 ədəd alma cinsli, dəyəri 250 manat diametri 26 sm olan 01 ədəd qoz, dəyəri 250 manat diametri 28 sm olan 01 ədəd qoz cinsli, dəyəri 180 manat diametri 18 sm olan 01 ədəd zoğal, dəyəri 180 manat diametri 20 sm olan 01 ədəd zoğal və dəyəri 350 manat diametri 33 sm olan 01 ədəd zoğal cinsli yaş köküstü ağacları qanunsuz kəsərək cəmi 4050 manat olmaqla təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi qaydada fəhlə, eləcə də rayonun Urva kənd qəbirstanlığına qeyri-rəsmi gözətçi kimi işləyərək öz ailəsini dolandırmışdır. 2022-ci ilin təxminən noyabr ayın ortalarında Qusar RİHB-nın Urva İƏD üzrə nümayəndəsi Şahid1 ona Urva kənd qəbirstanlığın ərazisini kol-kosdan təmizləməsi və ağacları budaması barədə göstəriş vermiş, o, da öz razılığını vermişdir. Həmin ərazidə olan ağacların yaşı 100 il, bəlkə də daha çox olmuşdur. Kənd camaatı ona yaxınların qəbrlərin yanında olan yaşlı ağacların kəsib yerində yolka ağacları əkəcəyini demişdir. Onun niyyətin qəbristanlığı təmizləmək olmuşdur, köhnə ağacları kəsib yerinə təzələri əkmək olmuş, onların şəhidləri, babaları da orda həmin qəbristanlıqda dəfn olunmuşdur. O, qəbristanlıqda əkmək üçün yolka ağacları da sifariş etmişdir. Onun üç uşağı var, hazırda da başqasının işığından istifadə edir, yandırmağa odunu olmamışdır. Onların kəndlərində örüş sahə az qalmış, naxırda olan inəklər qəbristanlığa gəlir. O, qəbirstanlıqdan 16 ədəd ağacları kəsmiş, doğramış, daha sonra isə həmin odunacaqları evin həyətinə aparıb boşaltmış və gündəlik olaraq istifdə etmişdir. Ekologiya idarəsinin əməkdaşı Nümayəndə, Qusar RİHB-nm Urva İƏD nümayəndəsi Edison Ələskrov, Urva bələdiyyəsinin sədri Şahid2 və Urva kənd sakini Şahid3 iştirakları ilə Urva kənd qəbirstanlığma baxış keçirilərək, akt tərtib edilmışdir. Ondan şikayət edən onun həmkəndlisidir, o, şikayət edərək guya yaxınların qəbirləri tapdaladığını və baş daşın oğurladığını yazmışdı. Onun vəzifəsi qəbristanlığı təmiz saxlamaq olmuşdur. Qəbristanlıqda olan ağacları kəsmək onun vəzifəsinə aid olduğunu bilməmişdir. O, əmək müqaviləsi ilə işləməmiş, onu keçmiş bələdiyyə sədri işə götürmüş, ancaq əmək müqaviləsi bağlanmamış, sonradan əmək müqaviləsi bağlayacağını demişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmiş, dəymiş ziyanı 1-2-3 il ərzində ödəyəcəyini, hazırda bir dəfəyə ödəməyə imkanı olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, fərdi qaydada fəhlə, eləcə də rayonun Urva kənd qəbirstanlığmda qeyri-rəsmi gözətçi kimi işləyərək öz ailəsini dolandırmışdır. 2022-ci ilin təxminən noyabr ayın ortalarında Qusar RİHB-nm Urva İƏD üzrə nümayəndəsi Şahid1 ona Urva kənd qəbirstanlığın ərazisini kol-kosdan təmizləmək və ağacları budamaq barədə göstəriş vermiş, o da öz razılığını vermişdir. Həmin vaxt qış ayları olduğu üçün evdə yandırılacaq oduncağın olmadığından qəbristalığm ərazisindəki meyvə ağacları kəsib evinə aparıb, oduncaq kimi yandırmaqla istifadə etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Urva kənd qəbirstanlığmda cəmi 16 ədəd alma, qoz və zoğal cinsli ağacları tək başına kəsmiş, doğramış, daha sonra isə həmin odunacaqları özünə məxsus “GAZ 51” markalı sənədsiz avtomobillə yaşadığı evin həyətinə aparıb boşaltmış və gündəlik olaraq istifdə etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə Qusar rayonu, Urva kənd sakini Şahid3 DİN- nin 102 Xidmətinə zəng edərək, onun Urva qəbirstanlığın ərazisindən qanunsuz olaraq meyvə ağacları kəsməsi, həmçinin onun mərhum qardaşı və oğlunun məzarların üstündən avtomobil sürməsi barədə məlumat vermişdir. Ancaq bu heç də belə olmamış, avtomobili heç bir qəbirin üzərindən sürməmiş, heç bir qəbiri məhv və ya zədələməmişdir. 06 dekabr 2022-ci il tarixdə özünün, 5 saylı Ekologiya idarəsinin əməkdaşı Nümayəndə, Qusar RİHBnm Urva İƏD nümayəndəsi Edison Ələskrov, Urva bələdiyyəsinin sədri Şahid2 və Urva kənd sakini Şahid3 iştirakları ilə Urva kənd qəbirstanlığma baxış keçirilərək, akt tərtib edilmişdir. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunmuş onun ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Qusar rayonu, Urva kənd sakini Şahid3, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaynar Xəttinə zəng edərək, Urva kənd qəbirstanlığın ərazisindən qanunsuz olaraq yaş köküstü ağacların kəsilməsi barədə verdiyi məlumatı daxil olmuşdur. 06 dekabr 2022-ci il tarixdə Qusar RPŞ-nin təhqiqatçısmm rəhbərliyi ilə onun, Qusar RİHB-nm Urva İƏD nümayəndəsi Şahid1, Urva bələdiyyəsinin sədri Günəs Hacıyevanm, Urva kənd sakinləri Şahid3 və Təqsirləndirilən şəxs iştirakı ilə Urva kənd qəbirstanlığma baxış keçirilən zaman Təqsirləndirilən şəxs tək başına 16 ədəd müxtəlif cinsli ağacları kəsdiyini etiraf etmiş, lakin qəbirstanlıqda Şahid3 mərhum qardaşı və oğlunun qəbirlərin üstündən avtomobil keçməsi və ya qəbirlərin məhv edilməsi faktı öz təsdiqini tapmamışdır. Baxış zamanı Qusar rayonu, Urva kənd sakini Təqsirləndirilən şəxs tək başına özünə məxsus benzin mişarı ilə diametri 13 sm olan 01 ədəd alma, diametri 16 sm olan 01 ədəd alma, diametri 19 sm olan 01 ədəd alma, diametri 20 sm olan 02 ədəd alma, diametri 22 sm olan 01 ədəd alma, diametri 24 sm olan 01 ədəd alma, diametri 26 sm olan 01 ədəd alma, diametri 30 sm olan 01 ədəd alma, diametri 31 sm olan 01 ədəd alma, diametri 47 sm olan 01 ədəd alma cinsli, diametri 26 sm olan 01 ədəd qoz, diametri 28 sm olan 01 ədəd qoz cinsli, diametri 18 sm olan 01 ədəd zoğal, diametri 20 sm olan 01 ədəd zoğal və diametri 33 sm olan 01 ədəd zoğal cisni olmaqla cəmi 16 ədəd yaş köküstü ağacları kəsməsi müəyyən edilmişdir. Həmin vaxt onlar müvafiq akt tərtib edib fotoşəkillər çəkmiş, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı Qərarına əsasən kəsilmiş ağacların təbiətə vurduğu ziyan müəyyən etmək məqsədi ilə onun tərəfindən həcm hesablama cədvəli tərtib edilmiş və 16 ədəd yaş halda köküstü meyvə ağacların kəsilməsi nəticəsində təbiətə cəmi 4050 manat maddi ziyan dəydiyi və həmin ərazinin Qusar rayonu Urva bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilmişdir. Bundan sonra toplanmış materialı aidiyyatı üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş olan maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərdi ki, xx.xx.2020-ci ildən hal-hazıra kimi Qusar rayonu Urva Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təxminən 2022-ci ilin noyabr ayı ortalarında Qusar RİHB-mn Urva İƏD üzrə nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs Urva kənd qəbirstanlığm ərazisini kol-kosdan təmizləmək və ağacları budamaq barədə göstəriş vermiş, sonuncu da öz razılığını vermişdir. xx.xx.2022-ci il tarixdə 5 saylı Ekologiya idarəsinin əməkdaşı Nümayəndə kəndə gələn zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr aym sonlarında Urva kənd qəbirstanlığm ərazisindən 16 ədəd müxtəlif cinsli yaş köküstü meyvə ağacları kəsmiş və bununla bağlı kənd sakini Şahid3 müxtəlif orqanların qaynar xəttinə zəng edib, məlumat vermişdir. Bundan sonra onun, 5 saylı Ekologiya idarəsinin əməkdaşı Nümayəndə, Qusar RİHB-nin Urva İƏD nümayəndəsi Şahid1, Urva kənd sakinləri Şahid3 və Təqsirləndirilən şəxs iştirakları ilə Urva kənd qəbirstanlığına baxış keçirilərək akt tərtib edilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs tək başına 16 ədəd müxtəlif cinsli ağacları kəsdiyini etiraf etmiş, lakin qəbirstanlıqda Şahid3 mərhum qardaşı və oğlunun qəbirlərin üstündən avtomobil keçməsi və ya qəbirlərin məhv edilməsi faktı öz təsdiqini tapmamışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs tək başına 16 ədəd müxtəlif cinsli ağacları kəsdiyini etiraf etmişdir. O, həmin ərəfədə təqsirləndirilən şəxsi görməmiş və ona həmin ağacları kəsməsi barədə göstəriş verməmişdir, onun Təqsirləndirilən şəxs tərəfindən qəbristanlıqda ağac kəsməyindən xəbəri olmamışdır. Həmin ərazi bələdiyyənin ərazisinə aid olmuşdur. Hal-hazırda qəbristanlığın rəsmi işçisi yoxdur. Qəbristanlığın gözətçi ştatı olmuş, işçi işə bələdiyyə tərəfindən götürülür. O, bələdiyyə sədri seçiləndən sonra da Rahid orda olan otu biçib özünə aparmasından və bəzi təmizlik işlərin aparılmasından məlumatı olmuşdur. Rahid ona qəbristanlıqda hər hansı bir ağacın kəsilməsi barədə rəsmi məlumat verməmişdir. Onlar, qəbristanlıqda hər hansı qayda pozuntusunun aparılmasına nəzarət etmiş, hazırki hadisə barədə isə İsmayıl onunla əlaqə saxladıqdan sonra bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci ildən hal-hazıra kimi Qusar Rayon İcra Hakimiyyəti Başçısının Urva İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Kənd qəbristanlığına tez-tez gedir, şəhidlərlə bağlı tədbirləri olur. Təqsirləndirilən şəxs ondan qabaq da qəbristanlığa baxmış, qəbristanlıqda təmizlik işləri aparmış, otu biçmiş, ağacları budamışdır. Təxminən 2022-ci ilin noyabr ayın ortalarında Təqsirləndirilən şəxs Urva kənd qəbirstanlığın ərazisini kolkosdan təmizləməsi və ağacları budaması barədə icazə istəmiş, o, da öz razılığını vermişdir. xx.xx.2022-ci il tarixdə 5 saylı Ekologiya idarəsinin əməkdaşı Nümayəndə kəndə gələn zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayın sonlarında Urva kənd qəbirstanlığın ərazisindən 16 ədəd müxtəlif cinsli meyvə ağacları kəsmiş və bununla bağlı kənd sakini Şahid3 müxtəlif orqanların qaynar xəttinə zəng etmişdir. Bundan sonra o, 5 saylı Ekologiya idarəsinin əməkdaşı Nümayəndə, Urva bələdiyyəsinin sədri Günəs Hacıyevanin, Urva kənd sakinləri Şahid3 və Təqsirləndirilən şəxs iştirakları ilə Urva kənd qəbirstanlığma baxış keçirilərək akt tərtib edilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs tək başına 16 ədəd müxtəlif cinsli ağacları kəsdiyini etiraf emiş, lakin qəbirstanlıqda Şahid3 mərhum qardaşı və oğlunun qəbirlərin üstündən avtomobil keçməsi və ya qəbirlərin məhv edilməsi faktı öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ağacları kəsəndə onun xəbəri olmamış, o, bunu sonradan bilmişdir. Təqsirləndirilən şəxs ona qəbristanlıqda olan ağacların kəsilməsi ilə bağlı müraciət etməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə mərhum oğlu və qardaşın qəbirlərinə baş çəkmək üçün Urva kənd qəbirstanlığa gedən zaman qəbirlərin yanında avtomobil təkərlərin izlərini görmüş, həmçinin qəbirstanlığm ərazisindən 16 ədəd müxtəlif cinsli yaş kök üstü meyvə ağacların kəsildiyini görüb, ağacların kəsmiş şəxsin həmin kəsilmiş ağacları öz avtomobillə aparan zaman qəbirlərin üstündən sürdüyünü güman edib kənd camaatından qəbirstanlıq ərazidən ağacları kəsmiş şəxsi marağlanıb, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrəndikdən dərhal sonra DİN-nin 102 ximdətinə zəng edib məlumat vermişdir. 06 dekabr 2022-ci il tarixdə onun, 5 saylı Ekologiya idarəsinin əməkdaşı Nümayəndə, Qusar RİHB-mn Urva İƏD nümayəndəsi Şahid1, Urva bələdiyyəsinin sədri Günəs Hacıyevanın, Urva kənd sakini Təqsirləndirilən şəxs iştirakı ilə Urva kənd qəbirstanlığına baxış keçirilərək akt tərtib edilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs tək başına 16 ədəd müxtəlif cinsli ağacları kəsdiyini etiraf etmiş, lakin qəbirstanlıqda onun mərhum qardaşı və oğlunun qəbirlərin üstündən avtomobil sürməsi və ya qəbirlərin məhv edilməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 yanvar 2023-cü il tarixli 9/9478 nömrəli rəyindən görünür ki, 01 ədəd diametri 13 sm olan alma cinsli ağacın dəyəri 150,00 manat, 01 ədəd diametri 16 sm olan alma cinsli ağacın dəyəri 150,00 manat, 01 ədəd diametri 19 sm olan alma cinsli ağacın dəyəri 180,00 manat, 01 ədəd diametri 20 sm olan alma cinsli ağacın dəyəri 180,00 manat, 01 ədəd diametri 22 sm olan alma cinsli ağacın dəyəri 200 manat, 01 ədəd diametri 24 sm olan alma cinsli ağacın dəyəri 200,00 manat, 01 ədəd diametri 26 sm olan alma cinsli ağacın dəyəri 250,00 manat, 01 ədəd diametri 30 sm olan alma cinsli ağacın dəyəri 300,00 manat, 01 ədəd diametri 31 sm olan alma cinsli ağacın dəyəri 300,00 manat, 01 ədəd diametri 47 sm olan alma cinsli ağacın dəyəri 750,00 manat, 01 ədəd diametri 26 sm olan qoz cinsli ağacın dəyəri 250,00 manat, 01 ədəd diametri 28 sm olan qoz cinsli ağacın dəyəri 250,00 manat, 01 ədəd diametri 18 sm olan zoğal cinsli ağacın dəyəri 180,00 manat, 01 ədəd diametri 20 sm olan zoğal cinsli ağacın dəyəri 180,00 manat, 01 ədəd diametri 33 sm olan zoğal cinsli ağacın dəyəri 350 manat təşkil edir. İş materiallarından görünür ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqdim etdiyi həcm hesablama cədvəlinə əsasən 01 ədəd diametri 13 sm olan alma cinsli ağacın dəyəri 150,00 manat, 01 ədəd diametri 16 sm olan alma cinsli ağacın dəyəri 150,00 manat, 01 ədəd diametri 19 sm olan alma cinsli ağacın dəyəri 180 manat,01 ədəd diametri 20 sm olan alma cinsli ağacın dəyəri 180,00 manat, 01 ədəd diametri 22 sm olan alma cinsli ağacın dəyəri 200,00 manat, 01 ədəd diametri 24 sm olan alma cinsli ağacın dəyəri 200,00 manat, 01 ədəd diametri 26 sm olan alma cinsli ağacın dəyəri 250,00 manat, 01 ədəd diametri 30 sm olan alma cinsli ağacın dəyəri 300,00 manat, 01 ədəd diametri 31 sm olan alma cinsli ağacın dəyəri 300,00 manat, 01 ədəd diametri 47 sm olan alma cinsli ağacın dəyəri 750,00 manat, 01 ədəd diametri 26 sm olan qoz cinsli ağacın dəyəri 250,00 manat, 01 ədəd diametri 28 sm olan qoz cinsli ağacın dəyəri 250,00 manat, 01 ədəd diametri 18 sm olan zoğal cinsli ağacın dəyəri 180,00 manat, 01 ədəd diametri 20 sm olan zoğal cinsli ağacın dəyəri 180.0 manat, 01 ədəd diametri 33 sm olan zoğal cinsli ağacın dəyəri 350,00 manat təşkil edir. İş materiallarından görünür ki, Urva Kənd qəbristanlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.12 2018-ci il tarixli,522 saylı “Qəbristanlıqların salınması və idarə olunması qaydalarının” təsdiq edilməsi barədəki qərara əsasən xx.xx.2019-cu il tarixdə Urva bələdiyyəsinin balansına verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatından yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan Qusar rayonu Urva Bələdiyyəsinin balansında olan Urva kənd qəbirstanlığında yaş köküstü ağacları qanunsuz kəsərək cəmi 4050 manat olmaqla təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət səciyyələndirən hal kimi qəbul edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01(bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəkirxan oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək Qusar rayon məhkəməsinin 18 dekabr 2012-ci il tarixli hökmü ilə hər ay aylıq qazancından 20 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. “Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında “ Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013cü il tarixli Qərarın 1.4-cü bəndi tətbiq edilməklə Balakişiyev X1 rayon məhkəməsinin 18 dekabr 2012-ci il tarixli hökmü ilə təyin olunmuş aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasından azad edilmişdir. Hal-hazırda Qusar rayon İcra və Probasiya şöbəsinin icraatında Təqsirləndirilən şəxs Şəkirxan oğlunun çəkilməmiş cəzası qalmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2 və 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin sanksiyasında beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzaları nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzaların təyin edilməsini məqsədə müvafiq hesab etmir, əgər həmin cəzalardan hansısa təyin edilsə məhkəmə hesab edir ki, hökmün icrası mümkün olmayacaqdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə də tutulmadan azad olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 30 yanvar 2023-cü il tarixdən 01 fevral 2023-cü il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin nümayəndəsi ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş zərərin ödənilməsini, cinayət işi üzrə mülki iddiaçı kimi tanınması barədə qərar qəbul edilməsini, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində təbiətə vurulmuş olan 4050 (dörd min əlli) manat maddi ziyanın Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində təbiətə maddi ziyanın vurulması tam sübuta yetirildiyindən mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 4050 (dörd min əlli) manat maddi ziyan tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinə verilməlidir. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs mülkiyyətində olan Qusar rayonu Urva kəndində yerləşən 0,08 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin üzərinə “həbs” qoyulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş olan maddi ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs mülkiyyətində olan Qusar rayonu Urva kəndində yerləşən 0,08 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş“həbs” götürülməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 07 ədəd oduncaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinə təhvil verilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 30 yanvar 2023-cü il tarixdən 01 fevral 2023-cü il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 4050(dörd min əlli) manat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinə verilsin. Təqsirləndirilən şəxs mülkiyyətində olan Qusar rayonu Urva kəndində yerləşən 0,08 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş “həbs” götürülməsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 07 ədəd oduncaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar