Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-36/2025 18.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Qusar rayonu, Yuxarı Tahircal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qusar rayonu, Yuxarı Tahircal ərazi dairəsi, Yuxarı Tahircal kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin sentyabr ayının ilk on günlüyündə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan “Göknur” markalı, 3*2.5 ölçülü, 1 metrinin qiyməti 1 manat 95 qəpik olan, ümumi dəyəri 165 manat 75 qəpik olan 85 metr uzunluğunda işıq kabelini gizli olaraq talayıb aparıb əridib satmaqla Zərərçəkmiş şəxs ümumilikdə 165 manat 75 qəpik manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan “Göknur” markalı, 2*4.5 ölüçüsündə, 400 metr uzunluğunda, 1 metrinin qiyməti 2 manat 14 qəpik olan işıq kabeli, daha sonra Göknur markalı 3*2.5 ölçüsündə, 200 metr uzunluğunda, 1 metrinin qiyməti 1 manat 95 qəpik olan işıq kabeli, sonra 150 metr uzunluğunda, 1 metrinin qiyməti 70 qəpik olan televizor kabeli, sonra “Kət altı” markalı 8 damar olan 100 metr uzunluğunda, hər metrinin qiyməti 60 qəpik olan internet kabelini divardan sökərək gizli olaraq talayıb aparıb əridib satmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1411 manat miqdarında maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ünvan 1 ünvandakı yeni tikilən fərdi yaşayış evində 2024-cü ilin avqust ayında usta kimi Şahid6la birlikdə işləmiş, yanında fəhlə kimi qardaşı Şahid5 və tanışı Şahid3 işləmişdir. Şahid5 və Şahid3la birlikdə Zərərçəkmiş şəxs evində işlədikdən sonra gecələr həmin evdə qalmışlar. 2024-cü ilin sentyabr ayının 10-na yaxın mağazadan araq alaraq gedib Qusar şəhərində yerləşən Nərimanov parkında oturmuş və arağı içərək sərxoş vəziyyətə düşmüşdür. Daha sonra həmin günü Zərərçəkmiş şəxs yeni tikilən fərdi yaşayış evinə gecə saat təxminən 23:00 radələrində gecə qalmaq üçün getmiş və pəncərədən keçərək evin içərisinə daxil olduqdan sonra evin içində iki topa elektrik naqillərinin olduğunu görmüş, həmin naqillərdən bir topası açıq, o biri topası isə bağlı olmuşdur. Elektrik naqillərinin topalarını gördükdən sonra onları oğurlayaraq satmaq qərarına gəlmiş, hər iki məftil topasını götürüb çay kənarına düşmüş, orada oğurladığı məftilləri yandırmış və məftildən çıxan misi götürüb “Çayın o tayı” (Zareçka) adlanan əraziyə getmişdir. “Çayın o tayı” (Zareçka) adlanan ərazidə metal qəbul yerinə həmin misi 50 manata satmış və həmin pulları özü üçün yeyib-içməyə xərcləmişdir. Təxminən 4-5 gün sonra yenidən həmin evə gecə qalmaq ücün getmiş, sonradan qardaşı Şahid5 və Şahid3 gələrək onunla birlikdə orada qalmışlar. xx.xx.2024-cü il tarixdə yenidən Zərərçəkmiş şəxs evinə getmiş, Şahid5 və Şahid3 oraya gəlmiş, onlar gələn zaman evin həyətində kamera quraşdırıldığını görmüş, onlar bu barədə ona demiş, həmin gecəni onlar birlikdə qalmış və növbəti gün oradan çıxıb getmişlər. Təxminən 1 gün sonra yenidən Zərərçəkmiş şəxs yeni tikilən evinə getmişdir ki, orada gecə qalsın, evə yenidən pəncərədən daxil olmuş, özü ilə araq və siqaretdə aparmışdır. Araq və siqareti qurtarmış, buna görədə oğurluq etmək qərarına gəlmiş və evin birinci mərtəbəsində divara vurulmuş elektrik naqillərini dartıb divardan çıxarmış, divardan çıxardığı naqilləri yenidən çayın kənarına aparıb yandırmış, onlardan əldə etdiyi misin yarısını “Çayın o tayı” (Zareçka) adlanan ərazidəki birinci oğurluq etdiyi misi təhvil verdiyi yerə 15 manata satmış və qalan yarısını isə küçələrdə metal qəbul edənlərə növbəti günün səhərisi 25 manata satmışdır. O, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında 2023-cü ildə 4 sot həyətyani torpaq sahəsi olan 2 mərtəbəli ev almış, aldığı evin ümumi sahəsi 182,7 kvadrat metr, hər mərtəbəsi isə 91 kvadarat metr olmuşdur. Evi alan zaman ev təmirsiz olmuş və o, tədricən əlinə pul düşdükcə evi təmir etdirmişdir. 2024-cü ilin avqust ayından etibarən isə evin tam təmirinə başlamışdır. Evin təmirini Livitan adlı usta etmiş, o yanında özü üçün köməyə bir neçə fəhlədə gətirmiş, gətirdiyi fəhlələrin arasında sonradan adını bildiyi Təqsirləndirilən şəxsda olmuşdur. 2024-cü ilin avqust ayının sonu, sentyabr ayının əvvəllində evində işıq, internet və televizor xətləri çəkmək üçün Əlvan adlı usta ilə danışmış və təmirə lazım olan materiallarını xx.xx.2024-cü il tarixdə Əlvanla birlikdə Qusar şəhərində yerləşən “Azvolt” mağazasına gedərək oradan 822 manat dəyərində, xx.xx.2024-cü il tarixdə 467 manat 60 qəpik dəyərində və xx.xx.2024-cü il tarixdə isə 331 manat dəyərində kabel materialları almışdır. Tikinti materiallarını aldıqdan sonra Sahil 33 ünvanında yerləşən evinə gətirmiş və orada Əlvan təmir işləri görmüşdür. Əlvan evdə işıq xətləri çəkən zaman ona zəng edərək evinə kiminsə girdiyindən şübhələndiyini demiş, təmir işləri bitikdən sonra sentyabr ayının 12-də evin təmirindən artıq qalan və evin daxilində qoyduqları 85 metr uzunluğunda, 1 metrinin qiyməti 1 manat 85 qəpik olan kabelin oğurlandığını aşkar etmişdir. Buna görə xx.xx.2024-cü il tarixində evin həyətinə gətirib kamera quraşdırmış, həmin günün gecəsi kameraya evində əvvəl fəhlə işləyən 3 nəfər düşmüş, onlar evinə gəlib orada yatmışlar. Növbəti günü isə onun evinin birinci mərtəbəsinə kim isə daxil olaraq oradan evin birinci mərtəbəsində ustanın çəkdiyi bütün işıq, televizor və internet kabellərini divardan tamamilə çıxararaq oğurlamışdır. Bu barədə bir neçə gün sonra Qusar RPŞ-nə yaxınlaşaraq məlumat vermiş və sonradan isə Qusar RPŞ-də ona məlum olmuşdur ki, evinə Qusar şəhər sakini Təqsirləndirilən şəxs daxil olaraq oradan işıq xətlərini oğurlamışdır. Hal-hazırda ona vurulmuş olan maddi ziyan ödənilməmiş, ona vurulmuş olan maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, səyyar metal qəbulu ilə məşğul olur və Qusar şəhəri, köhnə Kimya anbarının yanında yer icarəyə alaraq orada aldığı metalları saxlayır. xx.xx.2024-cü il tarixdə Qusar şəhərindən tanıdığı və fəhləliklə məşğul olan Təqsirləndirilən şəxs icarəyə aldığı yerə gələrək ona satmaq üçün mis gətirmiş, həmin mis kabellərdən yandırılaraq çıxarılmış, İsabalanın gətirdiyi misi ölçmüş və misin çəkisi 2 kq 400 qram olmuşdur. Təqsirləndirilən şəxs misi haradan əldə etdiyini soruşmuş, sonuncu da özünə məxsus olan kabelləri əridərək əldə etdiyini bildirmiş, sonra Təqsirləndirilən şəxs 24 manat pul vermiş və o çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, səyyar metal qəbulu ilə məşğul olur və adətən yaşadığı evdə metal qəbul edir. xx.xx.2024cü il tarixdə Qusar şəhərindən tanıdığı və fəhləliklə məşğul olan Təqsirləndirilən şəxs yaşadığı evə gələrək ona satmaq üçün mis gətirmiş, həmin mis kabellərdən yandırılaraq çıxarıldığı üçün ondan misi haradan əldə etdiyini soruşmüş, o da bildirmişdir ki, ona məxsus olan kabelləri əridərək əldə edib, bundan sonra Təqsirləndirilən şəxs gətirdiyi misi ölçmüş və misin çəkisi 2 kq 600 qram olmuşdur. Təqsirləndirilən şəxs gətirdiyi mis müqabilində 25 manat pul vermiş və o çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, elektrik işləyir və həmkəndlisi Zərərçəkmiş şəxs ona 2024-cü ilin avqust ayının sonunda Qusar şəhəri Sahil 33 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik xətlərini çəkməyini xahiş etmiş və qiymətdə razılaşdıqdan sonra xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Qusar şəhərində yerləşən “Azvolt” mağazasından ümumi dəyəri 1620 manat olan internet, televizor və işıq kabelləri almışlar. Evin birinci mərtəbəsi üçün “Göknur” markalı, 2*4.5 ölüçüsündə, 400 metr uzunluğunda, 1 metrinin qiyməti 1 manat 95 qəpik olan işıq kabeli, daha sonra “Göknur” markalı 3*2.5 ölçüsündə, 200 metr uzunluğunda, 1 metrinin qiyməti 1 manat 85 qəpik olan işıq kabeli, sonra 150 metr uzunluğunda, 1 metrinin qiyməti 73 qəpik olan televizor kabeli, sonra “Kət altı” markalı 8 damar olan 100 metr uzunluğunda, hər metrinin qiyməti 60 qəpik olan internet kabeli almışlar, aldıqları həmin ümumi dəyəri 1031 manat olan kabelləri evin birinci mərtəbəsində istifadə etmişdir. Sentyabr ayının ilk on günlüyündə Zərərçəkmiş şəxs evində işləmiş və işləyən zaman orada qoyduğu əşyaların yerinin dəyişdiyini görmüş, bu barədə Zərərçəkmiş şəxs məlumat vermiş, öz işini isə sentyabr ayının 10-na qədər bitirmişdir. Sentyabr ayımın ilk on günlüyündə istifadə etdikləri və artıq qalan 85 metr uzunluğunda, “Göknur” markalı, 3*4.5 ölçüsündə, 1 metrinin qiyməti 2 manat 05 qəpik olan kabel evin içindən oğurlanması barədə Zərərçəkmiş şəxs zəng edərək ona məlumat vermiş, o isə bu barədə məlumatsız olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs evindən oğurluq olduqdan sonra evinə kamera quraşdırmasmı xahiş etmiş, buna görə “Azvoltdan” kamera alaraq xx.xx.2024-cü il tarixdə axşam saatlarında onun evinə kamera quraşdırmışdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs onu yenidən evinə çağırmış, onun evinə getdikdə evinin birinci mərtəbəsində çəkdiyi bütün elektrik, internet və televizor xətlərinin hamısının oğurlandığını aşkar etmişdir. Zərərçəkmiş şəxs bu barədə Qusar rayon polis şöbəsinə yaxınlaşaraq şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, usta işləyir və evdə olan bütün təmir işlərini görə bilir, bundan əlavə Şahdağ Turizm mərkəzində təlimatçı işləyir. Təqsirləndirilən şəxs onun məhlə uşağıdır, onunla uşaq vaxtından tanışlığı var. Son zamanlar Təqsirləndirilən şəxs işsiz olması səbəbi ilə içkiyə qurşanmış, buna görə ona yanında işləməyi təklif etmiş, o da razılaşmış və onu Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evə özü ilə aparmışdır. 2024-cü ilin avqust ayında İsabal Muradovla birlikdə işləmiş, yanlarında fəhlə kimi isə Şahid5 və Şahid3 ona kömək eləmişlər. İşdən sonra Təqsirləndirilən şəxs, Şahid5 və Ədalət Şahid2 Nəbiyevin evində gecələr qalmış, lakin sonradan onlar içib işə gəlmədikləri üçün onların üçünü də işdən çıxarmış, lakin buna baxmayaraq onlar yenədə gəlib Zərərçəkmiş şəxs evində gecələmişdir. Sonra isə Təqsirləndirilən şəxs onun evinin divarlarından elektrik naqillərini sökərək aparıb satmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, fəhlə işləyir və adətən işlədiyi evlərdə gecələr qalır. Qorxmaz və İsabalı qonşulardır, onlarda usta kimi işləyirlər. Qusar şəhəri, Sahil 33 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində 2024cü ilin sentyabr ayında fəhlə kimi işləmiş, Qorxmaz və Təqsirləndirilən şəxslar isə usta işləmişlər. Ev sahibi Zərərçəkmiş şəxs icazəsi ilə gecələr onun evində qalmışlar ki, evindən oğurluq olmasın. Təqsirləndirilən şəxs Elxanın evindən oğurluq etməsindən sonradan xəbəri olmuşdur. Zərərçəkmiş şəxs evində kamera quraşdırmış, həmin kameraya o, Qorxmaz və Təqsirləndirilən şəxslar düşmüş, lakin Qusar RPŞ-də olan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs kabelləri divardan sökərək aparıb əridib satmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özü və qardaşı Təqsirləndirilən şəxs ataları ilə yola getmədikləri üçün bəzən çöllərdə və ya işlədiyi evlərdə qalırlar. Qardaşı Təqsirləndirilən şəxsla ev təmir edə bilir və buna görə uşaqlıqdan tanıdıqları Şahid6 onlara Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evdə işləməyi təklif etmiş və onlar razılaşmışlar. 2024-cü ilin avqust ayında qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evdə 2024-cü ilin avqust ayında fəhlə işləmişlər. İşdən sonra Təqsirləndirilən şəxs və Şahid3la birlikdə Zərərçəkmiş şəxs məxsus evdə gecələr qalmışlar, lakin buna baxmayaraq oradan oğurluq etməmişdir. Sonradan eşitmişdir ki, qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin evdə olan kabelləri divardan sökərək aparıb əridib satmışdır. Bundan başqa baş verənlərdən heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 dekabr 2024-cü il tarixli 9/8698 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş naqillərin təqdim edilmiş nümunələr əsasında təzə vəziyyətdə 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 5,39 (beş manat otuz doqquz qəpik) manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Malların adı və markalanma göstəriciləri belədir: 1) “Göknur” markalı 2*4 ölçülü naqilin 1 metrinin qiyməti 2 manat 14 qəpik 2) “Göknur” markalı 2*2,5 1 metrinin qiyməti 1 manat 95 qəpik 3)Televizor antena naqilinin 1 metrinin qiyməti 70 qəpik 4) 8 damarlı kat altı internet naqili ölçülü naqilin qiyməti 60 qəpik təşkil edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, təqsirləndirilən şəxs hadisənin baş vermə səbəbini, mezanizmini, yerini və digər xüsusatları qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş olan maddi ziyan ödənilmədiyinə görə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçidir, vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. İş üzrə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 177.2.2, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Həmçinin, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş olan maddi ziyan ödənilmədiyinə görə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçidir, vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 28 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 5 kiloqram mis Zərərçəkmiş şəxs qaytrarılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2024-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 5 kiloqram mis Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin Hökmdən elan olunduğu andan,(hökmün surəti Təqsirləndirilən şəxs təqdim edildi andan) 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-36/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-36/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver