Məhkəmə qərarları › İş №1(029)-38/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-38/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-38/2024 13.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə xx.xx.1996-cı ildə Qusar rayonu Əniğ kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:30-da Qusar rayonu, Əniğ kəndində sərxoş vəziyyətdə stulla anası Zərərçəkmiş şəxs vuraraq ona qəsdən sağ milbilək nahiyəsinin iç səthinin əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun anasıdır. xx.xx.2024-cü il tarixdə onun xalasının əri onların evinə gəlmiş, araq içmək istəmiş, ona pul vermişdir ki, araq alsın. O, da araq alıb xalasının əri ilə birlikdə içmişdir. Anası buna görə narazılıq etmiş, lakin aralarında mübahisə olmamışdır. O, anasını stulla vurmamış, anasında olan xəsarətlər isə sonuncunun bağda işləyərkən traktordan yıxılması nəticəsində yaranmışlar. O, ailə quraraq qeyri-rəsmi nikahdan olan arvadını evə gətirmiş, anası isə həmin qadınla yola getmir və evdən çıxmalarını tələb edir. Anası tez-tez bu məsələyə görə evdə mübahisələr edir. Əgər anası tələb edirsə evdən çıxmağa razıdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, o, 18 fevral 2024-cü il tarixdə saat 19:30-da, yaşadığı evdə sərxoş vəziyyətdə olaraq anası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu stulla sağ qolunu vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Həmin şəxs bir qadınla evlənmiş, o, isə həmin qadının onun evində yaşamasını istəmir. Oğlu Fərrux tez-tez spirtli içki içib onunla mübahisə edir, əvvəllər də onu döymüşdür. 18 fevral 2024-cü il tarixdə Fərrux yenə yaşadıqları Qusar rayonu Əniğ kəndindəki evdə sərxoş vəziyyətdə onunla mübahisə etməyə başlamış və o dözməyib arvadı ilə birlikdə evdən çıxıb getmələrini tələb etmişdir. Bu zaman mübahisə etməyə başlayan Fərrux evdə olan stulu ona vurmaq istəmiş, o isə qolu ilə özünü müdafiə etmək istədikdə zərbə onun qoluna dəymişdir. O, Fərruxla barışmaq istəmir, ona cəza təyin edilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, təxminən 3 aydır ki, Təqsirləndirilən şəxs ilə evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. 3 aydır ki, Fərruxun yaşadığı Qusar rayonu Əniğ kəndində yerləşən evdə yaşayır. 18 fevral 2024-cü il tarixdə yaşadıqları evdə Fərruxla qaynanası Zərərçəkmiş şəxs mübahisə etdiklərini eşidib onların yanına getmiş, həmin vaxt Fərrux sərxoş vəziyyətdə olmuş və o, həmin şəxsləri ayırmışdır. O, Fərruxun stulla qaynanası Şəlaləni vurduğunu görməmiş, mübahisə etdiklərini görmüşdür. Sonradan o, qaynanası Şəlalənin qolunda xəsarət izlərini görmüş və qaynanası Fərruxun onu stulla vurduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs onun bacısı, təqsirləndirilən şəxs isə bacısı oğludur. Fərrux əlinə pul düşən kimi spirtli içki alıb içir və sərxoş olub anası Şəlalə ilə mübahisə edir. O, bacısı Şəlalənin evinə qonaq getmiş, həmin vaxt Fərruxla Şəlalə küsülü olmuş və o, həmin şəxsləri barışdırmışdır. Hadisə baş verən gün bacısının evində olmuşdur. Həmin gün Fərrux sərxoş vəziyyətdə evə gəlib anası Şəlalə ilə dalaşmağa başlamışdır. O, həmin şəxslərin yanına gedəndə Fərruxun əlində stul olduğunu, Şəlalənin qolunun sıyrıldığını görmüşdür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 88 saylı ekspert rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ mil-bilək nahiyəsinin iç səthinin əzilmişcırılmış yarası və sol saidin orta 1/3-nin arxa səthinin qançırı bərk küt və tinli əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitlərdə, yəni xx.xx.2024-cü il tarixdə stulla yumruqla vurulması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (i/v: 23). İş materiallarında olan 19 fevral 2024-cü il tarixli “maddi sübut qismində tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd stul iş üzrə maddi sübut qismində tanınmışdır (i/v: 40). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd stul qaytarılaraq ona təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 55). İş materiallarında olan Qusar rayon İHB-nın Əniq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i/v 57). Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə xəsarət yetirməmsi, stulla onu vurmaması barədə məhkəmə iclasında verdiyi ifadələrinə qiymət verib bu nəticəyə gəlir ki, həmin xüsusatlar zərərçəkmiş və şahidlərin ifadələri, işin faktiki halları, o cümlədən təqsirləndirilən şəxsin özünün təhqiqat zamanı etirafedici ifadəsi ilə təkzib olunur və bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi bu ifadəsinə tənqidi yanaşır. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edir. O, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər yüngül cəzaların təyin olunmasını da həmin şəxsin islah olunması baxımından məqsədəmüvafiq hesab etmir. Belə ki, həmin şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlinə tənqidi yanaşmamış, əksinə qeyri-səmimi ifadə verərək həmin əməlinə biganə münasibət nümayiş etdirmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Əniğ kəndində yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd stulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Əniğ kəndindəki evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd stulun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLIK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar