Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-38/2025 19.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hömmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Qusar rayonu, Əniğ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Əniq ərazi dairəsi, Əniq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq 2024-cü ilin yanvar ayında Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ov bıçağını əldə edərək, 13 sentyabr 2024-cü il tarixdə, saat 09 radələrində dostu Şahid3 idarə etdiyi “Lada Priora” markalı, K 650 MY 05 RUS qeydiyyat nişanlı avtomobili ilə Xaçmaz rayonu, Xudat şəhərindən Qusar rayonu Samur qəsəbəsində yerləşən Qusar RPŞ-nin 5 saylı müvəqqəti polis postunu keçməklə Qusar şəhərinə gedən zaman əynində olan cins şalvarının sol yan cibində qanunsuz olaraq gəzdirdiyi həmin soyuq silah qeyd olunan vaxt keçirilmiş baxış zamanı polis əməkdaşları tərəfindən cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, 2024-cü ilin yanvar ayında diş və damaq xəstəliklərindən yemək yeyən zaman çətinlik çəkdiyi üçün Dərbənd şəhərində yerləşən mağazaların birindən 1000 rus rubla özünə 01 ədəd qatlanan bıçaq alıb, daima üzərində gəzdirmişdir. 2024-cü ilin mart ayının sonlarında Xaçmaz rayonu, Xudat şəhərinə qayıtmış və müxtəlif tikintilərdə işləməyə davam etmişdir. 13 sentyabr 2024-cü il tarixdə, saat 08:30 radələrində Qusar şəhər sakini Ramazan adlı şəxsin evində işləmək üçün dostu Şahid3lə birlikdə sonuncunun idarə etdiyi “Lada Priora” markalı, K 650 MY 05 RUS qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu, Xudat şəhərindən Qusar şəhərinə yola çıxan zaman özünə məxsus 01 ədəd qatlanan bıçağı da götürmüş, lakin bununla bağlı Şahid3 hər hansı məlumat verməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində Qusar rayonu Samur qəsəbəsinin ərazisində olan zaman Samur PB-nin polis əməkdaşları Qusar RPŞ-nin 5 saylı postunda onları saxlayıb, avtomobilə və üzərlərinə baxış keçirmiş, Şahid3 üzərindən və idarə etdiyi avtomobildən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, onun əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd qatlanan bıçaq aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün məhkəmə istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində Qusar RPŞ-nin Samur PB-nin polis nəfəri Şahid2la birlikdə Qusar rayonu Samur qəsəbəsinin ərazisində Qusar RPŞ-nin 5 saylı müvəqqəti polis postunda xidmətdə olan zaman bir nəfər şəxsin idarə etdiyi “Lada Priora” markalı, K 650 MY 05 RUS qeydiyyat nişanlı avtomobildə özünü şübhəli aparmasını müşahidə edib, avtomobili saxlayaraq avtomobilə yaxınlaşan zaman avtomoildə başqa bir nəfər şəxsin də sərnişin qismində avtomobildə oturduğunu aşkar etmişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, həmin şəxslər Xaçmaz rayonu, Xudat şəhər sakinləri Şahid3 və Təqsirləndirilən şəxsdur. Həmin vaxt onlar əvvəl Şahid3 üzərinə və idarə etdiyi avtomobilə, daha sonra isə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, Şahid3 üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd qatlanan bıçaq aşkar etmiş, sonuncu həmin bıçağın ona məxsus olduğunu etiraf edərək, 2024-cü ilin yanvar ayında Rusiya Federasiyası, Dağıstan Respublikasının, Dərbənd şəhərində yerləşən mağazaların birində həmin bıçağı aldığını bildirmişdir. Bu zaman onlar dərhal Qusar RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişlər, hadisə yerinə RPŞ-nin əməkdaşları gəlmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qatlanan bıçaq, ekspertizaya təqdim olunması üçün təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayından etibarən dostu Təqsirləndirilən şəxslə birlikdə Qusar şəhər sakini Ramazan adlı şəxsin evində usta kimi işləməyə başlamışlar. 13 sentyabr 2024-cü il tarixdə, saat 08:30 radələrində Qusar şəhər sakini Ramazan adlı şəxsin evində işləmək üçün dostu Təqsirləndirilən şəxslə birlikdə idarə etdiyi “Lada Priora” markalı, K 650 MY 05 RUS qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu, Xudat şəhərindən Qusar şəhərinə yola çıxmış və həmin gün saat 09 radələrində Qusar rayonu Samur qəsəbəsinin ərazisində olan zaman Samur PB-nin polis əməkdaşları 5 saylı postda onları saxlayıb, avtomobilə və üzərlərinə baxış keçirmiş, onun üzərindən və idarə etdiyi avtomobildən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən isə 01 ədəd qatlanan bıçaq aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-ballistik ekspertizasının xx.xx.2024- cü il tarixli, 3/1516 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ov bıçağıdır, soyuq silah hesab edilir. İş materiallarında olan ’’Baxış Keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, xx.xx.2024-cü il tarixdə Qusar rayonu Samur qəsəbəsinin ərazisində yerləşən Qusar RPŞ-nin 5 saylı müvəqqəti polis postunda Təqsirləndirilən şəxs üzərindən 01 ədəd qatlanan bıçaq aşkar edilərək, götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması istintaq hərəkətindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd qatlanan bıçağın aşkar edilərək, götürüldüyü yeri, ifadəsində göstərdiyi bu və ya digər xüsusatları təsdiq etmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. 10.2. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. 10.3. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 10.4. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. 7 mart 2025-ci il tarixli 153-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 mart 2025-ci il, “Azərbaycan” qəzeti, 20 mart 2025-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 221) ilə 228-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: M a d d ə 2 2 8 . Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə 228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə— iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 228.2. Eyni əməllər: 228.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 228.2.2. təkrar törədildikdə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 228.3. Bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə— beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 228.4. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla,— üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq 2024-cü ilin yanvar ayında Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ov bıçağını əldə edərək, 13 sentyabr 2024-cü il tarixdə, saat 09 radələrində dostu Şahid3 idarə etdiyi “Lada Priora” markalı, K 650 MY 05 RUS qeydiyyat nişanlı avtomobili ilə Xaçmaz rayonu, Xudat şəhərindən Qusar rayonu Samur qəsəbəsində yerləşən Qusar RPŞ-nin 5 saylı müvəqqəti polis postunu keçməklə Qusar şəhərinə gedən zaman əynində olan cins şalvarının sol yan cibində qanunsuz olaraq gəzdirdiyi həmin soyuq silah qeyd olunan vaxt keçirilmiş baxış zamanı polis əməkdaşları tərəfindən cibindən aşkar edilərək götürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinin yeni redaksiyasının maddələri qüvvəyə minməmişdən əvvəl cinayət əməlini törətdiyinə görə ona köhnə redaksiyada mövcud olan sanksiya həddində, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər, islah işləri cəzasının təyin edilməsini işin hallarına görə məqsədə müvafiq hesab etmir. Həmçinin, hüququn xəbərdaredici funksiyasının təmin edilməsi məqsədi ilə də həmin cəzaların təyin edilməsi gələcəkdə bu növlərin əməllərin artmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmək haqqına” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqına” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 01 ədəd qatlanan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqına” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 01 ədəd qatlanan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-38/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-38/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver