Məhkəmə qərarları › İş №1(029)-39/2020

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-39/2020

21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-39/2020 21.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin 1-ci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1955-ci ildə Quba rayonu Digah kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, işləməyən, Bakı Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 32.4, 312.1, 32.5, 312.1-ci maddələri ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Quba rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş 1000 manat məbləğində cərimə cəzası 1 il müddətinə islah işləri ilə əvəz edilmiş, həmin cəzası çəkilməmiş qalmış, Quba rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzası 1500 manat məbləğində cərimə cəzası ilə əvəz edilmiş, Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin cərimənin hər ay 100 (yüz) manat olmaqla 15 (on beş) ay müddətinə hissə-hissə ödənilməsi qərara alınmış, hazırda həmin cərimənin 1400 (min dörd yüz) manat hissəsi ödənilməmiş qalmış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilətəqsirləndirilməsinədair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cümaddəsiilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun oğlu Şahid Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən Yanğından Mühafizə Xidmətinə işə qəbul etdirməyi yalandan vəd verib aldadaraq 2017-ci ilin noyabr ayının əvvəllərində Qusar şəhəri Çingiz Qurbanov küçəsində yerləşən “Baxruz” kafesinin qarşısında özünə məxsus olan Mersedes Benz-C markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs öz oğlu Şahid vasitəsilə göndərdiyi 6700 manat məbləğində pulu ondan almış, lakin vədinə əməl etməyərək Zərərçəkmiş şəxs 6700 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. O, 2017-ci il yay aylarında Quba şəhərində yerləşən “Üç gözəl” şadlıq sarayında Ağakişi ilə rastlaşmış və həmin vaxt aralarında olan söhbət zamanı Ağakişi öz oğlu Şahini polis orqanlarında işə düzəltmək istədiyini, ancaq onun boyu balaca olduğu üçün işə qəbul olunmasının mümkün olmadığını bildirmişdir. O, yalandan Ağakişiyə əlaqələrinin geniş olduğunu, Şahini pul müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətində işə düzəldə biləcəyini demiş, Ağakişi isə həmin Xidmətin Xaçmaz rayonu Xudat şəhərində yerləşən şöbəsində işə düzəldə biləcəyi təqdirdə ona pul verəcəyini bildirmişdir. O, pula ehtiyacı olduğu üçün Ağakişiyə onun oğlunu həmin yerə işə düzəldə biləcəyinə söz vermiş və bunun üçün hansı məbləğdə pul lazım olacağını öyrənib ona deyəcəyini bildirmişdir. 2017-ci ilin noyabr ayında ona təcili pul lazım olmuş, ona görə də mobil telefonla Ağakişiyə zəng edərək onun oğlu Şahinin işini düzəldə bilcəyini demiş, Şahin barəsində ailə tərkibi haqqında arayış, xasiyyətnamə almasını, həmçinin onun attestatının və digər sənədlərinin surətini göndərməsini xahiş etmiş, bir neçə gündən sonra Ağakişi həmin sənədləri hazırlayaraq oğlu Şahin vasitəsi ilə ona göndərmişdir. Bundan bir ay sonra o, Ağakişiyə zəng edərək işin demək olar ki, düzəldiyini və bunun üçün 10.000 manat pul lazım olduğunu bildirmiş, həmin pulu təcili olaraq göndərməsini xahiş etmiş, Ağakişi isə 10.000 manat pul verə bilməyəcəyini, ona 7000 manat pul verə biləcəyini demiş, o, da Ağakişi ilə razılaşmışdır. Həmin gün Ağakişinin oğlu Şahin ona zəng edərək Quba rayonu Digah kəndinə gəldiyini bildirmiş, o, isə Qusar rayon Mərkəzi Bazarının yaxınlığında olduğunu bildirərək Şahindən oraya gəlib onunla görüşməsini xahiş etmişdir. Bundan sonra Şahin Qusar şəhərinə, onun olduğu “Baxruz”adlı kafeyə gəlmiş, o, kafedə Şahindən pul almaq istəməmiş, ona görə də Şahinlə birlikdə bayıra çıxaraq özünə məxsus Mersedes Benz-C markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib orada Şahindən 7000 manat pulu almış, sonra isə həmin puldan 300 manatını onun özünə qaytararaq 6700 manat pulun kifayət edəcəyini bildirmişdir. O, 6700 manat pulu Şahindən aldıqdan sonra həmin pulu öz mənafeləri üçün xərcləmiş, Şahinin iş məsələsini isə düzəltməmiş və aldığı 6700 manat pulu da geri qaytarmamışdır. Bundan sonra aldatdığı həmin şəxs onun barəsində hüquq mühafizə orqanına şikayət etmiş və o, istintaqa cəlb olunaraq barəsində hazırkı cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərəri tam aradan qaldırdığını, həmin şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərərək barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmincinayətəməlinitörətməkdətəqsirliolması, onunməhkəməistintaqızamanısəmimi etirafı, məhkəməistintaqızamanıelan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, eləcədəişdəolandigərmötəbərsübutlarlatamsübutayetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o və Təqsirləndirilən şəxs Quba rayonu Digah kəndində anadan olmuşlarvə onunla münasibətləri yaxşı olmuşdur. O, 2017-ci ilin yay aylarında Quba şəhərində yerləşən “Üç gözəl” şadlıq sarayında bacısı oğlunun toy şənliyində iştirak edən zaman Davidlə rastlaşmış, həmin vaxt aralarında olan söhbət zamanı o, öz oğlu Şahid hüquq mühafizə orqanlarında işə düzəltmək istədiyini bildirmiş, David də ona “mən hüquq mühafizə orqanlarına şəxsləri işə düzəltməklə məşğulam, əlaqələrim və tanışlarım çoxdur, sənin oğlunu da işə düzəldə bilərəm” sözlərini demişdir. Bundan sonra isə David ondan oğlu Şahin haqqında soruşmuş, o, da Şahinin hərbi xidmətdən yeni qayıtdığını, orta təhsilli olduğunu, hal-hazırda da işsiz olduğunu və onu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəltmək istədiyini bildirmişdir. David də əlaqələrindən istifadə edib Şahini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən şöbəsində işə düzəldə biləcəyini bildirmiş və bunun üçün də pul lazım olacağını demiş, o, da Davidlə razılaşmışdır. Həmin vaxtdan sonra, 2017-ci ilin noyabr ayında o, öz yaşadığı evdə olduğu zaman David mobil telefonla ona zəng edərək Şahinin işinin düzələcəyini bildirmiş, bunun üçün Şahin barəsində ailə tərkibi haqqında arayış, xasiyyətnamə, attestatının və digər sənədlərin surətini göndərməsini xahiş etmiş, o, da həmin sənədləri hazırlayaraq oğlu Şahinin vasitəsi ilə Davidə göndərmişdir. Bundan bir neçə gün sonra, 2017-ci ilin noyabr ayının əvvəllərində David yenidən mobil telefonla ona zəng edərək işin düzəldiyini və bunun üçün 7000 manat pul lazım olduğunu bildirmiş və həmin pulu təcili olaraq göndərməsini xahiş etmiş, o, da Davidlə razılaşaraq oğlu Şahinə 7000 manat pul verərək həmin pulu aparıb Davidə verməsini xahiş etmiş, Şahin də 7000 manat pulu ondan alaraq Davidə vermək üçün getmiş və bir neçə saatdan sonra qayıdaraq Qusar şəhərində Davidlə görüşdüyünü və 7000 manat pulu ona verdiyini, Davidin də həmin puldan 300 manatını qaytardığını bildirmişdir. Lakin, həmin vaxtdan sonra David müxtəlif bəhanələrlə onu aldadaraq oğlu Şahini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən Yanğından Mühafizə Xidmətinə işə düzəltməmiş və ondan aldığı pulu da geri qaytarmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli teleqramlar göndərərək göstərmişdir ki, dəymiş ziyan tamamilə ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və iddiası yoxdur, müraciətinin nəzərə alınmasını xahiş edir. Məhkəməistintaqızamanıelan olunaraq tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, zərərçəkmişşəxsZərərçəkmiş şəxslə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2020-ci il tarixli 012-5767-1220 saylı məktub və ona əlavə olunmuş məlumatdan görünür ki, Şahid xx.xx.2019-cu il tarixdə «Xanoba» SNM-dən keçməklə Rusiya Federasiyasına getmişdir. İş materiallarında olan ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli “maddi ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs, sonuncunun oğlu Şahid vasitəsi ilə aldığı puldan (maddi ziyandan) 2300 (iki min üç yüz) manatını Zərərçəkmiş şəxs ödəmək istədiyini bildirmiş və 2300 (iki min üç yüz) manat məbləğində 24 ədəd 50 manatlıq, 11 ədəd 100 manatlıq nominalları təqdim etmişdir. İş materiallarında olan ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli “maddi ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs, sonuncunun oğlu Şahid vasitəsi ilə aldığı puldan 1450 (min dörd yüz əlli) manatını Zərərçəkmiş şəxs ödəmək istədiyini bildirmiş və 1450 (min dörd yüz əlli) manat məbləğində 14 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq nominalları Zərərçəkmiş şəxs təqdim etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 6700 manat məbləğində pulun hamısını ona qaytarmış və onun həmin şəxsə qarşı heç bir iddia və tələbi yoxdur. İşmateriallarındaolanAzərbaycanRespublikasıDİNBƏSİİ-dənalınmışxx.xx.2019cuiltarixlitələbnamədən və Bakı Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünün, Quba rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının, həmin məhkəmənin xx xxxxxxx 2017-ci il tarixli hökmünün surətlərindən görünürki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin həmin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 32.4, 312.1, 32.5, 312.1-ci maddələri ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzası ilə əvəz edilmişdir. Bundan başqa, o, Quba rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 7(027)-38/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmiş, ona CM-nin 178.1-ci maddəsi ilə 1800 manat məbləğində cərimə cəzası müəyyən edilmiş, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 1500 manat məbləğində cərimə cəzası saxlanılmışdır. İş materiallarlnda olan Quba rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 7(027)-77/2019 saylı qərarının surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs həmin məhkəmənin 7(027)-38/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə üzərində qəti olaraq saxlanılmış 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasının məhkum Təqsirləndirilən şəxs tərəfindən 15 ay müddətinə hər ay 100 (yüz) manat olmaqla hissəhissə ödənlməsi qərara alınmışdır. İş materiallarında olan Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli 65689/19/05 saylı məktubdan görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(027)-38 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs üzərində saxlanılmış 1500 manat məbləğində cərimə cəzasının, Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(027)-77 saylı qərarına əsasən 15 ay müddətində hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi qərara alınmışdır. Lakin, məhkum təyin olunmuş cərimə cəzasından 100 manat ödəniş etmiş, daha sonra həmin qərarı icra etməmişdir. Həmçinin, məhkum Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(027)-29 saylı qərarı ilə təyin olunmuş 01 il müddətinə islah işləri cəzasını indiyədək çəkməmişdir. İş materiallarında olan Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli SDS- 731 saylı mıəktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin məhkəmənin xx xxxxxxx 2017-ci il tarixli 1(027)-60/2017 saylı hökmü xx xxxxxxx 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Quba rayon İHB-nın Xucbala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 962 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin rayonun Digah kənd sakinidir və həmin kənddə yaşayır. İş materiallarında olan Quba rayon İHB-nın Xucbala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, həmin rayonun Digah kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək onun oğlu Şahid Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayonu Xudat şəhərində yerləşən Yanğından Mühafizə Xidmətinə işə qəbul etdirməyi yalandan vəd verib aldadaraq 2017-ci ilin noyabr ayının əvvəllərində Qusar şəhəri Çingiz Qurbanov küçəsində yerləşən “Baxruz” kafesinin qarşısında özünə məxsus olan Mersedes Benz-C markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs öz oğlu Şahid vasitəsilə göndərdiyi 6700 manat məbləğində pulu ondan almış, lakin vədinə əməl etməyərək həmin pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.1, 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlər üzrə təyin edilmiş cəzalar çəkilməsə də, onun hazırkı törətdiyi cinayət əməli cinayətlərin residivini yaratmır və ona görə də residivə görə cəza təyin edilməsini müəyyən edən qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 2017-ci ilin noyabr ayının əvvəllərində, yəni Bakı Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli və Quba rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmləri qanuni qüvvəyə mindikdən sonra törətmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsə dəymiş zərəri aradan qaldırmasını və sonuncunun həmin şəxsə qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Həmin Məcəllənin 68.3, 68.3.1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 manat məbləğində cərimə cəzasının əvəzi olaraq hökmün icrası qaydasında Quba rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təyin edilmiş aylıq qazancından 20 faiz dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulub hesablanmaqla, həmçinin Quba rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasının əvəzi olaraq hökmün icrası qaydasında Quba rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 1500 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 1400 (min dörd yüz) manat hissəsi hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilib ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasının və cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar müstəqil icra olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Quba rayonu Digah kəndindəki evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək;müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməlidir. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. İcra məmuru cərimənin ödənilmədiyi halda məhkumu, ondan cərimənin məcburi tutulacağı barədə xəbərdar edir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən məhkum cəriməni üzrlü səbəbdən bir ay müddətində ödəyə bilmədikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin altı ayadək müddətə təxirə salınması və ya müddəti göstərilməklə onun hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasına dair hissədə həmin cərimənin hər ay 100 (yüz) manat olmaqla 15 (on beş) ay müddətinə hissə-hissə ödənilməsi barədə Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı nəzərə alınmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 manat məbləğində cərimə cəzasının əvəzi olaraq hökmün icrası qaydasında Quba rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təyin edilmiş aylıq qazancından 20 faiz dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulub hesablanmaqla, həmçinin Quba rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzasının əvəzi olaraq hökmün icrası qaydasında Quba rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 1500 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 1400 (min dörd yüz) manat hissəsi hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilib ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1400 (min dörd yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Quba rayonu Digah kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonunun ərazi hüdudlarını tərk etməmək;müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasına dair hissədə həmin cərimənin hər ay 100 (yüz) manat olmaqla 15 (on beş) ay müddətinə hissə-hissə ödənilməsi barədə Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar