Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-39/2022 17.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayon Vəıkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdə saat 17 radələrində Qusar şəhəri H.Z.Tağıyev küçəsində yerləşən adsız kafedə, müştərilərin olduğu zaman arağı icazəsiz içən Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, daha sonra küçədə gəlib ayaq zərbəsi ilə arxadan vurmuş, sonra isə yumruq və əl zərbələri ilə onu üzündən vurmuş, daha sonra yaxasından tutub yerə yıxaraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 11 aprel 2022-ci il tarixdə Qusar şəhəri H.Z.Tağıyev küçəsində yerləşən, “Avtobaza” adlanan ərazidə olan adsız kafedə tək stolda oturmuş, sonra onun yanına tanışı Şahid2 gəlmiş və onun oturduğu masada oturmuşdur. Daha sonra kafeyə Zərərçəkmiş şəxs gəlmiş və onun oturduğu masada stəkanda olan arağı onun razılığı olmadan içmiş, o, da Əjdəri ordan qovmuşdur. Həmin vaxt Əjdər onu söymüş, buna görə də o, əsəbləşərək Əjdəri arxadan təpiklə, üzündən sillə ilə vurmuşdur. O, əvvəllər Əjdəri üzdən tanımış və sonuncu həmin vaxt sərxoş olmuşdur. Kafedə 2-3 nəfər olmuş, orada olan şəxslər onları ayırmışdır. Daha sonra Zərərçəkmiş şəxs ondan polisə şikayət etmiş və o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində Qusar şəhəri H.Z.Tağıyev küçəsində “Avtobaza” adlanan ərazidə yerləşən adsız kafeyə getmiş, həmin vaxt o, sərxoş olmuşdur. O, kafedə qonşusu Raufu sonradan tanıdığı Azərlə oturduğunu görmüş və onların oturduğu masaya yaxınlaşaraq masada olan bir stəkan arağı götürərək icazəsiz içmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əsəbləşmiş və onu oradan qovmuş və dalınca gəlib təpik və yumruq zərbələri ilə onu vurmuşdur. Daha sonra o, Təqsirləndirilən şəxs barəsində Qusar RPŞ-nə ərizə ilə müraciət etmiş və Təqsirləndirilən şəxs təhqiqata cəlb olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs bağışlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, o, Qusar şəhəri “Avtobaza” adlanan ərazidə yerləşən kafeni 2014-cü ildən icarəyə götürərək işlədir. 11 aprel 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs və Şahid2 bir masa arxasında araq və pivə içib nərd oynadıqları zaman kafeyə Zərərçəkmiş şəxs daxil olmuş, Azərin əyləşdiyi masaya yaxınlaşaraq onlarla söhbət etməyə başlamış, Əjdər stolun üstündə içində araq olan stəkanı götürərək arağı icazəsiz içmişdir. Bundan sonra onların arasında söz mübahisəsi başlamış Azər arağı icazəsiz içdiyi üçün Əjdəri nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Sonra isə Azər Əjdəri kafedən küçəyə qovmuş, arxasınca çıxaraq onu təpiklə vurmaqla nalayiq ifadələrlə təhqir etmiş və yumruqla onun sifətindən vurmuş, Əjdərin burnundan qan gəlmişdir. Daha sonra orada olan şəxslər onları ayırmışlar. Daha sonra isə kafeyə polis əməkdaşları gəlmşlər və Əjdər Azər barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 oğlunun təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, o, 11 aprel 2022-ci il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxsla Qusar şəhəri “Avtobaza” adlanan ərazidə yerləşən adsız kafeyə gedərə orada oturmuşlar. Kafedə o, araq içmiş, Azər isə pivə içmişdir və onlar nərd oynamışlar. Həmin zaman onun qonşusu Zərərçəkmiş şəxs oraya gəlmiş, onun qabağında olan stolun üstündəki armudu stəkandakı arağı icazəsiz içmişdir. Azər Əjdərə “xeyir ola sən bizim stola yaxınlaşıb icazəsiz arağı içmisən, sən axı bu arağı almamısan” demiş, Əjdər isə Azərə “pulunu verərəm” demiş, Azər Əjdərə “pulun varsa kafeyə ver iç” demişdir. Bundan sonra Əjdər küçəyə çıxmış, Azər də əsəbləşib Əjdərin arxasınca çıxmış, onu təpiklə və yumruq zərbəsi ilə bir neçə dəfə vurmuş, o, araya girərək onları ayırmış, Əjdərin burnundan qan gəlmişdir. Bundan sonra o, evinə getmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X1 tərəfindən tərtib olunmuş 11 aprel 2022-ci il tarixli “cinayət haqqında şifahi məlumatın qəbulu barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs şifahi məlumat verərək 11 aprel 2022-ci il tarixdə saat 17 radələrində Qusar şəhəri “Avtobaza” deyilən ərazidə Eldar adlı şəxsə məxsus adsız kafenin qarşısında tanımadığı şəxslə aralarında baş verən söz mübahisəsi nəticəsində həmin şəxsin təpik zərbəsi ilə, daha sonra isə yumruq zərbəsi ilə onu vuraraq müxtəlif bədən xəsarətləri yetirməsini bildirmiş, onu döyən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 127 saylı 12 aprel 2022-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində olan xəsarətlər – sol göz orbiti ətrafının qançırı; burnun sol yan səthinin, sol qulaq seyvanın yuxarı hissəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11.04.2022-ci il tarixdə əl-qol və təpik zərbələri nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 25 aprel 2022-ci il tarixli tələbnamədən və Qusar rayon məhkəməsinin 1(029)-37/2021 saylı 18.05.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, həmin qərarla onun Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 20.04.2022-ci il tarixli 769/04-22 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.04.2022-ci il tarixli 913 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Ülkər Əhmədovadan, 2010-cu il təvəllüdlü oğlu Roman Əhmədovdan, 2012-ci il təvəllüdlü oğlu Elvin Əhmədovdan və 2017-ci il təvəllüdlü oğlu Rəvan Əhmədovdan ibarətdir. İş materiallarında olan AZ-İİİ 051838, AZ-İİİ 051839 və AZ-İİİ 970736 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 23.03.2010cu il təvəllüdlü Roman, 20.07.2012-ci il təvəllüdlü Elvin və 04.06.2017-ci il təvəllüdlü Rəvan adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.04.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 17.05.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ona görə də Təqsirləndirilən şəxs bağışlanmasını xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdə saat 17 radələrində Qusar şəhəri H.Z.Tağıyev küçəsində yerləşən adsız kafedə, müştərilərin olduğu zaman arağı icazəsiz içən Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etməsi, daha sonra küçədə arxadan gəlib ayaq zərbəsi ilə onu arxadan vurması, sonra isə yumruq və əl zərbələri ilə onun üzündən vurması, daha sonra yaxasından tutub yerə yıxaraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozması və bununla da, onun Azərbaycan Respublikasının CMnin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4, 59.1.2, 59.1.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların hər hansı birinin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Əksinə, məhkəmə iclasında müəyyən olundu ki, zərər çəkmiş şəxsə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə aradan qaldırılmış, zərər çəkmiş şəxslə barışmış, sonuncu, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları vardır, törətdiyi əməlindən səmimi peşman olmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq islah işləri cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, əvvəllər artıq bir dəfə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verildiyindən və o, cinayət məsuliyyətindən azad edildiyindən hazırkı iş üzrə o, həmin qaydada cinayət məsuliyyətindən azad edilə bilməz. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344- 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-39/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-39/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver