Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-39/2023 05.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş (Qusar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2, 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 24 gün müddətinə qazancından 20 faiz tutulmaqla islah işləri cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci madələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci madələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, sərxoş vəziyyətdə, qohumu, sərxoş vəziyyətdə olan X5 ilə bir qrup şəxs şəklində 20 iyun 2022-ci il tarixdə, saat 22 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən Şahid3 icarəyə götürdüyü kafedə, həmin kafedə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, barmen işləyən Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan ucadan nalayiq ifadələrlə təhqir etmiş və onu zor tətbiq edəcəyi ilə hədələmiş, bu zaman onları sakitləşdirmək istəyən kafedə müştəri qismində olan ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 qarşı həmin kafenin qarşısında heç bir əsaslı səbəb olmadan şəxslərin gözü qarşısında ona qarşı nalayiq ifadələr işlədərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncuya “sinəsinin sol tərəfinin yuxarı şöbəsindəki sıyrıq“ ilə ifadə olunan sağlamlığa zərər vurmayan qəsdən dərəcəsi təyin edilməyən zərər yetirmiş, daha sonra isə qərəzli hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs2 yenidən həmin kafenin qarşısında heç bir səbəb olmadan nalayiq ifadələrlə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozmuş, özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, yumruqlarla sonuncunun sifət nahiyəsinə qəsdən vuraraq sonuncuya “sol gözün alt qapağının 2 ədəd xətti sıyrıqları; burnun uc hissəsinin şişkinliyi və qançırı” ilə ifadə olunan qəsdən sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən zərər yetirib qərəzli hərəkətlərini təxminən 10-15 dəqiqə müddət ərzində davam etdirərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə, saat 18 radələrində Ceyhunla birlikdə işlədiyi tikintidə maaşlarını aldıqdan sonra orada yeyib-içib spirtli içki qəbul etmişdir. Bundan sonra saat 21 radələrində onlar Ceyhunun yaşadığı ünvana qayıtdığı vaxt ünvan 2 “KAFE 13”də pivə içmək üçün avtomobildən düşmüş, həmin kafedə bir masa arxasında əyləşmiş Ləman adlı masa xidmətçisinə pivə sifariş vermişlər. Ceyhun üç manat pul verib mahnı sifariş vermiş, bundan sonra özü oynamaq istəmiş, lakin kafeni işlədən Anelya onlara kafedə oynamaq qadağan olduğunu bildirmişdir. Buna görə də, sərxoş olduğu üçün kafedəki barmen Dadaşbalaya söz atmağa başlamış və nalayiq ifadələrlə onu təhqir etmişdir. Bu zaman Evrik adlı şəxs ona yaxınlaşaraq, sakit olmasını tələb etmiş, lakin həddindən artıq sərxoş olduğu üçün Evriki küçəyə çıxartmış, yolun kənarında ağacların yanında, kafenin qarşısında yumruq zərbəsi ilə Evriki vurmuş, bu zaman Evrik də onu vurmaq istəyəndə Ceyhun da Evriki yumruqla vurmuş, Evrik yerə yıxılmış və orada da Evriki vurmuşdur. Orada olan kafedə işləyən Şixqayıb və taksi sürücüsü Taleh onları sakitləşdirmiş, onlar kafenin qarşısına qayıtmış, bu zaman kafenin qarşısında Dadaşbalanı görmüş, yenidən Dadaşbalaya söz atmış və dayanıb söhbət etməyə başlamış, Ceyhun da onun yanında dayanmışdır. O, Dadaşbalaya nalayiq ifadələr demiş, Dadaşbala yaxşı etdiyini dedikdə isə yumruqla onun sifətinə vurmuş, bu zaman Ceyhun da dirsək nahiyəsi ilə Dadaşbalanı vurmuş, o, yerə yıxılmış, o, yenidən Dadaşbalanı vurmağa başlamışdır. Bu zaman Taleh və Şıxqayıb yenidən onları sakitləşdirmişlər. Dava dalaş zamanı ətrafda 5-6 nəfər olmuşdur. Bir qədər sonra polis əməkdaşları gəlib onları Qusar RPŞ-nə aparmışlar. Qusar RPŞ-nin Təhqiqat Bölməsində onun izahatını alındıqdan sonra sərbəst buraxılmış, lakin əvvəlcədən Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərinə işləməyə getmək üçün bilet aldığından 24 iyun 2022-ci il tarixdə Bakı şəhərində yerləşən H.Əliyev adına X10 şəhərinə getmişdir. Artıq Mahaçqala şəhərində olduğu zaman barəsində Qusar RPŞ-də cinayət işi başlanıldığı ona məlum olmuş, dəfələrlə polis əməkdaşları onu telefon vasitəsi ilə dəvət etsələr də yol pulu olmadığı üçün geri qayıda bilməmişdir. Mahaçqala şəhərində polis orqanına dəvət edilmiş, o da ora gedərək təslim olmuşdur.Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə vaxı işlədiyi kafeyə adlarının Təqsirləndirilən şəxs və X6 olduğunu sonradan bildiyi iki nəfər şəxs gəlmiş bir masa arxasında əyləşmiş pivə sifariş vermişdir. O, həmin şəxslər üçün pivə süzmüş, kafedə işləyən Ləman adlı ofisiant həmin şəxslərə pivə vermiş, Rəşadla Ceyhun kafeyə gələndə artıq sərxoş vəziyyətdə olmuş, pivə içdikdən sonra daha da sərxoş olmuş, kafeni işlədən Anelyaya pul verib musiqi sifariş vermiş və həmçinin rəqs etmək istəmişlər. Bu zaman Rəşad və Ceyhun ona söz atmağa, başlamış və ona “yaxşı oğlan burda işləməz” demiş və səs-küy salmağa başlamışlar. Rəşad və Ceyhunun onunla mübahisəsi uzanmasın deyə, orada müştəri olan tanışı Evrik onları nizam-intizama dəvət etmiş, lakin onlar sakitləşməyərək Evriki kafedən küçəyə çıxartmış, kafenin qarşısında yolun kənarında yumruq və təpik zərbələri ilə döyməyə başladılar. Kafedə işləyən Şixqayıb və orada olan X16 sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Rəşad onu yumruq zərbəsi ilə burnundan vurmuş, eyni zamanda Ceyhun da dirsəyi ilə sifətindən vuraraq ona xəsarət yetirmişlər. Daha sonra o, getmək istəyəndə Ceyhun onu sağ qolu ilə boğazından tutub sıxdı və o, yerə yıxılmışdır. Buna baxmayaraq onlar heç cür sakitləşməmiş, orada olan Şixqayıb və Taleh onları sakitləşdirməyə çalışmışdır, o, Rəşadla Ceyhunun əlindən çıxıb qaçmışdır. Bundan sonra onun burnundan qan gəlmiş və burnunu əlini ilə tutub çox çətinliklə onların əlindən çıxıb kafeyə üzünə su vurmağa qayıtmış, lakin Rəşadla Ceyhun öz hərəkətlərini qərəzli olaraq davam etdirdilər. Bir qədər sonra polis əməkdaşları gəlmiş, bundan sonra onlar sakitləşmiş, polis əməkdaşları onları Qusar RPŞ-nə aparmışlar. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 20 iyun 2022-ci il tarixdə, saat 21 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Kafe 013” adlı kafeyə gəlmiş və soyuq çay sifariş verib bir masa arxasında əyləşmişdir. Bu zaman kafedə başqa bir masa arxasında iki nəfər sərxoş şəxs də əyləşib pivə içmişlər. O, həmin şəxslərin adlarını sonradan bilmiş, Ceyhun və Rəşad adlı şəxs olmuşdur. Həmin şəxslər sərxoş olduqları üçün ona-buna söz atmış, musiqi sifariş vermiş və rəqs etmək istəmişlər. Bir neçə dəfə musiqi sifariş veriləndən sonra, barmen işləyən tanıdığı Dadaşbala musiqini söndürmüş, buna görə də X7 sataşmağa başlamışlar. Belə ki, Rəşad Dadaşbalaya “çurban” deyərək nalayiq ifadələrlə təhqir etməyə başlamış, Ceyhun isə Dadaşbalaya “Utanmırsan burada işləyirsən? sən düz eləmirsən” kimi ifadələr söyləmiş, bu zaman kafedə olan müştərilərin bir qismini kafeni tərk etmiş, qalanlar isə mübahisəyə toplaşmışlar. Dadaşbala da cavabında oğurluq etmədiyini, başqa ayıb iş görmədiyini demiş, bu zaman kafenin icarədarı Anelya mübahisəyə müdaxilə etmiş və Dabaşbalanı təhqir etdiklərinə görə onlara irad bildirərək kafeni tərk etmələrini tələb etmişdir. Bundan sonra Rəşadla Ceyhun çölə çıxmış, o, da onlarla birlikdə kafedən çölə çıxmışdır. Bu zaman kafenin qarşısında yolun kənarında Rəşadla Ceyhuna dava salmamalarım başa salmaq istədiyi zaman Rəşad qəfildən yumruqla onun sifətinə vurmuş, eyni zamanda sonuncunun qohumu Ceyhun da arxadan yumruq zərbələri ilə onu vurmuş, onlar bir az dartışmış bu zaman Rəşadla o, yerə yıxılmışlar. Həmin vaxt orada olan şəxslər də onları aralamağa çalışmış, bir azdan Rəşadla Ceyhunu orada olan Şixqayıb və Taleh adlı şəxslər sakitləşdirmiş və aralaşmışlar. Bundan bir neçə dəqiqə sonra X8 da kafedən küçəyə aparmış, küçədə kafenin qarşısında söhbət etməyə davam etmişlər. O, da həmin kafeyə mütəmadi gəldiyi üçün Dadaşbala ilə münasibəti olmuş, Dadaşbalanı söyüb, döymələrini istəməmiş, buna görə də onların yanına getmişdir. Kafenin qarşısında Rəşad Dadaşbalanı sifətindən yumruqla vurmuş, həmin vaxt Ceyhun da dirsəyi ilə Dadaşbalanı sifətindən vurmuş və döyməyə başlamışlar. Bu zaman o, Dadaşbalanı yerdən qaldırıb kafenin yanına aparmış, sonra Rəşadla Ceyhunu sakit olmağı bununla bağlı söhbət etməyə çağırmış, Rəşadla Ceyhun ona yaxınlaşmış, yenə də Dadaşbalanı “çurban” adlandırıb söyüb təhqir etməyə başlamışlar. Bu zaman Rəşadla Ceyhun ona ”Sən bunu niyə müdafiə edirsən, sənin nəyivə lazımdır” demiş, o, da onlara Dadaşbalanı niyə döydüklərini deyib onları sakitləşdirmək istəmiş, lakin onlar onun sözlərini başa düşməmişlər. Bundan sonra o, Rəşada və Ceyhuna yaxınlaşmış, onlara etdiyi əməllərinin səhv olduğunu izah etməyə çalışmış, lakin onlar həddindən artıq sərxoş halda olduqları üçün onun sözlərini dərk etməmişlər. Bundan sonra polis əməkdaşları ora gəlmiş, Rəşadla Ceyhunu sakitləşdirərək Qusar rayon polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, iki ildən çoxdur ki, Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “KAFE 13” adlanan kafeni işlətmişdir. 20 iyun 2022-ci il tarixdə, saat 21 radələrində işdə olan zaman kafeyə iki nəfər müştəri gəlmiş, onlar kafeyə gələndə artıq sərxoş halda idilər. Həmin şəxslərin adlarını sonradan Rəşad Xamuradov və Cehyun Xanmuradov olduqlarını bilmişdir. Onlar gəlmiş bir masa arxasında əyləşmiş pivə sifariş vermiş və kafedə işləyən ofisiant Ləman adlı xanım onlardan sifarişi qəbul etmiş, həmin şəxslər pivə içəndən sonra daha da sərxoş hala düşərək ona-buna xüsusən də onlara qulluq edən Ləmana söz atmağa başlamışdır. Buna görə də kafedə işləyən Şixqayıb onlardan kafedən çıxıb getməsini tələb etmiş, bundan sonra onlar bar masasının yanına gəlib hesabı ödəmiş, hesabı ödəyəndə bar masası arxasında barmen işləyən Dadaşbalaya nalayiq ifadələrlə təhqir etməyə başlamış, kafedə olan bəzi müştərilər çıxıb getmişlər. Kafedə işlədiyi üçün Dadaşbalaya sataşmışdılar. Dadaşbala və o, həmin şəxslərə etiraz edərək ayıb iş gördüklərini deyərək onlardan bir daha kafeni tərk etmələrini tələb etmişdir. Ceyhun və Rəşad küçəyə çıxanda onlar kafeyə gələn adının sonradan Evrik olduğunu bildiyi şəxslə mübahisələri düşmüş və onlar Evriki küçəyə çıxarmış, hər ikisi Evriki əl-qol zərbələri ilə döyməyə başlamışdılar. Bu zaman Şixqayıb və kafeyə müştəri qismində gələn tanışı Taleh onları aralamış, bundan sonra Rəşad və Ceyhun Dadaşbalanı görmüş və yaxınlaşıb bir daha sataşmağa başlamışdılar. Dadaşbalanı yenə uca səslə nalayiq ifadələrlə təhqir etmiş, bu zaman Şixqayıb və Taleh, Rəşad və Ceyhunu sakitləşdirmək istəmiş, lakin onlar tutulan iradlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. Bu zaman Rəşad qəflətən yumruq zərbəsi ilə Dadaşbala üzündən vurmuş, yumruğu Dadaşbalanın burnuna dəymişdir. Eyni zamanda Ceyhun da dirsəyi ilə Dadaşbalanın sifətindən vurmuş, daha sonra əl-qol zərbələri ilə döyməyə başlamış, Şiqayıb və Taleh müdaxilə edərək onları ayırmış, Dadaşbalanı onlardan uzaqlaşdırmışdır. Bundan sonra o, polis çağırmış və post patrul xidmətinin əməkdaşları gəlmiş Rəşad və Ceyhunu şöbəyə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Qusar şəhərində yaşayır və idarə etdiyi “VAZ 21071” markalı, **-XB-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 20 iyun 2022-ci il tarixdə, saat 20 radələrində tanımadığı iki nəfər şəxsi Qusar rayonu Balaqusar kəndi yolunda yerləşən “KAFE 013” adlanan kafeyə aparmış, həmin şəxslər ondan küçədə gözləməsini xahiş etmişdir. O, kafenin qarşısında müştəriləri gözlədiyi zaman əvvəldən tanıdığı Ceyhun və sonuncunun qohumu Rəşad küçəyə sonradan adının Evrik olduğunu bildiyi şəxslə birlikdə kafedən çıxdılar, orada onların arasında mübahisə düşdü, onlar hər ikisi Evriki əl-qol zərbələri ilə döyməyə başlamışlar. Bu zaman o və kafedə işləyən Şixqayıb, digər kənar tanımadığı şəxslər Ceyhun və Rəşadı aralamışlar. Bundan sonra X8 görmüş və yaxınlaşıb bir daha sataşmağa başlamış, sonuncunun ünvanına nalayiq ifadələrlə təhqir etməyə başlamışlar. Bu zaman onunla Şixqayıb, Rəşad və Ceyhunu sakitləşdirmək istəmiş, lakin onlar buna məhəl qoymayaraq öz xuliqanlıq hərəkətlərini davam etdirmişlər. Daha sonra Rəşad qəflətən yumruq zərbəsi ilə Dadaşbalanı üzündən vurmuş və yumruğu Dadaşbalanın burnuna dəymiş, eyni zamanda Ceyhun da birinci dirsəyi ilə Dadaşbalanı çənəsindən vurmuş, sonra əl-qol zərbələri ilə döyməyə davam etmişdir. Ona görə də onunla Şixqayıb, eləcə də orada olan tanımadığı şəxslər müdaxilə edərək onları ayırmış, Dadaşbalanı onlardan uzaqlaşdırmışdır. Bundan sonra kafeni işlədən Anelya polis çağırmış və post patrul əməkdaşları gəlmiş Rəşadla Ceyhunu sakitləşdirərək Qusar rayon Polis şöbəsinə aparmışdılar. Şixqayıb, Rəşad və Ceyhunu sakitləşdirmək istəmiş, lakin onlar buna məhəl qoymayaraq öz xuliqanlıq hərəkətlərini davam etdirmişdilər. Rəşad qəflətən yumruq zərbəsi ilə Dadaşbalanı üzündən vurmuş və yumruğu Dadaşbalan burnuna dəmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 20 iyun 2022-ci il tarixdə, saat 21 radələrində o, işdə olan zaman kafeyə iki nəfər müştəri gəlmiş, onlar kafeyə gələndə artıq sərxoş halda olmuşlar. Həmin şəxslərin adlarının Rəşad və Ceyhun olduqlarını sonradan bilmişdir. Onlar gəlib bir masa arxasında əyləşib pivə sifariş vermiş və kafedə işləyən ofisiant Ləman onlara sifarişi çatdırmışdır. Həmin şəxslər pivə içəndən sonra daha da sərxoş hala düşərək ona-buna xüsusən də onlara qulluq edən Ləmana söz atmağa başlamışlar. Buna görə də o, həmin şəxslərdən kafedən çıxıb getməsini tələb etmiş, bundan sonra onlar bar masasının yanına gəlib hesabı ödəmiş, bar masası arxasında barmen işləyən Dadaşbalaya söz atıb onu nalayiq ifadələrlə təhqir etməyə başlamışlar. Kafedə işlədiyi üçün Dadaşbalaya sataşmış, sonuncu və Anelya onlara etiraz edərək ayıb iş görmədiklərini deyərək onlardan bir daha kafeni tərk etmələrini tələb etmiş, kafedə səsküy yaranmış, bəzi müştərilər kafedən çıxıb getmişlər. Ceyhun və Rəşad küçəyə çıxanda kafeyə gələn adının sonradan Evrik olduğunu bildiyi şəxslə mübahisələri düşmüş və onlar Evriki küçəyə çıxarıb, hər ikisi əl-qol zərbələri ilə döyməyə başlamışlar. Bu zaman o və kafeyə müştəri qismində gələn tanışı Taleh onları aralamış, bundan sonra Rəşad və Ceyhun Dadaşbalanı görmüş və yaxınlaşıb bir daha sonuncuya sataşmağa başlamışlar. Dadaşbalanı yenə də uca səslə nalayiq ifadələrlə təhqir etməyə davam etmişlər. Bu zaman o və Taleh, Rəşad və Ceyhunu sakitləşdirmək istəmiş, lakin sonuncular onların sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. Bu zaman Rəşad qəflətən yumruq zərbəsi ilə Dadaşbalanı üzündən vurmuş və yumruq Dadaşbalanın burnuna dəymişdir. Eyni zamanda Ceyhun da birinci dirsəyi ilə Dadaşbalanı sifətindən vurmuş, daha sonra əl-qol zərbələri ilə döyməyə başlamışdır. Bu zaman o və Taleh müdaxilə edərək onları ayırmış, Dadaşbalanı onlardan uzaqlaşdırmışlar. Bundan sonra Anelya Ağabalayeva polis çağırmış və post patrul əməkdaşları gəlib Rəşad və Ceyhunu sakitləşdirərək şöbəyə aparmışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 227 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol gözün alt qapağının 2 ədəd xətti sıyrıqları, burnun uc hissəsinin şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən xx.xx.2022-ci il tarixdə yumruq və əl zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aid olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 281 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sinəsinin sol tərəfinin yuxarı şöbəsindəki sıyrıq küt əşyanın təsirindən, xx.xx.2022-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aid olmuşdur. Cinayət işinin materiallarında olan 21 iyun 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Qusar şəhəri C.Qurbanov küçəsində yerləşən “KAFE 13” adlanan kafenin qarşısına baxış keçirimiş, kafenin yerləşdiyi tikili bir mərtəbədən tikilib, birinci mərtəbəsində “Köhnə Dostlar” kafesi yerləşir, tikilinin altında (padvalda) “KAFE 13” kafesi yerləşir. Bundan başqa kafenin sağ tərəfində “Avto Yuma” məntəqəsi yerləşir. Baxış keçirilən tikilinin sağ tərəfində aralarında bir yol olmaqla X11 yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs2 20 iyun 2022-ci il tarixdə saat 22 radələridə Təqsirləndirilən şəxs və X5 tərəfindən döyüldüyü yeri göstərmişdir. Həmin yer “KAFE 13” kafenin qarşısında yerləşir. Baxış zamanı kafedə sınmış və zədələnmiş yerlər müşahidə olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş diskdən görünür ki, kafenin qarşısında iki-üç şəxsin mübahisə etdiyi, bir neçə şəxsin onları sakitləşdirməyə çalışdırğı görünür. Səs yazısı qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan 24 iyun 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış zamanı video yazının üç hissədən ibarət olduğu müəyyən olunmuşdur. Birinci video yazısına baxdıqda monitorun yuxarı sol küncündə xx.xx.2022-ci il tarixi, həftənin birinci günü yazılıb. Monitorun aşağı sol tərəfində CAMERA4 yazılıb. Video görüntü çəkilişdə qeyd olunmuş vaxtın, yəni 22:41:26-cı saniyəsində başlayır. İlk saniyələrində “013” adlı kafenin qarşısı, yəni həyəti çəkilir. Orada 10 ədəd müxtəlif markalarında olan avtomobillərin saxlanıldığı və bir neçə nəfər şəxsin də olduğu müşahidə olunur. Çəkilişin 22:43:01-ci saniyəsində “013” adlı kafedən iki nəfər birbirini yaxalarından tutaraq həyətə çıxırlar, bundan sonra bir neçə nəfər şəxs də kafedən bayra çıxdıları müşahidə olunur. 22:44:01-ci saniyəsində iki nəfə şəxs çıxıb C.Qurbanov küçəyə tərəf gedirlər orada onlar bir nəfərin üstünə düşüb onu əl-qol zərbələri ilə döydüyünü müşahidə olunur. 22:44:25-ci saniyəsində iki nəfər bir-birinin üstünə əl-qol ataraq dalaşırlar və hər ikisi yerə yıxılır. Bir nəfər ayaq üstə olan şəxs yerdə olan dalaşanlardan birini ayağa qaldırmaq istəyir. Bundan sonra iki nəfər şəxs yenə bir nəfəri döydüyü müşahidə olunur. Sonra ətrafda olan şəxslər müdaxilə edərək dalaşanları ayırırlar. 22:46-cı dəqiqəsində həmin şəxslər kafeyə tərəf, yəni kafe 013 qarşısına qayıdırlar və kafenin qarşında söhbət edirlər. 22:48:01-ci saniyəsində X4 və Təqsirləndirilən şəxs kimi tanınan şəxslər onların qarşısında dayanmış Zərərçəkmiş şəxs2la söhbət etdikləri müşahidə olunur. Onların yanında Şahid1 və Şahid2 da dayandığı müşahidə olunur. Bu zaman kafedən Anelya Ağabalayeva da çıxır və həmin şəxslərə yaxınlaşır. Video çəkilişin 22:49:30-cu saniyəsində üzündə saqqal olan, başında isə qara kepka olan Təqsirləndirilən şəxs qəflətən yumruq zərbəsi ilə onunla söhbət edən Zərərçəkmiş şəxs2 sifətindən vurur, eyni zamanda Ceyhun Xanmuradov da sağ qolun dərsəyi ilə Zərərçəkmiş şəxs2 çənəsindən vurur, daha sonra Rəşad və Ceyhun Xanmuradovlar hər ikisi Zərərçəkmiş şəxs2 əl-qol zərbələri ilə döyməyə başlayırlar. Bu zaman Şahid1 və Şahid2 dalaşanları ayırırlar, bir nəfər isə Zərərçəkmiş şəxs2 həmin yerdən uzaqlaşdırır.Videoçəkiliş 22:51-ci dəqiqəsində sona yetir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2, 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 24 gün müddətinə qazancından 20 faiz tutulmaqla islah işləri cəzasına məhkum edilmişdir. Qusar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 380/73 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu Kommunal Müəssisələri Kombinatında 02 il müddətində işləmiş və cəzası xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər Qusar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2, 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 24 gün müddətinə qazancından 20 faiz tutulmaqla islah işləri cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu olsa da, cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, onun həmin vaxt törətdiyi cinayət əməlinə görə islah işləri cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən bu hallar cəzanı ağırlaşdıran halları (residivi) təşkil etmir. İş materiallarında olan Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 29 iyul 2022-ci il tarixli 1409/07-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində iki azyaşlı uşağı var İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Eyvazov X1 Rəşad Əlfəddin oğlu ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, hazırkı cinayət işi üzrə ayrılmış olan cinayət işi üzrə eyni zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizələrindən məlum olur ki, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbləri yoxdur, onunla barışmışlar, onlara dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispoziyasında qeyd olunur ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini isə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən digər hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyəti səciyyələndirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını,o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən onun barəsində axtarış elan edilmiş, 03 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxsin ölkə hüdudlarından kənarda olması müəyyən edildiyindən “İnterpol” xətti ilə “həbs” edilməsindən ötrü 06 sentyabr 2022-ci il tarixdə Qusar rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası ərazisində saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən 05 iyul 2023-cü il tarixə kimi həbsdə qaldığı 08 (səkkiz) ay 14 (on dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 1 (bir) il, 04 (dörd) ay, 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşadığı Qusar şəhəri, M. Vəliyev küçəsi, 254 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv ediməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 154.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 154.2 və 154.2.1-154.2.10-cu maddələrinə əsasən həbs, ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləridir. Aşağıdakılardır. Azərbaycan Respublikası CPM-nin 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən qətimkan tədbirləri müvafiq olaraq təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qərarına əsasən seçilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş görüntülər 01 ədəd DVD kompakt disk Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən 05 iyul 2023-cü il tarixə kimi həbsdə qaldığı 08 (səkkiz) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 1 (bir) il, 04 (dörd) ay, 28 (iyirmi səkkiz) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il, 01 (bir) ay, 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar şəhəri, M. Vəliyev küçəsi, 254 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-39/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-39/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver