Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-39/2025 20.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hömmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qusar rayonu, Yuxarı Kalunxur kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Abubəkir oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Abubəkir oğlu 21 dekabr 2024-cü il tarixdə, saat təxminən 12:30 radələrində Qusar şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən 01 ədəd kibrit qutusunda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxlamış, onun cüzi bir hissəsini xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Qusar şəhəri ərazisində istifadə etmiş, həmin tarixdə saat 18:35 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Qusar şəhəri, Qusar-Xudat magistral yolunun Qusar şəhərinə girişi istiqamətində yolun sağ tərəfində “X1” iaşə obyekti ilə qarşı hissədə saxlanılmış və həmin gün saat 18:37 radələrində üzərinə videoçəkilişlə baxış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitədən qalıq qalmış 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,019 qram, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən isə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,38 qram və 01 ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,31 qram olmaqla ümumilikdə 6,88 kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Abubəkir oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, təxminən 5-6 ildir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. 21 dekabr 2024cü il tarixdə, saat 11 radələrində tək başına Qusar rayonu Yuxarı Kalanxur kəndindən Qusar şəhərinə gələrək, tək başına Qusar şəhər bazarın ərazisində gəzişən zaman saat təxminən 12:30 radələrində yerdən 01 ədəd kibrit qutusu tapıb, yerdən götürüb, kibrit qutusunun içərisini yoxlayarkən orada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görüb kibrit qutusunu gələcəkdə istifadə etmək üçün özündə saxlamış, daha sonra isə həmin gün saat 15 radələrində Qusar şəhərin ərazisində tək başına üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuananın cüzi bir hissəsini istifadə etmiş, qalıq qalan içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu əynində olan boz rəngli cins şalvarın sağ yan cibində, bundan başqa kibrit qutusunda qalıq qalmış narkotik vasitənin bir hissəsini isə 02 ədəd kağız bükümlərə qablaşdıraraq əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamışdır. Həmin gün saat 16 radələrində tanışları Şahid6 və Şahid5la görüşüb, onlarla birlikdə kafelərin birində çay içdikdən sonra Butay Hacıbalayevin idarə etdiyi “Mercedes Benz C220” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilə Qusar şəhərin ərazisində fırlanıb, Qusar şəhəri, Qusar-Xudat magistral yolunun Qusar şəhərinə girişi istiqamətində yolun sağ tərəfində “X1” iaşə obyekti ilə qarşı hissədə avtomobili kənara çəkib söhbət edən zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt ona hüquq və vəzifələri izah olunmuş, video çəkilişlə üzərinə baxış keçirilmiş, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən isə iki ədəd kağız bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd üzərində ACC yazılmış plastmas qabda qarışıq ot kütləsi, 01 ədəd bıçaq aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Daha sonra isə Şahid6 və Şahid5, həmçinin Şahid6 idarə etdiyi “Mercedes Benz C220” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən videoçəkilişlə baxış keçirilmiş, lakin onların üzərindən və avtomobildən narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Saxlanılan zaman, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Abubəkir oğlunun həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün məhkəmə istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə bioloji ekspertizasının, məhkəmənarkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 dekabr 2024-cü il tarixdə Qusar rayon sakini Təqsirləndirilən şəxs Qusar rayonun ərazisində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə ondan, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və Qusar RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Aybək Fezyllayevdən ibarət əməliyyat qrupu yaradılmışdır. 21 dekabr 2024-cü il tarixdə, saat 18:35 radələrində Qusar şəhəri, Qusar-Xudat magistral yolunun Qusar şəhərinə girişi istiqamətində yolun sağ tərəfində “X1” iaşə obyekti ilə qarşı hissədə dayanmış vəziyyətdə olan Şahid6 məxsus “Mercedes Benz C220” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, sükan arxasında Şahid6, onun yanındakı sərnişin oturacağında Təqsirləndirilən şəxs, avtomobilin arxa sərnişin oturacağında isə əyləşmiş Şahid5 özlərini təqdim edib, avtomobildən düşmələrini tələb edib, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli olduqlarını bildirməklə saxlamışlar, hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkilişlə onların üzərlərinə və Şahid6 idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Valeh Abulhəlimovun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən isə bir ədəd kağız bükülüdə və 01 ədəd gümüşü rəngli kağız bükülüdə ümumi çəkisi 6,88 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd üzərində ACC yazılmış plastmas qabda narkotik vasitə qurudulmuş marixuananın cüzi miqdarda hissəcikləri, 01 ədəd bıçaq aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Daha sonra isə Şahid5 və Şahid6 üzələrinə, həmçinin sonuncunun idarə etdiyi avtomobilə video çəkilişlə baxış keçirilmiş, lakin onların üzərindən və avtomobildən narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 21 dekabr 2024-cü il tarixdə saat 16 radələrində tanışları Şahid5 və Təqsirləndirilən şəxsla Qusar şəhər bazarın ərazisində görüşüb, orada yerləşən çay evlərin birində birlikdə çay içmiş, daha sonra isə onlarla birlikdə idarə etdiyi “Mercedes Benz C220” markalı, 90-HA- 254 dövlət qeydiyyat nişanlı avtomobilə Qusar şəhərin ərazisində fırlanıb, Qusar şəhərin ərazisində yerləşən “X1” iaşə obyekti ilə qarşı hissədə avtomobili kənara çəkib söhbət edən zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, video çəkilişlə üzərinə baxış keçirilmiş, üstündən 01 ədəd kibrit qutusunda və iki ədəd kağız bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd üzərində ACC yazılmış plastmas qabda qarışıq ot kütləsi, 01 ədəd bıçaq aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üstündən aşkar eidilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf edərək, narkotik vasitəni Qusar şəhəri ərazisindən tapıdığını bildirmişdir. Daha sonra isə onun və Şahid5, həmçinin onun idarə etdiyi “Mercedes Benz C220” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən videoçəkilişlə baxış keçirilmiş, lakin onların üzərindən və avtomobildən narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsi ilə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 və Şahid4 ifadələrindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-bioloji ekspertizasının 22 dekabr 2024-cü il tarixli, 7/2035 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,19 qram, bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,38 qram və 01 ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,31 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd üzərində ACC yazılmış plastmas qabda olan olan qarışıq bitki mənşəli kütlədə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın cüzi miqdarda hissəcikləri vardır Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 26 dekabr 2024-cü il tarixli, 7983 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 dekabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üstünün yoxlanılmasına və nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair protokoldan görünür ki, 21 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Qusar şəhəri, Qusar-Xudat magistral yolunun Qusar şəhərinə girişi istiqamətində yolun sağ tərəfində “X1” iaşə obyekti ilə qarşı hissədə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman sonuncunun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitədən qalıq qalmış 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,019 qram, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən isə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,38 qram və 01 ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,31 qram olmaqla ümumilikdə 6,88 kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuana aşkar olunmuşdur. İş materiallarında olan CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində üç azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 dekabr 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə də Qusar RPŞ-nin MSY-dən dərhal azad olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21 dekabr 2024-cü il tarixdən, 23 dekabr 2024-cü il tarixə kimi tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,82 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və bir ədəd üzərində ACC yazılmış plastmas qabda olan olan qarışıq bitki mənşəli kütlədə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın cüzi miqdarda hissəcikləri hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, video görüntülər olan 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 149 (yüz qırx doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21 dekabr 2024-cü il tarixdən, 23 dekabr 2024-cü il tarixə kimi tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01(bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 149 (yüz qırx doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,82 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və bir ədəd üzərində ACC yazılmış plastmas qabda olan olan qarışıq bitki mənşəli kütlədə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın cüzi miqdarda hissəcikləri hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin, video görüntülər olan 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-39/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-39/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver