Məhkəmə qərarları › İş №1(029)-4/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-4/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-4/2023 18.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Məhkəmə iclas katibləri X3 və X5 iştirakları ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X2 iştirakları ilə, xx.xx.1975-cu il tarixdə Qusar şəhərində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş(Qusar rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunmuş) məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan heroini şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, 20 iyun 2022-ci il tarixdə saat 17:15 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Qusar şəhərin ərazisində saxlanılmış, üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan şalvarının arxa sol cibində saxladığı 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,338 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitədən istifadə etmişdir. O idarə etdiyi “Vaz 2111” markalı, 0135MH.05 Rus qeydiyyat nişanlı avtomobillə ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olmuşdur. 20 iyun 2022-ci il tarixdə, saat 16 radələrində Qusar şəhərindən tanımadığı müştəriləri avtomobili ilə Qusar rayonu Balaqusar kəndinin girişinə aparmış, müştərilər avtomobildən düşdükdən sonra o, Qusar- Xudat yolu ilə yenidən Qusar şəhərinə qayıtmaq üçün yola düşmüşdür. Avtomobillə hərəkət edən zaman avtomobilinin nasazlığı ucbatından həmin yolda avtomobilini yolun kənarında saxlamış, avtomobil bir müddət işə düşmədiyindən siqaret çəkərkən yolun kənarında 01 ədəd kağız bükülü görmüş və həmin bükülünü yerdən götürərək içərisini açmış, kağız bükülünün içərisində heroin olduğunu görmüş, buna görə də istifadə etmək məqsədi ilə narkotik vasitəni kağız bükülüdə şalvarının cibinə qoymuşdur. Bundan sonra bir müddət avtomobilin təmiri ilə məşğul olmuş, avtomobil işə düşdükdən sonra yenidən həmin istiqamətdə yoluna davam edən saat 17:15 radələrində Qusar şəhəri Zərifə Əliyeva küçəsində yerləşən Nəriman Nərimanov parkının qarşısına gəlmişdir. Həmin vaxt avtomobili saxlayaraq avtomobildən düşüb “Yaşıl-Park” kafesinə getmək istəyən zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman şalvarının cibində saxladığı 01 ədəd kağız bükülüdə təmiz çəkisi 0,338 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Saxlanılan zaman ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olunmayıb, törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı, məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ekspertiza rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsi, yəni qəbulu, saxlaması və daşıması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Qusar şəhəri, Zərifə Əliyeva küçəsində Nəriman Nərimanov adına parkın qarşısında saxlanılmışdır. Rövşən Şahvədəlovun üzərinə vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış və onun üstündən narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Aşkar olunmuş maddə müstəntiq tərəfindən götürülərək ekspertizaya göndərməsi üçün qablaşdırılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Qusar-Balaqusar yolunun kənarından yerdən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 vermiş olduqları ifadələrdən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki,məhkəmə istintaq zamanı ifadə vermiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Rövşən narkotik vasitədən əvvəllər isitifadə etmiş, hal-hazırda da istifadə etməkdə davam etmiş, ona dəfələrlə pis vərdişlərdən uzaq olması bildirilmiş, sonuncu dəfə onun 20 iyun 2022-ci il tarixdə Qusar şəhəri ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitə ilə saxlanmasından sonradan xəbər tutmuş, evdə narkotik vasitədən istifadə etməmiş, narkotik vasitə saxlamamış və kiməsə satmasını görməmişdir. Cinayət işinin materiallarında olan «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd kağız bükümdə toz halında, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kağız bükümü ekspertizaya təqdim olunması üçün qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/3456 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan respublikası DİN Zərflər üçün №106” dairəvi möhür əksi olan, “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazıları qeyd edilmiş bir ədəd paketin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,338 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı l) daxildir. Cinayət işinin materiallarında olan Azərbaycan Resublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3456 saylı saylı məktublarına əlavə edilmiş ekspetiza xərclərinə dair bildirişdən görünür ki, həmin ekspertiza üzrə aparılmış tədqiqatın cəmi dəyəri 55 (əlli beş) manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulotor məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2022-ci il tarixli 3739 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə material ayrılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, həmin tarixdə də tutulmadan azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunmuş, xx.xx.2016-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2 və 83.4-cü maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşıdır. Həqiqətən də Qusar şəhəri G.İlizarov küçəsi 11 saylı evdə yaşayır və tərkibi arvadı X4 və 2014-cü il təvəllüdlü oğlu X1 ibarətdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan heroini şəxsi istifadə məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, 20 iyun 2022-ci il tarixdə Qusar şəhərin ərazisində saxlanılmış, üzərində aparılan şəxsi axtarış zamanı isə qanunsuz olaraq əynində olan şalvarının arxa sol cibində saxladığı 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,338 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM- 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, onun cinayət törətdikdən sonrakı davranışının müsbət yöndə inkişaf etməsini və həmin davranışların islah olunma perspektivləri baxımından ümidverici olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirildiyi CM 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs RF-nın vətəndaşıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi istisna edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70ci maddəsinin tətbiq olunmasını ona görə məqsədə müvafiq hesab etmir ki, o, Rusiya Federasiyasnın vətəndaşı olmaqla və Azərbaycan Respublikasında daimi olaraq orada yaşayır. Bu səbəbdən də, məhkəmənin qənaətinə görə onun barəsində şərti məhkum etmə barədə hökmün icrası gələcəkdə qeyri-mümkün olmaqla təyin olunmuş cəza səmərəsiz ola bilər və cəzanın məqsədləri təmin olunmaz. Belə ki, şərti məhkum etmə barədə hökmün başqa ölkə ərazisində icrası nə Azərbaycan Respublikasının qanunvericiliyində, nə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, eləcə də «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyada nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2.6-cı maddələrinə əsasən himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olduğundan, onun arvadının Azərbaycan Respublikasının vətəndaşı olduğundan onun barəsində əlavə cəza növü kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdən tarixdən 22 iyun 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 0,288 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs şəxsi axtarışını əks etdirən video görüntü olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 55 (əlli beş) manat Təqsirləndirilən şəxsdan tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 0,288 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs şəxsi axtarışını əks etdirən video görüntü olan 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar