Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-4/2024 09.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu ildə Qusar rayonu Kuzun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(029)- 6/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qusar rayonu Kuzun kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2015-2020-ci illər ərzində Qusar rayonu Kuzun bələdiyyəsinin sədri vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla rayonun Kuzun kənd sakini Zərərçəkmiş şəxs özü və qardaşı Şahid3 Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan 0.12 ha torpaq sahəsinin satılması üçün müraciəti ilə əlaqədar qulluq mövqeyinə görə ona olan inamdan istifadə etməklə Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncuya torpaq sahəsinin satılmasının mümkün olduğunu, 3 ay ərzində ödəniş qəbzlərini, iki ayrı-ayrı 0,12 ha həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışları verəcəyinə yalandan söz verib aldatmaqla razılığa gələrək, bu adla 20 avqust 2019-cu il tarixdə, günorta saatlarında Qusar şəhəri H.Əliyev prospektində, "xxxx" ASC- nin Qusar rayon filialının yaxınlığında yerləşən avtobus dayanacağının yanında ondan 4.600 (dörd min altı yüz) manat məbləğində pul vəsaitini almış, əvvəlcə bu torpaq sahələrini Zərərçəkmiş şəxs, həmçinin qardaşı Şahid3 adına rəsmiləşdirəcəyini bildirsə də, sonradan bu torpaq sahələrini onun atası Şahid1, anası Şahid2 adlarına rəsmiləşdirəcəyini yalandan bildirmiş, 2019-cu ilin təxminən oktyabr ayının sonlarında rəsmi sənəd hesab edilən Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan Şahid1 0.12 ha torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyinə, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına rüsum ödənilməsinə dair xx.xx.2001-ci il tarixli, 28 nömrəli kassa mədaxil orderinin qəbzinə, Şahid1 Kuzun bələdiyyəsinin torpaq fonundan 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair xx.xx.2001-ci il tarixli, 07 saylı qərarına, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktına, Şahid1 həyətyanı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planına, eləcə də Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan Şahid2 0.12 ha torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyinə, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına rüsum ödənilməsinə dair xx.xx.2001-ci il tarixli, 22 nömrəli kassa mədaxil orderinin qəbzinə, Şahid2 Kuzun bələdiyyəsinin torpaq fonundan 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair xx.xx.2001-ci il tarixli, 06 saylı qərarına, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktına, Şahid2 həyətyanı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planına, 02 ədəd Kuzun kəndinin yerquluşu xəritəsindən çıxarışlara tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib, “AZƏRBAYCAN RESPUBLİKASİ * QUSAR RAYONU * Kuzun Bələdiyyəsi" məzmunlu əksi olan Qusar rayonu Kuzun bələdiyyəsinin rəsmi möhürü ilə təsdiq edərək həmin sənədləri saxtalaşdırıb, Zərərçəkmiş şəxs verib həmin torpaq sahələrini onların adlarına rəsmiləşdirməsini bildirib aldadaraq, tamah məqsədilə sonuncunun 4.600 (dörd min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq və rəsmi sənəd hesab edilən sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, dələduzluq törətməsinə dair ittihamla razılaşır, vəzifə saxtakarlığına görə isə özünü təqsirli bilmir. Belə ki, zərərşəkmiş tərəfindən istintaq zamanı təqdim olunmuş Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan Şahid1 0.12 ha torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyinə, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına rüsum ödənilməsinə dair xx.xx.2001-ci il tarixli, 28 nömrəli kassa mədaxil orderinin qəbzinə, Şahid1 Kuzun bələdiyyəsinin torpaq fonundan 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair xx.xx.2001-ci il tarixli, 07 saylı qərarına, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktına, Şahid1 həyətyanı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planına, eləcə də Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan Şahid2 0.12 ha torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyinə, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına rüsum ödənilməsinə dair xx.xx.2001-ci il tarixli, 22 nömrəli kassa mədaxil orderinin qəbzinə, Şahid2 Kuzun bələdiyyəsinin torpaq fonundan 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair xx.xx.2001-ci il tarixli, 06 saylı qərarına, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktına, Şahid2 həyətyanı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planına, 02 ədəd Kuzun kəndinin yerquluşu xəritəsindən çıxarışlara hər hansı yazı və məlumat daxil etməmişdir. Belə ki, onun təhsili olmadığın görə yazmağı bacarmır. O, yalnız bələdiyyə sədri kimi boş blanklara möhür vurub zərər çəkmiş şəxsə vermişdir. İttiham aktında yazılan 4600 manat məbləğində pul isə onun Nadirə olan borcudur. Belə ki, sonuncu onun həyətində bina tikmiş, buna görə həmin şəxsə borclu qalmışdır. Həmçinin, o, sahədən kartof çıxarmalı olmuş, buna görə Nadirdən borc pul istəmiş və həmin şəxs pulu gətirib sahədə ona vermişdir. Sonradan Nadir ona müraciət edərək bələdiyyə tərəfindən ona torpaq sahəsinin satılmasını xahiş etmiş, buna görə ona 900 manat pulu bələdiyyə sədri vəzifəsindən çıxmamışdan 5 ay əvvəl vermişdir. O, torpaq sahəsini hərrac vasitəsi ilə satmaq istəmiş, lakin Nadirin bələdiyyə üzvü olan atası Nasir bildirmişdir ki, sənədləri köhnə tarixlə versin və özü sənədlərin hazırlanması ilə məşğul olacaqdır. Buna görə də, o, torpaq sahəsinin sənədlərinə, yəni boş blanklara möhür vurub Nadirgilə vermişdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəməxətşünaslıq ekspertizalarının rəyləri, o cümlədən cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 2019-cu ilin iyun ayında o və qardaşı bələdiyyədən torpaq sahəsi almaq istəmişlər, bununla bağlı bələdiyyə sədri Təqsirləndirilən şəxs müraciət etdikdə sonuncu torpaq sahələrinin satışını təşkil edə biləcəyini bildirmişdir. Razılıqlarına əsasən o, 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs 3100 manat məbləğində pul vermiş, sonr isə Yaşar əlavə olaraq 1500 manat da vermək lazım olduğunu bildirmiş və o, bankdan 1500 manat məbləğində kredit alıb Yaşara vermişdir. Həmin ilin oktyabr ayında Yaşar yaşadıqları evə sənəd gətirib onu imzalamağı xahiş etmişdir. Beləliklə də, hər torpaq sahəsinə görə Təqsirləndirilən şəxs 2300 manat pul vermiş, sonuncu isə bunun müqabilində hər torpaq sahəsi üçün ayrıca çıxarış gətirəcəyinə söz vermişdir. O, Yaşarın verdiyi sənədin saxta olmasını bilməmiş, onun verdiyi bütün sənədlərdə möhür olmuş və hazır sənədə oxşamışdır. Təqsirləndirilən şəxs onun pulunu qaytarmadığı tədqirdə ona qanuni qaydada cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1hməd oğlu göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun oğludur. Oğlu Nadir ona demişdir ki, bələdiyyə sədri işləyən Təqsirləndirilən şəxs onlara 2 ədəd torpaq sahəsi verəcək, bununla bağlı şəxsiyyət vəsiqələrini almışdır. Bir müddət sonra Yaşar oğluna demişdir ki, ona torpaq sahəsi düşmür, ata və anasının şəxsiyyət vəsiqələrini gətirsin. Yaşar demişdir ki, arvadının köhnə pasportunu gətirsin, o da polisdən bunu təşkil edib vermişdir. Yaşar həmin vaxta kimi oğlundan pul da almışdır. Sonradan Yaşar sənəd gətirmiş, sənəd 2001-ci ilin sənədi olduğuna görə oğlu sənədə şübhə ilə yanaşmış, lakin Yaşar onu sakitləşdirərək həmin sənəddən çox adamlara verdiyini demişdir. Yaşar torpaq sahələrinin yerini sonra göstərəcəyini demiş, lakin bunu etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sənədləri reyestr xidmətindən gəlmiş Sirac adlı şəxs nəzərdən keçirib demişdir ki, sənədlər saxtadır. O, Yaşardan verdikləri pulları tələb etmiş, hətta hissə-hissə qəbul edəcəklərini bildirsə də, Yaşar əvvəl razılaşsa da, sonra ümumiyyətlə telefonunu söndürmüş və onu tapmaq mümkün olmamışdır. Yaşarın verdiyi sənədlər tam yazılı vəziyyətdə olmuş, o və həyat yoldaşı 2 yerə imza etmişlər. Yaşar sənədləri verərkən demişdir ki, əvvəllər də bu qaydada torpaq sahəsi satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun oğludur, Təqsirləndirilən şəxs isə bələdiyyə sədri kimi tanıyır. X10 torpaq oğlu Nadir vermişdir. Yaşar axşam saatlarında sənədləri gətirmiş, imza etməsini demiş, o, sənədlərə imza etmiş, Yaşar sənədləri verib getmişdir. O, imza edərkən sənədlərə baxmamış, Yaşar 2 sənəd vermis, bildirmişdir ki, oğullarının yaşı çatmir, ona görə torpaqları ona verəcəkdir. Oğlu Nadir demişdir ki, Yaşar torpaq sahəsi verir, ona görə imza etmək lazımdır, o, da imza etmişdir. Sonradan oğlu Nadir demişdir ki, 3 ildir ki, Yaşara 4600 manat məbləğində pul vermiş, lakin pulunu qaytarmır. X10 pul verəndə o, orada olmamışdır. Yaşarın boş blanklar verməsi barədə evdə söhbət olmamışdır. Onlar Yaşara dəfələrlə pulu verməsini demişlər, lakin Yaşar pulu verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı Nadir bildirmişdir ki, onun adına torpaq sahəsi almaq istəyir. Qardaşı Nadir iki torpaq sahəsi almaq üçün Yaşara müraciət etmişdir. O, sonradan bilmişdir ki, torpaq sahəsinə görə qardaşı Nadir Yaşara 4600 manat məbləğində pul vermişdir. Yaşar sənədləri verəndə o, evdə olmamışdır. O, sonradan görmüşdür ki, sənədlər 2001-ci ilin sənədləridir. Sənədlərin boş, yəni yazısı olmayan sənədlər olmasını görməmişdir. Yaşarın verdiyi sənədlərin saxta sənəd olduğu təxminən 1 ildir ki, məlum olub. Çıxarış almaq istəyəndə məlum olmuşdur ki, sənədlər saxtadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, Yaşarı bələdiyyə sədri kimi tanımış, özü əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində işləmiş, sonra reyestr xidmətində mühəndis işləmişdır. İstintaq gedəndə məlum olmuşdur ki, saxta sənədlər var. Ona istintaqda xəritə, alqı-satqı aktı və qərar göstərmişlər, o, isə həmin sənədlərdən xəbəri olmadığını demişdir. Həmin sənədlərin tərtibatı ilə bağlı onun məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, Yaşarı bələdiyyə sədri kimi tanımışdır. Torpaq sahələri ilə bağlı rəy verilməsi üçün ona müraciət olunmuş, o, gedib sahəyə baxmış, koordinatları yoxlamış və məlum olmuşdur ki, torpaq sahələri örüş sahəsidir. Ona görə də o, rəy verə bilməyəcəklərini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, o, Yaşarı və zərər çəkmiş şəxs Nadiri tanıyır. O, özü əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin müdiri işləmişdir. Qusar rayon prokurorluğunda ona sənədlər təqdim olunmuş, o, sənədlərə baxmış, orada akt, xəritə, bir də bələdiyyə qərarı olmuş, oradakı imzalar saxta olmuş, yəni o, imzalamamışdır. Həmin sənədlər ona tanış gəlməmiş, düzgün olmayan sənədlər olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, o, Yaşarı tanıyır, həmin şəxs onun həmkəndlisidir. O, özü də əvvəllər bələdiyyə sədri işləmişdir. Polis Şöbəsinə çağırılanda məlum olmuşdur ki, 2001-ci ilin sənədinə onun xəbəri olmadan imza olunub. Həmin sənədi o, tərtib etməmişdir. O, 2004-cü ildən işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, o, Yaşarı tanıyır. Onu prokurorluğa çağırmışlar, ondan sənədləri onun yazıb-yazmamasını soruşmuşlar, o, isə yazmadığını demişdir. O, zərər çəkmiş şəxsdən pul almamış, pulun alınmasının şahidi olmamışdır. Yaşar ona demişdir ki, o, Nasirdən pul almamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 313-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, arvadı X3, oğlu Babək Kiçibəyov, oğlunun arvadı və azyaşlı nəvəsi ilə birlikdə yaşamışdır. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində Qusar rayonu Kuzun bələdiyyəsinə üzv seçilmiş, 2007-ci ildə isə həmin bələdiyyənin sabiq sədri Rahim Mirzəhmədovun yerinə bələdiyyə sədri seçilərək 2009-cu ilə qədər Qusar rayonu Kuzun bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 2009-cu ildə həmin bələdiyyənin sədri vəzifəsindən çıxaraq bələdiyyənin sədr müavini kimi fəaliyyətini davam etdirmiş, 2011-ci ildən 2020-ci ilin yanvar ayına qədər yenidən Qusar rayonu Kuzun bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Bundan başqa heç bir yerdə işləməmişdir. Əvvəllər mal-qara saxlamaqla, eləcə də kənd təsərrüfatı məhsullarını yetişdirib satmaqla fərdi əməklə məşğul olmuşdur. Qusar rayonu Kuzun bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə törətdiyi cinayət əməllərinə görə Qusar rayon prokurorluğunda barəsində 16 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 308.1- ci maddələri ilə cinayət işi başlanlımış, daha sonra cinayət işi baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, eləcə də 28 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.2, 311.3.3, 313-cü maddələri ilə cinayət işi başlanılmış və həmin cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Hal-hazırda hər iki cinayət işlərinə qeyd olunan məhkəmələrdə baxılır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin baxışında olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Qusar rayonu Kuzun kənd sakini Zərərçəkmiş şəxs və onun ailə üzvlərini həmkəndliləri və qonşuları kimi tanımışdır. Onlarla aralarında qohumluq əlaqələri, əvvəllər düşmənçilik və ya ədavətləri olmamış, qonşu kimi yaxşı münasibətləri olmuşdur. 2019-cu ilin təxminən yay aylarında Qusar rayonu Kuzun bələdiyyəsinin sədri vəzifəsində işlədiyi vaxtlarda qonşuları Zərərçəkmiş şəxs, Vüqar Nemətov yaşadığı evin həyət sahəsində meyvə-tərəvəz məhsulları yığmaq üçün anbar tikmişlər. Onlar təxminən bir ay müddətində onun həyətində fəhlə işləyib, anbarı tikib qurtarmışlar. Zərərçəkmiş şəxs həyətlərində usta kimi işlədiyi vaxtlarda özü və qardaşı Şahid3 üçün fərdi yaşayış evi tikmək məqsədi ilə Qusar rayonu Kuzun kəndində yaşadıqları evin kənarında yerləşən, Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fonduna daxil olan 2 ayrı-ayrı yerdə 0,12 ha həyətyanı torpaq sahələrini bələdiyyədən almaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs yaxın vaxtlarda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini, həmin vaxt təkrarən bələdiyyə sədri seçilib-seçilməyəcəyini bilmədiyini, bu səbəbdən onun və qardaşı Şahid3 adına həyətyanı torpaq sahələrinin rəsmiləşdirilməsi işinə başlanılsa, yeni bələdiyyə seçkilərinə kimi başa çatmayacağını, ona görə də torpaq sahəsi satmağa söz verə bilməyəcəyini demişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs həyətlərində usta işlədiyi müddətdə dəfələrlə onun və ailə üzvləri üçün istədiyi həyətyanı torpaq sahələrinin bələdiyyə tərəfindən ona satılmasını təşkil etməsini ondan xahiş edib bu işdə köməklik etməsinə yalvarmışdır. Zərərçəkmiş şəxs çox təkid etdiyindən, həmçinin qonşuları olduğundan üzündən keçə bilməyib istədiyi torpaq sahələrini onun adına rəsmiləşdirməyə razı olmuşdur. 2019-cu ilin dekabr ayında növbəti bələdiyyə seçkiləri keçiriləcəyindən, Zərərçəkmiş şəxs istədiyi torpaq sahələrini qısa müddətdə həll etmək mümkün olmayacağından köhnə tarixə Qusar rayonu Kuzun bələdiyyəsinin adından torpaq sahəsinin satılmasına dair saxta sənədlər tərtib edib, həmin sənədlər əsasında da bu torpaq sahələrinə çıxarış alıb onlara vermək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs bu məsələni həll edəcəyini bildirib bu işə görə ondan 4.600 manat məbləğində pul istəmişdir. Nadir və Şahid3lara istədikləri Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fonduna məxsus olan hər iki 0.12 ha torpaq sahələrinin bələdiyyə tərəfindən onlara satılmasına dair ilkin sənədlərini hazırlayaraq, bu sənədlər əsasında həmin torpaq sahələrinin çıxarışını alıb ona təhvil verəcəyini, hər torpaq sahəsinin sənədləşmə işlərinə də 2.300 manat pul lazım olacağını deyib Zərərçəkmiş şəxs 4.600 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs 3.100 manat pulu olduğunu deyəndə isə sənədləşmə işlərinə bu pulun bəs etməyəcəyini bildirib, üstünə 1.500 manat pul qoyub 4.600 manat pulu tam şəkildə istəmişdir. Bu səbəbdən 2019-cu ilin təxminən avqust ayının sonlarında Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Qusar rayon filialından 1.500 manat kredit götürmüş, elə həmin gün, saat təxminən 15 radələrində Qusar şəhərində ondan 4.600 manat məbləğində pulu əlbəəl şəkildə almışdır. 2019-cu ilin təxminən oktyabr ayında, saat təxminən 15 radələrində Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən, Qusar rayon icra hakimiyyəti başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yanında yerləşən surətçıxarma yerindən bələdiyyə qərarını və torpaqların alqı-satqısına dair aktın, eləcə də Qusar rayonu Kuzun bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarışın formalarını, yəni boş blanklarını hazırladıb almışdır. Həmin sənədləri aldığı, surətçıxarma yerində işləyən qadın bu sənədləri nəyə görə çıxartdırdığını bilməmiş, bu sənədlərin saxta olmasını, eləcə də həmin sənədləri sonradan saxtalaşdırmaq fikrində olduğundan məlumatsız olmuş, onun ümumiyyətlə Zərərçəkmiş şəxsla aralarında olan torpaq alqı- satqısına dair danışıqlarından heç bir xəbəri, bu işdə iştirakı olmamışdır. Həmçinin saxta sənədlər hazırlamaq məqsədilə Zərərçəkmiş şəxs atası Nasir, anası Şahid2 şəxsiyyət vəsiqələrini götürmüşdür. 2000-2004-cü illər ərzində rayonun Kuzun bələdiyyəsinin sədri vəzifəsində işləyən Şahid7 adından bu saxta sənədləri tərtib etmişdir. Bu səbəbdən Nadir və qardaşı Pəhləvanın həmin illərdə yaşlarının az olması səbəbindən onun valideynlərinin şəxsiyyət vəsiqələrini götürmüşdür. 2019-cu ilin təxminən oktyabr ayının sonlarında, saat təxminən 14 radələrində Qusar rayonu Kuzun kəndində öz avtomobilinin içərisində həmin sənədlərin boş blanklarına Qusar rayonu Kuzun bələdiyyəsinin rəsmi möhürünü vurub təsdiq etmişdir. Saxtalaşdırdığı sənədlərə 2 nüsxə bələdiyyə qərarı, torpaqların alqı-satqısına dair akt, Qusar rayonu Kuzun bələdiyyəsinin Kuzun kəndinin yerquruluşu xəritəsindən çıxarış, həmçinin Qusar rayonu Kuzun bələdiyyəsində əvvəlki illərdən qalmış 2 ədəd Kassa mədaxil qəbzi də olmuşdur. Bu sənədlərin boş blanklarına Qusar rayonu Kuzun bələdiyyəsinin möhürünü vursa da, orada heç bir əl yazısı yazmamış, imza çəkməmişdir. Ümumiyyətlə latın qrafikalı əlifba ilə yaza və oxuya bilməmiş, kiril qrafikalı əlifba ilə də çətinliklə yazı yazmış, oxumağı isə bir az bacarmışdır. Ona görə də yazı yaza bilmədiyi üçün Zərərçəkmiş şəxs möhürlə təsdiq etdiyi blankı aparıb içini özlərinin doldurmalarını deyib və ora nə yazılmaq barədə onlara istiqamət vermişdir. Onların əvvəllər Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində, eləcə də Qusar rayon Torpaq şöbəsində işləmiş Rəsul və Şirin adlı tanışları da olmuş, onların torpaq məsələlərindən çox yaxşı başı çıxmışdır. Bir neçə gün sonra, 2019-cu ilin təxminən oktaybr ayının sonlarında Zərərçəkmiş şəxs özü yaşadığı Qusar rayonu Kuzun kəndində yerləşən evinə gəlib Qusar rayonu Kuzun bələdiyyəsinin rəsmi möhürünü vurub saxtalaşdırdığı, 2 nüsxə bələdiyyə qərarını, torpaqların alqı-satqısına dair aktı, Qusar rayonu Kuzun bələdiyyəsinin Kuzun kəndinin yerquruluşu xəritəsindən çıxarışı, həmçinin Qusar rayonu Kuzun bələdiyyəsində əvvəlki illərdən qalmış 2 ədəd Kassa mədaxil qəbzinin boş blanklarını ona vermişdir. Kuzun bələdiyyəsinin rəsmi möhürünü vurmaqla saxtalaşdırdığı bu sənədlərin heç birində vəzifəli şəxslərin imzalarını, eləcə də həmin sənədlərin içərisində olan yazıları özü icra etməmişdir. Bu sənədlərin içərisində olan yazıları, ad və soyadları qeyd olunan vəzifəli şəxslərin imzalarını gözü ilə görmədiyi üçün kimin çəkdiyini dəqiq deyə bilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Qusar rayon şöbəsindən sənədlər düz olmadığından bu barədə Nasir və Şahid2 adına imtina məktubları göndərilmişdir. Həmin məktubları Şahid1 özü ona göstərmişdir. Zərərçəkmiş şəxs bu işdə onu günahlandırıb, verdiyi cəmi 4.600 manat məbləğində pulu geri istəmişdir. Maddi imkanı zəif olduğundan, onun pulunu qaytara bilməmiş, bir müddət müxtəlif bəhanələrlə onu yola verib vaxt qazansa da, heç cür pul düzəldə bilməmiş, 2022-ci ilin dekabr ayında isə barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra isə Nadir Mizrəhmədov onun barəsində şikayət etmişdir. Bu sənədləri saxtalaşdırmaqda özündən başqa heç kəsin işitrakı olmamışdır. Zərərçəkmiş şəxs aldadaraq ona saxta sənədlər verib pulunu ələ keçirməklə bağlı heç kəslə əvvəlcədən aralarında heç bir danışıq, razılaşma olmamışdır. Bütün saxtakarlıqları tək özü, bilərəkdən etmişdir. Kuzun kəndinin yerquruluşu xəritəsindən çıxarışların, xx.xx.2001-ci il tarixli, 28 nömrəli, xx.xx.2001-ci il tarixli, 22 nömrəli, kassa mədaxil orderinin qəbzlərin, xx.xx.2001-ci il tarixli, 07 nömrəli, xx.xx.2001-ci il tarixli, 06 nömrəli qərarların, xx.xx.2001-ci il tarixli, xx.xx.2001-ci il tarixli, torpaqların alqısatqısına dair aktların üzərində olan möhür Qusar rayonu Kuzun bələdiyyəsinin rəsmi möhürü olmuşdur. Həmin möhürlə bu sənədləri saxtalaşdrıb Zərərçəkmiş şəxs vermişdir. ***-***-**-** saylı mobil telefon nömrəsi özünə məxsus olmuş, həmin nömrə ilə Zərərçəkmiş şəxsla aralarında torpaq məsələsi ilə əlaqədar telefon danışıqları olmuşdur. Tutduğu bu işdən çox peşimanlıq çəkmiş, Zərərçəkmiş şəxs ona Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan torpaq sahəsi satmaq adı ilə aldığı 4.600 manat pulu qaytarmaq istəyir, lakin hal-hazırda buna maddi imkanı çatmır, bu işə görə bir az vaxt verilməsini, haqq-ədalətlə ona kömək edilməsini xahiş etmişdir. Tam məsuliyyəti ilə törətdiyi cinayət əməllərini, yəni qonşusu və həmkəndlisi Zərərçəkmiş şəxs aldadıb aldığı 4.600 manat məbləğində pulla bağlı, eləcə də bələdiyyə sədri kimi vəzifəli şəxs olaraq qanunsuz yolla, işlədiyi bələdiyyənin adından hazırlanmış boş blanklara xidməti istifadəsində olan bələdiyyənin möhürünü vurub boş blankı təsdiq edib vəzifə saxtakarlığına yol verməsinə görə təqsirini boynuna almışdır. İş materiallarında olan Qusar rayon İcra hakimiyyəti Qusar rayon dövlət arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-30RA/2-xx-xx/2023 nömrəli məktubundan görünür ki, Qusar rayonu Kuzun bələdiyyəsinin xx.xx.2021-cil tarixli, 06 nömrəli, xx.xx.2001-ci il tarixli, 07 nömrəli qərar və protokollarının təsdiq edilməsi mümkün olmamışdır (cild 1. i.v. 78). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-4332/2023 nömrəli məktubundan görünür ki, Qusar rayonu Kuzun bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 06 nömrəli, xx.xx.2001-ci il tarixli, 07 nömrəli qərarları və protokolları 5 saylı Xaçmaz Ərazi İdarəsinə verilməmiş, həmin qərarlar əsasında verilmiş torpaq sahələrinin koordinatları məlum olmadığına görə hər hansı dövlət aktının, çıxarışın işlənməsi barədə məlumatın verilməsi mümkün olmamışdır (cild 1, i.v. 143). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********33 nömrəli məktubundan görünür ki, Qusar rayonu Kuzun bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 07 nömrəli qərarı ilə satılmış 0.12 ha torpaq sahəsinin faktiki istifadə konfiqurasiyası və yeri bələdiyyə tərəfindən təsdiq edilmiş sxemdən fərqlidir, həmin torpaq sahəsinin koordinatları Qusar rayonu Kuzun bələdiyyəsi tərəfindən təyin edilmiş torpaq sahəsinə aid olmamış, yanlış olmuşdur (cild 2, i.v. 63). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********31 nömrəli məktubundan görünür ki, Qusar rayonu Kuzun bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 06 nömrəli qərarı ilə satılmış 0.12 ha torpaq sahəsinin faktiki istifadə konfiqurasiyası və yeri bələdiyyə tərəfindən təsdiq edilmiş sxemdən fərqlidir, həmin torpaq sahəsinin koordinatları Qusar rayonu Kuzun bələdiyyəsi tərəfindən təyin edilmiş torpaq sahəsinə aid olmamış, yanlış olmuşdur (cild 2, i.v. 64). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının 05 iyun 2023-cü il tarixli 4/804-5/662 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid2 adına olan fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsinin rəyində “Şahid6” qrafasındakı imza, 22 nömrəli xx.xx.2001-ci il tarixli kassa mədaxil orderinin qəbzində “Rəhbər” və “Baş mühasib” qrafalarındakı imzalar, xx.xx.2001-ci il tarixli torpaqların alqısatqısına dair aktda “3.Şahid6” qrafasındakı imza, torpaq sahəsinin yerquruluşu planında “Şahid6” yazısı önündəki imza, Şahid1 adına olan fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsinin rəyində “Şahid6” qrafasındakı imza, 28 nömrəli, xx.xx.2001-ci il tarixli kassa mədaxil orderinin qəbzində “Rəhbər” və “Baş mühasib” qrafalarındakı imzalar, xx.xx.2001ci il tarixli torpaqların alqı-satqısına dair aktda “3.Şahid6” qrafasındakı imza, torpaq sahəsinin yerquruluşu planında “Şahid6” yazısı önündəki imza - Şahid6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş Şahid2 adına olan 22 nömrəli xx.xx.2001-ci il tarixli kassa mədaxil orderinin qəbzində “Rəhbər” və “Baş mühasib” qrafalarındakı imzalar, xx.xx.2001-ci il tarixli qərarda “Şahid7” yazısı önündəki imza, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktda “1.Şahid7” qrafasındakı imza, Şahid1 adına olan 28 nömrəli xx.xx.2001-ci il tarixli kassa mədaxil orderinin qəbzində “Rəhbər” və “Baş mühasib” qrafalarındakı imzalar, 07 nömrəli, xx.xx.2001-ci il tarixli qərarda “Ş.Bağırov” yazısı önündəki imza, xx.xx.2001-ci il tarixli torpaqların alqısatqısına dair aktda “1.Ş.Bağırov” qrafasındakı imza - Şahid7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş Kuzun kəndinin yerquruluşu xəritəsindən çıxarışların, xx.xx.2001-ci il tarixli, 28 nömrəli, xx.xx.2001-ci il tarixli, 22 nömrəli kassa mədaxil orderinin qəbzlərinin, xx.xx.2001-ci il tarixli, 07 nömrəli, xx.xx.2001ci il tarixli, 06 nömrəli qərarların, xx.xx.2001-ci il tarixli, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktların üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş Kuzun kəndinin yerquruluşu xəritəsindən çıxarışların, xx.xx.2001-ci il tarixli, 28 nömrəli, xx.xx.2001-ci il tarixli, 22 nömrəli kassa mədaxil orderinin qəbzlərinin, xx.xx.2001-ci il tarixli, 07 nömrəli, xx.xx.2001ci il tarixli, 06 nömrəli qərarların, xx.xx.2001-ci il tarixli, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktların üzərlərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ * QUSAR RAYONU * Kuzun Bələdiyyəsi” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Kuzun kəndinin yerquruluşu xəritəsindən çıxarışların, xx.xx.2001-ci il tarixli, 28 nömrəli, xx.xx.2001-ci il tarixli, 22 nömrəli kassa mədaxil orderinin qəbzlərinin, xx.xx.2001-ci il tarixli, 07 nömrəli, xx.xx.2001-ci il tarixli, 06 nömrəli qərarların, xx.xx.2001-ci il tarixli, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktların üzərilərində olan “AZƏRBAYCAN RESPUBLİKASİ * QUSAR RAYONU * Kuzun Bələdiyyəsi” məzmunlu möhür əksləri sərbəst nümunə qismində təqdim edilmiş 26 sentyabr 2010-cu il tarixli, 09 nömrəli protokolun, xx.xx.2012-ci il tarixli, 08 nömrəli məktubun üzərilərində olan möhür əksləri ilə eynilik təşkil edirlər. Kuzun kəndinin yerquruluşu xəritəsindən çıxarışların, xx.xx.2001-ci il tarixli, 28 nömrəli, xx.xx.2001-ci il tarixli, 22 nömrəli kassa mədaxil orderinin qəbzlərinin, xx.xx.2001-ci il tarixli, 07 nömrəli, xx.xx.2001-ci il tarixli, 06 nömrəli qərarların, xx.xx.2001-ci il tarixli, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktların üzərilərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir (cild 2. i.v. 26-31). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/116- 5/913 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan Şahid1 0.12 ha torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyində olan yazılar, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına rüsum ödənilməsinə dair xx.xx.2001 -ci il tarixli 28 nömrəli kassa mədaxil orderinin qəbzində olan yazılar, Şahid1 Kuzun bələdiyyəsinin torpaq fonundan 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair xx.xx.2001-ci il tarixli 07 saylı qərarda olan yazılar, xx.xx.2001-ci il tarixli torpaqların alqı- satqısına dair aktda olan yazılar, Şahid1 həyətyanı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planında olan yazılar, Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan Şahid2 0.12 ha torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyində olan yazılar, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına rüsum ödənilməsinə dair xx.xx.2001-ci il tarixli 22 nömrəli kassa mədaxil orderinin qəbzində olan yazılar, Şahid2 Kuzun bələdiyyəsinin torpaq fonundan 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair xx.xx.2001-ci il tarixli 06 saylı qərarda olan yazılar, xx.xx.2001-ci il tarixli torpaqların alqı- satqısına dair aktda olan yazılar, Şahid2 həyətyanı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planında olan yazılar - Zərərçəkmiş şəxs tərəfindən yox, Şahid1 tərəfindən yox, Şahid2 tərəfindən yox, Şahid3 tərəfindən yox, Şahid5 tərəfindən yox, Şahid4 tərəfindən yox, X4 tərəfindən yox, Şahid8 tərəfindən yox başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan Şahid1 0.12 ha torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyində olan yazılar rəyin aşağı hissəsində “Müdiri:” qrafasında “Şahid6.” yazılarının qarşısında olan imza, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına rüsum ödənilməsinə dair xx.xx.2001-ci il tarixli 28 nömrəli kassa mədaxil orderinin qəbzinin aşağı hissəsində “Rəhbər”, “Kassir” qrafalarında olan imzalar, Şahid1 Kuzun bələdiyyəsinin torpaq fonundan 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair xx.xx.2001-ci il tarixli, 07 saylı qərarın aşağı hissəsində “Şahid7” yazılarının qarşısında olan imza, xx.xx.2001- ci il tarixli torpaqların alqı-satqısına dair aktın aşağı hissəsində “1”, “3” qrafalarında olan imzalar, Şahid1 həyətyanı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planının aşağı hissəsində “R.Əlverdiyev” yazılarının qarşısında olan imza, Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan Şahid2 0.12 ha torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyinin aşağı hissəsində “Müdiri.” qrafasında “Şahid6.” yazılarının qarşısında olan imza, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına rüsum ödənilməsinə dair xx.xx.2001-ci il tarixli 22 nömrəli kassa mədaxil orderinin qəbzinin aşağı hissəsində “Rəhbər”, “Baş mühasib” qrafalarında olan imzalar, Şahid2 Kuzun bələdiyyəsinin torpaq fonundan 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair xx.xx.2001-ci il tarixli, 06 saylı qərarın aşağı hissəsində “Şahid7” yazılarının qarşısında olan imza, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktın aşağı hissəsində “1”, “3” qrafalarında olan imzalar, Şahid2 həyətyanı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planının aşağı hissəsində “R.Əlverdiyev” yazılarının qarşısında olan imza - X1 tərəfindən yox, Şahid5 tərəfindən yox, Şahid4 tərəfindən yox, X4 tərəfindən yox, Şahid8 tərəfindən yox başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur (cild 3. i.v. 105-114). İş materiallarında olan Qusar rayon Kuzun bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubunda əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 03 nömrəli iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon Kuzun bələdiyyəsinin sədri seçilmişdir (cild 3, i.v. 93- 99). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v. 92-93). İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(029)- 6/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin vəzifə saxtakarlığı etməməsi, yəni saxta sənədləri hazırlamaqla zərər çəkmiş şəxsə verməməsi barədə məhkəmə iclasında verdiyi ifadələrinə qiymət verib bu nəticəyə gəlir ki, həmin xüsusatlar zərərçəkmiş və şahidlərin ifadələri, işin faktiki halları, o cümlədən təqsirləndirilən şəxsin özünün zərərçəkmişə saxta sənədlər hazırlayıb verməsi barədə ibtidai istintaqda verdiyi və işin faktiki hallarına uyğun gələn ifadəsi ilə təkzib olunur və bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi bu ifadəsinə tənqidi yanaşır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında zərər çəkmiş şəxsə boş blanklara möhürlər vurub verdiyini bildirmişdir ki, bu da bir daha həmin şəxsin bələdiyyə sədri vəzifəsində işlədiyi dövrdə vəzifə saxtakarlığını törətməsini təsdiq edir. Belə ki, hüquq verən sənədlərin blank formasına vəzifəli şəxs kimi möhürün vurulması özlüyündə vəzifə saxtakarlığını ehtiva edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 313-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini 2019-cu ildə törətmişdir. Həmin cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətdir və həmin cinayət əməlinin törədildiyi vaxtdan iki ildən artıq müddət keçmiş, bununla da, məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi əsası ilə onun barəsində CM-nin 313-cü maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsinə razı olmadığını göstərmişdir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2, 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, lakin həmin şəxs barəsində həmin əsasa görə həmin maddə ilə cinayət təqibinə xitam verilməsinə razı olmadığından o, CM-nin 313-cü maddəsi ilə təqsirli bilinməli, CM-nin 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının CPM-nin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə barəsində cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah edilməsi ona azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməklə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Belə ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini Qusar rayon məhkəməsinin əvvəlki hökmü çıxarılmamışdan əvvəl törətsə də, yəni hazırda məhkum olunmayan şəxs hesab olunsa da, o, əvvəlki hökmlə də eyni qəbildən olan cinayət əməllərini törətməyə görə məhkum olunmuşdur ki, bu da həmin şəxsin dələduzluq cinayətlərini törətməyə meyilli şəxs olmasını təsdiq edir. Həm də nəzərə alınsa ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmamış, bununla bağlı hər hansı cəhd göstərməmişdir, bu da bir daha həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri edir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunu hesab etmişdir ki, əlavə cəzalar cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Həmin Qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.3-cü maddəsində nəzərdə tutulan hərəkətləri törətməklə zərərçəkmiş şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə saxtakarlığı etmiş Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsi, cəzanın tənbeh təsirinin gücləndirilməsi və cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsini təmin etmək baxımından zəruridir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini Qusar rayon məhkəməsinin 09 avqust 2023-cü il tarixli hökmü çıxarılmamışdan əvvəl törətdiyindən Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə həmin şəxsə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli Qusar rayon məhkəməsinin əvvəlki hökmünün çıxarıldığı vaxtdan, yəni 09 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi və bu səbəbdən də hazırki iş üzrə ibtidai istintaq zamanı onun barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan Şahid1 0.12 ha torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyi, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına rüsum ödənilməsinə dair xx.xx.2001 -ci il tarixli, 28 nömrəli kassa mədaxil orderinin qəbzi, Şahid1 Kuzun bələdiyyəsinin torpaq fonundan 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair xx.xx.2001-ci il tarixli, 07 saylı qərarı, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktı, Şahid1 həyətyanı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planı, eləcə də Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan Şahid2 0.12 ha torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyi, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına rüsum ödənilməsinə dair xx.xx.2001-ci il tarixli, 22 nömrəli kassa mədaxil orderinin qəbzi, Şahid2 Kuzun bələdiyyəsinin torpaq fonundan 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair xx.xx.2001-ci il tarixli, 06 saylı qərarı, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktı, Şahid2 həyətyanı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planı, 02 ədəd Kuzun kəndinin yerquluşu xəritəsindən çıxarışlar, Qusar rayonu Kuzun bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 07 nömrəli, xx.xx.2012-ci il tarixli, 08 nömrəli məktubları, Qusar rayonu Kuzun bələdiyyəsinin xx.xx.2010-cu il tarixli protokolu cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 400 (dörd yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib CM-nin 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının CPM-nin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 09 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 09 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul şəxs qismində vəzifə tutma hüququndan məhrum məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi və bu səbəbdən də hazırki iş üzrə ibtidai istintaq zamanı onun barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan Şahid1 0.12 ha torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyi, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına rüsum ödənilməsinə dair xx.xx.2001 -ci il tarixli, 28 nömrəli kassa mədaxil orderinin qəbzi, Şahid1 Kuzun bələdiyyəsinin torpaq fonundan 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair xx.xx.2001-ci il tarixli, 07 saylı qərarı, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktı, Şahid1 həyətyanı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planı, eləcə də Qusar rayonu Kuzun bələdiyyəsinin torpaq fondundan Şahid2 0.12 ha torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin rəyi, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına rüsum ödənilməsinə dair xx.xx.2001-ci il tarixli, 22 nömrəli kassa mədaxil orderinin qəbzi, Şahid2 Kuzun bələdiyyəsinin torpaq fonundan 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair xx.xx.2001-ci il tarixli, 06 saylı qərarı, xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair aktı, Şahid2 həyətyanı məqsədilə satılmış torpaq sahəsinin yerquruluşu planı, 02 ədəd Kuzun kəndinin yerquluşu xəritəsindən çıxarışlar, Qusar rayonu Kuzun bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 07 nömrəli, xx.xx.2012-ci il tarixli, 08 nömrəli məktubları, Qusar rayonu Kuzun bələdiyyəsinin xx.xx.2010-cu il tarixli protokolu cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 400 (dörd yüz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-4/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-4/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver