Məhkəmə qərarları › İş №1(029)-4/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-4/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-4/2025 22.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili X2, Müdafiəçi1, Müdafiəçi3, Tərcüməçi : X3 iştirakları ilə, 03 may 1998-ci il tarixdə İraq Respublikasında doğulmuş, İraq Respublikasının Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, İraq Respublikasının Babil şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə, 24 oktyabr 1998-ci il tarixdə İraq Respublikasında doğulmuş, İraq Respublikasının Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, İraq Respublikasının Bağdad şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə, 13 aprel 1994-cü il tarixdə İraq Respublikasında doğulmuş, İraq Respublikasının Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, İraq Respublikasının Bağdad şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əl-X8baqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasına getmək üçün vizası olmaması səbəbindən qanunsuz yolla Rusiya Federasiyasına getmək məqsədilə İraq Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 may 2024-cü il tarixdə, saat 15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qusar rayonunun ərazisində yerləşən 8-ci sərhəd zastavasının xidməti sahəsindən piyada hərəkət edərək Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində qəsdən, qanunsuz olaraq keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, dövlət sərhəd xəttindən 600 metr məsafədə saxlanıldıqlarından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onlar Azərbaycan Respublikasına gələndə niyyətləri qanuni yolla Rusiya Federasiyasına keçmək olmuşdur. Onlar gömrük keçid məntəqəsinə getmiş, həmin məntəqə onların vizaları olmadığına görə onları oradan uzaqlaşdırmışlar. Bundan sonra onlar viza almaq üçün Rusiya Federasiyası səfirliyinə getmişlər. Onlar, pul qarşılığında Rusiya Federasiyası ordusunda qulluq etmək istəmişlər. Onların niyyətləri orduda qulluq etmək yox, bu adla Rusiya Federasiyasına getmək olmuşdur. Onlara səfirliyə müraciət etməyi, Rusiya Federasiyasından onlara orduda qulluq etməyə görə icazə verildikdə viza verəcəklərini demişlər. Sonradan səfirlikdən onlara zəng gəlməmişdir. Onların niyyətləri sərhədi qeyri qanuni keçmək olmuşdur, yolda həmin düşündükləri əməllərinin səhv olduğunu başa düşmüşlər, onları sərhəddə yox maşında saxlamışlar. Onları, hərbiçi maşının içində saxlayıb. Onlar dəmir məftil olan yerə yaxınlaşmamışlar, onları dəmir məftil olan yerdən xeyli aralı məsafədə saxlayıblar. Onlar dəmir məftil olan əraziyə tərəf yaxın getməmişlər. Onlar saxlandıqları yerdə şlagbaun, dəmir məftil olmayıb, onları yolda maşının içində saxlayıblar. Getdikləri yoldan çay görünmüş, məqsədləri sərhədi keçmək olub, lakin əməllərinin səhv olduğunu başa düşüb həyata keçirməmişlər. Qusar rayonuna gəlməkdə məqsədləri turistik yerləri görmək olmuş, sonra niyyətləri sərhədi keçmək olub, yolda əməllərinin qanunsuz olduğunu düşünüb geri qayıtmışlar. Qusar rayonuna, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə gəlmişdir. Qusar rayonuna gəlməyi, özləri qərar vermişlər. Azərbaycanın bir çox yerlərini gəzdiklərinə görə Qusar rayonuna da gəlməyi qərar vermişlər. Qusar rayonu ilə Rusiya Federasiyası arasında sərhəd olmağı Google proqramı vasitəsi ilə öyrənmişlər. Öz ölkələrində RF-nın səfirliyi bağlı olduğuna görə öz ölkələrindən RF-na gedə bilməmişlər. İbtidai istintaq zamanı onlara qaşı hər hansı fiziki və psixi təsir olunmamış, tərcüməçi ilə təmin olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək digər Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək bildirdi ki, onlar, Azərbaycan Respublikasına gələndə birinci İraq və Rusiya Federasiyası səfirliyinə gedib viza tələb etmişlər, lakin onlara viza verilməmişdir. Rusiya Federasiyası səfirliyindən orduda xidmət adı ilə viza istəmişlər. Onlara müdafiə nazirliyi və ya səfirliklə danışmalı olduqlarını demişlər lakin o da alınmamışdır. Bakı şəhərindən Qusar rayonuna gəlmişlər, niyyətləri sərhədi keçmək olmuşdur, yolda niyyətlərindən imtina etmişlər, sərhədə çatmamış geri qayıtmışlar, geri dönən istiqamətdə onları polis saxlayıb hərbi hissəyə aparmışlar. Qusar rayonuna gəlməkdə məqsədləri turistik yerləri görmək olmuşdur. Onları, sərhədçilər ümumi yolda saxlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək digər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək bildirdi ki, onlar, Azərbaycan Respublikasına gələndə səfirliyə gedib viza tələb etmişlər, lakin onlara viza verməmişlər, bundan sonra sərhədə gəlmişlər, sərhəddən viza olmadığına görə onları buraxmamışlar, daha sonra Bakı şəhərində qayıtmışlar. Bundan sonra Qusar rayonuna sərhədi keçmək məqsədi ilə gəlmişlər, lakin yoldan geri qayıdanda onları saxlamışlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə Qusar rayonuna gəlmişlər. Onların sərhədi keçmək niyyətləri olmuş, lakin tərəddüd edib geri qayıtmışlar. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrini özünü müdafiə xarakterli hesab edir, onların ifadələrini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsirli olması aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Dövlət Sərhəd Xidmətinin qulluqçusudur, Qusar rayonu Həzrə kəndində əməliyyat müvəkkili kimi xidmət etmişdir. 21 may 2024-cü il tarixdə xidmətdə olduğu zaman nömrəsini xatırlamadığı ağ rəngli “Mercedes Viana” markalı avtomobilin əraziyə gəldiyi müşahidə olunmuşdur. Həmin avtomobilin hərəkətləri onda şübhə doğurmuş, maşın dövlət sərhət istiqamətində getdiyi, qayıtdığı və körpünün üstündə saxladığını müşahidə etmişdir. Körpünün üstündə maşın saxlamaq lazımsız bir şey olmuşdur. Maşında qabaqda iki nəfər əyləşmiş, arxada oturanları o, görməmişdir. O, maşına yaxınlaşıb sürücüdən nə isə baş verdiyini bir vətəndaş kimi soruşmuş, sürücü sadəcə istirahət məqsədi ilə dayandığını bildirmişdir. O da sürücüdən maşında əcnəbi vətəndaşların olub olmamasını soruşmuş, həmin vaxt sürücü maşından düşmüş, sürücü maşında İraq vətəndaşların olduğunu deyib maşının qapısını açmış və həmin şəxsləri təqdim etmişdir. O, həmin şəxslərin sənədlərinə baxdığı zaman həmin şəxslərin həqiqətən İraq Respublikasının vətəndaşları olduğu müəyyən olunmuş və onlardan bura gəlməsinin məqsədini soruşanda onlar ona sadəcə istirahət etmək üçün gəldiklərini demişlər. O da subordinasiya qaydalarına riayət edərək rəhbərliyə bildirmişdir. Həmin şəxslər əvvəllər səkkiz nəfər Xaçmaz rayonunun Xan oba, Qusar rayonunun Samur qəsəbəsinə gələrək dövlət sərhəd xidmətində kəşfiyyat müşahidələri apardıqları barədə məlumat daxil olmuşdur. Saxladığı üç nəfər həmin səkkiz nəfərdən olduğuna görə dövlət sərhəd xidmətinə təhvil verilmişdir. Səkkiz nəfərdən üç nəfər isə Qusar rayonu Yuxarı Zeyxur sərhəd zastavasından sərhədi keçmək istəyən zaman ikisi özləri təslim olub, bir nəfər isə çayda boğularaq ölüb, digər iki nəfər isə Bakı şəhərində olduğu müəyyən olunmuşdur. Onların telefonlarına baxış zamanı Rusiya Federasiyası Dağıstan ərazisində olan otellər və konumlar aşkarlanmışdır. Əvvəlki müşahidələrinə görə onlar bir dəfə də gəlib əraziyə baxış keçirmişlər, həm də telefonlarında olan konumlara əsasən sərhədi keçmək istədiklərini müəyyən etmişlər. Həmin şəxsləri Qusar rayonu Həzrə kəndində Uqur çayın üstündə olan körpünün yanında saxlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 1992-ci il tarixli 460 saylı qərarına əsasən sərhəd rejimi çaydan bir kilometr ərazisi sayılır. Təqsirləndirilən şəxsləri çaydan 500-600 metr məsafədə saxlamışdır. Onların mühafizə etdikləri ərazi Nazirlər Kabinetin qərarına əsasən sərhəd rejimi çayın sahilindən bir kilometr əraziyə aiddir. Sərhəd boyu rejim sayılan yerdə şübhələndikləri maşınları saxlayırlar. Həmin şəxsləri sübhəli gəldiklərinə görə saxlamışdır. Sərhəd boyu rejimdən buraxılış vərəqəsi verilmiş hər kəs keçə bilər, buraxılış vərəqəsi olan şəxslər buraxılır. Təqsirləndirlən şəxslərin sərhədboyu ərazidə keçməsi üçün buraxılış vərəqələri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 7 may 2024-cü il tarixdə Məhəmməd və Mustafa ona zəng edərək Rusiya Federasiyası Səfirliyinin qarşısına gəlməyini xahiş etmişdir. Onlar onun telefon nömrəsini “Facebook” sosial şəbəkəsindən götürmüşlər. O, təxminən 9 ildir ki, turizm sektorunda sürücü işləyir. Onlarla görüşəndə Rusiyaya getmək üçün viza istədiklərini demişlər. Onların dediklərinə əsasən viza üçün səfir ilə görüşmək lazım olduğunu demişlər. O, orada olan polis əməkdaşına yaxınlaşmış, ondan səfirin olub-olmamasını öyrənmiş, polis ona səfirin işdə olmadığını, işdə konsulun olduğunu demişdir. Orada olan polis əməkdaşından RF-na getmək üçün İraq vətəndaşlarına viza verilib-verilmədiyini soruşmuş, polis əməkdaşı da ona RF-na getmək üçün İraq vətəndaşlara viza verilmədiyini demiş, o da viza verilmədiyini, artıq burada durmağa ehtiyac olmadığını çıxıb getməsini demişdir. Sonra həmin şəxsləri maşınla aparıb düşürüb sağollaşıb getmişdir. Sonra ayın doqquzunda həmin şəxslər bir də ona zəng edib Qubaya, Şahdağa gəzməyə getmək istədiklərini maşın təşkil etməsini demişlər. O da onlara maşın təşkil etmiş və onlar Qubaya yola çıxmışlar. Yolda onlar sürücüyə Qubaya yox Azpetrolda olan motelə sürməyi xahiş etmiş və onları həmin motelə düşürtmüşdür. Onları düşürdüb geri qayıtmışdır. Dəqiq xatırlamadığı tarixdə ayın ya 9-u idi yada 10-u idi, Məhəmmədin Azərbaycan nömrəsindən ona zəng gəldi və Məhəmməd ona “yanımda olan adam gör nə deyir” demişdir. O da həmin şəxslə danışmış, həmin şəxs ona dövlət sərhəd xidmətinin nümayəndəsi olduğunu bildirmiş və həmin şəxsə sərhəddən buraxmadığını izah edilməsini bildirmişdir. Sərhəd xidmətini əməkdaşının dediyinə görə bunlar sərhədi düzgün dürüst keçmək üçün yaxınlaşmışlar. O da, Məhəmmədə, sərhədi keçə bilməyəcəyini, keçmək üçün vizanın lazım olduğunu, onun da vizanın olmadığını, geri qayıdın çıxıb gəlməsini izah etmişdir. Onlar da çıxıb qayıtmışlar. Mayın 21-də bu üç nəfər ona zəng edib Qubaya Şahdağa gəzməyə aparmasını demiş, həmin gün beş mərtəbə deyilən yerdə onları götürüb Quba rayonuna gəlmişdir. Şahdağa dönən yerdə onlar ona düz sürməyi demiş və konum olan istiqamətə sürməyi bildirmişdir. Gəldiyi ərazi Qusar rayonunun Piral kəndi, Hil kəndi, Həzrə kəndi olmuşdur. Yol gələndə görmüşdür ki, burada aktiv həyat var fəaliyyət var, ürəyinə başqa heç nə gəlməmiş. Sonra yol qurtarmış və qabağına bir təpə çıxmışdır. Onlara burada yol qurtardığını qayıtmağını demişdir. 150 manata gedib qayıtmağı razılaşmışlar. Onların heç birinin çantası olmamış, ayın 23-də geri dönüş istiqamətdə biletləri var idi. O, onlara geri qayıtmağı demiş, onlar da etiraz etməmiş, geri qayıtmışlar. Geri qayıdanda o, öz təbii ehtiyaclarını ödəmək üçün maşını saxlamış, bu vaxt qarşı tərəfdən yaş asfalt rəngində 07 markalı maşın gəlib düz onun maşınının qabağında saxlamış, içindən bir nəfər düşüb özünü dövlət sərhəd xidmətinin əməkdaşı Şahid1 kimi təqdim edib maşında xarici İraq vətəndaşların olub-olmamasını soruşmuş, o da maşında xarici İraq vətəndaşların olduğunu demiş və maşının qapısını açmışdır. Ravil həmin şəxslərin pasportlarını almış və onları komendaturaya aparmış, oradan da onları hərbi hissəyə aparmışlar. Onlardan Həzrə kəndinə getmə səbəbini soruşmamış, çünki, bu ona maraqlı olmamışdır. Pul müqabilində turist kimi kimi onları aparmışdır. Təxminən 50 metr məsafədə təpə olmuşdur. Qarşısında təpə olduğuna görə təəccüblənmişdir. Sərhəd xidmətinin əməkdaşı Ravil gələndən sonra, onun dediyinə görə həmin şəxslər sərhədi keçməyə təsəbbüs göstərdiklərini bilmiş, bunu, komendaturada eşitmişdir. Ona komendaturada demişlər ki, qırmızı lakatoru keçib, o da, onlara orada heç bir nişanın olmadığını demişdir. Sərhəd xidmətinin əməkdaşları onları saxlayanda ətrafda maşınlar mütəmadi hərəkət etmiş, həmin ərazidə 50 metr arxada market var olmuşdur. Yol ilə getmişlər, qarşılarına təpə çıxmış, təpə çıxdğına görə geri qayıtmışlar, arxaya qayıdan vaxt onları saxlamışlar. Həmin şəxslər ona RF-nın ərazisinə aparmasını qətiyyən deməmişlər. Mobil telefonda olan konuma görə getmiş, telefonu ona kim verdiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Azərbaycan Respubliksının Nazirlər Kabinetinin 27 avqust 1992-ci il tarixli 460 saylı qərarına əsasən sərhəd rejimində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, şəxslərin nəqliyyat vasitələrin, həmçinin fəaliyyəti nəzərdə tutulmuşdur. Onlar həmin qərara əsasən sərhəd rejimi zolağında şəxslərin və şəxslərə məxsus maşınlarını nəzarətdə saxlayır və tənzimləyirlər. Təqsirləndirilən şəxslərin saxlandığı ərazi 8-ci sərhəd zastavası onun xidmət etdiyi ərazidir. Azərbaycan Respublikasının Dövlət sərhədi Samur çayının içərisi ilə keçir. Sərhəd boyu bir kilometr ərazidə vətəndaşları saxlamağa onların hüquqları var, təqsirləndirilən şəxslərin saxlanıldığı ərazi sərhəd rejiminə düşmüşdür. İş materiallarında olan 21 may 2024-cü il tarixli məktubdan görünür ki, İraq Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 21 may 2024-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində qanunsuz yolla keçməyə cəhd edərkən saxlanılmışlar. İş materiallarında olan 21 may 2024-cü il tarixli, hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 21 may 2024-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd etdiyi ərazi N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 1-ci sahəsinin arxa istiqamətində yerləşən körpü olmaqla, qeyd olunan ərazi zastavanın 1-ci sahəsində dövlət sərhəd xəttindən təxminən 600 metr məsafədə yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış baş idarəsindən daxil olmuş 2 iyul 2024-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, 21 may 2024-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 8-ci sərhəd zastavasının 1-ci sahəsində Azərbaycan Respublikası-Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən 3 nəfər saxlanılmışdır. Saxlanılmış şəxslərin İraq Respublikası vətəndaşları, 13 aprel 1994-cü il təvəllüdlü X12 Abdullah, 24 oktyabr 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.1999-cu il təvəllüdlü Əl-X9maları müəyyən edilmişdir. Aparılmış filtirasiya tədbirləri nəticəsində saxlanılan şəxslərin 6 may 2024-cü il tarixdə Azərbaycan Respublikasına rəsmi qaydada gəlmələri və Bakı şəhərində yerləşən “Karvansaray” hostelində qalmaları müəyyən edilmişdir. Bundan başqa saxlanılan şəxslərin 8 nəfərlik qrup olmaları və 9 may 2024-cü il tarixdə 5-ci sərhəd zastavasının arxa hüdudunda yerləşən Turist qəsəbəsi yaxınlığında saxlanılmaqla sərhədçilər tərəfindən uzaqlaşdırılmaları müəyyən edilmişdir. Hər üç şəxsin işləmək məqsədilə qanunsuz yolla (vizaları olmadığına görə) Rusiya Federasiyasına getmək niyyətində olmaları müəyyən edilmişdir. Bu məqsədlə saxlanılan şəxslər Rusiya ordusunda xidmət etmək şərtilə alınan viza üçün də müraciət etmişlər. Saxlanılmış şəxslər 21 may 2024-cü il tarixdə **-LH-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı, “Viano” modelli avtomobillə saat 11 radələrində Bakıdan çıxaraq Qusar rayonunun mərkəzinə, oradan da Həzrə kəndinə gəlmişlər. Sərhəd pozucuları Rusiya Federasiyasına getmək niyyətində olduqlarını və bu səbəbdən dövlət sərhədini pozmağa cəhd etdiklərini etiraf etmişlər. Qeyd olunan şəxslərə dövlət sərhədini pozmaqda hər-hansı bir şəxsin köməklik etməməsi, mobil telefonlarında olan mobil naviqasiya proqramından istifadə edərək xidməti əraziyə gəlmələri müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmamışlar. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq Rusiya Federasiyasına keçməyə cəhd etmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməllərini törətməsi Şahid1 və X4 ifadələri ilə təsdiq olunur. Hər ikisinin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sərhəd boyu rejim qaydalarını pozmuşlar. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını yüngülləşdiriən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onlara təqsirləndirildikləri Azərbaycan Respublikası CMnin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, bu tip cinayətlərin yayılmasının qarşısının alınması üçün hüququn xəbərdaredici funksiyasının təmin edilməsi üçün azadlıqdan məhrum etmə cəza təyin edilməsini məhkəmə məqdəsə müvafiq hesab edir. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əcnəbi olduqlarından, həmçinin Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən şəxslərin dairəsinə daxil olmadığından ona CM-nin 52.1-ci maddəsinə əsasən əlavə cəza növü kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və həmin cəza əsas cəza növünü çəkdikdən sonra icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 may 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 21 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məxsus müvafiq olaraq “İnfinix HOT 30 PLAY”, “Samsung” və “Realme 8” markalı mobil telefonlar əsas cəza çəkilib qurtardıqdan sonra qanuni sahiblərinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Əl-X5 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o əsas cəzanı çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Əl-X6 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o əsas cəzanı çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Əl-X1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o əsas cəzanı çəkdikdən sonra icra edilsin. Hökmdən elan olduğu andan (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3) isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar