Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-40/2022 06.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə x xxxx 2000-ci ildə Qusar rayonu Hil kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təhqiqat orqanı tərəfindən ittiham olunur ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsi “Təzə bazar”ın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs məxsus “Priora-Lada” markalı “M 324 УС05” rus dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun tanışıdır. O, 14 may 2022-ci il tarixdə gecə saatlarında Qusar şəhəri “Təzə baza” adlanan ərazidə olan kafedə olmuş, tanışı Murad da həmin kafedə olmuşdur. O, Qusar-Balaqusar yolunda yerləşən kafeyə getmək istəmiş, bu məqsədlə kafedən çıxmış, Muradın bayırda olan “Priora-Lada” markalı avtomobilini həmin şəxsin icazəsi olmadan götürüb idarə edərək getmişdir. Həmin vaxt avtomobilin qapısı açıq olmaqla işə salan açar avtomobilin üzərində olmuş və o, açarla avtomobili işə salıb sürmüşdür. O, bunu Murada ərki çatdığı üçün etmişdir. Bir qədər getdikdən sonra “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında avtomobili saxlamış, bir az sonra polis əməkdaşları onu saxlamışlar, Murad da oraya gəlmiş, avtomobili idarə etmək üçün ona icazə vermədiyini bildirmiş, o, törətdiyi əməlini etiraf etmiş və daha sonra təhqiqata cəlb olunmuşdur. Murad avtomobilə ziyan dəydiyini deyərək ondan pul tələb etmiş, əvvəlcə o, ziyanı ödəyə bilməmiş, lakin sonradan ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, bir daha belə hərəkətlərə yol verməyəcəyini, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, həmin şəxsi idarə etdiyi avtomobillə bir neçə dəfə müxtəlif yerlərə aparıb gətirmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində etibarnamə əsasında idarə etdiyi “Priora-Lada” markalı avtomobili Qusar şəhəri Ç.Qurbanov küçəsi “Təzə bazar”ın qarşısında saxlayıb getmiş, geri qayıtdıqda isə avtomobili yerində görməmişdir. Bu səbəbdən də, DİN-in “102” zəng xidmətinə zəng etmiş, bir qədər sonra polis əməkdaşları oraya gəlmişlər, birlikdə Qusar rayonu Balaqusar kəndi istiqamətinə getmişlər və yolun kənarında olan yanacaq doldurma məntəqəsinin yanında avtomobili polis əməkdaşları saxlamışlar. Məlum olmuşdur ki, onun avtomobilini onun icazəsi olmadan sürüb gedən şəxs Təqsirləndirilən şəxsdur. Həmçinin, məlum olmuşdur ki, Allahqulu onun avtomobilini xeyli müddət idarə etmiş, avtomobilin alt hissəsini müxtəlif yerlərə vurmuş, bəzi ehtiyat hissələrini zədələmiş və ona ziyan vurmuşdur. Daha sonra Allahqulu təhqiqata cəlb olunmuş, sonradan həmin şəxs ona dəymiş ziyanı tam aradan qaldırmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, həmin şəxsin ona dəymiş ziyanı tamamilə ödədiyini, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs onun qardaşıdır, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə tanımır. Qardaşı Allahqulu tanışı Muradın avtomobilini qaçırdığını və idarə etdiyini ona demiş, lakin o, bunu özü görməmiş, qardaşının yanında olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar RPŞ-nin DYPB-nin baş inspektoru vəzifəsində işləyir. 14 may 2022-ci il tarixdə gecə saatlarında növbətçi hissədən “Priora-Lada” markalı avtomobilin qaçırılması ilə bağlı məlumat daxil olmuşdur. Bundan sonra onlar hadisə yerinə getmişlər, şikayətçi Zərərçəkmiş şəxs götürmüşlər, həmin şəxs avtomobilin harada olduğunu demiş, daha sonra birlikdə Qusar rayonu Balaqusar kəndi istiqamətinə getmişlər və elektrik şəbəkəsinin yanında həmin avtomobili saxlamışlar. Həmin vaxt avtomobildə 2-3 nəfər şəxs olmuş, avtomobili qaçıran şəxs Təqsirləndirilən şəxs avtomobili sahibinə qaytarmaq üçün getdiyini demişdir. Onlar avtomobili saxlayarkən avtomobildə hər hansı zədə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Qusar RPŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Qusar şəhəri “Rabitəbank”ın yaxınlığında saxladığı “Lada Priora” markalı “M 324 УС05” rus dövlət qeydiyyat nişanlı avtomobilini əvvəllər tanıdığı Təqsirləndirilən şəxs qaçırtdığını göstərmiş və həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 14 may 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən Zərərçəkmiş şəxs və Qusar RPŞ-nin növbətçi hissəsinin sürücüsü, polis serjantı X4, hal şahidləri X5 və X6 iştirakları ilə həmin tarixdə saat 10:00-dan saat 10:45-dək Qusar RPŞ-nin inzibati binasının həyətinə müvəqqəti yerləşdirilmiş, Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “Lada Priora” markalı “M 324 УС05” rus dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin Rusiya Federasiyasının 2010-cu il istehsalı, göy-qara rəngdə olması müəyyən edilmişdir. Baxış zamanı avtomobil işlək vəziyyətdə, avtomobilin arxa qapılarnın şüşələrinin və arxa şüşəsinin qara örtüklü olması müşahidə edilmişdir. Həmin avtomobilin salonuna keçirilmiş baxış zamanı salondan pul və ya sənəd, digər əşyaların itməsi və ya zədələnməsi hallarına rast gəlinməmişdir. Avtomobilə baxış zamanı əzilmə, sürtünmə və ya qəsdən xarab etmə və yararsız vəziyyətə salma halları müşahidə edilməmişdir. Avtomobilə aid sənədlərə də baxış keçirilməklə surətləri toplanmış materiallara əlavə edilmişdir. Baxış zamanı avtomobillə yol-nəqliyyat, piyada vurma, maneəyə çırpılma və ya digər nəqliyyat vasitələri ilə toqquşmasına oxşar yol-nəqliyyat hadisələrinin törədilməsi halları aşkar edilməmişdir. Avtomobilin üst və salon hissələrində qan iz-ləkələrinə rast gəlinməmişdir. Həmin avtomobilə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən iz və ya əşya aşkar edilməmişdir. Baxış keçirilərkən çəkilmiş fotogörüntülər protokola əlavə edilmişdir. İş materiallarında olan Rusiya Federasiyasına aid 99 07 № 982628 saylı 20 mart 2019-cu il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lada Priora” markalı “M 324 УС05” rus dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1. İş materiallarında olan 19 mart 2022-ci il tarixli 05/21-n/05-2022-1-1378 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, “Lada Priora” markalı “M 324 УС05” rus dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən 05 il müddətinə Zərərçəkmiş şəxs idarəçiliyinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 24 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Quba-Xaçmaz Regional Ərazi filialının Qusar rayon qəbul şöbəsi tərəfindən verilmiş 18 may 2022-ci il tarixli **********1 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbədən pensiya, sosial müavinət, təqaüd almır. İş materiallarında olan Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 20 may 2022-ci il tarixli 922/05-22 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 may 2022-ci il tarixli 515 saylı arayışdan görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs ailə tərkibi anası X2 və qardaşı Şahid1 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, həmin kəndin sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 06 sentyabr 2022-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzr istəmiş, ona dəymiş ziyanı tam ödəmiş, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödədiyindən, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, əvvəllər təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-40/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-40/2022
06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver