Məhkəmə qərarları › İş №1(029)-40/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-40/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-40/2023 05.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X6, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı ildə Qusar rayonu Yasab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" ASCnin X12 elektrik mantyor işləyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu Yasab kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 dekabr 2022-ci il tarixdə saat 19:30 radələrində, idarə etdiyi “VAZ 21033” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar-Həzrə yolunun 18-ci km-də, Qusar rayonu Piral kəndin ərazisində saatda ən azı 60 km sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin 4ci hissəsinin 3-cü bəndinin tələblərini pozub yəni, gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda, həmin sürətlə öz hərəkətinə davam etmiş və Zərərçəkmiş şəxs asta addımlarla üz-üzə öz hərəkətinə davam edərkən avtomobilin sağ qabaq hissəsi ilə Zərərçəkmiş şəxs vurmuş və sonuncuya “alın təpə nahiyyəsində çoxsaylı müxtəlif ölçülü əzilmiş və sıyrılmış yaralar, hər iki göz orbiti ətrafında qançırlar, burun sümüklərinin tamlığının pozulması, alt çənə sümüyünün sol tərəfinin sınıqı, hər iki kürək sümüyü xətti üzrə 10-cu qabırğaların sınıqları, hər iki bud sümüklərinin orta 1/3-nin səviyyəsində arxadan cırılmış yaralarla müşaiyət olunan sınıqları, alnında, burnun üstündə, alt çənə nahiyyəsində, sol çiyin üstündə, sağ dirsəyin yan səthində, sağ əlinin arxa səthində, sağ budun orta 1/3-nin ön səthində, sağ dizin ön səthində, sol baldırın yuxarı 1/3-nin ön səthində sıyrıqlar,başın yumşaq toxumalarının daxili səthinin geniş şəkildə qansızması,sol və sağ gicgah əzələləri tünd qırmızı rəngli qansızmalı, doluqanlılıq, baş beyin və beyincik toxumasının xırda ölçülü nöqtəvari qansızmalar, beyin mədəciklərdə bir neçə ml qırmızı rəngli maye aşkar edilmişdir” ilə ifadə olunan insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərdən xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində müalicə aldığı “Qusar RMX” PHŞ-də ehtiyyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 18 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi “VAZ 21033” markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobillə həmkəndlisi Şahid2 ilə birlikdə Qusar rayonu, Həzrə kəndinə getmək üçün Qusar rayonu, Yasab kəndindən yola düşmüşdür. Həmin gün saat 19:30 radələrində idarə etdiyi avtomobillə Qusar-Həzrə yolunun 18-ci km-də, Qusar rayonu, Piral kəndin ərazisində saatda ən azı 60 km sürətlə hərəkətdə olan zaman, əks hərəkətdə olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi avtomobilin uzaqvuran işıqları gözünə düşdüyü üçün qarşıdan Zərərçəkmiş şəxs asta addımlarla onun hərəkət zolağında yolun kənarından 1 metr məsafədə üz-üzə hərəkətdə olduğunu görməyərək, həmin sürətlə öz hərəkətinə davam etmiş və aralarında az məsafə qalmış Zərərçəkmiş şəxs asta addımlarla üz-üzə öz hərəkətinə davam edərkən əyləcə basmış, buna baxmayaraq avtomobilin sağ qabaq hissəsi ilə Zərərçəkmiş şəxs vurmuşdur. Bundan sonra dərhal avtomobili saxlamış, Şahid2lə birlikdə avtomobildən düşmüş Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Həmin vaxt Şahid2 dərhal 103 Təcili Tibbi Xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, Zərərçəkmiş şəxs “Qusar RMX” PHŞ-ə aparılmış və aldığı xəsarətlərdən xx.xx.2022-ci il tarixdə, saat 00:30 radələrində müalicə aldığı Qusar RMX-da ölmüşdür. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisini, şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində mərhum əri Zərərçəkmiş şəxsla birlikdə oğlu Şahid1 evinə getmiş, birlikdə çörək yemişdir. Bundan sonra onlar evə qayıdan zaman Zərərçəkmiş şəxs kənddə mağazanın yanında dayanmışdır. Həmin gün saat 20 radələrində evdə olan zaman küçədə səs-küy eşitmiş və küçəyə çıxan zaman əri Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət aldığını görmüş, dərhal oğlu Şahid1 zəng etmiş, məlumat vermiş və Qusar RMX-na getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, əri Zərərçəkmiş şəxs Qusar rayonu, Yasab kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində idarə etdiyi “VAZ 21033” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Daha sonra əri Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən xx.xx.2022-ci il tarixdə, saat 00:30 radələrində müalicə aldığı Qusar RMX-da ölmüşdür. Əri Zərərçəkmiş şəxs Qusar RMX-da ölmüşdür. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Ona dəymiş maddi ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib, ailəsini gətirmək üçün onu Qusar rayonu, Həzrə kəndinə aparmasını xahiş etmiş, Təqsirləndirilən şəxs də öz razılığını vermişdir. 18 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21033” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu, Həzrə kəndinə getmək üçün Qusar rayonu, Yasab kəndindən yola düşmüşdür. Həmin gün saat 19:30 radələrində Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobillə Qusar-Həzrə yolunun 18-ci km-də, Qusar rayonu, Piral kəndin ərazisində saatda ən azı 60 km sürətlə hərəkətdə olan zaman, əks hərəkətdə olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin idarə etdiyi avtomobilin uzaqvuran işıqları gözünə düşdüyü üçün qarşıdan adını sonradan bildiyi Zərərçəkmiş şəxs asta addımlarla onun hərəkət zolağında yolun kənarından 1 metr məsafədə üz-üzə hərəkətdə olduğunu görməmiş, həmin sürətlə öz hərəkətinə davam etmiş və aralarında təxminən 20 metr qalmış Zərərçəkmiş şəxs asta addımlarla üz-üzə öz hərəkətinə davam edərkən Təqsirləndirilən şəxs əyləcə basmış, buna baxmayaraq avtomobilin sağ qabaq hissəsi ilə Zərərçəkmiş şəxs vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs dərhal avtomobili saxlamış, onunla birlikdə avtomobildən düşmüş Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Həmin vaxt dərhal 103 Təcili Tibbi Xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, Zərərçəkmiş şəxs “Qusar RMX” PHŞ-ə aparılmış və aldığı xəsarətlərdən xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində müalicə aldığı Qusar RMX-da ölmüşdür. O, həmin vaxt maşında olmuşdur. Maşın saatda ən azı 60 km sürətlə hərəkətdə olmuşdur. Hadisə nəticəsində o, xəsarət almamışdır Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-tibbi ekspertizasının 20 dekabr 2022-ci il tarixli 52 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində olan xəsarətlər : Xarici müayinədə : alın təpə nahiyyəsində çoxsaylı müxtəlif ölçülü əzilmiş və sıyrılmış yaralar, hər iki göz orbiti ətrafında qançırlar, burun sümüklərinin tamlığının pozulması, alt çənə sümüyünün sol tərəfinin sınıqı, hər iki kürək sümüyü xətti üzrə 10-cu qabırğaların sınıqları, hər iki bud sümüklərinin orta 1/3-nin səviyyəsində arxadan cırılmış yaralarla müşaiyət olunan sınıqları, alnında, burnun üstündə, alt çənə nahiyyəsində, sol çiyin üstündə, sağ dirsəyin yan səthində, sağ əlinin arxa səthində, sağ budun orta 1/3-nin ön səthində, sağ dizin ön səthində, sol baldırın yuxarı 1/3-nin ön səthində sıyrıqlar. Daxili müayinədə başın yumşaq toxumalarının daxili səthinin geniş şəkildə qansızması,sol və sağ gicgah əzələləri tünd qırmızı rəngli qansızmalı, doluqanlılıq, baş beyin və beyincik toxumasının xırda ölçülü nöqtəvari qansızmalar, beyin mədəciklərdə bir neçə ml qırmızı rəngli maye ilə ifadə olunan xəsarətlər həyati olub və bir başa Zərərçəkmiş şəxs ölümündən bir qədər əvvəl bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni meyitin müayinəsindən 2 gün əvvəl əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə ümumilikdə yetirilən anda sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs məhkəmə kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs ölümü məhkəmə-tibbi ekspertiza aparılan andan 10 saat əvvəl baş verib. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinə qansızma olmuşdur və bir başa YNH ilə səbəbli əlaqəsi vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 26 yanvar 2023-cü il tarixli 8/3704 saylı rəyindən görünür ki, “VAZ 21033” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı sürcüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən ehtiyyatsızlıqdan törədilməsi tam təsdiq olunur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş müdafiəçi ilə birlikdə açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütovlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara dair öz etirazını bildirməmişlər, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ərinin ölümünə səbəb olan hadisə, qəsdən və ya bilərəkdən olmamasını və göstərdiyi mənəvi maddi köməkliyi nəzərə alaraq X7 qarşı heç bir şikayəti yoxdur. Onunla barışmışdır. O, cinayət məsuliyyətinə cəlb oİunduğu təqdirdə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyi Quba Rayon X13 Hüquqi X2 barəsində verdiyi arayışdan görünür ki, baş beyinin sol parietal bölgəsində kortiko-subkortikal hipointensiv sahə, anamnezi nəzərə alınan xroniki hemorragik infarkt görüntüsü aşkar olunmuşdur. İş materiallarında olan Qusar rayon Mərkəzi X1 barəsində verdiyi arayışdan görünür ki, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası İİ F.S, arterial hipertenziya İİ dərəcə görüntüsü aşkar olunmuşdur. İş materiallarında olan arayışlardan görünür ki, X9 iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxs X5 zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını CM-nin 59.1.12; infarkt keçirməsini, ürəyin işemik ağır xəstəliyinin olmasını 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, X5 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə təqsirləndirilən şəxs X9 tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən halları müzakirə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi və mənəvi köməklik göstərməsini, təqsirləndilən şəxsin infarkt keçirməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, onun yaşını, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə X7 təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi və mənəvi köməklik etmiş, hal-hazırda əməlindən səmimi peşman olmuş, infarkt keçirmiş, ürəyin işemik ağır xəstəliyindən əziyyət çəkir. Ona görə də, həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarın 2.21-ci bəndində qeyd olunur ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 14 fevral 2023-cü il protokoldan görünür ki, X9 həmin tarixdə tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 16 fevral 2023-cü l tarixli qərardan görünür ki, X5 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və məhkəmə iclas zalında tutulmadan azad edilmişdir. İş materiallarında olan qətimkan tədbiri seçmək haqqında 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, X9 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, X5 məhkəməyədək icraat zamanı 14 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixə kimi həbsdə qaldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan “VAZ 21033” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 128 manat təqsirləndirilən şəxs X3 tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X9 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən X5 hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 14 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X5 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində X5 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X5 barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ 21033” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 128 manat təqsirləndirilən şəxs X3 tutularaq dövlət nəfinə keçirilsin. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olduğu andan 20 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar