Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-40/2024 03.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, 14 avqust 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə, saat 21:05-də Qusar RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində saxlanılmış, üzərinə şəxsi axtarış keçirilən zaman şalvarın arxa hissəsində kəmərinin altında qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxladığı, təxminən 2023-cü ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonun ərazisində metal yığan zaman yerdən tapdığı və yaşadığı ünvanda qanunsuz olaraq saxladığı, 01 ədəd nömrəsi silinmiş “Makarov”(PM) konstruksiyalı, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı tapança, 01 ədəd “Makarov” konstruksiyalı silahların komplekt hissəsi olmaqla 08 ədəd, 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadə yararlı darağ, 08 ədəd 9x18 mm kalibrli olmaqla, həmin kalibrlə malik olan “Makarov”(PM), “Steçkin”(APS) konstruksiyalı və s. silahlardan istifadə edilən atəş açmaq üçün nəzərdə tutulmuş və atəşə yararlı patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023cü ilin təxminən sentyabr ayında Bakı şəhəri, Yasamal rayonun ərazisində metal yığan zaman yerdən 01 ədəd nömrəsi silinmiş tapança tapmış, kənardan diqqət çəkməməsi üçün tapançanı götürərək yaşadığı ünvana aparıb, saxlamışdır. Bir müddət sonra maddi vəziyyəti zəif olduğu üçün həmin tapançanı satmaq qərarına gəlmiş, lakin tapançanı Bakı şəhərində satmağa qorxduğu üçün onu Qusar rayonunda yaşayan onunla birlikdə məhkumluq həyatı yaşamış “Babaş” adlı şəxsə satmaq qərarına gəlmişdir. 09 yanvar 2024-cü il tarixdə bir vaxtlar məhkumluq həyatı yaşadığı “Babaş” adlı şəxsi soraqlaşmaqla Qusar rayonunda tapacağını güman edərək, həmin gün saat 18 radələrində tapançanı götürüb tanımadığı taksi ilə Qusar şəhərinə gəlmiş, taksidən düşdükdən sonra taksi sürücüsünü yola salaraq tapançanı belində olan kəmərə daha möhkəm keçirməklə piyada Qusar rayonu Köhnə Xudat kəndin ərazisinə gələrək, orada “Babaş” adlı şəxs kimi bildiyi şəxsi tapmağa çalışmış, 09 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində həmin məqsədlə kənddə piyada hərəkət edən zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, tutulduqdan sonra üzərinə orada şəxsi axtarış keçrilmiş, şəxsi axtarış zamanı qanunsuz olaraq əldə etdiyi, saxladığı və gəzdirdiyi 01 ədəd nömrəsi silinmiş “Makarov”(PM) konstruksiyalı, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı tapança, 01 ədəd “Makarov” konstruksiyalı silahların komplekt hissəsi olmaqla 08 ədəd, 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı darağ, 08 ədəd 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik olan “Makarov”(PM), “Steçkin”(APS) konstruksiyalı və s. silahlardan istifadə edilən atəş açmaq üçün nəzərdə tutulmuş və atəşə yararlı patronlar aşkar edilərək götürülmüş, həmin vaxt aşkar edilərək götürülmüş silah sursatın ona məxsus olmasını etiraf etmişdir. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və sonuncu tərəfindən saxlanılmış silah sursat olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar alınmış əməliyyat məlumatın yoxlanılmasından ötrü raportla Qusar RPŞ-nin rəhbərliyinə məruzə etmiş, məlumatla əlaqədar tədbir keçirilməsinə göstəriş verilməsini xahiş edilmişdir. Bundan sonra Qusar RPŞ-nin rəisinin göstərişi ilə əməliyyat tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş, RPŞ-nin CAB-nin rəisi Şahid3, NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 və onun iştirakından ibarət əməliyyat qrupu yaradılmış, xx.xx.2024-cü il tarixdə, saat 21:05 radələrində Qusar rayonu, Köhnə Xudat kəndi ərazisində Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi “Makarov” konstruksiyalı nömrəsi silinmiş 01 ədəd tapança, onun komplekt hissəsinə aid 01 ədəd sandıqça, 08 ədəd 9x18 mm çaplı patronları təhqiqatçının, müdafiəçi qismində dəvət edilmiş şəxsin iştirakı ilə Təqsirləndirilən şəxs şalvarının arxa hissəsində, kəmərinin altından aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs silah və sursatları 2023-cü ilin təxminən sentyabr ayında Bakı şəhəri, Yasamal rayonun ərazisində metal yığan zaman tapdığını, birlikdə məhkumluq həyatı yaşadığı Qusar rayon sakini “Babaş” adlı şəxsə tapançanı satmaq üçün Qusar rayonuna gəlməsini, həmin şəxslə əlaqə saxlamamısını ünvanını dəqiq bilmədiyini söyləmişdir. Göstərilən silah sursat qablaşdırılaraq müvafiq ekspertizaların təyin edilməsi məqsədi ilə götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-ballistik ekspertizasının 01 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/119 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 1978-ci ildə zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapançadır, yivli odlu silahdır, saz vəziyyətdədir, atış açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet “Makarov” (PM) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 05 (beş) ədəd 9x18 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş, həmin kalibrə malik olan “Makarov” (PM), “PA-63”, “P 64”, “RK 59” konstruksiyalı tapançalarda, “Steçkin” konstruksiyalı avtomatik tapançalarda (“APS”) və s. uyğun kalibrli silahlarda istifadə edilən patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİNnin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 10 yanvar 2024-cü il tarixli 24/58 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1978-ci ildə istehsal edilmiş 9 mm kalibrli “Makarov” (PM) konstruksiyalı tapançadır, yivli odlu döyüş silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli olmaqla patron Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s., həmin kalibirli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur,“Makarov” (PM) konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 (səkkiz) ədəd 9x18mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİNnin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Təqdim edilmiş 08 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Cinayət işinin materiallarında olan 09 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 09 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın arxa hissəsində kəmərinin altında qanunsuz olaraq əldə edərək özü ilə daşıyıb üzərində saxladığı 01 ədəd nömrəsi silinmiş “Makarov”(PM) konstruksiyalı, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı tapança, 01 ədəd “Makarov” konstruksiyalı silahların komplekt hissəsi olmaqla 08 ədəd, 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı darağ, 08 ədəd 9x18 mm kalibrli olmaqla, həmin kalibrlə malik olan “Makarov”(PM), “Steçkin”(APS) konstruksiyalı və s. silahlardan istifadə edilən atəş açmaq üçün nəzərdə tutulmuş və atəşə yararlı patronlar aşkar olunmuş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD disk protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış və baxış keçirilmiş CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd nömrəsi silinmiş “Makarov” (PM) konstruksiyalı, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli, yivli, odlu, saz vəziyyətdə atəşə yararlı tapança, 01 ədəd “Makarov” konstruksiyalı silahların komplekt hissəsi olmaqla 08 ədəd, 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadə yararlı darağ, 08 ədəd 9x18 mm kalibrli olmaqla, həmin kalibrlə malik olan “Makarov” (PM), “Steçkin” (APS) konstruksiyalı və s. silahlardan istifadə edilən atəş açmaq üçün nəzərdə tutulmuş və atəşə yararlı patronlar aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750 İİ Q nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlusilah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah— canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah—özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı-müvafiq silah növündən atəş açmaq üçün nəzərdə soyuq silah—konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalatın və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi; xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) Bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) Bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bayramov X2 rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 143.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2004-cü il tarixli, A-0674/2004 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(060)-188/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq edilən cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyəti səciyyənlədirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini iş materiallarına tədqiqinə və onun şəxsiyyətinə uyğun olaraq ədalətli hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəmiyyətdə mənfi emosiyaların çıxarılmasına və bu növ cinayət əməllərinin çoxalmasına səbəb ola bilər. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllərdə məhkum olunmuşdur. İş materiallarının tədqiqinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilmədir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd nömrəsi silinmiş “Makarov”(PM) konstruksiyalı tapança, 01 ədəd “Makarov” konstruksiyalı silahların komplekt hissəsi olmaqla 08 ədəd, 9x18 mm kalibrli patron tutumuna malik darağ və 05 ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197,198, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2024cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd nömrəsi silinmiş “Makarov”(PM) konstruksiyalı tapança, 01 ədəd “Makarov” konstruksiyalı silahların komplekt hissəsi olmaqla 08 ədəd, 9x18 mm kalibrli patron tutumuna malik darağ və 05 ədəd 9x18 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-40/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-40/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver