Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-41/2022 05.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fəhlə işləyəyən, əvvəllər məhkum olunmuş (Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdə gecə saat 04 radələrində Qusar rayonu Bədişqala kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın dəmir barmağlığın qıfılını vint açanla sındırmış, daha sonra isə mağazanın plastik giriş qapısını vint açanla açaraq içəri qanunsuz daxil olaraq mağazadan sonuncuya məxsus 150 manat nəğd pul, cəmi dəyəri 25 manat olan 0,50 manatlıq 50 ədəd spirallı alışqanları, cəmi dəyəri 19,80 manat olan 1,80 manatlıq 11 ədəd “Bakı” markalı siqaretləri, cəmi dəyəri 26,40 manat olan 2.20 manatlıq 12 ədəd “Classic” markalı siqaretləri, cəmi dəyəri 37,50 manat olan 2,50 manatlıq 15 ədəd “Classic Compact” markalı siqaretləri, cəmi dəyəri 12,50 manat olan 2,5 manatlıq 5 ədəd “Kent 4” markalı siqaretləri, cəmi dəyəri 46,80 manat olan 2,6 manatlıq 18 ədəd “Rothmans” markalı siqaretləri, cəmi dəyəri 33,80 manat olan 2.60 manatlıq 13 ədəd nazik “Pall Mail” markalı siqaretləri, cəmi dəyəri 23 manat olan 2,30 manatlıq 10 ədəd “Want” markalı siqaretləri, cəmi dəyəri 35 manat olan 3,50 manatlıq 10 ədəd “Winston” markalı siqaretləri, cəmi dəyəri 30,00 manat olan 2,50 manatlıq 12 ədəd “West” markalı siqaretləri, cəmi dəyəri 16,80 manat olan 2,80 manatlıq 6 ədəd “LD” markalı siqaretləri, cəmi dəyəri 42 manat olan 2 manatlıq 21 ədəd “King” markalı siqaretləri, cəmi dəyəri 8,40 manat olan 2,10 manatlıq 4 ədəd “Keno” markalı siqaretləri, cəmi dəyəri 14,70 manat olan 2,10 manatlıq 7 ədəd “Magna” markalı siqaretləri, cəmi dəyəri 30,80 manat olan 2.20 manatlıq 14 ədəd nazik “Viceroy” markalı siqaretləri, cəmi dəyəri 14,70 manat olan 2,10 manatlıq 7 ədəd “Vegas” markalı siqaretlərini gizli yolla talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs cəmi 567,20 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayın əvvəllərində Bakı şəhərində Qusar rayonu Bədişqala kənd sakini Pirmuradla tanış olmuş, münasibətləri normal olmuşdur. Bundan sonra onlar birlikdə müxtəlif şəhər və rayonlarda elektrik kimi işləmişlər. Təxminən 2022-ci ilin fevral ayında Pirmuradla birlikdə Xaçmaz rayonun ərazisində peşə məktəbində 10 gün ərzində elektrik kimi işləyib Qusar rayonu Bədişqala kəndinə gəlib, Pirmuradın evində 2 gün qalıb Bakı şəhərinə qayıtmışlar. 11 mart 2022-ci il tarixdə Pirmuradla birlikdə sonuncunun icarəyə götürüb idarə etdiyi “Chevrolet Cruze” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Qusar rayonu Bədişqala kəndinə gedib, Pirmuradın evində qalmışlar. Həmin gün hava soyuq və yağışlı olduğu üçün onlar bütün gün evdə olub, növbəti gün saat 09:00-da işlə bağlı Bakı şəhərində getmək lazım olduğu üçün onlar gecə saat 04 radələrində yola çıxmaq qərarına gəlmişlər. 12 mart 2022-ci il tarixdə saat 03:30 radələrində tarixdə Pirmuradla birlikdə sonuncunun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə Bakı şəhərinə getmək üçün Pirmuradın evindən yola çıxmışlar. Həmin gecə saat 04 radələrində Pirmuradla birlikdə Qusar rayonu Bədişqala kəndi ərazisində hərəkətdə olan zaman öz təbii ehtiyacını qarşılamaq bəhanəsi ilə avtomobili yolun kənarında saxlamasını xahiş etmişdir. Həmin vaxt Pirmurad avtomobili yolun kənarında saxlayıb, avtomobilin işıqlarını söndürüb onu gözləmişdir. Bu zaman o, avtomobildən düşüb, ətrafda heç kimin olmadığını və Pirmuradın başı telefona qarşıdığını görüb təxminən 100 metr məsafədə yolun kənarında yerləşən adını sonradan bildiyi Fakirə məxsus mağazadan oğurluq etmək qərarına gələrək, mağazaya tərəf getmiş və yolda əynində olan gödəkçənin cibindəki usta əlcəkləri və tibbi maskanı taxmışdır. Bundan sonra o, mağazanın dəmir barmağlığın qıfılını özü ilə gətirdiyi vint açanla sındırmış, daha sonra isə mağazanın plastik giriş qapısını da vint açanla açaraq içəri qanunsuz daxil olaraq mağazada olan karton korobkaya 2 dəqiqə ərzində 10 və 20 manatlıq pul əskinaslarla olmaqla 150 manat pul, 160-170 qutu müxtəlif növ siqaretləri və 50 ədəd spirallı alışqanları yığıb, oğurlayaraq dərhal mağazadan çıxıb avtomobilin arxa tərəfinə keçib, baqajı açıb həmin oğurladığı əşyaları Pirmuradın xəbəri olmadan yük yerinə yerləşdirib təkrar avtomobilə oturub sonuncu ilə birlikdə Bakı şəhərinə getmək üçün yola çıxmışlar. Yolda olarkən Pirmurad ondan avtomobilin yük hissəsini açmaq səbəbini soruşan zaman, o, Fakirin mağazasından oğurluq etdiyi etiraf edib, mağazadan oğurladığı əşyaları avtomobilin yük hissəsində saxladığını bildirmişdir. Həmin vaxt Pirmurad ona başını işə salacağını bildirərək, öz iradını bildirmiş, həmçinin aralarında sözlü mübahisə də yaranmışdır. Bundan sonra o, yolda oğurluq hadisəsi törədən zaman istifadə etdiyi 01 cüt usta əlcəkləri və 01 ədəd tibbi maskanı Pirmuradın xəbəri olmadan atmış, dəmir barmağlığın qıfılı və plastik qapını sındırıb açdığı vint açanı isə mağazada yadından çıxarıb gəldiyini aşkar etsə də, bununla bağlı Pirmurad heçnə deməmişdir. Həmin gün səhər saat 07 radələrində onlar Bakı şəhərinə çatmış, o, avtomobildən düşüb yük yerində özünə məxsus əşyaları oğurladığı əşyalarla birlikdə götürüb evə qalxmış, Pirmurad isə öz şəxsi işlərini həll etmək üçün getmişdir. Bundan sonra o, yaşadığı evə qalxıb, mağazadan oğurladığı əşyalara baxış keçirib, siqaret qutuları və alışqanların çoxusunu Bakı şəhərində fəaliyyət göstərən səyyar köşklərə aşağı qiymətə satmış, digər hissəsini isə özündə saxlamış, 2-3 qutu “West” markalı siqaretləri və 1-2 ədəd alışqanları Pirmurada öz aldığı kimi təqdim edərək təmənnasız vermiş, mağazadan oğurladığı, həmçinin siqaret və alışqanların satışından əldə etdiyi pulları isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Hal-hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Şıxmurad oğlu ifadəsində göstərmişdir ki, 11 mart 2022-ci il tarixdə saat 23:30 radələrində Qusar rayonu Bədişqala kəndində yerləşən özünə məxsus mağazanı bağlayıb, azyaşlı nəvəsi Adəmin xəstə olduğu üçün sonuncunun ziyarət etməyə getmiş və gecə oğlu Nurlanın evində qalmışdır. 12 mart 2022-ci il tarixdə saat 07:40 radələrində mağazaya gələn zaman mağazanın dəmir barmağlığın və plastik giriş qapısının açıq olduğu görüb oğlu Nurlana zəng etmiş, oğlu Nurlan isə DİN-nin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə mağazaya daxil olub naməlum şəxsin mağazadan 10 və 20 qəpiklik pul əskinasları ilə olmaqla cəmi 150 manat nağd pul, 01 ədəd qabda 50 ədəd spirallı alışqanları, 11 ədəd “Bakı” markalı siqaretləri, 12 ədəd “Classic” markalı siqaretləri, 15 ədəd “Classic Compact” markalı siqaretləri, 5 ədəd “Kent 4” markalı siqaretləri, 18 ədəd “Rothmans” markalı siqaretləri, 13 ədəd “Pall Mail” markalı siqaretləri, 10 ədəd “Want” markalı siqaretləri, 10 ədəd “Winston” markalı siqaretləri, 12 ədəd “West” markalı siqaretləri, 6 ədəd “LD” markalı siqaretləri, 21 ədəd “King” markalı siqaretləri, 4 ədəd “Keno” markalı siqaretləri, 7 ədəd “Magna” markalı siqaretləri, 14 ədəd “Viceroy” markalı siqaretləri, 7 ədəd “Vegas” markalı siqaretləri 01 ədəd karton korobkaya yığıb oğurladığını aşkar etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş olan maddi ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs Şıxmurad oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2022-ci ilin yanvar ayın əvvəllərində Bakı şəhərində Mehdi ilə tanış olmuş, münasibətləri yaxşı olmuşdur. Bundan sonra onlar birlikdə müxtəlif şəhər və rayonlarda elektrik kimi işləmişlər. Təxminən 2022-ci ilin fevral ayında onlar birlikdə Xaçmaz rayonun ərazisində peşə məktəbində 10 gün ərzində elektrik kimi işlədikdən sonra Qusar rayonu Bədişqala kəndinə gəlib, onun evində 2 gün qalıb Bakı şəhərinə qaytmışlar. 11 mart 2022-ci il tarixdə o, icarəyə götürüb idarə etdiyi “Chevrolet Cruze” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mehdi ilə birlikdə Bakı şəhərindən Qusar rayonu Bədişqala kəndinə gəlib, onun evində qalmışlar. Həmin gün hava soyuq və yağışlı olduğu üçün onlar bütün gün evdə olub, növbəti gün saat 09:00-da işlə bağlı Bakı şəhərinə getmək lazım olduğu üçün onlar gecə saat 04 radələrində yola çıxmaq qərarına gəlmişlər. 12 mart 2022-ci il tarixdə saat 03:30 radələrində tarixdə onlar Bakı şəhərinə getmək üçün yola çıxmışlar. Həmin gecə saat 04 radələrində Mehdi onunla birlikdə Qusar rayonu Bədişqala kəndin ərazisində hərəkətdə olan zaman öz təbii ehtiyacını qarşılamaq bəhanəsi ilə ondan avtomobili yolun kənarında saxlamasını xahiş etmiş, o da avtomobili yolun kənarında saxlayıb, avtomobilin işıqlarını söndürüb Mehdini gözləyən zaman telefonla oynamağa başlamışdır. Təxminən 5 dəqiqə sonra Mehdi qayıtmış və onlar öz yoluna davam etmişlər. Yolda olan zaman o, Mehdidən avtomobilin yük hissəsini açmaq səbəbini soruşmuş, sonuncu ona Fakirin mağazasından oğurluq hadisəsi törətdiyini və mağazadan oğurladığı əşyaları avtomobilin yük hissəsində saxladığını bildirmişdir. Bu zaman o, Mehdiyə onun başını işə salacağını bildirərək, sonuncuya öz iradını bildirmiş, lakin məsuliyyətdən qorxduğu üçün heç kimə məlumat verə bilməmişdir. Həmin gün saat 07 radələrində onlar Bakı şəhərinə çatmış, Mehdi özünə məxsus əşyaları avtomobilin yük hissəsindən götürüb evə qalxmış, o isə öz şəxsi işlərini həll etmək üçün getmişdir. Həmin gün o, dost-tanışdan Fakirin mağazasında oğurluq hadisəsi baş verdiyini xəbər tutmuşdur. Bundan sonra Qusar RPŞ-də ona məlum olmuşdur ki, həmkəndlisi Fakirin mağazasında oğurluq törətmiş şəxs həqiqətən də tanışı Mehdidir və sonuncu ona mağazadan oğurladığı 2-3 qutu “West” markalı siqaretləri və 1-2 ədəd alışqanları öz aldığı kimi təqdim edərək təmənnasız vermiş, lakin onun həmin siqaret və alışqanların oğurluq olması barədə heç bir məlumatı və baş vermiş oğurluq hadisəsi ilə bağlı heç bir əlaqəsi olmamışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş və üzləşmə zamanı Şahid2 və Təqsirləndirilən şəxs ifadələrini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 aprel 2022-ci il tarixli 9/1991 nömrəli rəyindən görünür ki: vət. Zərərçəkmiş şəxs məxsus mağazadan oğurlanmış siqaretlərin və alışqanların 2022-ci ilin mart ayına olan orta bazar qiyməti:01 qutu “West” markalı siqaretin dəyəri 2,50 manat: 01 qutu “Rothmans” markalı siqaretin dəyəri 2,60 manat: 01 qutu “Vegas” markalı siqaretin dəyəri 2,10 manat: 01 qutu “LD” markalı siqaretin dəyəri 2,80 manat: 01 qutu “Bakı” markalı siqaretin dəyəri 1,80 manat: 01 qutu “Keno” markalı siqaretin dəyəri 2,10 manat: 01 qutu nazik “Viceroy” markalı siqaretin dəyəri 2,20 manat: 01 qutu “Magna” markalı siqaretin dəyəri 2,10 manat: 01 qutu nazik “Pall-Mall” markalı siqaretin dəyəri 2,60 manat: 01 qutu “Winston” markalı siqaretin dəyəri 3,50 manat: 01 qutu “Want” markalı siqaretin dəyəri 2,30 manat: markası bilinməyən 01 ədəd spiral alışqanın dəyəri 0,50 manat: 01 qutu nazik “Sobranie” markalı siqaretin dəyəri 4 manat: 01 qutu “Klass” markalı siqaretin dəyəri 1,80 manat: 01 qutu “Winchester” markalı siqaretin dəyəri 2,60 manat: 01 qutu nazik “Kent” markalı siqaretin dəyəri 3,60 manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan Qusar rayonun fərdi qaydada sahibkarlıq fəaliyyət göstərən fiziki şəxs Mübariz Vərdixanovun xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, xx.xx.2022- ci il tarixdə 01 qutu “Kent 4” markalı siqaretin dəyəri 2,50 manat, 01 qutu “Classic” markalı siqaretin dəyəri 2,20 manat, 01 qutu “Classic Compact” markalı siqaretin dəyəri 2,50 manat, 01 qutu “King” markalı siqaretin dəyəri 2,0 manat, 01 ədəd karton qutunun dəyəri 0,30 manat və 01 ədəd alışqanları saxlamaq üçün qabın dəyəri 1,0 manat təşkil edir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Zeynalov X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən az ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Şıxmurad oğluna vurulmuş olan maddi ziyan tam olaraq ödənilmiş, həmçinin Zərərçəkmiş şəxs Şıxmurad oğlu Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Şıxmurad oğluna vurulmuş olan maddi ziyan tam olaraq ödəməsini, Zərərçəkmiş şəxs Şıxmurad oğlu Təqsirləndirilən şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən yuxarıda qeyd olunan normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 17 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs olundan tutularaq dövlət nəfinə keçirilmədir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd vint açan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 qutu “Magna” markalı və 01 qutu içərisində 16 ədəd siqaret qalmış “Winston” markalı siqaretlər hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197,198, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 17 mart 2022-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs olundan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd vint açan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 01 qutu “Magna” markalı və 01 qutu içərisində 16 ədəd siqarət qalmış “Winston” markalı siqaretlər hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-41/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-41/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver