Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-42/2020 12.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı: Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X4, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X6 Tərcüməçi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, xx xxxx 1952-ci il tarixdə Qusar rayonu Yuxarı Tahircal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Qusar rayonu Samur qəsəbəsində qeydiyyatda olan və Qusar rayonu Yeni Tahircal kəndində yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, onun Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Cinayət işinə Qusar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.3-cü maddələri ilə təqsirləndirilir ona görə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində Qusar rayonu Yeni Tahircal kəndində yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs evin həyətinə nərdivan vasitəsi ilə hasardan qanunsuz daxil olaraq, sonuncunun gözü qarşısında evin həyətindən dəyəri 45 manat olan 1 ədəd 40 litrlik aliminum qazan, dəyəri 60 manat olan 1 ədəd 15 litrlik mis qazan, dəyəri 10 manat olan 1 ədəd 20 litrlik aliminum ləyən, dəyəri 25 manat olan 1 ədəd 40 litrlik aliminum ləyən, dəyəri 25 manat olan 1 ədəd 25 metr uzunluğunda olan 40 mm-lik rezin şlang, dəyəri 40 manat olan 1 ədəd dəmir qaz xərəyi, dəyəri 40 manat olan 1 ədəd aliminumdan olan soba üstünə qoyulan sac, dəyəri 35 manat olan 1 ədəd göy rəngli balaca yük arabası, dəyəri 80 manat olan 1 ədəd markası bilinməyən sap düzəldən elektrik maşın, hər birinin təmiz ət çəkisi 3 kq, orta bazar qiyməti 13 manat olmaqla ümumi dəyəri 195 manat manat olan 1 yaşında 5 ədəd hind quşunu (fərə), hər birinin təmiz ət çəkisi 4 kq, orta bazar qiyməti 11 manat olmaqla ümumi dəyəri 220 manat olan 1 yaşında 5 ədəd hind quşunu (xoruzu), 1 kq təmizlənmiş qarğıdalının orta bazar qiyməti 0,55 manat olmaqla ümumi dəyəri 27,50 manat olan 50 kq təmizlənmiş qarğıdalı və 1 kq təmizlənməmiş (qabıqlı) qozun orta bazar qiyməti 5 manat olmaqla ümumi dəyəri 100 manat olan 20 kq təmizlənməmiş (qabıqlı) qozu acıq şəkildə talayaraq zərəşəkmiş şəxsə 902,5 manat dəyərində maddi ziyan vurmaqla, soyğunculuq etməsi,bundan sonra onun təkrarən, xx xxxxxx 2020-ci il tarixdə səhər radələrində Qusar rayonu Yeni Tahircal kəndində yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs bağ sahəsinin setkalı hasarı açıb evin həyətinə qanunsuz daxil olaraq, evin həyətində qapısı açıq vəziyyətdə olan saxlanc otağından dəyəri 140 manat olan 1 ədəd “MAXX PRO SENSOR 520” markalı velosiped, dəyəri 70 manat olan 1 ədəd “feə-2”markalı paltar yuyan maşın, dəyəri 100 manat olan 1 ədəd «LESNİK 5200» markalı elektrik mişar, dəyəri 100 manat olan 1 ədəd “TEX PROM BT 43”markalı elektrik ot biçəni, dəyəri 10 manat olan 1 ədəd velosiped nasosunu, dəyəri 15 manat olan 1 ədəd maşın dankaratını, dəyəri 40 manat olan 1 ədəd 40 litrlik aliminum su bakını, dəyəri 15 manat olan 1 ədəd 60 litrlik ağ rəngli plastik su qabını, dəyəri 15 manat olan 1 ədəd qara rəngli 50 litrlik su bakını, dəyəri 200 manat olan 1 ədəd 10 litrlik latun metaldan hazırlanmış samovarı, hadisə günün məzənəsi ilə hər birinin dəyəri 5,48 manat (200 rus rublu) olmaqla ümumi dəyəri 10,96 manat olan 2 ədəd dəmir çarpayıları, dəyəri 50 manat olan 1 ədəd stolu, dəyəri 50 manat olan 2 ədəd hərəsi 25 metr uzunluğunda rezin şlangları, dəyəri 200 manat olan 500 kq buğdanı, dəyəri 27,50 manat olan 50 kq təmizlənmiş qarğıdalını, dəyəri 100 manat 20 kq təmizlənməmiş (qabıqlı) qozu, dəyəri 7 manat olan 1 ədəd 20 litrlik aliminum ləyəni, dəyəri 40 manat olan 1 ədəd dəmir qaz xərəyi, dəyəri 40 manat olan 1 ədəd iki gözlü qaz sobasını, dəyəri 50 manat olan 1 ədəd bir gözlü əldəqayırma qaz sobasını, dəyəri 40 manat olan 1 ədəd aliminumdan olan soba üstünə qoyulan sacı, hər birinin dəyəri 5 manat olan 5 ədəd palstik vedrələri, hər birinin dəyəri 8 manat olan 4 ədəd dəmir vedrələri, dəyəri 20 manat olan 1 ədəd şirli vedrəni, dəyəri 60 manat olan 1 ədəd 15 litrlik mis qazanı, dəyəri 15 manat olan 1 ədəd 10 litrlik aliminun qazanı, dəyəri 20 manat olan 1 ədəd 15 litrlik aliminum qazanı, dəyəri 25 manat olan 1 ədəd 20 litirlik aliminum qazanı, dəyəri 45 manat olan 1 ədəd 40 litrlik aliminum qazanı, dəyəri 85,50 manat olan 4.5 kq “Uşastıy nyanya” markalı paltaryuyan tozu, dəyəri 120 manat olan 10 ədəd 3 metr uzunluğunda, 4 mm-lik qalınlığında dəmir üçbucaqları, dəyəri 10 manat olan 25 kq baş soğanı, dəyəri 12 manat olan 30 ədəd 1 litrlik şüşə bankaları, dəyəri 14,40 manat olan 24 ədəd 3 litrlik şüşə balonları, ümumi dəyəri 50 manat olan 200 ədəd boş kisələri, ümumi dəyəri 90 manat olan 30 kq yuyulmamış yunu, dəyəri 25 manat olan 1 ədəd 4x5 metrə olan göy rəngində olan palatkanı, dəyəri 100 manat olan 1 ədəd elektrik sap düzəldən maşını, dəyəri 80 manat olan 1 ədəd elektrik ət çəkən maşını, ümumi dəyəri 15 manat olan 10 kq duzlanmış uzüm yarpaqlarını, ümumi dəyəri 20 manat olan 5 kq xiyar turşularını, ümumi dəyəri 5,10 manat olan 3 kq yandırımış məftili, ümumi dəyəri 8,50 manat olan 5 kq dəmir məftili, hadisə günün məzənəsi ilə hər bir litrəsinin dəyəri 8,22 manat (300 rus rublu) olmaqla ümumi dəyəri 123,30 manat olan 15 litr qırmızı rəngli boyanı, hadisə günün məzənəsi ilə hər bir litrəsinin dəyəri 16,44 manat (600 rus rublu) olmaqla ümumi dəyəri 197,28 manat olan 12 litr ağ rəngli boyanı, ümumi dəyəri 32 manat olan 4 qab 0.5 litrlik boya fısqıran qablarını, ümumi dəyəri 9 manat olan 3 ədəd boya şotkalarını, ümumi dəyəri 20 manat olan 4 ədəd boya roliklərini, dəyəri 50 manat olan 1 ədəd manqalı, ümumi dəyəri 30 manat olan 3 litrlik 2 ədəd balon pendirini, hadisə günün məzənəsi ilə hər birinin dəyəri 0,548 manat (20 rus rublu) olmaqla ümumi dəyəri 10,96 manat olan 20 ədəd plastik boru künclərini, dəyəri 140 manat olan1 ədəd 7x3 metr ölçüdə olan xalçanı, dəyəri 140 manat olan 1 ədəd 2x3 ölçüdə olan xalçanı, dəyəri 100 manat olan 1 ədəd kişi dublyonkasını, dəyəri 6 manat olan 1 cüt rezin sapoqunu, dəyəri 5 manat olan 1 ədəd balaca baltanı, dəyəri 10 manat olan 1 ədəd böyük baltanı, dəyəri 6 manat olan 1 ədəd yaşıl rəngli plastik dırmığını, dəyəri 10 manat olan 1 ədəd dəmir dırmığını, dəyəri 3 manat olan 1 ədəd dəmirdən olan mətbəxtdə qablar üçün qoyulan qabyığan setkanı, dəyəri 5 manat olan 1 ədəd istifadəyə yarasız elektrik ütünü, dəyəri 25 manat olan 1 ədəd sadə ət çəkən maşını, ümumi dəyəri 16 manat olan 2 ədəd dəmir yabaları və ümumi dəyəri 80 manat olan 20 ədəd dəmir beton dirəklərini gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə cəmi 3216,50 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.3cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, mülki iddianı isə qismən qəbul edərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə xx xxxxxx 1976-cı il tarixdə ailə həyatı qurmuş, birgə nigahdan 5 övladları olmuş, 2004-cü ildə yeganə oğlan uşağları olan Azər yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdikdən sonra, onların ailə münasibətləri pozulmuşdur. xx xxxx 2009-cu ildə onun və Rayanın aralarında bağlanmış nikah Qusar rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, 2013-cü ildə isə Qusar rayon Məhkəməsinin qərarına əsasən ona məxsus həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi onlar arasında yarı-yarı naturada bölünmüşdür. 2012-ci ilin noyabr ayında o, Qusar rayonu Quxur-oba kənd sakini Sonaxanım ilə ailə həyatı qurub, birlikdə yaşamışlar. xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində o, əlində balta ilə öz tərəfində olan tikilinin damına nərdivanla çıxaraq, Rayanın tərəfində olan üzüm təhənglərini balta ilə kəsməyə başlamışdır. Bundan sonra o, evin həyətində müxtəlif növ ağacları balta ilə kəsən zaman Raya və nəvəsi Rəsulu görüb onların üstünə gedib, ünvanlarına nalayiq ifadələr işlədərək onları evin həyətindən qovan zaman yerdən daş parçası götürüb Rayanın üstünə ataraq, sonuncunun sol əlinə xəsarət yetirmiş və onları evin həyətindən qovduqdan sonra həyətin qapısını içərdən bağlamışdır. Həmin vaxt o, əvvəl Rayanın evin həyətində olan 1 ədəd balaca alüminum ləyəni, 1 ədəd böyük alüminum ləyəni, 1 ədəd rezin şlangı, 1 ədəd göy rəngli balaca yük arabasını, 1 ədəd markası bilinməyən sap düzəldən elektrik maşını, 10 ədəd hind quşlarını, daha sonra isə 1 ədəd alüminum qazana doldurulmuş təmizlənmiş qarğıdalını, 1 ədəd mis qazanı, 1 ədəd aliminumdan olan soba üstünə qoyulan sacı, 1 kisə qozu öz evinin damına qaldırıb, saxlamışdır. Bundan sonra Qusar RPŞ-nin Samur PB-nin polis sahə rəisi, polis kapitanı Şahid2, bölmənin növbətçi sürücüsü, polis serjantı Şahid4la birlikdə hadisə yerinə gələn zaman o, Rayanın evinin həyət qapısını açmayaraq, polis əməkdaşlarının və sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, polis əməkdaşlarının Raya ilə birlikdə evin həyətinə daxil olduğunu görüb, əvvəl 1 ədəd dəmir qaz xərəyini və 1 ədəd sap düzəldən elektrik maşınını nərdivanla özünə məxsus tikilinin damına, daha sonra isə nərdivanı da qaldırıb öz evin həyətinə atmışdır. Həmin vaxt Raya, polis əməkdaşları ilə birlikdə onun evinin həyətinə baxış keçirən zaman, Raya evin həyətində və damında özünə məxsus məişət əşyalarını və 10 ədəd hind quşlarını aşkar etmişdir. Bu zaman polis əməkdaşları onu polis şöbəsinə aparmış, Raya isə öz əşyalarını və hind quşlarını öz evinə apardıqdan sonra onun barəsində ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə səhər radələrinə o, Rayanın nəvəsi Rəsulla birlikdə səhər radələrində evdən çıxıb, axşama kimi evə qayıtmadıqlarını görüb, Rayanın Dağıstan Respublikasının Mahaçkala şəhərində yaşayan qızını ziyarət etməyə getdiyini fikirləşmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər radələrində o, özünə məxsus bağ sahəsindən qonşuluqda yerləşən Rayanın bağ sahəsinə setka hasarı açıb, qanunsuz daxil olaraq əlindəki balta ilə əvvəl bağ sahəsində yerləşən müxtəlif növ ağacları və qızıl gül qələmlərini, daha sonra isə evin həyətində olan müxtəlif növ ağacları kökündən kəsmişdir. Bundan sonra isə o, evin həyətində yerləşən saxlanc otağına açıq qapıdan daxil olaraq tək başına təxminən 2 saat ərzində oradan 1 ədəd velosipedi, 1 ədəd paltar yuyan maşını, 1 ədəd elektrik ot biçəni, 1 ədəd velosiped nasosunu, 1 ədəd maşın dankaratını, 1 ədəd 40 litr həcmində aliminum su bakını, 1 ədəd 60 litr həcmində plastik su qabını, 1 ədəd 50 litr su bakını, 1 ədəd 10 litr həcmində olan samovarı, 1 ədəd 20 litr həcmində alüminum ləyəni, 1 ədəd dəmir qaz xərəyini, 1 ədəd palstik vedrniə, 1 ədəd 10 litrlik aliminun qazanı, 1 ədəd 40 litrlik aliminum qazanı, 64 ədəd boş kisəni, 3 kisə yuyulmamış yunu, 1 ədəd 4x5 metrə olan göy rəngində olan palatkanı, 1 ədəd 3 litrlik şüşə balonu, 20 ədəd plastik boru künclərini və 1 ədəd dəmirdən olan mətbəxtdə qablar üçün qoyulan qabyığan setkanı yaşadığı evin həyətinə aparıb həyətdəki saxlanc otağına, bir hissəsini evin həyətində yerləşən tövləyə qoymuşdur. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə Raya nəvəsi Rəsulla birlikdə evinə qayıdan zaman ağacların kəsildiyini və əşyaların götürüldüyünü görüb, ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları Qusar rayonu Quxur-oba kəndində yerləşən arvadı Sonaxanıma məxsus fərdi yaşayış evinə sonuncun icazəsi ilə baxış keçirmiş və baxış zamanı Sonaxanımın evindən Rayanın evindən götürülmüş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onun Qusar rayonu Yeni Tahircal kəndində yerləşən fərdi yaşayış evinə və həyətinə onun icazəsi ilə baxış keçirmişlər. Həmin vaxt onun, evin həyətində yerləşən saxlanc otağından və tövlədən Rayanın evindən götürülmüş olduğu 1 ədəd velosiped, 1 ədəd paltar yuyan maşını, 1 ədəd elektrik ot biçəni, 1 ədəd velosiped nasosu, 1 ədəd maşın dankaratı, 1 ədəd 40 litr həcmində aliminum su bakını, 1 ədəd 60 litr həcmində plastik su qabını, 1 ədəd 50 litr su bakını, 1 ədəd 10 litr həcmində olan samovarı, 1 ədəd 20 litr həcmində aliminum ləyəni, 1 ədəd dəmir qaz xərəyi, 1 ədəd palstik vedrə, 1 ədəd 10 litrlik aliminun qazan, 1 ədəd 40 litrlik aliminum qazan, 64 ədəd boş kisə, 3 kisə yuyulmamış yun, 1 ədəd 4x5 metrə olan göy rəngində olan palatka, 1 ədəd 3 litrlik şüşə balonu, 20 ədəd plastik boru küncləri və 1 ədəd dəmirdən olan mətbəxtdə qablar üçün qoyulan qabyığan setka aşkar edilərək götürülmüşdür. O, Zərərçəkmiş şəxs evindən oğurluq etməmişdir, Rayanın evindən götürmüş olduğu əmlakları onların birgə nikah dövründə əldə olunmuş əmlaklardır. Uzun müddət aralarındaki nikahın pozulmasına və ayrı yaşamalarına baxmayaraq Zərərçəkmiş şəxs ilə aralarında əmlak bölgüsü aparılmamışdır. Zərərçəkmiş şəxs evindən götürülmüş olduğu əmlaklar özünə məxsusdur. Zərərçəkmiş şəxs mülki iddiasını qismən qəbul edir.Zərərçəkmiş şəxs evindən götürmüş olduğu əmlakların bir qismini qaytarmışdır, qalan əmlakların da qaytarılmasına etiraz etmir. Qeyd edilənləri nəzərə alıb Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.3-cü maddələri ilə ona bəraət verilməsini, mülki iddianın isə qismən təmin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilinərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx xxxxxx 1976-cı il tarixdə ailə həyatı qurmuş, birgə nigahdan 5 övladları olmuş, 2004-cü ildə yeganə oğlan uşağları olan Azər yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdikdən sonra, onların ailə münasibətləri pozulmuşdur. xx xxxx 2009-cu ildə o və Raya arasında bağlanmış nikah Qusar rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, 2013-cü ildə isə Qusar rayon Məhkəməsinin qərarına əsasən ona məxsus həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi onlar arasında yarı-yarı naturada bölünmüşdür. 2012-ci ilin noyabr ayında o, Qusar rayonu Quxur-oba kənd sakini Sonaxanım ilə ailə həyatı qurub, birlikdə yaşamışlar. xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində o, əlində balta ilə öz tərəfində olan tikilinin damına nərdivanla çıxaraq, Rayanın tərəfində olan üzüm təhənglərini balta ilə kəsməyə başlamışdır. Bundan sonra o, evin həyətində müxtəlif növ ağacları balta ilə kəsən zaman Raya və Rəsulu görüb onların üstünə gedib, ünvanlarına nalayiq ifadələr işlədərək onları evin həyətindən qovan zaman yerdən daş parçası götürüb Rayanın üstünə ataraq, sonuncunun sol əlinə xəsarət yetirmiş və onları evin həyətindən qovduqdan sonra həyətin qapısını içərdən bağlamışdır. Həmin vaxt o, əvvəl Rayanın evin həyətində olan 1 ədəd balaca alüminum ləyən, 1 ədəd böyük alüminum ləyən, 1 ədəd rezin şlang, 1 ədəd göy rəngli balaca yük arabası, 1 ədəd markası bilinməyən sap düzəldən elektrik maşın, 10 ədəd hind quşlarını, daha sonra isə 1 ədəd alüminum qazana doldurulmuş təmizlənmiş qarğıdalını, 1 ədəd mis qazan, 1 ədəd aliminumdan olan soba üstünə qoyulan sac, 1 kisə qozu öz evin damına qaldırıb, saxlamışdır. Bu zaman Sonaxanım dəfələrlə onu sakitləşdirmək istəsə də, o, Sonaxanıma qulaq asmayaraq öz əməllərinə davam etmişdir. Bundan sonra Qusar RPŞ-nin Samur PB-nin polis sahə rəisi, polis kapitanı Şahid2, bölmənin növbətçi sürücüsü, polis serjantı Şahid4la birlikdə hadisə yerinə gələn zaman o, Rayanın evin həyətin qapısını açmayaraq, polis əməkdaşların və sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, polis əməkdaşların Raya ilə birlikdə evin həyətinə daxil olduğunu görüb, əvvəl Rayaya məxsus 1 ədəd dəmir qaz xərəyini və 1 ədəd sap düzəldən elektrik maşını nərdivanla özünə məxsus tikilinin damına, daha sonra isə nərdivanı da qaldırıb öz evin həyətinə atmışdır. Həmin vaxt o, Raya və polis əməkdaşalrın ünvanlarına nalayiq ifadələr işlətmiş, daha sonra isə Rayanın evin həyətinə gələrək sonuncunun ağaclarını kəsdiyi balta və bıçaqla sözlə öldürməklə hədələmişdir. Bu zaman polis əməkdaşları onu dəfələrlə sakitləşdirməyə cəhd etsələr də, o, polis əməkdaşların qanuni tələblərini yerinə yetirməyərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin vaxt Raya, polis əməkdaşları ilə birlikdə onun evin həyətinə baxış keçirən zaman, Raya evin həyətində və damında özünə məxsus məişət əşyalarını və 10 ədəd hind quşlarını aşkar etmişdir. Bu zaman polis əməkdaşları onu polis şöbəsinə aparmış, Raya isə öz əşyalarını və hind quşlarını öz evinə apardıqdan sonra onun barəsində ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Bundan sonra xx xxxxxx 2019cu il tarixdə səhər radələrinə o, Rayanın nəvəsi Rəsulla birlikdə səhər radələrində evdən çıxıb, axşama kimi evə qayıtmadıqlarını görüb, Rayanın Dağıstan Respublikasının Mahaçkala şəhərində yaşayan qızını ziyarət etməyə getdiyini fikirləşib, sonuncunun evindən oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər radələrində o, özünə məxsus bağ sahəsindən qonşuluqda yerləşən Rayanın bağ sahəsinə setka hasarı açıb, qanunsuz daxil olaraq əlindəki balta ilə əvvəl bağ sahəsində yerləşən müxtəlif növ ağacları və qızıl gül qələmlərini, daha sonra isə evin həyətində olan müxtəlif növ ağacları kökündən kəsərək, məhv etmişdir. Bundan sonra isə o, evin həyətində yerləşən saxlanc otağına açıq qapıdan daxil olaraq tək başına təxminən 2 saat ərzində oradan 1 ədəd velosiped, 1 ədəd paltar yuyan maşını, 1 ədəd elektrik ot biçəni, 1 ədəd velosiped nasosu, 1 ədəd maşın dankaratı, 1 ədəd 40 litr həcmində aliminum su bakını, 1 ədəd 60 litr həcmində plastik su qabını, 1 ədəd 50 litr su bakını, 1 ədəd 10 litr həcmində olan samovarı, 1 ədəd 20 litr həcmində alüminum ləyəni, 1 ədəd dəmir qaz xərəyi, 1 ədəd palstik vedrə, 1 ədəd 10 litrlik aliminun qazan, 1 ədəd 40 litrlik aliminum qazan, 64 ədəd boş kisə, 3 kisə yuyulmamış yun, 1 ədəd 4x5 metrə olan göy rəngində olan palatka, 1 ədəd 3 litrlik şüşə balonu, 20 ədəd plastik boru küncləri və 1 ədəd dəmirdən olan mətbəxtdə qablar üçün qoyulan qabyığan setkanı gizli yolla talamaqla oğurlayaraq, yuxarıda qeyd olunan əşyaların bir hissəsini yaşadığı evin həyətində yerləşən saxlanc otağında, bir hissəsini evin həyətində yerləşən tövlədə gizlətmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə Raya nəvəsi Rəsulla birlikdə evinə qayıdan zaman ağacların kəsildiyini və əşyaların oğurlandığını görüb, ərizə ilə Qusar RPŞ-nə müraciət etmiş, o isə şübhə çəkməmək üçün həmin vaxt evdən gəzməyə getmişdir.xx.xx.2020-ci il tarixdə polis əməkdaşları Qusar rayonu Quxur-oba kəndində yerləşən Sonaxanıma məxsus fərdi yaşayış evinə sonuncun icazəsi ilə baxış keçirmiş və baxış zamanı Sonaxanımın evindən Rayanın evindən oğurlanmış hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə polis əməkdaşları onun Qusar rayonu Yeni Tahircal kəndində yerləşən fərdi yaşayış evinə və həyətinə onun icazəsi ilə baxış keçirmişdir. Həmin vaxt onun, evin həyətində yerləşən saxlanc otağından və tövlədən Rayanın evindən oğurlanmış 1 ədəd velosiped, 1 ədəd paltar yuyan maşını, 1 ədəd elektrik ot biçəni, 1 ədəd velosiped nasosu, 1 ədəd maşın dankaratı, 1 ədəd 40 litr həcmində aliminum su bakını, 1 ədəd 60 litr həcmində plastik su qabını, 1 ədəd 50 litr su bakını, 1 ədəd 10 litr həcmində olan samovarı, 1 ədəd 20 litr həcmində aliminum ləyəni, 1 ədəd dəmir qaz xərəyi, 1 ədəd palstik vedrə, 1 ədəd 10 litrlik aliminun qazan, 1 ədəd 40 litrlik aliminum qazan, 64 ədəd boş kisə, 3 kisə yuyulmamış yun, 1 ədəd 4x5 metrə olan göy rəngində olan palatka, 1 ədəd 3 litrlik şüşə balonu, 20 ədəd plastik boru küncləri və 1 ədəd dəmirdən olan mətbəxtdə qablar üçün qoyulan qabyığan setka aşkar edilərək götürülmüşdür. O, həmin oğurluq hadisəsini tək başına törətdiyini etiraf etmiş və o, Qusar rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və onun arvadı Sonaxanımla aralarında hal-hazıradək davam edən düşmənçilik və ədavəti olmuşdur. O, xx xxxxxx 1976-cı ildə Məmmədhafizlə birlikdə ailə həyatı qurmuş, birgə nigahdan 5 övladları olmuş, 2004-cü ildə yeganə oğlan uşağları olan Azər yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdikdən sonra, onların ailə münasibətləri pozulmuşdur. xx xxxx 2009-cu ildə o və Təqsirləndirilən şəxs arasında bağlanmış nikah Qusar rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, 2013-cü ildə isə Qusar rayon Məhkəməsinin qərarına əsasən Məmmədhafizə məxsus həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi onlar arasında yarı-yarı naturada bölünmüşdür. 2012-ci ilin noyabr ayında Məmmədhafiz, Qusar rayonu Quxur-oba kənd sakini Sonaxanımla ilə ailə həyatı qurub, birlikdə yaşamışlar. xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində Məmmədhafiz, əlində balta ilə öz tərəfində olan tikilinin damına nərdivanla çıxaraq, onun tərəfində olan üzüm təhənglərini balta ilə kəsməyə başlamışdır. Həmin vaxt o nəvəsi Rəsulla birlikdə səs-küyə çıxan zaman, keçmiş əri Məmmədhafizin əlində balta ilə nərdivanla onun evinin həyətinə düşüb, evin həyətində olan müxtəlif növ ağacları kökündən kəsmişdir. Həmin vaxt o, nəvəsi Rəsulla birlikdə evin həyətinə çıxan zaman nəvəsi Rəsula Məmmədhafizin hərəkətlərini telefona çəkməsini tapşırmışdır. Bundan sonra Məmmədhafiz, evin həyətində müxtəlif növ ağacları balta ilə kəsən zaman onları gördükdən sonra üstünə gedib, ünvanlarına nalayiq ifadələr işlədərək onarı evin həyətindən qovan zaman yerdən daş parçası götürüb onun üstünə ataraq, onun sol əlinə xəsarət yetirmiş və onları evin həyətindən qovduqdan sonra həyətin qapısını içərdən bağlamışdır. Həmin vaxt o nəvəsi Rəsulla birlikdə yolun kənarına çıxıb sahə rəisi Şahid2 zəng edib, baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra Qusar RPŞ-nin Samur PB-nin polis sahə rəisi, polis kapitanı Şahid2, bölmənin növbətçi sürücüsü, polis serjantı Şahid4la birlikdə hadisə yerinə gələn zaman Məmmədhafiz, onun evinin həyətinin qapısını açmayaraq, polis əməkdaşlarının və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları Rəsulu hasardan evin həyətinə düşürmüş, sonuncu da həyətin qapısını açmışdır. Həmin vaxt o, polis əməkdaşları ilə birlikdə evin həyətinə daxil olan zaman Məmmədhafiz, onların evin həyətinə daxil olduğunu görüb, əvvəl ona məxsus 1 ədəd dəmir qaz xərəyini və 1 ədəd sap düzəldən elektrik maşını nərdivanla özünə məxsus tikilinin damına, daha sonra isə nərdivanı da qaldırıb öz evinin həyətinə atmışdır. Həmin vaxt Məmmədhafiz, onunı və polis əməkdaşalrının ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra isə onun evinin həyətinə gələrək ağacları kəsdiyi balta və bıçaqla onu öldürməklə hədələmişdir. Bu zaman polis əməkdaşları Məmmədhafizi dəfələrlə sakitləşdirməyə cəhd etsələr də, sonuncu polis əməkdaşların qanuni tələblərini yerinə yetirməyərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin vaxt o, polis əməkdaşları ilə birlikdə Məmmədhafizin evinin həyətinə baxış keçirən zaman, o, Təqsirləndirilən şəxs evinin həyətində və damında özünə məxsus 1 ədəd balaca alüminum ləyən, 1 ədəd böyük alüminum ləyən, 1 ədəd rezin şlang, 1 ədəd göy rəngli balaca yük arabası, 1 ədəd markası bilinməyən sap düzəldən elektrik maşın, 10 ədəd hind quşlarını, 1 ədəd alüminum qazana doldurulmuş təmizlənmiş qarğıdalını, 1 ədəd mis qazan, 1 ədəd aliminumdan olan soba üstünə qoyulan sac, 1 kisə qozu aşkar olunmuşdur. Bu zaman polis əməkdaşları Məmmədhafizi polis şöbəsinə aparmış, o isə öz əşyalarını və hind quşlarını evinə apardıqdan sonra Məmmədhafiz barəsində ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə səhər radələrində o, nəvəsi Rəsulla birlikdə Rusiya Federasiyasının, Dağıstan Respublikasının Mahaçkala şəhərinə istirahət etmək üçün getmişlər. xx xxxxxx 2020-ci il tarixdə o, nəvəsi Rəsulla birlikdə evinə qayıdan zaman, evin həyətində olan müxtəlif növ ağacların kökündən kəsilib aparıldığını görmüş, daha sonra isə evin həhəyində olan saxlanc otağına baxış keçirən zaman ona məxsus 1 ədəd ”MAXX PRO” SENSOR 520 markalı velosipedin, 1 ədəd Rusiya istehsalı olan “feə-2” markalı paltar yuyan maşının, 1 ədəd Rusiya istehsalı olan «LESNİK 5200» markalı elektrik mişarın, 1 ədəd Rusiya istehsalı olan “TEX PROM BT 43” markalı elektrik ot biçənin, 1 ədəd Rusiya istehsalı olan velosiped nasosunun, 1 ədəd Rusiya istehsalı olan maşın dankaratın, 1 ədəd 40 litr həcmində aliminum su bakının, 1 ədəd 60 litr həcmində Rusiya istehsalı olan ağ rəngli plastik su qabının, 1 ədəd qara rəngli Rusiya istehsalı olan 50 litr su bakının, 1 ədəd 10 litr həcmində Rusiya istehsalı olan latun metaldan hazırlanmış samovarın, 2 ədəd Rusiya istehsalı olan dəmir çarpayıların, 1 ədəd Rusiya istehsalı olan stolun, 2 ədəd hərəsi 25 metr uzunluğunda 40 mm-lik Rusiya istehsalı olan rezin şlangların, 10 kisə buğdanın, 1 kisə təmizlənmiş qarğıdalının, 1 kisə təmizlənməmiş qozunin, 1 ədəd 20 litr həcmində Rusiya istehsalı olan aliminum ləyənin, 1 ədəd Rusiya istehsalı olan dəmir qaz xərəyinin, 1 ədəd iki gözlü Rusiya istehsalı olan qaz sobasının, 1 ədəd bir gözlü əldə qayırma qaz sobasını, 1 ədəd aliminumdan olan soba üstünə qoyulan sacın, 5 ədəd Rusiya istehsalı olan palstik vedrələrin, 4 ədəd Rusiya istehsalı olan dəmir vedrələrin, 1 ədəd Rusiya istehsalı olan şirli vedrənin,1 ədəd Rusiya istehsalı olan 15 litr həcmində mis qazanın, 1 ədəd 10 litrlik aliminun qazanın, 1 ədəd 15 litrlik Rusiya istehsalı olan aliminum qazanın, 1 ədəd 20 litirlik Rusiya istehsalı olan aliminum qazanın, 1 ədəd 40 litrlik Rusiya istehsalı olan aliminum qazanın, 4.5 kq Rusiya istehsalı olan “Uşastıy nyanya” markalı paltaryuyan tozuun, 10 ədəd hərəsi 3 metr uzunluğundanda, 4 mm-lik qalınlığında Rusiya istehsalı olan dəmir üçbucaqların, 2 yeşik baş soğanın, 30 ədəd Rusiya istehsalı olan 1 litrlik şüşə bankaların, 24 ədəd Rusiya istehsalı olan 3 litrlik şüşə balonların, 200 ədəd Azərbaycan istehsalı olan boş kisələrin, 3 kisə yuyulmamış yunun, 1 ədəd 4x5 metr ölçülərdə Azərbaycan istehsalı olan göy rəngli palatkanın, 1 ədəd elektrik sap düzəldən maşının, 1 ədəd elektrik ət çəkən maşının, bir vedrə içərisində 10 kq duzlanmış uzüm yarpaqların, 1 vedrə içərisində 5 kq olan xiyar turşularının, 5 kq dəmir məftilin, 3 kq yandırılmış dəmir məftilin, hərəsi 5 litr həcmində olan 3 qab qırmızı rəngli boyaların, hərəsi 4 litr həcmində olan 3 qab ağ rəngli boyaların, hərəsi 0.5 litr həcmində olan 4 qab boya fısqıran qabların, 3 ədəd boya şotkaların, 4 ədəd boya roliklərinin, 1 ədəd manqalın, hərəsi 3 litr həcmində olan 2 balon pendirin, 20 ədəd Rusiya istehsalı olan plastik boru küncləri 1 ədəd 7x3 metr ölçüdə Azərbaycan istehsalı olan xalçanın, 1 ədəd 2x3 ölçüdə Azərbaycan istehsalı olan xalçanın, 1 ədəd Türkiyə istehsalı olan kişi dublyonkasının, 1 cüt Türkiyə istehsalı olan rezin çəkmənin, 1 ədəd Rusiya istehsalı olan balaca baltanın, 1 ədəd Rusiya istehsalı olan böyük baltanın, 1 ədəd Rusiya istehsalı olan yaşıl rəngində olan plastik dırmıxın, 1 ədəd Rusiya istehsalı olan dəmir dırmıxın, 1 ədəd Rusiya istehsalı olan dəmirdən olan mətbəxtdə qablar üçün qoyulan qabyığan setkanın, 1 ədəd elektrik istifadəyə yarasız ütü, 1 ədəd sadə ət çəkən maşının, 2 ədəd Rusiya istehsalı olan yabların və 20 ədəd Rusiynüna istehsalı olan dəmir beton dirəklərininin oğurlandığını aşkar etdikdən sonra ərizə ilə Qusar RPŞ-nə müraciət etmiş və həmin hadisənin Məmmədhafiz və arvadı Sonaxanımın törətdiyini bildirmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları Qusar rayonu Yeni Tahircal kəndində yerləşən Məmmədhafizə məxsus fərdi yaşayış evinə və həyətinə baxış keçirən zaman, sonuncunun evinin həyətində yerləşən saxlanc otağından və tövlədən onun evindən oğurlanmış 1 ədəd ”MAXX PRO” SENSOR 520 markalı velosiped, 1 ədəd “feə-2”markalı paltar yuyan maşını, 1 ədəd “TEX PROM BT 43” markalı elektrik ot biçəni, 1 ədəd velosiped nasosu, 1 ədəd maşın dankaratı, 1 ədəd 40 litr həcmində aliminum su bakını, 1 ədəd 60 litr həcmində ağ rəngində olan plastik su qabını, 1 ədəd qara rəngində olan 50 litr su bakını, 1 ədəd 10 litr həcmində olan samovarı, 1 ədəd 20 litr həcmində aliminum ləyəni, 1 ədəd dəmir qaz xərəyi, 1 ədəd palstik vedrə, 1 ədəd 10 litrlik aliminun qazan, 1 ədəd 40 litrlik aliminum qazan, 64 ədəd boş kisə, 3 kisə hərəsi 10 kq olmaqla yuyulmamış yun, 1 ədəd 4x5 metrə olan göy rəngində olan palatka, 1 ədəd 3 litrlik şüşə balonu, 20 ədəd plastik boru küncləri və 1 ədəd dəmirdən olan mətbəxtdə qablar üçün qoyulan qabyığan setka aşkar edilərək götürülmüş və Məmmədhafiz isə Qusar rayon polis şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs evindən oğurladığı əmlakların ona heç bir aidiyyəti yoxdur, həmin əmlaklar özünə məxsusdur. Uzun müddətdir ki, Təqsirləndirilən şəxs ilə ayrılaraq ayrı yaşayırlar, onun evində Məmmədhafizə məxsus heç bir əmlak yoxdur. Hal hazırda təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs onun evindən oğurladığı əmlaklardan 1 ədəd ”MAXX PRO” SENSOR 520 markalı velosipedi, 1 ədəd “feə-2”markalı paltar yuyan maşını, 1 ədəd “TEX PROM BT 43” markalı elektrik ot biçəni, 1 ədəd velosiped nasosu, 1 ədəd maşın dankaratı, 1 ədəd 40 litr həcmində aliminum su bakını, 1 ədəd 60 litr həcmində ağ rəngində olan plastik su qabını, 1 ədəd qara rəngində olan 50 litr su bakını, 1 ədəd 10 litr həcmində olan samovarı, 1 ədəd 20 litr həcmində aliminum ləyəni, 1 ədəd dəmir qaz xərəyi, 1 ədəd palstik vedrəni, 1 ədəd 10 litrlik aliminun qazanı, 1 ədəd 40 litrlik aliminum qazanı, 64 ədəd boş kisə, 3 kisə hərəsi 10 kq olmaqla yuyulmamış yunu, 1 ədəd 4x5 metrə olan göy rəngində olan palatkanı, 1 ədəd 3 litrlik şüşə balonu, 20 ədəd plastik boru küncləri və 1 ədəd dəmirdən olan mətbəxtdə qablar üçün qoyulan qabyığan setkanı ona qaytarılmışdır. Mülki iddianın tam təmin edilməsini, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ciddi cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Abgül qızı ifadəsində göstərdi ki, xx xxxxxx 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin vaxtdan sonuncu ilə birlikdə yaşayır. xx xxxxxx 2019-cu il saat 09 radələrində o, Məmmədhafizin əlinə balta alıb keçmiş arvadı Zərərçəkmiş şəxs ilə sərhədində olan üzüm təhənglərini kəsməyə başladığını görüb, sonuncudan həmin hərəkətlərdən əl çəkməsini xahiş etmiş, lakin Məmmədhafiz ona qulaq asmamışdır. Həmin vaxt Raya həyətə çıxıb, Məmmədhafizə öz iradını bildirən zaman, Məmmədhafiz nərdivanla Rayanın evinin həyətinə tərəf keçmişdır. Bundan sonra o, evlərin həyətində olan xərəy evində çörək bişirməyə hazırlaşan zaman Məmmədhafiz nərdivanla Rayanın evinin həyətindən götürdüyü məişət əşyaların bəzilərini evin həyətinə atmış, bəzilərini isə evin damına qaldırıb saxlamışdır. O, xərəy evində olan zaman Məmmədhafiz, Rayanın evinin həyətindən 2 ədəd ləyəni, 1 ədəd balaca yük arabasını, 1 ədəd su şlangını və 10 ədəd hinduşkanı evin həyətinə gətirmiş, daha sonra isə Məmmədhafiz, Rayanın evin həyətindən 1 ədəd sacı, 1 kisə qozu, 1 qazan dolu qarğdalını, 1 ədəd qazanı götürüb, nərdivanla qaldırıb, evin damına qaldırıb saxlamışdır. Bundan sonra polis əməkdaşları gələn zaman Məmmədhafiz, Rayanın evin həyətindən ən axırda 1 ədəd dəmir qaz xərəyi və 1 ədəd köhnə sap düzəldən elektrik maşını götürüb, nərdivanla evin damına qaldırışdır. Bundan sonra polis əməkdaşları Məmmədhafizi polis şöbəsinə aparmış, o, isə Rayanı evinin həyətinə dəvət edib, sonuncuya məxsus əşyaları aparması üçün ona şərait yaratmışdır. Bundan sonra o, Raya və Məmmədhafiz arasında baş verən mütəmadi mübahisələrdən bəzdiyi üçün çıxıb Qusar rayonu Quxur-oba kəndində yerləşən öz evimə qayıdıb, arada bir Məmmədhafiznin evinə gəlib, sonuncuya baş çəkmişdir. O, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Məmmədhafizin yanına getməmiş, sonuncu isə mütəmadi olaraq onun yaşadığı Quxur-oba kəndində yerləşən evinə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, evdə olan zaman polis əməkdaşları onun yaşadığı evə gəlib, onun razılığı ilə evə və evin həyətinə baxış keçirmiş və baxış zamanı hər hansı bir qanuna zidd əşya aşkar etməmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Rayanın evində oğurluq hadisəsi baş vermiş, sonuncu da həmin hadisənin onun və əri Məmmədhafizin törətdiyini bildirmişdir. Bundan sonra o, polis əməkdaşalrı ilə birlikdə Məmmədhafizin yaşadığı ünvana gedib, sonuncunun razılığı ilə evə və evin həyətində olan tikililərə baxış keçirən zaman, evin həyətində olan tövlədən və saxlanc otağından 1 ədəd velosiped, 1 ədəd paltar yuyan maşın, 1 ədəd elektrik ot biçən, 1 ədəd velosiped nasosu, 1 ədəd maşın dankaratı, 1 ədəd aliminum su bakı, 1 ədəd ağ rəngli plastik su qabı, 1 ədəd qara rəngli su bakını, 1 ədəd samovar, 1 ədəd balaca ləyən, 1 ədəd dəmir qaz xərəyi, 1 ədəd palstik vedrə, 1 ədəd balaca qazan, 1 böyük qazan, 64 ədəd boş kisə, 3 kisə yuyulmamış yun, 1 ədəd 4x5 metrə olan göy rəngində olan palatka, 1 ədəd 3 litrlik şüşə balonu, 20 ədəd plastik boru küncləri və 1 ədəd dəmirdən olan mətbəxtdə qablar üçün qoyulan qabyığan setka aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında qanuni nümayəndə Şahid1 Abgül qızının və Qusar rayon Təhsil Şöbəsinin metodisti X1 iştirakları ilə şahid qismində dindirilmiş xx xxx 2008-ci il təvəllüdlü Şahid3 ifadəsində göstərdi ki, o, nənəsi Zərərçəkmiş şəxs ilə bir yerdə yaşayırlar, babası Təqsirləndirilən şəxs onlarla düşmən mövqəyindədir. xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində o, nənəsi ilə birgə evdə yuxudan ayılan zaman həyətdən səs eşitmişdir. Pəncərədən baxanda görmüşdür ki, babası Məhəmmədhafiz Nadirəliyev dama çıxıb balta ilə üzüm tənglərini kəsir, daha sonra isə nərdivan götürərək onların tərəfə keçmişdir. Məmmədhafiz həyətdə olan xurma, nar, üzüm ağaclarını balta ilə kökündən kəsmişdir. Həmin vaxt o, nənəsi ilə birgə həyətə çıxmış, Məhəmmədhafiz Nadirəliyev əlində balta ilə onların üstünə gəlmiş, onları həyətdən qovmuşdur. X2 həyətdə olan iti vurmuş və iti zəncirdən açıb buraxmışdır. Onlar həyətdən çıxanda babası Məhəmmədhafiz onu və nənəsini daşlamış, daşlardan biri nənəsi Rayanın əlinə dəymişdir. Həmin vaxt Məmmədhafiz əlində balta ilə onu və nənəsini evin həyətindən qovmuş, həyətin darvazasını içəridən bağlamışdır. Onlar həyətdən çölə çıxanda nənəsi polisə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş, onlar qapını açmaq istəmiş lakin, qapı içəridən bağlı olmuşdur. Bu zaman polis əməkdaşları onu hasardan evin həyətinə göndərmiş və o, içəridən qapını açmışdır. Həmin vaxt babası Məhəmmədhafiz polis əməkdaşlarının üstünə qışqırmış, onları söymüş və nənəsini öldürməklə hədələmişdir. Həmin vaxt Məhəmmədhafiz Nadirəliyev nənəsinin qaz xərəyini və sap düzəldən elektrik maşınını götürüb nərdivanla dama çıxmış, damdan onlara tərəf odun parçası atmış, lakin onlara dəymişdir. Polis əməkdaşları Məhəmmədhafizin yaşadığı həyətə getmiş, sonra nənəsini çağırıb həyətdə olan hinduşkaları göstərərək ona aid olub-olmadığını soruşmuşlar. Onlar hinduşkaları görən kimi tanımışdır. Həmin vaxt polis əməkdaşları Məmmədhafizi maşına mindirib, polis şöbəsinə aparmışlar. Bundan başqa Məmmədhafizin evin damında və həyətində onların evinin həyətindən oğurladığı müxtəlif dəmir qazan və ləyənləri, qazan dolu qarğıdalı, 1 kisə qoz, balaca yük arabası, peçin üstünə qoyulan sacı, 1 ədəd şlang, qaz xərəyini və sap düzəldən elektrik maşını aşkar edilmişdir. Bu zaman nənəsi özünə məxsus həmin əşyaları damdan və Məmmədhafizin həyətindən öz evin həyətinə aparmışdır. xx xxxxxx 2019-cu il tarixdə o, nənəsi ilə birlikdə Mahaçkala şəhərinə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə evə qayıtmış və həmin vaxt görmüşlər ki, evin həyətində olan meyvə ağacların bir hissəsi kökündən çıxarılıb aparılmış, üzüm ağacları isə kəsilib yerə atılmışdır. Bundan sonra onlar evin həyətində olan saxlanc otağına baxanda görmüşlər ki, müxtəlif qazanlar, ləyənlər, şlang, ot biçən maşın, qoz, qarğıdalı, pendir balonları və başqa məişət əşyaları da oğurlanmışdır. Bununla bağlı nənəsi Raya ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Həmin vaxt nənəsi, Məmmədhafiz və onun arvadı Sonaxanımdan şübhələnmişdir. Bir neçə gün sonra onlara məlum olmuşdur ki, nənəsinin evinin həyətindən Məmmədhafiz oğurluq etmiş və aöacları kəsərək məhv etmişdir. Polis əməkdaşları Məmmədhafizin evinə baxış keçirən zaman həmin əşyaların bir hissəsini aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Raya və Məmmədhafiz 2013-cü ilin yanvar ayından etibarən Qusar RPŞ-də münaqişlə ailə kimi qeydiyyata götürlümüş və hal-hazırda da onlar münaqişləri ailə kimi qeydiyyatdadırlar. xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində Qusar rayonu Yeni Tahircal kənd sakini Zərərçəkmiş şəxs ona zəng edərək qonşuluqda yaşayan keçmiş əri Məmmədhafizin səsküy salaraq, mübahisə yaratmasını barədə məlumat vermişdir. Həmin vaxt o, Qusar RPŞnin Samur PB-də sahə müvəkkili işləyən Şahid2 ilə hadisə yerinə getmişlər. Həmin gün saat 10 radələrində hadisə yerinə çatan zaman onları Raya və nəvəsi Rəsul qarşılamış, onlar Rayanın evinin həyətinin qapısına yaxınlaşan zaman qapının içərdən bağlandığı görüb Məmmədhafzindən dəfələrlə qapını açmasını tələb etsələrdə, sonuncu qapını açmamış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra onlar Rayanın nəvəsi Rəsulu hasardan içəri salmış, sonuncu evin həyətinə keçərək həyətin qapısını açmışdır. Həmin vaxt o, Şahmar və Raya ilə birlikdə evin həyətinə daxil olan zaman, Məmmədhafiz onları görən kimi nalayiq ifadələr işlədərək, Rayanın evin həyətindən bir ədəd qaz xərəyi və 1 ədəd sap düzəldən elektrik maşını götürüb, nərdivanla həmin əşyaları öz evin damına qaldırıb, aparmış, daha sonra isə nərdivanı da evin damına qaldırmışdır. Həmin vaxt Məmmədhafiz evin damında olan zaman onların ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra isə Rayanın evin həyətinə yenidən gələrək sonuncu ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt o və Şahmar dəfələrlə Məmmədhafizi sakitləşdimrək istəsələr də, sonuncu onların qanuni tələblərinə əməl etməmiş, həmçinin əlindəki balta və bıçaqla Rayanı sözlə öldürməklə hədələmiş, lakin balta və bıçaqla onun üstünə gedib, hücum etməmişdir. Bu zaman Şahmar Məmmədhafizin əlindən balta və bıçağı almışdır. Bundan sonra onlar Rayanın iştirakı ilə Məmmədhafizin evin həyətinə baxış keçirən zaman, sonuncunun evin həyətində və damında Rayaya məxsus əl arabası, aliminium ləyənlər, qarğıdalı ilə dolu aliminium qazan, mis qazan, rezin şlang, 1 kisə qoz, peçin üstünə qoyulan sac, qaz xərəyi, sap düzəldən elektrik maşını və 10 ədəd hinduşkaları aşkar etmiş, Raya həmin əşyaların və hinduşkaların ona məxsus olduğunu bildirmişdir. Məmmədhafiz isə həmin əşyaları Rayanın evin həyətindən götürdüyünü etiraf etmişdir. Sonra isə onlar Məmmədhafizi polis şöbəsinə dəvət etmişlər. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə Raya ərizə ilə Samur PB-nə müraciət edərək, nəvəsi Rəsulla birlikdə Dağıstan Respublikasında olan müddət ərzində keçmiş əri Məmmədhafiz və onun arvadı Sonaxanımın onun evin həyətində yerləşən saxlanc otağında müxtəlif növ məişət əşyaları oğurladığını bildrimişdir. Onlar əvvəl Sonaxanımın evinə və həyətinə sonuncunun razılığı ilə baxış keçirmiş və baxış zamanı Sonaxanımın evindən və həyətindən Rayaya məxsus hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə onlar Məmmədhafizin razılığı ilə sonuncunun evinə və evin həyətində olan tikililərə baxış keçirmiş, sonuncunun evin həyətində yerləşən saxlanc otağından və tövlədən Rayaya məxsus 1 ədəd velosiped, 1 ədəd paltar yuyan maşını, 1 ədəd markalı elektrik ot biçəni, 1 ədəd velosiped nasosu, 1 ədəd maşın dankaratı, 2 ədəd su bakını, 1 ədəd plastik su qabını, 1 ədəd samovarı, 1 ədəd aliminum ləyəni, 1 ədəd dəmir qaz xərəyi, 1 ədəd palstik vedrə, 2 ədəd aliminum qazanlar, 64 ədəd boş kisə, 3 kisə yuyulmamış yun, 1 ədəd göy rəngində olan palatka, 1 ədəd 3 litrlik şüşə balonu, 20 ədəd plastik boru küncləri və 1 ədəd dəmirdən olan mətbəxtdə qablar üçün qoyulan qabyığan setka onlar tərəfindən aşkar edilib götürülmüş, Məmmədhafiz isə Qusar rayon polis şöbəsinə aparılmışdır. Həmin vaxt Məmmədhafiz həmin əşyaları xx xxxxxx 2020-ci il tarixdə tək başına oğurladığını etiraf etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, o, Şahid4 ifadəsinə uyğun eyni məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2519 Zərərçəkmiş şəxs zəddin qızının evin həyətində yerləşən saxlnc otağından oğurlanmış əşyaların 2020-ci ilin yanvar ayına olan dəyəri aşağıdakı kimi müəyyən edilir: - 01 ədəd Çin istehsalı olan “MAXX PRO SENSOR 520” markalı, velosipedin dəyəri 140,00 manat, 01 ədəd Rusiya istehsalı olan “feə-2” markalı paltar yuyan maşının dəyəri 70,00 manat, 01 ədəd Rusiya istehsalı olan «LESNİK 5200» markalı elektrik mişarın dəyəri 100,00 manat, 01 ədəd Rusiya istehsalı olan “TEX PROM BT 43” markalı elektrik ot biçənin dəyəri 100,00 manat, 01 ədəd ədəd Rusiya istehsalı olan velosiped nasosunun dəyəri 10 manat, 01 ədəd Rusiya istehsalı olan maşın dankaratının dəyəri 15 manat, 01 ədəd Rusiya istehsalı olan 40 litr həcmində aliminum su bakının dəyəri 40 manat, 01 ədəd Rusiya istehsalı olan 60 litr həcmində ağ rəngli plastik su qabının dəyəri 15 manat, 01 ədəd Rusiya istehsalı olan qara rəngli 50 litr həcmində plastik su qabını dəyəri 15 manat, 01 ədəd Rusiya istehsalı olan 10 litr həcmində latun metaldan hazırlanmış samovarın dəyəri 200 manat, 02 ədəd Rusiya istehsalı olan hərəsi 25 mter uzunluğunda 40 mm-lik rezin şlankların dəyəri 50 manat, 500 kq buğdanın dəyəri 200 manat, 50 kq təmizlənmiş arğıdalının dəyəri 27,50 manat, 20 kq təmizlənməmiş (qabıqlı) qozun dəyəri 100 manat, 01 ədəd Rusiya istehsalı olan 20 litr həcmində alüminium ləyənin dəyəri 7 manat, 01 ədəd Rusiya dəmir sexində sifarişlə hazırlanmış dəmir sobanın (qaz xərəyin) dəyəri 40 manat, 01 ədəd Rusiya istehsalı olan ikigözlü qaz sobasının dəyəri 40 manat, 01 ədəd alüminiumdan olan soba üstünə qoyulan sacın dəyəri 40 manat, 5 ədəd Rusiya istehsalı olan plastik vedrələrin dəyəri 25 manat, 4 ədəd Rusiya istehsalı olan dəmir vedrələrin dəyəri 32 manat, 01 ədəd Rusiya istehsalı olan şirəli vedrənin dəyəri 20 manat, 01 ədəd Rusiya istehsalı olan 15 litr həcmində mis qazanın dəyəri 60 manat, 01 ədəd Rusiya istehsalı olan 10 litr həcmində alüminium qazanın dəyəri 15 manat, 01 ədəd Rusiya istehsalı olan 15 litr həcmində alüminium qazanın dəyəri 20 manat, 01 ədəd Rusiya istehsalı olan 20 litr həcmində alüminium qazanın dəyəri 25 manat, 01 ədəd Rusiya istehsalı olan 40 litr həcmində alüminium qazanın dəyəri 45 manat, 4,5 kq Rusiya istehsalı olan, üzərində “Uşastıy Nyanya” yazıları olan paltar yumaq üçün yuyucu tozun dəyəri 85,50 manat, 25 kq baş soğanın dəyəri 10 manat, 30 ədəd Rusiya istehsalı olan 1 litr həcmində şüşə bankaların dəyəri 12 manat, 24 ədəd Rusiya istehsalı olan 3 litrlik şüşə balonların dəyəri 14,40 manat, 30 kq yuyulmamış yunun dəyəri 90 manat, 1 ədəd elektrik ət çəkən maşının dəyəri 80 manat, 10 kq duzlanmış üzüm yarpaqların dəyəri 15 manat, 5 kq xiyar turşuların dəyəri 20 manat, 3 kq yandırılmış dəmir məftilin dəyəri 5,10 manat, 5 kq dəmir məftilin dəyəri 8,50 manat, 4 ədəd hərəsi 0,5 litr həcmində boya fısqıran qabların dəyəri 32 manat, 4 ədəd boya roliklərin dəyəri 20 manat, 3 ədəd boya şotkaların dəyəri 9 manat, 01 ədəd sexdə sifarişlə hazırlanmış 0,50smx1m20sm ölçüdə olan dəmir manqalın dəyəri 50 manat, 2 balon hərəsi 3 litr həcmində olan, malpendirin dəyəri 30 manat, 01 ədəd Azərbaycan istehsalı olan 7x3 metr ölçüdə olan xalçanın dəyəri 140 manat, 01 ədəd Azərbaycan sitehsalı olan 2x3 metr ölçüdə olan xalçanın dəyəri 140 manat, 1 cüt rezin uzunboğaz çəkmənin dəyəri 6 manat, 01 ədəd Rusiya istehsalı olan balaca baltanın dəyəri 5 manat, 01 ədəd Rusiya istehsalı olan böyük baltanın dəyəri 10 manat, 01 ədəd Rusiya istehsalı olanyaşıl rəngli başlığı plastikdən olan tutqacı isə ağacdan olan dırmığın dəyəri 6 manat, 01 ədəd Rusiya istehsalı olanyaşlı rəngli başlığı dəmirdən olan, tutqacı ağacdan hazırlanmış dırmığın dəyəri 10 manat, 01 ədəd Rusiya istehsalı olan dəmirdən hazırlanmış mətbəxtdə qablar üçün qoyulan qabyığan setkanın dəyəri 3 manat, 01 ədəd istifadəyə yarasız ütünün dəyəri 5 manat, 01 ədəd sadə ət çəkən maşının dəyəri 25 manat, 2 ədəd Rusiya istehsalı olan başlığı dəmirdən olan yabaların dəyəri 16 manat, 20 ədəd Azərbaycan istehsalı olan dəmir beton direklərin dəyəri 80 manat təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2519 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilməyən, 12 adda malın tədqiqat və qiymətləndirməsi aparılmadı. Buna görə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın məbləği onun ifadəsində göstərdiyi qiymətə əsaslanmalıdır və orta bazar qiymətləri aşağdakı kimi müəyyən edilərək, nəzərə alınmalıdır : -2 ədəd Rusiya istehsalı olan dəmir metaldan hazırlanmış çarpayıların dəyəri 10,92 manat, 01 ədəd Rusiya istehsalı olan 1x2 metr ölçüdə taxtadan hazırlanmış stolun dəyəri 50 manat, 01 ədəd bir gözlü ədə qayırma qaz sobasının dəyəri 50 manat, 10 ədəd 3 metr uzunluğunda, 4 mm-lik qalınlığında dəmir üçbucaqları dəyəri 120 manat, 200 ədəd Azərbaycan istehsalı olan boş ağ intetik materialdan hazırlanmış kisələrin dəyəri 50 manat, 01 ədəd Azərbaycan istehsalı olan 4x5metr ölçüdə göy rəngli polietilendən hazırlanmış palatkanın dəyəri 25 manat, 01 ədəd SSSR-də istehsal olunmuş elektrik sap düzəldən maşının dəyəri 100 manat, 15 litr qırmızı rəngli boyanın dəyəri 122,85 manat, 12 litr ağ rəngli boyanın dəyəri 196,56 manat, 20 ədəd plastik boru künclərin dəyəri 10,96 manat, 01 ədəd Tükiyə istehsalı olan parçadan hazırlanmış kişi dublyonkasının dəyəri 100 manat təşkil edir. Cinayət işinin materiallarında olan Qusar şəhərində fəaliyyət göstərən “xxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyində 2020-ci ilin yanvar ayında 6 illik üzüm ağacın orta bazar qiyməti təxminən 15 manat olmaqla 6 ədəd üzüm ağacın cəmi qiyməti 90 manat, 5 illik nar ağacın orta bazar qiyməti təxminən 16 manat olmaqla 7 ədəd nar ağacın cəmi qiyməti 112 manat, 5 illik şaftalı ağacın orta bazar qiyməti təxminən 12 manat olmaqla 2 ədəd şaftalı ağacın cəmi qiyməti 24 manat, 5 illik zoğal ağacın orta bazar qiyməti təxminən 12 manat olmaqla 4 ədəd zoğal ağacın cəmi qiyməti 48 manat, 5 illik heyva ağacın orta bazar qiyməti təxminən 11 manat olmaqla 2 ədəd heyva ağacın cəmi qiyməti 22 manat, 5 illik armud ağacın orta bazar qiyməti təxminən 12 manat olmaqla 4 ədəd armud ağacın cəmi qiyməti 48 manat, 3 illik qızıl gülün qələmin orta bazar qiyməti təxminən 15 manat olmaqla 10 ədəd qızıl gül qələmlərin cəmi qiyməti 150 manat təşkil etdiyi qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan Qusar şəhərində fəaliyyət göstərən “xxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli rəyində 2019-cu ilin dekabr ayında 1 kq hind quşu (fərə)ətinin orta bazar qiyməti 13 manat, 1 kq hind quşu (xoruz)ətinin orta bazar qiyməti 11 manat olmuş, təmiz ət çəkisi 3 kq olan 1 yaşında hind quşu (fərə) orta bazar qiyməti təxminən 39 manat olmaqla 5 ədəd hind quşunun (fərə) xx xxxxxx 2019-cu il tarixə cəmi qiyməti 195 manat, təmiz ət çəkisi 4 kq olan 1 yaşında hind quşunun (xoruz) orta bazar qiyməti təxminən 44 manat olmaqla 5 ədəd hind quşunun (xoruz) xx xxxxxx 2019-cu il tarixə cəmi qiyməti 220 manat, 5 illik üzüm ağacın xx xxxxxx 2019-cu il tarixə orta bazar qiyməti təxminən 14 manat olmaqla 3 ədəd üzüm ağacın cəmi qiyməti 42 manat, 5 illik nar ağacın xx xxxxxx 2019-cu il tarixə orta bazar qiyməti təxminən 16 manat olmaqla 6 ədəd nar ağacın cəmi qiyməti 96 manat, 5 illik xurma ağacın xx xxxxxx 2019-cu il tarixə orta bazar qiyməti təxminən 15 manat, 1 kq təmizlənmiş qarğıdalının xx xxxxxx 2019-cu il tarixə orta bazar qiyməti təxminən 0,55 manat olmaqla 50 kq təmizlənmiş qarğıdalının cəmi qiyməti 27,50 manat,1 kq təmizlənməmiş (qabıqlı) qozun xx xxxxxx 2019-cu il tarixə orta bazar qiyməti təxminən 5 manat olmaqla 20 kq təmizlənməmiş (qabıqlı) qozun cəmi qiyməti 100 manat təşkil etdiyi qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan Qusar şəhərində fəaliyyət göstərən “xxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli rəyində 1 ədəd Rusiyada istehsal olunmuş 40 litrlik aliminum qazanın xx.xx.2019-cu il tarixdə orta bazar qiyməti 45 manat, 1 ədəd 15 litr həcmində Rusiyada istehsal olunmuş mis qazanın xx.xx.2019-cu il tarixdə orta bazar qiyməti 60 manat, 1 ədəd 20 litr həcmində Rusiyada istehsal olunmuş aliminum ləyənin xx.xx.2019-cu il tarixdə orta bazar qiyməti 10 manat, 1 ədəd 40 litr həcmində Rusiyada istehsal olunmuş aliminum ləyənin xx.xx.2019-cu il tarixdə orta bazar qiyməti 25 manat, 1 ədəd 25 metr uzunluğunda olan Rusiyada istehsal olunmuş 40 mm –lik rezin şlangın xx.xx.2019-cu il tarixdə orta bazar qiyməti 25 manat, 1 ədəd Rusiyada dəmir sexində sifrişlə hazırlanmış dəmir qaz xərəyin xx.xx.2019-cu il tarixdə orta bazar qiyməti 40 manat, 1 ədəd aliminumdan olan peç üstünə qoyulan sacın xx.xx.2019-cu il tarixdə orta bazar qiyməti 40 manat, 1 ədəd Rusiyada istehsal olunmuş göy rəngli balaca yük arabasının xx.xx.2019-cu il tarixdə orta bazar qiyməti 35 manat, 1 ədəd markası bilinməyən SSSR dövlətində istehsal olunmuş sap düzəldən elektrik maşının xx.xx.2019-cu il tarixdə orta bazar qiyməti 80 manat təşkil etdiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəqi 46) İş materiallarında olan Qusar RİHB-nın Samur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. (cild İ, iş vərəqi 77) İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild İİ, iş vərəqi 30-32) Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə xarakter daşıdığından inandırıcı hesab etmir, özünü təqsirli bilməməsini onun cinayət məsuliyyətindən boyun qaçırması kimi qiymətləndirlir. Belə ki, həmin faktlar məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçının, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında ona tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.3-cü maddələrinə düzgün tövsif edilmişdir və ona həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxs və mülki iddiaçıya dəymiş zərərin qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini səciyyələndirən halları, işdə zəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Lakin məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs şəxsiyyətini, belə ki, ilk dəfə az ağır cinayət törətməsini, təqaüdçü olmaqla yaşını, ailəsinin maddi və mənəvi vəziyyətini, zərər çəkmiş şəxsə və mülki iddiaçıya dəymiş zərərin bir hissəsini ödəməsini nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkündür. Bu səbəbdən də təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti olaraq tətbiq edilməsi nəticəsinə gəlir və barəsində sınaq müddəti müəyyən edilməklə həmin müddət ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun olaraq ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlarla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə onu da qeyd edir ki, şərti məhkumetmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza icra olunmasa da təyin olunan cəza qanunla müəyyən olunmuş xüsusi formada şərti həyata keçirilir. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu, sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin-tərcümə) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azadlıqdan məhrum etmə ilə azadlığın məhdudlaşdırılması arasındakı fərq xarakter və ya mahiyyət məsələsi yox, sadəcə dərəcə və ya intensivlik məsələsidir. Həmin Konvensiyanın 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurətin tələb etdiyi müddətdən artıq davam etməməlidir. (bax, Avropa Məhkəməsinin Amyur Fransaya qarşı işi üzrə xx xxxx 1996-cı il tarixli qərar, 42-ci b.) Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs dəymiş 4119 (dörd min bir yüz on doqquz) manat maddi ziyandan 1781,06 (bir min yeddi yüz səksən bir manat altı qəpik) manat maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 2337.94 (iki min üç yüz otuz yeddi manat doxsan dörd qəpik) manat alınıb zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə həmçinin mənəvi zərərin ödənilməsinə dair hissədə mülki iddianı müzakirə edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mənəvi zərərin vurulması barədə hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və bununla da həmin hal məhkəmədə öz təsdiqini tapmadığından mülki iddia həmin hissədə rədd edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd ”MAXX PRO” SENSOR 520 markalı velosipedi, 1 ədəd “feə-2”markalı paltar yuyan maşını, 1 ədəd “TEX PROM BT 43” markalı elektrik ot biçəni, 1 ədəd velosiped nasosu, 1 ədəd maşın dankaratı, 1 ədəd 40 litr həcmində aliminum su bakını, 1 ədəd 60 litr həcmində ağ rəngində olan plastik su qabını, 1 ədəd qara rəngində olan 50 litr su bakını, 1 ədəd 10 litr həcmində olan samovarı, 1 ədəd 20 litr həcmində aliminum ləyəni, 1 ədəd dəmir qaz xərəyi, 1 ədəd palstik vedrə, 1 ədəd 10 litrlik aliminun qazan, 1 ədəd 40 litrlik aliminum qazan, 64 ədəd boş kisə, 3 kisə hərəsi 10 kq olmaqla yuyulmamış yun, 1 ədəd 4x5 metrə olan göy rəngində olan palatka, 1 ədəd 3 litrlik şüşə balonu, 20 ədəd plastik boru küncləri və 1 ədəd dəmirdən olan mətbəxtdə qablar üçün qoyulan qabyığan setka gündəlik tələbatda istifadə olunduğu üçün zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk cinayət işinin materialalrında sxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 177.2.3 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 180.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin və ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, vəzifəsi qoyulsun. Davranışına nəzarət etmək yaşayış yeri üzrə icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan 1 ədəd ”MAXX PRO” SENSOR 520 markalı velosiped, 1 ədəd “feə-2”markalı paltar yuyan maşını, 1 ədəd “TEX PROM BT 43” markalı elektrik ot biçəni, 1 ədəd velosiped nasosu, 1 ədəd maşın dankaratı, 1 ədəd 40 litr həcmində aliminum su bakını, 1 ədəd 60 litr həcmində ağ rəngində olan plastik su qabını, 1 ədəd qara rəngində olan 50 litr su bakını, 1 ədəd 10 litr həcmində olan samovarı, 1 ədəd 20 litr həcmində aliminum ləyəni, 1 ədəd dəmir qaz xərəyi, 1 ədəd palstik vedrə, 1 ədəd 10 litrlik aliminun qazan, 1 ədəd 40 litrlik aliminum qazan, 64 ədəd boş kisə, 3 kisə hərəsi 10 kq olmaqla yuyulmamış yun, 1 ədəd 4x5 metrə olan göy rəngində olan palatka, 1 ədəd 3 litrlik şüşə balonu, 20 ədəd plastik boru küncləri və 1 ədəd dəmirdən olan mətbəxtdə qablar üçün qoyulan qabyığan setka gündəlik tələbatda istifadə olunduğu üçün zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk cinayət işinin materialalrında saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs 2337.94 (iki min üç yüz otuz yeddi manat doxsan dörd qəpik) manat alınıb zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılsın. Qalan hissədə mülki iddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilsin. Hökmün icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-42/2020
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-42/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver