Məhkəmə qərarları › İş №1(029)-42/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-42/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-42/2021 25.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Qusar rayonu Avaran Qışlaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 11 aprel 2021-ci il tarixdə saat 23 radələrində Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin həyətində aralarında yaranmış mübahisə zamanı əsəbləşərək yumruq zərbələri ilə Zərərçəkmiş şəxs döyərək qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun qaynatasıdır. O, sonuncunun qızı Şahid2 ilə ailə həyatı qurmuş, birgə nikahlarından bir uşaqları anadan olmuşdur. Son vaxtlar arvadı Zöhrə ilə münasibətləri pozulmuş, hazırda Zöhrə azyaşlı uşaqları ilə birlikdə atası Kamranın evində yaşayır. Arvadı Zöhrə və qaynatası Kamran onun uşağı ilə görüşməsinə imkan vermədiklərindən o, əsəbləşərək 11 aprel 2021-ci il tarixdə saat 23 radələrində uşağı görmək üçün qaynatası Kamranın Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən evinə getmişdir. O, darvazadan arvadı Zöhrəni çağırmış və qarşısına Zərərçəkmiş şəxs çıxmış, həmin şəxsə uşağı ilə görüşmək istədiyini bildirmiş, lakin Kamran ona imkan verməmiş, sonra oraya qaynanası Zahidə və arvadı Zöhrə gəlmişlər. O, əsəbləşərək Kamranı yumruq zərbəsi ilə sifətindən vurmuş, zərbədən Kamran yerə yıxılmışdır. Bundan sonra qaynanası və arvadı onları ayırmışlar və oradan çıxıəb getmişdir. Daha sonra onun barəsində polisə şikayət olunmuş və o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində bir azyaşlı uşağının olduğunu, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, X4 iştirakçısı olduğunu, döyüşlərdə bir neçə yerindən yaralandığını göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızı Zöhrənin əridir. Emin, qızı və uşağı ilə birlikdə bir ildən artıq ona məxsus evdə yaşamış, bir müddət əvvəl Emin ailəsi ilə birlikdə öz atasının evinə getmiş, lakin orada bir gün qaldıqdan sonra yenidən onun evinə qayıtmışdır. Sonradan Emin özünə iş tapmaq məqsədilə onun evindən getmiş, qızı isə azyaşlı uşaqla birlikdə onun evində qalmışdır. 11 aprel 2021-ci il tarixdə saat 23 radələrində Emin onun qızı Zöhrəyə zəng edərək mübahisə etmiş, sonra onun evinin qarşısına gələrək onu küçəyə çağırmış, sonra onun arvadı Zahidə, daha sonra qızı Zöhrə oraya gəlmişlər. Həmin vaxt Emin uşağı ilə görüşməyə imkan verilmədiyinə görə onunla mübahisə etmiş, mübahisə vaxtı yumruqla onun sifətindən vurmuş, o, zərbədən yerə yıxılmış, sonra Emin təpiklə onun bədənindən vurmuşdur. Arvadı Zahidə və sonradan oraya gələn qızı Zöhrə onları ayırmışdır. Bundan sonra bu barədə polisə şikayət olunmuş və Təqsirləndirilən şəxs təhqiqata cəlb olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş 137 saylı 12 aprel 2021-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarət-alt dodağın selikli qişasının az sol tərəfinin ətrafları qansızmalı əzilmiş-çapılmış yarası küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11.04.2021-ci il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 22 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş N.04.2021-ci il tarixli 5N/04-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli **********8 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs sosial müavinət, təqaüd almır. İş materiallarında olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli 182 saylı arayışdan görünür ki, Qusar rayonu Avaranqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Şahid1 Kamran qızından, 07.03.2019-cu il təvəllüdlü oğlu Elgün Vəlixanovdan və anası X2 ibarətdir. İş materiallarında olan AZ-İV 269016 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 07.03.2019-cu il təvəllüdlü Elgün adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qusar rayonu Avaranqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş 18.05.2021-ci il tarixli 375 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada qismən səfərbərliklə əlaqədar hərbi xidmətə cəlb edilmiş və 06.11.2020-ci il tarixdə aidiyyəti hərbi hissəyə təhvil verilmişdir. N.12.2020-ci il tarixdə SHXÇDX-nin Qusar rayon şöbəsinə təkrar qeydiyyata alınmışdır. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 25 may 2021-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 1N.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar