Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-42/2024 05.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Qusar rayonu, Kuzun Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qusar rayonu, Kuzun Qışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2024-cü il tarixdə, saat 19:50 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evin giriş hissəsində, sonuncu ilə aralarında yaranmış mübahisə zamanı yumruqla onun başına və üzünə zərbələr vurmuş, ardınca isə onu əl ilə itələyərək qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:50 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs mesaj yazaraq övladı Marina Süleymanovanı aparmaq istədiyini dediyini, lakin Zərərçəkmiş şəxs övladını aparmasına icazə vermədiyini, buna baxmayaraq qardaşı Şahid5la birgə sonuncunun yaşadığı evin qarşısına getdiyini, burada Şahid5 avtomobildə gözlədiyini, özü isə həmin evin giriş hissəsinə daxil olduğunu, evin giriş hissəsində qızı Marina Süleymanovanın onu görüb ağlamağa başladığını, onu istədiyini, qızını avtomobilə qoyaraq yenidən həmin yerə qayıtdığını, Zərərçəkmiş şəxs niyə övladının onunla getməsinə icazə vermədiyini soruşduğunu, həmin vaxt Şahid1 və Şahid3 ondan çıxıb getmələrini istədiklərini dediklərini, aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əl-qol atıb onu vurmaq istədiyini, bu zaman onun əlindən tutub geri itələdiyini və əl zərbəsi ilə başına vurduğunu, həmin vaxt Şahid1 onun üzərinə gəlib əl-qol atdığını, amma onu vurmadığını, əsəbiləşərək Şahid1 əl-qol atdığını, həmin vaxt əlinin Şahid1 üzünə dəyə biləcəyini, hadisə zamanı əsəbi olduğu üçün hər şeyi xatırlamadığını, daha sonra Zərərçəkmiş şəxs küçəyə çıxaraq yerə yıxıldığını, qardaşı Şahid5la birgə kömək edib onu evə gətirdiyini, bundan sonra öz evinə qayıtdığını bildirmişdir.Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta görünür. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:50 radələrində keçmiş əri Təqsirləndirilən şəxs övladı Marina Süleymanovanı gəlib aparmaq istədiyini mesaj formasında ona yazdığını, övladının dərslərdən geri qaldığını əsas gətirərək şənbə günü gəlib aparmasını ona dediyini, buna baxmayaraq Təqsirləndirilən şəxs gəlib evin giriş hissəsinə daxil olduğunu, burada övladı Marina Süleymanovanın aparılmasına etirazını bildirdiyini, bu zaman Marina Süleymanovanın atası Təqsirləndirilən şəxs görüb onun üstünə qaçdığını, Təqsirləndirilən şəxs isə onu qucağına götürmək istədiyini, bunu görən kimi Marina Süleymanovanı tutub evə qaytarmaq istədiyini, bu zaman Təqsirləndirilən şəxs yumruq zərbələri ilə onun başına, üzünə vurduğunu, Marina Süleymanovanın oradan qaçıb küçəyə çıxdığını, səs-küyü eşidən Şahid1 və Şahid3 onların yanına gəldiyini, həmin vaxt anası Şahid1 keçmiş kürəkəni Təqsirləndirilən şəxs çıxıb getməsini tələb etdiyini, Təqsirləndirilən şəxs isə əl zərbəsi ilə Mehriban Süleymanovanın üzünə vurduğunu, sonra isə onu itələdiyini və itələnmə nəticəsində divara çırpıldığını, həmin vaxt Şahid5 qardaşı Təqsirləndirilən şəxs tutaraq sakitləşdirməyə çalışdığını, Şahid5 və Təqsirləndirilən şəxs oradan çıxıb getməyə hazırlaşan zaman huşunu itirirək yerə yıxıldığını, Şahid5la və Təqsirləndirilən şəxs kömək edərək onu evə apardığını, daha sonra Marina Süleymanova ilə birgə oradan çıxıb getdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrdən görünür ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadədən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:50 radələrində qardaşı Təqsirləndirilən şəxs özü ilə birgə onunla avtomobili ilə keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı evə gedib qız övladı Marina Süleymanovanı evlərinə gətirməsini xahiş etdiyini, evin qarşısına çatanda avtomobildə oturub gözlədiyini, qardaşı Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs yaşadığı həyətə daxil olduğunu, qardaşı Təqsirləndirilən şəxs getdikdən təxminən 30 saniyə sonra səs-küy eşitdiyini, avtomobildən düşüb evinin giriş hissəsinə daxil olduğunu, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs qızı Marina Süleymanovanı qucağında tutduğunu, bundan sonra o, qızı Marina Süleymanovanın avtomobilə aparıb qoyduğunu və geri qayıtdığını, qayıtdıqdan sonra qardaşı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs, Şahid1 və Şahid3 də, mübahisə etdiyini gördüyünü, həmin vaxt Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs üzərinə əl-qol atdığını, qardaşı Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs qolunu tutub özünə tərəf itələdiyini, həmçinin Şahid1 da, əl-qol ataraq qardaşı Təqsirləndirilən şəxs üzərinə gəldiyini, bunları görən zaman qardaşı Təqsirləndirilən şəxs tutub sakitləşdirdiyini və onu dalaşmamasından ötrü küçəyə çıxartdığını, həmin radələrdə Zərərçəkmiş şəxs həyətə çıxdığını və huşunu itirərək yerə yıxıldığını gördüyünü, bu zaman özü və qardaşı Təqsirləndirilən şəxs ona kömək edib ayağa qaldırdığını və onu evə apardığını, hadisə vaxtı qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid1 vurduğunu görmədiyini bildirmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyinin Qusar rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 84 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-ənsə nahiyyəsinin tüklü hissəsinin dərialtı hematoması; QKBT-sı halında baş-beyin silkələnməsi; üst dodağın selikli qişasının orta hissəsinin qansızması; sağ bazunun orta 1/3-nin iç səthinin, sol budun orta 1/3-nin yan səthinin, sağ budun yuxarı 1/3-nin yan-arxa səthinin küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, münasibətləri normaldır, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, həmçinin ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-42/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-42/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver