Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-42/2025 29.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Qusar rayonu, Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Qusar rayonu, Qalacıq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnaməsinə əsasən övladı Vələdova (İbrahimova) Sevgi Eldar qızına xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək çəkilmiş müalicə xərclərini təşkil edən 496,32 manat, xx.xx.2014-cü il təvəllüdlü Vələdova (İbrahimova) Sevgi Eldar qızının və xx.xx.2014-cü il təvəllüdlü Vələdov (İbrahimov) Həzrət Eldar oğlunun müalicəsi ilə əlaqədar hər uşaqa hər ay 50,00 manat əlavə xərcin, həmçinin Quba Rayon Məhkəməsinin 27 dekabr 2021 -ci il tarixli, 2(027)-2212/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin 30 aprel 2014-cü il tarixli, 2(027)-865/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü Vələdova (İbrahimova) Sevgi Eldar qızının və xx.xx.2014-cü il təvəllüdlü Vələdov (İbrahimov) Həzrət Eldar oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170,00 manat olmaqla cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, ilkin təqdimat verilən xx.xx.2021-ci il tarixdən sonuncu təqdimat verilən xx.xx.2024-cü il tarixədək 12904,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə birgə nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2014-cü il təvəllüdlü Vələdova Sevgi və xx.xx.2014-cü il təvəllüdlü Vələdov Həzrət adlı övladları doğulmuşdur. Evləndikdən sonra Aygül ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnaməsinə əsasən ondan övladları X3 xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək çəkilmiş müalicə xərclərini təşkil edən 496,32 manat, xx.xx.2014-cü il təvəllüdlü Vələdova Sevgi və xx.xx.2014-cü il təvəllüdlü Vələdov Həzrətin müalicəsi ilə əlaqədar hər uşaqa hər ay 50,00 manat əlavə xərc Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Həmçinin Quba Rayon Məhkəməsinin 27 dekabr 2021 -ci il tarixli, 2(027)-2212/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin 30 aprel 2014-cü il tarixli, 2(027)- 865/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü Vələdova Sevgi və xx.xx.2014-cü il təvəllüdlü Vələdov Həzrətin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170,00 manat olmaqla cəmi 340,00 manat sabit pul məbləğində alimentin ondan alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Quba Rayon icra və Probasiya Şöbəsində (daha sonra Qusar Rayon icra və Probasiya şöbəsi) həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Aliment borcunu ödəmədiyindən dəfələrlə icra və Probasiya şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin inzibati xəta barədə protokoluna əsasən dəfələrlə inzibati qaydada həbs olunmuş və cinayət məsuliyyətinə cəlb edilmişdir.Hazırda Qusar rayonunda yerləşən Promaster Servis MMCdə (avtoservisdə) çilingər işləyir və 345,00 manat əmək haqqı alır. Aylıq əmək haqqısının 70%-i hər ay Zərərçəkmiş şəxs xeyrinə tutulur. Uzun zaman işsiz qaldığı və maddi imkanının zəif olması səbəbindən aliment borcu üzrə qətnaməni icra etməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün məhkəmə istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2014-cü il təvəllüdlü Vələdova Sevgi və xx.xx.2014-cü il təvəllüdlü Vələdov Həzrət adlı övladları doğulmuşdur. Evləndikdən sonra səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadığı müddətdə Eldar uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs, X3 xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək çəkilmiş müalicə xərclərini təşkil edən 496,32 manat, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar hər uşaqa hər ay 50,00 manat əlavə xərcin, həmçinin Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(027)-2212/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin 30 aprel 2014-cü il tarixli, 2(027)-865/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170,00 manat olmaqla cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq tutularaq ona verilməsi qət edilmişdir. Birgə nikahda olduqları dövrdə Təqsirləndirilən şəxs müxtəlif yerlərdə işləyib, eyni zamanda boş vaxtlarında “Tik-Tok” sosial şəbəkəsində aktivlik nümayiş etdirərək əlavə qazanc əldə edir. Hazırda isə Qusar rayonunda yerləşən Promaster Servis MMC-də (avtoservisdə) çilingər işləyir fərdi əməklə məşğul olmaqla aylıq qazanc əldə edir. Ümumilikdə aylıq 5000,00- 1000,00 manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir, icra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Qusar Rayon Məhkəməsinin inzibati xəta barədə qərarı ilə bir neçə dəfə inzibati qaydada həbs olunmuş və sonradan dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmişdir. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam olaraq aliment üzrə toplanmış 12904,00 manat pulu Təqsirləndirilən şəxs tələb edir. Aliment borcu ödənilmədiyi təqdirdə qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs övladı Vələdova (İbrahimova) Sevgi Eldar qızına xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək çəkilmiş müalicə xərclərini təşkil edən 496,32 manat, xx.xx.2014-cü il təvəllüdlü Vələdova (İbrahimova) Sevgi Eldar qızının və xx.xx.2014-cü il təvəllüdlü Vələdov (İbrahimov) Həzrət Eldar oğlunun müalicəsi ilə əlaqədar hər uşaqa hər ay 50,00 manat əlavə xərc Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Həmçinin Quba Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(027)- 2212/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin 30 aprel 2014cü il tarixli, 2(027)-865/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü Vələdova (İbrahimova) Sevgi Eldar qızının və xx.xx.2014-cü il təvəllüdlü Vələdov (İbrahimov) Həzrət Eldar oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170,00 manat olmaqla cəmi 340,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 12904,00 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Quba Rayon İcra və Probasiya şöbəsinə (daha sonra Qusar Rayon icra və Probasiya Şöbəsinə) göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək dəfələrlə inzibati qaydada həbs olunmasına, cinayət məsuliyyətinə cələb olunmasına, sonuncu dəfə yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2024-cü il tarixədək 12904,00 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. İcra tədbirləri zamanı borclu Təqsirləndirilən şəxs Qusar rayonunda yerləşən "xxxx" MMC-də çilingər işlədiyi məlum olmuş və icra sənədi üzrə tələb onun əmək haqqısının 70%-nə yönəldilmişdir. Borclunun daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə görülmüş tədbirlər nəticə verməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Qusar Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişdən, Qusar Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli inzibati xəta barədə qərarından, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixli hökmlərindən, xx.xx.2023cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Promaster Servis”-də çilingər, avadanlıqların təmiri üzrə işləyir, 400 manat əmək haqqı alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “ az ağır” cinayət hesab olunur. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş digər cəza növlərinin təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın məqsədinin təmin edilməsi məqsədi ilə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzasını oğlu ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-42/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-42/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver