Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-44/2021 25.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəlihimayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Golden Garden” şirkətində sahə rəisi vəzifəsində işləyən, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 21 fevral 2021-ci il tarixdə təxminən saat 17 radələrində rəsmi evli olmaqla üç övladı olduğu halda qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs işlədiyi, Qusar şəhəri Salahov küçəsində yerləşən qadın gözəllik salonuna daxil olub aldığı qızı-zinət əşyalarını geri qaytarmadığını bəhanə gətirib əsaslı səbəb olmadan ona qarşı nalayiq ifadələr işlədərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün şəxslərin gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək əvvəlcə əlləri ilə Zərərçəkmiş şəxs boğazından tutub onu boğmağa çalışmış, sonra isə yumruqla sifətinin sol tərəfinə bir dəfə zərbə vuraraq boyunun arxa səthinin orta şöbəsinin, boyunun ön səthinin qançırı, sol qaşın bayır küncünün əzilmiş-çapılmış yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlğa yüngül zərər yetirib qərəzli hərəkətlərini təxminən 15 dəqiqə müddət ərzində davam etdirərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, 5 ildir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi birlikdə yaşayır, ona mütəmadi olaraq köməklik göstörmişdir. Zərərçəkmiş şəxs Şahdağda işləməyə getmək iştəmiş, o, buna razı olmamış, buna baxmayaraq Samirə dağa işləməyə getmiş, bu səbəbdən də aralarında mübahisə yaranmışdır. 21 fevral 2021-ci il tarixdə təxminən saat 17 radələrində o, Samirənin işlədiyi Qusar şəhəri Salahov küçəsində yerləşən qadın gözəllik salonuna getmş, içəri daxil olub Samirədən ona verdiyi qızıl əşyalarını qaytarmasını tələb etmiş, Samirə ona “mən də sənə çoş əşyalar almışam” demiş, o, Samirənin yaxasından-yəni köynəyindən tutmuş və həmin vaxt köynək Samirənin boğazını sıxmışdır. O, Samirənin yaxasını buraxdıqdan sonra sonuncu özünü saxlaya bilməyib yerə yıxılmış və qaşı qanamışdır. Lakin, o, Samirəni vurmamış, yalnız üstünə qışqırıb yaxasından tutmuşdur. O, gözəllik salonuna daxil olduqdan sonra orada olan Ulduz və Səmra adlı qadınları bayıra çıxarmışdır. Hazırda törətdiyi əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, himayəsində üç azyaşlı uşaqları vardır, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun qismən etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 5 ildir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi birlikdə yaşayır. Murad ona qaldığı evin kirayə haqqını ödəməkdə köməklik göstərir. O, Qusar şəhəri S.Salahov küçəsində yerləşən gözəllik salonunda işləyir. 2021-ci ilin əvvəllərində Şahdağda işləməyə getmək istəmiş, Murad isə ona icazə verməmişdir. Bu səbəbdən də o, Murada demədən dağa işləməyə getmişdir. Murad bu barədə xəbər tutduqdan sonra onunla mübahisələr etməyə başlamışdır. 21 fevral 2021-ci il tarixdə o, işlədiyi gözəllik salonunda bir qədər viski içmiş və sərxoş olmuşdur. Həmin gün saat təxminən 17 radələrində Murad həmin gözəllik salonuna gəlmiş, içəri daxil olub onun üstünə qışqırmış, həmin vaxt orada olan Ulduz və Səmra adlı qadınlar müdaxilə etmək istəyəndə Murad onları bayıra çıxarmışdır. Bundan sonra Murad, ona aldığı qızıl əşyalarını qaytarmasını bildirmiş, o, isə Murada “mən də sənin üçün çoxlu geyim və s. əşyalar almışam, sən də onları qaytar” demişdir. Murad onun köynəyinin yaxasından tutmuş, köynəyi onun boğazını sıxmış və Murad onu buraxdıqdan sonra o, özünü saxlaya bilməyib yerə yıxılmışdır. Yerə yıxılanda onun başı stula dəymuş və qaşı qanamışdır. Lakin, Murad onu vurmamış, döyməmişdir. Daha sonra Murad oradan çıxıb getmiş və o, qaşının qanadığını görüb əsəbləşmiş və oradan çıxıb birbaşa Qusar rayon Polis Şöbəsinə gedərək Muradın barəsində şikayət etmiş, polis şöbəsində o, əsəbi və sərxoş olduğundan Muradın onu döydüyünü göstərmişdir. Lakin, Murad onu döyməmiş, yalnız köynəyinin yaxasından tutub sıxmış və üstünə qışqırmışdır. Hazırda o, Təqsirləndirilən şəxsla barışmış, həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı Şahid3 verdiyi 21.02.2021-ci il tarixli izahatından görünür ki, o, Murad Hacıqabovun həmin tarixdə saat təxminən 17 radələrində onun işlədiyi Qusar şəhəri S.Salahov küçəsində yerləşən qadın gözəllik salonuna gəldiyini, onun üstünə hücum çəkərək boğazından tutub sıxdığını, sonra isə yumruqla sifətinə vurduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Qusar RPŞ-nə verdiyi 21.02.2021-ci il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə saat 17:00 radələrində münasibətdə olduğu Təqsirləndirilən şəxs, onun işlədiyi salona gələrək onu söydüyünü, boğazından tutaraq sıxmağa çalışdığını və yumruqla vuraraq sifətinə xəsarət yetirdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 21 fevral 2021-ci il tarixdə saat təxminən 17 radələrində Şahid2 və Zərərçəkmiş şəxs ilə birlikdə sonuncunun işlədiyi Qusar şəhəri S.Salahov küçəsində yerləşən gözəllik salonunda oturub söhbət edərkən oraya sonradan tanıdığı Təqsirləndirilən şəxs gəlmiş, içəri daxil olub salam vermiş və Samirə ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt orada olan onun azyaşlı uşağı ağlamağa başlamış və Şahid2 həmin uşağı da götürüb bayıra çıxmış, o, isə içəridə qalmışdır. Səmra onun uşağını öz evlərinə aparmışdır. Murad Samirənin üstünə qışqırmış, köynəyinin yaxasından tutub sıxmış, o, müdaxilə etmək istəyəndə Murad ona qarışmamasını, bayıra çıxmasını demiş və o, bayıra çıxmışdır. O, bayıra çıxdıqdan sonra içəridən mübahisə səsləri gəlmiş, bir qədər keçdikdən sonra Murad oradan çıxıb getmiş, dalınca Samirə bayıra çıxmış və onun sifətinin qan içində olduğunu görmüşdür. Samirə əsəbi halda havanın soyuq olmasına baxmayaraq ayaqyalın və gödəkçəsiz Qusar rayon Qeydiyyat şöbəsinin inzibati binasına tərəf getmiş, o, Samirənin ayaqqabılarını gətirib ona vermiş, Samirə ayaqqabıları geyinib Qusar rayon Polis Şöbəsinə tərəf getmiş, o, da gödəkçəni götürüb Samirənin dalınca getmişdir. Daha sonra Samirə Muradın barəsində polisə şikayət etmişdir. Polis şöbəsindən çıxdıqdan sonra o, gedib öz uşağını Səmragildən götürmüşdür. O, Muradın Samirəni döyməsini, vurmasını görməmiş, Samirənin dediyinə görə Murad onun yaxasını buraxan zaman onun özü yerə yıxılmış və başı stula dəyib qanamışdır. Həmin hadisə təxminən 15 dəqiqə davam etmiş, onun və orada olan digər şəxslərin narahatçılığına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir o, Qusar RPŞ-nin baş təhqiqatçısı vəzifəsində işləyir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, düzdür. Təqsirləndirilən şəxs yaxşı tanıyır, belə ki, həmin şəxs əvvəllər Qusar RPŞ-də işləmişdir. 2021-ci ilin fevral ayının 21-də saat təxminən 18 radələrində Zərərçəkmiş şəxs Ulduz adlı qadınla Qusar RPŞ-nə gəlmiş və təxminən 1 saat əvvəl Təqsirləndirilən şəxs onun işlədiyi Qusar şəhəri S.Salahov küçəsində yerləşən gözəllik salonuna gəldiyini, qızıl əşyalarını qaytarmasını ondan tələb etdiyini, boğazından tutub sıxdığını və yumruqla qaşından vuraraq döydüyünü bildirmişdir. Həmin vaxt Samirənin sifəti qan olmuşdur. Bundan sonra Samirədən izahat alınmış, ekspertiza təyin olunmuş, ekspert rəyi ilə Samirənin həqiqətən də döyüldüyü müəyyən edilmişdir. O, məhkəməyədək sadələşdirilmiş icraat başlamaq istəmiş, Samirə razı olmamış, sonradan Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğundan onun barəsində cinayət işi başlanılmışdır. Zərərçəkmiş şəxs polis şöbəsinə gələndə həmin şəxsdə sərxoşluq əlamətləri olmamış, özünü normal aparmış, izahat verərkən ona hər hansı təsir və ya təzyiq olmamışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) 22.02.2021-ci il tarixli 83 nömrəli ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarət-boynun arxa səthin orta şöbəsinin, boynun ön səthinin qançırı; sol qaşın bayır küncünün əzilmiş-çapılmış yarası küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 21.02.2021-ci il tarixdə əlləri ilə tutub sıxma və yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan ibtidai istintaq orqanının “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 28 aprel 2021-ci il tarixli qərarından görünür ki, cinayət yolu ilə Zərərçəkmiş şəxs məxsus olan əmlakı ələ keçirmə xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 27 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli **********3 nömrəli arayışdan görünür ki, Qusar rayonu İmamqulukənd kəndində yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sosial müavinət, təqaüd almır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli 315/03.21 nömrəli arayışdan görünür ki, Qusar rayonu İmamqulukənd kəndində yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X2 həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 17.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın İmamqulukənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli 203 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin kəndin sakinidir və ailə tərkibi həyat yoldaşı X1, 20.01.2012-ci il təvəllüdlü oğlu Əli Hacıqayıbovdan, 22.04.2013-cü il təvəllüdlü qızı Gülay Hacıqayıbovadan, 05.03.2018-ci il təvəllüdlü qızı Aygül Hacıqayıbovadan ibarətdir. İş materiallarında olan AZ-İ № 460754 saylı nikah haqqında şəhadənamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 04 iyul 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, Günay Qəhrəmanova “Hacıqayıbova” soyadını qəbul etmişdir. İş materiallarında olan Seriya AZE 11796742, Seriya AZE 11796743 və AA1520691 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 20.01.2012-ci il təvəllüdlü Əli, 22.04.2013-cü il təvəllüdlü Gülay və 05.03.2018-ci il təvəllüdlü Aygül adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın İmamqulukənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 25.05.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onu bağışlamışdır. Ona görə də, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs yumruqla vurmaması, sonuncunun yerə yıxılıb başının stula dəyməsi nəticəsində qaşının qanaması barədə ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi onun törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məlum hadisə baş verən gün Ulduz Məcidovanın yanında Qusar RPŞ-nin TB-nə verdiyi izahatı ilə, məhkəmə-tibbi ekspertizasının rəyi ilə və digər sübutlarla tam təkzib edilir. Belə ki, Zərərçəkmiş şəxs həmin izahatında Təqsirləndirilən şəxs məhz onu yumruqla sifətinə vurmasını, boğazından tutaraq sıxmasını bildirmiş, həmçinin ekspert rəyində də, Zərərçəkmiş şəxs aldığı xəsarətin məhz yumruq zərbəsi nəticəsində əmələ gələ bilməsi qeyd olunmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini özünümüdafiə xarakteri daşıdığını hesab edir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 21 fevral 2021-ci il tarixdə təxminən saat 17 radələrində Zərərçəkmiş şəxs işlədiyi Qusar şəhəri Salahov küçəsində yerləşən qadın gözəllik salonuna daxil olub Zərərçəkmiş şəxs qarşı qərəzli xuliqanlıq hərəkətləri etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların hər hansı birinin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Əksinə, məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmiş, həmin şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları vardır, törətdiyi əməlindən səmimi peşman olmuşdur, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq islah işləri cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-44/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-44/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver