Məhkəmə qərarları › İş №1(029)-44/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-44/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-44/2025 09.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 1979-cu il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 94A-da qeydiyyatda olan, Qusar şəhəri, Rövşən Nurullayev küçəsi, ev 145-də yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə qohumu Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefon və “Bir Bank” tətbiqinin şifrələrini yaddaşında saxlamaqla, faktiki olaraq kart sahibinə məxsus məlumatları qanunsuz əldə edib xx.xx.2024-cü il tarixdə, saat 13:55-də Qusar şəhəri, H.Z.Tağıyev küçəsində 1450 manat məbləğində pulu elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC-nə aid 5239-1517-7592-3900 nömrəli plastik kartdan “Bir Bank” tətbiqi vasitəsi ilə pin kodundan istifadə etməklə Şahid1 məxsus "xxxx" ASC-nə aid 5239-1517- 5165-4628 saylı plastik karta köçürüb gizli olaraq talayıb elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma dayısı oğludur, münasibətləri həmişə normal olmuşdur. xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhərinə müştərilər aparan zaman Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə Zərərçəkmiş şəxsla rastlaşmış və həmin gün axşam raddələrində onlar birlikdə yemək yemiş, Zərərçəkmiş şəxs üzərində pul olmadığı üçün özünə məxsus plastik kartdan ona məxsus "xxxx" aid 416973****9360 saylı plastik kartına 60 manat pul köçürmüş, daha sonra isə idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs Bakı şəhərinin ərazisində müxtəlif ünvanlara aparmışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs və tanımadığı 2 nəfər müştərilərlə birlikdə idarə etdiyi avtomobillə Qusar şəhərinə qayıtmış, əvvəl həmin tanımadığı müştəriləri Qusar şəhər Avtovağzal ərazisində düşürmüş, daha sonra isə Zərərçəkmiş şəxs evə aparmışdır. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvana gedən zaman sonuncu ona məxsus plastik bank kartına pul köçürən zaman Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefonun və həmin telefondakı “Bir Bank” tətbiqinin şifrələrini görüb, yadında saxlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona yol pulunu, həmçinin araq və çörək almaq üçün özünə məxsus plastik bank kartından 150 manat məbləğində pulu “Bir Bank” tətbiqi vasitəsi ilə ona məxsus "xxxx" aid 416973****9360 saylı kartına köçürmüş, o da Zərərçəkmiş şəxs sifarişləri alıb, evə qayıtmışdır. Bu zaman evin yaxınlığında yerləşən “Selena” restoranında ofisiant işləyən Elnur adlı şəxs əlində 20 manat pulla evə gəlib, Zərərçəkmiş şəxs 20 manat pul verib bunun müqabilində sonuncuya məxsus plastik kartdan həmin məbləğdə pulu başqa hesaba köçürməsini xahiş etmiş, Zərərçəkmiş şəxs da öz razılığını verərək, onun gözü qarşısında bir daha “Samsung” markalı mobil telefon və “Bir Bank” tətbiqin şifrələrini daxil etmiş və 20 manat pulu başqa hesaba köçürmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs Elnur adlı şəxsə 2 nəfərlik nahar yeməyi sifariş vermiş, Elnur adlı şəxs də təxminən 20-30 dəqiqə sonra yeməkləri gətirib, çıxıb getmişdir. Bundan sonra onlar birlikdə yemək yemiş, Zərərçəkmiş şəxs isə spirtli içki də qəbul edib, sərxoş olduğundan yataq otağına keçib, yatmışdır. Bu zaman evdə başqa heç kəsin olmadığını görüb, Zərərçəkmiş şəxs məxsus plastik kartından pul oğurlamaq qərarına gəlib, ona məxsus “Samsung” markalı mobil telefonu götürüb idarə etdiyi avtomobillə Qusar şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən kafeyə gedib, orada tanışı Qusar şəhər sakini Daima Hacıağayevlə rastlaşmış və ondan plastik kartının olub-olmamasını soruşmuş, Şahid1 plastik kartın üstündə olduğunu cavab vermişdir. xx.xx.2024-cü il tarixdə, saat 13:55-də idarə etdiyi avtomobildən Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefonu götürüb, telefondakı “Bir Bank” tətbiqinə daxil olub, Zərərçəkmiş şəxs məxsus plastik kartdan 1450 manat pulu Şahid1 plastik kartına köçürmüş, Şahid1 1450 manat pulun oğurluq olması barədə heç bir məlumatı olmamış, həmin gün saat 13:58-də isə Şahid1lə birlikdə Qusar şəhəri, Q.Məhəmməd küçəsində yerləşən “Real” marketə getmiş, Şahid1 marketin girişində quraşdırılmış "xxxx" ASC-nə aid bankomatdan 1450 manat pulu nağdlaşdırıb, pulu ona verib, öz evinə getmiş, o isə Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvana təkrar gedib, Zərərçəkmiş şəxs məxsus mobil telefonu yerinə qoyub, çıxıb getmiş, daha sonra isə 1450 manat pulu öz şəxsi ehtiyyaclarma xərcləmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11-12 radələrində tanımadığı taksi maşını ilə Bakı şəhərinə getmiş, orada qohumu Təqsirləndirilən şəxsla görüşüb, birlikdə “Şamaxinka” adlanan ərazidə yemək yemişlər. Həmin vaxt üstündə nağd pulu olmadığından hesabı ödəmək üçün özünə məxsus "xxxx" ASC-nə aid **********923900 saylı kartından Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-nə aid 416973****9360 saylı kartına “Birbank” mobil tətbiqindən 60 manat pul köçürmüş, daha sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi etdiyi avtomobillə Bakı şəhərin ərazisində müxtəlif yerlərə getmişdir. xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə, təxminən saat 00:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə tanımadığı 2 nəfər sərnişinlə Qusar şəhərinə qayıtmaq üçün yola çıxmışlar. xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində onlar Qusar şəhərinə qayıtmış, Təqsirləndirilən şəxs əvvəl avtomobildə olan 2 nəfər sərnişini Qusar şəhər Avtovağzal ərazisinə, daha sonra isə onu evinə düşürdüb çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evinə gəlib, yanında oturub, söhbət etməyə başlamış, daha sonra isə xx.xx.2024-cü il tarixdə, saat 10:17-də özünə məxsus “Samsung” markalı mobil telefonundakı “Bir Bank” tətbiqi vasitəsi ilə "xxxx" ASC-nə aid **********923900 saylı kartından 120 manat pulu Bakı şəhərində idarə etdiyi avtomobillə onu gəzdirdiyi və Qusar şəhərinə gətirdiyi üçün, 30 manat pulu isə ona araq və çörək almaq üçün olmaqla cəmi 150 manat pulu Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-nə aid 416973****9360 saylı kartına köçürmüş, sonuncu isə onun sifarişlərini almaq üçün çıxıb getmiş və təxminən 30 dəqiqə sonra təkrar onun yaşadığı ünvana sifarişlərlə birlikdə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs yanında “Selena” restoranında işləyən Elnur adlı şəxsin dediyi karta “Bir Bank” tətbiqi vasitəsi ilə 20 manat pul köçürmüş, Təqsirləndirilən şəxs da həmin vaxt onu yanında olmaqla, telefon və “Bir Bank” tətbiqinin şifrələrini görmüşdür. Bundan sonra “Selena” restoranında işləyən Elnur adlı şəxsə 2 nəfərlik nahar yeməyi sifariş vermiş, yemək gəldikdən sonra Təqsirləndirilən şəxsla birlikdə nahar yeməyini yemiş, spirtli içki qəbul etmiş və sərxoş olduğu üçün mobil telefonu stolun üstündə saxlamaqla yatmağa getmişdir. Həmin gün saat təxminən 16-17 radələrində yuxudan oyandıqdan bir müddət sonra mobil telefonundan “Bir Bank” tətbiqinə daxil olmuş və ona məxsus plastik bank kartda olan 1531 manat puldan 81 manat pul qaldığını aşkar etmişdir. Bu zaman ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 13:55-də ona məxsus "xxxx" ASC-nə aid **********923900 saylı kartımdan DA** HA*** şəxsə məxsus "xxxx" ASC-nə aid 523915***4628 nömrəli karta 1450 manat pul köçürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsla Qusar şəhər Avtovağzal dairəsi ərazisində 3 dəfə görüşmüş, hər dəfə 1450 manat pulun köçürülməsindən xəbəri olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs hər dəfə təkzib edərək pul köçürülməsindən xəbərsiz olduğunu bildirmişdir. Qusar RPŞ-nə müraciət etmiş, polis şöbəsində məlum olmuşdur ki, ona məxsus "xxxx" ASC-nə aid **********923900 saylı kartından “Bir Bank” tətbiqi vasitəsi ilə 1450 manat pulu oğurlamış şəxs doğma bibisi oğlu Təqsirləndirilən şəxsdur. Ona vurulmuş olan maddi ziyan ödənildiyindən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 13:50 radələrində Qusar şəhəri Avtobaza adlanan ərazidə çayxanada Təqsirləndirilən şəxsla rastlamış, sonuncu ondan plastik bank kartın olub-olmamasını soruşmuş, müsbət cavab aldıqdan sonra Təqsirləndirilən şəxs onun kartına pul köçürmək istədiyini bildirmiş, o da öz razılığını vermişdir. xx.xx.2024-cü il tarixdə, saat 13:55-də Təqsirləndirilən şəxs çayxanada “Bir Bank” tətbiqi vasitəsi ilə ona məxsus "xxxx" ASC-nə aid 5239- 1517-5165-4628 nömrəli karta 1450 manat pul köçürmüş və həmin gün saat 13:58-də onlar birlikdə Qusar şəhəri, Q.Məhəmməd küçəsində yerləşən “Real” marketin girişində quraşdırılmış bankomata getmişlər. Həmin vaxt “Real” marketin girişində quraşdırılmış bankomata özünə məxsus 5239-1***-*******8 nömrəli kartı salaraq, 1450 manat pulu çıxartdıb Təqsirləndirilən şəxs vermiş, sonuncu isə onu evə aparıb çıxıb getmişdir. Bundan bir müddət sonra polis şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs plastik ban kartından 1450 manat pulu oğurlayaraq, ona məxsus "xxxx" ASC-nə aid 5239-1517-5165-4628 nömrəli karta köçürmüş, onun bununla bağlı heç bir məlumatı və əlaqəsi olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 6 aydır Qusar şəhəri, Aerodrom massivi, Aşıq Nüsrət küçəsində yerləşən “Selena” restoranında ofisiant kimi işləyir, restoranın yaxınlığında kirayədə yaşayan Zərərçəkmiş şəxs restoranın daimi müştərisi kimi tanıyır, münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvana gedib, sonuncudan onun dediyi plastik bank kartına 20 manat pulu köçürməsini xahiş etmiş, Zərərçəkmiş şəxs da əvvəllər tanımadığı adını sonradan bildiyi Təqsirləndirilən şəxs yanında mobil telefonunda olan “Bir Bank” tətbiqi vasitəsi ilə onun dediyi plastik bank kartına 20 manat pul köçürmüş, Təqsirləndirilən şəxs da həmin vaxt mobil telefonun və “Bir Bank”tətbiqinin şifrələrini görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs 2 nəfərlik nahar yeməyi sifariş vermiş, təxminən 30 dəqiqə sonra yemək sifarişlərini gətirib çıxıb getmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs ona bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə qohumu Təqsirləndirilən şəxs onunla birlikdə yemək yedikdən sonra, ondan xəbərsiz telefonu götürüb, “Bir Bank” tətbiqinə girib, ona məxsus əmək haqqı kartından 1450 manat pulu başqa karta köçürərək oğurluq etmiş və qeyd olunan məsələ ilə bağlı Qusar RPŞ-nə şikayət etmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzləşdirilmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs törətdiyini cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan “Baxış Keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:18-də Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid 52391517-7592-3900 nömrəli plastik bank kartından 60 manat məbləğində pul, xx.xx.2024-cü il tarixdə, saat 10:17-də 150 manat məbləğində RA**** ə**** (Təqsirləndirilən şəxs) məxsus 416973*****9360 saylı, xx.xx.2024-cü il tarixdə, saat 11:19-da 416973*****0852 saylı arta 20 manat məbləğində, xx.xx.2024-cü il tarixdə, saat 13:55-də isə 1450 manat pul DA*** HA*** (Şahid1) məxsus "xxxx" ASC-nə aid 5239-1517-5165-4628 saylı karta köçürülmüşdür. İş materiallarında olan “Baxış Keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, "xxxx" ASC-nə aid 52391517-5165-4628 saylı kartı Qusar şəhər sakini Şahid1 məxsusdur, xx.xx.2024-cü il tarixdə, saat 13:55-də "xxxx" ASC-nə aid 5239-15**-****-3900 nömrəli plastik bank kartından 1450 manat pul Şahid1 məxsus "xxxx" ASC-nə aid 5239-15**-****- 4628 saylı karta köçürülmüş və xx.xx.2024-cü il tarixdə, saat 13:58-də 1450 manat pul bankomatdan nağdlaşdırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2025/111/642 nömrəli məktubu, ona əlavə edilmiş bank əməliyyatlarına dair çıxarış, anket və nağdlaşdırma əməliyyatlarını əks etdirən 01 ədəd CD diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə “Bir Bank” vasitəsilə Zərərçəkmiş şəxs adına olan plastik kartdan 1450 manat vəsaitin köçürüldüyü 523915******4628 nömrəli plastik kartın Şahid1 adma olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 13:55-də Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid 52391517-7592-3900 saylı plastik bank kartından 1450 manat məbləğində pul “Bir Bank” tətbiqi vasitəsi ilə Şahid1 məxsus "xxxx" ASC-nə aid 5239-1517-5165-4628 saylı karta köçürülmüş, xx.xx.2024-cü il tarixdə, saat 13:58-də isə Şahid1 məxsus "xxxx" ASC-nə aid 5239-1517-5165-4628 saylı kartdan 1450 manat pul Qusar şəhəri, Q.Məhəmməd küçəsində yerləşən “Real” ərzaq mağazasında quraşdırılmış bankomatdan nağdlaşdırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməkdə təqsiri tam sübuta yetirildi. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdılar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı var. İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, iş üzrə vurulmuş olan maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onlara təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, vurulmuş olan maddi ziyanın ödənilməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar şəhəri, Rövşən Nurullayev küçəsi, ev 145- də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır İş üzrə maddi sübut kimi tanınmış, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2025/111/642 nömrəli məktubu, ona əlavə edilmiş bank əməliyyatlarına dair çıxarış, anket və nağdlaşdırma əməliyyatlarını əks etdirən 01 ədəd CD disk, “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli protokol və protokola əlavə edilmiş 03 ədəd CD disklər, “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəl Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar şəhəri, Rövşən Nurullayev küçəsi, ev 145-də yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış, “Baxış Keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollar və ona əlavə edilmiş fotocədvəllər, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2025/111/642 nömrəli məktubu, ona əlavə edilmiş bank əməliyyatlarına dair çıxarış, anket və nağdlaşdırma əməliyyatlarını əks etdirən 01 ədəd CD disk, “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və protokola əlavə edilmiş 03 ədəd CD disklər, “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəl Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar