Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-46/2021 20.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçilər: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1991-ci il tarixdə Qazaxıstan Respublikası Turqay vilayəti, Yeşilskiy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 22 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 yanvar 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 29 mart 2021-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 30 mart 2021-ci il tarixdə barəsində Qusar rayon məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə və xx.xx.1979-cu il tarixdə Qusar rayonu Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəlihimayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2020-ci ilin dekabr ayının ortalarında Qusar rayon X24 arxa tərəfində yerləşən meşə ərazisindən falqaya bükülmüş halda bir büküm narkotik vasitə olan qurudulmuş marixuananı tapmış və şəxsi istifadəsi üçün yaşadığı ünvanda yerləşən yardımçı tikilinin daxilində divarın içərisində qanunsuz olaraq saxlamış, 22.01.2021-ci il tarixdə həmin bükümdən şəxsi istifadəsi üçün iki bükümünü ayıraraq qanunsuz olaraq üzərində saxlamış, sonuncu Qusar RPŞ-nin əməkdaşları tərəfindən 22.01.2021-ci il tarixdə saat 19:10 radələrində RPŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman 02 ədəd gümüşü rəngli kağız bükümdə hər birinin təmiz çəkisi 0,686 qram və 0,788 qram, onun yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyi və saxladığı 01 ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 7,092 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə 18 dekabr 2020-ci il tarixdən 19 dekabr 2020-ci il tarixə keçən gecə Qusar rayonu, Yasab kənd sakini Zərərçəkmiş şəxs1 məxsus sonuncunun kirayədə yaşadığı ünvan 3 ünvanının qarşısında saxlanılmış qapısı açıq olan “VAZ 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin benzin çənindən 4,50 manat dəyərində Aİ-92 markalı 5 litr benzin, avtomobilin yük hissəsindən iki ədəd üzərində diskiləri olan cəmi 70 manat dəyərində “Rosava” markalı təkərləri və 01 ədəd 350 manat dəyərində olan “Makita” markalı pereferatoru, avtomobilin salon hissəsindən 01 ədəd 300 manat dəyərində olan “Pioneer” markalı avtomaqnitolanı və 02 ədəd 90 manat dəyərində olan “Pioneer” markalı səsgücləndiricini gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 814,5 manat miqdarda ziyan vurmuşdur. Bundan sonra təkrarən o, 09 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Qusar şəhəri, Babaxan Ağasıoğlu küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında saxlanılmış, Qusar rayonu, İmamqulukənd kənd sakini Zərərçəkmiş şəxs3 məxsus olan qapısı açıq olan “VAZ 2107” markalı, “M908kc05” dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 01 ədəd 300 manat dəyərində “Pioneer” markalı avtomaqnitolanı, avtomobilin salon hissəsində yerləşən saxlanc yerindən 01 ədəd 320 manat dəyərində olan “Okutel” markalı mobil telefon və 01 ədəd 16 manat dəyərində USB-ni (8GB) gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 636 manat miqdarda ziyan vurmuşdur. Bundan sonra təkrarən o, 10 yanvar 2021-ci il tarixdə saat 22-23 radələrində Qusar şəhərində yerləşən hərbi şəhərcikdə yaşayan Zərərçəkmiş şəxs4 məxsus evin həyətinə qanunsuz daxil olmaqla orada yerləşən talvardan 01 ədəd 400 manat dəyərində “Stels” markalı velosipedi və 01 ədəd 280 manat dəyərində samovarı gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 680 manat miqdarda ziyan vurmuşdur. Bundan sonra təkrarən o, 15 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən hərbi şəhərciyin həyətində saxlanılmış, Quba rayonu Alpan kənd sakini Zərərçəkmiş şəxs5 məxsus qapısı açıq olan “VAZ 2106” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 01 ədəd 300 manat dəyərində “Pioneer” markalı avtomaqnitolanı, 01 ədəd 50 manat dəyərində pover bank və 01 ədəd 20 manat dəyərində “ELEKTRİK HAİRİ CLİPPER” markalı saçqırxan maşını gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 370 manat miqdarda ziyan vurmuşdur. Bundan sonra təkrarən o, 19 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Qusar şəhəri, Mahmud Əbilov küçəsində saxlanılmış, Qusar rayonu, Köhnə Xudat kənd sakini Zərərçəkmiş şəxs2 məxsus qapısı açıq olan VAZ 2106 markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsində yerləşən 01 ədəd 100 manat dəyərində “Hıghspeed” markalı avtomaqnitolanı və 01 ədəd 16 manat dəyərində USB-ni (8GB) gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 116 manat miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə 18 dekabr 2020-ci il tarixdən 19 dekabr 2020-ci il tarixə keçən gecə Qusar rayonu, Yasab kənd sakini Zərərçəkmiş şəxs1 məxsus sonuncunun kirayədə yaşadığı ünvan 3 ünvanının qarşısında saxlanılmış qapısı açıq vəziyyətdə olan “VAZ 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin benzin çənindən 4,50 manat dəyərində Aİ-92 markalı 5 litr benzin, avtomobilin yük hissəsindən iki ədəd üzərində diskləri olan cəmi 70 manat dəyərində “Rosava” markalı təkərləri və 01 ədəd 350 manat dəyərində olan “Makita” markalı pereferatoru, avtomobilin salon hissəsindən 01 ədəd 300 manat dəyərində olan “Pioneer” markalı avtomaqnitolanı və 02 ədəd 90 manat dəyərində olan “Pioneer” markalı səsgücləndiricini gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 814,5 manat miqdarında ziyan vurmuşlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, əvvəllər ünvan 4 ünvanda kirayədə yaşamışdır. O, ittiham aktında göstərilən əşyaları müxtəlif vaxtlarda oğurlamışdır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus cəmi 636 manat dəyərində əşyaları, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus cəmi 680 manat dəyərində əşyaları, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məxsus cəmi 370 manat dəyərində əşyaları, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus cəmi 116 manat dəyərində əşyaları oğurlamaqla həmin şəxslərə ziyan vurmuşdur. Bundan başqa, bir dəfə də Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etmiş, Zərərçəkmiş şəxs1 məxsus cəmi 814,5 manat dəyərində əşyaları oğurlamaqla həmin şəxsə ziyan vurmuşlar. Oğurladıqları əşyaların hamısını qohumlarına və digər şəxslərə satmışdır. Hazırda oğurladığı əşyaların sahiblərinə dəymiş ziyanı tam olaraq ödəmişdir. Bundan başqa, onun istədiyi qız olmuş, həmin qızı ona vermədiklərinə görə narkotik vasitədən istifadə etməyə başlamışdır. Narkotik vasitədən istifadə etdiyinə görə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar, orada onun üzərindən iki büküm narkotik vasitə olan marixuana aşkar olunmuş, daha sonra onun evinə baxış keçirilmiş və evindən şəxsi istifadəsi üçün saxladığı marixuana aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarının onun üzərindən və evindən aşkar etdikləri marixuanalar ona məxsus olmuş, həmin narkotiki Qusar rayon X24 arxa tərəfində yerləşən meşə ərazisindən tapmışdır. Polis əməkdaşları onu saxladıqdan sonra törətdiyi oğurluq cinayətlərini də etiraf etmişdir. Hazırda törətdiyi əməllərindən peşmandır, zərər çəkmiş şəxslərlə barışmış, həmin şəxslərə dəymiş zərəri tam şəkildə ödəmiş, həmin şəxslərin ona qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur, 7 aya yaxındır ki, həbsdədir. Odur ki, həmin halları nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, həqiqətən də, ünvan 3 ünvanının qarşısında saxlanılmış qapısı açıq vəziyyətdə olan “VAZ 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin benzin çənindən 4,50 manat dəyərində Aİ-92 markalı 5 litr benzin, avtomobilin yük hissəsindən iki ədəd üzərində diskləri olan cəmi 70 manat dəyərində “Rosava” markalı təkərləri və 01 ədəd 350 manat dəyərində olan “Makita” markalı pereferatoru, avtomobilin salon hissəsindən 01 ədəd 300 manat dəyərində olan “Pioneer” markalı avtomaqnitolanı və 02 ədəd 90 manat dəyərində olan “Pioneer” markalı səsgücləndiricini 18 dekabr 2020-ci il tarixdən 19 dekabr 2020-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamışdır. Sonradan polis əməkdaşları onları saxlamışlar və o, törətdiyi əməlini etiraf etmişdir. Bundan sonra o və Albert oğurladıqları əşyaların hamısını geri qaytarmışlar. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində bir azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə aradan qaldırmış, sonuncunun ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, həmin halları nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqı zamanı onların səmimi etirafları ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-bioloji və məhkəmənarkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin yanvar ayının əvəllərində, özünə məxsus “VAZ 2107” markalı, M908KC 05 rus dövlət qeydiyyat nişanlı avtomobili saat təxminən 17 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən N sayı hərbi hissənin yaxınlığında saxlamış və Qusar şəhərindəki evə gedib saat təxminən 18 radələrində geri qayıtdıqda avtomobilin salonunda qoyduğu 1 ədəd 2019-cu ilin oktyabr ayında təzə vəziyyətində 320 manata Qusar şəhərində yerləşən “555” adlı mağazadan aldığı Çin istehsallı “OKUTEL” markalı mobil telefonun, 1 ədəd Çin istehsallı 8 GB yaddaşı olan və 16 manata 2020-ci ilin dekabr ayında təzə vəziyyətində Qusar şəhərindən aldığı USB-nin və 1 ədəd 2020-ci ilin iyun ayında təzə vəziyyətində 300 manata aldığı Tayland istehsallı “Pioneer” markalı maqnitofonun oğurlandığını aşkar etmişdir. Sonradan onun avtomobilindən oğurluq etmiş şəxsin Qusar şəhər sakini Təqsirləndirilən şəxs1 olduğu məlum olmuş və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda Təqsirləndirilən şəxs1 ona dəymiş zərəri tam ödəmiş, onunla barışmış, həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi 16.06.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, həmin şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 yanvar 2021-ci il tarixdə əməliyyat yolu ilə Qusar şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında şübhəli bilinməsi barədə məlumat almış, həmin məlumatın yoxlanılması məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvləri Şahid3 və Şahid2la birlikdə Təqsirləndirilən şəxs1 Qusar şəhərində yerləşən “AVTOBAZA” adlanan dairədə müəyyən edərək, Qusar RPŞ-nə aparmışlar. Orada Albertin üzərinə şəxsi axtarış keçirildiyi zaman əynində olan qış gödəkçəsinin sol çöl cibindən 02 ədəd falqa bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Daha sonra izahatı alınan zaman Təqsirləndirilən şəxs1 Qusar şəhərində müxtəlif avtomobillərdən və bir yaşayış evindən oğurluq etdiyini etiraf etmiş, eləcə də oğurladığı əşyalardan yaşadığı ünvanda xərək otağında saxladığını bildirmişdir. Albetin, müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə həmin xərək otağına baxış keçirilən zaman avtomobillərdən oğurladığı 01 ədəd “Hıghspeed” markalı maqnitofonu və “Okutel” markalı mobil telefonu təqdim etmiş, baxış davam etmiş və xərək otağının içərisində divara söykədilmiş dəmir lövhənin arxasında isə falqaya bükülmüş halda 7,092 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana da aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə analoji ifadə verərək həmin şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Alberti dəmirçi Malik kimi tanınan şəxsin yanında sexdə işləyən zaman görüb tanımışdır. 13.01.2021-ci il tarixdə Qusar şəhərində hərbi hissənin yaxınlığında yerləşən küçədə dayanan zaman saat 16 radələrində Albert sürdüyü velosipedlə ona yaxınlaşmış, qardaşının əsgərlikdə olduğunu, qardaşına pul göndərməli olduğunu, buna görə də, qardaşının velosipedini satmaq istədiyini bildirmişdir. Ondan “təmiz” velosiped olubolmadığını, yəni oğurlanıb-oğurlanmadığını soruşmuş, Albert həmin velosipedin qardaşına məxsus olduğunu demişdir. Həmin velosipedi yoxlamaq üçün sürüb baxmış, Albert həmin velosipedi 150 manata satmaq istədiyini, əgər real alıcı olarsa aşağı qiymətə də, sata biləcəyini demişdir. Albertə həmin velosipedi özünün də, almaq istədiyini, amma karantindən sonra Bakı şəhərinə qayıtmalı olduğundan bunun mümkün olmayacağını, həmin velosipedi dostunun ala biləcəyini demişdir. Dostu Maksim işlənmiş velosiped satılarsa ona xəbər etməsini ondan xahiş etmişdir. Buna görə də, Albertdən adını dəqiq soruşmuş və mobil nömrəsini almış, velosipedi Maksimə göstərib gələcəyini bildirmiş, Albert də razılaşmışdır. O, velosipedi sürüb Maksimgilin evinin qarşısına getmiş, Maksimi küçəyə çağırıb velosipedi göstərmiş və Albertin velosipedi 150 manata satdığını bildirmişdir. Həmin vaxt Maksim velosipedi sürüb yoxlamış və ailəsi ilə məsləhət edib ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, velosipedi Albertə qaytarmış və yarım saata Maksimin ona velosipedi alıb-almayacağı barədə xəbər verəcəyini bildirmiş, sonra evə qayıtmış, Albert isə çıxıb getmişdir. Evdə olan zaman atası Aslana zəng edib Albert adlı şəxsi tanıyıb-tanımadığını soruşmuş və sonuncunun velosiped satdığını demiş, atası Alberti tanıdığını, amma ona inanmamağını tapşırmışdır. Həmin vaxt Maksim ona zəng edib velosipedi 130 manata ala biləcəyini demiş, o, da Albertə zəng edib evinin yanına çağırmış, birlikdə Maksimin yanına getmişlər. Maksimin yanında olan zaman telefonunda olan səsyazan proqramı işə salmış, Albertin səsini yazıb bir daha velosipedin oğurluq olubolmamasını soruşmuş, sonuncu velosipedin oğurluq olmadığını demişdir. Maksim Albertə 130 manat pul verib velosipedi götürmüşdür. O, Albertlə evə tərəf gedərkən yolda Albert 10 manat pulu ona verib kontur yükləməsini və özü üçün velosipedə alıcı tapdığına görə bu pulu ona verdiyini demişdir. Daha sonra, polis əməkdaşları Maksimi polis şöbəsinə çağırmışlar və bundan sonra o, həmin velosipedin oğurluq olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 Şahid6 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 18.12.2020-ci il tarixdə işlədiyi Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən yaşadığı ünvana gələndən sonra özünə məxsus “VAZ 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili kirayə yaşadığı ünvan 5 ünvanın qarşısında saxlamışdır. 19.12.2020-ci il tarixdə işə getmiş, lakin həmin gün işə avtomobillə getməmiş, həmin gün günorta saatlarında evə nahara gələn zaman avtomobilin yük hissəsində saxladığı 500 manat dəyəri olan, 2018-ci il tarixdə RFdan təzə aldığı 01 ədəd “MAKİTA” markalı pereferatorun oğurlandığını aşkar etmişdir. Bundan başqa yük hissəsində saxladığı 2019-cu ilin dekabr ayında cəmi 100 manata aldığı rusiya istehsallı “Rosava” markalı iki ədəd diskilərlə birlikdə olan təkərlərin də oğurlandığını aşkar etmişdir. Bundan başqa avtomobilin salonundan 01 ədəd Tayland istehsallı 2020-ci ilin noyabr ayında 300 manata aldığı “Pioneer” markalı maqnitofonun və həmin vaxt 90 manata aldığı 02 ədəd Çin istehsallı kalonkaların da oğurlandığını aşkar etmişdir. Həmin maqnitofonu təzə vəziyyətdə Qusar şəhərindəki “Pioneer” mağazasından almışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə göndərdiyi 29.09.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər aradan qaldırılmaqla ziyan ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, təqsirləndirilən şəxslərin barələrində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Qeysəddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2021-ci ilin yanvar ayının 19-da Qusar şəhərində yerləşən “Azercell” ofisinin yanında saat 15 radələrində özünə məxsus “VAZ 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili saxlamış və Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən N saylı hərbi hissəyə xidmət yerinə getmişdir. Həmin tarixdə saat 18 radələrində işdən çıxıb geri qayıtdıqda avtomobilinin salonunda quraşdırılmış 1 ədəd Çin istehsallı “Hıghspeed” markalı maqnitofonun və üzərində olan 1 ədəd Çin istehsallı 8 GB yaddaşı olan USB-nin oğurlandığını aşkar etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Qeysəddin oğlunun məhkəməyə göndərdiyi 29.06.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər aradan qaldırılmaqla ziyan ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, təqsirləndirilən şəxslərin barələrində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Qusar şəhərində yerləşən hərbi şəhərciyin ərazisində fərdi yaşayış evində yaşayır, həmin evin arxa tərəfində ön hissəsi bağlı, arxa hissəsi isə açıq vəziyyət talvar mövcuddur. Həmin talvara həyətdə istifadə etmədikləri əşyaları yığmış, eləcə də 1 ədəd 2018-ci ildə 580 manata yeni aldığı “STELS” markalı velosipedi və 1 ədəd 200-250 manat dəyərində olan latun samovarı qış mövsümündə istifadə etmədiyi üçün qoymuşdur. 11 yanvar 2021-ci il tarixdə gecə saatlarında naməlum şəxs və ya şəxslər daxil olaraq həmin velosipedi və samovarı oğurlamış, lakin bu barədə polis orqanına məlumat verməmişdir. Bunun səbəbi isə həmin əşyaları qonşuluqda yaşayan uşaqların götürdüyünü ehtimal etməsi olmuşdur. Lakin, oğurlanmış əşyaları tapmadığından və heç kim geri qaytarmadığından bu barədə Qusar RPŞ-nə müraciət etmişdir. Sonradan polis əməkdaşları tərəfindən həmin əşyaların Qusar şəhər sakini Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığı aşkar edilmiş və həmin əşyalar geri qaytarılmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəməyə göndərdiyi 29.09.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər aradan qaldırılmaqla ziyan ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, təqsirləndirilən şəxslərin barələrində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 15.01.2021-ci il tarixdə saat 09 radələrində Qusar şəhərində yerləşən N saylı hərbi hissəyə xidmət yerinə gəldiyi zaman idarə etdiyi “VAZ 2106” markalı **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili N saylı hərbi hissənin şəhərciyində saxlamışdır. 16.01.2021-ci il tarixdə işdən çıxan zaman avtomobilinə oğru girdiyini aşkar etmişdir. Naməlum şəxs tərəfindən avtomobilində olan 01 ədəd 300 manat dəyərində “PİONEER” markalı maqnitofonu, 70 manat dəyərində 2020-ci ilin sentyabr ayında alınmış POVER BANK və 01 ədəd 05.01.2021-ci il tarixdə alınmış 20 manat dəyərində saç qırxan maşının oğurlandığını aşkar etmişdir. Lakin, həmin vaxt təlimlərdə olduğu üçün bu barədə polisə məlumat verə bilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məhkəməyə göndərdiyi 16.06.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş zərər aradan qaldırılmaqla ziyan ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, təqsirləndirilən şəxslərin barələrində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 20 dekabr 2020-ci il tarixdə axşam saat 20 radələrində qaynı Albert ona zəng etmiş, dostuna pul lazım olduğundan təcili olaraq təzə vəziyyətdə olan “Pioneer” markalı maqnitolanı və iki ədəd eyni markalı kalonkaları ucuz qiymətə satdığını bildirmişdir. Həmin əşyaları neçəyə satdığını Albertdən soruşmuş və maqnitolanı kalonkalarla birlikdə 100 manata satdığını bildirmişdir. Albertdən həmin əşyaların oğurluq olub-olmamasını soruşmuş, sonuncu da həmin əşyaların dostuna məxsus olduğunu bildirmişdir. Həmin əşyalara baxdıqdan sonra maqnitolanın və kalonkaların təzə olduğunu görmüş, Albertə 100 manat vermiş, “Pioneer” markalı maqnitolanı və 2 ədəd təzə vəziyyətində olan kalonkanı almışdır. Səhərisi gün maqnitolanı özünə məxsus “Mercedes” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırmış, lakin kalonkaları həmin avtomobilə yerləşdirmək mümkün olmadığı üçün həmin iki kalonkanı bacısı Anisaya hədiyyə edərək, sonuncunun idarə etdiyi “Opel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 21.12.2020-ci il tarixdə quraşdırmışdır. Bundan sonra polis əməkdaşları ünvanına gəlmiş, həmin maqnitolanı və 2 ədəd kalonkaların Albert tərəfindən oğurlandığını bildirmiş, həmin maqnitolanı sahibinə qaytarmaları üçün polis əməkdaşlarına təhvil vermişdir. Şahid4 məhkəməyə 16.05.2021-ci il tarixli teleqram göndərərək səhhətində olan nasazlıqla əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını göstərmiş və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Albert onun doğma qardaşıdır. 16 yanvar 2021-ci il tarixdə Albert gündüz saatlarında yaşadığı ünvana gəlmiş, həmin vaxt Albert özü ilə bir ədəd telefona zaryatka vermək üçün pover bankı da gətirmişdir. Albert həmin pover bankı dostunun satdığını, əgər lazımdısa ona satmağı təklif etmişdir. Həmin pover bankın qiymətini soruşmuş, Albert dostunun həmin pover bankı 20 manata satdığını bildirmişdir. Özünə pover bank lazım olduğu üçün Albertə həmin pover bankı ona satmasını xahiş etmişdir. Albertə 20 manat pul vermiş və pover bankı almışdır. Lakin, bundan sonra 03 fevral 2021-ci il tarixdə ona məlum olmuşdur ki, Albertin ona satdığı pover bank oğurluqdur, ona görə də həmin pover bankı polis əməkdaşlarına təqdim etmişdir. Şahid5 məhkəməyə 16.05.2021-ci il tarixli teleqram göndərərək səhhətində olan nasazlıqla əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını göstərmiş və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Albert doğma bibisi oğludur və sonuncu Qusar şəhərində H.Z.Tağıyev küçəsində yerləşən təmir sexində maşın ustası işləyir. 10 yanvar 2021-ci il tarixdə gündüz saat 14 radələrində Albert ona zəng edərək, təcili olaraq pul lazım olduğu üçün “Pioneer” markalı maqnitofonu ucuz qiymətə, yəni 20 manata satmaq istədiyini bildirmişdir. O, Albertdən həmin maqnitofonun oğurluq olub-olmamasını soruşmuş, Albert onu əmin etmişdir ki, həmin maqnitofon oğurluq deyil və özünə məxsusdur. Bundan sonra həmin gün Albertin yaşadığı ünvana getmiş və maqnitofonu ona göstərməsini xahiş etmişdir. Albert maqnitofonu ona göstərmiş və həmin maqnitofonu özünə məxsus “VAZ 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə quraşdırıb sazlığını yoxlamış və işlək vəziyyətində olduğuna əmin olduqdan sonra 20 manat pulu Albertə vermişdir. Maqnitofonu da elə avtomobilində saxlamışdır. Bundan sonra yaşadığı ünvana polis əməkdaşları gəlmiş və Albertin ona satdığı “Pioneer” markalı maqnitofonun oğurluq olduğu barədə məəlumat vermiş, eləcə də həmin maqnitofonu da sahibinə qaytarmaq üçün götürmüşlər. Şahid7 məhkəməyə 20.05.2021-ci il tarixli teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını göstərmiş və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Albertlə eyni məktəbdə oxumuş və həmin vaxtdan da tanış olmuşlar. 16.01.2021-ci il tarixdə avtobaza adlanan yerdə idarə etdiyi “AUDİ A-8” markalı, **-OZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin yağını dəyişmiş, həmin vaxt Albert ona yaxınlaşmış, borca 40 manat pul istəmiş, lakin ona pul verməmişdir. Bundan sonra Albert onun yanına gəlmiş və 40 manata “PİONEER” markalı maqnitofon satdığını bildirmiş, əvvəlcə Albertə maqnitofonu haradan aldığını soruşmuş, sonuncu ona maqnitofonun özünə məxsus olduğunu, anası xəstə olduğu üçün satdığını bildirmişdir. Həmin maqnitofonu orada olan ustalara göstərmiş və onlar almağı məsləhət görmüşlər. Bundan sonra 40 manat pulu Albertə vermiş, maqnitofonu almış və avtomobilinə quraşdırmışdır. Bundan bir müddət sonra 03.02.2021-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşmış və Albertin ona satdığı maqnitofonun oğurluq olduğunu bildirmişlər. Bundan sonra həmin maqnitofonu polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Albert onun doğma bacısı oğludur. 2020-ci ilin dekabr ayında avtomobilinin təmiri ilə əlaqədar Albertin işlədiyi Qusar şəhəri H.Z.Tağıyev küçəsində yerləşən dəmirçi sexinə gəlmiş, sonuncu avtomobildə təmir işlərini gördükdən sonra Albertdən, işlənmiş təkərlər olarsa ucuz qiymətə onun üçün tapmasını xahiş etmişdir. Bir neçə gün sonra Albert ona zəng edib satılmalı iki ədəd təkər olduğunu bildirmiş, o, da ala biləcəyini demişdir. Həmin vaxt telefonda Albert ona yaşadığı kənd istiqamətində işi olduğunu və ona görə ora gəlməli olduğunu bildirmişdir. Buna görə də, təkərləri də gətirə biləcəyini demiş, bir neçə saat sonra Albert yaşadığı evin qarşısına gəlmişdir. Albert, həmin vaxt metalik rəngli “VAZ 21010” markalı avtomobillə tanımadığı, lakin sonradan adının Zamir olduğunu bildiyi bir nəfər şəxslə yaşadığı evin qarşısına gəlmiş, həmin vaxt işlənmiş təkərlərin üstündə diskilər də olduğunu görmüş, qiymətini soruşduqda Albert 20 manata satdığını bildirmiş, 20 manat pulu Albertə vermiş, təkərləri almış, daha sonra sonuncu ona bir ədəd “İSTA KLASSİK” markalı akumlyatoru da 20 manata satdığını bildirmiş və razılaşaraq həmin akkumlyatoru da 20 manata almışdır. Həmin təkərləri arabada istifadə etmək üçün almış, lakin istifadə etməmiş, təkərlərin və akumlyatorun oğurluq olduğunu öyrəndikdən sonra polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Albert onun doğma bacısı oğludur. 2020-ci ilin dekabr ayında “VAZ 21010” markalı avtomobillə Albert və onunla birlikdə birinci dəfə gördüyü Zamir adlı şəxs yaşadığı Qusar rayonu, Avaran kəndindəki evinin qarşısına gəlmiş, həmin vaxt onu evdən küçəyə çağırmış, küçəyə çıxan zaman Zamir adlı şəxs pereferator satdığını ona bildirmiş və qutuda olan pereferatoru göstərmişdir. Zamir ona həmin pereferatorun özünə məxsus olduğunu və 80 manata satdığını bildirmiş, Zamirdən pereferatorun oğurluq olub-olmamasını soruşmuş, sonuncu pereferatorun oğurluq olmadığını bildirdikdən sonra 65 manata satırsa ala biləcəyini demişdir. Həmin vaxt Zamir razılaşmış və ondan 65 manat pulu alıb, pereferatoru satmış, bundan sonra Albert və Zamir oradan getmişlər. Bundan sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək həmin pereferatorun oğurluq olduğunu bildirmiş, həmin pereferatoru polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid12 Qeysəddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 18.12.2020-ci il tarixdə gecə saatlarında idarə etdiyi “VAZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ünvan 6 ünvanın qarşısında saxlamış, bundan sonra 19 dekabr 2021-ci il tarixdə saat 09 radələrində yaşadığı ünvandan çıxaraq avtomobilin mühərrikini işə salmaq istədiyi zaman mühərrikin işə düşmədiyini görüb avtomobilin mühərrik qapağını qaldırdıqda 01 ədəd “İSTA KLASSİK” markalı akumulyatorun yerində olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş, lakin bu barədə polis orqanına məlumat verməmişdir. Bundan bir müddət sonra iş yoldaşlarının da avtomobillərindən oğurluq olduğunu bilmiş və bu barədə Qusar RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 22 yanvar 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 19:50-dən saat 20:25-dək Qusar RPŞ-nin TBnin baş təhqiqatçısı X33 tərəfindən Təqsirləndirilən şəxs1, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, Qusar RPŞ-nin KTQ-nin ekspert kriminalisti X14, Müdafiəçi1, hal şahidləri X20 və X15 iştirakları ilə, Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya saxlanması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı maddə və ya əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarın sağ yan cibindən iki açar, kiçik təsbeh və tum dənələri, əynində olan qara rəngli, parça gödəkçənin sol çöl cibindən iki falqa bükümündə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər ot kütlələri aşkar edilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin falqa bükümlərində olan narkotik vasitələri İdman Kompleksinin yaxınlığında olan meşədə gəzərkən tapdığını və ondan istifadə etdiyini bildirmişdir. Bununla yanaşı, şübhəli şəxs Təqsirləndirilən şəxs1 başqa cinayət əməli törədib-törətməməsi barədə sual verdikdə o, bir ədəd VAZ 2106 və iki ədəd VAZ 2107 markalı avtomobildən maqnitofonlar oğurladığını bildirmişdir.Şəxsi axtarış zamanı aşkar edilmiş 02 ədəd falqa bükümündəki narkotik vasitəyə bənzər kütlələri ekspertizaya göndərilməsi üçün protokolda qeyd olunmuş şəxslərin iştirakları ilə zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 106 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs1 Qusar rayon Polis Şöbəsinə ünvanladığı 22.01.2021-ci il tarixli ərizədən görünür ki, o, yaşadığı ünvan 4 ünvanda yerləşən evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 22 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 20:30-dan saat 21:30-dək Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X33 tərəfindən Təqsirləndirilən şəxs1, Müdafiəçi1, Qusar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, Qusar RPŞ-nin KTQ-nin ekspert kriminalisti X14, hal şahidləri X20 və X15 iştirakları ilə Təqsirləndirilən şəxs1 razılığı ilə onun oğurladığı əşyaları aşkar edib götürmək məqsədilə yaşadığı ünvan 4 ünvanda yerləşən evə və yardımçı tikililərə baxış keçirilmişdir. Baxış zamanı evin giriş qapısının qarşısında Təqsirləndirilən şəxs1 oğurladığı maqnitola və mobil telefonu gizlətdiyi yeri göstərəcəyini demişdir. Bundan sonra evin həyətinə, oradan isə Təqsirləndirilən şəxs1 verdiyi istiqamətlə həyətyanı sahədə yerləşən xərək otağına daxil olmuşlar. Xərək otağında Təqsirləndirilən şəxs1 otağın taxta və dəmirlərdən ibarət sağ divarındakı boşluqdan sellofan paketdə olan 01 ədəd maqnitolanı çıxarıb baxışa təqdim etmişdir. Baxış zamanı maqnitolanın “High-speed” markalı, istifadə olunmuş maqnitola olduğu məlum olmuşdur. Baxışı davam etdirərkən maqnitolanın çıxarıldığı boşluqdan şübhəli büküm aşkar edilmişdir. Gümüşü büküm açılarkən içərisində narkotik vasitəyə bənzər ot kütləsi olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs1 xərək otağından aşkar edilmiş, içərisində narkotik vasitəyə bənzər ot kütlələri olan büküm soruşulduqda o, həmin bükümün onun olmadığını bildirmişdir. Həmin büküm qablaşdırılaraq götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs1 təqdim etdiyi maqnitola iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 verdiyi istiqamətlə evin birinci mərtəbəsinə daxil olmuşlar. Birinci mərtəbədə olan otağa daxil olduqda yataq otağının paltarlar yığılmış hissəsində paltarlarla dolu qutunun içərisindən Təqsirləndirilən şəxs1 orada gizlətdiyi 01 ədəd mobil telefonu tapıb baxışa təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin mobil telefonu VAZ 2107 markalı maşından oğurladığını bildirmişdir. Mobil telefona baxış zamanı “Okutel” markalı olduğu, ekran hissəsində çatlar olduğu, mobil telefonun arxa qapağının olmadığı, **********54371 İMEİ kodlu olduğu məlum olmuşdur. Bundan sonra yanaşı otağa, ikinci mərtəbədə yerləşən otaqlara baxış keçirilmişdir. Həmin otaqlardan iş üçün əhəmiyət kəsb edən əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi mobil telefon isə götürülmüşdür. Baxışın davamı olaraq xərək otağına bitişik, ərzaq məhsullarının saxlanıldığı otağa baxış zamanı otaqda olan iki ədəd **-DV-*** dövlət qeydiyyat nişanları şübhəli olduğundan və cinayətdə istifadə olunma ehtimalı olduğundan bu halların yoxlanılmasından ötrü götürülmüşdür. Baxış zamanı xərək otağında aşkar edilmiş 01 bükümdə olan narkotik vasitəyə bənzər ot kütləsi ekspertizaya göndərilməsi üçün protokolda qeyd olunmuş şəxslərin iştirakları ilə zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 106 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa, aşkar edilmiş maqnitola, mobil telefon və iki ədəd dövlət qeydiyyat nişanı da qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 23 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 10:10-dan saat 10:50-dək Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X33 tərəfindən Zərərçəkmiş şəxs3 və hal şahidləri X16, X17 iştirakları ilə Zərərçəkmiş şəxs3 məxsus VAZ 2107 markalı M908KC 05 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs3 avtomobilin salonundan 1 (bir) ədəd “Pioneer” markalı avtomaqnitolanın və 1 ədəd 8 GB yaddaşı olan və avtomobilin salonundakı saxlanc yerindəki “Okutel” markalı mobil telefonun oğurlandığı yeri göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 23 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 10:55-dən saat 11:15-dək Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X33 tərəfindən Şahid7 və hal şahidləri X16, X17 iştirakları ilə Şahid7 məxsus VAZ 2107 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Şahid7 avtomobilin salonunda quraşdırılmış və işlək vəziyyətdə olan 1 (bir) ədəd avtomaqnitolanı təqdim etmişdir. Həmin avtomaqnitolanın üzərində “Pioneer” 144 V, 10R-0 30421, “Pioneer corporation” sözləri həkk olunmuşdur. Şahid7 həmin avtomaqnitolanı 10 yanvar 2021-ci il tarixdə bibisi oğlu Təqsirləndirilən şəxs1 20 manata aldığını bildirmişdir. Baxış keçirildikdən sonra 1 (bir) ədəd “Pioneer” markalı avtomaqnitola iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 23 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 16:10-dan saat 17:40-dək Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X33 tərəfindən Zərərçəkmiş şəxs2 Qeysəddin oğlunun və hal şahidləri X9, X31 iştirakları ilə Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 avtomobilin salonundan avtomaqnitolanın oğurlandığı yeri göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 23 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 13:46-dan saat 14:20-dək Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X33 tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidləri X16, X17 iştirakları ilə Zərərçəkmiş şəxs1 məxsus VAZ 2106 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 avtomobilin salonundan avtomaqnitolanın oğurlandığı yeri göstərmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 avtomobilin yük saxlama yerini göstərmiş və orada saxladığı 1 ədəd “MAKİTA” markalı perforatorun, 2 ədəd “Rosava” markalı disk qarışıq təkərlərin 19.12.2020-ci il tarixdə saat 15 radələrində oğurlandığını aşkar etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 23 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 12:35-dən saat 13:40-dək Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X33 tərəfindən Şahid4, X10 və hal şahidləri X16, X17 iştirakları ilə Zərərçəkmiş şəxs1 şikayət ərizəsinə əsasən Şahid4 məxsus “Mercedes” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Şahid4 avtomobilin salonuna quraşdırılmış və işlək vəziyyətdə olan 1 (bir) ədəd avtomaqnitolanı göstərmişdir. Bundan sonra avtomaqnitola quraşdırıldığı yerdən çıxarılaraq ona baxış keçirilmişdir. Baxış zamanı avtomaqnitolanın qabaq hissəsində düymələrin olduğu yer qara rəngdə, digər hissəsi isə boz rəngdə olduğu müşahidə olunmuşdur. Baxış zamanı avtomaqnitolanın üzərində “Pioneer” sözlərinin həkk edildiyi müşahidə olunur. Bundan başqa, Anisa Zalovanın təqdim etdiyi iki ədəd qara rəngdə səsgücləndiriciyə baxış keçirilmişdir. Səsgücləndiricinin üzərində “Pioneer”450 w max. 90 L. RMS sözlərinin həkk edildiyi müşahidə olunmuşdur. Şahid4 tərəfindən təqdim edilmiş 1 ədəd avtomaqnitola və Anisa Zalova tərəfindən təqdim edilmiş 2 ədəd səsgücləndirici iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 23 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 17:50-dən saat 18:10-dək Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X33 tərəfindən Şahid10 və hal şahidləri X1 və X21 iştirakları ilə Şahid10 Təqsirləndirilən şəxs1 satın aldığı 02 ədəd işlənmiş, üzərində diskləri olan “Rosava” markalı avtomobil təkərlərinə baxış keçirilmişdir. Şahid10 həmin təkərləri təqdim edib onları diskləri ilə birlikdə bacısı oğlu Təqsirləndirilən şəxs1 cəmi 20 manata satın aldığını bildirmişdir. Həmin təkərlər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 23 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 09:05-dən saat 09:50-dək Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X33 tərəfindən Zərərçəkmiş şəxs4 və hal şahidləri X22, X5 iştirakları ilə Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən talvara və həyətə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs4 ona məxsus velosipedin və samovarın oğurlandığı yerləri göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 23 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 11:25-dən saat 12:20-dək Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X33 tərəfindən Təqsirləndirilən şəxs1, Qusar RPŞ-nin KTQ-nin ekspert-kriminalisti X14 və hal şahidləri X4 və X26 iştirakları ilə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 məxsus velosiped və samovarı oğurlaması ilə əlaqədar hadisə yerinə və samovarı gizlətdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan talvarın içərisini işarə edib velosipedi və həmin talvarda olan şkafı işarə edib samovarı oğurladığı yeri göstərmişdir. Təqsirləndirilən şəxs1 oğurluq etmək məqsədilə çəpərdən aşıb talvara daxil olduğunu, orada olan samovarı götürüb daha sonra aparmaq məqsədilə həmin küçənin çəpərlər olan hissəsində kötük və təkərlərin arxasında gizlətdiyini, velosipedi isə həmin gecə yaşadığı evə apardığını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 məxsus yaşayış evinin arxa tərəfində yerləşən, küçənin boş hissəsindəki taxta çəpərə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 samovarı, gizlətdiyi çəpərin alt hissəsində olan kötük və təkərlərin arxa tərəfindən çıxarıb təqdim etmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin samovar götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 23 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 17:05-dən saat 18:07-dək Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X33 tərəfindən Şahid8 və hal şahidləri X16, X17 iştirakları ilə Zərərçəkmiş şəxs4 şikayət ərizəsinə əsasən Şahid8 təqdim etdiyi “STELS 650” markalı velosipedə baxış keçirilmişdir. Baxış zamanı Şahid8 həmin velosipedi iki həftə əvvəl Təqsirləndirilən şəxs1 130 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 23 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 19:10-dan saat 19:40-dək Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı X33 tərəfindən Şahid11 və hal şahidləri X26, X17 iştirakları ilə oğurlanmış perefaratorun götürülməsi məqsədilə Şahid11 satın aldığı və baxışa təqdim etdiyi perefaratora baxış keçirilmişdir. Baxış zamanı Şahid11 həmin perefaratoru bacısı oğlu Təqsirləndirilən şəxs1 80 manata ona satdığını və həmin perefaratorun oğurluq olmasından xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 10:05-dən saat 10:20-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X29 tərəfindən Zərərçəkmiş şəxs5, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat mnüvəkkili Şahid1 və hal şahidləri X18, X27 iştirakları ilə Zərərçəkmiş şəxs5 məxsus VAZ 2106 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilin salonunda maqnitofon olan hissə boşdur. Zərərçəkmiş şəxs5 həmin yerdə quraşdırılmış “Pioneer” markalı maqnitofonun, 01 ədəd pover bankın və 01 ədəd saç qırxan maşının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 10:30-dan saat 11:05-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X29 tərəfindən Şahid9 və hal şahidləri X16, X17 iştirakları ilə Şahid9 məxsus “Audi A-8” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonundan 01 ədəd “Pioneer” markalı maqnitofon aşkar olunmuşdur. Şahid9 həmin maqnitofonu 16.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 40 manata aldığını bildirmişdir. Həmin maqnitofon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 12:05-dən saat 13:05-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X29 tərəfindən Təqsirləndirilən şəxs1, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və hal şahidləri X11 və Qafarov Fəxri Sahib oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs1 Vaz 2106 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı və baxışa təqdim etdiyi saçqırxan maşına baxış keçirilmişdir. Həmin saçqırxan maşın iş üçün əhəmiyyət kəsb etdyindən sübut kimi götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:00-dan saat 15:25-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X29 tərəfindən Şahid5, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və hal şahidləri X26 və X23 iştirakları ilə 01 ədəd pover banka baxış keçirilmişdir. Həmin pover bank saz vəziyyətdə olmuş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə Qusar RPŞ-nin İB-nin müstəntiqi X29 tərəfindən Şahid12, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, hal şahidləri X19 və X7 iştirakları ilə Şahid12 məxsus Vaz 2107 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Şahid12 həmin avtomobilin mühərrik hissəsini təqdim edərək “İsta klassik” markalı akkumulyatorun 19 dekabr 2020-ci il tarixdə naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 03 fevral 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə Qusar RPŞ-nin İB-nin müstəntiqi X29 tərəfindən Şahid10, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və hal şahidləri X20 və X12 iştirakları ilə Şahid10 təqdim etdiyi 01 ədəd “İsta klassik” markalı akkumulyatora baxış keçirilmişdir. Şahid10 həmin akkumulyatoru bacısı oğlu Təqsirləndirilən şəxs1 20 manata ona satdığını bildirmişdir. Həmin akkumulyator ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan ibtidai istintaq orqanının 26 yanvar 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, 02 ədəd üzərində diskləri olan “Rosava” markalı təkərlər, 01 ədəd “Makita” markalı pereferator, 01 ədəd “Pioneer” markalı avtomaqnitola və 02 ədəd “Pioneer” markalı səsgücləndirici, 01 ədəd “Highspeed” markalı avtomaqnitola və 01 ədəd USB (8 GB), 01 ədəd “Pioneer” markalı avtomaqnitola, 01 ədəd ”Okutel” markalı mobil telefon və 01 ədəd USB (8 GB) maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişlər. İş materiallarında olan 27.01.2021-ci il tarixli 123 saylı mədaxil qaiməsindən görünür ki, 02 ədəd üzərində diskləri olan “Rosava” markalı təkərlər, 01 ədəd “Makita” markalı pereferator, 01 ədəd “Pioneer” markalı avtomaqnitola və 02 ədəd “Pioneer” markalı səsgücləndirici, 01 ədəd “Highspeed” markalı avtomaqnitola və 01 ədəd USB (8 GB), 01 ədəd “Pioneer” markalı avtomaqnitola, 01 ədəd ”Okutel” markalı mobil telefon və 01 ədəd USB (8 GB) müstəntiq Samik Həsənov tərəfindən Qusar RPŞ-nin polis baş serjantı Urfan Aydəmirova təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 23 yanvar 2021-ci il tarixli 7/101 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümlərdə narkotik vasitəyə bənzər ot kütlələri ” yazılar və imzalar olan 1 nömrəli kağız paketdə 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,686 qram; 0,788 qram, ümumi çəkisi-1,474 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində “..........Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanındakı evə baxış keçirilərkən xərək otağından aşkar edilərək götürülmüş 01 ədəd folqa bükümündə olan narkotik vasitəyə bənzər ot kütləsi” yazılar və imzalar olan 2 nömrəli kağız paketdə 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi -7,092 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi-8,566 qramdır. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuanaların ümumi çəkisiu-8,566 qram (1-3 №li ob), tədqiqata sərf olundu cəmi-0,06 qram (hər obyektdən 0,02 qram), qalıq-8,506 qram. İş materiallarında olan ibtidai istintaq orqanının 24 yanvar 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış-8,506 qram qurudulmuş marixuanalar maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 24.01.2021-ci il tarixli 122 saylı mədaxil qaiməsindən görünür ki, eyni tarixli qərarla maddi sübut kimi tanınmış 02 ədəd 8.506 qram çəkidə marixuanalar müstəntiq Samik Həsənov tərəfindən saxlanılması üçün Qusar RPŞ-nin polis baş serjantı Urfan Aydəmirova təhvil verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 fevral 2021-ci il tarixli 9/690 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və avtomobil ehtiyat hissələrinin satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən tədqiqat obyektlərinin, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildən 19 dekbar 2020-ci il tarixdə oğurlanmış əşyalar: - 5 litr (A-92) benzin 4,50 manat; - 2 ədəd üzərində disklər olan 1 il əvvəl yeni alınmış, Rusiya istehsallı, 16 sm ölçüdə “Rosava” markalı təkərlər 70,00 manat; - 01 ədəd Çin istehsallı 1 il əvvəl yeni alınmış “Makita” markalı pereferator 350,00 manat; Zərərçəkmiş şəxs4 məxsus evin həyətyanı sahəsində yerləşən talvardan 10 yanvar 2021-ci il tarixdə oğurlanmış: - 01 ədəd Rusiya istehsallı 26 sm diametrli yeni alınmış “Stels” markalı velosiped 400,00 manat - 01 ədəd Rusiya istehsallı latun materialından olan 10 litrlik samovar 280,00 manat Zərərçəkmiş şəxs3 məxsus “ VAZ 2107” markalı, “M908kc05” dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 16 yanvar 2021-ci il tarixdə oğurlanmış əşyalar: - 01 ədəd Çin istehsallı yeni alınmış USB-nin(8 GB) 16,00 manat; Zərərçəkmiş şəxs2 məxsus olan VAZ 2106 markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsindən 19 yanvar 2021-ci il tarixdə oğurlanmış əşyalar: - 01 ədəd yeni alınmış USB-nin(8 GB) 16,00 manat; Zərərçəkmiş şəxs5 məxsus olan “VAZ 2106” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsindən 15 yanavar 2021-ci il tarixdə oğurlanmış əşyalar; - 01 ədəd 2020-ci ilin sentyabr ayında yeni alınmış, 10 000 A gücündə olan “Xiaomi” markalı pover bank 50,00 manat; - 01 ədəd “ELEKTRİK HAİRİ CLİPPER” markalı 220-240 V-50HZ gücündə 05.01.2021-ci il tarixdə yeni alınmış saç qırxan maşın 20,00 manat; Şahid12 məxsus “Vaz 2107” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsindən 19 dekabr 2020-ci il tarixdə oğurlanmış əşya: 01 ədəd “İSTA KLASSİK” markalı 220-240 V-50 HZ gücündə olan 2020-ci ilin dekabr ayında yeni alınmış akumulyator 60,00 manat; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 yanvar 2021-ci il tarixli 7/101 saylı və 17 fevral 2021-ci il tarixli 9/690 saylı məktublardan görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 116,46 (yüz on altı manat qırx altı qəpik) manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 22.04.2021-ci il tarixli 1207 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:25-də Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 24 yanvar 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 06 mart 2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 29 mart 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 11:40-da Qusar şəhəri ərazisində müəyyənləşdirilərək saxlanılmış və istintaqa təqdim olunmasından ötrü Qusar RPŞ-nə gətirilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 30.03.2021-ci il tarixli 4(029)- 11/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 31 mart 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01.04.2021-ci il tarixli qəbzlərdən görünür ki, 1 ədəd “İsta klassik” markalı akkumulyator Şahid12, bir ədəd “Pioneer” markalı maqnitofon, 1 cüt kalonka (səsgücləndirici) 2 ədəd disklərlə birlikdə təkərlər və 1 ədəd “Makita” markalı perefarator saz vəziyyətdə Zərərçəkmiş şəxs1, bir ədəd “Pioneer” markalı maqnitofon və bir ədəd “Okutel” markalı mobil telefon Zərərçəkmiş şəxs3, 1 ədəd “Highspeed” markalı maqnitofon saz vəziyyətdə Zərərçəkmiş şəxs2, bir ədəd “Pioneer” markalı maqnitofon, 1 ədəd pover bank və bir ədəd saç qırxan maşın Zərərçəkmiş şəxs5, bir ədəd velosiped və bir ədəd samovar Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən ibtidai istintaq orqanına verilmiş 01.04.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış 16 manat dəyərində 01 ədəd 8 gb-lıq USB-nin oğurlanması nəticəsində ona dəymiş maddi ziyan ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən ibtidai istintaq orqanına verilmiş 01.04.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış 16 manat dəyərində 01 ədəd 8 gb-lıq USB-nin oğurlanması nəticəsində ona dəymiş maddi ziyan ödənilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 30 aprel 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış-8,506 qram marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 tutulduqdan sonra şəxsi axtarışı və yaşadığı ünvana baxış keçirilməsi videoçəkilişlə lentə alınmış, əldə olunmuş görüntülər DVD kompakt disklərə köçürülmüşdür. Həmin 02 ədəd DVD disklər iş üzröə madi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 məxsus “PİONEER” markalı maqnitofon və bir cüt səsgücləndiricilər, 01 ədəd “Makita” markalı pereferator, 02 ədəd “ROSAVA” markalı təkərlər; Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “PİONEER” markalı maqnitofon, 01 ədəd “OKUTEL” markalı mobil telefon; Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd “STELS” markalı velosiped və 01 ədəd samovar; Zərərçəkmiş şəxs2 Qeysəddin oğluna məxsus “Highspeed” markalı maqnitofon; Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd “Pioneer” markalı maqnitofon, 01 ədəd pover bank və 01 ədəd “ELEKTRİK HAİRİ CLİPPER” markalı saç qırxan iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişlər və gündəlik tələbatda istifadə olunduğundan sahiblərinə geri qaytarılmaları nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etmə mənbəsi müəyyən edilməsi məqsədi ilə material ayrılaraq Xaçmaz RPŞ-nə göndərilmişdir. Şahid4, X10, Şahid5, Şahid11, Şahid10, Şahid7, Şahid9, Maksimov Maksim Namiq oğlunun barələrində Azərbaycan Respublikasının CM-nin 194-cü maddəsi ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 03.02.2021-ci il tarixli 118/02-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin publik hüquqi şəxsin X3 həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 02.02.2021ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli 64 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi anası X2 və qardaşı X6 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli 288 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi həyat yoldaşı Aynurə Seyidəhmədovadan və 24.10.2017ci il təvəllüdlü qızı Milena Seyidəhmədovadan ibarətdir. İş materiallarında olan AZ-İV 120899 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 24.10.2017-ci il təvəllüdlü Milena adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Qusar RPŞ-nin əməkdaşları tərəfindən 22.01.2021-ci il tarixdə saat 19:10 radələrində RPŞ-nə gətirilərkən, üzərinə şəxsi axtarış keçirilən zaman 02 ədəd gümüşü rəngli kağız bükümdə hər birinin təmiz çəkisi 0,686 qram və 0,788 qram, onun yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyi və saxladığı 01 ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 7,092 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi; Bundan əlavə onun Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə 18 dekabr 2020-ci il tarixdən 19 dekabr 2020-ci il tarixə keçən gecə Qusar rayonu Yasab kənd sakini Zərərçəkmiş şəxs1 məxsus əşyaları gizli yolla talamaqla oğurlayıb həmin şəxsə cəmi 814,5 manat miqdarda ziyan vurması; bundan sonra təkrarən onun 09 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Qusar şəhəri Babaxan Ağasıoğlu küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında Qusar rayonu İmamqulukənd kənd sakini Zərərçəkmiş şəxs3 məxsus əşyaları gizli yolla talamaqla oğurlayıb həmin şəxsə cəmi 636 manat miqdarda ziyan vurması; bundan sonra təkrarən onun 10 yanvar 2021-ci il tarixdə saat 22-23 radələrində Qusar şəhərində yerləşən hərbi şəhərcikdə yaşayan Zərərçəkmiş şəxs4 məxsus əşyaları gizli yolla talamaqla oğurlayıb həmin şəxsə cəmi 680 manat miqdarda ziyan vurması; bundan sonra təkrarən onun 15 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən hərbi şəhərciyin həyətində Quba rayonu Alpan kənd sakini Zərərçəkmiş şəxs5 məxsus əşyaları gizli yolla talamaqla oğurlayıb həmin şəxsə cəmi 370 manat miqdarda ziyan vurması; bundan sonra təkrarən onun 19 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Qusar şəhəri Mahmud Əbilov küçəsində, Qusar rayonu Köhnə Xudat kənd sakini Zərərçəkmiş şəxs2 məxsus əşyaları gizli yolla talamaqla oğurlayıb həmin şəxsə cəmi 116 manat miqdarda ziyan vurması və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Eləcə də, göründüyü kimi Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə 18 dekabr 2020-ci il tarixdən 19 dekabr 2020-ci il tarixə keçən gecə Qusar rayonu, Yasab kənd sakini Zərərçəkmiş şəxs1 məxsus cəmi 814,5 manat dəyərində əşyaları oğurlaması və bununla Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CMnin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəzanın təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 22 yanvar 2021-ci il tarixdən 24 yanvar 2021-ci il tarixədək 02 (iki) gün, axtarışda olan şəxs qismində tutularaq və barəsində həbs qətimkan tədbiri seçilərək 29 mart 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək 06 (altı) ay 22 (iyirmi iki) gün, cəmi 06 (altı) ay 24 (iyirmi dörd) gün faktiki həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Qusar şəhəri H.Z.Tağıyev küçəsi 31 saylı ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 17-1.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 2 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda onlar və ailələri məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətlərinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı vardır, həmin şəxslər törətdikləri əməllərindən səmimi peşman olmuşlar, dəymiş ziyanı tamamilə ödəyərək zərər çəkmiş şəxslərlə barışmışlar, zərər çəkmiş şəxslərin onlara qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur, Təqsirləndirilən şəxs1 7 aya yaxındır ki, həbsdədir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxslərin barələrində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş üzrə məhkəmə xərcləri 116,46 (yüz on altı manat qırx altı qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilib götürülmüş, müvafiq ekspertizalardan sonra qalıq qalmış 8,506 qram marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs1 məxsus “PİONEER” markalı maqnitofonun və bir cüt səsgücləndiricilərin, 01 ədəd “Makita” markalı pereferatorun, 02 ədəd “ROSAVA” markalı təkərlərin; Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “PİONEER” markalı maqnitofonun, 01 ədəd “OKUTEL” markalı mobil telefonun; Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd “STELS” markalı velosipedin və 01 ədəd samovarın; Zərərçəkmiş şəxs2 Qeysəddin oğluna məxsus “Highspeed” markalı maqnitofonun; Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd “Pioneer” markalı maqnitofonun, 01 ədəd pover bankın və 01 ədəd “ELEKTRİK HAİRİ CLİPPER” markalı saç qırxanın sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək; CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq 22 yanvar 2021-ci il tarixdən 24 yanvar 2021-ci il tarixədək 02 (iki) gün, axtarışda olan şəxs qismində tutularaq və barəsində həbs qətimkan tədbiri seçilərək 29 mart 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək 06 (altı) ay 22 (iyirmi iki) gün, cəmi 06 (altı) ay 24 (iyirmi dörd) gün faktiki həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 01 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Qusar şəhəri H.Z.Tağıyev küçəsi 31 saylı ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 2 ünvanda yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar edilib götürülmüş, müvafiq ekspertizalardan sonra qalıq qalmış 8,506 qram marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs1 məxsus “PİONEER” markalı maqnitofonun və bir cüt səsgücləndiricilərin, 01 ədəd “Makita” markalı pereferatorun, 02 ədəd “ROSAVA” markalı təkərlərin; Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “PİONEER” markalı maqnitofonun, 01 ədəd “OKUTEL” markalı mobil telefonun; Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd “STELS” markalı velosipedin və 01 ədəd samovarın; Zərərçəkmiş şəxs2 Qeysəddin oğluna məxsus “Highspeed” markalı maqnitofonun; Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd “Pioneer” markalı maqnitofonun, 01 ədəd pover bankın və 01 ədəd “ELEKTRİK HAİRİ CLİPPER” markalı saç qırxanın sahiblərinə geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə 116,46 (yüz on altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-46/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-46/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver