Məhkəmə qərarları › İş №1(029)-46/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-46/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-46/2023 03.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: X2, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1989-cu ildə Qazaxistan Respublikasi, Sevcenko şəhərində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Minaxur kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində "başqa yerə getməmək haqqinda iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Fərruxovicin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə, xx.xx.1990-ci ildə Qusar rayonu, Çubuqlu kəndində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Minaxur kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqinda iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixdə keçən gecə saat 00:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs MMC-nin Qusar rayonu, Minaxur kəndində yerləşən bağ sahəsinə setka çəpərdən tullanıb qanunsuz daxil olaraq, bağ sahəsinin həyətində olan su nasosxanasmm inzibati binasının yan tərəfindəki iki pəncərə arasında olan mişar daşlarını itələyərək içəri girib, oradan 01 ədəd bağlamanın dəyəri 165 manat olan Türkiyə istehsalı “Netafım” markalı hər bağlamanın uzunluğu 300 metr, eni 17,5 mm olmaqla cəmi 02 ədəd bağlamada suvarma şlanglarım gizli yolla talamaqla oğurlayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nə cəmi 330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 20 yanvar 2023-cü il tarixdə axşam radələrində siqaret almaq üçün evdən çıxıb, kənddə yerləşən mağazaya tərəf getmiş, lakin mağazanın bağlı olduğunu görüb qonşusu Təqsirləndirilən şəxs1 zəng edib, harda olmasını soruşmuş, sonuncu isə Qusar şəhərində olduğunu və evə qayıtmaq üçün yol avtomobilini gözlədiyini bildirmişdir. Həmin vaxt qonşusu Şamildən Qusar şəhərindən qayıdan zaman ona siqaret almasını xahiş etmiş, sonuncu da öz razılığını vermiş, bundan sonra Təqsirləndirilən şəxs1 Qusar şəhəri “Avtovağzal dairəsi” adlanan ərazidə yerləşən mağazaların birindən ona siqarət alıb, tanımadığı yol avtomobili ilə kəndə qayıtmış və həmin gün saat 23 radələrində yaşadığı evin qarşısında onunla görüşüb, ona siqaretləri vermiş və birlikdə oturub söhbət etməyə başlamışlar. Söhbət zamanı hər ikisi maddi vəziyyətləri zəif olduqları üçün yaşadıqları Qusar rayonu, Minaxur kəndində yerləşən Zərərçəkmiş şəxs MMC-nə məxsus bağ sahəsindən oğurluq etmək qərarına gəlmişlər. 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində Zərərçəkmiş şəxs MMC-nə məxsus bağ sahəsinin arxa tərəfinə keçərək birlikdə setka çəpərdən tullanıb daxil olaraq, bağ sahəsinin həyətində olan su nasosxanasımn inzibati binasına tərəf gedib, pəncərədən içəri baxan zaman orada bağlamalarda suvarma şlanglarını olduğunu görüb onları oğurlamaq qərarına gəlmişlər. Həmin vaxt onlar su nasosxanasının yan tərəfindəki iki pəncərə arasında olan mişar daşlarını itələyərək içəri girib, oradan ümumi dəyəri 330 manat olan Türkiyə istehsalı, “Netafım” markalı, hər bağlamanın uzunluğu 300 metr, eni 17,5 mm olmaqla cəmi 02 ədəd bağlamada suvarma şlanglarını pəncərədən çıxartmışlar. Bundan sonra Şamil pəncərədən çıxmış, o isə şübhə çəkməmək üçün pəncərələri içərdən bağlayaraq, su nasosxanasınm yan tərəfindən çıxıb, mişar daşları öz yerlərinə qoymuş və Şamillə birlikdə oğurladıqları 02 ədəd bağlamada suvarma şlangları götürüb çıxıb getmişlər. Həmin gecə Şamil oğurladığı 01 ədəd bağlamada suvarma şlangını evin həyətindəki talvarın altında yerləşən xərək evində, o isə oğurladığı 01 ədəd bağlamada suvarma şlangını evin həyətində gizlətmişlər. 21 yanvar 2023-cü il tarixdə səhər radələrində Təqsirləndirilən şəxs1 işə getmək istəyən zaman özünə məxsus bel çantasını tapa bilməmiş və daha sonra isə həmin bel çantasının Zərərçəkmiş şəxs MMC-nə məxsus bağ sahəsinin su nasosxanasında qaldığı onun yadına düşmüş və bununla bağlı dərhal ona məlumat vermişdir. Həmin vaxt onlar axşam radələrində Zərərçəkmiş şəxs MMC-nə məxsus bağ sahəsinə girib, su nasosxanasından Şamilə məxsus bel çantasını götürmək qərarına gəlmişlər. Həmin gün saat 20 radələrində qaranlıq düşən zaman onlar Zərərçəkmiş şəxs MMC-nə məxsus bağ sahəsinə setka hasardan tullanıb daxil olaraq, su nasosxanasına girmək istəyən zaman MMC-nin mühafizəçisi Şahid2 tərəfindən saxlanılmışlar. Həmin vaxt Firuz dərhal Zərərçəkmiş şəxs MMC-nin Şimal Regionu üzrə Təhlükəsizlik xidmətinin rəisi müavini Şahid1 məlumat vermiş, sonuncu isə öz isə baş vermiş hadisə ilə bağlı MMC-nin Şimal Regionu üzrə Təhlükəsizlik xidmətinin rəisi Nümayəndə və Qusar RPŞ-nin Samur PB-nə məlumat vermişdir. Bundan sonra hadisə yerinə Şahid1 və polis əməkdaşları gəlib, hadisə yerini müayinə etmiş, onlar birgə törətdikləri oğurluq hadisəsini etiraf edərək, oğurladıqları suvarma şlangları gizlətdikləri yerləri göstərməklə polis əməkdaşlarına təhvil vermişlər. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 20 yanvar 2023-cü il tarixdə axşam radələrində işdən çıxıb, Qusar şəhəri “Avtovağzal dairəsi” adlanan ərazidə evə qayıtmaq üçün yol avtomobilini gözləyən zaman qonşusu Təqsirləndirilən şəxs2 ona zəng edib, gələndə onun üçün siqaret almasını xahiş etmiş, o da öz razılığını vermişdir. Bundan sonra Qusar şəhəri “Avtovağzal dairəsi” adlanan ərazidə yerləşən mağazaların birindən Məmmədə siqarət alıb, tanımadığı yol avtomobili ilə kəndə qayıtmış və həmin gün saat 23 radələrində yaşadığı evin qarşısısnda Məmmədlə görüşüb, ona siqaretləri vermiş və oturub söhbət etməyə başlamışlar. Söhbət zamanı hər ikisi maddi vəziyyətləri zəif olduqları üçün yaşadıqları Qusar rayonu, Minaxur kəndində yerləşən Zərərçəkmiş şəxs MMC-nə məxsus bağ sahəsindən oğurluq etmək qərarına gəlmişlər. 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində Zərərçəkmiş şəxs MMC-nə məxsus bağ sahəsinin arxa tərəfinə keçərək birlikdə setka çəpərdən tullanıb ora daxil olaraq, bağ sahəsinin həyətində olan su nasosxanasının binasına tərəf gedib, pəncərədən içəri baxan zaman orada bağlamalarda suvarma şlanglarını olduğunu görüb onları oğurlamaq qərarına gəlmişlər. Həmin vaxt onlar su nasosxanasının yan tərəfindəki iki pəncərə arasında olan mişar daşlarını itələyərək içəri girib, oradan ümumi dəyəri 330 manat olan Türkiyə istehsalı, “Netafim” markalı, hər bağlamanın uzunluğu 300 metr, eni 17,5 mm olmaqla cəmi 02 ədəd bağlamada suvarma şlangları pəncərədən çıxartmışlar. Bundan sonra o da pəncərədən çıxmış, Məmməd isə şübhə çəkməmək üçün pəncərələri içərdən bağlayaraq, su nasosxanasının yan tərəfindən çıxıb, mişar daşları öz yerlərinə qoymuş və onunla birlikdə oğurladıqları 02 ədəd bağlamada suvarma şlangları götürüb çıxıb getmişlər. Həmin gecə o, oğurladığı 01 ədəd bağlamada suvarma şlangını evin həyətindəki talvarın altında yerləşən xərək evində, Məmməd oğurladığı 01 ədəd bağlamada suvarma şlangı isə evin həyətində gizlətmişlər. 21 yanvar 2023-cü il tarixdə səhər radələrində o, işə getmək istəyən zaman özünə məxsus bel çantasını tapa bilməmiş və daha sonra isə həmin bel çantasının Zərərçəkmiş şəxs MMC-nə məxsus bağ sahəsinin su nasosxanasında qaldığı onun yadına düşmüş və bununla bağlı dərhal qonşusu Məmmədə məlumat vermişdir. Həmin vaxt onlar axşam radələrində Zərərçəkmiş şəxs MMC-nə məxsus bağ sahəsinə girib, su nasosxanasmdan ona məxsus bel çantasını götürmək qərarına gəlmişlər. Həmin gün saat 20 radələrində qaranlıq düşən zaman onlar Zərərçəkmiş şəxs MMC-nə məxsus bağ sahəsinə setka çəpərdən tullanıb daxil olaraq, su nasosxanasına girmək istəyən zaman MMC-nin mühafizəçisi Şahid2 tərəfindən saxlanılmışlar. Həmin vaxt Şahid2 dərhal Zərərçəkmiş şəxs MMC-nin Şimal Regionu üzrə Təhlükəsizlik xidmətinin rəisi müavini Şahid1 məlumat vermiş, sonuncu isə baş vermiş hadisə ilə bağlı MMC-nin Şimal Regionu üzrə Təhlükəsizlik xidmətinin rəisi Nümayəndə və Qusar RPŞ-nin Samur PB-nə məlumat vermişdir. Bundan sonra hadisə yerinə Şahid1 və polis əməkdaşları gəlib hadisə yerini müayinə etmiş, onlar birgə törətdikləri oğurluq hadisəsini etiraf edərək, oğurladıqları suvarma şlangları gizlətdikləri yerləri göstərməklə polis əməkdaşlarına təhvil vermişlər. Törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqı zamanı özlərinin etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahid ifadəsi, eləcə də elan olunmuş şahid ifadəsi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 izahatında göstərmişdir ki, onun nümayəndəsi olduğu MMC-yə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 21 yanvar 2023-cü il tarixdə axşam saat 20:30 radələrində xidmətdə olan zaman əvvəllər tanımadığı Qusar rayonu, Minaxur kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bağ sahəsindəki su nasosxanasına daxil olmaq istəyən zaman saxlayaraq, dərhal MMC-nin Şimal Regionu üzrə Təhlükəsizlik xidmətinin rəis müavini Şahid1 məlumat vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Qusar rayonu, Minaxur kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində Zərərçəkmiş şəxs MMC-nin Qusar rayonu, Minaxur kəndində yerləşən bağ sahəsinə setka çəpərdən tullanıb qanunsuz daxil olaraq, bağ sahəsinin həyətində olan su nasosxanasının binasının yan tərəfindəki iki pəncərə arasında olan mişar daşlarını itələyərək içəri girib, oradan Türkiyə istehsalı “Netafım” markalı hər bağlamanın uzunluğu 300 metr, eni 17,5 mm olmaqla cəmi 02 ədəd bağlamada suvarma şlanglarını oğurlamışlar və çıxıb gedən zaman özlərinə məxsus bel çantası su nasosxanasında qalmış, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində isə həmin bel çantasını götürmək üçün gəldikləri zaman MMC-nin mühafizəçisi Şahid2 onları saxlamışdır. Bundan sonra hadisə yerinə Şahid1 və polis əməkdaşları gəlib, hadisə yerini müayinə etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə törətdikləri oğurluq hadisəsini etiraf edərək, oğurladıqları suvarma şlangları gizlətdikləri yerləri göstərməklə polis əməkdaşlarına təhvil vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, 21 yanvar 2023-cü il tarixdə, axşam saat 20:30 radələrində MMC-nin mühafizəçisi Şahid2 ona zəng edib, Qusar rayonu, Minaxur kəndində yerləşən MMC-nə məxsus bağ sahəsindən oğurluq etmək istəyən əvvəllər tanımadığı Qusar rayonu, Minaxur kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxladığını bildirmiş, o da baş vermiş hadisə ilə bağlı Samur PB-nə və rəisi Nümayəndə məlumat vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Qusar rayonu, Minaxur kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub qrup şəxs təşkil edərək, 20 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində Zərərçəkmiş şəxs MMC-nin Qusar rayonu, Minaxur kəndində yerləşən bağ sahəsinə setka çəpərdən tullanıb daxil olaraq, bağ sahəsinin həyətində olan su nasosxanasının inzibati binasının yan tərəfindəki iki pəncərə arasında olan mişar daşlarını itələyərək içəri girib, oradan Türkiyə istehsalı “Netafım” markalı hər bağlamanın uzunluğu 300 metr, eni 17,5 mm olmaqla cəmi 02 ədəd bağlamada suvarma şlangları oğurlamışlar və çıxıb gedən zaman özlərinə məxsus bel çantası su nasosxanasında qalmış, xx.xx.2023-cü il tarixdə, saat 20:30 radələrində isə həmin bel çantasını götürmək üçün gəldikləri zaman MMC-nin mühafizəçisi Şahid2 onları saxlamışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib, hadisə yerini müayinə etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə törətdikləri oğurluq hadisəsini etiraf edərək, oğurladıqları suvarma şlangları gizlətdikləri yerləri göstərməklə polis əməkdaşlarına təhvil vermişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 mart 2023-cüi il tarixli 9/1235 nömrəli rəyindən görünür ki, uzunluğu 300 metr Türkiyə istehsalı, istifadə edilməmiş, üzərində “Netafım Dripnet PC 20010 17,5 mm 1,60 L/H, 0,50 m” yazıları olan olan, plastik borunun 2023-cü ilin yanvar ayında orta bazar qiyməti təxminən 165,00 manat təşkil edir Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında olan protokoldan görünür ki, baxış keçirilən yer Qusar rayonu Minəxur kəndinin ərazisində yerləşən "xxxx" MMC-yə məxsus olan bağ sahəsinin içərisində yerləşən suvarma nasosxanası və bağ sahəsidir. Bağ sahəsinə giriş "xxxx" MMC-nin texnikalarının, idarə etmə, mühafizə otaqlarının qarajın arasından keçir. Qarajda müxtəlif dərmanatan traktorlar və s texnikalar, idarəetmə otaqlarının yanında müxtəlif bağ dərmanları və pereparatlar vardır. Bağ sahələrində müxtəlif növ meyvə ağacları və onların müasir üslubda suvarılması üçün damcılama sistemləri vardır. Damcı suvarma sisteminin şlangları 2.0-lik Türkiyə istehsalı olan plastmast borulardan istifadə olunmuşdur. Baş sahəsinin ərazisində 2.0 metr eni 30 metr uzunluğunda köhnə istifadə olunmayan ərazisinin suvarması üçün istifadə olunmuş su nasosxanası vardır. Nasosxananın içərisində müxtəlif həcmli su nasosları quraşdırılmışdır. Nasosxanaya 2.0lik 300 m-k plastmas su borusu bağlamaları yığılmışdır. Baxış zamanı iştirak edən Şahid1 Nadir oğlu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 bağ sahəsindəki su nasosxanasından 2 ədəd bağlamada 20-lik 300+300=600 uzunluğunda plastmas su boruları oğurladıqları göstərmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 və Şamil Kərimovla birlikdə "xxxx" MMC-yə məxsus bağ sahəsindəki su nasosxanasından 2 bağlama 20-lik suvarma su boruları oğurlamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş qəbzdən görünür ki, "xxxx" MMC-yə məxsus Türkiyə istehsalı 2 ədəd bağlamada 17,5 mm-lik suvarma boruları həmin MMC-nin nümayəndəsi tərəfindən təhvil alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyan tam şəkildə ödənildiyinə görəZərərçəkmiş şəxs MMC-nin onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində iki azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Vətən Müharibəsinin iştirakçısıdır, “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan “Qusar Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin X4in həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdurlar.. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi, onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını; zərərçəkmiş şəxslə barışmalarını Cinayət Məcəlləsinin 59.1, 59.1.4, 59.1.12-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Vətən Müharibəsinin iştirakçısı olmasını, “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hallar kimi qəbul edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmalarını, zərərçəkmiş şəxslə barışmalarını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, himayələrində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir,törətdikləri cinayət əməlindən peşman olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Vətən Müharibəsinin iştirakçısı olmasını, “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən digər hallar kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onların şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, vurmuş olduqları zərəri tam şəkildə ödəmələrini, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin hər iki təqsirləndirilən şəxsin cinayəti törədilməsində hər ikisinin iştirakçılıq dərəcəsinin eyni olmasını nəzərə alaraq onlara təqsirləndirildikləri Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşadıqları Qusar rayonu, Minaxur kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda onlar, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəymiş zərəri tam aradan qaldırmışlar, zərərçəkmiş şəxs onlarla barışmışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində xx.xx.2022-ci il tarixdə "başqa yerə getməmək haqqinda iltizam" qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "başqa yerə getməmək haqqinda iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd bel çantası məhv edilməli, Türkiyə istehsalı, istifadə edilməmiş, üzərində “Netafım Dripnet PC 20010 17,5 mm 1,60 L/H, 0,50 m” yazıları olan olan, 02 ədəd bağlamada plastik boruların Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Qusar rayonu, Minaxur kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "başqa yerə getməmək haqqinda iltizam" tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Qusar rayonu, Minaxur kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "başqa yerə getməmək haqqinda iltizam" tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd bel çantası məhv edilsin, Türkiyə istehsalı, istifadə edilməmiş, üzərində “Netafım Dripnet PC 20010 17,5 mm 1,60 L/H, 0,50 m” yazıları olan olan, 02 ədəd bağlamada plastik boruların Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar