Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-47/2021 24.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2, 07 mart 2021-ci il tarixdə tutulmuş, 08 mart 2021-ci il tarixdə barəsində Qusar rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2 və 237.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2020-ci ilin aprel ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi, tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) növünə aid 05 ədəd bitki toxumunu 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı Qusar şəhəri Zöhrəbəyov küçəsi ev 39 ünvanda yerləşən evdə 03 ədəd dibçəkdə qanunsuz olaraq əkmiş, sonra isə həmin dibçəklərdə bitən 03 ədəd çətənə kollarından 02 ədədini dibçəkdən çıxarıb yaşadığı evin həyətində əkərək, kök üstə bitən 03 ədəd bitkiyə aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etmiş, sonra isə onların gövdəsini kök hissədən kəsib götürərək satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda-479,969 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq yaşadığı evdə saxlamış, 06 mart 2021-ci il tarixdə, saat 21:30 radələrində həmin narkotik vasitənin 01 ədəd kibrit qutusunda 2,381 qram çəkidə hissəsini 60 manata Şahid2 qanunsuz olaraq satmış, qalan hissəsini isə satış məqsədi ilə yaşadığı evdə saxlamış, 07 mart 2021-ci il tarixdə saat 00:00 radələrindən sonra Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Qusar şəhərində saxlanılıb RPŞ-nin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 01:00-da RPŞ-nin əməkdaşları tərəfindən üzərində aparılan şəxsi axtarış zamanı həmin-479,969 qram çəkidə narkotik vasitənin 01 ədəd kağız bükümdə təmiz çəkisi- 0,229 qram olan hissəsi onun əynində olan ağ rəngli idman gödəkcəsinin sağ-iç cibindən aşkar edilib götürülmüş, həmin gün saat 02:09-da mənzildə axtarış aparılan zaman həmin narkotik vasitənin 01 ədəd sellofan paketdə 470,0 qram hissəsi onun yaşadığı ünvan 3 ünvanda yerləşən evin zirzəmisindən, 01 ədəd kibrit qutusunun içərisində olan 01 ədəd kağız bükümdə təmiz çəkisi-1,36 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi-2,103 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi-3,50 qram və 01 ədəd zərfdə təmiz çəkisi-1,577 qram olmaqla ümumi təmiz çəkisi 8,54 qram, həmin evin mətbəxindən 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,27 qram və 01 ədəd solfet kağızı bükümündə təmiz çəkisi-0,93 qram olan narkotik vasitə olan qurudulmuş marixuana kütlələri, evin həyətindən isə 02 ədəd quru vəziyyətdə, ümumi təmiz çəkisi-225,7 qram və 01 ədəd quru vəziyyətdə təmiz çəkisi 1,81 qram olan, əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 02 ədəd çətənə (kannabis) bitkisi kolunun hissələri onun yaşadığı evin həyətindən, 01 ədəd çətənə (kannabis) bitkisi kolunun hissəsi isə evin həyətində olan yardımçı tikilinin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.2 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, arada narkotik vasitələrdən istifadə etmiş, lakin onların satışı ilə məşğul olmamışdır. Ayağı bərk ağrıdığına görə narkotik vasitə olan marixuanadan istifadə etmişdir ki, ağrıları azalsın. Marixuananı heç kimdən satın almamış, özü əkmişdir. O, 2020-ci ildə tanımadığı bir şəxsdən marixuana toxumları almış və evində dibçəklərdə 3 ədəd çətənə kolu əkmişdir. Sonradan onlardan ikisini evin həyətinə çıxarıb əkmiş, biri isə dibçəkdə qalmışdır. Həmin marixuanalar böyüdükdən sonra yarpaqlarını yığıb boş kibrit qutularına doldurmuş və aradabir istifadə etmişdir. Bundan başqa, o, oğlu üçün boş kibrit qutuları yığmış və evdə saxlamışdır. Həmin narkotikdən tanışları Nadirə və Azada da vermiş, lakin əvəzində pul almamışdır. O, əvvəlcə Nadiri tanımış, sonuncunun vasitəsi ilə isə Azadı tanımışdır. 06 mart 2021-ci il tarixdə o, evdə oturub futbola baxmış, azarkeşi olduğu futbol komandası uduzduğuna görə kefi pozulmuşdur. Həmin vaxt Azad ona zəng etmiş və marixuana lazım olduğunu demişdir. O, isə evdə narkotik olduğunu və gəlib aparmasını demişdir. Evdə bir torba marixuana olmuş, öskürdüyünə görə özü istifadə edə bilməmiş və ona görə də istifadə etməsi üçün narkotiki Azada verməyi düşünmüşdür. Bir az sonra Azad onun yaşadığı evə gəlmiş, o, Azadı evə buraxıb qapını bağlamış, ona bir kibrit qutusu marixuana vermiş, Azad isə ona heç bir məbləğdə pul verməmişdir. Ümumiyyətlə, Azadla aralarında pul söhbəti olmamışdır. Azad getdikdən bir az sonra isə yaşadığı evə polis əməkdaşları gəlmişlər, ondan 2 ədəd 20-lik, 4 ədəd 5-lik əskinaslardan ibarət 60 manat məbləğində pulun harada olduğunu soruşmuşlar, o, isə ona pul verilmədiyini bildirmişdir. Hidayət adlı polis əməkdaşı ondan üstündə pulun olub-olmamasını soruşmuş, o, isə şalvarının cibində 50-60 manat məbləğində pulun olduğunu demişdir. Sonra isə onun üstündən 62 manat məbləğində pul çıxmışdır. Mövlüd adlı polis əməkdaşı ondan narkotik vasitəni haradan aldığını soruşmuş, o, isə evində özünün əkdiyini demişdir. Bundan sonra o, yaşadığı evə baxış keçirilməsinə razı olması barədə ərizə yazmış, evinə baxış keçirilmiş, baxış zamanı bir torba marixuananı toxumlarla birlikdə təqdim etmişdir. Həmçinin, marixuanaları əkdiyi yeri də göstərmişdir. Sonradan bilmişdir ki, torbanın içərisindəki marixuananın çəkisi 470 qram olmuşdur. O, narkotik vasitəni əksə də, onu heç kimə, o cümlədən Azada və Nadirə satmamış, guya marixuananı satması Nadirin qurmasıdır. Belə ki, o, Nadiri son vaxtlar yaxınına buraxmamış, münasibəti pisdir, ona görə də, Nadir ona qarşı belə hərəkət etmişdir. O, özünü narkotik vasitəni saxlamaqda və əkməkdə təqsirli bilir. Odur ki, CM-nin 234.2-ci maddəsinin ittihamdan çıxarılmasını, cəza təyin edilərkən ağciyərinin xəstə olduğu, azyaşlı uşağının olduğu nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, əvvəllər spirtli içki qəbul etmiş, sonra isə tərgitmiş, lakin spirtli içkini tərgitdikdən sonra bədənində ağrılar olduğundan narkotik vasitə olan qurudulmuş marixuana qəbul etmək qərarına gəlmişdir. 2020-ci ilin aprel ayının təxminən əvvəllərində Qusar rayon Mərkəzi Bazarının yanında yerləşən “Sürücü” kafesinin yanındakı çayxanada olduğu zaman tanımadığı bir şəxslə təsadüfən çay içərkən həmin şəxs ona təxminən 3-5 ədəd çətənə bitkisi toxumları vermiş, o, da narkotik vasitə olan marixuana almaq üçün pulu olmadığından çətənə bitkisi əkmək qərarında gəlmişdir. Daha sonra isə 2020-ci ilin aprel ayının əvvəlində həmin çətənə toxumlarını 03 ədəd dibçəkdə əkmiş və hər dibçəkdə 01 ədəd çətənə kolu olmaqla 03 ədəd çətənə bitkisi kolu bitmiş, daha sonra isə aprel ayının sonlarında həmin kollardan 02 ədəd çətənə bitkisini dibçəkdən çıxarıb yaşadığı evin həyətində əkmiş, 01 ədəd çətənə kolu isə dibçəkdə qalmış və sonra qurumuşdur. Evin həyətində əkdiyi 02 ədəd çətənə bitkisi kolları böyüdükdən sonra o, həmin kolların yarpaqlarından dərib qurudaraq istifadə etməyə başlamış, sonra isə 2020-ci ilin sentyabr ayında hər iki ağacdan yığdığı yarpaqları qurudub yaşadığı evin zirzəmisində saxlamış və hər dəfə oradan çıxarıb istifadə etmişdir. Həmin vaxtdan sonra Qusar şəhər sakini, əvvəllər tanıdığı Şahid2 ilə görüşüb söhbət edən zaman Azad narkotik vasitə aludəçisi olduğunu və qurudulmuş marixuana çəkdiyini bildirmiş, o, da Azada yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demiş, sonra isə Azad bir neçə dəfə ondan marixuana istəmiş, o, da Azada çəkmək üçün narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. 06 mart 2021-ci tarixdə, təxminən saat 20 radələrində də Azad özünə məxsus olan mobil telefonla ona zəng edərək ağrıları olduğunu və onun üçün marixuana verməsini xahiş etmiş, o, da Azada etiraz etməmiş, bundan sonra Azad onun yaşadığı evin qarşısına gələrək onunla görüşmüş, o, da evinin zirzəmisində saxladığı qurudulmuş marixuanadan bir kibrit qutusunda Azada vermiş, Azad da ona pul vermiş və idarə etdiyi “Priora” markalı 0898 OH 05 rus nömrə nişanlı avtomobilə minərək çıxıb getmişdir. Həmin vaxtdan təxminən 2-3 saat keçdikdən sonra Qusar RPŞ-nin əməkdaşları onun yaşadığı ünvana gələrək onu Qusar RPŞ-nə dəvət etmişlər, o, da polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində onun üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmış və həmin vaxt o, üzərində olan tənbəkini təqdim etmiş, həmin tənbəki də qablaşdırılaraq götürülmüşdür. Daha sonra o, yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu etiraf etmiş və evinə baxış keçirilməsi ilə əlaqədar etirazının olmaması ilə bağlı ərizə yazmış, bundan sonra polis əməkdaşları müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı da o, yaşadığı evin zirzəmisində sellofan paketdə saxladığı qurudulmuş marixuana kütləsini polis əməkdaşlarına təqdim etmiş, həmin marixuana kütləsi qablaşdırılaraq götürülmüş, sonra isə yaşadığı evin yataq otağına baxış keçirilmiş, baxış zamanı da Azadın narkotik vasitə alaraq ona verdiyi puldan 55 manatı şalvarının cibindən aşkar olunaraq götürülmüş, sonra isə həmin otaqda çarpayının altında olan siyirtmədə saxladığı çətənə bitkisi toxumları və qurudulmuş marixuanalar aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Bundan əlavə yataq otağında olan paltar rəfindən də boş kibrit qutuları aşkar olunaraq götürülmüş, sonra isə evin mətbəxində də istifadə etmək üçün dəmir qabda saxladığı tənbəki ilə qarışdırdığı marixuanalar da aşkar olunaraq götürülmüşdür. Daha sonra o, yaşadığı evin həyətində çətənə bitkisi kolları əkdiyi yeri göstərmiş və orada qalan qurumuş çətənə bitkiləri də qablaşdırılaraq götürülmüş, eyni zamanda çətənə bitkisi əkdiyi dibçək də aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun qismən etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, aradabir narkotik vasitə olan marixuanadan istifadə edir. Fateh onun keçmiş qonşusu olmuş, həmin şəxslə bir neçə dəfə marixuana çəkmişdir. O, eşitmişdir ki, Fateh marixuananın bir kibrit qutusunu 50 manata satır. Həmçinin, Fatehlə tanışı Azadın narkotiklə bağlı əlaqəsinin olduğunu, Fatehin Azada narkotik verməsindən xəbəri olmuşdur. Lakin, Fateh ona heç vaxt marixuana satmamış, bununla bağlı aralarında heç bir əlaqə olmamışdır. O, 06 mart 2021-ci il tarixdə Azada özünə marixuana lazım olduğunu bildirmiş, Azad isə Fatehdən ala biləcəyini demişdir. Bundan sonra Azad Fatehə zəng etmiş, sonuncu əvvəlcə gec olduğunu bildirib narkotiki satmaqdan imtina etmiş, sonradan isə 60 manata satmağa razılaşmışdır. O, Azada 60 manat pul vermiş, 20 dəqiqədən sonra Azad narkotiki Fatehdən alıb gəlmiş və ona vermişdir. Bundan sonra polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar, üzərində müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman həmin narkotik vasitə aşkar olunub götürülmüşdür. Həmin vaxt o, etiraf etmişdir ki, aşkar olunan həmin narkotik vasitəni Azad Fatehdən alıb ona vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadəsi düzgündür. O, aradabir narkotik vasitə olan marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs onun qonşusu olmuş və onu Fatehlə tanışı Nadir tanış etmişdir. Əvvəllər bir neçə dəfə Fatehdən narkotik vasitə olan marixuana alıb çəkmişdir. Bir kibrit qutusu marixuananın qiyməti əvvəllər 50 manat olmuş, sonradan isə qiyməti qalxmış və 60 manat olmuşdur. O, təxminən 5 dəfə Fatehdən pulla marixuana almışdır. Sonuncu dəfə 06 mart 2021-ci il tarixdə Nadir Fatehdən özü üçün marixuana almasını xahiş etmiş və bunun üçün ona 60 manat məbləğində pul vermişdir. Belə ki, Nadirlə Fatehin münasibəti yaxşı olmamış və Fateh Nadirə marixuana satmamışdır. Bu səbəbdən də, Nadir narkotiki almağı ondan xahiş etmişdir. O, narkotiki almaq üçün əvvəlcə Fatehə zəng etmiş, sonuncu narkotiki satmağa razılaşmış və bundan sonra Nadirdən 60 manat pulu alıb Fatehin yaşadığı evə getmişdir. Evin həyətində Fatehlə görüşmüş, orada 60 manatı Fatehə vermiş, sonuncu isə evə gedib bir kibrit qutusu marixuananı gətirib ona vermişdir. Həmin pul 20-lik və 5-liklərdən ibarət olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzgündür. O, Qusar RPŞnin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 mart 2021-ci il tarixdə Nadir və Azad adlı şəxslərin narkotik vasitə alıb çəkmələri barədə Qusar RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmış və X19 şəhəri M.Vəliyev küçəsində saxlanılmışlar. Həmin vaxt Nadirin üzərindən 1 kibrit qutusu marixuana aşkar edilmişdir. Azadın üzərindən isə narkotik vasitə aşkar olunmamışdır. Sorğu-sual zamanı Nadirlə Azad narkotiki Təqsirləndirilən şəxs 60 manata aldıqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq şöbəyə aparılmış və üzərindən narkotik bükümləri aşkar olunmuşdur. Fateh əvvəlcə həmin maddələrin tənbəki olduğunu demiş, lakin sonradan etiraf etmişdir ki, marixuanadır. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman yataq otağındakı siyirmədəki kibrit qutularından və dibçəkdən marixuana aşkar olunmuşdur. Azada satdığı marixuananın müqabilində aldığı pul isə evdəki şalvarın cibində olmuşdur. Aşkar olunan pulun məbləği 55 manat olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda Qusar RPŞ-nin X3 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 mart 2021-ci il tarixdə Qusar şəhər sakini Şahid2 və Şahid1 narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olmaları, həmin tarixdə saat 22dən sonra Qusar şəhəri, M.Vəliyev küçəsində olacaqları və üzərlərində narkotik vasitə olacağı barədə məlumat almış və bununla əlaqədar raportla RPŞ-nin rəisinə məruzə etmişdir. O, aldığı məlumatla bağlı RPŞ-nin rəisinə məruzə etdikdən sonra şöbə rəisinin göstərişi əsasında Şahid2 və Şahid1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qurupu yaradılmışdır. Bundan sonra 06 mart 2021-ci il tarixdə, təxminən saat 22 radələrində o, şöbəsinin digər əməkdaşları – Şahid4 və Şahid5la birlikdə Azadla Nadirin ola biləcəkləri ehtimal olunan Qusar şəhəri, M.Vəliyev küçəsindən H.Aslanov küçəsi istiqamətində qalxan pilləkənlərin yaxınlığına gedərək oranı müşahidəyə götürmüş, həmin gün saat 22:30 radələrində Azadla Nadirin orada görüşdüklərini müşahidə etmişlər və onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, sonra isə onları rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsinə gəldikdən sonra materialın icarsı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Samik Həsənova həvalə olunmuş, sonra isə Samik Həsənov tərəfindən qəbul edilmiş qərarla əvvəlcə Şahid1, sonra isə Şahid2 şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Nadirin üzərində axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Nadirin əynində olan qış gödəkcəsinin sol yan cibindən bir ədəd kibrit qutusu aşkar edilərək götürülmüş və həmin kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, şifahi sorğu zamanı da Nadir həmin kütlənin narkotik vasitə olan qurulmuş marixuana olduğunu və Azadın ona verdiyini bildirmişdir. Daha sonra isə vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Azadın üzərində axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı Azadın üzərindən narkotik vasitə aşkar olunmamış və şifahi sorğu zamanı Azad Qusar şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana alaraq Nadirə verdiyini etiraf etmişdir. Bundan sonra keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və müstəntiq Samik Həsənov tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan idman gödəkcəsinin sağ iç cibindən 01 ədəd kağız büküm aşkar olunaraq götürülmüş, həmin bükümün içərisinə baxış keçirilən zaman onun içərisində sarımtıl rəngli otşəkilli kütlə olduğu aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin kütlənin tütün olduğunu, yaşadığı evin həyətində tənbəki və narkotik xassəli bitkilər əkib becərməklə məşğul olduğunu, bir az əvvəl Şahid2 narkotik vasitə olan qurudulmuş marixuana satdığını və yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana kütlələrinin olduğunu bildirmiş, sonra isə yaşadığı evə baxış keçirilməsinə etirazının olmması ilə bağlı ərizə yazmışdır. Bundan sonra 07 mart 2021-ci il tarixdə vəkil və digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Qusar şəhəri, H.Aslanov küçəsi-123 ünvanda yerləşən evə gedərək oraya baxış keçirmişlər, baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs evinin zirzəmisində sellofan paketdə saxladığı qurudulmuş marixuana kütləsini təqdim etmiş, həmin marixuana kütləsi qablaşdırılmış, sonra isə evin yataq otağına baxış keçirilmiş, baxış zamanı da Azadın Fatehə verdiyi pul Fatehin şalvarının cibində aşkar olunaraq götürülmüş, eləcə də çarpayının altında olan siyirmədən çətənə bitkisi toxumları və qurudulmuş marixuanalar aşkar olunaraq götürlümüş, daha sonra yataq otağında olan paltar rəfində də boş kibrit qutuları aşkar olunmuşdur. Bundan sonra evin mətbəxində də dəmir qabda və kağızların üzərində tənbəki ilə qarışdırdığı marixuanalar da aşkar olunaraq götürülmüş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində çətənə bitkilərini əkdiyi yeri göstərmiş və orada qalan qurumuş çətənə bitkiləri də qablaşdırılaraq götürülmüş, eyni zamanda Fatehin çətənə bitkisi əkdiyi dibçək də aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 06 mart 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Şahid2 və Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduqları yerləri və narkotik vasitələri əldə etmə mənbələrini müəyyənləşdirmək məqsədi ilə “ƏAF haqqında” Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi; həmin şəxslər müəyyən edilib saxlanılan zaman şəraitdən asılı olaraq yaşadıqları ərazinin ətrafında, onların ola biləcəyi yerlərin müşahidəsi aparılması, saxlandıqları zaman üzərlərinə və mənzillərinə baxış keçirilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 06 mart 2021-ci il tarixli “axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi X11 tərəfindən Şahid1, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilləri Şahid3, Şahid4, Qusar RPŞ-nin ekspert-kriminalisti X7 və müdafiəçi X10 iştirakları ilə Qusar RPŞ-nə gətirilmiş Şahid1 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Şahid1 üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Şahid1 əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusu aşkar olunmuş, həmin kibrit qutusunu açıb onun içərisinə baxan zaman onun içərisində narkotik vasitə olan marixuanaya oxşar yaşıl rəngli otşəkilli kütlə olduğu aşkar olunmuşdur. Şifahi sorğu zamanı Şahid1 həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özünün narkotik vasitə aludəçisi olduğunu və həmin narkotik vasitəni Qusar şəhər sakini Azad adlı şəxsdən 60 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə olan marixuanaya oxşar olan kütlə qablaşdırılıb ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, zərf Azərbaycan Respublikası DİN-nin 106 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 06 mart 2021-ci il tarixli “axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi X11 tərəfindən Şahid2, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilləri Şahid3, Şahid4, Qusar RPŞ-nin ekspert-kriminalisti X7 və Müdafiəçi iştirakları ilə Qusar RPŞ-nə gətirilmiş Şahid2 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Şahid2 üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, şəxsi axtarış zamanı Şahid2 üzərindən qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 07 mart 2021-ci il tarixli “axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Qusar RPŞ-nin İB-nin müstəntiqi X11 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X1, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid4, Qusar RPŞ-nin ekspertkriminalisti X7 və müdafiəçi X9 iştirakları ilə Qusar RPŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan ağ rəngli idman gödəkçəsinin sağ iç cibindən 01 ədəd kağız büküm aşkar olunmuş, həmin bükümü açıb onun içərisinə baxan zaman onun içərisində sarı rəngli otşəkilli kütlə olduğu aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin tənbəki olduğunu, özünün narkotik vasitə aludəçisi olduğunu və 06.03.2021-ci il tarixdə 01 ədəd kibrit qutusunda qurudulmuş marixuananı Qusar şəhər sakini Azad adlı şəxsə verdiyini və sonuncunun isə onun cibinə pul saldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılıb ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, zərf Azərbaycan Respublikası DİN-nin 106 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxsov oğlunun Qusar RPŞ-nə verdiyi 07.03.2021-ci il tarixli ərizədən görünür ki, o, özünə məxsus evə və həyətə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdiur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi X11 tərəfindən tərtib edilmiş 07 mart 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Qusar RPŞ-nin CAB-niun və NMQ-nun əməkdaşları Şahid3, R.Ağamirzəyevin, Şahid5, KTQ-nun baş inspektoru X7, ünvan 2 Təqsirləndirilən şəxs, müdafiəçi X9, hal şahidləri X5 və X6 iştirakları ilə Qusar şəhəri Zöhrəbəyov küçəsi ev 39-da yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs evin zirzəmisində qurudulmuş marixuananı sellofan paketdə saxladığını bildirmiş və həmin yeri təqdim etmişdir. Zirzəminin qapısının içəri sağ tərəfində sellofan paket aşkar olunmuş və içərisinə baxış zamanı yaşıl rəngli, spesifik iyi olan qurudulmuş halda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin sellofan paket qablaşdırılmış, iştirakçılar tərəfindən imzalarla təsdiq olunaraq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs yataq otağına baxış zamanı o, orada olan cins şalvarının cibində olan 55 manat-yəni 2 ədəd 20 manat və 3 ədəd 5 manatlıq əskinasları təqdim edərək həmin pulları satdığı bir ədəd kibrit qutusu qurudulmuş marixuanaya görə Şahid2 verdiyini bildirmişdir. B 47944299, B 20561705 seriyalı 2 ədəd 20 manatlıq əskinaslar və C 26899047, C 35771133 və C 08010200 seriyalı 5 manatlıq əskinaslar qablaşdırlaraq imzalarla təsdiq olunaraq götürülmüşdür. Daha sonra yataq otağında paltar dolabında sellofan paketdə 21 ədəd boş kibrit qutuları aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağındakı çarpayının altında olan siyirmədən üzərində “Doris” yazısı olan kardon qutu aşkar olunmuş, qutunun içərisinə baxış zamanı 07 ədəd kibrit qutularında çətənə toxumlarına oxşar toxumlar və bükümlərdə marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Həmin kibrit qutuları və bükümlər qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Daha sonra evin mətbəxində kağız üzərində və dəmir qabın içərisində marixuanaya oxşar kütlələr aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs evin həyətində əkdiyi 2 ədəd çətənə bitkisini təqdim etmiş və həmin bitkilər də qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə həyətdə olan yardımçı tikilidə də bir ədəd dibçəkdə olan çətənə bitkisi də qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş X20 İnkişaf Mərkəzi tərəfindən verilmiş 07.03.2021-ci il tarixli rəydən görünür ki, Qusar şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən kultivasiya edilmiş və yaşadığı evin bağ sahəsində aşkar edilmiş cəmi 03 ədəd bitkilərə baxış keçirilmişdir. Həmin bitkilərin narkotik təbiətli çətənə bitkilərinə oxşarlığı vardır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 07 mart 2021-ci il tarixli 7/250 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid1 üzərindən aşkar edilmiş...” sözləri yazılmış 1 nömrəli zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,381 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış 2 nömrəli zərfdə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,229 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində saxladığı...” sözləri yazılmış 3 nömrəli zərfdə bir ədəd yaşıl rəngli sellofanda onun içərisində olan bir ədəd kağız bükülüdə və bir ədəd şəffaf siqaret sellofanında ümumi təmiz çəkisi 470,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilmiş...” sözləri yazılmış 4 nömrəli zərfdə bir ədəd kibrit qutusundakı bir ədəd salfet kağızında təmiz çəkisi 1,36 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,103 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,50 qram bitki mənşəli kütlələr və bir ədəd zərfdə təmiz çəkisi 1,577 qram olan bitki hissəcikləri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, ümumi çəkisi-8,54 qramdır. Təqdim olunmuş 4 nömrəli zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,04 qram, 03 (üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri:1,912 qram, 0,951 qram, 0,583 qram, bir ədəd kibrit qutusundakı bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,50 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,29 qram və onun içərisində bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,23 qram, bir ədəd kağız bükülüdə ümumi təmiz çəkisi 0,129 qram, bir ədəd kağız bükülüdə və bir ədəd gümüşü rəngli kağız bükülüdə ümumi təmiz çəkisi 0,49 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. Ümumi çəkisi-9,345 qramdır. Təqdim olunmuş 4 nömrəli zərfdə 06 (altı) ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,08 qram, 2,73 qram, 4,45 qram, 4,52 qram, 9,63 qram, 7,60 qram və iki ədəd papiros formasında bükülmüş kağızda ümumi təmiz çəkisi 0,82 qram olan qəhvəyi rəngli kütlələrin içərisində narkotik vasitələrin hissəcikləri yoxdur, onların tərkibi yalnız tütündən ibarətdir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindən aşkar edilmiş...” sözləri yazılmış 5 nömrəli zərfdə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,27 qram və bir ədəd salfet kağızı bükülüdə təmiz çəkisi 0,93 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-1,2 qramdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş... 6” sözləri yazılmış sellofan torbada 02 (iki) ədəd quru vəziyyətdə, ümumi çəkisi 225,7 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş dibçəkdən...” sözləri yazılmış 7 nömrəli zərfdə 01 (bir) ədəd quru vəziyyətdə, təmiz çəkisi 1,81 qram olan bitki hissələri narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 1, 2, 3, 4 və 5 nömrəli zərflərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş 6 və 7 nömrəli zərflərdə olan bitki hissələrinin üzərlərində yarpaqları olmadığı üçün təqdim olunmuş marixuanalarla müqayisəli tədqiqat aparmaq mümkün olmamışdır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın ümumi çəkisi- 482,35 qram, cəmi tədqiqata sərf edildi-0,4 qram (hər obyektdən 0,05 qram götürüldü), qalıq-481,95 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 mart 2021-ci il tarixli 7/250 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 89,0 (səksən doqquz) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 10 mart 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Şahid1 üzərindən, həmçinin Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən və evin həyətindən götürülmüş 05 ədəd paketdə qalıq çəkisi-481,95 qram olan narkotik vasitə olan qurudulmuş marixuana kütləsi, eyni zamanda 01 ədəd paketdə 21 ədəd boş kibrit qutusu, 01 ədəd paketdə 9,345 qram çəkidə narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları və 02 ədəd paketdə tərkibində narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri olan 03 ədəd bitki kökü kütləsi maddi sübut kimi tanınmış və saxlanması üçün Qusar RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi qərara alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş və 01 ədəd paketdə qablaşdırılmış 55 manat məbləğində milli valyutada pul əskinası maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Azərbaycan Respublikası Mərkəzi Bankının Quba rayon filialına təhvil verilməsi qərara alınmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş, məhkəmə-narkoloji ekspertizasının 22.04.2021-ci il tarixli 1208 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 08 mart 2021-ci il tarixli üzləşmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid2 06 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 1 kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana aldığını, əvəzində həmin şəxsə 60 manat məbləğində pul verdiyini Təqsirləndirilən şəxs üzünə demiş, Təqsirləndirilən şəxs da zirzəmidə saxladığı qurudulmuş marixuanadan bir kibrit qutusunu Şahid2 verdiyini, sonuncunun ona 60 manat məbləğində pul verdiyini, həmin pulun 5 manatını xərclədiyini, 55 manatı isə polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Həmin protokol Şahid2, Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi tərəfindən imzalanmışdır. İş materiallarında olan 07 mart 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 08.03.2021-ci il tarixli 4(029)- 8/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 03 may 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Şahid1 barəsində cinayət təqibinə xitam verilməsi və barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi ilə bağlı qərar qəbul edilməsi nəzərə alınmışdır. Şahid2 barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi ilə bağlı qərar qəbul edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əkibbecərdiyi, tərkibində narkotik maddələr olan çətənə bitkisi kollarına aid olan toxumların əldə edilməsi mənbəyi ilə əlaqədar cinayət işinin materiallarından material ayrılmış və mənbənin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi məqsədi ilə Qusar RPŞ-nə göndərilmişdir. Şahid1 üzərindən, həmçinin Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən və evin həyətindən götürülmüş 05 ədəd paketdə qalıq çəkisi-481,95 qram olan narkotik vasitə olan qurudulmuş marixuana kütləsi, eyni zamanda 01 ədəd paketdə 21 ədəd boş kibrit qutusu, 01 ədəd paketdə 9,345 qram çəkidə narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları və 02 ədəd paketdə tərkibində narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri olan 03 ədəd bitki kökü kütləsinin maddi sübut kimi tanındığı və saxlanması üçün Qusar RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tərəfindən Şahid2 06 mart 2021-ci il tarixdə saat 21:30 radələrində 01 ədəd kibrit qutusunda 2,381 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı məhz 60 manata satılması nəzərə alınmışdır. Şahid2 06 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana alan zaman ona verdiyi 60 manatdan qalan və 07 mart 2021-ci il tarixdə yaşadığı evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs şalvarının cibindən aşkar edilərək götürülmüş 01 ədıəd paketdə 02 ədəd iyirmi manatlıq və 03 ədəd beş manatlıq əskinaslardan ibarət olan 55 manat məbləğində pulun cinayət işi üzrə maddi sübut kimi tanındığı və saxlanması üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Quba rayon filialına verildiyi nəzərə alınmışdır. İstintaq zamanı "xxxx" MMC-dən Qusar rayon polis şöbəsinə 15 aprel 2021-ci il tarixli, AZF/LGL-11182/21 saylı məktubla göndərilmiş 01 ədəd kompakt disk və 06 mart 2021-ci il tarixdə Şahid1 və Şahid2 üzərində axtarış və götürmə aparılan zaman videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD diski, həmçinin 07 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 13 aprel 2021-ci il tarixli 3(029)198/2021 saylı qərarının surətindən görünür ki, Şahid2 06.03.2021-ci il tarixdə saat 23:00-da Qusar RPŞ-nə gətirilmiş və orada məlum olmuşdur ki, o, qanunsuz olaraq üzərində saxladığı 1 ədəd kibrit qutusunda olan marixuanadan özü istifadə etmiş, daha sonra həmin marixuananın 2.38 qramını Şahid1 vermişdir. Həmin fakta görə Şahid2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 13 aprel 2021-ci il tarixli 3(029)199/2021 saylı qərarının surətindən görünür ki, Şahid1 06.03.2021-ci il tarixdə saat 22:00-da Qusar şəhəri ərazisində saxlanılarkən onun üzərindən bir ədəd kibrit qutusunda çəkisi 2.38 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin fakta görə Şahid1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 15.03.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli 625 saylı arayışdan görünür ki, ünvan 2 Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X2, 04.11.2000-ci il təvəllüdlü oğlu Firuz Qədimovdan və 08.03.2011-ci il təvəllüdlü oğlu Qədim Qədimovdan ibarətdir. İş materiallarında olan Seriya AZE 11797220 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 08.03.2011-ci il təvəllüdlü Qədim adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12.03.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 2 Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi-yəni onun narkotik vasitə olan marixuananı Şahid2 satmaması, ondan heç bir məbləğdə pul almaması barədə ifadəsi həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli örtbasdır etmək xarekteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür, şahidlərin ifadələri ilə, işdə olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs 60 manat məbləğində pul müqabilində satın aldığını və həmin marixuananı Şahid1 verdiyini, sonuncu isə Şahid2 Təqsirləndirilən şəxs bir kibrit qutusu marixuana alması üçün 60 manat məbləğində pul verdiyini və Şahid2 həmin pula onun üçün həmin marixuananı alıb ona verdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman o, Şahid2 bir kibrit qutusu marixuana verdiyini, sonuncunun isə onun cibinə 60 manat məbləğində pul qoyduğunu, eləcə də, ibtidai istintaq zamanı Şahid2la üzləşərkən Şahid2 bir kibrit qutusu marixuanaya görə ona 60 manat məbləğində pul verdiyini, həmin puldan 5 manatı xərclədiyini, 55 manatı isə polis əməkdaşlarına təqdim etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin xüsusatları özünün təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində də bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə olan marixuanalar ayrı-ayrı hissələrə bölünmüş və bir neçə bükümlərə yığılmış formada olmuşdur ki, bu da özlüyündə həmin narkotik vasitələrin satış üçün əvvəlcədən qablaşdırılmasına dəlalət edir. Həmçinin, evindən bu məqsədlə saxladığı 21 ədəd boş kibrit qutuları aşkar edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmasına edilən cəhd kimi qiymətləndirir və tənqidi yanaşaraq rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) növünə aid 05 ədəd bitki toxumunu 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı Qusar şəhəri Zöhrəbəyov küçəsi ev 39 ünvanda yerləşən evdə 03 ədəd dibçəkdə qanunsuz olaraq əkməsi, sonra isə həmin dibçəklərdə bitən 03 ədəd çətənə kollarından 02 ədədini dibçəkdən çıxarıb yaşadığı evin həyətində əkərək, kök üstə bitən 03 ədəd bitkiyə aqrotexniki qaydada qulluq edib becərib yetişdirməklə kultivasiya etməsi, sonra isə onların gövdəsini kök hissədən kəsib götürərək satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda-479,962 qramdan artıq çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq yaşadığı evdə saxlaması, 06 mart 2021-ci il tarixdə, saat 21:30 radələrində həmin narkotik vasitənin 01 ədəd kibrit qutusunda 2,381 qram çəkidə hissəsini 60 manata Şahid2 qanunsuz olaraq satması, qalan hissəsini isə satış məqsədi ilə yaşadığı evdə saxlaması, 07 mart 2021-ci il tarixdə saat 00:00 radələrindən sonra Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Qusar şəhərində saxlanılıb RPŞ-nin inzibati binasına gətirildikdən sonra RPŞ-nin əməkdaşları tərəfindən üzərində aparılan şəxsi axtarış zamanı həmin-479,962 qram çəkidə narkotik vasitənin 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,229 qram olan hissəsi onun əynində olan ağ rəngli idman gödəkcəsinin sağ-iç cibindən aşkar edilib götürülməsi, həmin gün saat 02:09-da mənzildə axtarış aparılan zaman həmin narkotik vasitənin 01 ədəd sellofan paketdə 470,0 qram hissəsinin onun yaşadığı, ünvan 3 ünvanda yerləşən evin zirzəmisindən, 01 ədəd kibrit qutusunun içərisində olan 01 ədəd kağız bükümdə təmiz çəkisi-1,36 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi-2,103 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi-3,50 qram və 01 ədəd zərfdə təmiz çəkisi-1,577 qram olmaqla ümumi təmiz çəkisi 8,54 qram, həmin evin mətbəxindən 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,27 qram və 01 ədəd solfet kağızı bükümündə təmiz çəkisi-0,93 qram olan narkotik vasitə olan qurudulmuş marixuana kütlələri, evin həyətindən isə 02 ədəd quru vəziyyətdə, ümumi təmiz çəkisi-225,7 qram və 01 ədəd quru vəziyyətdə təmiz çəkisi 1,81 qram olan, əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 02 ədəd çətənə (kannabis) bitkisi kolunun hissələrinin onun yaşadığı evin həyətindən, 01 ədəd çətənə (kannabis) bitkisi kolunun hissəsi isə evin həyətində olan yardımçı tikilnin içərisindən aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.2 və 237.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 234.2 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunması şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə cəzanı yüngülləşdirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.2 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunacaq cəzaları qismən toplamaq yolu ilə ona qəti cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlərlə cəzalar arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş cinayətləri törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərcləri 89,0 (səksən doqquz) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Şahid1 üzərindən, həmçinin Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən və evin həyətindən götürülmüş 05 ədəd paketdə qalıq çəkisi-481,95 qram olan narkotik vasitə olan qurudulmuş marixuana kütləsi, eyni zamanda 01 ədəd paketdə 21 ədəd boş kibrit qutusu, 01 ədəd paketdə 9,345 qram çəkidə narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları və 02 ədəd paketdə tərkibində narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri olan 03 ədəd bitki kökü kütləsi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Mərkəzi Bankının Quba rayon filialında saxlanılan, Şahid2 06 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana alan zaman ona verdiyi 60 manatdan qalan və 07 mart 2021-ci il tarixdə yaşadığı evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs şalvarının cibindən aşkar edilərək götürülmüş 01 ədəd paketdə 02 ədəd iyirmi manatlıq və 03 ədəd beş manatlıq əskinaslardan ibarət olan 55 manat məbləğində pul müsadirə olunaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, istintaq zamanı "xxxx" MMC-dən Qusar rayon polis şöbəsinə 15 aprel 2021-ci il tarixli, AZF/LGL-11182/21 saylı məktubla göndərilmiş 01 ədəd kompakt disk və 06 mart 2021-ci il tarixdə Şahid1 və Şahid2 üzərində axtarış və götürmə aparılan zaman videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD diski, həmçinin 07 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD diski işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 234.2ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına; CM-nin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 07 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 89,0 (səksən doqquz) manat məbləğində məhkəmə xərсləri tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Şahid1 üzərindən, həmçinin Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən və evin həyətindən götürülmüş 05 ədəd paketdə qalıq çəkisi-481,95 qram olan narkotik vasitə olan qurudulmuş marixuana kütləsi, eyni zamanda 01 ədəd paketdə 21 ədəd boş kibrit qutusu, 01 ədəd paketdə 9,345 qram çəkidə narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları və 02 ədəd paketdə tərkibində narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri olan 03 ədəd bitki kökü kütləsi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Mərkəzi Bankının Quba rayon filialında saxlanılan, Şahid2 06 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana alan zaman ona verdiyi 60 manatdan qalan və 07 mart 2021-ci il tarixdə yaşadığı evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs şalvarının cibindən aşkar edilərək götürülmüş 01 ədəd paketdə 02 ədəd iyirmi manatlıq və 03 ədəd beş manatlıq əskinaslardan ibarət olan 55 manat məbləğində pul müsadirə olunaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, istintaq zamanı "xxxx" MMC-dən Qusar rayon polis şöbəsinə 15 aprel 2021-ci il tarixli, AZF/LGL-11182/21 saylı məktubla göndərilmiş 01 ədəd kompakt disk və 06 mart 2021-ci il tarixdə Şahid1 və Şahid2 üzərində axtarış və götürmə aparılan zaman videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD diski, həmçinin 07 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD diski işdə saxlanılsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-47/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-47/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver