Məhkəmə qərarları › İş №1(029)-47/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-47/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-47/2024 17.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1980-ci il tarixdə Qusar rayonu, Aşağı Ləyər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qusar rayonu, Nəcəfkənd-oba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Qusar rayonu Əniq kəndində yaşayan Zərərçəkmiş şəxs4 Teymurşah oğlunun etibarından sui-istifadə edərək, öz aralarında razılaşdırılmış dəyəri 1000 manat olan 1 baş iribuynuzlu heyvanı, pulunu 3 günə qaytaracağı adı ilə aldadaraq alıb, heyvanın ətini sataraq pulunu öz ehtiyaclarına xərcləyib özgənin əmlakını qanunsuz ələ keçirərək ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2022-ci il tarixdə Qusar rayonu Əniq kəndində yaşayan Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, öz aralarında razılaşdırılmış dəyəri 1400 manat olan 1 baş iribuynuzlu heyvanı, pulunu bir neçə günə qaytaracağı adı ilə aldadaraq alıb, heyvanın ətini sataraq pulunu öz ehtiyaclarına xərcləyib özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2022-ci il tarixdə Qusar rayonu Əniq kəndində yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, öz aralarında razılaşdırılmış dəyəri 1600 manat olan 3 baş iribuynuzlu heyvanı, pulunu 1-2 günə qaytaracağı adı ilə aldadaraq alıb, heyvanın ətini sataraq pulunu öz ehtiyaclarına xərcləyib özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2022-ci il tarixdə Qusar rayonu Suvacal kəndində yaşayan Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, öz aralarında razılaşdırılmış dəyəri 900 manat olan 1 baş iribuynuzlu heyvanı, pulunu 1-2 günə qaytaracağı adı ilə aldadaraq alıb, heyvanın ətini sataraq pulunu öz ehtiyaclarına xərcləyib özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən xx.xx.2023-cü il tarixdə Qusar rayonu Əniq kəndində yaşayan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, öz aralarında razılaşdırılmış dəyəri 1180 manat olan 1 baş iribuynuzlu heyvanı, pulunu 10 günə qaytaracağı adı ilə aldadaraq alıb, heyvanın ətini sataraq pulunu öz ehtiyaclarına xərcləyib özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qusar rayonu ərazisində yerləşən kəndlərə gedərək nisbətən ucuz qiymətə iribuynuzlu mallar alaraq, həmin malları Quba və Qusar şəhərlərində yerləşən bazarlarda satmışdır. 2022-ci ilin sentyabr ayında Qusar rayonu Əniq kənd sakini Cəmşid mobil telefonla ona zəng edib satılmalı üç baş danasının olduğunu demiş və gəlib baxmağını istəmişdir. Həmin gün minik maşını ilə Cəmşidin evinin qarşısına getmiş və onunla görüşmüşdür. Cəmşid onu həyətində yerləşən tövləyə aparıb üç baş dananı ona göstərmiş və satmaq istədiyini demişdir. Cəmşid iribuynuzlu heyvanların hamısını 1600 manata satmaq istədiyini demiş və razılaşmışlar. Bundan sonra yük maşını ilə həmin danaları, yəni 3 baş iribuynuzlu heyvanı yaşadığı evin həyətinə apararaq tövlədə saxlamışdır. Bir müddətdən sonra onun səhvi ucbatından danalardan biri ölmüş, iki baş dananı isə Quba ət bazarına satmışdır. Həmin danaları alan şəxs ona 4300 manat borclu qalmışdır. Cəmşidə qısa vaxtda pulunu verəcəyini desə də, verə bilməmişdir. Bundan sonra əvvəlcədən tanıdığı Qusar rayonu, Əniq kənd sakini Sənanla 2022-ci ilin sentyabr ayında görüşən zaman sonuncu ona bir baş inəyini satmaq istədiyini demiş, o, da ala biləcəyini bildirmişdir. Bundan sonra Sənanın həyətinə gedib inəyinə baxmış, həmin inəyi 1400 manata almağa razılaşmış, həmin vaxt söz vermişdir ki, qısa zamanda inəyi satıb pulunu verəcək. Həmin inəyi isə Qusar şəhəri ət bazarına satmış, qəssabdan 1080 manat pul almışdır. Belə ki, həmin inəyin satılmasında ziyan etmiş və pul qazana bilməmişdir. Aldığı pula isə başqa şəxsdən dana almış, bu vaxta kimi onun da, pulunu verə bilməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Qusar rayonu Əniq kəndində yaşayan Naildən 1 baş iribuynuzlu heyvanı alıb Ruslanın idarə etdiyi "Uaz" markalı, **- BC-*** avtomobillə apararaq evində saxlamış, daha sonra həmin heyvanı tanımadığı yük avtomobili ilə Quba şəhərində qəssablardan birinə satmış, bu günə qədər pulunu ala bilməmiş, dəfələrlə Nailə həmin iribuynuzlu heyvanın yerinə başqa boğaz heyvan vermək istəmiş, lakin Nail bununla razılaşmamışdır. Bu günə qədər Nailə də pulu qaytara bilməmişdir. Bundan başqa 2022-ci ilin sentyabr ayında Qusar rayonu Suvacal kənd sakini İsmətlə tanış olmuş, İsmət ona inək satmağa razı olmuşdur. İsmətdə olan bir baş iribuynuzlu heyvana baxaraq bəyənmiş, İsmət inəyi ona 1200 manata satmış, birincinin pulunu vermiş, təxminən xx.xx.2022-ci il tarixdə İsmətə 1200 manat pulu verib iki gün sonra 2 illik 01 baş dananı 900 manata almış, 300 manatını ödəmiş, qalan 600 manatı isə verəcəyini söyləmiş, lakin Quba şəhərində ona borclu olan Abasət iribuynuzlu malın pulunu vermədiyindən bu günə qədər İsmətə pulu verə bilməmişdir. Bundan başqa Qusar rayonu, Əniq kənd sakini Məntiq 2022-ci ilin iyul ayında ona zəng etmiş, bir baş inəyini satmaq istədiyini demişdir. İnək alveri ilə məşğul olduğundan Məntiqin yaşadığı kəndə gedib tövləsindəki inəyə baxmış və almağa razılaşmışdır. Həmin vaxt inəyin qarşılığında 1000 manat pul verəcəyini demiş, bundan sonra isə həmin inəyi Ruslana məxsus yük maşını ilə həyətinə aparıb tövlədə saxlamış, gətirdikdən 3-4 gün sonra isə həmin inəyi Quba bazarında işləyən qəssaba satmışdır. Həmin inəyin də, pulunu ala bilməmişdir. Buna görə də, bu vaxtadək Məntiqin pulunu verə bilməmişdir. Həmin şəxlərdən aldığı malları Quba şəhər sakinləri Abasət və Səbuhi adlı şəxslərə vermiş, lakin pulunu ala bilməmişdir. O, iş üzrə dəymiş ziyanı tam olaraq ödəmiş, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Aşağı-Ləgər kənd sakini Təqsirləndirilən şəxs kəndlərində mal-qara alıb satan şəxs kimi tanımış, aralarında heç bir ədavət düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı kənddə olduğu zaman Məhəmməd kənd mərəkəzinə gələrək satılmalı mal-qara axtardığını demiş, həmin vaxt özünün satılıq 3 baş iri buynuzlu heyvanının olduğunu söyləmiş, Məhəmmədlə razılıq əsasında 3 baş üçün ümumi olaraq 1600 manat məbləğində pul ödəyəcəyini bildirmişdir. Onunla razılaşaraq getmiş, lakin gedərkən həmin heyvanların pulunu ət kimi satıb bir həftəyə ona qaytaracağını bildirmişdir. Məhəmməd onu inandıraraq etibarını qazanmış, o, da yəqin bu işlərlə məşğuldursa düz adam olar, dələduz insan olduğunu bilsəydi heyvanları verməzmiş. Məhəmməd getdikdən sonra təxminən saat 12-13 radələrində göndərdiyi "Qazel" markalı, qeydiyyat nömrəsini bilmədiyi avtomobillə sürücü evinin qarşısına gəlmiş, Məhəmməd adlı şəxsin özünü göndərdiyini mal-qaranı yükləyib aparmalı olduğunu bildirmişdir. Məhəmmədlə mobil telefon vasitəsi ilə danışmış, 03 baş iribuynuzlu heyvanları avtomobilə yükləməsini sürücünü özünün göndərdiyini bildirmiş, 1 həftəyə pulunu ona verəcəyinə söz vermişdir. Sürücü ilə köməkli həmin 3 baş (dişi danalar, bir illik təmiz ət çəkisi təxminən 50-60 kq çəkidə olan) iribuynuzlu heyvanları avtomobilə yükləmiş, bundan sonra sürücü çıxıb getmişdir. Bir həftədən sonra Məhəmmədə zəng edərək pulunu istəmiş, tez bir zamanda pulunu qaytaracağına bir daha söz vermişdir. Ondan sonra təxminən 4-5 dəfə Məhəmmədlə görüşsə də, ona müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Sonda məcbur qalaraq 28 dekabr 2023-cü il tarixdə ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Aşağı-Ləgər kənd sakini Təqsirləndirilən şəxs kəndlərindən mal-qara alıb satan şəxs kimi tanımış, aralarında heç bir ədavət düşmənçilik olmamışdır. 2022-ci ilin sentyabr ayında Məhəmməd adlı şəxs onun evinin qapısına gəlmiş, bazarda qəssab işlədiyini söyləyib inək almaq istədiyini bildirmişdir. Satmaq istədiyi inəyi Məhəmmədə göstərmiş, sonuncu inəyi bəyənmiş, razılıqlarına əsasən 01 baş iribuynuzlu heyvanı 1200 manata məbləğinə satmış, Məhəmməd 10 gün sonra pulunu vermişdir. Bundan sonra 08 oktyabr 2022-ci il tarixdə Məhəmməd yenidən onun evinin qarşısına gələrək 900 manata ondan iribuynuzlu heyvan istəmiş, Məhəmmədlə razılaşaraq həyətində olan 01 baş (iki illik dişi düyə, təxminən 85 kq) iribuynuzlu heyvanı satmışdır. Həmin vaxt Məhəmməd ona 300 manat pul vermiş, qalan pulu isə bir neçə günə qaytaracağını söyləyib oradan getmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Aşağı-Ləgər kənd sakini Təqsirləndirilən şəxs kəndlərindən mal-qara alıb satan şəxs kimi tanımış, aralarında heç bir ədavət düşmənçilik olmamışdır. 2022-ci ilin ilin iyun ayının əvvələrində Məhəmməd Qusar rayonu Əniq kəndində yaşadığı ünvana gələrək ondan bir baş iribuynuzlu heyvan alaraq pulunu həmin gün ödəməklə aparmışdır. Pulu ödədiyinə görə onda özünə etibar qazanmışdır. Bundan sonra həmin ayın, yəni 2022-ci ilin iyun ayının 15- də, saat 09 radələrində yenidən Məhəmməd onun evinə "Uaz" markalı avtomobilin sürücüsünü göndərmiş, həmin vaxt evdə olmamış, Məhəmməd telefonla ona keçən dəfə aldığı malın yanında olan digər malı da almaq istədiyini, pulunu isə bir həftəyə qaytaracağını demiş, o, da razılıq vermiş, malın qiymətini müəyyən etmiş, 01 baş qısır inəyi Məhəmmədə 1000 manata satmışdır. Məhəmməd də razılıq bildirmiş, bundan sonra həmin iribuynuzlu heyvanı avtomobilin yük hissəsinə sürücü və məhəllədə olan qonşuların köməyi ilə yükləyib oradan aparmışdır. Həmin vaxt Məhəmməd özü orada olmamış, sürücü vasitəsi ilə iribuynuzlu heyvanı oradan aparmışdır. Lakin 1 həftə sonra pulun göndərilmədiyini görüb Məhəmmədə zəng etmiş, həmin vaxt ona müxtəlif bəhanələr gətirməklə aldatmağa başlamışdır. Bundan sonra Məhəmmədin kəndlərində bir neçə şəxsə bu formada yalan vəd verməklə dələduzluq etdiyini öyrənmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Aşağı-Ləgər kənd sakini Təqsirləndirilən şəxs kəndlərindən mal-qara alıb satan şəxs kimi tanımış, araların heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci il avqust aylarında Məhəmməd yaşadığı kənddən həmkəndlilərindən iribuynuzlu heyvan alaraq pulunu verdiyindən onda ona qarşı inam əmələ gəlmişdir. Həmin vaxt Məhəmməd onun iribuynuzlu heyvanını da görüb alacağını demiş, lakin ucuz qiymət istədiyindən razılaşmamışdır. Sonradan Məhəmməd onunla telefon əlaqəsi saxlamış, 1 baş iribuynuzlu heyvanını 1400 manata satacağını söyləmişdir. Həmin vaxt Məhəmməd telefonda onun razılığını əldə etmiş, səhəri gün avtomobil göndərəcəyini, həmin iribuynuzlu heyvanı göndərməsini bildirmişdir. Məhəmməd tanışı Tağı ilə çox alqı-satqı etdiyindən etibar edə biləcəyini düşünmüş, bir həftəyə malı kəsib satıb pulunu göndərəcəyi vədinə inanmışdır. xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində Məhəmmədin göndərdiyi yük avtomobili, yəni "Qazel" markalı avtomobilinə 1 baş iribuynuzlu (dişi inək, təmiz ət çəkisi 150 kq olan) heyvanı 1400 manata razılığı əsasında köməkli yükləyib göndərmişdir. Məhəmməd sonra mənə 1 həftəyə pulunu verəcəyini ona söz vermişdir. Lakin bir həftədən sonra Məhəmməd pulu vermədiyindən ona zəng etmiş, həmin vaxt ona bir az problemləri olduğunu, tez bir zamanda onları qaydasına salıb pulu qaytaracağına bir daha söz vermişdir. Ondan sonra dəfələrlə Məhəmmədlə görüşsə də, müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Sonda məcbur qalaraq 18 dekabr 2023cü il tarixdə ərizə ilə Qusar RPŞ-ya müraciət etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu, Aşağı Ləyər kənd sakini Təqsirləndirilən şəxs 20 ildən çoxdur ki, tanımış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2023-cü ilin iyul ayının sonlarında Qusar şəhərində yerləşən "Təzə Bazar" adlanan ərazidə Məhəmmədlə görüşmüş, çayxanalardan birində əyləşib çay içmiş, söhbət əsnasında Məhəmmədin mal-qara alıbsatdığını bildiyindən özünə məxsus 120 kq çəkidə 05 illik inəyini maddi vəziyyəti yaxşı olmadığından satmaq istədiyini demişdir. Məhəmməd həmin inəyi bir kiloqramını 11 manata olmaqla sata biləcəyini bildirmişdir. Məhəmmədlə razılaşmış, lakin Məhəmməd inəyi satdıqdan sonra pulunu qaytaracağına ona söz vermiş, bu təkliflə razılaşmışdır. Belə ki, inəyi cəmi 1180 manata satmağa razılaşmışlar. xx.xx.2023-cü il tarixdə Məhəmməd tanışı Ruslanın idarə etdiyi "UAZ" markalı yük avtomobili ilə onun yaşadığı ünvana getmiş, orada 01 baş inəyi avtomobilə mindirib yaşadığı ünvana aparmış, təxminən 3-4 gün sonra Məhəmməd ona zəng edərək inəyi satdığını və bir neçə gün ərzində pulunu qaytaracağına söz vermiş, lakin qaytarmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Aşağı Ləyər kənd sakini Təqsirləndirilən şəxs çoxdan tanımışdır. Belə ki, Məhəmmədin Qusar rayonu ərazisində yerləşən kəndlərdən iribuynuzlu heyvanlar alaraq satmaqla məşğul olmasını bilmişdir. Dəfələrlə Məhəmmədlə birlikdə idarə etdiyi "UAZ" markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobillə gedib kəndlərdən mal-qara alıb evinin həyətinə aparmışdır. Sonuncu dəfə isə 2023-cü ilin təxminən avqust ayında Məhəmmədlə birlikdə Qusar rayonu Əniq kəndinə gedərək orada Nail adlı şəxsdən bir baş iribuynuzlu heyvan alaraq Məhəmmədin yaşadığı Aşağı Ləyər kəndinə aparmışlar. Bundan başqa Məhəmməd üçün 2022-ci ilin sentyabr ayında da bir neçə dəfə iribuynuzlu heyvanları Əniq kəndindən alıb evinə aparmış, lakin Məhəmmədin həmin şəxsləri aldadaraq pullarını qaytarmaması barədə sonradan bilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Aşağı Ləyər kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, lakin Sənan vasitəsi ilə 2022-ci ildə tanış olmuşdur. Belə ki, Məhəmmədin Qusar rayonu ərazisində yerləşən kəndlərdən iribuynuzlu heyvanlar alaraq satmaqla məşğul olmasını bilmişdir. 2022-ci ilin yay aylarında həmkəndlisi Sənan ona zəng edərək yük avtomobili ilə bir baş iribuynuzlu heyvanı aparmalı olduğunu bildirmiş, Sənana razılığını bildirmiş və yaşadığı ünvana getmiş, həmin vaxt Sənan, Tağı və Məhəmməd orada olmuşlar. Həmin heyvanı idarə etdiyi "QAZEL" markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobillə Aşağı Ləyər kəndinə 40 manata aparmağa razılaşmış, heyvanı avtomobilə mindirmiş, bundan sonra həmin heyvanı Məhəmmədlə birlikdə Aşağı Ləyər kəndinə Məhəmmədinin həyətinə aparmış və 40 manat pul almışdır. Bundan sonra həmin ilin sentyabr ayında Sənan yenə də onu evinə çağırmış, bir baş iribuynuzlu heyvanı Məhəmmədin yaşadığı ünvana aparmasını bildirmiş, həmin heyvanı Məhəmmədin həyətinə aparıb düşürmüşdür. Lakin sonradan Məhəmmədin Sənana verməli olduğu 1400 manat pulu qaytarmamış və onu aldatmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Qusar rayonu Aşağı-Ləyər kənd sakini Təqsirləndirilən şəxs kəndlərindən mal-qara alıb satan şəxs kimi tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2022-ci il yay aylarında Məhəmməd kəndlərindən iribuynuzlu heyvan alaraq pulunu verdiyindən onda Məhəmmədə qarşı inam yaranmışdır. Həmin vaxt Məhəmməd qonşusu Sənanın da iribuynuzlu heyvanını görüb alacağını demiş, lakin ucuz qiymət istədiyindən Sənan razılaşmamışdır. Sonradan razılığa gəlmiş, Məhəmməd bir baş heyvanı Sənandan almış və pulunu qaytarmışdır. Həmin vaxt Məhəmməd Sənanla telefondarazılıqəldəetmiş,səhərigünavtomobilgöndərəcəyini,həminiribuynuzluheyvanıgön dərməsini bildirmiş, Məhəmməd onunla çox alqı-satqı etdiyindən Sənan da Məhəmmədə etibar edə biləcəyini düşünmüş, bir həftəyə malı kəsib pulunu göndərəcəyi sözünə inanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində həmkəndliləri Salamatın yük avtomobili, yəni "Qazel" markalı avtomobilinə 1 baş iribuynuzlu (dişi inək, təmiz ət çəkisi 150 kq olan) heyvanı özü, Salamat və Sənan avtomobilə yükləyib Məhəmmədə göndərmiş, həmin gün Salamat inəyi aparıb Məhəmmədə təhvil vermiş, Məhəmməd sonra Sənana 1 həftəyə pulunu verəcəyini demişdir. Lakin bundan sonra Məhəmməd Sənanı aldadaraq pulunu qaytarmamışdır. İş materiallarından görünür ki,ibtidai istintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişlər. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara vurulmuş maddi ziyan ödənilmiş, ona qarşı şikayət və tələbləri yoxdur İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən, hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Qusar rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cərimə cəzasına məhkum olunmuş, həmin Məhkəmənin xx.xx.2005-ci il tarixli hökmü ilə həmin Məcəllənin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına, həmin Məhkəmənin xx.xx.2009-cu il tarixli hökmü ilə həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1. böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində bir azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, cərimə cəzası təyin edildiyi təqdirdə cəzanın icrası mümkün olmayacaq. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs X1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Nəcəfkənd-oba kəndində qeydiyyatda yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “polis nəzarət altına vermə” iltizam qətimkan tədbiri seçilmiş, həmin tarixdə də Qusar RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində polis nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi və həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 1 (bir) gün və xx.xx.2024-cü il tarixdən hökm elan olunan tarixə kimi həbsdə qaldığı 1 (bir) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv ediməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197- 198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 1(bir) gün və xx.xx.2024-cü il tarixdən hökm elan olunan tarixə kimi həbsdə qaldığı 1 (bir) ay 11(on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) ay, 24 (iyirmi dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 9 (doqquz) ay, 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Nəcəfkənd-oba kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar