Məhkəmə qərarları › İş №1(029)-48/2021

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-48/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-48/2021 08.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Qusar rayonu Aşağı Ləgər kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 01 noyabr 2020-ci il tarixdən 02 noyabr 2020-ci il tarixə keçən gecə saat 03 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evin həyətindən dəyəri 300 manat olan 01 ədəd “İSMA” markalı velosipedi gizli yolla talamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür. O, 01 noyabr 2020-ci il tarixdən 02 noyabr 2020-ci il tarixə keçən gecə saat təxminən 03 radələrində Qusar şəhərindən yaşadığı Qusar rayonu Aşağı Ləgər kəndinə getmək istəmiş, lakin taksi tapa bilməmişdir. Gecə olduğundan və kənd yolunda olan canavarlardan qorxduğundan Qusar şəhəri Murtuzayev küçəsində sonradan tanıdığı Vəli adlı şəxsin evində olan velosipedi hasardan tullanıb həyətə keçərək oradan oğurlamış və həmin velosipedlə yaşadığı kəndə getmişdir. O, həmin velosipedi növbəti gün geri qaytarmaq istəmiş, lakin evi tapa bilməmişdir. Anası evdə həmin velosipedin kimə məxsus olduğunu soruşmuş, o, isə dostuna məxsus olduğunu bildirmişdir. Sonradan o, pul lazım olduğuna görə həmin velosipedi həmkəndlisi Namik adlı şəxsə 300 manata satmışdır. Polis əməkdaşları əvvəlcə Namiki, sonuncunun vasitəsi ilə isə onu saxlamışlar və o, törətdiyi əməlini etiraf etmişdir. Hazırda o, həmin velosipedi Vəliyə geri qaytarmış, həmin şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Törətdiyi əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İxtioz-yəni qaşınma xəstəliyindən əziyyət çəkir, buna görə uzun müddət Bakı şəhərində dəri-zöhrəvi xəstəxanasında müalicələr almış, xəstəliyi səbəbindən hərbi xidmətə yararsız hesab olunmuş, hərbi biletində də bu barədə qeydlər vardır. Bundan başqa, böyrəkləri də xəstədir, lakin buna görə həkimə müraciət etməmişdir. Ailədə yeganə qazanc gətirən şəxsdir, atası işləmir, anası evdar qadındır. Gündəlik fəhlə kimi tikintilərdə işləyib 13-15 manat pul qazanır, hər gün iş olmur. Odur ki, həmin halları nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qusar şəhərində yerləşən təzə bazardan özü üçün 600 manata “İSMA” markalı velosiped almış və yaşadığı ünvan 1 evin həyətində saxlamışdır. 02 noyabr 2020-ci il tarixdə səhər saatlarında velosipedin həyətdə olmadığını görmüş, bu barədə atasından soruşmuş, atası isə görmədiyini bildirmişdir. Bir həftə velosipedi axtarmış, tapa bilməmiş və polisə müraciət etmişdir. Həmin vaxtdan 4 ay keçdikdən sonra-yəni 03 mart 2021-ci il tarixdə velosiped tapılmış və həmin velosipedi Təqsirləndirilən şəxs yaşadığı evin hasarından tullanmaqla həyətə daxil olub oğurladığı məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin velosipedi ona qaytarmış, lakin velosipedin tormozu işləməmiş, ayaqlığı və velosipeddə olan telefon üçün altlıq yerində olmamışdır. O, həmin velosipedi düzəltdirmiş, telefon altlığı, ayaqlıq almış, bunun üçün 40 manat xərc çəkmişdir. Həmin xərci ödəməsi üçün Tərlanın atasına müraciət etmiş, sonuncu ödəyəcəyini bildirsə də, ödəməmişdir. Hazırda Tərlana qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onunla barışmışdır, 40 manatı ödəmirsə ödəməsin, onu bağışlamışdır. Odur ki, həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəzanın təyin edilməsini, mümkünsə ümumiyyətlə cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində həmkəndlisi Təqsirləndirilən şəxs ona müraciət edərək özünə məxsus “İSMA” markalı velosipedi 300 manata satdığını bildirmiş, o, həmin velosipedə baxmış, saz vəziyyətdə olmuş və almağa razılaşmışdır. O, Tərlana 150 manat pul vermiş, qalanını isə sonra verəcəyini bildirmiş, Tərlan razılaşmışdır. Bundan sonra o, həmin velosipedi təxminən bir ay yarım idarə etmiş, sonra isə onu Qusar RPŞ-nə dəvət etmişlər. Orada ona məlum olmuşdur ki, Tərlan ona satdığı velosipedi Vəli adlı şəxsin həyətindən oğurlamışdır. Lakin, onun həmin velosipedin oğurluq olmasından xəbəri olmamış, Tərlan ona velosipedin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 2020-ci ilin noyabr ayının əvvəllərində oğlu Tərlan evə bir ədəd velosiped gətirmiş və həmin velosipedi 450 manata satın aldığını bildirmişdir. O, isə ailə vəziyyətlərinin çətin olduğunu bildirərək oğlu Tərlanı buna görə danlamışdır. Çünki, ailə vəziyyətləri ağırdır, anasının aldığı 300 manat məbləğində pensiya hesabına dolanırlar. Sonradan oğlu Tərlanı polis əməkdaşları saxlamışlar və həmin vaxt o, bilmişdir ki, oğlu evə gətirdiyi velosipedi Vəli adlı şəxsin evinin həyətindən oğurlamışdır. Həmin velosipedi Vəliyə geri qaytarmışlar, Vəli velosipedin düzəltdirilməsi üçün ondan 40 manat pul istəmiş, o velosipedi düzəltdirmək üçün ona verməsini Vəlidən xahiş etmiş, sonuncu isə razı olmamışdır. Oğlu Tərlan dəri-zöhrəvi və böyrək xəstəliklərindən əziyyət çəkir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən Zərərçəkmiş şəxs, Qusar RPŞ-nin CABnin baş əməliyyat müvəkkili, polis mayoru Ceyhun Osmanovun, ekspert-kriminalist X6, hal şahidləri X5 və X10 iştirakları ilə tərtib edilmiş 03 mart 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 11:00-dan saat 11:55-dək velosipedin oğurlandığı yerə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs velosipedi evin həyətində, yəni giriş-çıxış darvazasının içəri tərəfində sağda qoyduğunu, həmçinin həyətin darvazasını içəridən bağladığını bildirmişdir. Baxış zamanı qeyd olunan dəmir darvazada və daş hasarında ayaq və digər izlər müəyyən olunmamışdır. Velosiped oğurlanmamışdan əvvəl sahibi tərəfindən qoyulduğu yerə, evin həyətinin içəri və bayır tərəfinə baxış keçirilmişdir. Bundan başqa, hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs velosipedi oğurlayan naməlum şəxsin evin həyətinə, evin arxa tərəfində olan hasardan tullanaraq daxil olması ehtimalı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən Şahid1, Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı polis baş leytenantı Elşad Əhmədovun, ekspert-kriminalist X6, hal şahidləri X7 və X8 iştirakları ilə tərtib edilmiş 04 mart 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:00-dan saat 15:40-dək “İSMA” markalı velosipedə baxış keçirilmişdir. Baxış zamanı velosipedin “İSMA” markalı, 28 diametrli təkər ölçülü, qara rəngli, istifadə olunmuş, saz vəziyyətdə olması, həmçinin velosipeddə sınmış, əzilmiş və ya cızılmış hissələrin olmadığı müəyyən olunmuşdur. Şahid1 təqdim etdiyi həmin velosipedi həmkəndlisi Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Şahid1 təqdim etdiyi velosipedə baxış keçirildikdən sonra iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 mart 2021-ci il tarixli 9/1326 saylı rəyindən görünür ki, analoji malların markasına, modelinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən bir ədəd qara rəngli 28 ölçülü, “İSMA” markalı velosipedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 300,00 manat müəyyən olunur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli 9/1326 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 03 aprel 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd “İSMA” markalı velosiped maddi sübut kimi tanınmış, gündəlik tələbatda istifadə olunduğu üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus bir ədəd “İSMA” markalı velosipedi təhvil almışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 01 may 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikasının CM-nin 194-cü maddəsi ilə cinayət təqibi başlanılmamışdır. Şahid1 təqdim etdiyi “İSMA” markalı velosiped iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və gündəlik tələbatda istifadə olunduğu üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 01 may 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli **********4 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs şöbədən sosial müavinət, təqaüd almır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli 361/03-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X2 həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 05.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli 90 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası Şahid2, anası X1 və qardaşı X3 ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 08.06.2021-ci il tarixli 391 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbənin Hərbi Həkim Komissiyasının qərarı ilə xəstəliklər cədvəlinin 1-ci qrafasının 62ç maddəsinə əsasən (anadangəlmə vulqar ixtioz) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi 03.04.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, həmin şəxsi bağışlamış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Sahib oğlunun 08 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam aradan qaldırlmaqla ödənilmişdir. Həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini, mümkünsə cəza verilməməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 01 noyabr 2020-ci il tarixdən 02 noyabr 2020ci il tarixə keçən gecə saat 03 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə hasardan tullanıb qanunsuz daxil olaraq, evin həyətindən dəyəri 300 manat olan 01 ədəd “İSMA” markalı velosipedi gizli yolla talamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 300 manat maddi ziyan vurmaqla oğurluq etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, anadangəlmə vulqar ixtioz xəstəliyindən əziyyət çəkməsini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmuş, dəymiş zərəri tam aradan qaldırmaqla zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, anadangəlmə vulqar ixtioz xəstəsidir, bu səbəbdən hərbi xidmətə yararsız hesab edilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İsma” markalı velosipedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Zərərçəkmiş şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən evini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İsma” markalı velosipedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar