Məhkəmə qərarları › İş №1(029)-48/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-48/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-48/2024 23.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1960-ci il tarixdə Qusar rayonu, Qılah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qusar rayonu, Qılah kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının 14-də Qusar rayonu Qilah kəndində özünə və ailə üzvlərinə məxsus Qilah kəndi ərazisində yerləşən 2.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 300 manat dəyərində 1 ədəd palıd cinsli 29 sm diametrində, 80 manat dəyərində 1 ədəd yemişan cinsli 4 sm diametrində, 120 manat dəyərində 1 ədəd yemişan cinsli 10 sm diametrində, 300 manat dəyərində 2 ədəd yemişan cinsli 15 sm diametrində, 100 manat dəyərində 1 ədəd yemişan cinsli 8 sm diametrində, 200 manat dəyərində 2 ədəd yemişan cinsli 5 sm diametrində, 300 manat dəyərində 2 ədəd yemişan cinsli 16 sm diametrində, 180 manat dəyərində 1 ədəd yemişan cinsli 17 sm diametrində, 480 manat dəyərində 4 ədəd ağcaqayın cinsli 10 sm diametrində, 360 manat dəyərində 2 ədəd ağcaqayın cinsli 18 sm diametrində, 300 manat dəyərində 2 ədəd ağcaqayın cinsli 13 sm diametrində, 180 manat dəyərində 1 ədəd ağcaqayın cinsli 19 sm diametrində, 200 manat dəyərində 2 ədəd ağcaqayın cinsli 7 sm diametrində, 240 manat dəyərində 2 ədəd ağcaqayın cinsli 9 sm diametrində, 100 manat dəyərində 1 ədəd ağcaqayın cinsli 6 sm diametrində, 200 manat dəyərində 1 ədəd ağcaqayın cinsli 23 sm diametrində, 200 manat dəyərində 2 ədəd göyriiş cinsli 5 sm diametrində, 120 manat dəyərində 1 ədəd göyriiş cinsli 10 sm diametrində, 180 manat dəyərində 1 ədəd göyrüş cinsli 17 sm diametrində, 200 manat dəyərində 1 ədəd göyrüş cinsli 21 sm diametrində, 200 manat dəyərində 2 ədəd vələs cinsli 5 sm diametrində, 100 manat dəyərində 1 ədəd vələs cinsli 6 sm diametrində, 100 manat dəyərində 1 ədəd vələs cinsli 7 sm diametrində, 120 manat dəyərində 1 ədəd vələs cinsli 10 sm diametrində, 150 manat dəyərində 1 ədəd vələs cinsli 15 sm diametrində, 100 manat dəyərində 1 ədəd qarağac cinsli 5 sm diametrində, 80 manat dəyərində 1 ədəd qarağac cinsli 4 sm diametrində, 100 manat dəyərində 1 ədəd qarağac cinsli 6 sm diametrində olmaqla cəmi ümumilikdə 40 ədəd ağac texnika vasitəsilə qanunsuz olaraq kökündən çıxarılıb məhv edilməklə cəmi 5290 (beş min iki yüz doxsan) manat olmaqla təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, 1998-ci ildə torpaq islahatları zamanı ona və ailə üzvlərinə Qusar rayonu, Qilah kəndi ərazisində “Bulaq arxası” adlanan yerdə kənd təsərrüfatı ilə məşğul olmaq üçün 2.25 ha pay torpaq sahəsi ayrılmış və bu barədə ona JN-0019, KOD 30108018 nömrəli dövlət aktı verilmişdir. Həmin torpaq sahəsində uzun müddətdir mal-qarasını yemləmək üçün ot əkdiyinə görə ona məxsus pay torpağında yabanı halda müxtəlif cinsli ağaclar və kollar bitmişdir. 2023-cü ildə qərara gəlmişdir ki, həm ailəsinin istifadə etməsi, həm də sataraq pul qazanmaq üçün pay torpaq sahəsinin bir hissəsində kartof əkib-becərsin, lakin torpaq sahəsində olan ağaclar kartofun bitməsinə maneçilik törədəcəyi üçün həmin ağacları və kolları xx.xx.2023-cü il tarixdə, səhər saat 10 radələrindən axşam saat 18 radələrinədək mişarla bəzi ağacları kəsərək, bəzilərini isə kökündən çıxartmaqla özünə məxsus torpaq sahəsini təmizləmişdir. xx.xx.2023-cü il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri onun torpaq sahəsinə gəlib baxış keçirərək özü tərəfindən 40 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsildiyini müəyyən etmiş və bununla əlaqədar onun izahatını aldıqdan sonra akt tərtib edərək getmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 5 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsində başməsləhətçi-müfəttiş vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş şifahi məlumat, xx.xx.2023cü il tarixli, 00118 və 00119 saylı sərəncamlar, eyni zamanda qeyd edilən məlumat əsasında Qusar rayonu Kirig kəndi ərazisində qanunsuz olaraq müxtəlif diametrdə çinar cinsinə aid ağacların kəsilməsi faktının müəyyən edilməsi üçün Qusar rayon sakinləri Elvin Burziyev, Abdulhəşim Nəcəfov, aparıcı məsləhətçi-müfəttiş İsmayıl Ramaldanov, mühafizə yegeri Əfqan Qurbanov və Qusar rayonu X4 kəndi üzrə nümayəndəsi Zaur Qədimov ilə birlikdə qanunsuz ağac kəsilən Abdulhəşim Nəcəfova məxsus pay torpaq sahəsinə gedilərək baxış keçirilməklə akt tərtib olunub, akt əsasında müəyyən olunmuşdur ki, Qusar rayonu Kirig kəndində yerləşən Abdulhəşim Nəcəfov özünə məxsus torpaq sahəsində 1 ədəd 20 sm diametrində, 1 ədəd 22 sm diametrində, 8 ədəd 25 sm diametrində, 2 ədəd 26 sm diametrində, 2 ədəd 29 sm diametrində, 8 ədəd 30 sm diametrində, 1 ədəd 32 sm diametrində, 1 ədəd 33 sm diametrində, 1 ədəd 38 sm diametrində, 2 ədəd 40 sm diametrində və 1 ədəd 43 sm diametrində olmaqla ümumilikdə 28 ədəd köküstə yaş ağaclar kök nahiyəsindən kəsilərək məhv edilmişdir. Qeyd edilən çinar cinsli ağacların kəsilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı qərarına əsasən təbiətə dəymiş ziyan 8280 manat dəyərində olunmuşdur. Abdulhəşim Nəcəfov baxış zamanı qeyd edilən çinar ağaclarının onun kənd təsərrüfatı fəaliyyətinə mane olduğuna görə Elvin Burziyev tərəfindən onun razılığı ilə kəsildiyini göstərib, Elvin Burziyev isə kəsilən çinar ağaclarının yeşik istehsalı üçün kəsib apardığını bildirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qusar rayonu ərazisində və digər şəhər, kənd ərazilərində əhali arasında ağac və kolların qanunsuz kəsilməsinin qarşısının alınması üçün maarifləndirmə işləri aparılır bunun üçün idarədə müfafiq sektor vardır. Onlar rayon və şəhərlərdə əhali ilə görüşlər keçirərək təbliğat aparılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, özünə məxsus “Qaz 53” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə fərdi yüklərin daşınması işini görüb öz ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində tanışı Elvin Burziyev ona zəng edib, Qusar rayonu, Kirig kəndində çinar cinsli ağacları kəsib, doğradıqlarını və həmin doğranmış ağacları Xaçmaz şəhərinə aparmaq lazım olduğunu bildirmiş, o da, həmin işi 120 manat müqabilndə görəcəyini demiş, Elvin Burziyev də öz razılığını vermişdir. Həmin gün saat 16 radələrində özünə məxsus “Qaz 53” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Qusar rayonu Kirig kəndində getmiş, doğranmış çinar ağacları avtomobilin yük hissəsinə yükləmiş və həmin vaxt orada torpaq sahəsini sahibi əvvəllər tanımadığı Abdulhəşim adlı şəxsdə olmuşdur. Beləcə, o, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 3 gün ərzində Qusar rayonu Kirig kəndinə getmiş və doğranmış çinar ağacları Elvinlə birlikdə Xaçmaz şəhərinə aparmış və sonuncudan gündəlik 120 manat pul götürmüşdür. Bundan bir müddət sonra ona məlum olmuşdur ki, torpaq sahib Abdulhəşim adlı şəxsin torpaq sahəsinə aid sənədləri olsa belə, həmin ağacları kəsmək üçün Elvin Burziyev və Abdulhəşim adlı şəxsin heç bir icazəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2023-cü ilin dekabr ayının 18-də idarənin aparıcı məsləhətçi müfəttişi Qanuni nümayəndə Qusar rayonu Qilah kəndində pay torpaq sahəsində ağacların kəsilməsi barədə daxil olmuş məlumat əsasında həmin pay torpaq sahəsinə gedərək baxış birlikdə keçirmiş və bu zaman 1 ədəd palıd cinsli 29 sm diametrində, 1 ədəd yemişan cinsli 4 sm diametrində, 1 ədəd yemişan cinsli 10 sm diametrində, 2 ədəd yemişan cinsli 15 sm diametrində, 1 ədəd yemişan cinsli 8 sm diametrində, 2 ədəd yemişan cinsli 5 sm diametrində, 2 ədəd yemişan cinsli 16 sm diametrində, 1 ədəd yemişan cinsli 17 sm diametrində, 4 ədəd ağcaqayın cinsli 10 sm diametrində, 2 ədəd ağcaqayın cinsli 18 sm diametrində, 2 ədəd ağcaqayın cinsli 13 sm diametrində, 1 ədəd ağcaqayın cinsli 19 sm diametrində, 2 ədəd ağcaqayın cinsli 7 sm diametrində, 2 ədəd ağcaqayın cinsli 9 sm diametrində, 1 ədəd ağcaqayın cinsli 6 sm diametrində, 1 ədəd ağcaqayın cinsli 23 sm diametrində, 2 ədəd görüş cinsli 5 sm diametrində, 1 ədəd göyrüş cinsli 10 sm diametrində, 1 ədəd göyrüş cinsli 17 sm diametrində, 1 ədəd göyrüş cinsli 21 sm diametrində, 2 ədəd vələs cinsli 5 sm diametrində, 1 ədəd vələs cinsli 6 sm diametrində, 1 ədəd vələs cinsli 7 sm diametrində, 1 ədəd vələs cinsli 10 sm diametrində, 1 ədəd vələs cinsli 15 sm diametrində, 1 ədəd qarağac cinsli 5 sm diametrində, 1 ədəd qarağac cinsli 4 sm diametrində və 1 ədəd qarağac cinsli 6 sm diametrində olmaqla ümumilikdə cəmi 40 ədəd ağacın bir hissəsinin texnika vasitəsilə kökündən çıxarılmasını, digər hissəsinin isə mişar vasitəsilə kəsilərək məhv edildiyini, həmin ağacların köküstə yaş vəziyyətdə və bioloji inkişafda olmasını müəyyən etmişlər. Baxış zamanı Qanuni nümayəndəla ağacların Qusar rayon sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini müəyyən etmiş, sonuncunu həmin yerə çağırmış, Təqsirləndirilən şəxs gələrək özünə və ailə üzvlərinə məxsus pay torpaq sahəsindəki ağacların kəsilməsinə dair icazə sənədi olmadığını və pay torpaq sahəsini təmizləmək məqsədilə xx.xx.2023-cü il tarixdə ağacları kəsməsini etiraf etmişdir. Baxış keçirildikdən sonra Qanuni nümayəndəla xx.xx.2023-cü il tarixli, 82830 nömrəli akt tərtib edərək oradan getmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilmədiyini və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 mart 2024-cü il tarixli 9/1394 nömrəli rəyindən görünür ki, 300 manat dəyərində 1 ədəd palıd cinsli 29 sm diametrində, 80 manat dəyərində 1 ədəd yemişan cinsli 4 sm diametrində, 120 manat dəyərində 1 ədəd yemişan cinsli 10 sm diametrində, 300 manat dəyərində 2 ədəd yemişan cinsli 15 sm diametrində, 100 manat dəyərində 1 ədəd yemişan cinsli 8 sm diametrində, 200 manat dəyərində 2 ədəd yemişan cinsli 5 sm diametrində, 300 manat dəyərində 2 ədəd yemişan cinsli 16 sm diametrində, 180 manat dəyərində 1 ədəd yemişan cinsli 17 sm diametrində, 480 manat dəyərində 4 ədəd ağcaqayın cinsli 10 sm diametrində, 360 manat dəyərində 2 ədəd ağcaqayın cinsli 18 sm diametrində, 300 manat dəyərində 2 ədəd ağcaqayın cinsli 13 sm diametrində, 180 manat dəyərində 1 ədəd ağcaqayın cinsli 19 sm diametrində, 200 manat dəyərində 2 ədəd ağcaqayın cinsli 7 sm diametrində, 240 manat dəyərində 2 ədəd ağcaqayın cinsli 9 sm diametrində, 100 manat dəyərində 1 ədəd ağcaqayın cinsli 6 sm diametrində, 200 manat dəyərində 1 ədəd ağcaqayın cinsli 23 sm diametrində, 200 manat dəyərində 2 ədəd göyrüş cinsli 5 sm diametrində, 120 manat dəyərində 1 ədəd göyrüş cinsli 10 sm diametrində, 180 manat dəyərində 1 ədəd göyrüş cinsli 17 sm diametrində, 200 manat dəyərində 1 ədəd göyrüş cinsli 21 sm diametrində, 200 manat dəyərində 2 ədəd vələs cinsli 5 sm diametrində, 100 manat dəyərində 1 ədəd vələs cinsli 6 sm diametrində, 100 manat dəyərində 1 ədəd vələs cinsli 7 sm diametrində, 120 manat dəyərində 1 ədəd vələs cinsli 10 sm diametrində, 150 manat dəyərində 1 ədəd vələs cinsli 15 sm diametrində, 100 manat dəyərində 1 ədəd qarağac cinsli 5 sm diametrində, 80 manat dəyərində 1 ədəd qarağac cinsli 4 sm diametrində, 100 manat dəyərində 1 ədəd qarağac cinsli 6 sm diametrində dəyəri 5290,00 manat təşkil edir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqdim etdiyi həcm hesablama cədvəlindən görünür ki, 300 manat dəyərində 1 ədəd palıd cinsli 29 sm diametrində, 100 manat dəyərində 1 ədəd yemişan cinsli 4 sm diametrində, 120 manat dəyərində 1 ədəd yemişan cinsli 10 sm diametrində, 300 manat dəyərində 2 ədəd yemişan cinsli 15 sm diametrində, 100 manat dəyərində 1 ədəd yemişan cinsli 8 sm diametrində, 200 manat dəyərində 2 ədəd yemişan cinsli 5 sm diametrində, 360 manat dəyərində 2 ədəd yemişan cinsli 16 sm diametrində, 180 manat dəyərində 1 ədəd yemişan cinsli 17 sm diametrində, 480 manat dəyərində 4 ədəd ağcaqayın cinsli 10 sm diametrində, 360 manat dəyərində 2 ədəd ağcaqayın cinsli 18 sm diametrində, 300 manat dəyərində 2 ədəd ağcaqayın cinsli 13 sm diametrində, 180 manat dəyərində 1 ədəd ağcaqayın cinsli 19 sm diametrində, 200 manat dəyərində 2 ədəd ağcaqayın cinsli 7 sm diametrində, 240 manat dəyərində 2 ədəd ağcaqayın cinsli 9 sm diametrində, 100 manat dəyərində 1 ədəd ağcaqayın cinsli 6 sm diametrində, 200 manat dəyərində 1 ədəd ağcaqayın cinsli 23 sm diametrində, 200 manat dəyərində 2 ədəd göyrüş cinsli 5 sm diametrində, 120 manat dəyərində 1 ədəd göyrüş cinsli 10 sm diametrində, 180 manat dəyərində 1 ədəd göyrüş cinsli 17 sm diametrində, 200 manat dəyərində 1 ədəd göyrüş cinsli 21 sm diametrində, 200 manat dəyərində 2 ədəd vələs cinsli 5 sm diametrində, 100 manat dəyərində 1 ədəd vələs cinsli 6 sm diametrində, 100 manat dəyərində 1 ədəd vələs cinsli 7 sm diametrində, 120 manat dəyərində 1 ədəd vələs cinsli 10 sm diametrində, 150 manat dəyərində 1 ədəd vələs cinsli 15 sm diametrində, 100 manat dəyərində 1 ədəd qarağac cinsli 5 sm diametrində, 100 manat dəyərində 1 ədəd qarağac cinsli 4 sm diametrində, 100 manat dəyərində 1 ədəd qarağac cinsli 6 sm diametrində yaş köküstü ağacları qanunsuz kəsilməsi nəticəsində təbiətə 5390,00 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Qusar rayonu Qilah kəndində yerləşən Təqsirləndirilən şəxs və onun ailə üzvlərinə məxsus 2,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilməsi barədə tərtib edilmiş 12 mart 2024cü il tarixli protokoldan görünür ki, orada 1 ədəd palıd cinsli 29 sm diametrində, 1 ədəd yemişan cinsli 4 sm diametrində, 1 ədəd yemişan cinsli 10 sm diametrində, 2 ədəd yemişan cinsli 15 sm diametrində, 1 ədəd yemişan cinsli 8 sm diametrində, 2 ədəd yemişan cinsli 5 sm diametrində, 2 ədəd yemişan cinsli 16 sm diametrində, 1 ədəd yemişan cinsli 17 sm diametrində, 4 ədəd ağcaqayın cinsli 10 sm diametrində, 2 ədəd ağcaqayın cinsli 18 sm diametrində, 2 ədəd ağcaqayın cinsli 13 sm diametrində, 1 ədəd ağcaqayın cinsli 19 sm diametrində, 2 ədəd ağcaqayın cinsli 7 sm diametrində, 2 ədəd ağcaqayın cinsli 9 sm diametrində, 1 ədəd ağcaqayın cinsli 6 sm diametrində, 1 ədəd ağcaqayın cinsli 23 sm diametrində, 2 ədəd görüş cinsli 5 sm diametrində, 1 ədəd göyrüş cinsli 10 sm diametrində, 1 ədəd göyrüş cinsli 17 sm diametrində, 1 ədəd göyrüş cinsli 21 sm diametrində, 2 ədəd vələs cinsli 5 sm diametrində, 1 ədəd vələs cinsli 6 sm diametrində, 1 ədəd vələs cinsli 7 sm diametrində, 1 ədəd vələs cinsli 10 sm diametrində, 1 ədəd vələs cinsli 15 sm diametrində, 1 ədəd qarağac cinsli 5 sm diametrində, 1 ədəd qarağac cinsli 4 sm diametrində və 1 ədəd qarağac cinsli 6 sm diametrində olmaqla ümumilikdə cəmi 40 ədəd ağacın kəsilərək məhv edilməsi öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikadsı Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli Qərarında qeyd olunur ki, Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, şəxsiyyəti müsbət xarakterizə edən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən digər hal qismində nəzərə alır. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayəthüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. CM-nin 259.1-ci maddəsinin sanksiyasında beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissini keçirməsini, öz vəziyyətlərinə tənqidi münasibət bəsləməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını, eləcədə yüngülləşdirən halların olub, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsiriləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini işin hallarına və təqsirləndirilən şəxsin əmlak vəziyyətinə uyğun hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edildiyi təqdirdə cəzanın icrası mümkün olmayacaq. Törədilmiş əmələ münasibətdə məhkəmə hesab edir ki, islah işləri cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədinə nail olunmayacaq. Məhkəmə həmin cəzanın təyin edilməsini ədalətli hesab etmir. Məhkəmə, cinayət işinin tədqiqinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs təbiətə vurmuş olduqları maddi zərərə görə mülki iddia ilə müraciət edərək cinayət işi üzrə mülki iddiaçı kimi tanınması barədə qərar qəbul edilməsini, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində təbiətə vurulmuş olan 5390(beş min, üç yüz doxsan) manat maddi ziyanın Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə ödənilməsi barədə cinayət mühakimə icraatı qaydasında, məhkəmənin hökmü ilə təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyini əsas götürərək 5290,00 manat məbləğində təmin edilməlidir. Mülki iddiaçı öz iddia tələbində göstərdiyi məbləğdə dair sübut təqdim etməmişdir. Buna görə də mülki qismən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində təbiətə maddi ziyanın vurulması tam sübuta yetirildiyindən mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 5290,00 manat tutularaq Zərərçəkmiş şəxs 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilməlidir. İş materiallarına əlavə edilmiş maddi sübut kimi tanınmış 24 ədəd fotoşəkillər iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 197, 198, 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs 5290,00 manat tutularaq Zərərçəkmiş şəxs 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar