Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-48/2025 15.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Zaqatala rayonu, Çobankol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş (Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, hökmü ilə təqsirli bilinərək 06 (altı) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş, Zaqatala rayonu, Çobankol ərazi dairəsi, Çobankol kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qusar rayonu Gündüzqala kəndində yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, “Turbo.az” saytında yerləşdirdiyi “VAZ 2106” markalı avtomobili ona satacağını yalandan vəd verərək Zərərçəkmiş şəxs1 “Birbank” mobil tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 15:20-də 30 manat, xx.xx.2024-cü il tarixdə, saat 15:41-də 60 manat, xx.xx.2024-cü il tarixdə, saat 17:48-də 60 manat, xx.xx.2024-cü il tarixdə, saat 20:46-da isə Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Rosiyya” marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus “Milli ÖN”ödəniş terminalı vasitəsi ilə 150 manat, “Birbank” mobil tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 22:32-də 100 manat, xx.xx.2024- cü il tarixdə, saat 21:36-də 100 manat, xx.xx.2024-cü il tarixdə, saat 23:05-də 60 manat, xx.xx.2024-cü il tarixdə, saat 01:12-də 150 manat pul olmaqla vahid niyyətlə cəmi 710 manat məbləğində pulu özünə məxsus "xxxx" ASC-yə aid 4169-7388- 6352-8919 nömrəli plastik bank kartına köçürtdürmüş, ancaq Zərərçəkmiş şəxs1 aldadaraq vədinə əməl etməyib özgənin əmlakını qanunsuz ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən Quba rayonu Xucbala kəndində yaşayan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, “Tap.az” saytında yerləşdirdiyi “VAZ 2106” markalı avtomobili ona satacağı yalandan vəd verərək Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə, saat 14:50-də Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Rosiyya” marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus “Milli ÖN”ödəniş terminalı vasitəsi ilə 400 manat, xx.xx.2024-cü il tarixdə, saat 15:11-də Qusar şəhəri, Ə.Səfixanov küçəsində yerləşən “OBA” marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus “eManat” ödəniş terminalı vasitəsi ilə 200 manat, xx.xx.2024-cü il tarixdə, saat təxminən 19 radələrində Bakı şəhərin ərazisində yerləşən Bakı Beynəxalq Avtovağzalda quraşdırılmış "xxxx" MMC-yə məxsus “Milli ÖN”ödəniş terminalı vasitəsi ilə 140 manat, xx.xx.2024-cü il tarixdə, saat 07:12-də Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Rosiyya” marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus “Milli ÖN” ödəniş terminalı vasitəsi ilə 100 manat pul olmaqla vahid niyyətlə cəmi 840 manat məbləğində pulu özünə məxsus "xxxx" ASC-yə aid 4169-7388- 6352-8919 nömrəli plastik bank kartına köçürtdürmüş, ancaq Zərərçəkmiş şəxs2 aldadaraq vədinə əməl etməyib özgənin əmlakını qanunsuz ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2023-cü ildə maşın alveri ilə məşğul olmuş, 2024-cü ilin iyun ayı əvvəllərində isə maddi vəziyyəti zəif olduğuna borcları yarandığı üçün müxtəlif elan saytlarında “VAZ 2106” markalı avtomobilin elanlarını yerləşdirib, yalandan həmin avtomobillərin ona məxsus olduğunu bildirərək, satmaq üçün beh və müxtəlif bəhanələr gətirib vətəndaşlardan müxtəlif məbləğlərdə pullar almaqla onları aldatmaq qərarına gəlmişdir. Təxminən 2024-cü ilin iyun ayının sonlarında “Turbo.az” saytında ağ rəngli, “Vaz 2106” markalı avtomobili 1700 manata yalandan satışa qoymuş, təxminən 2024-cü ilin iyul ayının əvvəllərində isə əvvəllər tanımadığı, adını sonradan bildiyi Qusar rayon sakini Zərərçəkmiş şəxs1 “Turbo.az” saytında yerləşdirdiyi elanı görüb, ona zəng edib, avtomobil barədə maraqlanmış və onlar öz aralarında avtomobilin qiymətini 1400 manata razılaşmışlar. Həmin vaxt yalandan Zərərçəkmiş şəxs1 beh pul atdığı təqdirdə avtomobili sürüb Qusar şəhərinə gətirib sonuncuya satacağına yalandan söz vermiş, Həbib Pirmetov da ona inanıb, ona məxsus "xxxx" ASC-nə aid 4169-7388-6352-8919 nömrəli plastik karta xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə 2 gün ərzində ümumilikdə 710 manat pul köçürmüş, o, isə həmin pulları Bakı və Sumqayıt şəhərlərinin ərazisində yerləşən bankomatlardan nağdlaşdırıb, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təxminən 2024-cü ilin iyul ayının sonlarında “Tap.az” saytında “Vaz 2106” markalı avtomobili 2500 manata yalandan satışa qoymuş, təxminən 2024-cü ilin avqust ayının əvvəllərində əvvəllər tanımadığı adını sonradan bildiyi Quba rayon sakini Zərərçəkmiş şəxs2 “Tap.az” saytında yerləşdirdiyi elanı görüb, ona zəng edib, avtomobil barədə maraqlanmışdır. Həmin vaxt yalandan Zərərçəkmiş şəxs2 beh pul atdığı təqdirdə avtomobili sürüb Bakı şəhərinə gətirib, sonuncuya satacağına yalandan söz vermiş, Zərərçəkmiş şəxs2 də ona inanıb, ona məxsus "xxxx" ASC-nə aid 4169-7388-6352-8919 nömrəli plastik karta xx.xx.2024- cü il tarixlərdə 2 gün ərzində ümumilikdə 840 manat pul köçürmüş, ozü isə həmin pulları Bakı şəhəri, Bakı Beynəlxalq Avtovağzalın ərazisində yerləşən bankomatdan nağdlaşdırıb çıxardaraq öz şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə cinayət proses iştirakçılarını dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsirli olması özünün ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Turbo.az” internet saytında özünə almaq üçün avtomobil axtaran zaman qarşısına Şəki şəhərində 1700 manata satışa qoyulmuş ağ rəngli, “Vaz 2106” markalı avtomobil çıxmış, elanda göstərilən telefon nömrəsi ilə əlaqə saxlayarkən özünü avtomobilin sahibi kimi təqdim etmiş Sərxan adlı şəxslə öz aralarında avtomobilin qiymətini 1400 manata razılaşmışlar. Həmin vaxt Sərxan adlı şəxs yalandan ona beh pul atdığı təqdirdə avtomobili sürüb Qusar şəhərinə gətirib ona satacağına yalandan söz vermiş, o da Sərxan adlı şəxsə inanıb, oğlu Şamo Pirmetova məxsus "xxxx" ASC-nə aid 5239-1517-1921-0315 nömrəli plastik bank kartından Sərxan adlı şəxsə məxsus "xxxx"ASC-yə aid 4169-7388-6352-8919 nömrəli karta “Birbank” mobil tətbiqi vasitəsilə xx.xx.2024-cü il tarixdə, saat 15:20-də 30 manat, xx.xx.2024-cü il tarixdə, saat 15:41-də 60 manat, xx.xx.2024-cü il tarixdə, saat 17:48-də 60 manat, xx.xx.2024-cü il tarixdə, saat 21:36-də 100 manat, xx.xx.2024-cü il tarixdə, saat 22:32-də 100 manat, xx.xx.2024-cü il tarixdə, saat 23:05-də 60 manat, xx.xx.2024-cü il tarixdə, saat 20:46-da isə Qusar şəhərində yerləşən “Rosiyya” marketdə qoyulmuş "xxxx" MMC-yə məxsus ödəniş terminalı vasitəsilə 150 manat, xx.xx.2024-cü il tarixdə, saat 01:12-də 150 manat olmaqla 2 gün ərzində cəmi 710 manat pulu köçürmüşdür. Bundan sonra Sərxan adlı şəxs onun telefon zənglərinə cavab verməyərək, ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona vurulmuş olan maddi ziyan ödənilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Tap.az” internet saytında özünə almaq üçün avtomobil axtaran zaman qarşısına Oğuz şəhərində 2500 manata satışa qoyulmuş “Vaz 2106” markalı avtomobil çıxmış, elanda göstərilən telefon nömrəsi ilə əlaqə saxlayarkən özünü avtomobilin sahibi kimi təqdim etmiş Təqsirləndirilən şəxs yalandan ona beh pul atdığı təqdirdə avtomobili sürüb Bakı şəhərinə gətirib ona satacağına yalandan söz vermiş, o da ona inanıb, xx.xx.2024-cü il tarixdə, saat 14:50-də Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Rosiyya” marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus “Milli ÖN”ödəniş terminalı vasitəsi ilə 400 manat, xx.xx.2024-cü il tarixdə, saat 15:11-də Qusar şəhəri, Ə.Səfıxanov küçəsində yerləşən “OBA” marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus “eManat”ödəniş terminalı vasitəsi ilə 200 manat, xx.xx.2024-cü il tarixdə, saat təxminən 19 radələrində Bakı şəhərin ərazisində yerləşən Bakı Beynəxalq Avtovağzalda quraşdırılmış "xxxx" MMC-yə məxsus “Milli ÖN”ödəniş terminalı vasitəsi ilə 140 manat, xx.xx.2024-cü il tarixdə, saat 07:12-də Qusar şəhəri, Ç.Qurbanov küçəsində yerləşən “Rosiyya” marketdə quraşdırılmış "xxxx" MMC-yə məxsus “Milli ÖN”ödəniş terminalı vasitəsi ilə 100 manat pul olmaqla cəmi 840 manat pulu Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 4169-7388-6352-8919 nömrəli karta köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməyərək, ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona vurulmuş olan maddi ziyan ödənilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi ilə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış "xxxx" ASC-nin xx.xx.2024cü il tarixli, 2024/111/30013 nömrəli məktubu, ona əlavə edilmiş bank əməliyyatlarına dair çıxarış, anket və nağdlaşdırma əməliyyatlarını əks etdirən 01 ədəd CD diskdən görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixdə “Bir Bank” tətbiqi vasitəsilə X1 oğlu Şamo Pirmetovun adına olan 523915******0315 nömrəli plastik kartdan və terminaldan vəsaitlərin köçürüldüyü 416973******8919 ömrəli plastik kart Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-portret ekspertizasının xx.xx.2025-ci il tarixli 3/100 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd diskin daxilində olan videogörüntülərdən çıxarılmış fotoçəkillərdə və müqayisəli material qismində təqdim edilmiş 08 ədəd A4 formatlı vərəqədə əks olunmuş eksperimental fotoşəkillərdə kişi cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı var, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini bütövlükdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, hökmü ilə təqsirli bilinərək 06 (altı) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunduğu Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, hökmü ilə təqsirli bilinərək 06 (altı) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 03 ay, 22 gün müddətini çəkmiş, 03 ay, 04 gün müddəti isə çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır.
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Hal-hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs sonuncu cinayət əməlini xx.xx.2024-cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hal-hazırkı cinayət işi üzrə cinayət əməlini Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli elan olunmamışdan və qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 03 (üç) ay, 04 (dörd) gün azadlığın məhdudlaşdırılma cəzası hazırkı hökmlə CM-nin 66.5-ci maddəsinə əsasən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər Bundan başqa Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir. Məhkəmə hazırkı halda hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş olan maddi ziyan tam olaraq ödənildiyindən azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmə məqsədə müvafiq hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdiriən hal kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Hazırkı iş üzrə CM-nin 61-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 1(bir) gün müddəti CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alaraq hesab edir ki, həmin tutulduğu 1 (bir) gün müddət ona təyin olunacaq cərimə cəzasını yüngülləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 2024/111/30013 nömrəli məktubu, ona əlavə edilmiş bank əməliyyatlarına dair çıxarış, anket və nağdlaşdırma əməliyyatlarını əks etdirən 01 ədəd CD disk, “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollar, 08 ədəd A4 formatlı vərəqədə əks olunmuş eksperimental fotoşəkillər və tədqiqata təqdim edilmiş 02 ədəd CD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 146 (yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 1(bir) gün müddəti nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona qəti olaraq 4900 (dörd min doqquz yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(057)-126/2024 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 (üç) ay, 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunmuş 4900 (dörd min doqquz yüz) manat cərimə cəzası ilə tam toplanılmaqla ona qəti olaraq 03 (üç) ay, 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən 4900 (dörd min doqquz yüz) min manat miqdarında cərimə cəzası müstəqil qaydada icra olunsun. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 2024/111/30013 nömrəli məktubu, ona əlavə edilmiş bank əməliyyatlarına dair çıxarış, anket və nağdlaşdırma əməliyyatlarını əks etdirən 01 ədəd CD disk, “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollar, 08 ədəd A4 formatlı vərəqədə əks olunmuş eksperimental fotoşəkillər və tədqiqata təqdim edilmiş 02 ədəd CD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 146 (yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan, 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov