Məhkəmə qərarları › İş №1(029)-49/2020

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-49/2020

30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-49/2020 30.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin 1-ciinstansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçilər: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1989-cu ildə Qusar rayonu Əniğ kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla faktiki olaraq Qusar rayonu Həsənqala kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, xx.xx.1993-cü ildə Qusar rayonu Balaqusar kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, xx.xx.1991-ci ildə Qusar rayonu Balaqusar kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, 14 fevral 2020-ci il tarixdə tutulmuş, 16 fevral 2020-ci il tarixdə Qusar rayon məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilətəqsirləndirilmələrinədair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 14.02.2020-ci il tarixdə saat 20 radələrində Qusar şəhər avtovağzalının yaxınlığında yerləşən “UCUZ MARKET”in yanında Qusar rayonu Balaqusar kənd sakini Təqsirləndirilən şəxs1, sonuncunun qardaşı Təqsirləndirilən şəxs2 məxsus “VAZ 21061” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilində 01 ədəd kibrit qutusunda olan 5,647 qram narkotik vasitə olan qurudulmuş marixuananı 70 manat müqabilində şəxsi istifadəsi məqsədilə qanunsuz olaraq əldə etmiş və üzərində saxlamış, həmin gün də Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Qusar şəhəri avtovağzal dairəsi ərazisində saxlanılaraq RPŞnə gətirilib, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibində qanunsuz olaraq əldə etdiyi və saxladığı həmin 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,647 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 11.02.2020-ci il tarixdə saat 18 radələrində doğma qardaşı Təqsirləndirilən şəxs1 xahişi ilə sonuncunun əsl niyyətini bilmədən, özünün idarə etdiyi “VAZ 21061” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Gündüzqala kəndində yaşayan bibisinin əri x2 yaşadığı ünvana gedərək, orada sonuncudan 01 ədəd kibrit qutusunda 5,647 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 25 manata qanunsuz olaraq əldə edərək 11 fevral 2020-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1 vermiş və avtomobilində daşımış, keçirilmiş istintaq-əməliyyat tədbirləri çərçivəsində evin həyətində saxladığı ona məxsus “VAZ 21061” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 15 fevral 2020-ci il tarixdə saat 02:00-da baxış keçirilən zaman isə avtomobilin qabaq oturacaqlarının arasında olan qutunun içərisindən 2020-ci ilin fevral ayının əvvəllərində Ramiddin Aslanovdan şəxsi isehlakı üçün təmənnasız satış məqsədi olmadan əldə etdiyi və saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,132 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tanışı Təqsirləndirilən şəxs3 xahişi ilə 11.02.2020-ci il tarixdə saat 18 radələrində doğma qardaşı Təqsirləndirilən şəxs2 vasitəsi ilə sonuncuya niyyətini bildirmədən, Qusar rayonu Gündüzqala kəndində yaşayan bibisinin əri x1 01 ədəd kibrit qutusunda 5,647 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədilə 25 manata əldə edərək saxlamış və Təqsirləndirilən şəxs2 avtomobilində daşımış, daha sonra isə qanunsuz olaraq satış məqsədilə əldə etdiyi və saxladığı həmin 01 ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuananı 14.02.2020-ci il tarixdə saat 20 radələrində Qusar şəhər bazarının ərazisində yerləşən “UCUZ MARKET”in yanında Təqsirləndirilən şəxs3 70 manat müqabilində qanunsuz olaraq satmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, təxminən 6-7 ildir ki, marixuanadan istifadə edir. 12.02.2020-ci il tarixdə saat 18 radələrində o, mobil telefon vasitəsilə tanışı Təqsirləndirilən şəxs1 zəng edərək özü üçün marixuana təşkil etməsini xahiş etmiş, sonuncu isə ona marixuana təşkil edib zəng edəcəyini bildirmişdir. 14.02.2020-ci il tarixdə saat 18 radələrində o, yenidən həmin şəxsə zəng etmiş və bir kibrit qutusu marixuana almaq istədiyini demiş, Rəşid əvvəlcə ona marixuana olmadığını demiş, lakin sonra bir kibrit qutusu marixuana olduğunu bildirmişdir. O, həmin gün saat 20 radələrində Qusar şəhər bazarının yaxınlığında yerləşən “UCUZ MARKET”in yanına getmiş və Rəşid, qardaşı Cavidin idarə etdiyi “VAZ 21061” markalı, **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişdir. O, avtomobilə əyləşmiş və Rəşid qabaq sərnişin oturacağında əyləşdiyi yerdən bir kibrit qutusu marixuananı ona vermiş, o, isə bunun müqabilində sonuncuya 70 manat pul vermişdir. Həmin vaxt Cavid avtomobili sürmüş və yaxınlıqdakı “İskra” restoranının qarşısında o, avtomobildən düşmüşdür. Daha sonra o, piyada Qusar şəhəri istiqamətində getmiş və bazar dairəsinə çatarkən Qusar rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq rayon polis şöbəsinə aparmışlar. Orada müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın cibindən Rəşiddən aldığı bir kibrit qutusu narkotik vasitə aşkar edilərək qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Daha sonra həmin faktla bağlı cinayət işi başlanılmış və o, istintaqa cəlb olunmuşdur. Təqsirləndirilən şəxs3 həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşaqlarının olduğunu, 2-ci qrup əlil olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini göstərmiş və barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, Qusar rayonu Gündüzqala kənd sakini x9 onun qohumudur. O və qardaşı Rəşid marixuana istifadəçiləridir. O və Rəşid, Ramiddinlə birlikdə bir neçə dəfə marixuanadan istifadə etmişlər. 11.02.2020-ci il tarixdə saat 18 radələrində Rəşid ona Ramiddindən özü üçün bir kibrit qutusu marixuana almasını demiş, lakin həmin marixuananı Asimə satacağını deməmişdir. O, Rəşidlə birlikdə özünün idarə etdiyi “VAZ 21061” markalı, **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gündüzqala kəndinə, Ramiddinin yaşadığı ünvana getmiş, Rəşid avtomobildə qalmış, özü isə həyətə daxil olub Ramiddindən bir kibrit qutusu marixuana almış və əvəzində ona 25 manat pul vermişdir. Bundan sonra o, qardaşı Rəşidlə birlikdə Qusar şəhərinə qayıtmışlar və yolda Ramiddindən aldığı marixuananı Rəşidə vermişdir. Bundan sonra 14.02.2020-ci il tarixdə saat 17 radələrində Rəşid ona, bir tanışı ilə bazarın yanında görüşəcəyini və onu oraya aparmasını demiş, onlar birlikdə özünün idarə etdiyi avtomobillə bazarın yaxınlığında yerləşən “UCUZ MARKET”in qarşısına getmişlər, orada bir nəfər avtomobilə əyləşmiş, o, həmin şəxsin Asim olduğunu görmüşdür. Həmin vaxt Rəşid, Ramiddindən aldığı içərisində marixuana olan kibrit qutusunu Asimə vermiş və sonuncu bunun müqabilində Rəşidə 70 manat pul vermişdir. O, isə Rəşidə etiraz edərək nə üçün narkotiki satdığını demiş, Rəşid isə həmin pula avtomobil üçün ehtiyat hissələrini alacağını bildirmişdir. Daha sonra yaxınlıqdakı “İskra” restoranının qarşısında Asim avtomobildən düşmüş və onlar yaşadıqları ünvana getmişlər. Evə çatdıqda o, darvazanı açmaq üçün avtomobildən düşmüş və həmin vaxt Rəşid onun xəbəri olmadan 70 manat pulu onun maşında qoyduğu pulqabısına qoymuşdur. Bundan sonra onlar evə daxil olmuşlar, o, avtomobildə olan pulqabını və sənədləri özü ilə götürmüş, Rəşid isə yuyunmaq üçün hamama getmişdir. Bir az keçdikdən sonra Qusar rayon polis şöbəsinin əməkdaşları onların yaşadıqları ünvana gəlmiş və qardaşı Rəşidlə birlikdə onu rayon polis şöbəsinə aparmışlar. Orada müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onların yaşadığı ünvana baxış keçirilmiş, bu zaman polis əməkdaşları onun Asimdən aldığı 70 manat pulu təqdim etməsini tələb etmişlər. Həmin vaxt Rəşid həmin pulu onun pulqabısına qoyduğunu bildirmiş, buna qədər onun həmin pulun onun pulqabısına qoyulduğundan xəbəri olmamışdır. O, həmin pulqabını polis əməkdaşlarına təqdim etmiş və həmin pullar polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onun idarə etdiyi “VAZ 21061” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş, bu zaman bir həftə əvvəl Ramiddindən şəxsi istifadəsi üçün təmənnasız olaraq aldığı bir kibrit qutusu marixuana aşkar olunmuş və həmin marixuana qablaşdırılaraq imzalarla təsdiq olunmuşdur. Daha sonra isə həmin faktla bağlı cinayət işi başlanılmış və o, istintaqa cəlb olunmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini göstərmiş və barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, Qusar rayonu Gündüzqala kəndində yaşayan x9 onun qohumudur. Təxminən 11.02.2020ci il tarixdə saat 18 radələrində o, qardaşı Cavidə “sənin Ramiddinlə münasibətin yaxşıdır, mənim üçün ondan bir kibrit qutusu marixuana al” demiş, lakin ona həmin marixuananı Asimə satacağını deməmişdir. Bundan sonra onlar birlikdə Cavidin idarə etdiyi “VAZ 21061” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Gündüzqala kəndinə, Ramiddinin evinə getmişlər. O, Ramiddinin evinin qarşısında avtomobildə qalmış, Cavid isə həyətə daxil olub Ramiddinlə görüşüb ondan bir kibrit qutusu marixuana almış və müqabilində Ramiddinə 25 manat pul vermişdir. Bundan sonra, onlar birlikdə Qusar şəhərinə qayıtmışlar və yolda Cavid aldığı marixuananı ona vermişdir. 14.02.2020ci il tarixdə saat 17 radələrində o, qardaşı Cavidə, “bir tanışım var onunla bazarın yanında görüşəcəm, məni ora apar” demiş, onlar birlikdə sonuncunun idarə etdiyi avtomobillə bazarın yaxınlığında yerləşən “UCUZ MARKET”in qarşısına getmişlər. Orada Asim avtomobilə əyləşmiş, o, Ramiddindən aldıqları içərisində qurudulmuş marixuana olan kibrit qutusunu Asimə vermiş və sonuncu bunun müqabilində ona 70 manat pul vermişdir. Həmin vaxt qardaşı Cavid ona etiraz edərək narkotiki nə üçün satdığını demiş, o, isə həmin pulla avtomobilə yanacaq dolduracağını və ehtiyat hissələri alacağını bildirmişdir. Daha sonra yaxınlıqdakı “İskra” restoranının qarşısında Asim avtomobildən düşmüş və qardaşı ilə o, yaşadıqları evə getmişlər. Onlar yaşadıqları ünvana çatdıqdan sonra Cavid darvazanı açmaqdan ötrü avtomobildən düşmüş, bu zaman o, 70 manat pulu avtomobildə olan Cavidə məxsus pulqabına qoymuş, lakin Cavidin bundan xəbəri olmamışdır. Bundan sonra Cavid avtomobildə olan pulqabını, sənədləri özü ilə götürmüş, onlar evə daxil olmuşlar və o, yuyunmaq üçün hamama getmişdir. Bir az keçdikdən sonra Qusar rayon polis şöbəsinin əməkdaşları onların yaşadıqları ünvana gəlmiş və qardaşı Cavidlə birlikdə onu rayon polis şöbəsinə aparmışlar. Qusar RPŞ-də müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadıqları ünvana gedilmiş, orada baxış keçirilən zaman polis əməkdaşları ondan Asimdən aldığı 70 manat pulu tələb etmiş və bu zaman o, pulu Cavidin pulqabına qoyduğunu bildirərək təqdim etməsini bildirmiş, Cavid pulqabını təqdim etmiş və həmin pullar qablaşdırılaraq götürülmüşdür. Daha sonra Cavidin idarə etdiyi “VAZ 21061” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş, avtomobildən 2020-ci ilin əvvəllərində Cavidin Ramiddindən şəxsi istifadəsi üçün təmənnasız olaraq əldə etdiyi içərisində qurudulmuş marixuana olan 1 kibrit qutusu aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin faktla bağlı cinayət işi başlanılmış və o, istintaqa cəlb olunmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşaqlarının olduğunu göstərmiş və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqı zamanı onların səmimi etirafları ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ifadəsi, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 fevral 2020-ci il tarixdə əməliyyat yolu ilə Qusar rayonu Həsənqala kəndində yaşayan Təqsirləndirilən şəxs3 narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılmasından ötrü o, Qusar RPŞnin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, İTB-nin NQİBK-nin baş inspektoru polis mayoru Şahid3, PPXT-nın polis nəfərləri x16 və x20 ilə birlikdə, Qusar şəhər avtovağzalı yaxınlığında Təqsirləndirilən şəxs3 saxlayaraq RPŞ-nə gətirib üzərinə şəxsi axtarış keçirilməsindən ötrü TB-nə təhvil vermişlər. Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən bir kibrit qutusu qurudulmuş marixuana aşkar edilərək ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Sorğusual zamanı Təqsirləndirilən şəxs3, qeyd olunan narkotik vasitəni saxlanılmamışdan bir az əvvəl Qusar rayonu Balaqusar kənd sakini Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 21061” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun doğma qardaşı Təqsirləndirilən şəxs1 70 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra onlar Cavid və Təqsirləndirilən şəxs1ların yaşadıqları ünvana gedərək hər iki qardaşı Qusar RPŞ-nə aparmışlar. Onların üzərinə şəxsi axtarış keçirilsə də, üzərlərində qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 satdığı narkotik vasitəni rayonun Gündüzqala kəndində yaşayan qohumu x1 qardaşı Cavid tərəfindən 25 manata aldığını bildirmişdir. Bundan sonra onlar RPŞ-nin əməkdaşları Ayaz Əbilov və Elməddin Məhərrəmovla birlikdə Beybutov qardaşlarının yaşadıqları ünvana getmişlər, orada bu barədə Beybutovların ailə üzvlərinə bildirmiş və onların razılığı ilə yaşadıqları evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 satdığı narkotikin müqabilində aldığı 70 manat pulu Təqsirləndirilən şəxs2 xəbəri olmadan sonuncuya məxsus pul kisəsinə qoyduğunu bildirmiş və həmin pul kisəsinin içərisindən həmin pul onların tərəfindən aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Bundan başqa evdə qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 21061” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı həmin avtomobilin ön oturacaqlarının arasında yerləşən saxlanc yerində içərisində qurudulmuş marixuana olan bir kibrit qutusu aşkar olunaraq qablaşdırılmış və götürülmüşdür. Daha sonra isə həmin faktla bağlı cinayət işi başlanılmış və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istintaqa cəlb olunmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə analoji ifadə verərək onun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Qusar rayonu Gündüzqala kəndində yaşayan x4 təxminən 2 il olar ki, tanıyır. Tanışlıqlarının səbəbi isə x17 adlı qohumu olmuşdur. Cavidin bacısı Ramiddin Aslanovun vəfat etmiş qardaşı Hikmət Aslanovun arvadı olmuşdur. Təxminən iki il əvvəl o, Cavidlə birlikdə Qusar rayonun Gündüzqala kəndinə fındıq almaq üçün gəlmiş, həmin vaxt Cavid orada qohumunun olduğunu bildirərək onlarda nahar etməyi ona təklif etmiş və onlar Ramiddin Aslanovun yaşadığı ünvana getmişlər. O, Ramiddinlə tanış olduqdan bir müddət sonra sonuncu ilə Cavidin vasitəsi ilə bir daha görüşmüş və Ramiddin söhbət əsnasında ona narkotik vasitə olan marixuanadan istifadə etdiyini və əkdiyini bildirmişdir. O, da narkotikdən istifadə etdiyi üçün mütəmadi olaraq həmin vaxtdan Ramiddindən narkotik, yəni marixuana almışdır. O, hər dəfə Ramiddindən təxminən 200-300 qram marixuana almış və hər dəfə də ən azı 100-300 manat pul vermişdir. Hətta elə olub ki, Ramiddindən satmaq üçün fındıq almış və üstündə pay kimi sonuncu ona marixuana vermişdir. O, 2019-cu ilin təxminən oktyabr ayında Ramiddinin yanına gələrək fındıq almış, bu zaman sonuncudan marixuana da istəmiş və 100 manat pul vermiş, həmin vaxt, sonuncu ona selofan torbada təxminən 15-20 qram marixuana vermişdir. Bundan sonra o, Ramiddinin oğlu əsgərlikdən gələndə təxminən 2020-ci ilin yanvar ayında onlara gəlmişdir. Həmin vaxt Ramiddinlə birlikdə evin ikinci mərtəbəsində çörək yemiş və sonuncu ona bir çəkimlik marixuana vermiş, o, da çəkmişdir. Həmin vaxt Ramiddin evin həyətinə düşmüş və 3 litrlik şüşə balonda marixuananı ona göstərərək, həmin marixuananı 1400 manata satmaq istədiyini demiş, ancaq şüşə balonda nə qədər marixuana olduğunu ona deməmişdir. Şahid4 məhkəməyə 30.06.2020-ci il tarixli teleqram göndərərk istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərərək səhhəti ilə əlaqədar məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 14.02.2020-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarının surətindən görünür ki, “Rəşid”, “Cavid” və “Asim” adlı şəxslərin yaşadıqları ünvanını və şəxsiyyətlərini müəyyənləşdirmək məqsədi ilə ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin keçirilməsi, həmin şəxslərin şəxsiyyətləri müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 9-cu bəndini rəhbər tutaraq yaşadıqları ünvanların və gəldikləri yerlərin müşahidəsinin aparılması qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 12 fevral 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 21:52-dən 22:08-dək Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı x21 tərəfindən Müdafiəçi1, Qusar RPŞ-nin KTQ-nin inspektor-kriminalisti x3, Qusar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid1 və Qusar RPŞ-nin PPXT-nın polis nəfəri x12 iştirakları ilə Qusar RPŞ-nin TB-nın xidməti otağında Təqsirləndirilən şəxs3 şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə və ya saxlanılması qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli cins şalvarın qabaq sol cibindən 01 ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar, spesifik iyə malik yaşıl ot kütləsini, 02 ədəd müxtəlif açarları və qırmızı rəngli alışqanı, həmin şalvarın sağ cibindən “SAMSUNG” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkçənin üst sol çöl cibindən özünə aid şəxsiyyət vəsiqəsini və əlillik vəsiqəsini, qara rəngli şalvarının arxa sağ cibindən 3 manat pulu, şalvarın sol arxa cibindən boz rəngli cib dəsmalını, başında olan qara rəngli papağı, gödəkçənin çöl sağ cibindən telefona aid ağ rəngli qulaqcığı, gödəkçənin sol üst cibindən plastik kartları və 20 manat pulu, şalvarın qabaq sağ cibinin üstündə olan balaca cibdən 20 qəpik pulu təqdim etmiş və bundan sonra üzərinə şəxsi axtarış keçirildikdə başqa əşya aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 narkotik istifadəçisi olduğunu, üzərində aşkar edilmiş 1 kibrit qutusu qurudulmuş marixuananı 14.02.2020-ci il tarixdə axşam saatlarında Qusar şəhər bazarı yaxınlığında Qusar rayonu Balaqusar kənd sakini Təqsirləndirilən şəxs1 sonuncunun qardaşı Cavidin idarə etdiyi “VAZ 21061” markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində 70 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd kibrit qutusundakı narkotik vasitə olan marixuanaya oxşar, spesifik iyə malik yaşıl ot kütləsi ekspertizaya göndərilməsi üçün protokolda qeyd olunmuş şəxslərin iştirakları ilə zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in “zərflər üçün” 106 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı video və fotoçəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 14.02.2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 22:30-dan 22:42-dək Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı x21 tərəfindən Müdafiəçi2, Qusar RPŞ-nin KTQ-nin inspektor-kriminalisti x3, Qusar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid1 və Qusar RPŞ-nin PPXT-nın polis nəfəri x12 iştirakları ilə Qusar RPŞ-nin TB-nın xidməti otağında Təqsirləndirilən şəxs2 şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarış zamanı həmin şəxsin üzərindən heç bir narkotik vasitə və ya saxlanması qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 14.02.2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 23:05-dən 23:13-dək Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı x21 tərəfindən Müdafiəçi2, Qusar RPŞ-nin KTQ-nin inspektor-kriminalisti x3, Qusar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid1 və Qusar RPŞ-nin PPXT-nın polis nəfəri x12 iştirakları ilə Qusar RPŞ-nin TB-nın xidməti otağında Təqsirləndirilən şəxs1 şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarış zamanı həmin şəxsin üzərindən heç bir narkotik vasitə və ya saxlanması qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 Qusar rsyonu Həsənqala kəndində yaşayan Təqsirləndirilən şəxs3 tanıdığını və ona 14.02.2020-ci il tarixdə iki-üç gün əvvəl təxminən 12.02.2020-ci il tarixdə Qusar rayonu Gündüzqala kəndində yaşayan bibisinin əri x1 25 manata qardaşı x11 aldığı 1 ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuananı Qusar şəhərində Təqsirləndirilən şəxs3la görüşüb ona həmin narkotik vasitəni qardaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 21061” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə 70 manata satdığını bildirmişdir. İş materiallarında olan x10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 15.02.2020-ci il tarixli aərizələrindən görünür ki, həmin şəxslər Qusar RPŞ-nin Təhqiqat Bölməsində aparılan araşdırma materialı ilə bağlı yaşadıqları evə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 15.02.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 02:00-dan 03:05dək Qusar rayonu Balaqusar kəndində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qardaşlarının yaşadığı iki mərtəbəli yaşayış evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 məxsus pulqabıya baxış zamanı orada 10 (on) ədəd 10 (on) manatlığın və bir ədəd 20 (iyirmi) manatlığın olduğu aşkar edilmişdir. Həmin 10 (on) manatlıqların nömrələri aşağıdakı kimidir: B46066502, A245111305, B43710158, B11436438, B43952535, B24783398, A45650854. Həmin nömrəli 10 (on) manatlıqlar iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə salınaraq qablaşdırılmış və 106 nömrəli zərflər üçün möhürü ilə möhürlənmişdir. Bundan sonra həmin evə və həyətdə olan digər tikililərə baxış keçirilmiş, heç bir narkotik vasitə və s. aşkar edilməmişdir. Sonda “Vaz-2106” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş və həmin avtomaşının yaşadıqları evin həyətində olması müəyyən edilmişdir. Baxış zamanı həmin avtomaşının ön oturacaqlarının ortasında olan saxlanc yerindən 01 (bir) kibrit qutusunda spesifik iyə malik yaşıl rəngdə marixuanaya bənzər narkotik kütlə aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qoyularaq 106 nömrəli zərflər üçün olan möhürlə möhürlənərək baxış iştirakçılarının iştirakları ilə qablaşdırılmış və iş üçün əhəmiyyət kəsb etdiyindən foto və videoçəkilişlər aparılmışdır. Foto şəkillər “SONY” markalı fotoaparatla və video çəkiliş isə “Panasonic” markalı videoaparatla çəkilmişdir. Foto və video görüntülər iş üçün əhəmiyyət kəsb etdiyindən protokola əlavə edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 15 fevral 2020-ci il tarixli 4010 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “........x2 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qısa qol gödəkçənin çöl sol cibindən aşkar edilmiş” yazılar və imzalar olan zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi-5,313 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “..........x2 yaşadığı evin həyətində olan yarıtikiliyə baxış keçirilərkən........qara polietilen sellofana bükülmüş vəziyyətdə aşkar edilmiş 3 kq. şüşə balonda narkotik vasitəyə bənzər ot kütləsi aşkar edildi” yazılar və imzalar olan qara rəngli polietilen torbada 1 ədəd 3 kq-lıq şüşə balonda təmiz çəkisi-490,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “..........x5 məxsus evin 2-ci mərtəbəsinin yataq otağında pəncərənin qarşısında dəmir vedrəyə əkilmiş iki ədəd narkotik təbiətli bitkiyə bənzər bitkilər” yazılar və imza olan ağ rəngli sintetik torbada dəmir vedrədə 2 ədəd bitki cücərtisi narkotik təbiətli bitkilərə aid deyil. Tədqiqata təqdim olunmuş üzərində “........Təqsirləndirilən şəxs3 üzərinə axtarış keçirilərkən əynində olan qara şalvarın qabaq sol cibində aşkar edilmiş.......” yazılar və imzalar olan zərfi açdıqda 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-5,647 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “........Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2106 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacaqlarının ortasında yerləşən saxlanc yerindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan narkotik vasitəyə bənzər” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-5,132 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. x2 üzərindən, yaşadığı evin həyətində olan yarımtikilidən, Təqsirləndirilən şəxs3 üzərindən və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuanaların təmiz çəkiləri-5,313 qram(1№li ob); 490,0 qram (2№li ob); 5,647 qram (4№li ob); 5,132 qram (5№li ob), tədqiqata sərf olundu-hər obyektdən 0,02 qram, qalıqlar 5,293 qram; 489,98 qram;5,627 qram;5,112 qram. İş materiallarında olan MəhkəməEkspertizasıMərkəzinin 15 fevral 2020ciiltarixli4010 saylıməktubundan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 05 mart 2020-ci il tarixli 642 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 ÇƏTƏNƏ bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 05 mart 2020-ci il tarixli 646 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 ÇƏTƏNƏ bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 12 mart 2020-ci il tarixli 740 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 ÇƏTƏNƏ bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs3 İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş məhkəməpsixiatrik ekspertizasının 06.03.2020-ci il tarixli 479 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş məhkəməpsixiatrik ekspertizasının 06.03.2020-ci il tarixli 480 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 16 fevral 2020-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 5,627 qram narkotik vasitə olan qurudulmuş marixuana, x2 üzərindən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertrizadan sonra qalıq qalmış 5,293 qram, Təqsirləndirilən şəxs2 məxsus avtomobildən aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 5,112 qram və x2 yaşadığı evin həyətindəki talvarın altından aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 489,98 qram narkotik vasitə olan qurudulmuş marixuanalar maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 18 fevral 2020-ci il tarixli “pulun saxlanılmasından ötrü banka təhvil verilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd zərfdə qablaşdırılmış 70 manat məbləğində milli valyutada pul əskinaslarının istintaq tamamlanana qədər saxlanmasından ötrü Azərbaycan Respublikası Mərkəzi Bankının Quba filialına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 14 fevral 2020-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 21:44-də, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 22:20-də, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 16 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad edilmişdir. Həmin qərar həmin tarixdə saat 17:50-də Təqsirləndirilən şəxs3 elan edilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin 16 fevral 2020-ci il tarixli 4(029)-3/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin 08.05.2020-ci il tarixli 4(029)-14/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “həbs” qətimkan tədbiri əvəz edilərək barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Qusar rayon məhkəməsinin 16 fevral 2020-ci il tarixli 4(029)-2/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 10 may 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünürki, x5 Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuş və barəsində Qusar rayon məhkəməsi tərəfindən 4 ay müddətinə seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığından qüvvəsində saxlanılmışdır. Şahid4 barəsində Azərbaycan Respublikasının CM-nin 234.1 və 307.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində müstəqil icraata ********* nömrəli cinayət işi ayrılması və istintaqı davam etdirilməsi, cinayət işinin Ramiddin Aslanov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 11 may 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünürki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 194.1, 234.2 və 307.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 506,012 qram marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd zərfdə qablaşdırılmış 70 manat məbləğində milli valyutada pul əskinasının istintaq tamamlanana qədər saxlanılmasından ötrü Azərbaycan Respublikası Mərkəzi Bankının Quba filialına təhvil verilməsi nəzərə alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 qohumu x1 25 manata aldığı bir kibrit qutusu qurudulmuş marixuananı doğma qardaşı Təqsirləndirilən şəxs1 əsl niyyətini bilmədən ona vermiş, sonuncu isə həmin narkotik vasitəni Təqsirləndirilən şəxs3 satmışdır. Buna görə də göstərilən xüsusat üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibi başlanıla bilməz. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 21061” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 5,132 qram narkotik vasitə olan qurudulmuş marixuananı sonuncu 2020-ci ilin fevral ayının əvvəllərində qohumu x1 şəxsi istehlakı üçün pulsuz almış və idarə etdiyi avtomobildə saxlamışdır. Buradan da göründüyü kimi Ramiddin Aslanov həmin narkotik vasitəni qohumu Təqsirləndirilən şəxs2 təmənnasız vermiş və sonuncu da bunun müqabilində ona pul verməmişdir. Təqsirləndirilən şəxs2 da həmin narkotik vasitəni şəxsi istehlakı üçün idarə etdiyi avtomobildə saxlamış və heç kimə satmamışdır. Buna görə də həmin xüsusat üzrə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 22.02.2020-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Qusar rayon İHB-nın Əniq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.04.2020-ci il tarixli 145 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi arvadı x8, oğulları Adəm Əmirovdan və Abdullah Əmirovdan ibarətdir. İş materiallarında olan AZ-İİ 689248 və AZ-İİİ 033976 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 23.05.2011-ci il təvəllüdlü Abdullah və 15.08.2012-ci il təvəllüdlü Adəm adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Əniq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.04.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və x15 Nazirliyi 38 saylı TSEK tərəfindən verilmiş 25.0.92014-cü il tarixli 17/576 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 “hərbi xidmət vəzifələrini yerinə yetirərkən sol saidin dəlib-keçən güllə yaralanması nəticəsində dirsək sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, sol mil və dirsək sümüklərinin yuxarı 1/3-nin sinasiozu, sol dirsək oynağının kontraktuzası” diaqnozu ilə 2-ci qrup əlillik təyin edilmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.04.2020-ci il tarixli 453 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi arvadı x6 və 2018-ci il təvəllüdlü oğlu Ravid Beybutovdan ibarətdir. İş materiallarında olan AZ-İV 195148 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 27.11.2018-ci il təvəllüdlü Ravid adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.04.2020-ci il tarixli 452 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi arvadı x7, 2015-ci il təvəllüdlü oğlu Nihat Beybutovdan və 2017-ci il təvəllüdlü qızı Zəhranur Beybutovdan ibarətdir. İş materiallarında olan AZ-İİİ 493752 və AZ-İV 002255 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 21.01.2015-ci il təvəllüdlü Nihat və 10.08.2017-ci il təvəllüdlü Zəhranur adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 həqiqətən də, 14.02.2020-ci il tarixdə saat 20 radələrində Qusar şəhər avtovağzalının yaxınlığında yerləşən “UCUZ MARKET”in yanında Qusar rayonu Balaqusar kənd sakini Təqsirləndirilən şəxs1, sonuncunun qardaşı Təqsirləndirilən şəxs2 məxsus “VAZ 21061” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilində 01 ədəd kibrit qutusunda olan 5,647 qram narkotik vasitə olan qurudulmuş marixuananı 70 manat müqabilində şəxsi istifadəsi məqsədilə qanunsuz olaraq əldə etməsi və üzərində saxlaması, bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 11.02.2020-ci il tarixdə saat 18 radələrində doğma qardaşı Təqsirləndirilən şəxs1 xahişi ilə sonuncunun əsl niyyətini bilmədən, özünün idarə etdiyi “VAZ 21061” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu Gündüzqala kəndində yaşayan bibisinin əri x2 yaşadığı ünvana gedərək, orada sonuncudan 01 ədəd kibrit qutusunda 5,647 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 25 manata qanunsuz olaraq əldə edərək 11 fevral 2020-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1 verməsi və avtomobilində daşıması, keçirilmiş istintaqəməliyyat tədbirləri çərçivəsində evin həyətində saxladığı ona məxsus “VAZ 21061” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 15 fevral 2020-ci il tarixdə saat 02:00-da baxış keçirilən zaman isə avtomobilin qabaq oturacaqlarının arasında olan qutunun içərisindən 2020-ci ilin fevral ayının əvvəllərində Ramiddin Aslanovdan şəxsi isehlakı üçün təmənnasız satış məqsədi olmadan əldə etdiyi və saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,132 qram olan narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs3 xahişi ilə 11.02.2020-ci il tarixdə saat 18 radələrində doğma qardaşı Təqsirləndirilən şəxs2 vasitəsi ilə sonuncuya niyyətini bildirmədən, Qusar rayonu Gündüzqala kəndində yaşayan bibisinin əri x1 01 ədəd kibrit qutusunda 5,647 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədilə 25 manata əldə edərək saxlaması və Təqsirləndirilən şəxs2 avtomobilində daşıması, daha sonra isə qanunsuz olaraq satış məqsədilə əldə etdiyi və saxladığı həmin 01 ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuananı 14.02.2020-ci il tarixdə saat 20 radələrində Qusar şəhər bazarının ərazisində yerləşən “UCUZ MARKET”in yanında Təqsirləndirilən şəxs3 70 manat müqabilində qanunsuz olaraq satması, bununla da, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli isə CM-nin 243.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, 2-ci qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngüllədirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 14 fevral 2020-ci il tarixdən 16 fevral 2020-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngüllədirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun 14fevral 2020-ciil tarixdən 08 may 2020-ci il tarixədək 02 (iki) ay 24 (iyirmi dörd) gün həbsdə saxlanmamüddəti və 08 may 2020-ci il tarixdən 30 iyun 2020-cu il tarixədək 01 (bir) ay 22 (iyirmi iki) gün “ev dustaqlığında” saxlandığı müddət, cəmi 04 (dörd) ay 16 (on altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 09 (doqquz) ay 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda onlar və ailələri məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətlərinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərlərinə yaşadıqları evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1na cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngüllədirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-cimaddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görəilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beşildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğu təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi olsa da, həmin şəxs 2-ci qrup əlil olduğundan narkomaniyadan məcburi müalicə təyin edilməsi mümkün deyildir və ona görə də, həmin şəxs yalnız ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0, 132.0.1-ci maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm, cinayət prosesini həyata keçirən orqan isə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxararkən aşağıdakı qaydalara riayət edilməlidir: məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.1, 99-1.1.1-99-1.1.4-cü maddələrinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,112 qram və Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,627 qram narkotik vasitə olan qurudulmuş marixuanalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının 18 fevral 2020-ci il tarixli qərarı ilə saxlanmasından ötrü Azərbaycan Respublikası Mərkəzi Bankının Quba filialına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 məxsus pulqabıdan götürülmüş 1 ədəd zərfdə qablaşdırılmış 70 manat məbləğində milli valyutada pul əskinasları cinayətin predmeti olduğundan və cinayət yolu ilə əldə olunduğundan məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cümaddəsinəəsasənTəqsirləndirilən şəxs3 hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 14 fevral 2020-ci iltarixdən 16 fevral 2020-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Qusar rayonu Həsənqala kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 14 fevral 2020-ciil tarixdən 08 may 2020-ci il tarixədək 02 (iki) ay 24 (iyirmi dörd) gün həbsdə saxlanmamüddəti və 08 may 2020-ci il tarixdən 30 iyun 2020-cu il tarixədək 01 (bir) ay 22 (iyirmi iki) gün “ev dustaqlığında” saxlandığı müddət, cəmi 04 (dörd) ay 16 (on altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 09 (doqquz) ay 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Qusar rayonu Balaqusar kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəsinin icrasına nəzarət edilməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilsin. HökmünicrasıTəqsirləndirilən şəxs2yaşayışyeriüzrə probasiya nəzarətini həyata keçirən icraməmurlarınahəvaləedilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan-yəni 14 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,112 qram və Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,627 qram narkotik vasitə olan qurudulmuş marixuanalar məhv edilsin. İbtidai istintaq orqanının 18 fevral 2020-ci il tarixli qərarı ilə saxlanmasından ötrü Azərbaycan Respublikası Mərkəzi Bankının Quba filialına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 məxsus pulqabıdan götürülmüş 70 manat məbləğində milli valyutada pul əskinasları cinayətin predmeti olduğundan və cinayət yolu ilə əldə olunduğundan məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar