Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-49/2021 31.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, N-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.N987-ci ildə Qusar rayonu Qalacıq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, 22 mart 202N-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 mart 202N-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 28 aprel 202N-ci il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuş, 29 aprel 202N-ci il tarixdə Qusar rayon Məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin N80.2.4 və N85.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin N80.2.4 və N85.2.2-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, N6.02.202N-ci il tarixdə, saat N5:30 radələrində Quba rayonu Aşağı-Atuc kəndində yerləşən hərbi hissənin yaxınlığındakı kafedə yemək yeyib spirtli içki qəbul etdikdən sonra həmin hərbi hissənin qarşısında Zərərçəkmiş şəxsN məxsus “Vaz-2N070” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəzarətsiz qaldığını görüb avtomobilin qabaq sol qapısının şüşəsini yumruqla sındırmaqla qapısını açmış və avtomobilin üzərində olan açarla avtomobili işə salıb idarə edərək, talama məqsədi olmadan ələ keçirib qaçırdıqdan sonra Xaçmaz şəhərinə getmiş, Xaçmaz şəhəri ərazisində avtomobili yüksək sürətlə hərəkət etdirərək idarəetməni itirib yol nəqliyyat hadisəsi törədərək zərərçəkmişə 324 (üç yüz iyirmi dörd) manat maddi zərər vurmuşdur. Bundan sonra o, təkrarən 2N.03.202N-ci il tarixdə saat N3 radələrində Qusar rayonu Qalacıq və Şirvanlı kəndlərində spirtli içki qəbul edib, piyada Qusar rayonu Aşağı İmamqulukənd kəndinə gələrək həmin kənddə yaşayan Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2N099” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəzarətsiz qaldığını görüb avtomobilin qabaq sol qapısını açmış və avtomobilin üzərində olan açarla avtomobili işə salıb idarə edərək, talama məqsədi olmadan ələ keçirib qaçırdıqdan sonra Quba rayonu Aşağı Atuc kəndinə getmək üçün yola düşmüş, Qusar rayonu Hil oba kəndinin ərazisində avtomobili yüksək sürətlə hərəkət etdirərək idarəetməni itirib yol nəqliyyat hadisəsi törədərək zərər çəkmiş şəxsə 445 manat maddi ziyan vuraraq, avtomobili Qusar rayonu Qalacıq kəndinin ərazisində saxlayaraq hadisə yerindən qaçıb getmişdir. Bundan başqa o, 27 aprel 202N-ci il tarixdə gecə saat 03 radələrində sərxoş vəziyyətdə, Qusar rayonu Balaqusar kənd sakini Zərərçəkmiş şəxs3 məxsus “Ford Tranzit” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncuya məxsus soğan məhsulunu boşaldan fəhlə, Qusar rayonu Urva kənd sakini Zərərçəkmiş şəxs2 yumruq zərbələri ilə vurub, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 “alnın sol tərəfinin tüklü hissəsinin şişkinliyi” ilə ifadə olunan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə cəmi dəyəri 25,60 manat olan N kisədə 32 kq soğan məhsulunu açıq talayıb insanın həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunculuq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, o, Azərbaycan Respublikasının CM-nin N85.2.2-ci maddəsi ilə-yəni maşın qaçırmada özünü təqsirli bilir, CM-nin N80.2.4-cü maddəsi ilə-yəni soyğunçuluqda isə özünü təqsirli bilmir. O, N6 fevral 202N-ci il tarixdə Quba rayonu Aşağı- Atuc kəndində yerləşən hərbi hissənin yaxınlığındakı kafedə yeyib içmiş və sərxoş olmuşdur. Bundan sonra o, hərbi hissənin qarşısında olan VAZ-2N070 markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının şüşəsini yumruqla vurub sındırmış və qapısını açıb avtomobili işə salıb qaçırmışdır. Sonradan həmin avtomobili idarə edərkən idarəetməni itirmiş və Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, o, 2N mart 202N-ci il tarixdə Qusar rayonu Aşağı İmamqulukənd kəndinə gəlmiş, orada nəzarətsiz olan VAZ-2N099 markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını özbaşına açmış və həmin avtomobili də qaçırmış, həmin avtomobili idarə edərkən şaravoyu sınmış və idarəetməni itirərək başqa bir maşını arxadan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Lakin, o, soyğunçuluq etməmişdir. Zərər çəkmiş şəxslərə dəymiş ziyanı da ödəyəcəkdir. O, soğanın olduğu yük maşınında yatıb qalmışdır. Soğanı soyğunçuluqla ələ keçirməmişdir. Ədaləti yumruqla vurmasını da tam olaraq xatırlamır, həmin vaxt sərxoş olmuşdur. Törətdiyi əmələ görə peşmandır və ona görə də, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisi Tofik Əliyarovun iştirakı ilə verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikasının CM-nin N80.2.4 və N85.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Qusar rayonu Qalacıq kəndində yerləşən dükanların birindən 0,7 litrlik araq alıb, yol kənarında bir ədəd alma ilə arağı tək başına içmiş və daha sonra da, Quba rayonu istiqamətində hərəkət edən tanımadığı yol avtomobillərindən biri ilə Quba rayonu Aşağı Atuc kəndindəki hərbi hissənin qarşısında yerləşən kafeyə yemək yeməyə getmişdir. Həmin vaxt, kafedə yarım saata yaxın əyləşib salatla N50 qram araq içib, pulu verib kafedən çıxaraq hərbi hissənin qarşısında, yolun kafe tərəfində dayanmış avtombillərə yaxınlaşmışdır. Həmin vaxt sərxoş olduğundan avtomobil sürmək həvəsinə gələrək, hərbi hissənini qarşısında dayanmış avtomobillərdən birini götürüb, sürmək qərarına gəlmişdir. Həmin gün saat N5:30 radələrində, Quba rayon sakini Surətə məxsus VAZ-2N07 markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı ağ rəngli bir avtomobilin salonuna baxan zaman, avtomobilin işə salma açarının üzərində olmasını, lakin qapısının bağlı olduğunu görüb yumruq zərbəsi ilə həmin avtomobilin qabaq sol qapısının şüşəsini, yəni sürücü tərəfdən olan hissənin pəncərəsini sındırıb qapını açaraq, avtomobilə əyləşib avtomobili işə salmışdır. Bundan sonra həmin avtomobillə asfalt yolla Qusar rayonu istiqamətində sürərək, Qusar rayonu Kuzun-Qışlaq kəndi ərazisindən bağ yoluna döndərib Xaçmaz rayonunun Hacıəlibəy kəndinə çıxıb, oradan da, Xaçmaz-Quba asfalt avtomobil yolu ilə Xaçmaz rayonuna getmişdir. Daha sonra, Xaçmaz şəhəri ərazisinə daxil olub Xudat şəhəri istiqamətində sərxoş vəziyyətdə avtomobillə hərəkət edərkən Xaçmaz şəhəri ərazisində Rəhmanın idarə etdiyi “VAZ-2N2N-Niva markalı” 99- 0N-7N7 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsi zaman xəsarət alan hər hansı şəxs olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə gəlmiş Xaçmaz RPŞ-nin DYPB-nin əməkdaşları müvafiq sənədləşmə işləri aparmışlar. Həmin vaxt o, polis əməkdaşlara yalandan qaçırdığı “VAZ-2N07” markalı, **- TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun dostuna məxsus olduğunu bildirərək, sürmək üçün qeyd olunan avtomobili götürdüyünü bildirmiş, buna baxmayaraq Xaçmaz RPŞ-nin əməkdaşları baş vermiş hadisə ilə bağlı aidiyyatı üzrə Quba RPŞ-nə məlumat vermişlər. Bundan başqa 2N.03.202N-ci il tarixdə saat N2 radələrində, Qusar rayonu, Qalacıq kəndində yerləşən mağazada tək başına araq və pivə içmiş, daha sonra isə əsas yola çıxaraq, tanımadığı yol maşını ilə Qusar rayonu, Şirvanlı kəndinə getmişdir. Bundan sonra, bir müddət Qusar rayonu Şirvanlı kəndinin ərazisində gəzişib, kəndin ərazisində yerləşən mağazaların birində araq alıb içdikdən sonra piyada Qusar rayonu İmamqulukənd-oba kəndinə getmişdir. Həmin vaxt o, sərxoş vəziyyətdə Quba rayonu Aşağı Atuc kəndinə getmək qərarına gələrək, özü üçün maşın axtarmağa başlamışdır. 2N mart 202N-ci il tarixdə saat N3 radələrində o, Qusar rayonu İmamqulukənd oba kəndinin ərazisində yolun yaxınlığında olan həyət evin qarşısında Gülzara məxsus “VAZ 2N099” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq, ətrafda heç kimin olmadığını, həmçinin avtomobilin qapıları açıq olmaqla açarların üstündə olduğunu görüb avtomobili işə salaraq Quba rayonu Aşağı Atuc kəndinə getmək üçün yola düşmüşdür. Bundan sonra, “VAZ 2N099” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş vəziyyətdə Qusar rayonu Hil oba kəndin ərazisində yüksək sürətlə hərəkədə olan zaman qəfildən idarəetməni itirib yol nəqliyyat hadisəsi törətmiş və avtomobili Qusar rayonu Qalacıq kəndinin ərazisində yerləşən “Şimal” kafesinin yaxınlığında saxlayaraq, tanımadığı yol maşını ilə Quba rayonu Aşağı Atuc kəndinə getmişdir. Həmin gün axşam radələrində Quba rayonu Aşağı Atuc kəndində yerləşən hərbi hissənin qarşısında dayanmış avtomobillərin şüşələrini daş parçası ilə sındırmışdır. Bundan sonra o, Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Qusar RPŞ-nə təhvil verilmişdir. Bundan sonra 26.04.202N-ci il tarixdə səhər radələrində o, qardaşı Azərə məxsus bağ sahəsində spirtli içki qəbul etmiş, lakin gün ərzində yenidən içmək istədiyi üçün həmin gün saat N7 radələrində Qusar şəhərinə gələrək, bir neçə kafedə spirtli içki qəbul edərək, sərxoş olmuşdur. Bundan sonra evə getmək istəmiş, lakin kəndə qayıtmaq üçün yol maşınını tapa bilməmişdir. 27 aprel 202N-ci il tarixdə gecə saat 02 radələrində o, Qusar şəhər bazarının ərazisinə daxil olaraq özünə yatmaq üçün yer axtarmağa başlamışdır. Həmin vaxt bazarın ərazisində yerləşən “Sudur” kafesinin giriş qapısının nəfəslik pəncərəsini sındıraraq, içəri daxil olmuş, lakin kafedə yatmaq üçün şərait olmadığını görüb, kafedən çıxıb özünə yatmağa yer axtarmağa davam etmişdir. Bundan sonra gecə saat 03 radələrində o, sərxoş vəziyyətdə, Qusar rayonu Balaqusar kənd sakini Nurlana məxsus “Ford Tranzit” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncuya məxsus soğan məhsulunu boşaldan fəhlə, Qusar rayonu Urva kənd sakini Ədalətə yaxınlaşaraq, özünü DTX əməkdaşı kimi təqdim edərək ondan 2 manat yol pulu istəmiş, Ədalət də ona könüllü olaraq 2 manat pul vermişdir. Bundan sonra o, Ədalətdən N kisə soğan istəmiş, lakin sonuncu ona 2 kq soğan verə biləcəyini bildirmişdir. Həmin vaxt o, təkrar Ədalətdən Nkisə soğan istəmiş, sonuncu isə soğanların ona məxsus olmadığını bildirərək razı olmamışdır. Bundan sonra o, əsəbləşərək Ədalətin üstünə gələrək, yumruq zərbələri ilə vurub, onun icazəsi və razılığı olmadan Balaqusar kənd sakini Nurlana məxsus “Ford Tranzit” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncuya məxsus N kisə soğanı apararaq bazarın girişində yerləşən “Mars” mağazasının yanında səhər götürmək üçün qaranlıq yerdə gizlədib, təkrar “Ford Tranzit” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına geri qayıtmışdır. Həmin vaxt ətrafda heç kimin olmadığını görüb, “Ford Tranzit” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilə daxil olaraq orada yatmışdır. Bundan sonra Ədalət Qusar şəhər bazarında xidmətdə olan polis əməkdaşlarına yaxınlaşaraq, baş vermiş hadisə ilə bağlı məlumat verərək, onlara hadisə yerini göstərmişdir. Həmin vaxt polis əməkdaşları ətrafı yoxlayan zaman onu “Ford Tranzit” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobildə yatdığını görüb, Qusar RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun qismən etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadəsi düzdür. O, 20 ildir ki, arabaçı kimi Qusar şəhər bazarında fəhləlik edir. 27 aprel 202N-ci il tarixdə gecə saat 03 radələrində o, Qusar şəhər bazarında yük avtomobilindən soğan boşaldan zaman sonradan tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu, yoxlama aparacağını bildirmiş, daha sonra ondan 5 manat pul və bir kisə soğan istəmişdir. O, Ramana könüllü olaraq 2 manat pul vermiş, həmçinin bildirmişdir ki, qoy soğanın sahibi gəlsin, sonra soğanı verər. Raman isə yumruqla onun başına vurmuş və bir kisə soğanı çiyninə qoyub oradakı kafeyə tərəf aparmışdır. Bundan sonra o, orada xidmət edən polisləri çağırmış, onlar gəlmişlər və kafenin şüşəsinin sındırıldığını da demişlər. Hadisədən sonra Raman onunla maraqlanmamış, xəsarətlə bağlı ona dəymiş ziyanı aradan qaldırılmamışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur, onun barəsində hansı cəzanın təyin edilməsi məsələsini məhkəmənin öz mülahizəsinə buraxır və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə 09.06.202N-ci il tarixli ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyanı ödənilmişdir. Həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 27 aprel 202Nci il tarixdə gecə saatlarında Qusar şəhəri bazar ərazisində xidmətdə olmuşdur. Xidmətdə olarkən sonradan tanıdığı Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq tanımadığı bir nəfər şəxsin özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etdiyini, ondan 2 manat pul aldığını, yumruqla başına vurub bir kisə soğanı zorla alıb apardığını bildirmişdir. Bir kisə soğanı “Mars” kafesinin qarşısında aşkar etmişlər, lakin əvvəlcə Ədalətin dediyi şəxsi tapa bilməmişlər. Bundan sonra həmin şəxsi avtomobildə yatan vəziyyətdə aşkar etmişlər, həmin şəxs sərxoş vəziyyətdə olmuş və onu Qusar RPŞ-nə aparmışlar. Sonradan məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, Ədalətdən 2 manat pul almış, onu yumruqla vurmuş, soğanı isə özbaşına aparmışdır. Həmin vaxt Ramana heç bir təsir və təzyiq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qaçırdığı VAZ-2N07 markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobil onun oğlunun adınadır, lakin avtomobil faktiki olaraq ona məxsusdur. Təqsirləndirilən şəxs həmin avtomobilin qabaq sol qapısının şüşəsini sındırıb qaçırmış, daha sonra Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə isə ona maddi ziyan dəymişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ona məxsus avtomobili idarə edərkən Xaçmaz rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna və başqa bir maşını vurduğuna görə 800 manat məbləğində cərimə olunmuş, həmin cərimə hazırda elektron sistemdə avtomobilin üzərindədir. Cəriməyə görə o, avtomobili idarə edə və özgəninkiləşdirə bilmir. Avtomobil hazırda ondadır, Raman avtomobilə vurduğu ziyanı və həmin cəriməni ödəmir. Ona görə Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsN ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun heç kəslə düşmənçilik və ədavəti olmamışdır. 20N9-cu ilin fevral ayında Quba şəhər sakini Rəşiddən 4500 manat müqabilində “Vaz 2N070” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, lakin avtomobili öz adına rəsmləşdirməmişdir. N6 fevral 202N-ci il tarixdə saat 08 radələrində işlədiyi Quba rayonu Aşağı Atuc kəndindəki hərbi hissəyə gəlmiş və axşam saat N9 radələrində Rəşid ona zəng edib, Xaçmaz rayonunun ərazisində baş vermiş hadisə ilə bağlı marağlanmış, lakin o, Rəşidə heç bir məlumatı olmadığını demişdir. Həmin vaxt Rəşid ona Xaçmaz RPŞ-nin Azər adlı əməkdaşa zəng edib, adında olan “Vaz 2N070” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Xaçmaz rayonunun ərazisində yolnəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Bundan sonra Xaçmaz RPŞ-nə zəng edərək, ona məxsus “Vaz 2N070” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin, şöbənin inzibati binasının həyətində olan cərimə meydançasında olduğunu öyrənib, işdən çıxan kimi Xaçmaz RPŞ-nə müraciət etmişdir. Həmin vaxt ona məlum oldu ki, Qusar rayon sakini Raman ona məxsus “Vaz 2N070” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili hərbi hissənin yanından qaçırıb, avtomobili sərxoş vəziyyətdə Xaçmaz rayonunun ərazisində idarə etmiş və nəticədə yol nəqliyyat hadisəsi törədərək ona 324 manat maddi ziyan vurmuşdur. Bundan sonra o, Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsN məhkəməyə 30.08.202N-ci il tarixli ərizə göndərərək göstərmişdiur ki, Təqsirləndirilən şəxs tərəfindən onun avtomobilinə dəymiş maddi ziyan ödənilmişdir. Onun barəsində həbs cəzasının təyin edilməsini xahiş edir. Bundan başqa, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Ona görə də, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun heç kəslə düşmənçilik və ədavəti olmamışdır. 26.04.202N-ci il tarixdə o, özünə məxsus **-GV-*** dövlət qeydiyyat nişanlı, Ford tranzit markalı yük maşını ilə Bakı şəhəri ərazisində yerləşən meyvəli ticarət mərkəzindən soğan alaraq satmaq məqsədi ilə Qusar şəhər bazarına gətirərək, avtomobili bazarın ərazisinə sürüb avtomobildə olan soğanları boşaltmağı Ədalətə tapşırıb, çıxıb öz evinə getmişdir. Bundan sonra gecə saat təxminən 03-04 radələrində Ədalət ona zəng edib, Raman adlı şəxsin onu döyüb, onun icazəsi olmadan N kisə soğan götürərək uzaqlaşdığını və bu barədə polis əməkdaşlarına məlumat vərəcəyini bildirmişdir. 27 aprel 202N-ci il tarixdə Qusar RPŞ-də ona məlum olmuşdur ki, gecə radələrində Ədalətin üstünə hücum edib, N kisə soğanı aparmış şəxs əvəllər dəfələrlə məhkum olunmuş Ramandır, budan başqa sonuncu həmin gecə bazarın ərazisində yerləşən “Sudur” kafesinin şüşəsini sındırmışdır. Həmin gün o, Raman barəsində ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə 22.06.202N-ci il tarixli ərizə göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyanı ödənilmişdir. Həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar məhkəmə iclasına gələ bilmir və ona görə də, işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun heç kəslə düşmənçilik və ədavəti olmamışdır. 24.09.2020-ci il tarixdə Xaçmaz maşın bazarından Sadıqdan “VAZ 2N099” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili 6800 manata satın almışdır. 2N mart 202N-ci il tarixdə saat N2:50-də əri İbrahimlə birlikdə Qusar rayonu Quxur-oba kəndindən İmamqulukənd-oba kəndinə qayıtmış, sonuncu “VAZ 2N099” minik markalı avtomobili darvazanın qarşısında qapılarını açıq, açarları isə avtomobilin üzərində saxlayaraq onunla birlikdə evə getmiş və başları ev işlərinə qarışmışdır. Həmin gün saat N4:N5-də İbrahim küçəyə çıxdıqdan sonra tələsik onun yanına qayıdaraq “VAZ 2N099” minik markalı avtomobilin evin qarşısında olmadığını bildirmiş, o da dərhal küçəyə çıxıb avtomobilin olmadığını görüb, dərhal DİN-nin N02 xidmətinə zəng edərək, baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Qusar rayonu Qalacıq kənd sakini Raman ona məxsus “VAZ 2N099” minik markalı avtomobili qaçırıb, sərxoş vəziyyətdə avtomobili idarə edərək, Qusar rayonu Hil-oba kəndinin ərazisində yol-nəqliyyat hadisəsi törədib, avtomobili yolun kənarına atıb qaçmış və ona 445 manat maddi ziyan vurmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəməyə 0N.06.202N-ci il tarixli ərizə göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam olaraq aradan qaldırılmaqla ziyanı ödənilmişdir. Həmin şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona görə də, həmin şəxsin barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, xəstə olmağı və cərrahi əməliyyat olunması zərurəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmir və ona görə də, işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmş ŞahidN Müslüm oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid3 məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxsN ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında oilan N6 fevral 202N-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası N.700 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan 2N.03.202N-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 2.0N8 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan 27.04.202N-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 2.375 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) 27.04.202N-ci il tarixli, N60 saylı ekspert rəyindən görünür ki, N974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində aşkar edilmiş xəsarət – alnın sol tərəfinin tüklü hissəsinin şişkinliyi küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 27.04.202N-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05.03.202N-ci il tarixli 9/NNNN saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 20.02.202N-ci il tarixli ziyan aktı məlumatlarına əsasən 2005-ci il buraxılışlı, VAZ-2N070 markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 324,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti- 84,00 manat; təmir-bərpa işlərinin qiyməti-240,00 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05.03.202N-ci il tarixli 9/NNNN saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar VAZ Kooperativi tərəfindən verilmiş 24.03.202N-ci il tarixli rəydən görünür ki, Qusar RPŞ-nin 22.03.202N-ci il tarixli N49-5787-N22N52 saylı məktubuna əsasən bildirilmişdir ki, həmin kooperativin mütəxəssisləri tərəfindən Qusar RPŞ-nin duracağında yerləşdirilmiş “VAZ 2N099” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sol qanadının, iç və çöl qranatlarının, qabaq amortizatorunun tam sıradan çıxması, qabaq ekranın təmirə ehtiyac olması aşkar olunmuşdur. Respublikanın pərakəndə satış bazarlarında qabaq qanadın qiyməti 55 manat, iç və çöl qranatlar (2 ədəd)-65 manat, qabaq amortizator 55 manat civarındadır. Bundan başqa, avtomobilin təmirinə tələb olunan usta haqları aşağıdakı kimidir: Qabaq ekranın təmirinə və dəmirçi işinə tələb olunan usta haqqı N20 manat, avtoçilingər 70 manat, rəngsaz 80 manat. Beləliklə, “VAZ 2N099” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobilə dəymiş maddi ziyan 445 manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş "xxxx" MMC-nin 27.04.202N-ci il tarixli arayışından görünür ki, 202N-ci ilin aprel ayında N kq. soğanın orta bazar qiyməti 0,80 manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 28 aprel 202N-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun vəkili Tofik Əliyarovun iştirakı ilə üzləşdirmə keçirlimiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 yumruqla N-2 dəfə onun başına vurmasını, onun icazəsi və razılığı olmadan bir kisə soğanı onun gözünün qabağında “Ford” markalı **- GV-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürərək apardığını Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu isə həmin halları etiraf etmişdir. İş materiallarında olan 22 mart 202N-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat N9:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 24 mart 202N-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saat N8:25-də tutulmadan azad edilmişdir. İş materiallarında olan 28 aprel 202N-ci il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat N0:30-da tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 29 aprel 202N-ci il tarixli 4(029)- N6/22N saylı qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan AE N 059023 saylı 08.04.202N-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, VAZ-2N099 minik markalı 50CN482 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 25 mart 202N-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2N099” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və gündəlik tələbatda istifadə olunduğu üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarılmışdır. İş materilarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs4 “VAZ 2N099” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 28 aprel 202N-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs3 məxsus N kisədə 32 kq. soğan məhsulu iş üzrə maddi sübut kimi tanınmış və gündəlik tələbatda istifadə olunduğu üçün həmin şəxsə qaytarılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 oğlu özünə məxsus ümumi çəkisi 32 kq. olan N kisə soğanı təhvil almışdır. İş materiallarında olan ibtidai istintaq orqanının N4 may 202N-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin N77.N, N86, 3N0, N85.2.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qaçırdığı Zərərçəkmiş şəxsN məxsus VAZ-2N07 markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2N099” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs apardığı, Zərərçəkmiş şəxs3 məxsus N kisədə 32 kq. soğan iş üzrə maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması nəzərə alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-N-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə və Quba RPŞ-nin İTB-nə, barəsində İXM-nin 334.3cü maddəsi ilə inzibati tədbir görülməsi üçün isə qəbul edilmiş qərarın surəti Qusar RPŞnin DYPB-nə göndərilmişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının İXM-nin 327.N, 332.N və 334.4-cü maddələrinin tərkib əlamətləri olduğundan Xaçmaz RPŞ-nin DYPB tərəfindən inzibati məsuliyyətə cəlb edilməsi nəzərə alınmışdır. İş materiallarında olan Qusar RPŞ-nin Samur PB-nin N6 may 202N-ci il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-N-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Qusar rayon Məhkəməsinin N7 may 202N-ci il tarixli 3(029)- 243/202N saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarda cərimə edilmişdir. İş materiallarında olan AD N 2N9687 saylı 23.07.20N8-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, VAZ-2N070 minik markalı 90TX773 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə Şahid5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan N6 noyabr 20N9-cu il tarixli ƏN-Vİİ 048687 saylı etibarnamənin surətindən görünür ki, VAZ-2N070 minik markalı 90TX773 dövlət qeydiyyat nişanlı avtomobil Şahid5 tərəfindən Zərərçəkmiş şəxsN idarəçiliyinə verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, VAZ-2N07 markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxsN təhvil verilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 05.04.202N-ci il tarixli 4NN/04-2N saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin hüquqi şəxsin X2 həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 29.03.202N-ci il tarixli tələbnamədən, Qusar rayon məhkəməsinin 22 dekabr 20N0-cu il tarixli N(029)-NN9/20N0 saylı və 25 sentyabr 20N2-ci il tarixli N(029)-62/20N2 saylı hökmlərinin surətlərindən görünür ki, X4 rayon məhkəməsinin 22 dekabr 20N0-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin N85.N-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 25 sentyabr 20N2-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin N27.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 67.N-ci maddəsinə əsasən qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 07.08.20N5-ci il tarixli qərarı ilə CM-nin 76.3.N-ci maddəsinə əsasən 03 ay N2 gün vaxtından əvvəl şərti azad olunmuş, N9.NN.20N5-ci ildə təyin edilmiş sınaq müddəti bitmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs RF Dağıstan Respublikası Dərbənd şəhər məhkəməsinin N9 aprel 20N7-ci il tarixli hökmü ilə RF CM-nin 226-cı maddəsinin N hissəsi, 222-ci maddəsinin 4-cü hissəsi, 69-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qalacıq kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02.04.202N-ci il tarixli NN2 saylı arayışdan görünür ki, həmin kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi atası X3 və anası XN ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qalacıq kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X6 qarşı onu döyərək soyğunçuluq hərəkətləri etməməsi barədə məhkəmədə verdiyi ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Şahid3 məhkəmədə verdikləri ifadələri ilə və digər sübutlarla tam təkzib edilir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində, o cümlədən müdafiəçinin iştirakı ilə Zərərçəkmiş şəxs2la üzləşərkən sonuncunun başına yumruqla vurmasını və bir kisə soğanı həmin şəxsin iradəsinə zidd olaraq zorla aparmasını etiraf etmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, N6.02.202N-cu il tarixdə, saat N5:30 radələrində Quba rayonu Aşağı-Atuc kəndində yerləşən hərbi hissənin yaxınlığındakı kafedə yemək yeyib spirtli içki qəbul etdikdən sonra həmin hərbi hissənin qarşısında Zərərçəkmiş şəxsN məxsus “Vaz-2N070” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəzarətsiz qaldığını görüb avtomobilin qabaq sol qapısının şüşəsini yumruqla sındırmaqla qapısını açması və avtomobilin üzərində olan açarla avtomobili işə salıb idarə edərək, talama məqsədi olmadan ələ keçirib qaçırdıqdan sonra Xaçmaz şəhərinə getməsi, Xaçmaz şəhəri ərazisində avtomobili yüksək sürətlə hərəkət etdirərkən idarəetməni itirib yol nəqliyyat hadisəsi törədərək zərərçəkmişə 324 (üç yüz iyirmi dörd) manat maddi zərər vurması; bundan sonra təkrarən 2N.03.202N-ci il tarixdə saat N3 radələrində Qusar rayonu Qalacıq və Şirvanlı kəndlərində spirtli içki qəbul edib, piyada Qusar rayonu Aşağı İmamqulukənd kəndinə gələrək həmin kənddə yaşayan Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2N099” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəzarətsiz qaldığını görüb avtomobilin qabaq sol qapısını açması və avtomobilin üzərində olan açarla avtomobili işə salıb idarə edərək, talama məqsədi olmadan ələ keçirib qaçırdıqdan sonra Quba rayonu Aşağı Atuc kəndinə getmək üçün yola düşməsi, Qusar rayonu Hil oba kəndinin ərazisində avtomobili yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib yol nəqliyyat hadisəsi törədərək zərər çəkmişə şəxsə 445 manat maddi ziyan vuraraq, avtomobili Qusar rayonu Qalacıq kəndin ərazisində saxlayaraq hadisə yerindən qaçıb getməsi; bundan başqa, 27 aprel 202N-ci il tarixdə gecə saat 03 radələrində sərxoş vəziyyətdə, Qusar rayonu Balaqusar kənd sakini Zərərçəkmiş şəxs3 məxsus “Ford Tranzit” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncuya məxsus soğan məhsulunu boşaldan fəhlə, Qusar rayonu Urva kənd sakini Zərərçəkmiş şəxs2 yumruq zərbələri ilə vurub, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 “alnın sol tərəfinin tüklü hissəsinin şişkinliyi” ilə ifadə olunan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə cəmi dəyəri 25,60 manat olan N kisədə 32 kq soğan məhsulunu açıq talayıb insanın həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunculuq etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin N80.2.4 və N85.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməlləri Azərbaycan Respublikasının CM-nin N80.2.4 və N85.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N8.N-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Qusar rayon məhkəməsinin 25 sentyabr 20N2-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının N27.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 67.N-ci maddəsinə əsasən qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 07.08.20N5-ci il tarixli qərarı ilə CM-nin 76.3.N-ci maddəsinə əsasən 03 ay N2 gün vaxtından əvvəl şərti azad olunmuş, N9.NN.20N5-ci ildə təyin edilmiş sınaq müddəti bitmişdir. Həmin vaxtdan iki il müddət keçdikdən sonra-yəni məhkumluğu ödənildikdən sonra isə hazırkı cinayət əməllərini törətmişdir. Xarici dövlətlərin ərazisində törədilmiş cinayətlərə görə məhkumluqların nəzərə alınması Azərbaycan Respublikasının CM-də nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs RF Dağıstan Respublikası Dərbənd şəhər məhkəməsinin N9.04.20N7-ci il tarixli hökmü üzrə məhkumluğu nəzərə alına bilməz. Bununla da, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir və hazırkı hökmlə ona cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 8.N-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslərə dəymiş zərəri qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir, cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir, yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin N80.2.4 və N85.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunacaq cəzaları qismən toplamaq yolu ilə ona qəti cəzanın təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 22 mart 202N-ci il tarixdən 24 mart 202N-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə X7 təqsirləndirildiyi CM-nin N85.2.2-ci maddəsində nəzərdən tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəzaların təyin edilməsini, o cümlədən barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlərlə cəzalar arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs olsa da, əvvəllər bir neçə dəfə cinayət əməllərini, o cümlədən CM-nin N85ci maddəsində (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə məhkum olunmuş, lakin buna baxmayaraq islah olunmayaraq yenidən hazırkı cinayət əməllərini törətmişdir. Bununla da, həmin şəxs cinayət törətməyə meyilli şəxsdir, həmçinin yaşadığı yer üzrə də mənfi xarakterizə olunur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzanı real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin müdafiəsi sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.N.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-N423N9, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-2N0005, VÖEN **********, Müxbir hesab-AZ4NNABZ0N360N**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Azərbaycan Respublikasının CPM-nin N32.N.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; İş üzrə maddi sübut kimi tanınmış “VAZ-2N07” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxsN, “VAZ 2N099” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs4, N kisə soğanın Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Zərər çəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 35N-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin N80.2.4 və N85.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin N80.2.4-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına; CM-nin N85.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 22 mart 202N-ci il tarixdən 24 mart 202N-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 28 aprel 202N-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-N423N9, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-2N0005, VÖEN **********, Müxbir hesab- AZ4NNABZ0N360N**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-2N07” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxsN qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 2N099” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış N kisə soğanın Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Zərər çəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-49/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-49/2021
31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver