Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-49/2025 24.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-nin mağazasına arxa tərəfdəki pəncərəni əli ilə itələyərək açmaqla qanunsuz daxil olaraq, mağazanın vitrinindən dəyəri 300 manat olan 01 ədəd “Xiaomi Note 13 pro” markalı, “23117RA68G” modelli, dəyəri 220 manat olan 01 ədəd “Xiaomi Note 13” markalı, “23124RA7EO” modelli, dəyəri manat 915 olan 01 ədəd “Honor X7c” markalı, “ALT-LX1” modelli və dəyəri 230 manat olan 01 ədəd “Honor X8b” markalı, “LLY-LX1” modelli mobil telefonları gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-nə cəmi 945 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Quba, Xaçmaz və Bakı şəhərlərinin ərazilərində müxtəlif vaxtlarda fəhlə kimi işləyərək özünü dolandırmışdır. 09 dekabr 2024-cü il tarixdə səhər radələrində Qusar şəhərinə gəlmiş, həmin tarixdə, saat 23 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-nin mağazasına arxa tərəfdəki pəncərəni əli ilə itələyərək açmaqla qanunsuz daxil olaraq mağazanın vitrinindən dörd ədəd mobil telefonları oğurlayaraq mağazadan çıxıb piyada Qusar şəhəri “Zareçka” adlanan əraziyə getmiş, oradan isə tanımadığı taksi avtomobilinə oturub, Quba şəhərinə gedib, orada gecə oteldə qalmışdır. xx.xx.2024-cü il tarixdə səhər radələrində qaldığı otelin yaxınlığında yerləşən telefon mağazasına gedib oğurladığı 01 ədəd mobil telefonu 100 manat satmışdır. Bundan sonra o, Bakı şəhərinə gedib, 100 manat pulu öz şəxsi ehtiyyaclarına xərcləmiş və həmin gün axşam radələrində Bakı şəhəri, “20 Yanvar” metrostansiyasmın yaxınlığında Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, polis şöbəsinə aparılmışdır. O, O, oğurladığı telefonları qatarmış, dəymiş ziyanı aradan qaldırmışdır. Hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin və şahidin ifadəsi, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-daktiloskopik ekspertizalarının rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində izahat vermiş Nümayəndə X3 mağazaya dəymiş ziyanı aradan qaldırmış, ona qarşı şikayət və tələbləri yoxdur. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs MMC-nin Qusar rayon filialında satıcı işləyir. 10 dekabr 2024-cü il tarixdə səhər saatlarında işə mağazanın pəncərəsinin açıq olduğunu, vitrindəki telefonlardan 4 ədədinin olmadığını görmüş və bu barədə pilisə məlumat vermişdir. 12 dekabr 2024-cü il tarixdə məlum olmuşdur ki, mağazadan oğurluq etmiş şəxs Qusar rayon sakini Təqsirləndirilən şəxsdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/10588 saylı rəyindən görünür ki, 2024-cü ilin dekabr ayında 01 ədəd Çin istehsalı olan, qara rəngli, “Xiaomi Note 13 pro” markalı, “23117RA68G” model, 512 GB yaddaş tutumlu, **********70603/02 və **********0611/02 İMEİ kodlu mobil telefon (üzərində adaptoru, cərəyan qidalandırıcısı və qutusu ilə birlikdə - tam komplektli), üzərində istismar xarakterli qüsurlar (cızıqlar və s.) olmaqla - 300 manat, 01 ədəd Çin istehsalı olan, qara rəngli, “Xiaomi Note 13 ” markalı, “23124RA7EO” model, 256 GB yaddaş tutumlu, **********60669 və **********60677 İMEİ kodlu mobil telefon (üzərində adaptoru, cərəyan qidalandırıcısı və qutusu ilə birlikdə - tam komplektli), üzərində istismar xarakterli qüsurlar (cızıqlar və s.) olmaqla - 220 manat, 01 ədəd Çin istehsalı olan, yaşıl rəngli, “Flonor X8b” markalı, “LLY- LX1” model, 128 GB yaddaş tutumlu, **********88627 və **********23630 İMEİ kodlu mobil telefon (üzərində adaptoru, cərəyan qidalandırıcısı və qutusu ilə birlikdə tam komplektli), üzərində istismar xarakterli qüsurlar (cızıqlar və s.) olmaqla - 230 manat, 01 ədəd Çin istehsalı olan, ağ rəngli, “Honor X7c” markalı, “ALT-LX1” model, 256 GB yaddaş tutumlu, (üzərində adaptoru, cərəyan qidalandırıcısı və qutusu ilə birlikdə - tam komplektli), üzərində istismar xarakterli qüsurlar (cızıqlar və s.) olmaqla - 195 manat təşkil edir (i/v: 126-129). İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 25 fevral 2025-ci il tarixli 3/98 saylı rəyindən görünür ki, təqdim edilmiş 1, 2 “a”, “b”, 3 “a”, “b 15, 16, 17 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri və 10 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Tədim edilmiş 1, 2. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 saylı daktilolentlərinsəthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 10 saylı daktololentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol ovucunun hipotenar hissəsindən qalmışdır. Təqdim edilmiş 1, 2 “a”, “b” 3 “a”, 5 “a” “b”, 6”a”, “b”, 7, 8, 13, 14, 15, 16, 17 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs əl-barmaq izlərindən qalmamışdır (i/v: 130-146). İş materiallarında olan Azərbaycan Respubılikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10588 saylı və 25 fevral 2025-ci il tarixli 3/98 saylı ekspertiza xərclərinə dair bildirşlərdən görünür ki, həmin rəylər üzrə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 112,29 (yüz on iki manat iyirmi doqquz qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, əməlindən peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmasını və sonunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə qeydiyyatda olduğu Qusar rayonu Köhnə Xudat kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, zərər çəkmiş tərəfə dəymiş ziyanı aradan qaldırmış, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü ildə saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, 14 dekabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 12:45-də tutulmadan azad edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən ibtidai istintaq orqanının 14 fevral 2025-ci il tarixli qərarı ilə onun barəsində axtarış edilmiş, 06 mart 2025-ci il tarixdə o, saxlanılmış, həmin tarixdə saat 19:20-də qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuş, 07 mart 2025-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həmin tarixdə saat 13:15-də tutulmadan azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən Qusar rayon məhkəməsinin 08 aprel 2024-cü il tarixli qərarı ilə onun haqqında axtarış elan edilmiş, həmçinin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bununla da, Təqsirləndirilən şəxs azadlığı ümumilikdə 2 (iki) ay 5 (beş) gün müddətində faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə araşdırması zamanı 2 (iki) ay 5 (beş) gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və iş materialarına əlavə olunmuş 17 ədəd daktilolent və 01 ədəd daktiloxəritə, eləcə də iş materiallarında saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 112,29 (yüz on iki manat iyirmi doqquz qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs X4 barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutularaq 12 dekabr 2024-cü il tarixdən 14 dekabr 2024-cü il tarixədək 2 (iki) gün, 06 mart 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək 1 (bir) gün və 22 aprel 2025-ci il tarixdən 24 iyun 2025-ci il tarixədək 2 (iki) ay 2 (iki) gün, cəmi 2 (iki) ay 5 (beş) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 (dörd) ay 10 (on) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 7 (yeddi) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə qeydiyyatda olduğu Qusar rayonu Köhnə Xudat kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materialarına əlavə olunmuş 17 ədəd daktilolent və 01 ədəd daktiloxəritə iş materiallarında saxlanılsın. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılsın. İş üzrə 112,29 (yüz on iki manat iyirmi doqquz qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-49/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-49/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver