Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-5/2021 10.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi dalan- 17 ev 11-də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə haqqında axtarış elan olunmaqla barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdə tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona məxsus olan qızıl-zinət əşyalarını sonradan qaytarmaq şərti ilə bir müddət özündə saxlamağı yalandan vəd verib aldadaraq xx xxxx 2020-ci il tarixdə Qusar şəhərində Zərərçəkmiş şəxs məxsus 430 manat nəğd pul, bundan başqa 325 manat dəyərində, çəkisi 5 qram olan Rusiya Federasiyasında istehsal olunmuş 01 ədəd qızıl “beşlik”; hər birinin çəkisi təxminən 2 qram, qiyməti isə 70 manat olmaqla cəmi-420 manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş 06 ədəd qızıl diş; hər birinin çəkisi təxminən 6 qram, qiyməti isə 390 manat olmaqla cəmi-1170 manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş 03 ədəd qırmızı qaşlı qızıl üzük; çəkisi təxminən 5 qram, qiyməti isə 325 manat olan, Rusiya Federasiyasında istehsal olunmuş 01 ədəd paxlava qaşlı qızıl üzük; çəkisi 2 qram, qiyməti isə 130 manat olan, Rusiya Federasiyasında istehsal olunmuş üzüm salxımı formasında bir cütü qızıl sırğa; çəkisi 3 qram, qiyməti isə 195 manat olan, Rusiya Federasiyasında istehsal olunmuş 01 ədəd nazik qızıl boyunbağı; ümumi çəkisi 4 qram, qiyməti isə 50 manat olan 01 ədəd gümüş boyunbağı və medalyon; ümumi çəkisi 5 qram, qiyməti isə 250 manat olan, Türkiyə Respublikasında istehsal olunmuş 01 ədəd qızıl qolbağ və medalyon; hər birinin çəkisi yarım qram, qiyməti isə 32,5 manat olmaqla cəmi-1300 manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş 40 ədəd noxuda bənzər qızıl muncuq; hər birinin çəkisi 1 qram, qiyməti isə 65 manat olmaqla cəmi-260 manat dəyərində Rusiya Federasiyasında istehsal olunmuş 04 ədəd qızıl “arpa”; çəkisi 3 qram, qiyməti isə 195 manat olan, Rusiya Federasiyasında istehsal olunmuş 01 ədəd qızıl sırğa; həmin sırğanın 3 qram çəkisi və 195 manat qiyməti olan, Rusiya Federasiyasında istehsal olunmuş 01 ədəd qızıl üzüyü; çəkisi 5 qram, qiyməti isə 325 manat olan, Rusiya Federasiyasında istehsal olunmuş 01 ədəd nişan üzüyünü, yəni Zərərçəkmiş şəxs cəmi-5570 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qeyri-rəsmi ailə həyatı qurduğu Şahid1 vasitəsilə tanımış, sonuncu onların Qusar rayonu Çiləgir kəndində Müşviq adlı uşaqlarına baxmışdır. xx xxxx 2020-ci il tarixdə Qusar rayonu Çiləgir kəndində İradə üzərində qızıllar və pul olduğunu bildirmiş, o həmin qızılları və pulu saxlamaq üçün ona verməsini təklif etmiş, İradə isə bununla razılaşmışdır. O, həmin qızılları və pulu İradədən götürmüş, orada 5-lik, 10-luq qızıllar, qızıl üzük, 430 manat pul olmuş, qalan qızılların adlarını isə xatırlamır. Lakin, ittiham aktında göstərilən qızılları həqiqətən də, o, İradədən götürmüş, sadəcə olaraq adlarını dəqiq xatırlamır. O, həmin qızılları iş qurmaq məqsədi ilə İlqar adlı tanışına vermiş, sonunciu isə onu aldadaraq getmiş, həmin şəxsi tapa bilməmişdir. O, İradəyə dəymiş ziyanı indiyədək ödəməmiş, lakin ödəmək istəyir, imkanı olan kimi ödəyəcəkdir. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu göstərərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ittiham aktında göstərilənləri təsdiq edir, istintaq zamanı verdiyi ifadəsi düzdür. O, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid1 ilə qeyri-rəsmi nikahlarından anadan olmuş Müşfiq adlı uşağa ayda 300 manat pul müqabilində baxmaq üçün Qusar rayonu Çiləgir kəndinə gəlmişdir. Orada olarkən o, üzərində 430 manat pulun və qızıl-zinət əşyalarının olduğunu bildirmiş, Etibar həmin qızılları və pulu saxlamaq üçün ona verməsini təklif etmiş, o isə Etibara inanaraq onları həmin şəxsə vermişdir. Qızıllar və pul bir torbada olmuş və o, həmin torbanı Etibara vermişdir. Etibar həmin əşyaları və pulu saxlamaq üçün Quba rayonunda olan dayısına verəcəyini bildirmişdir. Sonradan Zülfiyyə və Etibar Qusardan çıxıb getmiş, o, Etibardan qızılları və pulu qaytarmasını tələb etmiş, sonuncu dayısından alıb verəcəyini demişdir. Lakin, həmin vaxtdan sonra Etibar qızılları və pulu ona qaytarmamış, hər dəfə müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Hazırda da, Etibar ona dəymiz ziyanı ödəməmiş, buna heç bir cəhd göstərməmişdir. Odur ki, həmin şəxsdən şikayətçidir və onun barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs sonuncu məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2015-ci ilin yayından etibarən Təqsirləndirilən şəxs ilə tanış olaraq onunla qeyri-rəsmi olaraq ailə həyatı qurmuş və 2017-ci ildə bir övladları olmuşdur. 2019-cu ilin avqust ayında o, Etibardan müvəqqəti ayrılaraq Bakı şəhərində özünə başqa bir ev kirayələyərək orada qalmış, həmin vaxt da Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonra isə həmin yerdən köçərək başqa bir yerdə kirayədə qalmışdır. xx xxxx 2020ci il tarixdə İradə mobil telefonla ona zəng edərək qalmağa evinin olmadığını və əgər mümkündürsə onunla birlikdə qalmaq istədiyini bildirmiş, o, da İradəyə etiraz etməmiş və kirayə haqqı kimi hər ay 100 manat pul verə biləcəyi halda onunla qalmasına etiraz etməmiş, İradə də onunla razılaşmışdır. Bundan sonra İradə özünə aid olan bütün əşyalarını götürərək xx xxxx 2020-ci il tarixdə onun qaldığı evə gəlmiş, xx xxxx 2020-ci il tarixdə isə İradə şəxsi işi ilə əlaqədar olaraq Yevlax şəhərinə getmiş və getdikdən sonra Etibar ona “İradədən soruş gör Qusar şəhərinə gedib orada bizim azyaşlı oğlumuza baxa bilərsə ona hər ay 300 manat pul verək” sözlərini demiş, o, da özünə məxsus olan ***-***- **-** nömrəli mobil telefonla İradəyə zəng edərək bu barədə ona bildirmiş, İradə də onunla razılaşmışdır. Bundan sonra xx xxxx 2020-ci il tarixdə İradə Bakı şəhərinə gəlib onunla görüşdükdən sonra o, Etibarın Qusar rayonuna getmək istədiyini və onu gözlədiyini bildirmiş, İradə də Etibarla görüşüb Qusar rayonuna getmək üçün öz əşyalarını götürüb evdən çıxıb getmişdir. xx xxxx 2020-ci il tarixdə isə o, Qusar şəhərinə gedib İradə və Etibarla görüşmüş, həmin vaxt İradə özünə məxsus olan 01 ədəd qızıl “beşlik” və 01 ədəd qızıl qol saatının özünə məxsus olan əl çantasından yoxa çıxdığını bildirmiş, o, da kiminsə ona məxsus olan əl çantasından qızıl zinət əşyası və başqa hər hansı bir əşya götürmədiyini demiş, xx xxxx 2020-ci il tarixdə isə azyaşlı oğlunu özü ilə götürüb Bakı şəhərinə qayıtmışdır. Bundan sonra, xx xxxx 2020-ci il tarixdə o, Bakı şəhərində olan zaman İradə ona zəng edərək “Uşağı özünə götürüb aparmısan, mən burda kimə baxmalıyam, ona görə də Bakı şəhərinə gəlirəm, Etibar mənim bütün qızıl zinət əşyamı və pulumu alıb özündə saxlayıb və onun dediyinə görə mənə məxsus olan 01 ədəd qızıl “beşlik” və 01 ədəd qızıl qol saatım səndədir” sözlərini demiş, o, isə İradəyə ona məxsus olan hər hansı qızıl zinət əşyasını götürmədiyini, Etibarın yalan danışdığını demişdir. Daha sonra isə İradənin Etibar barəsində şikayət etdiyini eşitmiş və polis əməkdaşları onun kirayədə qaldığı evə gələrək İradəyə məxsus olan əşyalar baxış keçirib götürmüşlər, həmin vaxt da İradəyə məxsus olan 01 ədəd qızıl “beşlik” və 01 ədəd qızıl qol saatının paltarların arasında olduğu məlum olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, fərdi qaydad ayrı-ayrı şəxslərə məxsus olan evləri və digər obyektlərdə təmizlik işləri görməklə məşğul olur. 2020-ci ilin fevral ayında da Qusar şəhərində yerləşən “North” restoranında işləmiş, xx xxxxxx 2020-ci il tarixdə isə oradan işdən çıxmaq istəmiş, həmin vaxt da sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs ilə təsadüfən rastalşmış və Etibar onun işdən çıxmağını bilmiş və həmin vaxt aralarında olan söhbət zamanı Etibar Qusar rayonu Çiləgir kəndində üç ədəd evi icarəyə götürüb ayrı-ayrı şəxslərə icarəyə verməklə məşğul olduğunu bildirmiş, hərdən gedib onun icarəyə götürdüyü evlərdə təmizlik işləri görməsini xahiş etmiş və bunun üçün də o, hər iş günü üçün ona 15 manat pul verəcəyini demiş, o, da Etibarın təklifi ilə razılaşmış və həmin vaxtdan sonra onun icarəyə götürdüyü evlərə gedib orada təmizlik işləri görmüş, təxminən saat 20 radələrində isə yaşadığı evə qayıtmışdır. xx xxxx 2020-ci il tarixdə isə Etibar sonradan tanıdığı Zərərçəkmiş şəxs ilə həmin evlərdən birinə gəlmiş, o, da İradədən nəyə görə oraya gəldiyini soruşmuş, İradə də Etibarın azyaşlı uşağına baxmaq üçün gəldiyini demişdir. Həmin günün səhərisi isə o, evdə təmizlik işləri görən zaman İradənin bikef olduğunu və telefonla əsəbi halda danışdığını görmüş, ondan bunun səbəbini soruşduqda isə o, Etibarın ona məxsus olan 430 manat nəğd pul, puldan başqa 01 ədəd qızıl “beşlik”, 06 ədəd qızıl diş, 03 ədəd qırmızı qaşlı qızıl üzük, 01 ədəd paxlava qaşlı qızıl üzük, bir cüt üzüm salxımı formasında sırğa, 01 ədəd nazik qızıl boyunbağı, 01 ədəd gümüş boyunbağı və medalyon, 01 ədəd qızıl qolbağ və medalyon, 40 ədəd noxuda bənzər qızıl muncuq, 04 ədəd qızıl “arpa”, 01 ədəd qızıl sırğa, həmin sırğa dəstinə aid olan 01 ədəd qızıl üzüyü, 01 ədəd nişan üzüyünü alaraq özündə saxlayacağına söz verdiyini, ancaq geri qaytarmadığını bildirmişdir. Həmin günün səhərisi, yəni xx xxxx 2020-ci il tarixdə isə Etibarın arvadı Zülfiyyə oraya gəlmiş, sonra isə azyaşlı uşaqlarını özü ilə götürüb çıxıb getmiş, həmin gündən bir neçə gün sonra isə İradə də oradan çıxıb Bakı şəhərinə getmiş, sonradan isə o, Etibarın İradəni aldadaraq ona məxsus olan 430 manat nəğd pul, puldan başqa 01 ədəd qızıl “beşlik”, 06 ədəd qızıl diş, 03 ədəd qırmızı qaşlı qızıl üzük, 01 ədəd paxlava qaşlı qızıl üzük, bir cüt üzüm salxımı formasında sırğa, 01 ədəd nazik qızıl boyunbağı, 01 ədəd gümüş boyunbağı və medalyon, 01 ədəd qızıl qolbağ və medalyon, 40 ədəd noxuda bənzər qızıl muncuq, 04 ədəd qızıl “arpa”, 01 ədəd qızıl sırğa, həmin sırğa dəstinə aid olan 01 ədəd qızıl üzüyü, 01 ədəd nişan üzüyünü aldığını və sonradan geri qaytarmadığını öyrənmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 9/2797 saylı rəyindən görünür ki, çəkisi 5 qram olan, Rusiya istehsalı olan 01 ədəd “beşlik” qızıl 583 əyarlı-325 manat; hər birinin çəkisi təxminən 2 qram olan, Rusiya istehsalı olan 06 ədəd qızıl diş 583 əyarlı (2 qr X 6 ədəd) qırıntı kimi-420 manat; hər birinin çəkisi təxminən 6 qram olan, Rusiya istehsalı olan 03 ədəd qırmızı qaşlı qızıl üzük 583 əyarlı (6 qr X 3 ədəd)-1170 manat; çəkisi təxminən 5 qram olan, Rusiya istehsalı olan 01 ədəd paxlava qaşlı qızıl üzük 583 əyarlı- 325 manat; çəkisi 2 qram olan, Rusiya istehsalı olan bir cüt üzüm salxımı formasında sırğa 583 əyarlı-130 manat; çəkisi 3 qram olan, Rusiya istehsalı olan 01 ədəd nazik qızıl boyunbağı 583 əyarlı-195 manat; çəkisi 5 qram olan, əyarı məlum olmayan Türkiyə istehsalı olan 01 ədəd qızıl qolbağ və medalyon (əyarı məlum olmadığı üçün qiymətsiz); hər birinin çəkisi yarım qram olan, Rusiya istehsalı olan 40 ədəd noxuda bənzər qızıl muncuq 583 əyarlı (0,5 qr X 40 ədəd)-1300 manat; hər irinin çəkisi 1 qram olan, Rusiya istehsalı olan 04 ədəd qızıl “arpa” 583 əyarlı-260 manat; çəkisi 3 qram olan, Rusiya istehsalı olan 01 ədəd qızıl sırğa və həmin sırğa dəstinə aid olan, çəkisi 3 qram olan 01 ədəd qızıl üzük 583 əyarlı- 390 manat; çəkisi 5 qram olan, Rusiya istehsalı olan 01 ədəd nişan üzüyü 583 əyarlı-325 manat olmaqla həmin qızıl-zinət əşyalarının 2020-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 4840,00 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 9/2797 saylı məktubundan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan Qusar rayonunda fəaliyyət göstərən fərdi sahibkar Mübariz Verdixanov tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 294 saylı arayışdan görünür ki, ümumi çəkisi 4 qram olan 01 ədəd gümüş boyunbağı və medalyonun 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 40-50 manat, ümumi çəkisi 5 qram olan, Türkiyə Respublikasında istehsal olunmuş 01 ədəd qızıl qolbağ və medalyonun isə 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 230-250 manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq istintaqa təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:40-da Bakı şəhəri 7-ci mikrorayon ərazisində müəyyənləşdirilərək tutulmuş və istintaqa təqdim olunmasından ötrü Qusar RPŞ-nə gətirilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “ittiham elan etmək üçün təqsirləndirilən şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:57-də ittiham elan etmək üçün tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 11:37-də tutulmadan azad edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında məhkəmədən gizləndiyinə görə axtarış elan edilmiş, onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və tutulduqda saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat təxminən 18:00 radələrində Lənkəran rayonu ərazisində müəyyənləşdirilərək saxlanılmış və xx.xx.2020-ci il tarixdə saat 18:15-də Qusar RPŞ-nə gətirilərək MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 149-22668-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə tutularaq Qusar RPŞ-nə gətirilmiş və həmin şəxs 3 saylı İstintaq Təcridxanasına etap olunacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən və Quba rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AZ-İİ 015180 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Müşfiq adlı azyaşlı uşağı vardır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona məxsus olan pul və qızıl-zinət əşyalarını sonradan qaytarmaq şərti ilə bir müddət özündə saxlamağı yalandan vəd verib aldadaraq xx xxxx 2020-ci il tarixdə Qusar şəhərində Zərərçəkmiş şəxs məxsus 430 manat nəğd pulu və müxtəlif adda, çəkidə, sayda və dəyərdə olan qızıl-zinət əşyalarını, yəni Zərərçəkmiş şəxs cəmi-5570 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmamasını, buna heç bir cəhd etməməsini, zərər çəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutularaq xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunacaq cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər yüngül cəzaların təyin edilməsi onun islah olunması və cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməz və ona görə də, həmin cəzalardan hər hansı birinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18:00 radələrində Lənkəran rayonu ərazisində axtarışda olan şəxs qismində saxlanılmaqla onun azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Bu səbəbdən də, onun cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan-yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutularaq xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan-yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-5/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-5/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver