Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-5/2022 23.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində dörd azyaşlı uşaqları olan, orta təhsilli, “Neftçi” İSM-da mühafizəçi işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Qusar rayon məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, 01.11.2021-ci il tarixdə tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, Bakı şəhərində yerləşən “20 Yanvar” metrosunun yaxınlığında istintaqa məlum olmayan mənbədən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş maruxananı qanunsuz olaraq əldə etmiş, özünə məxsus olan “Volkswagen-jetta” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlamış, daha sonra Qusar şəhərinə gəlməklə daşımış, həmin narkotik vasitədən bir dəfə siqaretə doldurmaqla çəkmiş, 06.08.2021-ci tarixdə saat 23 radələrində Qusar şəhəri “X18” Kompleksinin yaxınlığında Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, o, saxlanılmış avtomobilinə baxış zamanı avtomobilin salonundan satış məqsədi olmadan əldə etdiyi və saxladığı və daşıdığı 01 ədəd kibrit qutusunda içərisində ümumi təmiz çəkisi 6,229 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış narkotik vasitə qurudulmuş maruxana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 01 ədəd kustar üsula hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xasssəyə malik olan soyuq silah hesab edilən 01 ədəd bıçağı qanunsuz olaraq əldə etmiş, həmin vaxtdan etibarən müxtəlif vaxtlarda üzərində gəzdirmiş, eləcə də sonuncu dəfə X18 Kompleksinin yaxınlığında 06.08.2021-ci il tarixdə saat 23 radələrində ona məxsus avtomobilə baxış zamanı qanunsuz olaraq əldə etdiyi, gəzdirdiyi həmin bıçaq, avtomobilin ön sol qapısının içlik hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, təxminən 2-3 il olar ki, narkotik vasitələrdən istifadə edir, lakin onların satışı və əkilib-becərilməsi ilə məşğul olmur. O, Bakı şəhəri 20 yanvar ərazisində tanımadığı şəxsdən 70 manata bir kibrit qutusu marixuana almış və etibarnamə əsasında idarə etdiyi Volkswagen Jetta markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamışdır. 06 avqust 2021-ci il tarixdə gecə saatlarında X18 Kompleksinin yanında idarə etdiyi Volkswagen Jetta markalı avtomobildə tanışı Eduard adlı şəxslə birlikdə oturub dönər yeyərkən Qusar RPŞ-nin post patrul xidmətinin avtomobili oraya gəlmiş, daha sonra 2-ci bir polis avtomobili də gəlmişdir. Bundan sonra polis əməkdaşı olan Şahid2 gəlib onun avtomobilində əyləşmiş, sonra başqa polis əməkdaşları da gəlmişlər. Daha sonra polis əməkdaşları tərəfindən onun avtomobilində axtarış aparılmış, avtomobildən bir kibrit qutusu marixuana, həmçinin bir ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş bıçağı təxminən 2-3 il əvvəl balıq tutmağa gedərkən istifadə etmək üçün alıb avtomobilində saxlamış, həmin bıçağın soyuq silah olmasını bilməmişdir. Aşkar olunmuş marixuananın çəkisinin nə qədər olması dəqiq yadında deyildir. Bundan sonra müvafiq sənədləşmə işləri aparılmış və o, istintaqa cəlb olunmuşdur. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində dörd azyaşlı uşaqları vardır. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-ballistik, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir, hazırda Qusar RPŞ-nin Samur PB-nin rəisi vəzifəsini müvəqqəti icra edir. 06 avqust 2021ci il tarixdə Qusar şəhərində Volkswagen Jetta markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi barədə işlədiyi şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu təşkil edilmiş və həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin gün gecə saatlarında Qusar şəhəri X8 yanında saxlanılmışdır. Həmin vaxt avtomobildə Mahirlə birlikdə Eduard adlı şəxs də olmuşdur. O və digər polis əməkdaşları Mahirə yaxınlaşıb özlərini təqdim etmişlər, daha sonra müstəntiq tərəfindən onların da iştirakları ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sürətlər qutusu olan yerdən bir ədəd dolu kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana, avtomobilin qapısının iç hissəsindən isə bir ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin marixuananı Bakı şəhərindən tanımadığı şəxsdən aldığını, marixuananın və bıçağın özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra X19 RPŞ-yə aparılmış, həmin şəxslərin üzərlərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs istintaqa cəlb olunmaqla barəsində cinayət işi başlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid2 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, əvvəllər məhkum olunmuşdur, hal-hazırda da cəzasını islah işləri cəza növündə çəkməkdə davam edir. O, Qusar şəhər sakini Təqsirləndirilən şəxslə 06.07.2021-ci il tarixdə saat 22 radələrində Qusar şəhərində yerləşən avtovağzalın yaxınlığında görüşmüş, sonuncunun idarə etdiyi “Wolksvagen-cetta” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, əyləşməzdən əvvəl dönərxanaların birindən dönər alaraq Qusar şəhər “İdman-Olimpiya Kompleksi”nin yaxınlığına gəlmişlər. Həmin kompleksin yaxınlığında onlar avtomobildə əyləşərək dönər yemişlər, bu vaxt ora polis əməkdaşları yaxınlaşaraq, avtomobilə baxış keçirilməsini bildirmişlər. Həmin vaxt Mahirə məxsus avtomobilə baxış zamanı 1 ədəd kibrit qutusunda olan narkotik vasitə olan marixuana və 1 ədəd bıçaq salondan aşkarlanmış, aşkarlanana qədər avtomobildə kibrit qutusunda narkotik vasitənin marixuananın olmasından xəbərsiz olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Qusar RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir. Mahirin idarə etdiyi “Volkswagen Jetta” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilində mütəmadi olaraq narkotik vasitələrin qəbulu ilə məşğul olması, avtomobilində həmin narkotik vasitələri daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən 06.07.2021-ci il tarixdə saat 23 radələrində baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və polis nəfəri Şahid4 ilə birlikdə Qusar şəhəri “İdman- Olimpiya” Kompleksinin qarşısında Təqsirləndirilən şəxs avtomobilinin olduğu yerə yaxınlaşmışlar. Həmin vaxt o, avtomobildə 2 şəxsin olmasını, yəni Mahir və yanında Qusar şəhər sakini Şahid1 olmasını müşahidə etmişdir. Bununla onlar avtomobilə yaxınlaşaraq baxış keçirilməsini bildirmişlər, baxış keçirilməsi üçün hadisə yerinə müstəntiq gəlmişdir. Həmin yerdə video çəkiliş aparmaqla avtomobilə baxış zamanı avtomobilin salonundan 01 ədəd kibrit qutusuna doldurulmuş vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanmış, bu vaxt Mahir narkotik vasitənin özünə məxsus olmasını bildirmiş və həmin narkotik vasitənin 3 gün əvvəl Bakı şəhərindən almasını söyləmişdir. Həmin narkotik vasitə orada qablaşdırlaraq götürülmüşdür. Bununla yanaşı Mahirin avtomobilinin qapı hissəsindən açılıb-qatlanan bıçaq da aşkar edilərək götürülmüş, daha sonra hər iki şəxs Qusar RPŞ-nə gətirilərək orada üzərlərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onların üzərində başqa qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 06 avqust 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 23:45-dən 00:20-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X9 tərəfindən Qusar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, PPXB-nin polis nəfərləri Şahid3, Şahid4, kriminalist-ekspert Elməddin Məhərrəmovun, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs, ünvan 3aşayan Şahid1 iştirakları ilə Qusar şəhərində yerləşən İdman Kompleksinin qarşısında Qusar-Aşağı Ləyər yolunun 1-ci kilometrliyində yolun sağ tərəfində dayanmış vəziyyətdə olan Təqsirləndirilən şəxs məxsus olan qara rəngli Volkswagen markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə 01 ədəd açılıb bağlanan bıçaq və sürətlər qutusunun yanında əşya qoyan yerdə yaşımtıl rəngli qurudulmuş vəziyyətdə spesifik iyi olan narkotik vasitəyə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni Bakı şəhərindən aldığını və ona məxsus olduğunu bildirmişdir. Baxış zamanı həmin kütlə, olduğu kibrit qutusunda qablaşdırıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 07 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 00:50-dən 00:55-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X9 tərəfindən Qusar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, PPXB-nin polis nəfəri Şahid4 oğlunun, KTQ-nin kiçik inspektor-kriminalisti X3, Qusar rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə Qusar RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 07 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 01:10-dan 01:15-dək Qusar RPŞ-nin İB-nin müstəntiqi X9 tərəfindən Qusar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, PPXB-nin polis nəfəri Şahid3, KTQ-nin kiçik inspektor-kriminalisti X3, Qusar rayon Vəkil Bürosunun vəkili X13 iştirakları ilə Qusar RPŞ-yə gətirilmiş Şahid1 üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 07 avqust 2021-ci il tarixli 7/759 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-6,229 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi- 6,229 qram, tədqiqata istifadə olundu-0,05 qram, qalıq-6,179 qramdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 3/1471 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 avqust 2021-ci il tarixli 7/759 saylı və 10 sentyabr 2021-ci il tarixli 3/1471 saylı məktublardan görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 142.82 (yüz qırx iki manat səksən iki qəpik) manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 28.08.2021-ci il tarixli 3132 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ibtidai istintaq orqanının 08 avqust 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs avtomobilinin salonunda aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 6,179 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-yə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 08 avqust 2021-ci il tarixli 155 saylı mədaxil qaiməsindən görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış 6.179 qram qurudulmuş marixuana Qusar RPŞ-nin polis baş serjantı Urfan Aydəmirova təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 13 sentyabr 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs avtomobilinin salonunda aşkar edilib götürülmüş 01 ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-yə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli 164 saylı mədaxil qaiməsindən görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd bıçaq Qusar RPŞ-nin polis baş serjantı Urfan Aydəmirova təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 16 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEMdə aparılmış ekspertizalardan sonra qalıq qalmış 6,179 qram marixuana və 01 ədəd soyuq silah hesab edilən bıçaq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi mənbəyinin müəyyən edilməsi məqsədi ilə material ayrılaraq Bakı şəhəri Yasamal RPİ-yə göndərilmişdir. İş üzrə aparılmış videoçəkilişlərə dair 03 ədəd DVD disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Şahid1 barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 07 avqust 2021-ci il tarixli «cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 08 avqust 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə saat 11:00-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli 4(029)-25/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs könüllü getmədiyinə görə onun məhkəmə-narkoloji ekspertizasından keçirilməsindən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X20 çatdırılması qərara alınmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, məhkəmə iclaslarına gəlmədiyi üçün Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və tutulduqda saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 3(029)-401/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 26.08.2021-ci il tarixdə Qusar şəhəri A.Mehman küçəsində məhkəmə-narkoloji ekspertizasından keçirilməsindən ötrü “Respublika Narkoloji Mərkəzi” X20 çatdırılması barədə Qusar rayon məhkəməsinin 20.08.2021-ci il tarixli 4(029)-24/2021 nömrəli qərarının icrası ilə əlaqədar ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, həmin X20 getməkdən imtina etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cu maddəsi ilə təqsirli bilinib, qəti olaraq 09 (doqquz) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Qusar şəhərində müəyyənləşdirilərək saxlanılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Qusar RPŞ-yə gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 04.11.2021-ci il tarixli 17/40-4538 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01.11.2021-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 04.11.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 16 sentyabr 2021-ci il tarixli 1799/09-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X2 həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 16.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AD 276029 saylı “X4 Şəhadətnaməsi”nin surətindən görünür ki, Volkswagen Jetta markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə X10 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ƏN-Vİİ 663839 saylı 19 mart 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Volkswagen Jetta markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil X15 tərəfindən sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri üzrə Təqsirləndirilən şəxs idarəçiliyinə verilmişdir. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli 1933 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qusar şəhəri Ç.Qurbanov küçəsi 14/1 saylı evdə yaşayır və ailə tərkibi həyat yoldaşı X1, 06.04.2014-cü il təvəllüdlü oğlu Sabir Xudaverdiyevdən, 31.03.2015-ci il təvəllüdlü qızı Alina Xudaverdiyevadan və 29.12.2018-ci il təvəllüdlü qızı Gamiya Xudaverdiyevadan ibarətdir. İş materiallarında olan AZ-İİİ 282279, AZ-İİİ 539252, AZ-İV 269000 və AZ-İV 612983 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 06.04.2014-cü il təvəllüdlü Sabir, 31.03.2015-ci il təvəllüdlü Alina, 29.12.2018-ci il təvəllüdlü Gamiya və 09.06.2021-ci il təvəllüdlü Diana adlı dörd azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.09.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, Bakı şəhərində yerləşən “20 Yanvar” metrosunun yaxınlığında istintaqa məlum olmayan mənbədən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş maruxananı qanunsuz olaraq əldə etməsi, özünə məxsus olan “Volkswagen-jetta” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlaması, daha sonra Qusar şəhərinə gəlməklə daşıması, 06.08.2021-ci tarixdə saat 23 radələrində Qusar şəhəri “X18” Kompleksinin yaxınlığında Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılması, avtomobilinə baxış zamanı avtomobilin salonundan satış məqsədi olmadan əldə etdiyi və saxladığı və daşıdığı 01 ədəd kibrit qutusunda içərisində ümumi təmiz çəkisi 6,229 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış narkotik vasitə qurudulmuş maruxananın aşkar edilərək götürülməsi; bundan başqa, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 01 ədəd kustar üsula hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xasssəyə malik olan soyuq silah hesab edilən 01 ədəd bıçağı qanunsuz olaraq əldə etməsi, həmin vaxtdan etibarən müxtəlif vaxtlarda üzərində gəzdirməsi, eləcə də sonuncu dəfə Qusar Olimpiya İdman Kompleksinin yaxınlığında 06.08.2021-ci il tarixdə saat 23 radələrində ona məxsus avtomobilə baxış zamanı qanunsuz olaraq əldə etdiyi, gəzdirdiyi həmin bıçağın, avtomobilin ön sol qapısının içlik hissəsindən aşkar edilərək götürülməsi və bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 66.2-ci maddəsinə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində dörd azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı hədlərdə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəzanın təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 07 avqust 2021-ci il tarixdən 08 avqust 2021-ci il tarixədək 01 (bir) gün faktiki həbsdə saxlanıldığı müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs hələ ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərinə etinasız yanaşmış, narkoloji tibb müəssisəsinə getməklə tibbi müayinədən keçməkdən yayınmış, bundan sonra məhkəmə-narkoloji ekspertizasından keçirilməsindən ötrü “Respublika Narkoloji Mərkəzi” X20 çatdırılması barədə Qusar rayon məhkəməsinin 20.08.2021-ci il tarixli 4(029)-24/2021 nömrəli qərarının icrasında da yayınmış, bununla əlaqədar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, həmin X20 getməkdən imtina etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cu maddəsi ilə təqsirli bilinib, qəti olaraq 09 (doqquz) gün müddətə inzibati həbs edilmişdir. Bundan başqa, həmin şəxs məhkəmə istintaqı zamanı da dəfələrlə məhkəməyə gəlməkdən yayınmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini mütəmadi olaraq pozmuş, bu səbəbdən də, məhkəmə tərəfindən onun haqqında axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həm də, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Həmçinin, KANNABİOİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunmasını məhkəmə mümkün hesab etmir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 142,82 (yüz qırx iki manat səksən iki qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 6.179 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, soyuq silah hesab edilən bir ədəd bıçaq məhv edilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş 03 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 228.4-cü maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutularaq 07 avqust 2021-ci il tarixdən 08 avqust 2021-ci il tarixədək 01 (bir) gün faktiki həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 6.179 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, soyuq silah hesab edilən bir ədəd bıçaq məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş 03 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə 142,82 (yüz qırx iki manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-5/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-5/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver