Məhkəmə qərarları › İş №1(029)-5/2024

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-5/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-5/2024 09.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Xaçmaz rayonu Armudpadar kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonu, Xudat şəhəri, Osman Mirzəyev küçəsi 21-də yerləşən evə çıxaırış almaq məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, hər dəfə Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Osman Mirzəyev küçəsi, ev 21 saylı evdə ondan xx.xx.2021-ci il tarixdə axşam saatlarında 250 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021 -ci il tarixdə 300 manat, xx.xx.2021ci il tarixdə 300 manat və 27 12 2021-ci il tarixdə 100 manat, cəmi isə 1700 manat pul vəsaitini alaraq dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrarən, eyni məqsədlə Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi ev 5-də yaşayan Zərərçəkmiş şəxs1n dostu Şahid1 Mütəllim oğluna məxsus Xaçmaz rayonu, Xudat şəhərində yerləşən evinin həyətyanı torpaq sahəsinə çıxarış alınması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat-Qusar avtomobilin yolunun Kənd Xudat kəndi ərazisindən keçən hissəsində yerləşən kafesində Zərərçəkmiş şəxs1 300 manat, bundan 3 gün sonra özünə məxsus olan “Kapital bank”a aid plastik kartına Xaçmaz rayonu, Xudat şəhəri, X.Məmmədov küçəsində yerləşən marketdə quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsilə köçürülmə yolu ilə Zərərçəkmiş şəxs1 300 manat, bundan sonra isə Xaçmaz rayonu, Xudat-Qusar avtomobilin yolunun Kənd Xudat kəndi ərazisindən keçən hissəsində yerləşən kafesində Zərərçəkmiş şəxs1 250 manat, cəmi 850 manat pul vəsaitini alaraq dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrarən, eyni məqsədlə Qusar şəhəri, Lermontov küçəsi ev 26-da yaşayan Zərərçəkmiş şəxs4 məxsus avtomobil təmiri sexinə çıxarış alınması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə, saat 12:37-də Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən “Rossiya” marketdə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsilə özünə məxsus plastik kart hesabına köçürülmə yolu ilə Zərərçəkmiş şəxs4 300 manat, xx.xx.2022-ci il tarixdə, saat 16:47-də Qusar şəhəri, C.Qurbanov küçəsində yerləşən “Pioneer”marketdə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsilə özünə məxsus plastik kart hesabına köçürülmə yolu ilə Zərərçəkmiş şəxs4 300 manat, xx.xx.2022-ci il tarixdə saat 09:51-də Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən “Rossiya” marketdə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsilə özünə məxsus plastik kart hesabına köçürülmə yolu ilə Zərərçəkmiş şəxs4 220 manat, xx.xx.2022-ci il tarixdə saat 12:24-də Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən “Rossiya” marketdə quraşdırılmış “Milli ÖN” ödəməterminalı vasitəsilə özünə məxsus plastik kart hesabına köçürülmə yolu ilə Zərərçəkmiş şəxs4 100 manat, xx.xx.2022-ci il tarixdə saat 19:38-də Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən “Rossiya” marketdə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsilə özünə məxsus plastik kart hesabına köçürülmə yolu ilə Zərərçəkmiş şəxs4 100 manat, xx.xx.2022-ci il tarixdə saat 16:05-də özünə məxsus plastik kart hesabına hesabdan-hesaba köçürmə yolu ilə Zərərçəkmiş şəxs4 101 manat, xx.xx.2023-cü il tarixdə saat 19:34-də özünə məxsus plastik kart hesabına hesabdan-hesaba köçürmə yolu ilə Zərərçəkmiş şəxs4 117 manat, xx.xx.2023-cü il tarixdə saat 12:29-da özünə məxsus plastik kart hesabına hesabdan-hesaba köçürmə yolu ilə Zərərçəkmiş şəxs4 60 manat, həmçinin 2023-cü ilin yanvar ayının sonlarında Qusar şəhəri, N.Şərifov küçəsində yerləşən “Rossiya” marketdə quraşdırılmış “Milli ÖN” ödəmə terminalı vasitəsilə özünə məxsus plastik kart hesabına köçürülmə yolu ilə Zərərçəkmiş şəxs4 102 manat, cəmi 1400 manat pul vəsaitini alaraq dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o təkrarən, eyni məqsədlə Qusar rayonu, Lanqu qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 məxsus həyətyanı torpaq sahəsinə və evinə çıxarış alınması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin yanvar ayının ilk ongünlüyündə, saat 16 radələrində Qusar rayonu, Ləyərqışlaq kəndində Zərərçəkmiş şəxs3 600 manat, bundan bir neçə gün sonra, yəni 2023-cü ilin yanvar ayının sonlarında, saat 18 radələrində Qusar rayonu, Lanqu kəndində, kəndin adı yazılan lövhənin yanında Zərərçəkmiş şəxs3 650 manat, 2023-cü ilin fevral ayının əvvəllərində, saat 16 radələrində istintaq məlum olmayan taksi sürücüsünün vasitəsilə Qusar rayonu, Çubuqlu kəndi ərazisində Zərərçəkmiş şəxs3 120 manat, bundan 3-5 gün sonra, yəni 2023-cü ilin fevral ayının ilk ongünlüyündə günorta saatlarında Zərərçəkmiş şəxs3 yaşadığı Qusar rayonu, Lanqu qəsəbəsində yerləşən evində 70 manat, cəmi 1440 manat pul vəsaitini alaraq dələduzluq etmiş, yəni etibardan sui-istifadə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilmiş və ifadəsində ittiham aktında təsvir olunmuş qaydada və şəraitdə zərərçəkmişlərə qarşı həmin əməlləri törətməsini etiraf edərək, bu yolla torpaq sahələrinə dair sənədlərin hazırlanması və əldə olunması adı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 1700 manat, Zərərçəkmiş şəxs1 850 manat, Zərərçəkmiş şəxs4 1400 manat, Zərərçəkmiş şəxs3 1440 manat məbləğində pul almış, lakin həmin sənədləri düzəltməyərək həmin şəxsləri aldatmışdır. Hazırda əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs çoxdan tanıyır, həmin şəxs bir neçə şəxslər üçün torpaq sahələrinin sənədlərini hazırladığına görə, onun belə işləri gördüyünü bilib dostunun torpaq sahəsinə dair sənədlərinin əldə olunması üçün Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu isə işin həlli üçün 850 manat məbləğində pul almış, lakin sənədləri düzəltməmişdir. Famildən pulunu tələb etsə də, o, pulu kiməsə verdiyini bildirmiş, daha sonra isə onun telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən də, Familin barəsində şikayət etmişdir. İndiyədək Famil onun pulunu qaytarmamış, Famildən pulunu tələb edir və həmin şəxsin barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusunun torpaq sahəsinin sənədlərini düzəltdiyini bilib, xəstə olduğundan, həmçinin pandemiya dövrü olduğundan Təqsirləndirilən şəxs müraciət etmişdir ki, onun da torpaq sahəsinin sənədlərini düzəltsin. Bununla bağlı, Təqsirləndirilən şəxs ondan 1700 manat məbləğində pul almış, sənədləri əldə edəcəyinə and içmişdir. Lakin, sonradan Famil onun sənədlərini düzəltməmiş, pulunu isə qaytarmamışdır. Hazırda o, Famildən öz pulunu tələb edir və onun barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş edir.. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iki il əvvəl onun dayısı oğlunun torpaq sahəsinin layihəsini çəkib vermiş, həmin vaxt o, həmin şəxsi İqtisadiyyat Nazirliyinin işçisi kimi tanımışdır. Onun özünün həyətyanı torpaq sahəsinin tərkibində əlavə zəbt kimi torpaq sahəsi olmuş, həmin sahə üçün sənədlərin əldə olunması üçün Təqsirləndirilən şəxs müraciət etmiş, həmin şəxs İqtisadiyyat Nazirıliyində tanış adamlarının olduğunu və həmin sahə üçün ona sənəd düzəldə biləcəyini demiş və ondan bu məqsədlə 1400 manat məbləğində pul almışdır. Lakin, Famil həmin sənədləri düzəltməmiş, pulunu da qaytarmamışdır. Hazırda o, Famildən öz pulunu tələb edir və həmin şəxsin barəsində ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs iki dəfə torpaq sahələrinə dair sənədləri düzəltdiyini görmüş, bu səbəbdən də, atasına məxsus avtomobil təmiri sexi üçün sənədlərin hazırlanması üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. O, bu məqsədlə Təqsirləndirilən şəxs post terminal vasitəsilə 1400 manat məbləğində pul göndərmiş, lakin həmin şəxs sənədləri düzəltməmişdir. Sonradan o, Təqsirləndirilən şəxs zəng etsə də, onun telefonuna zənglər çatmamışdır. Pulu ona ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən pulunu tələb edir və həmin şəxsin barəsində qanuni cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yergüc kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 383 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmənin elektron sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü Əhməd, xx.xx.2009cu il təvəllüdlü Kamal adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah edilməsi ona azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməklə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə saat 14:30da qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuş, həmin tarixdə saat 16:30-da isə tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs həbsdə olduğu 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hazırkı hökm çıxarılan vaxtdan, yəni 09 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutularaq 17 avqust 2023-cü il tarixdə saat 14:30-dan saat 16:30-dək 01 (bir) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablansın. Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar