Məhkəmə qərarları › İş №1(029)-5/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-5/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-5/2025 09.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş (Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, hökmü ilə təqsirli bilinərək 1.000 (min) manat cərimə cəzasına məhkum olunmuş) məhkumluğu ödənilməmiş, Qusar şəhəri, Qılah-Oba kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının CM-nin 245-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə gecə saatlarında sərxoş vəziyyətdə Qusar rayonu Qılah-oba kənd qəbirstanlığına gedərək orada yerləşən 1 metr 70 sm uzunluğunda, 60 sm enində, qalınlığı 13 sm olan daş qəbir, həmin qəbirin üzərində 2 sm qalınlığında 1 metr 50 sm uzunluğunda və 60 sm enində qara mərmərdən şəkil lövhə olan X2 qəbir daşını qəsdən fiziki güc tətbiq edərək dağıdılması, təkrarən Təqsirləndirilən şəxs həmin tarixdə və eyni qəbirstanlıqda yerləşən 1 metr 85 sm uzunluğunda, 90 sm enində, 12 sm qalınlığında, qara mərmərdən olan X5 qəbir daşını qəsdən fiziki güc tətbiq edərək dağıdılması və təkrarən Təqsirləndirilən şəxs həmin tarixdə və eyni qəbirstanlıqda yerləşən 1 metr 76 sm uzunluğunda, 60 sm enində, 12 sm qalınlığında qara mərmərdən olan X6 qəbir daşını qəsdən fiziki güc tətbiq edərək xalq arasında olan ümumi qəbul edilmiş qaydaları pozmaqla qəbirlərin dağıdılması ilə müşayət olunan hərəkətlər etməklə zərərçəkmiş şəxslərə maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iyun ayının 11-i evdə olmuş, evdə axşama kimi kompot bağlamış, səhəri günü polislər gəlib onu tutub qəbirlərin dağıdıldığını demişlər. Gedib qəbirlərə baxanda qəbirlərin dağıdıldığını görmüşdür. Ona polis əməkdaşları içkili olduğunu deməyini, sonra da onun azad ediləcəyini dediklərini görə, həbs qətimkan tədbirinin seçilməsi zamanı içkili olduğunu bildirmişdir. Qəbirləri dağılanları tanıyır, onlardan biri qaynatasının qəbiridir, biri atasının düşmənçiliyi olan şəxsin qəbiridir. Qəbirləri dağılanların kənddə başqa şəxslərdə düşmənçiliyi olubolmamasını bilmir. Arvadından boşanmışdır. İbtidai istintaq zamanı ifadələrə imza etmiş, ifadəyə oxumadan imza etmişdir. Tutulmaqdan qorxduğu üçün ifadələrə imza etmişdir. İbtidai istintaq zamanı ona hədə qorxu, təsir olmayıb. Müstəntiq onu aldadıb, ona görə ifadəyə imza etmişdir. Müdafiəçiyə müstəntiqin onu aldatması barədə heçnə deməmişdir. Cinayət işinin materialları tanış olmamış, lakin tanış etməyə imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2005-ci il tarixdə Qusar rayonu Qılah-oba kənd sakini X13 ilə ailə həyatını qurmuş və həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. Son zamanlar onun və arvadı Firuzə Nadirovanın münasibətləri pozulduğu üçün arvadı 2017-ci il tarixdən ata evinə qayıdaraq anası Nəzirə Nadirovanın evində yaşamışdır. Arvadı ilə boşanmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməsədə, 2019-cu il tarixdə X21 rayon məhkəməsinə aliment üçün rəsmi müraciət etmişdir. Müxtəlif səbəblərdən onların məhkəməsi 4 il davam etmiş, 2024-cü ilin fevral ayında Qusar rayon məhkəməsi tərəfindən rəsmi boşanmışlar, Firuzə Nadirova isə yenidən ondan 4 min manat aliment pul tələb etməyə başlamışdır. 11 iyun 2024-cü il tarixdə onun ad günü olmuş, evində bir şüşə araq içmiş və axşam saat 23 radələrində artıq sərxoş hala düşəndən sonra yadına Firuzə Nadirova ilə aralarında baş verən mübahisələr və məhkəmə prossesləri düşmüşdür. O, Firuzə Nadirovanın ona qarşı haqsızlıq etdiyini düşünmüş və əsəb hissləri keçirmişdir. Öz əsəblərini sakitləşdirmək üçün Firuzə Nadirovanın atasının qabir daşını dağıtmağa qərara gəlmiş, bunun üçün kənd qəbirstanlığına getmiş, orada Firuzə Nadirovanın atası Fərhad Nadirovun qəbir daşını axtarmağa başlamış, bu zaman bir mərmər qəbir daşı görmüş və şəkildəki şəxsi Fərhad Nadirova oxşatdığından birinci dəfə həmin qəbir daşını təpiklə vurmuş, sonra əlləri ilə itələyib həmin qəbir daşını yerə düşürtmüş, lakin sonra həmin qəbir daşına diqqətlə baxdıqda görmüşdür ki, həmin qəbir Fərhad Nadirova məxsus deyil, digər kəndçisi X9 məxsusdur. Bundan sonra Fərhad Nadirovun qəbir daşını axtarmağa davam etmiş, başqa bir qəbir daşını görmüş, həmin mərmər daşın üstünə çıxmış, lakin görmüşdür ki, həmin mərmər daşı X10 məxsusdur, sonra onu dağıtmaqdan vaz keçmişdir. Daha sonra digər həmkəndlisi X1 qəbirini görmüş, həmin qəbirin Fərhad Nadirova məxsus olduğunu düşünüb əlləri ilə tutub güc verərək yerə yıxmış, lakin sonra diqqətlə baxdıqda həmin qəbir daşının da başqa şəxsə məxsus olduğunu gördüyündən Fərhad Nadirovun qəbirini axtarmağa davam etmişdir. Bundan sonra Nadir Fərhadovun daşdan hazırlanmış qəbir daşını tapmış və onu birinci ayaqla vurub yerə yıxmış daha sonra bir mişar daş parçası ilə həmin qəbir daşını bir neçə dəfə vurub dağıtmışdır. Bundan sonra evə qayıdıb yatmış, daha sonra ünvanına polis əməkdaşları gəlmiş və etdiyi öz əməlini səmimi etiraf etmişdir. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əri Fərhad Nadirov 2016-cı il tarixdə vəfat edib və yaşadığı Qılah-oba kəndindəki qəbirstanlıqda dəfn edilib. Əri vəfat etdikdən sonra onun əziz xatirəsini yad etmək üçün qəbir daşını sifariş verib qoydurmuşdur. 12 iyun 2024-cü il tarixdə səhər saat 11 radələrində kəndlərindəki qəbirstanlığa gəlmişdir ki, Qurban bayramı ilə əlaqədar əri Fərhad Nadirovun qəbirini səliqə-səhmana salaraq təmizləsin. Lakin, ora gələndə əri Fərhad Nadirovun qəbir daşının tamamilə dağıdılaraq bir neçə hissəyə ayrıldığın görmüşdür. Bu ona çox böyük mənəvi təsir eləmiş, o başa düşmüşdür ki, kim isə qəsdən qərəzli olaraq əri Fərhad Nadirovun qəbirini dağıdıb. Bundan sonra qəbiristanlıqda dəfn edilmiş digər şəxslər X14 və X3 qəbir daşları dağıdıldığını görmüş, bu barədə DİNnin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerini müayinə edib zəruri nümunələri götürmüşlər. Sonradan ona məlum olmuşdur ki, hadisəni törədən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ilə barışmır, onun həbs olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, atası X12 xx.xx.2018-ci il tarixdə vəfat edib və yaşadığı Qılahoba kəndindəki qəbirstanlıqda dəfn edilib. X22 vəfat etdikdən sonra onun əziz xatirəsini yad etmək üçün mərmərdən olan qəbir daşını sifariş verib qoydurmuşdur. 12 iyun 2024-cü il tarixdə səhər saatlarında qardaşı Zərərçəkmiş şəxs2 ona zəng edərək atasının qəbirini naməlum şəxs tərəfindən dağıdıldığını demiş və Bakı şəhərində olduğundan xahiş etmişdir ki, gedib bu məsələni aydınlaşdırsın. Bundan sonra o Xaçmaz rayonundan Qusar rayonu Qılah-oba kəndinə gəlmiş və görmüşdür ki, həqiqətəndə atası X5 qəbir daşı dağıdılmışdır. Sonra görmüşdür ki, X2 və Mahir Süleymanovun da qəbir daşları dağıdılıb. Bundan sonra bu barədə DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra qəbirstanlığa polis əməkdaşları gəlmiş və o bu barədə Qusar RPŞ-nə ərizə ilə müraciət etmiş, bundan sonra polis əməkdaşları hadisə yerini müayinə edərək zəruri nümunələri götürmüşlər. Sonradan ona məlum olmuşdur ki, hadisəni törədən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona vurulmuş olan maddi ziyan ödənilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs3 Qədir oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, qardaşı X14 2021-ci ildə vəfat etmişdir və onu Qusar rayon Qilah-oba kənd qəbirstanlığında dəfn etmişlər. Onun qəbir daşını o və X8 Süleymanov qoymuşdur. Hər il müxtəlif bayramlarda onlar qəbirstanlığa gedərək öz qohumlarının qəbirlərinə baş çəkirlər. xx.xx.2024-cü il tarixdə kənd qəbirstanlığını Qurban Bayramı münasibətilə Qilah-oba kənd camaaatı təmizləyərkən qardaşı Mahir Süleymanovun qəbrinin dağıdığıldığını görmüşlər və bununla əlaqədar ona zəng edib məlumat vermişlər. O, həmin günü Qusar rayonuna gələrək qəbirstanlığa getmiş və orada qəbrin dağıdığıldığını aşkar etmiş və bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə atası Təqsirləndirilən şəxs ad günü olmuş, həmin günü evdə ancaq onunla atası Pərviz olmuş, qardaşı Ənvər Eldarov isə Bakı şəhərində olmuşdur. Atası Təqsirləndirilən şəxs ad günü münasibətilə qonşusu Hörmətlə saat 18 radələrində araq içmiş, sonra saat 21 radələrində Hörmət çıxıb getmiş, evdə atası ilə o olmuşdur. Atası Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş, o da yorğun olduğu üçün saat 22 radələrində evin ikinci mərtəbəsində olan otağına çıxmış, otaqda tək yatmış və sonra atasının nə etməsindən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 avqust 2024-cü il tarixli 3-16- 16/2-9/5270 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qəbir daşlarının dağıdılması nəticəsində dəymiş ziyanın məbləği təxminən 1200,0 manat müəyyən edilir. X4 məxsus baş daşının quraşdırılma xərci 150,00 manat, Şeydayev Telman Baxşəli oğluna məxsus baş daşının quraşdırılma xərci 200,00 manat, X9 məxsus baş daşının quraşdırılma xərci isə 150,00 manat müəyyən edilir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-genetik ekspertizasının 23 avqust 2024-cü il tarixli 24/1381R saylı rəyinə əsasən müəyyən edilmişdir ki, təqdim edilmiş 01 (bir) ədəd “Veqas” və 01 (bir) ədəd “Prima” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs (xx.xx.1980 Qusar r.) məxsusdur. Təqdim edilmiş 01 (bir) ədəd “Sirab” markalı plastik içki qabı üzərində olan bioloji mənşəli materiallar kiçi cinsindən olan naməlum şəxsə məxsusdur və bu nümunədən əldə olunmuş DNT profili, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə dağıtdığı qəbir daşlarını göstərərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsi zamanı özünü təqsirli bilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı var. İş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 Qədir oğlunun və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini bütövlükdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli,1(029)-41/2025 saylı hökmü ilə təqsirli bilinərək 1.000 manat cərimə cəzasına məhkum olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(029)-41/2025 saylı hökmü xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Hal-hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs cinayət əməlini 11 iyun 2024-cü il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hal-hazırkı cinayət işi üzrə cinayət əməlini Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il 1(029)-41/2025 saylı hökmü elan olunmamışdan və qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli,1(029)-41/2025 saylı hökmü ilə təyin edilmiş 1.000 (min) manat cərimə cəzası hazırkı hökmlə CM-nin 66.5-ci maddəsinə əsasən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 245-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan halları nəzərə alaraq, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzanın təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, belə olan halda cəzanın məqsədi təmin edilə bilməz. Təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdiriən hal kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Qədir oğlu ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Hazırkı iş üzrə CM-nin 61-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin 12 iyun 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən tarixdən hazırkı iş üzrə hökm elan olunan tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablanmalıdır Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd içki qabı və iki ədəd siqaret kötüyü olan möhürlü bir ədəd kağız zərf hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPMnin 132-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(029)-41/2025 saylı hökmü ilə təyin edilmiş 1.000 (min) manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin olunmuş tam toplanılmaqla ona qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən 1.000 (min) manat miqdarında cərimə cəzası müstəqil qaydada icra olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd içki qabı və iki ədəd siqaret kötüyü olan möhürlü bir ədəd kağız zərf hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPMnin 132-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar