Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-50/2021 24.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Hərbi Məhkəməsinin 25.06.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 330.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə 05 faiz məbləğində pul tutulmaqla 9 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, 02 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 fevral 2021ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş; 21 may 2021-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, həmin tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 01 fevral 2021-ci il tarixdə Xaçmaz şəhərində istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda- 7,20 qramdan artıq çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək özündə saxlamış, daha sonra isə həmin tarixdə 02 ədəd kibrit qutusunda və 01 ədəd sellofan kəsiyi bükümündə olan həmin narkotik vasitəni üzərində qanunsuz gəzdirməklə tanışı Şahid3 idarə etdiyi “VAZ-21074” markalı H984OO05 rus dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz daşıyaraq Xaçmaz şəhərindən Qusar rayonu istiqamətində yola çıxmış, avtomobildə olan zaman üzərində olan narkotik vasitədən 04 ədəd “kazbek”in içərisinə dolduraraq Şahid3 və avtomobildə sərnişin olan Şahid1 ilə birlikdə qəbul etmiş, Qusar rayonu Şirvanlı kəndinə çatdıqda isə saat 23:00 radələrində Qusar RPŞ-nin X11 əməkdaşları tərəfindən saxlanılıb Samur PBnə gətirilmiş və 02 fevral 2021-ci il tarixdə, saat 00:35-də üzərində aparılan şəxsi axtarış zamanı sellofan torbaya bükülmüş vəziyyətdə olan 02 ədəd kibrit qutusunda təmiz çəkiləri- 3,28 qram, 3,65 qram və 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,27 qram olmaqla ümumi təmiz çəkisi-7,20 qram olan narkotik vasitə olan qurudulmuş marixuana kütləsi onun əynində olan qara rəngli parça gödəkcənin sol yan cibindən, aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, əvvəllər narkotik vasitədən istifadə etməmişdir. Valideynlərinin yanında yaşayır, subaydır, avtomobil təmiri sexində ustanın yanında maşın salonları yığır. O, 01 fevral 2021-ci il tarixdə Xaçmaz şəhərində Peşə Məktəbinin həyətində olan turnikdə idman etmək məqsədi ilə oraya getmiş və orada olarkən turnikin yanında sellofan torba görmüş, həmin torbanı götürüb içərisinə baxdıqda isə içərisində marixuana olan iki ədəd kibrit qutusu olduğunu görmüşdür. O, narkotiki cibinə qoymuş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra o, tanışı Tərlanla görüşmüş və tapdığı narkotiki ona göstərib “bir yer var, gedək istirahət edək” demişdir. Onlar birlikdə kafeyə getmişlər, sonra tanışları Hikmət və Zöhrab da oraya gəlmişlər və birlikdə çay içmişlər. Bir az keçdikdən sonra Tərlan Qusar rayonunda əsgər yoldaşı olduğunu və onunla görüşmək üçün Qusar rayonuna getmək istədiyini bildirmiş, birlikdə getməyi təklif etmiş və onlar Tərlanın idarə etdiyi avtomobilə əyləşib Qusar rayonu istiqamətinə getmişlər. O, avtomobilin qabaq sağ oturacağında, Hikmətlə Zöhrab isə arxa oturacaqda oturmuşlar. Tərlan ona “Kazbek” siqareti almasını demiş, o da, marixuana çəkmək üçün “Kazbek” siqareti almışdır. Yolda olarkən o, Tərlan, Hikmət və Zöhrab marixuananı həmin siqaretə doldurub çəkmişlər. Onlar Qusar rayonuna çatdıqdan sonra Şirvanlı kəndinin yaxınlığında polis əməkdaşları onları saxlamışlar, Qusar RPŞ-nin X12 dəvət etmişlər və onlar etiraz etməyərək həmin bölməyə getmişlər. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən içərisində marixuana olan iki ədəd kibrit qutusu aşkar olunaraq götürülmüşdür. Lakin, onun üzərində metamfetamin olmamış, həmin maddədən xəbəri olmamışdır. Hazırda törətdiyi əməlindən peşmandır, bir daha narkotik vasitədən istifadə etməyəcəkdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun qismən səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-bioloji və məhkəmənarkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. 01 fevral 2021-ci il tarixdə o, Xaçmaz şəhərində yerləşən kafedə tanışı Zöhrabla görüşüb çay içərkən oraya digər tanışları Tərlan və Xəlil də gəlmişlər və birlikdə çay içmişlər. Həmin vaxt onlar dördü də narkotik vasitə olan tiryək istifadə etmişlər, daha sonra Tərlan Qusar rayonunda əsgər yoldaşının olduğunu, həmin şəxslə görüşmək üçün oraya getmək istədiyini bildirmiş, onunla birlikdə getməyi təklif etmişdir. Onlar razılaşmışlar və Tərlanın avtomobili ilə Qusar rayonuna yola düşmüşlər. Yolda olarkən Xəlil 4 ədəd “Kazbek” siqareti çıxarmış, üzərində olan marixuananı həmin siqaretlərə doldurmuş və onların dördü də həmin marixuanadan çəkmişlər. Qusar rayonuna çatdıqdan sonra Şirvanlı kəndinin yanında polis əməkdaşları onları saxlayıb Qusar rayon Polis Şöbəsinin X12 aparmışlar və orada Xəlilin üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Onun üzərindən isə heç bir narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin X11 sahə rəisi vəzifəsində işləyir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, həmin şəxsin narkotik vasitələrdən istifadə etməsi barədə Qusar RPŞ-də əməliyyat məlumatı olmuşdur. 01 fevral 2021-ci il tarixdə əməliyyat tədbiri keçirilmiş və içərisində Təqsirləndirilən şəxs da olduğu Tərlan adlı şəxsin idarə etdiyi qara rəngli VAZ-2107 markalı avtomobil Qusar rayonu Şirvanlı kəndinin yaxınlığında saxlanılmışdır. Avtomobildə Tərlan və Xəlildən başqa, Hikmət və Zöhrab adlı şəxslər də olmuşdur. Həmin şəxslər Qusar RPŞ-nin Samur PB-nə aparılmış və orada üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Xəlilin üzərindən iki növ narkotik vasitəyəni marixuana və metamfetamin aşkar olunmuş, Zöhrabın üzərindən tiryək aşkar olunmuş, digərlərinin üzərindən isə narkotik vasitələr aşkar olunmamışdır. Həmin vaxt həmin şəxslərin hər biri narkotik vasitə aludəçisi olduqlarını etiraf etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 və Şahid6 Şahid5 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən bir il olar ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir, hər dəfə Xaçmaz şəhərində yaşayan adını bilmədiyi şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana alıb qəbul etmişdir. 01 fevral 2021-ci il tarixdə tanışı Xəlil ona, Peşə Litseyinin ərazisindən marixuana tapdığını demiş, o da narkotiki özündə saxlamasını tapşırıb, birlikdə çəkəcəklərini demişdir. Həmin gün saat 17 radələrində o, Xəlillə görüşmüş, həmin vaxt o, idarə etdiyi “VAZ-2107” markalı avtomobillə olmuşdur. Daha sonra onlar “Teor” kafesinin yanında tanışı Hikmətlə rastlaşmış, sonuncunu da özü ilə dəvət etmiş, Hikmət də kafedə olan tanışı Zöhrabı da çağırmışdır. Həmin vaxt onlar dördü də Xaçmaz şəhərində bir az gəzmişlər, avtomobildə gəzən zaman o, narkotik vasitə olan tiryək qəbul etmək istədiyini bildirmiş, Hikmət də “Elvin” adlı şəxsin tiryək satdığını demiş, sonra isə o, Hikmətə 30 manat pul vermiş və Elvinlə görüşüb ondan 30 manat müqabilində narkotik vasitə olan tiryək almasını xahiş etmişdir. Bundan təxminən 30 dəqiqə sonra Hikmət tiryək alıb “Dostluq” kafesinə gəlmiş, 02 ədəd bükümdə olan narkotik vasitəni masanın üzərinə qoymuşdur. Daha sonra isə Hikmət nəlbəki ilə həmin bükümləri əzmiş və ondan bir hissəsini udmuş, o və Xəlil də ondan istifadə etmiş, Zöhrab isə qalan narkotik vasitəni kağıza bükərək cibində olan pul qabının içərisinə qoymuşdur. Daha sonra o, Qusar rayonuna gedib əsgər yoldaşı ilə görüşmək istədiyini bildirmiş, Xəlilgilə də onunla getməyini təklif etmiş, onlar da hamısı razılaşmış və onlar yola düşmüşlər. Onlar avtomobillə Qusar rayonu istiqamətində gələn zaman Xəlil üzərində saxladığı 04 ədəd “kazbeki” cibindən çıxarıb özündə olan kibrit qutusundakı narkotik vasitə olan marixuanadan onların içərisinə doldurmuş, sonra isə dördü də narkotik vasitədən qəbul etmişlər. Onlar təxminən saat 22 radələrində Qusar rayonu Şirvanlı kəndinə gələrək orada olan bir kafenin qarşısına yaxınlaşmışlar, həmin vaxt bir neçə polis əməkdaşı və mülki geyimdə olan bir neçə şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib Qusar rayon Polis Şöbəsinin X11 əməkdaşları olduqlarını bildirmişlər, sonra isə onları polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək X12 getmişlər. X12 getdikdən sonra onun üzərində hər hansı narkotik vasitə olmadığını bildirmiş, daha sonra isə vəkil və bir neçə polis əməkdaşının iştirakı ilə onun üzərində axtarış aparılmış, həmin vaxt üzərindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istinbtaq zamanı verdiyi ifadəsindən görünür ki, 2010-cu il dən DİO-da, 2017-ci ildən isə Qusar RPŞ-nin Samur PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 01 fevral 2021-ci il tarixdə Xaçmaz rayon sakinləri Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 narkotik vasitə qəbul etmələri, üzərlərində gəzdirmələri və həmin gün Qusar rayonu Şirvanlı kəndinə gələcəkləri barədə məlumat almış və bununla əlaqədar olaraq raportla dərhal Samur PBnin rəisinə məruzə etmişdir. O, aldığı məlumatla bağlı məruzə etdikdən sonra bölmə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qurupu yaradılmışdır. Bundan sonra 01 fevral 2021-ci il tarixdə, təxminən saat 23 radələrində o, bölmənin digər əməkdaşları – Şahid5, Şahid6 və Şahid7la birlikdə avtomobillə Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 ola biləcəkləri ehtimal olunan Qusar rayonu Şirvanlı kəndinə gedərək, orada yerləşən sərhəd keçid məntəqəsinin yaxınlığındakı kafenin ətrafını müşahidəyə götürmüşlər. Onlar həmin ərazidə müşahidə aparan zaman Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 “VAZ-2107” markalı H984OO05 rus dövlət qeydiyyat nişanlı avtomobillə oraya yaxınlşadıqlarını görmüş və sürücü avtomobili kafenin qarşısında dayandırdıqdan sonra onlar yaxınlaşıb özlərini təqdim etmiş, sonra isə polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra materialın icrası Qusar RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Elşad Əhmədova həvalə olunmuş, sonra isə Elşad Əhmədov tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs, Şahid1, Şahid3 və Şahid2 şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil, o və digər iştirakçıların iştirakları ilə videoçəkilişlə onların dördünün də üzərində axtarış aparılmağa başlanılmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyində olan qara rəngli parça gödəkcənin sol yan cibindən 02 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya oxşar kütlə, şalvarının arxa sağ cibində olan pulqabının içərisindən isə 02 ədəd kağız bükümdə narkotik vasitə olan metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdir. Həmin vaxt Təqsirləndirilən şəxs 02 ədəd kibrit qutusunda olan kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana, 02 ədəd bükümdə olan kütlələrin isə narkotik vasitə olan metamfetamin olduğunu və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin 02 ədəd kibrit qutusunda və 02 ədəd bükümdə olan narkotik vasitəyə oxşar kütlələr onun və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və bütün iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Daha sonra təhqiqatçı Elşad Əhmədov tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, bütün iştirakçılar həmin protokolu imza etmişlər. Bundan sonra Şahid2 üzərində axtarış aparılmağa başlanılmiş və şəxsi axtarış zamanı onun əynində olan gödəkcənin sağ-iç cibində saxladığı pul kisəsinin içərisindən 01 ədəd kağız büküm aşkar olunub götürülmüş, həmin bükümü açıb içərisinə baxış keçirən zaman onun içərisində narkotik vasitə olan tiryəkə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şahid2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan kütlənin narkotik vasitə olan tiryək olduğunu və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin 01 ədəd bükümdə olan narkotik vasitəyə oxşar kütlə onun və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzərinə imzalar çəkilmişdir. Daha sonra təhqiqatçı Elşad Əhmədov tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, bütün iştirakçılar həmin protokolu imza etmişlər. Bundan sonra Şahid3 və Şahid1 üzərində axtarış aparılmış, ancaq onların üzərindən hər hansı narkotik vasitə aşkar olunub götürülməmiş və təhqiqatçı Elşad Əhmədov tərəfindən bu barədə protokol tərtib edilmiş, tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, o və digər iştirakçılar həmin protokolu imza etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin Samur PBnin baş əməliyyat müvəkkili Şahid4 tərəfindən qəbul edilmiş 01.02.2021-ci il tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair”qərardan görünür ki, Xaçmaz rayon sakinləri Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 nəzarətə götürülüb güdülməsi və yaxalandıqdan sonra onların üzərinə baxış keçirilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 00:35-dən saat 01:02-dək Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X10 tərəfindən müdafiəçi X8, Qusar RPŞ-nin KTQ-nin inspektorkriminalisti X3, Qusar RPŞ-nin Samur PB-nin baş əməliyyat müvəkkili Şahid4, həmin bölmənin sahə rəisi Şahid5 iştirakları ilə Qusar RPŞ-nin Samur PB-nin inzibati binasında Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya saxlanması qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça gödəkçənin sol cibindən sellofan paketdə 02 ədəd kibrit qutusunda narkotik təbiətli çətənə (kannabis) bitkisinə bənzər, spesifik iyə malik qurudulmuş yaşıl rəngli ot kütlələri və əynində olan şalvarın arxa sağ cibində olan pul kisəsinin içərisində 02 ədəd kağız bükümündəki narkotik vasitəyə bənzər kristal formasında maddələri çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin hamısını Xaçmaz şəhərində yerləşən Peşə məktəbinin ərazisindən tapdığını, kristal formasında olan narkotik vasitədən istifadə etmədiyini, amma marixuanadan bir neçə saat əvvəl istifadə etdiyini, ümumən bir il olar ki, narkotik istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı onun üzərindən 01 ədəd pul kisəsi, içərisində 01 ədəd sürücülük vəsiqəsi, 02 ədəd plastik kart, 01 ədəd vəsiqə, 15 manat pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş sellofan paketdə 02 ədəd kibrit qutusunda narkotik təbiətli çətənə (kannabis) bitkisinə bənzər, spesifik iyə malik qurudulmuş yaşıl rəngli ot kütlələri və əynində olan şalvarın arxa sağ cibində olan pul kisəsinin içərisindən 02 kağız bükümündəki narkotik vasitəyə bənzər kristal formasında maddələr ekspertizaya göndərilməsi üçün protokolda qeyd olunmuş şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılımış və Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 106 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 03 fevral 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saat 17:28-də tutulmadan azad edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 17 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması və tutulduqdan sonra Qusar RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında oilan 21 may 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:30-da Xaçmaz şəhərində müəyyənləşdirilərək saxlanılmış və Qusar RPŞ-nin İB-nə təqdim olunmasından ötrü Qusar RPŞ-nə gətirilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 21 may 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş və o, həmin tarixdə saat 15:30-da tutulmadan azad edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 01:40-dan saat 01:58-dək Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X10 tərəfindən müdafiəçi X4, Qusar RPŞ-nin KTQ-nin inspektorkriminalisti X3, Qusar RPŞ-nin Samur PB-nin baş əməliyyat müvəkkili Şahid4, həmin bölmənin sahə rəisi Şahid5 iştirakları ilə Qusar RPŞ-nin Samur PB-nin inzibati binasında Şahid2 şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarış zamanı Şahid2 üzərində narkotik vasitə və ya saxlanması qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Şahid2 gödəkçəsinin sağ iç cibində saxladığı pul kisəsindən 01 ədəd kağız bükümündə olan narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Şahid2 həmin bükümdə olan narkotik vasitəni tapdığını, həmin narkotik vasitədən istifadə etmək niyyətində olduğunu, amma istifadə etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd kağız bükümündəki narkotik vasitəyə bənzər maddələr ekspertizaya göndərilməsi üçün protokolda qeyd olunmuş şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 106 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji, məhkəmə fiziki-kimyəvi ekspertizasının 03 fevral 2021-ci il tarixli 7/140-6/471 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “02.02.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı onun üzərindən aşkar edilərək götürülmüş 02 ədəd kibrit qutusunda narkotik maddəyə bənzər ot kütlələri və 02 kağız bükümündə şüşə kristallar formasında narkotik vasitəyə bənzər maddə, imza Xəlilov Xəlil Saleh oğlu..., Qablaşdırdı imza Qusar RPİ-nin İB-nin baş təhqiqatçısı, polis leytenantı Elşad Əhmədov...” imza və yazılar olan bir ədəd zərfdə iki ədəd kibrit qutusunda təmiz çəkiləri 3,28 qram, 3,65 qram və bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,27 qram olmaqla ümumi çəkisi 7,20 qram olan yaşımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “02.02.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı onun üzərindən aşkar edilərək götürülmüş 02 ədəd kibrit qutusunda narkotik maddəyə bənzər ot kütlələri və 02 kağız bükümündə şüşə kristallar formasında narkotik vasitəyə bənzər maddə, imza Təqsirləndirilən şəxs..., Qablaşdırdı imza Qusar RPŞ-nin İB-nin baş təhqiqatçısı, polis leytenantı Elşad Əhmədov...” imza və yazılar olan bir ədəd zərfdə iki ədəd folqa kağızı kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,010 qram və 0,012 qram olmaqla ümumi çəkisi 0,022 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim edilmiş üzərində “02.02.2021-ci il tarixdə şübhəli şəxs Şahid2 şəxsi axtarışı zamanı onun üzərindən aşkar edilərək götürülmüş kağız bükümündəki narkotik vasitəyə bənzər maddələr, imza. Şahid2..., Qablaşdırdı imza E.Əhmədov...” imza və yazılar olan bir ədəd ağ rəngli zərfi açdıqda içərisində bir ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,262 qram olan tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin tıəsviri-əsaslandırıcı hisəsindən görünür ki, metamfetaminin ümumi çəkisi-0,022 qram, tədqiqata sərf edildi-0,01 qram, qalıq 0,012 qram. Marixuananın ümumi çəkisi-7,20 qram, tədqiqata sərf edildi-0,15 qram (hər birindən 0,05 qram olmaqla), qalıq 7,05 qram. Tiryəkin təmiz çəkisi 0,262 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,212 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 03 fevral 2021-ci il tarixli 7/140-6/471 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manatdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 21.04.2021-ci il tarixli 1188 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ibtidai istintaq orqanının 05 fevral 2021-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 02 ədəd kibrit qutusunda və 01 ədəd sellofan kəsiyi bükümündə qalıq çəkisi cəmi-7,05 qram olan narkotik vasitə olan qurudulmuş marixuana kütlələri, 02 ədəd bükümdə qalıq çəkisi 0,012 qram olan psixotrop maddə olan metamfetamin və Şahid2 üzərindən aşkar edilib götürülmüş 01 ədəd kağız bükümdə qalıq çəkisi cəmi-0,262 qram olan narkotik vasitə olan tiryək kütləsi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Qusar RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Qusar RPŞ-nin İB-nin müstəntiqi Etibar Cəbrayılovun 05 fevral 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 02 ədəd kibrit qutusunda və 01 ədəd sellofan kəsiyi bükümündə qalıq çəkisi cəmi-7,05 qram olan narkotik vasitə olan qurudulmuş marixuana kütlələri, 02 ədəd bükümdə qalıq çəkisi 0,012 qram olan psixotrop maddə olan metamfetamin və Şahid2 üzərindən aşkar edilib götürülmüş 01 ədəd kağız bükümdə qalıq çəkisi cəmi-0,262 qram olan narkotik vasitə olan tiryək kütləsi Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil veriılmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 04 may 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 barəsində Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs və Şahid1 narkotik maddələri və psixotrop maddələri əldə etdiyi mənbənin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi məqsədi ilə cinayət işindən material ayrılmış və Xaçmaz RPŞ-nə göndərilmişdir. Şahid3 üzərindən narkotik maddələr aşkar edilmədiyindən, eləcə də onun narkotik maddələrin qəbulunu təsdiq edən müvafiq tibbi müayinə aktı olmadığından, inzibati məsuliyyətə cəlb edilməməsi qərara alınmışdır. Əməllərində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan Şahid2 barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə, Şahid1 barəsində isə Xaçmaz RPŞ-nə göndərilmişdir. Təqsirləndirilən şəxs 0,022 qram metamfetamin şəxsi istehlak miqdarında aşkar olunduğundan, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞnin İTB-nə göndərilmşdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş qurudulmuş marixuana və metamfetamin, eləcə də Şahid2 üzərindən götürülmüş tiryəkin cinayət işi üzrə maddi sübut kimi tanındığı və saxlanması üçün Qusar RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verildiyi nəzərə alınmışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-278/2021 saylı 17.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 01.02.2021-ci il tarixdə saat 23 radələrində Qusar rayonu Şirvanlı kəndində 0.022 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlaması faktına görə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-277/2021 saylı 17.06.2021-ci il tarixli qərarından görünür ki, Şahid2 01.02.2021-ci il tarixdə saat 23 radələrində Qusar rayonu Şirvanlı kəndində 0.262 qram çəkidə narkotik vasitə olan tiryəki satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlaması faktına görə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10.02.2021-ci il tarixli tələbnamədən və Bakı Hərbi Məhkəməsinin 25.06.2019-cu il tarixli 1-1(093)-159/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 330.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə 05 faiz məbləğdə pul tutulmaqla 9 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 23.08.2021-ci il tarixli 1222 saylı məktubdan görünür ki, N nömrəli hərbi hissənin N iyul 2019-cu il tarixli 1384 saylı məktubuna əsasən hökmün icrası təmin edilmiş və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş aylıq pul təminatından dövlət nəfinə 05 faiz məbləğində pul tutulmaqla 9 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası nəzarətə götürülmüşdür. İş materiallarında N nömrəli hərbi hissənin N iyul 2019-cu il tarixli 1384 saylı məktubunun surətindən görünür ki, Bakı Hərbi Məhkəməsinin 25.06.2019-cu il tarixli 1- 1(093)-159/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş aylıq pul təminatından dövlət nəfinə 05 faiz məbləğində pul tutulmaqla 9 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası nəzarətə götürülmüşdür. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 04 fevral 2021-ci il tarixli 158 saylı arayışından görünür ki, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi atası X5, anası X6, qardaşı X7 və bacısı X2 ibarətdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixotrop maddə olan metamfetamindən xəbərinin olmaması, həmin maddənin üzərindən aşkar olunmaması barədə ifadəsini müzakirə edərək belə qənaətə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarı ilə, o cümlədən şahidlərin ifadələri ilə təkzib edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini özünümüdafiə xarakteri daşıdığını hesab edir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, cəmi 7,20 qram narkotik vasitə olan marixuananı qanunsuz olaraq saxlaması və daşıması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.1, 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 83, 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 25.06.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 330.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə 05 faiz məbləğdə pul tutulmaqla 9 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, N iyul 2019-cu il tarixdə N nömrəli hərbi hissə tərəfindən Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzası nəzarətə götürülmüşdür. Həmin vaxtdan 9 ay keçdikdən sonra-yəni 26 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs cəzası bitmişdir. Həmin vaxtdan bir il müddət keçmədən-yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Lakin, buna baxmayaraq, məhkəmə hesab edir ki, onun törətdiyi əvvəlki cinayət əməli təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət olduğundan, həmçinin ona əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən hazırkı hökmlə ona cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 02 fevral 2021-ci il tarixdən 03 fevral 2021-ci il tarixədək 02 (iki) gün, axtarışda olan şəxs qismində tutularaq 21 may 2021-ci il tarixdə 01 (bir) gün, cəmi 03 (üç) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunacaq cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs olsa da, əvvəllər cinayət törətdiyinə görə məhkum olunmuş və məhkumluğu ödənilmədən islah olunmayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərcləri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 02 ədəd kibrit qutusunda və 01 ədəd sellofan kəsiyi bükümündə qalıq çəkisi cəmi 7,05 qram olan narkotik vasitə olan qurudulmuş marixuana kütlələri, 02 ədəd bükümdə qalıq çəkisi 0,012 qram olan psixotrop maddə olan metamfetamin və Şahid2 üzərindən aşkar edilib götürülmüş 02 ədəd kağız bükümündə qalıq çəkisi cəmi 0,262 qram olan narkotik vasitə olan tiryək məhv edilməlidir. İş materiallarında olan “axtarış və götürmə” aparılan zaman videoçəkilişi özündə əks etdirən 04 ədəd DVD diski və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd kompakt disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 02 fevral 2021-ci il tarixdən 03 fevral 2021-ci il tarixədək 02 (iki) gün, axtarışda olan şəxs qismində tutularaq 21 may 2021-ci il tarixdə 01 (bir) gün, cəmi 03 (üç) gün faktiki olaraq həbsdə saxlanma müddəti hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. İş üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 02 ədəd kibrit qutusunda və 01 ədəd sellofan kəsiyi bükümündə qalıq çəkisi cəmi 7,05 qram olan narkotik vasitə olan qurudulmuş marixuana kütlələri, 02 ədəd bükümdə qalıq çəkisi 0,012 qram olan psixotrop maddə olan metamfetamin və Şahid2 üzərindən aşkar edilib götürülmüş 02 ədəd kağız bükümündə qalıq çəkisi cəmi 0,262 qram olan narkotik vasitə olan tiryək məhv edilsin. İş materiallarında olan “axtarış və götürmə” aparılan zaman videoçəkilişi özündə əks etdirən 04 ədəd DVD diski və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd kompakt disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-50/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-50/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver