Məhkəmə qərarları › İş №1(029)-50/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-50/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-50/2023 01.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Qusar rayonu, İmamqulukənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Gedəzeyxur kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə saat 03 radələrində Qusar rayonu, İmamqulukənd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evin heyətinə arxa tərəfdən açıq qapıdan qanunsuz daxil olaraq, evin həyətində olan qapıları açıq Zərərçəkmiş şəxs məxsus “Vaz 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildən dəyəri 20 manat olan, 01 ədəd əl çantası, dəyəri 03 manat olan 01 ədəd kompas, dəyəri 02 manat olan 01 dəst “Fine Line” markalı flomasterlər, dəyəri 01 manat olan 01 ədəd “Biafens” markalı qayçı, dəyəri 4,50 manat olan 01 dəst “Qin Long” markalı karandaş, dəyəri 0,30 manat olan 01 ədəd “Ellot Sim” markalı qələm, dəyəri 40 manat olan 01 ədəd “Campious” markalı çadır, dəyəri 150 manat olan 01 dəst “Carinthia” markalı yataq dəsti, ümumi dəyəri 10 manat olan 02 ədəd dirsəkliklər, dəyəri 5 manat olan 01 ədəd 0,5 litrlik plastmas su qabı, ümumi dəyəri 10 manat olan 02 ədəd dizliklər, dəyəri 10 manat olan 01 ədəd 1,0 litrlik plastmas su qabı, dəyəri 3 manat olan 01 ədəd jgut, dəyəri 5 manat olan 01 ədəd hərbi panama papaq, ümumi dəyəri 10 manat olan 02 ədəd hərbi idman papaqları, dəyəri 3 manat olan 01 dəst hərbi barmaqsız əlcəklər, dəyəri 5 manat olan 01 dəst hərbi barmaqlı əlcəklər, dəyəri 10 manat olan 01 ədəd yağmurluq, dəyəri 01 manat olan 01 dəst kişi qış corabları, dəyəri 15 manat olan 01 dəst piyada kiçik bel, dəyəri 10 manat olan 01 ədəd hərbi buşlat, dəyəri 01 manat olan 01 ədəd 100 vərəqlik dərslik kitabçası, dəyəri 0,30 manat olan 01 ədəd 40 vərəqlik dərslik kitabçası, dəyəri 3 manat olan 01 dəst kişi alt paltarları, dəyəri 30 manat olan 01 ədəd hərbi bronjilet, dəyəri 10 manat olan 01 ədəd dəmir yemək qabı, dəyəri 15 manat olan 01 ədəd hərbi idman çantası, dəyəri 20 manat olan 01 ədəd matras və evin həyətindəki talvarın altından dəyəri 80 manat olan 01 ədəd ’’Uralzid” markalı benzin mişarını gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 477,10 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 06 mart 2023-cü il tarixdə axşam radələrində tanımadığı taksi avtomobili ilə Bakı şəhərindən yaşadığı Qusar rayonu İmamqulukənd kəndinə qayıtmaq üçün yola çıxmış, 07 mart 2023-cü il tarixdə, saat 02:30 radələrində kəndə çatmış, həmin gecə piyada öz evinə tərəf gedən zaman həmkəndlisi Olegin evindən hərbi paltar və ləvazimatları oğurlamaq qərarına gəlmişdir. Həmin gecə saat 03 radələrində həmkəndlisi Olegin evin həyətinin arxa tərəfinə keçib, evin heyətinə arxa tərəfdən açıq qapıdan qanunsuz daxil olaraq, evin həyətində olan qapıları açıq Olegə məxsus “Vaz 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildən ona məxsus müxtəlif hərbi paltar və ləvazimatları, həmçinin evin həyətindəki talvarın altından 01 ədəd benzin mişarı oğurlayaraq, onları təxminən 200 metr məsafədə yerləşən sahibsiz boş evə aparıb gizlədib və öz evinə qayıtmışdır. 07 mart 2023-cü il tarixdə axşam radələrində Qusar şəhərində olan zaman Qusar RPŞ-nin əməkdaşları onu Olegin evindən baş vermiş oğurluq hadisəsində şübhəli bildiyi üçün izahatın alınması üçün Qusar RPŞ-nə aparmış və orada törətdiyi oğurluq əməlini etiraf etmişdir. O, iş üzrə dəymiş ziyanı tam olaraq ödəmiş, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. İbtidai istintaq zamanı ona qarşı heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs onun mərhum oğluna məxsus “Vaz 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğluna məxsus müxtəlif hərbi paltar və ləvazimatları, həmçinin evin həyətindəki talvarın altından 01 ədəd benzin mişarı oğurlamışdır. Hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, oğurladığı əşyaları qaytarılmışdır, dəymiş ziyan tam olaraq ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 06 mart 2023-cü il tarixdə, saat 19 radələrində işdən çıxıb idarə etdiyi “Vaz 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə evinə qayıtmış, özünə məxsus hərbi paltar və ləvazimatları özünə məxsus “Vaz 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamışdır. 07 mart 2023-cü il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə işə getmiş və hərbi hissənin yaxınlığında özünə məxsus hərbi paltar və ləvazimatların avtomobildə olmadığını görüb öz ailəsinə zəng etmiş, daha sonra isə kəndə qayıtmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, ona məxsus hərbi paltar və ləvazimatlar, həmçinin evin həyətindəki 01 ədəd “Uralzid” markalı benzin mişarı oğurlanmışdır. Ərizə ilə Qusar RPŞ-nə müraciət etmişdir. Bundan sonra ona Qusar RPŞ-də məlum olmuşdur ki, evinin həyətindən oğurluq hadisəsini törətmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Qusar RPŞ-nə ərizə ilə müraciət edərək, ona məxsus hərbi paltar və ləvazimatların, həmçinin 01 ədəd benzin mişarın evin həyətindən 2023-cü ilin mart ayın 6-dan 7-nə keçən gecə naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Bundan sonra TB-nin təhqiqatçısı Namik Umudov tərəfindən verilmiş əməliyyat tapşırığı ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirlərini həyata keçirərək, qeyd olunan oğurluğu Qusar rayonu İmamqulukənd kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyi və sonuncunun oğurladığı əşyaları həmin kənddə yerləşən boş sahibsiz evdə gizlətməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs izahatın alınması Qusar RPŞ-nə dəvət olunduqdan sonra Nəriman törətdiyi oğurluq hadisəsi etiraf etmiş və oğurladığı əşyaları, gizlətdiyi yeri göstərmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 Əbülfəz qızının ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2023-cü ilin mart ayının 6-dan 7-nə keçən gecə oğlu Nəriman qonşuluqda yaşayan Oleqin evin həyətindən ona məxsus hərbi paltar və ləvazimatları, həmçinin 01 ədəd benzin mişarını oğurlamış və 07 mart 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt Nəriman törətdiyi oğurluq hadisəsini etiraf etmiş, könüllü olaraq oğurladığı bütün əşyaları Olegə qaytarmış və törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 aprel 2023-cü il tarixli 9/1893 nömrəli rəyindən görünür ki, istifadə edilmiş və istismara yararlı 01 ədəd əl çantasının 2023-cü ilin mart ayında orta bazar qiyməti 20 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd kompasın 2023-cü ilin mart ayında orta bazar qiyməti 3 manat; istifadə edilmiş və istismara yararlı 01 dəst “Fine Line” markalı flomasterlərin 2023-cü ilin mart ayında orta bazar qiyməti 2 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd “Biafens” markalı qayçının 2023-cü ilin mart ayında orta bazar qiyməti 1 manat; istifadə edilmiş və istismara yararlı 01 dəst “Qin Long” markalı karandaşların 2023-cü ilin mart ayında orta bazar qiyməti 4,50 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd “Ellot Sim” markalı qələmin 2023-cü ilin mart ayında orta bazar qiyməti 0,30 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd “Campious” markalı çadırın 2023-cü ilin mart ayında orta bazar qiyməti 40 manat; istifadə edilmiş və istismara yararlı 01 dəst “Carinthia” markalı yataq dəstin 2023-cü ilin mart ayında orta bazar qiyməti 150 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd dirsəkliyin 2023-cü ilin mart ayında orta bazar qiyməti 5 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd 0,5 litrlik plastmas su qabının 2023-cü ilin mart ayında orta bazar qiyməti 5 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd dizliyin 2023-cü ilin mart ayında orta bazar qiyməti 5 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd 1 litrlik plastmas su qabının 2023-cü ilin mart ayında orta bazar qiyməti 10 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd jgutun 2023-cü ilin mart ayında orta bazar qiyməti 3 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd hərbi panama papağın 2023-cü ilin mart ayında orta bazar qiyməti 5 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd hərbi idman papağın 2023-cü ilin mart ayında orta bazar qiyməti 5 manat; istifadə edilmiş və istismara yararlı 01 dəst hərbi barmaqsız əlcəklərin 2023-cü ilin mart ayında orta bazar qiyməti 3 manat; istifadə edilmiş və istismara yararlı 01 dəst hərbi barmaqlı əlcəklərin 2023- cü ilin mart ayında orta bazar qiyməti 5 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd yağmurluğun 2023-cü ilin mart ayında orta bazar qiyməti 10 manat; istifadə edilmiş və istismara yararlı 01 dəst kişi qış corabların 2023-cü ilin mart ayında orta bazar qiyməti 1 manat; istifadə edilmiş və istismara yararlı 01 dəst piyada kiçik belin 2023-cü ilin mart ayında orta bazar qiyməti 15 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd hərbi buşlatm 2023-cü ilin mart ayında orta bazar qiyməti 10 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd 100 vərərqlik dərslik kitabçasının 2023-cü ilin mart ayında orta bazar qiyməti 1 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd 40 vərəqlik yaddaş kitabçasının 2023-cü ilin mart ayında orta bazar qiyməti 0,30 manat; istifadə edilmiş və istismara yararlı 01 dəst kişi alt paltarların 2023-cü ilin mart ayında orta bazar qiyməti 3 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd hərbi bronjiletin 2023-cü ilin mart ayında orta bazar qiyməti 30 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd dəmir yemək qabın 2023-cü ilin mart ayında orta bazar qiyməti 10 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd hərbi idman çantasının 2023-cü ilin mart ayında orta bazar qiyməti 15 manat; istifadə edilmiş və istismara yararlı 01 ədəd matrasm 2023-cü ilin mart ayında orta bazar qiyməti 20 manat; 2023-cü ilin əvvəllərində alınmış, istifadə edilmiş və istismara yararlı 01 ədəd “UralZid” markalı benzin mişarın 2023-cü ilin mart ayında orta bazar qiyməti 80 manat təşkil edir. Ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 462.10 manat müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış hadisə yerinə baxış keçirilməsi haqqında olan protokoldan və fotocədvəldən görünür ki, baxış keçilən yer Qusar rayon İmamqulukənd kəndində yerləşən oğurluq hadisənin baş verdiyi yer Zərərçəkmiş şəxs Qılıç oğluna məxsus yaşayış evi və onun həyətində olan özünə məxsus VAZ 2106 markalı **-BA- *** nömrə nişanlı avtomobildir. Evin həyətinə darvazadan içəri keçdikdə sol tərəfdə Zərərçəkmiş şəxs Qılıç oğluna məxsus yaşayış evi yerləşir. Olegə məxsus VAZ 2106 markalı **-BA-*** nömrə nişanlı avtomobil vardır. Avtomobil qapıları bağlı olsada kilidli deyil. Zərərçəkmiş şəxs Qılıç oğlu həyətində saxladığı avtomobildən xx.xx.2023-cü il tarixdən saat 19:30-dan xx.xx.2023-cü saat 07:30-dək olan müddət ərzində avtomobilinin yük yerindən 1 ədəd içərisində hərbi ləvazimatlar olan planşet əl çantasının avtomobilinin arxa oturacağının üstündə 1 ədəd hərbi qış gödəkçəsinin və evin həyətindən 1 ədəd “Ural zidd” markalı mişarın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirdi. Baxış zamanı Zərərçəkmiş şəxs evindən və həyətindəki avtomobildən həyətindən sübut əhəmiyyətli əşya predmet əl barmaq izləri aşkar olunmadı. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında olan protokoldan və fotocədvəldən görünür ki, baxış keçilən yer Qusar rayon İmamqulukənd kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisi Qusar rayon İmamqulukənd kəndində yaşayan Zərərçəkmiş şəxs Qılıç oğluna məxsus yaşadığı evin həyətində saxladığı VAZ 2106 markalı **-BA-*** nömrə nişanlı özünə məxsus avtomobilinin içərisindən arxa yük yerindən və heyətindən oğurluyub aparıb yığdığı yer və oğurlandığı əşyalardır. Baxış zamanı iştirak edən oğurluq hadisəsini törətmiş Bədəlov X2 Oleg Qılıç oğluna məxsus evinin həyətində saxladığı avtomobilindən oğurladığı 1 ədəd içərisindəki əşyaları hərbi ləvazimatlar,1 ədəd içərisində dərs ləvazimatları olan planşet, 1 ədəd Olegin həyətindən oğurladığı “Ural zidd” markalı mişarı və hərbi qış gödəkçəsini və oğurladığı əşyaları aparıb yığdığı qoyduğu yeri göstərdi. Həmin əşyaların olduğu ev sahibsiz yaşayış üçün yararsız yaşayış olmayan bir evin zirzəmisidir. Həmin ev Zərərçəkmiş şəxs Qılıç oğluna məxsus evdən 300 metr aralıda yerləşir. Baxış zamanı qeyd olunan Təqsirləndirilən şəxs oğurlandığı 1 ədəd içində hərbi ləvazimatlar olan çanta, 1 ədəd planşet, 1 ədəd hərbi qış gödəkçəsi və 1 ədəd mişar sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X6 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X3 atası X4 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan ərizədən görünür ki, mərhum zərərçəkmiş şəxs X1 Nəriman Aktiv oğlunu bağışlamış, ona qarşı şikayət və tələbi olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyəti müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, səmimi ifadə verməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs dəymiş zərəri tam aradan qaldırmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Gedəzeyxur kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27.04 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi və həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” olan 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 31 iyul 2023-cü il tarixdən hazırkı hökm elan olunduğu tarixə yəni 01 noyabr 2023cü il tarixə kimi tutulduğu 03 (üç) ay, 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 06 (altı) ay, 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməli, və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd əl çantası, 01 ədəd kompas, 01 dəst “Fine Line” markalı flomasterlər, 01 ədəd “Biafens” markalı qayçı, 01 dəst “Qin Long” markalı karandaşlar, 01 ədəd “Ellot Sim” markalı qələm, 01 ədəd “Campious” markalı çadır, 01 dəst “Carinthia” markalı yataq dəsti, 02 ədəd dirsəkliklər, 01 ədəd 0,5 litrlik plastmas su qabı, 02 ədəd dizliklər, 01 ədəd 1,0 litrlik plastmas su qabı, 01 ədəd jgut, 01 ədəd hərbi panama papaq, 02 ədəd hərbi idman papaqları, 01 dəst hərbi barmaqsız əlcəklər, 01 dəst hərbi barmaqlı əlcəklər, 01 ədəd yağmurluq, 01 dəst kişi qış corabları, 01 dəst piyada kiçik bel, 01 ədəd hərbi buşlat, 01 ədəd 100 vərəqlik dərslik kitabçası, 01 ədəd 40 vərəqlik yaddaş kitabçası, 01 dəst kişi alt paltarları, 01 ədəd hərbi bronjilet, 01 ədəd dəmir yemək qabı, 01 ədəd hərbi idman çantası, 01 ədəd matras və 01 ədəd” Uralzid” markalı benzin mişarının mərhum Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 31 iyul 2023-cü il tarixdən hazırkı hökm elan olunduğu tarixə yəni 01 noyabr 2023-cü il tarixə kimi tutulduğu 03 (üç) ay, 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay, 02 (bir) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 1(bir) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu, Gedəzeyxur kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd əl çantası, 01 ədəd kompas, 01 dəst “Fine Line” markalı flomasterlər, 01 ədəd “Biafens” markalı qayçı, 01 dəst “Qin Long” markalı karandaşlar, 01 ədəd “Ellot Sim” markalı qələm, 01 ədəd “Campious” markalı çadır, 01 dəst “Carinthia” markalı yataq dəsti, 02 ədəd dirsəkliklər, 01 ədəd 0,5 litrlik plastmas su qabı, 02 ədəd dizliklər, 01 ədəd 1,0 litrlik plastmas su qabı, 01 ədəd jgut, 01 ədəd hərbi panama papaq, 02 ədəd hərbi idman papaqları, 01 dəst hərbi barmaqsız əlcəklər, 01 dəst hərbi barmaqlı əlcəklər, 01 ədəd yağmurluq, 01 dəst kişi qış corabları, 01 dəst piyada kiçik bel, 01 ədəd hərbi buşlat, 01 ədəd 100 vərəqlik dərslik kitabçası, 01 ədəd 40 vərəqlik yaddaş kitabçası, 01 dəst kişi alt paltarları, 01 ədəd hərbi bronjilet, 01 ədəd dəmir yemək qabı, 01 ədəd hərbi idman çantası, 01 ədəd matras və 01 ədəd” Uralzid” markalı benzin mişarının mərhum Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar