Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-51/2021 16.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, X2 Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1964-cü ildə Qusar rayonu Bədişqala kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 09 may 2021-ci il tarixdə saat 15 radələrində Qusar rayonu Bədişqala kəndində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol qabırğasına yumruq zərbəsi ilə vuraraq qəsdən həmin şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Bədişqala kəndində yaşayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 09 may 2021-ci il tarixdə o, yaşadığı evin qarşısında olan ağacın altında qonşuları Radik, Famil və Slaviklə birlikdə məclis təşkil etmiş və spirtli işki qəbul edib sərxoş olmuşdur. Daha sonra qonşular getmiş, o, isə öz bağında oturmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs evinin qarşısından keçərkən onu görüb onun və ailə üzvlərinin ünvanlarına təhqiramiz ifadələr işlətməyə başlamışdır. O, Şalbuza yaxınlaşaraq söyüş söyməməyi demiş, Şalbuz isə anidən yumruqla onun sol gözündən vurmuş, o, da əsəbləşib Şalbuzun sol tərəfinə yumruqla vuraraq yerə yıxmışdır. Bundan sonra o, oradan uzaqlaşmış, Şalbuz isə evinə getmişdir. Daha sonra Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etmiş və o, təhqiqata cəlb olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin təhqiqat zamanı verdikləri ifadələri, canlı şəxsin ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Bədişqala kəndində yaşayır, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 09 may 2021-ci il tarixdə saat 11 radələrində o, yaşadığı kənddə yerləşən dostunun bağına getmiş, bağda olarkən spirtli içki qəbul etmiş və həmin gün saat 15 radələrində evinə qayıtmışdır. O, evinin qapısının qarşısında olan vaxt Təqsirləndirilən şəxs onu çağırmış və ona yaxınlaşaraq onu niyə söydüyünü deyib heç bir səbəb olmadan alın nahiyəsinə yumruqla vurmuş, o yerə yixılmış, yerdə olan vaxt Aslan təpiklə də onu vurmuşdur. Daha sonra Aslan oradan getmiş, o, isə 5 dəqiqə yerdə uzanıqlı vəziyyətdə qalmışdır. Bundan sonra o, polisə şikayət etmiş və Təqsirləndirilən şəxs təhqiqata cəlb olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 təhqiqat zamanı verdikləri ifadələrindən görünür ki, onlar, Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) 177A saylı 10 may 2021-ci il tarixli rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarət-sol göz altı nahiyəsinin qançırı və soldan 6-cı qabırğanın qoltuqaltı xətt üzrə yerdəyişməyən sınığı küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 09.05.2021-ci il tarixdə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) 178 saylı 10 may 2021-ci il tarixli rəyindən görünür ki, 1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-gözaltı nahiyəsinin qançırı; sağ əlinin 5-ci daraq sümüyünün sınığı və şişkinliyi küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 09.05.2021-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən sol gözaltı nahiyəsinin qançırı sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; sağ əlinin 5-ci daraq sümüyünün sınığı və şişkinliyi isə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan təhqiqat orqanının 27 may 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəsarət yetirməsi xüsusatı üzrə Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmşdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sağ əlinin 5-ci daraq sümüyünün sınığı o, Zərərçəkmiş şəxs qabırğasına yumruq zərbəsi vurarkən, yəni öz təqsiri ucbatından olmuşdur. Təqsirləndirilən şəxs sağ əlinin 5-ci daraq sümüyünün sınmasında Zərərçəkmiş şəxs təqsiri olmadığından bu xüsusatla bağlı cinayət tərkibi istisna olunur. İş materiallarında olan protokollaşdırma nömrəsi 03621 olan 09.05.2021-ci il tarixli alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 16:44-də Təqsirləndirilən şəxs qanında alkoqolun konsentrasiyası 3.323 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 17 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qusar rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 16 may 2021-ci il tarixli **********1 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sosial müavinət, təqaüd almır. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 20.05.2021-ci il tarixli 766/05-21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X1 həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli 360 saylı arayışdan görünür ki, Qusar rayonu Bədişqala kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Şahid1 və oğlu Pirmurad Aslanovan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Qusar rayonu Bədişqala kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 16 iyun 2021-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər barışmışlar, münasibətləri normaldır, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(029)-51/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-51/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver