Məhkəmə qərarları › İş №1(029)-51/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-51/2022

23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-51/2022 23.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1993-cü ildə Qusar rayonu Yuxarı-Ləgər kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, xx.xx.1979-cu ildə Qusar rayonu Yuxarı-Ləgər kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi 75-ci məhəllə ev 122-də yaşayan Zərərçəkmiş şəxs3 məxsus olan, Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən, yaşayış olmayan yaşayış evinin həyətinə çəpərdən aşmaqla qanunsuz daxil olaraq, həyətdə yerləşən “UMZ-6” markalı traktorun motorxanasından işlək vəziyyətdə dəyəri 120 manat olan 01 ədəd radiatoru gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra təkrarən o, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Qusar şəhəri Z.Əliyeva küçəsində müvəqqəti yaşayan Zərərçəkmiş şəxs2 məxsus olan, Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən, yaşayış olmayan yaşayış evinin həyətinə çəpərdən aşmaqla qanunsuz daxil olaraq həyətdə yerləşən saxlanc yerinin qapısının qıfılını sındırmaqla içəri daxil olub, oradan 01 ədəd bükülmüş vəziyyətdə 40 metr uzunluğunda en kəsiyi 2,5x2 mm 20 manat dəyərində yerli istehsal olan mis elektrik naqili, 01 ədəd bükülmüş vəziyyətdə 100 metr uzunluğunda 2,5x2 mm yerli istehsal olan 50 manat dəyərində mis elektrik naqili, 01 ədəd 50 manat dəyərində 20 litrlik su çəlləyi və 01 ədəd 25 manat dəyərində alüminum qazanı gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 145 manat maddi ziyan vurmuşdur. Bundan sonra təkrarən o, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2022-ci il tarixdə Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan yaşayış evinin həyətinə qanunsuz olaraq aşmaqla daxil olaraq evin birinci mərtəbəsinin qapısının qıfılını sındırmaqla içəri daxil olub oradan 01 ədəd mis səhəng 600 manat dəyərində (20 litrlik, çəkisi 15 kq), 01 ədəd 350 manat dəyərində alüminum (50 litrlik, çəkisi 40 kq) çəllək, 60 manat dəyərində 10 kq qabıqlı vəziyyətdə qoz məhsulu, 01 ədəd 25 manat dəyərində “Orqanik” arağı, cəmi 126 manat dəyərində 70 metr uzunluğunda en kəsiyi 1,5x2 mm yerli istehsal olan mis elektrik naqili və 01 ədəd 200 manat dəyərində paslanmayan materialdan 1955-1965-ci illərə aid 10 litrlik işlənmiş vəziyyətdə olan samovarı gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə cəmi 1361 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi 75-ci məhəllə ev 122-də yaşayan Zərərçəkmiş şəxs3 məxsus olan, Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən yaşayış olmayan yaşayış evinin həyətinə çəpərdən aşmaqla qanunsuz daxil olaraq, həyətdə yerləşən “UMZ-6” markalı traktorun matorxanasından işlək vəziyyətdə dəyəri 120 manat olan 01 ədəd radiatoru gizli yolla talamaqla oğurlamışdır. Bundan sonra təkrarən o, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Qusar şəhəri Z.Əliyeva küçəsində müvəqqəti yaşayan Zərərçəkmiş şəxs2 məxsus olan, Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən yaşayış olmayan yaşayış evinin həyətinə çəpərdən aşmaqla qanunsuz daxil olaraq, həyətdə yerləşən saxlanc yerinin qapısının qıfılını sındırmaqla içəri daxil olub, oradan 01 ədəd bükülmüş vəziyyətdə 40 metr uzunluğunda en kəsiyi 2,5x2 mm 20 manat dəyərində yerli istehsal olan mis elektrik naqili, 01 ədəd bükülmüş vəziyyətdə 100 metr uzunluğunda 2,5x2 mm yerli istehsal olan 50 manat dəyərində mis elektrik naqili, 01 ədəd 50 manat dəyərində 20 litrlik su çəlləyi və 01 ədəd 25 manat dəyərində alüminum qazanı gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 145 manat maddi ziyan vurmuşdur. Bundan sonra təkrarən o, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2022-ci il tarixdə Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan yaşayış evinin həyətinə qanunsuz olaraq çəpərdən aşmaqla daxil olaraq evin birinci mərtəbəsinin qapısının qıfılını sındırmaqla içəri daxil olub oradan 01 ədəd mis səhəng 600 manat dəyərində (20 litrlik, çəkisi 15 kq), 01 ədəd 350 manat dəyərində aliminum (50 litrlik, çəkisi 40 kq) çəlləy, 10 kq qabıqlı vəziyyətdə 60 manat dəyərində qoz məhsulu, 01 ədəd 25 manat dəyərində “Orqanik” arağı, cəmi 126 manat dəyərində 70 metr uzunluğunda en kəsiyi 1,5x2 mm yerli istehsal olan mis elektrik naqili və 01 ədəd 200 manat dəyərində paslanmayan materialdan 1955-1965-ci illərə aid 10 litrlik işlənmiş vəziyyətdə olan samovarı gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə cəmi 1361 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar rayonu Çiləgir kəndində birlikdə tikintidə fəhlə işlədiyi Təqsirləndirilən şəxs2la birlikdə 20 mart 2022-ci il tarixdə Telman Xidirovun evindən radiator, 23 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 evindən mis naqilləri, su çəlləyini və qazanı, Zərərçəkmiş şəxs1 evindən isə mis naqillər, samovar, qoz, çəllək və s. oğurlamışlar. Hazırda törətdiyi əməlindən peşmandır, dəymiş ziyanı tam aradan qaldırmış, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur, himayəsində üç azyaşlı uşaqları vardır. Odur ki, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar rayonu Çiləgir kəndində birlikdə tikintidə fəhlə işlədiyi Təqsirləndirilən şəxs1lə birlikdə 20 mart 2022-ci il tarixdə Telman Xidirovun evindən radiator, 23 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 evindən mis naqilləri, su çəlləyini və qazanı, həmin tarixdə Zərərçəkmiş şəxs1 evindən isə mis naqillər, samovar, çəllək, qoz, araq oğurlamışlar. Hazırda törətdiyi əməlindən peşmandır, dəymiş ziyanı tam aradan qaldırmış, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Odur ki, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqı zamanı onların səmimi etirafları ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxslərin və şahidin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Qusar rayonu Yuxarı-Ləgər kəndində onun evi vardır. 2022-ci ilin mart ayında o, özünə məxsus evin həyətindən mis naqillərin, səhəngin, samovarın, arağın, çəlləyin oğurlandığını görmüş, bu barədə polisə müraciət etmişdir. Məlum olmuşdur ki, həmin əşyaları Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 oğurlamışlar. Hazırda ona dəymiş ziyan tam aradan qaldırılmış, həmin şəxsləri bağışlamış, onlara qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, həmin şəxslərin barələrində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə 27 iyul 2022-ci il tarixli ərizə təqdim edərək ona dəymiş ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını, növbəti məhkəmə iclaslarına gələ bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq təqsirləndirilən şəxslərin barələrində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Qusar rayonu Yuxarı-Ləgər kəndində ona məxsus fərdi yaşayış evi vardır. 2022-ci ilin mart ayında həmin evə getmiş, kabellərin yerdə olduğunu, anbarın qıfıllarının saındırıldığını görmüş, bu barədə oğluna zəng edib demiş, həmçinin polisə müraciət etmişdir. Məlum olmuşdur ki, onun evindən mis naqillər, su çəlləyi və qazan oğurlanmışdır. Sonradan bilmişdir ki, həmin əşyaları Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 oğurlamışlar. Hazırda ona dəymiş ziyan tam aradan qaldırılmış, həmin şəxsləri bağışlamış, onlara qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, həmin şəxslərin barələrində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə 27 iyul 2022-ci il tarixli ərizə təqdim edərək ona dəymiş ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını, növbəti məhkəmə iclaslarına gələ bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq təqsirləndirilən şəxslərin barələrində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 2022-ci ilin mart ayının 23-də axşam saat təxminən 20 radələrində sonradan tanıdığı Danyal adlı şəxs ona zəng edərək özündə olan əlvan metalları satmaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs mis naqillər, su çəlləkləri, qazan, mis səhəng, samovar gətirmiş, həmin əşyalara görə 180 manat pul vermiş, lakin sonradan su çəlləyi və qazanı geri qaytarıb 50 manat pulu geri almışdır. Daha sonra Danyal bir ədəd radiator da gətirmiş və buna görə Danyala 100 manat pul vermişdir. Həmin əşyaların oğurluq əşyalar olmasından xəbəri olmamış, bu barədə sonradan bilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Sumqayıt şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən özünə məxsus olan yaşayış evində hal-hazırda yaşayış olmamış, həmin həyətdə özünə məxsus olan işləməyən, köhnəlmiş SSRİ-dən qalma qeydiyyat nişanı olmayan “UMZ” markalı traktor qalmışdır. xx.xx.2022-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin traktorun radiatorunun da oğurlanaraq əlvan metal qəbulu ilə məşğul olan şəxsə 100 manata satılması ilə bağlı ona məlumat verilmiş, ailə vəziyyəti ilə əlaqədar həmin vaxt Qusar RPŞ-nə gələ bilməmiş, lakin sonradan yəni, xx.xx.2022-ci il tarixdə Qusar RPŞ-nə ərizə ilə müraciət edərək, Danyal və Ramiz barəsində tədbir görülməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə 27 iyul 2022-ci il tarixli teleqram göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində olan cinayət işi üzrə məhkəmə iclaslarında səhhəti ilə və yolun uzaq olması ilə bağlı iştirak edə bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, əlavəsi yoxdur. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onun Danyal və Ramizə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İşə onun iştirakı olmadan baxıb Danyal və Ramiz barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək doğma oğlu Zərərçəkmiş şəxs1 məxsus olan Xaçmaz rayonu Qusarçay kəndində yerləşən yaşayış evində qalmış, ümumiyyətlə payız və qış aylarında oğluna məxsus evdə yaşasa da yaz-yay fəsillərində Qusar rayonu Yuxarı Ləgər kəndində yerləşən evində qalmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yaşadığı evə doğma oğlu Zərərçəkmiş şəxs1la birlikdə gələrkən evin 1-ci mərtəbəsində olan qapının kilidinin qırılaraq içəri daxil olunmasını, oradan 01 ədəd mis səhəng (20 ltirlik, 15kq çəkisi), 01 ədəd içərisində 10 kq qoz (qabıqlı) olan alüminum çəllək (50 litirlik su tutumu, 40 kq çəkisi, filyaqa), 1 litrlik şüşə qabda spirtli içki ( “orqanik” yerli istehsal) olan araq, 70 metr uzunluğunda mis elektrik naqili (1,5x2 mm-lik) və 01 ədəd samovar (paslanmayan material tutumu 10 litrlik, işlənmiş vəziyyətdə) oğurlanmasını müşahidə etmişdir. Sonradan həmin yerdən oğurluq etmiş şəxslərin Danyal və Ramiz olduğunu bilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Qusar RPŞ-nə ünvanlandığı xx.xx.2022ci il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən, ona məxsus, lakin daimi yaşayış olmayan fərdi yaşayış evinin həyətində yerləşən saxlanc otağından təxminən 40 metr uzunluğunda olan kabelin, 30 manat dəyərində mis kabelin və bir ədəd 30 manat dəyərində olan alüminium qazanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Odur ki, evindən oğurluq edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Qusar RPŞ-nə ünvanlandığı xx.xx.2022ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən ata evindən qapının qıfılı sındırılaraq içəri daxil olmaqla 1 (bir) ədəd mis səhəngin, 1 ədəd içərisi qozla dolu alüminium çəlləyin, 1 litr şüşə qabla spirtli içkinin, 70 metr uzunluqda mis elektrik naqilinin və 1 ədəd samovarın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını göstərmiş və evindən oğurluq edən şəxslərin tapılaraq barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 Qusar RPŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus olan, Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən, yaşayış olmayan həyətyanı sahəsindən UMZ markalı traktorun radiatorunun Ramiz və Danyal tərəfindən oğurlandığını göstərmiş və qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X15 tərəfindən Zərərçəkmiş şəxs2, Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X1, hal şahidləri X4 və X13 iştirakları ilə tərtib edilmiş 07 aprel 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 12:30-dan saat 13:45-dək Zərərçəkmiş şəxs2 məxsus Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Evin həyətinə giriş hissəsi dəmir darvazadandır. Baxış zamanı Zərərçəkmiş şəxs2 evin həyətində evə gedən kabelin kəsilmiş yerini göstərmişdir. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs2 evin həyətində tikilmiş saxlanc otağını göstərmişdir. Oradan oğurlanan yarı kabel topunun oğurlandığı yeri göstərmişdir. Baxış zamanı saxlanc otağının qapısındakı qıfılın zədələndiyi müşahidə olunmuşdur. Bundan başqa, baxış zamanı Zərərçəkmiş şəxs2 saxlanc otağından 1 (bir) ədəd aliminium qazanın oğurlandığı yeri göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X15 tərəfindən Təqsirləndirilən şəxs1, Qusar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Emin Əskərovun, ekspert-kriminilaisti X10, hal şahidləri X2 və X11 iştirakları ilə tərtib edilmiş 08 aprel 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 18:10dan saat 19:20-dək Qusar rayonu Çiləgir kəndində yerləşən fərdi yaşayış evinin həyətində Təqsirləndirilən şəxs1 təqdim etdiyi və doğranılmış vəziyyətdə olan 2 (iki) ədəd alüminium su çəlləyinə və 1 (bir) ədəd alüminium qazana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi əşyaları 23 mart 2022-ci il tarixdə yaşadığı Qusar rayonu Yuxarı-Ləgər kəndindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 evindən oğurladığını bildirmişdir. Həmin əşyaları gələcəkdə satmaq üçün laqonda ilə kəsib hissələrə böldüyünü bildirmişdir. Baxış zamanı həmin əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən qabalşdırılaraq götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X16 tərəfindən Qusar rayonu Yuxarı-Ləgər kəndində yaşayan Şahid1, Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X14, ekspert-kriminalisti X10, hal şahidləri X4 və X13 iştirakları ilə tərtib edilmiş 08 aprel 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, həmin tarixdə saat 09:05-dən saat 10:10-dək Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən, Şahid1 daimi yaşamadığı-yəni oğurluq hadisəsi baş vermiş 2 mərtəbəli yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı oğurluq hadisəsi baş vermiş həmin evin 2 mərtəbəli, yaşayışa yararlı köhnə tikili olması müşahidə edilməklə yanaşı evin 1-ci zirzəmiyəbənzər otaqda olmuş dəmir qıfılın halqasının qopardılması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı evin 1-ci mərtəbəsinə bağlı şəraitdə olmasına baxmayaraq qıfılı qıraraq içəri daxil olma müşahidə olunmuşdur. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. İş materiallarında olan Qusar rayon Kooperativlər Birliyi tərəfindən verilmiş 10 aprel 2022-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd bükülmüş vəziyyətdə 40 metr uzunluğunda, en kəsiyi 2,5X2 mm, yerli istehsal olan mis elektrik naqili 48 manat dəyərində; 01 ədəd bükülmüş vəziyyətdə 100 metr uzunluğunda, 2,5X2mm, yerli istehsal olan mis elektrik naqili 120 manat dəyərində; 01 ədəd 20 litrlik su çəlləyi 50 manat dəyərində və 01 ədəd alüminium qazan 50 manat dəyərində; Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd mis səhəng 80 manat dəyərində (20 litrlik, çəkisi 15kq); 01 ədəd alüminium (50 litrlik, çəkisi 40 kq) çəllək100 manat dəyərində; 10 kq. qabıqlı vəziyyətdə qoz məhsulu25 manat dəyərində; 01 ədəd “Orqanik” arağı 14 manat dəyərində; 70 metr uzunluğunda, 1,5X2 mm, yerli istehsal olan mis elektrik naqili 126 manat dəyərində və 01 ədəd paslanmayan materialdan, 1955-1965-ci illərə aid, 10 litrlik, işlənmiş vəziyyətdə samovar 250 manat dəyərində müəyyən olunur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirıiyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3119 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 9 adda malların 2022ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1450 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəində göstərilmişdir. İki adda mallar barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan 01 ədəd 40 metr uzunluğunda mis elektrik naqili (2,5x2mm, yerli istehsal) 20 manat dəyərində; 01 ədəd 100 metr uzunluğunda mis elektrik naqili (2,5x2mm, yerli istehsal) 50 manat dəyərində; 01 ədəd alüminium su çəlləyi (həcmi və çəkisi aydın deyil); 01 ədəd alüminum (27 litrlik) olan qazan 25 manat dəyərində; Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd mis qazan (20 litrlik, çəkisi 15kq) 600 manat dəyərində; 01 ədəd alüminum çəllək (40-50 litrlik, çəkisi 40 kq) 350 manat dəyərində; 10 kq qoz məhsulu qabıqlı vəziyyətdə 60 manat dəyərində; 01 ədəd 01 litrlik “Orqanik” araq 25 manat dəyərində; 70 metr uzunluğunda mis elektrik naqili (diametri məlum deyil); 01 ədəd samovar (paslanmayan materialdan, 1955-1965-ci illərə aid, 10 litrlik, işlənmiş vəziyyətdə olan) 200 manat dəyərində; Zərərçəkmiş şəxs3 məxsus olan 01 ədəd “UMZ-6” tarktorunun radiatoru 120 manat dəyərində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/3119 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan ibtidai istintaq orqanının 21 aprel 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış 02 ədəd çəllək və 01 ədəd qazan qalıqları maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılması qərara alınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 07 iyun 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən kəsilərək doğranılmış 01 ədəd alüminum qazan və 02 ədəd su çəlləyinin qalıqları iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılması qərara alınmışdır. İş materiallarında olan 21 aprel 2022-ci il tarixli 197 saylı mədaxil qaiməsindən görünür ki, 02 ədəd çəllək qalıqları və 01 ədəd qazan qalıqları saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan olan 09 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 16:30-da, Təqsirləndirilən şəxs2 isə həmin tarixdə saat 17:00-da şühbəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan ibtidai istintaq orqanının 11 aprel 2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarlarından görünür ki, həmin tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs1, həmin tarixdə saat 17:00-da isə Təqsirləndirilən şəxs2 barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və onlar Qusar RPŞ-nin X19 dərhal azad olunmuşlar. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli 761/04-22 saylı və 20 aprel 2022-ci il tarixli 768/04-22 saylı məktublardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin publik hüquqi şəxsin X3 həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdurlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X6 Qusar rayon şöbəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli **********5 və **********4 saylı məktublardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin şöbədən pensiya, sosial müavinət, təqaüd almırlar. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına təqdim etdiyi 17 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən evinin 1-ci mərtəbəsində oğurluq edərək ona maddi ziyan vurmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maddi ziyanı tam şəkildə ödədiklərini, bununla bağlı onlara qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına təqdim etdiyi 18 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən evinin zirzəmisindən oğurluq edərək ona maddi ziyan vurmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maddi ziyanı tam şəkildə ödədiklərini, bununla bağlı onlara qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan Danyal və Ramiz tərəfindən ödənilmiş, onlara qarşı şikayəti yoxdur. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Qusar rayon İHB-nın Xuray kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 114 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qusar rayonu Yuxarı-Ləgər kəndində qeydiyyatdadır və ailə tərkibi anası X7, həyat yoldaşı X9, 2017-ci il təvəllüdlü qızı Zəhra Ağarzayevadan, 2019-cu il təvəllüdlü qızı Damla Ağarzayevadan və 2021-ci il təvəllüdlü oğlu Ağalar Ağarzayevdən ibarətdir. İş materiallarında olan AZ-İİİ 911748, AZ-İV 301798 və AZ-İV 571143 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2017-ci il təvəllüdlü Zəhra, xx.xx.2019-cu il təvəllüdlü Damla və xx.xx.2021-ci il təvəllüdlü Ağalar adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Xuray kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qusar rayon İHB-nın Xuray kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 113 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Qusar rayonu Yuxarı-Ləgər kəndində qeydiyyatdadır və ailə tərkibi həyat yoldaşı X5, 2002-ci il təvəllüdlü oğlu Kənan Camalovdan, 2006-cı il təvəllüdlü oğlu Qurban Camalovdan və 2007-ci il təvəllüdlü qızı Rəhilə Camalovadan ibarətdir. İş materiallarında olan AZ-İV 269190 və AZ-İV 269191 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı il təvəllüdlü Qurban və xx.xx.2007-ci il təvəllüdlü Rəhilə adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan Qusar rayon İHB-nın Xuray kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi 75-ci məhəllə, ev 122-də yaşayan Zərərçəkmiş şəxs3 məxsus olan, Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən, yaşayış olmayan yaşayış evinin həyətinə çəpərdən aşmaqla qanunsuz daxil olaraq, həyətdə yerləşən “UMZ-6” markalı traktorun motorxanasından işlək vəziyyətdə dəyəri 120 manat olan 01 ədəd radiatoru gizli yolla talamaqla oğurlamaları; bundan sonra təkrarən xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Qusar şəhəri Z.Əliyeva küçəsində müvəqqəti yaşayan Zərərçəkmiş şəxs2 məxsus olan, Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən, yaşayış olmayan yaşayış evinin həyətinə çəpərdən aşmaqla qanunsuz daxil olaraq, həyətdə yerləşən saxlanc yerinin qapısının qıfılını sındırmaqla içəri daxil olub, oradan 01 ədəd bükülmüş vəziyyətdə 40 metr uzunluğunda, en kəsiyi 2,5x2 mm, 20 manat dəyərində, yerli istehsal olan mis elektrik naqili; 01 ədəd bükülmüş vəziyyətdə 100 metr uzunluğunda 2,5x2 mm yerli istehsal olan 50 manat dəyərində mis elektrik naqili; 01 ədəd 50 manat dəyərində 20 litrlik su çəlləyi və 01 ədəd 25 manat dəyərində alüminum qazanı gizli yolla talamaqla oğurlayıb zərərçəkmiş şəxsə cəmi 145 manat maddi ziyan vurmaları; bundan sonra təkrarən xx.xx.2022-ci il tarixdə Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan yaşayış evinin həyətinə qanunsuz olaraq aşmaqla daxil olaraq evin birinci mərtəbəsinin qapısının qıfılını sındırmaqla içəri daxil olub oradan 01 ədəd mis səhəng 600 manat dəyərində (20 litrlik, çəkisi 15 kq), 01 ədəd 350 manat dəyərində alüminum (50 litirlik, çəkisi 40 kq) çəllək, 60 manat dəyərində 10 kq qabıqlı vəziyyətdə qoz məhsulu, 01 ədəd 25 manat dəyərində “Orqanik” arağı, cəmi 126 manat dəyərində 70 metr uzunluğunda en kəsiyi 1,5x2 mm yerli istehsal olan mis elektrik naqili və 01 ədəd 200 manat dəyərində paslanmayan materialdan 1955-1965-ci illərə aid 10 litrlik işlənmiş vəziyyətdə olan samovarı gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə cəmi 1361 manat məbləğində maddi ziyan vurmaları və bununla da, onların həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 09 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin və iddialarının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 09 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti cəzanın saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda onlar məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətlərinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşaqları, Təqsirləndirilən şəxs2 himayəsində isə iki yetkinlik yaşına çatmayan uşaqları vardır, törətdikləri əməllərindən səmimi peşman olmuşlar, zərər çəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş ziyanı tam aradan qaldırmışlar, zərər çəkmiş şəxslərin onlara qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur, onların barələrində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişlər. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxslərin barələrində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanaraq doğranılmış 02 ədəd su çəlləyindən və 01 ədəd alüminium qazandan qalıq qalmış hissələr sahiblərinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 09 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 09 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək 02 (iki) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Qusar rayonu Yuxarı-Ləgər kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanaraq doğranılmış 02 ədəd su çəlləyindən və 01 ədəd alüminium qazandan qalıq qalmış hissələr sahiblərinə qaytarılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar